Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-628/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2-1(112)- 1025/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ləyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı xx.xx.1961-ci il tarixdə Gədəbəy rayonu, Sovetkənd kəndində anadan olmuşdur. xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1981-ci ildən hazırkı tarixədək müxtəlif vəzifələrdə çalışır. “Mingəçevir Enerjiquraşdırma” ATSC tərəfindən verilmiş 01 mart 2021-ci il tarixli güzəştli arayışdan görünür ki, orada işlədiyi 8 saatlıq iş günü ərzində həmin trestin Mingəçevir Quraşdırma sahəsində hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların, buxar qazanlarının daxilində legirli polad borularının quraşdırılmasında bilavasitə iştirak etmişdir. İşlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin olunmuşdur. “Qafqazenerjiquraşdırma” Trestində, əsasən enerji müəssisələrinin tikilməsi, inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində fəaliyyət göstərmişdir. Trest sənaye obyektlərində polad və dəmir konstruksiyalarının quraşdırılması, əl ilə qazla metalların kəsilməsində və doğranmasında, metal boruların və konstruksiyalarında quraşdırılması və təmiri və sair işləri aparmışdır. Arayışda qeyd olunur ki, İddiaçı tam iş günü ərzində icra etdiyi əl ilə qazla kəsici, metal konstruksiyaların və boru kəmərlərinin quraşdırılması üzrə boru-çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində və boruların quraşdırılması üzrə əl ilə qazla kəsici quraşdırıcılar kimi nəzərdə tutulmuşdur. "xxxx" Birgə Müəssisəsinin tərtib etdiyi xx.xx.2021-ci il tarixli güzəştli arayışda qeyd olunmuşdur ki, işlədiyi iş yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 29-cu maddəsində «Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş «Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar» və «Sənaye dəmir-beton borularının boruçəkənləri» bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. Bundan əlavə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, o, həqiqətən də "xxxx" ASC-də xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixə kimi 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na əsasən güzəştli əmək staji (həmin ASCdə) 1 (bir) il 1 ay 22 gün olmuşdur. Bundan əlavə "xxxx" MMC tərəfindən (əvvəllər "xxxx") verilmiş arxiv arayışı da orada olan əmək stajını təsdiq edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 08 aprel 2021-ci il tarixli məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınin qeyd olunan əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Onun 60 yaşadək, yəni xx.xx.2021-ci il tarixədək 25 ildən çox ümumi sığorta stajı, o cümlədən 12 il 8 aydan çox zərərli və ağır əmək sahəsində iş stajı toplamışdır. Həmin sosial sığorta stajı işlədiyi əmək kitabçasında öz əksini tapmışdır. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X6 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X10 qərarlarını, X10 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Həmin Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahisİ”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 27 yanvar 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və “Mingəçevir Enerjiquraşdırma” ATSC-nin ona dair 1 mart 2021-ci il tarixli 04 nömrəli arayışında xx.xx.1982-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Mingəçevir quraşdırma idarəsində əl ilə qazla kəsici quraşdırıcı-çilingəri və əl ilə qazla kəsici boru çilingəri, "xxxx" ASC-nin ona dair 4 mart 2021-ci il tarixli 155/21 nömrəli arayışında xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASCdə quraşdırıcı-çilingər, "xxxx" MMC-nin iddiaçıya dair 3 mart 2021-ci il tarixli AG/07 nömrəli arxiv arayışında xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də quraşdırıcı-çilingər, “Azfen BM-nin ona dair 19 fevral 2021-ci il tarixli AZF-2021/07-K nömrəli arayışında xx.xx.2011-ci il tarixindən bugünədək müxtəlif dövrlər ərzində konstruksiya quraşdırıcısı və boruçu vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi quraşdırıcı-çilingər və konstruksiya quraşdırıcısı vəzifələri yuxarıda qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. Eyni zamanda onun işlədiyi boru çilingəri və boruçu vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəblərdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2-1(112)-1025/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Azərbaycan QRES-də Yanacaq-nəqliyyat sexində 3-cü dərəcəli nasos qurğusu maşinisti vəzifəsində işləmiş, xx.xx.1982-ci il tarixdə “Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir montaj idarəsinə 3-cü dərəcəli çilingər montajçı təyin edilmiş, xx.xx.1982-ci ildə üçüncü dərəcəli çilingər montajçı, xx.xx.1984-cü il tarixdə 4-cü dərəcəli çilingər boru çəkən peşəsinə keçirilmiş, xx.xx.1992-ci ildə dördüncü dərəcəli çilingər boru çəkən təyin edilmiş, xx.xx.1993-cü il tarixdə 5-ci dərəcəli çilingər boruçəkən peşəsinə təyin edilmiş, xx.xx.1994-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək “Qafqazenerji-quraşdırma” trestində qazanxana avadanlığının təmiri üzrə 5-ci dərəcəli çilingər peşəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “ERA” BM Qazanxana avadanlığının təmiri üzrə Mingəçevir filialında qazanxana avadanlığının təmiri üzrə 5-ci dərəcəli çilingər peşəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Şəmkir SES-də 5-ci dərəcəli çilingər peşəsində, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsində, xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" MMC-də 5-ci dərəcəli quraşdırıcı-çilingər vəzifəsində, xx.xx.2010-cu il tarixdən xx.xx.2010cu il tarixədək "xxxx" MMC X9 Zavodunun Mexaniki yığma və Metal dayaqları sexində 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsində, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" Birgə Müəssisəsində konstruksiya quraşdırıcısı peşəsində, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək "xxxx" Birgə Müəssisəsinin boruçu peşəsində, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək “Mingəçevir Avtonəqliyyat-5” ATSC-də 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsində, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək "xxxx" MMC-də 6-cı dərəcəli quraşdırıcı-çilingər peşəsində, xx.xx.2013-cü il tarixdən xx.xx.2014cü il tarixədək "xxxx" Birgə Müəssisəsində armaturçu peşəsində, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" Birgə Müəssisəsində konstruksiya quraşdırıcısı peşəsində, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" Birgə Müəssisəsində boruçu peşəsində, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" MMC-də boruçu briqadirinin köməkçisi peşəsində, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" Birgə Müəssisəsində boruçu peşəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" Birgə Müəssisəsində 5-ci dərəcəli boruçu peşəsində işləmiş, xx.xx.2020ci il tarixdən hazırkı tarixədək "xxxx" Birgə Müəssisəsində 6-cı dərəcəli boruçu peşəsində işləyir. Mingəçevir Enerjiquraşdırma ATSC-nin xx.xx.2021-ci il tarixli, 04 nömrəli güzəştli arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən “Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir quraşdırma idarəsində xx.xx.1982-ci il tarixdə (əmr 41k, xx.xx.1982-ci il) 3-cü dərəcəli əl ilə qazla kəsici quraşdırıcı-çilingəri kimi işə qəbul olmuş, xx.xx.1984-cü il tarixdə (əmr 97k, xx.xx.1984-cü il) 4-cü dərəcəli əl ilə qazla kəsici boruçilingəri peşəsinə keçirilmiş, xx.xx.1994-cü il tarixdə (əmr 30k, xx.xx.1994-cü il) öz xahişi ilə işdən azad olmuşdur. İşlədiyi 8 saatlıq iş günü ərzində həmin trestin Mingəçevir Quraşdırma sahəsində hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların, buxar qazanlarının daxilində legirli polad borularının quraşdırılmasında bilavasitə iştirak etmişdir. İşlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin olunmuşdur. “Qafqazenerjiquraşdırma” Tresti əsasən enerji müəssisələrinin tikilməsi, inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində fəaliyyət göstərmişdir. Trest sənaye obyektlərində polad və dəmir konstruksiyalarının quraşdırılması, əl ilə qazla metalların kəsilməsində və doğranmasında, metal boruların və konstruksiyalarında quraşdırılması və təmiri və sair işləri aparmışdır. İddiaçı tam iş günü ərzində icra etdiyi əl ilə qazla kəsici, metal konstruksiyaların və boru kəmərlərinin quraşdırılması üzrə boruçilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində və boruların quraşdırılması üzrə əl ilə qazla kəsici quraşdırıcılar kimi nəzərdə tutulmuşdur. Trest ”Qafqazenerjiquraşdırma” Mingəçevir quraşdırma idarəsi Azərbaycan Respublikası Dövlət Əmlak komitəsinin 450 saylı sərəncamına əasasən 29 iyul 1999-cu il tarixdə X1 Tipli Səhimdar Cəmiyyəti olub. Güzəştli arayış Mingəçevir Enerjiquraşdırma ATSC-nin arxivində saxlanılan İddiaçı şəxsi anketinə və əmək kitabçasına əsasən tərtib edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq X11 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZF-2021/379L nömrəli məktubda bildirilmişdir ki, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü) hazırda X7 X15 layihəsi üzrə Üst Tikililərin və Qazma Qurğularının emalatı layihəsində boruçu peşəsində çalışır. Onun xx.xx.2011-xx.xx.2012, xx.xx.2012-xx.xx.2013, xx.xx.2014-xx.xx.2014, xx.xx.2014-xx.xx.2016, xx.xx.2017xx.xx.2018, xx.xx.2018-xx.xx.2020 və xx.xx.2020-ci il tarixindən hal-hazırkı dövrədək yerinə yetirdiyi əsas əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: Konstruksiya quraşdırma vəzifəsi üzrə: Konstruksiyaların yığılmasında istifadə olunan elementlərin (tavr, ikitavr, künclük, boru) növləri və tərkibləri haqqında məlumatın olması; Quraşdırma və emal kimi konstruksiya işlərinin icrası üçün lazımi bütün iş alətləri və avadanlıqlardan istifadəsi; İşlə bağlı cizgi və planın oxunması, izah edilməsi, cizgi əsasında metal hissələri və bütün növ lazımi detalların kəsimi, uyğunlaşdırılması, yerləşdirilməsi və tərkib hissələrinin quraşdırmasının təmin edilməsi; Bütün növ tətbiq olunan odluqların, reduktorların, balonların istifadə qaydaları, nəzarət ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini bilməsi; Təhkim edilmiş alət və avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlaması, verilmiş cizgi və ya eskizlər əsasında metal detal, element və konstruksiyaları hazırlaması, hazırlanmış detal, element və konstruksiyaları cizgi ilə tələb olunan yerlərdə koordinatla yerinə quraşdırmasının təmin edilməsi; Detal, element və konstruksiyaların hazırlanmasında cilalayıcı elektrik avadanlıqlarından, deşmə avdanlıqlarından və qazla kəsən alətlərdən istifadə edilməsinin təmin edilməsi; Elementlərin hazirlanmasında, nazik təbəqələrin kəsilməsi və cilalanmasında cilalayıcı maşınlardan, qalın təbəqələrin kəsilməsində isə qazla kəsən alətdən istifadə edilməsi, işə başlamazdan əvvəl bütün elektrik avadanlıqlarının, kabellərin test yarlıqlarının tarixi və onların işə yararlığının təmin edilməsi; Qazla kəsən alətlə işləyən quraşdırıcı işə başlamazdan əvvəl qaz şlanklarının, alətin və qaz paylayıcılarının yararlı olmasının yoxlanması, kəsmə zamanı ayrılan zəhərli qazlardan mühafizə olunmaq üçün xüsusi respiratorlardan istifadənin təmin edilməsi; Qapalı sahədə kəsmə zamanı ventilyasiya sisteminin quraşdırılması; Yüksəklikdə kran və mexanizmlərdən istifadə edərək detal və konstruksiyaların quraşdırılması. Boru quraşdırma vəzifəsi üzrə: Cizgilər üzrə boru xətlərinin quraşdırılması barədə təsəvvürə malik olması; Müxtəlif diametrli boruların, boru sistemlərindəki armaturların (siyirtmə, klapan və s.), dirsəklərin, diametr üzrə keçid hissələrinin boltlu flanslarla və qaynağa verilməsi üsulu ilə birləşdirilməsi (quraşdırılması) işlərini bacarması, bu işlərin müvafiq prosedurlara və standartlara uyğun icra edilməsi; Boru hissələrinin düzgün quraşdırma qaydalarının öyrənilməsi, boru izometriyalarının 3 ölçülü fəzada canlandırılması, boru quraşdırma sahəsində lazım olan ən əsas riyazi düsturlara malik olma və sənədləşmələrin oxunub başa düşülməsi və onların quraşdırılması haqqında biliklərə malik olma; -Boruların diametrləri, materialları, çəkisi kimi xarakteristikalar barədə məlumatlı olma; İş sahəsində alətlərlərdən, ləvazimatlardan, quraşdırma vasitələrindən, fərdi mühafizə vasitələrindən müvafiq prosedura və təhlükəsizlik qaydalarına əməl etməklə düzgün istifadə edilməsi; Boru quraşdırma, montaj və emalı kimi konstruksiya işlərinin icrası üçün iş alətlərindən istifadənin təmin edilməsi; Boru növləri və boruların material tərkibi haqqında məlumata malik olması; İşlə bağlı çertyoj və planı oxumaq və çertyoj əsasında boruların kəsimi, uyğunlaşdırılması, yerləşdirilməsi və tərkib hissələrini quraşdırmasının təmin edilməsi. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azfen B.M tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZF-2021/43-K nömrəli güzəştli arayışda qeyd olunmuşdur ki, verilir İddiaçı ona görə ki, o, həqiqətən X7 layihələrində konstruksiya quraşdırıcısı, boruçu peşələrində çalışmışdır. Onun X8 güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməlidir:
1. xx.xx.2011-xx.xx.2012 - X7 Azf-081 layihəsində konstruksiya quraşdırıcısı peşəsində 01 il, 02 ay, 05 gün (bir il, iki ay, beş gün) çalışmışdır. 2. xx.xx.2012-xx.xx.2013 - X7 Azf-081 layihəsində boruçu peşəsində 03 ay, 16 gün (üç ay, on altı gün) çalışmışdır. 3. xx.xx.2014xx.xx.2014 - X7 Azf-083 layihəsində konstruksiya quraşdırıcısı peşəsində 08 ay, 05 gün (səkkiz ay, beş gün) çalışmışdır. 4. xx.xx.2014-xx.xx.2016 - X7 Azf-086 layihəsində boruçu peşəsində 02 il, 01 ay, 12 gün (iki il, bir ay, on iki gün) çalışmışdır. 5. xx.xx.2017xx.xx.2018 - X7 Azf-094 layihəsində boruçu peşəsində 07 ay, 12 gün (yeddi ay, on iki gün) çalışmışdır. 6. xx.xx.2018-xx.xx.2020 - X7 Azf-095 layihəsində boruçu peşəsində 01 il, 02 ay, 24 gün (bir il, iki ay, iyirmi dörd gün) çalışmışdır. 7. xx.xx.2020-hal-hazırda işləyir - X7 Azf-100 layihəsində boruçu peşəsində 11 ay, 07 gün (on bir ay, yeddi gün) çalışmışdır. 8. Cəmi: 07 il, 21 gün (yeddi il, iyirmi bir gün). Onun işlədiyi iş yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 29-cu maddəsində «Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri» başlığı altında nəzərdə tutulmuş «Polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar» və «Sənaye dəmir-beton borularının boruçəkənləri» bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq X2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 714/21 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı həqiqətən məktubda göstərilən tarixdə (xx.xx.2004-cü il tarixdən (əmr № iq-08) xx.xx.2005-ci il) "xxxx" ASC-də quraşdırıcı-çilingər peşəsində işləmişdir. İddiaçı peşəsinə və əmək funksiyalarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın XXVİİ Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 2290000a—14612 polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar vəzifə koduna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29 bölməsinin “a” bəndində “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” qeydə əsasən 1 (bir) il 1 ay 22 gün güzəştli əmək stajına malik hesab edilə bilər. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş X4 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 13489,35 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 31663,91 manat olmaqla cəmi pensiya kapitalı 45153,26 manat təşkil edir. Adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu xx.xx.2021-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39200,00 manat məbləğində hesablanmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Mingəçevir EnerjiQuraşdırma ATSC-nin xx.xx.2022-ci il tarixli, 12 nömrəli məktubunda bidlirilmişdir ki, “Qafqazenerjiquraşdırma” Tresti dəmir-beton quraşdırma sahəsində fəaliyyət göstərir, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1994-cü il tarixədək həmin idarədə işlədiyi “çilingər montajçı”, “çilingər boru çəkən” peşələrində əmək funksiyalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş siyahıda olan “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 2290000a-14612-polad və dəmir-beton konstruksiyaların quraşdırıcılar; sənaye dəmir beton borularının boruçəkənləri peşələrinin funksiyaları ilə eyni olub. İddiaçı yuxarıda qeyd edilən tarixlərdə “Qafqazenerjiquraşdırma” Mingəçevir Quraşdırma sahəsində işlədiyi 8 saatlıq iş günü ərzində hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların, buxar qazanlarının daxilində legirli polad borularının (konstruksiyaların) quraşdırılmasında, dəmir beton boruların çəkilməsində bilavasitə iştirak etmişdir. İşlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin olunmuşdur. Yüksəklik şəraitində, qapalı sahələrdə, yəni 2000,0 kub metrlik mazut çənlərində boru və metalları kəsilərək qaynaq işlərinə hazırlanması, metalların əl ilə qazla kəsilməsində iştirak etmişdir. Həmçinin əmək kitabçasında qeyd edilməsə də daxili əmrlə qızmış metalların uclarının kəsilməsi işi ilə məşğul olmuş, buna görə xüsusi avadanlıqlarla təmin edilmiş və müvafiq əmək haqqı almışdır. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı və xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarlarına uyğun olaraq güzəştli şərtlə yaşa gorə əmək pensiyası almaq hüququna malik olması səbəbindən, tərəflərindən ona güzəştli arayış vermişdir. Trest “Qafqazenerjiquraşdırma” Mingəçevir quraşdırma idarəsiı Azərbaycan Respublikası Dövlət Əmlak komitəsinin 450 saylı sərəncamına əsasən 29 iyul 1999-cu il tarixdə X1 Tipli Səhmdar Cəmiyyəti olub. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2021-ci il tarixli, ********** nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X6 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X10 qərarlarını, X10 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Həmin Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 27 yanvar 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda və “Mingəçevir Enerjiquraşdırma” ATSC-nin sizə dair 1 mart 2021-ci il tarixli 04 nömrəli arayışında xx.xx.1982-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Mingəçevir quraşdırma idarəsində əl ilə qazla kəsici quraşdırıcı-çilingəri və əl ilə qazla kəsici boru çilingəri, "xxxx" ASC-nin sizə dair 4 mart 2021-ci il tarixli 155/21 nömrəli arayışında xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də quraşdırıcıçilingər, "xxxx" MMC-nin sizə dair 3 mart 2021-ci il tarixli AG/07 nömrəli arxiv arayışında xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də quraşdırıcıçilingər, "xxxx" BM-in sizə dair 19 fevral 2021-ci il tarixli AZF-2021/07-K nömrəli arayışında xx.xx.2011-ci il tarixindən bugünədək müxtəlif dövrlər ərzində konstruksiya quraşdırıcısı və boruçu vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz quraşdırıcıçilingər və konstruksiya quraşdırıcısı vəzifələri yuxarıda qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. Eyni zamanda işlədiyiniz boru çilingəri və boruçu vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəblərdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1 -ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin xx.xx.2007 -ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 21 06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2 nömrəli əlavəsinin 2.4.1-ci maddəsindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsi əsasında yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunmalıdır. Şərh ounan normaların tələblərindən görünür ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a) İddiaçının 60 yaşına çatması; b) İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c) İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması d) Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: . . . v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; “ğ” ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. İddiaçının 60 yaşına çatması (xx.xx.2021-ci il) və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması onun əmək kitabçası ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. İddiaçının hərbi bileti və əmək kitabçasına əsasən hərbi xidmət dövrü xx.xx.1979xx.xx.1981-ci ilədək, əmək fəaliyyəti dövrü xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1982-ci ildən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək, xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək , xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2013cü il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-xx.xx.2021-ci il tarixədək (60 yaşı tamam olan günədək) ümumi iş stajı 29 il 05 ay 20 gün təşkil edir. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. X2 "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 714/21 nömrəli arayışına əsasən İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də işlədiyi quraşdırıcıçilingər peşəsi həmin dövr qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29 bölməsinin “a” bəndində “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə uyğundur. X7 təqdim etdiyi xx.xx.2021-ci il tarixli, AZF-2021/43-K nömrəli güzəştli arayışına əsasən xx.xx.2011-xx.xx.2012 və xx.xx.2014-xx.xx.2014-cü il tarixədək işlədiyi konstruksiya quraşdırıcısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 29-cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə uyğundur. İddiaçının xx.xx.2012-xx.xx.2013, xx.xx.2014-xx.xx.2016, xx.xx.2017- xx.xx.2018, xx.xx.2018-xx.xx.2020, xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək (60 yaşı tamam olanadək) işlədiyi boruçu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 29-cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş “Sənaye dəmir-beton borularının boruçəkənləri” peşəsinə uyğundur. Mingəçevir Enerjiquraşdırma ATSC-nin xx.xx.2022-ci il tarixli, 12 nömrəli arayışına əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi çilingər montajçı, çilingər boru çəkən peşələri həmin dövr qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş siyahıda olan “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin 2290000a-14612 - polad və dəmir-beton konstruksiyaların quraşdırıcılar, 2290000a—19233-sənaye dəmir beton borularının boruçəgənləri peşələrinə uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu bölməsində Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində a) fəhlələr: “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar”, “sənaye dəmir-beton borularının boruçəkənləri” peşəsi zərərli peşə kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 2290000a a) fəhlələr yarımbölməsində 2290000a—14612 polad və dəmirbeton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar, 2290000a—19233 sənayedəmir beton borularının boruçəkənləri peşəsi zərərli peşə kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi hər iki siyahıda məhz bütün quraşdırıcılar deyil, yalnız polad və dəmir-beton konstruksiyalarının quraşdırıcısı vəzifəsi, eləcə də bütün borçəkənlər deyil, yalnız sənaye dəmir-beton borularının boruçəkənləri vəzifələri zərərli peşə kimi nəzərdə tutulmuşdur. İddiaçının əmək kitabçası qeydlərindən görünür ki, iddiaçı X8 konstruksiya quraşdırıcısı və boruçu vəzifələrində işləmişdir. İddiaçının işlədiyi müəssisə bilavasitə X14 aid olan layihələr üzrə podratçı müəssisə olaraq dəmir-beton quraşdırılması sahəsində fəaliyyət göstərir. İddiaçının hazırda işlədiyi layihə Üst tikililərin və Qazma qurğularının emalatı lahiyəhisidir. İddiaçının qeyd edilən müəssisədə işlədiyi həmin peşələrlə bağlı müəssisə tərəfindən təqdim edilən vəzifə təlimatına dair məlumatdan görünür ki, konstruksiya quraşdırma vəzifəsi üzrə işçi bilavasitə yüksəklikdə kran və mexanizmlərdən istifadə edərək detal və konstruksiyaların quraşdırır, işlədiyi zaman cilalayıcı elektrik avadanlıqlarından, deşmə avdanlıqlarından və qazla kəsən alətlərdən istifadə edir, qapalı sahədə kəsmə zamanı ayrılan zəhərli qazlardan qorunma üçün xüsusi respiratorlardan istifadə edir. Eyni zamanda boruçu vəzifəsində işçi çertyoj əsasında müxtəlif diametrli boruların kəsimi, uyğunlaşdırılması, yerləşdirilməsi və tərkib hissələrini quraşdırmasını həyata keçirir. Birinci instansiya məhkəməsi iddiaçının işlədiyi vəzifələrin müxtəlif yüksəklikdə konstruktor quraşdırılması, müxtəlif diametrli boruların çəkilməsi ilə bağlı olduğunu, yüksəklik şəraitində yüksəkliyin yaratdığı təhlükə, bunun üçün fərdi mühafizə vasitələrindən istifadə edilməsi, eləcə də qapalı sahələrdə qeyd edilən konstruksiya və boruların çəkilməsi zamanı deşmə, qazla kəsən alətlərdən istifadə edilməsi zamanı zəhərli qazların ayrılması, bunun üçün xüsusi respiratorlardan istifadə edilməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının həmin müəssisədə işlədiyi vəzifələr siyahıda “polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” və “sənaye dəmir-beton borularının boruçəkənləri” adlanan zərərli peşələrə aiddir. Bundan əlavə, Qafqazenerjiquraşdırma Tresti enerji müəssisələrinin tikilməsi, inşası, yenidən qurulması, texniki təchizatı sahəsində fəaliyyət göstərmiş, müəssisənin əsas işi sənaye obyektlərində polad və dəmir konstruksiyaların quraşdırılması, təmiri və s. ilə bağlı olmuşdur. İddiaçı həmin müəssisədə hündür mərtəbəli binaların və yüksəklikdə olan qurğuların və qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların, buxar qazanlarının daxilində legirli polad borularının konstruksiyaların quraşdırılmasında, dəmir beton boruların çəkilməsində, yüksəklik şəraitində, qapalı sahələrdə, yəni 2000.kub m-lik mazut çənlərində boru və metalların kəsilərək qaynaq işlərinə hazırlanması, metalların əl ilə qazla kəsilməsində iştirak etmişdir. Beləliklə, iddiaçının xx.xx.1984-xx.xx.1994-cü ilədək Qafqazenerjiquraşdırma Trestində çilingər boru çəkən vəzifəsi 09 il 11 ay, "xxxx" ASC-də xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək quraşdırıcı-çilingər peşəsində 01 il 01 ay 22 gün, X8 xx.xx.2011xx.xx.2012 və xx.xx.2014-xx.xx.2014-cü il tarixədək işlədiyi konstruksiya quraşdırıcısı vəzifəsində 01 il 10 ay 10 gün olmaqla, xx.xx.2012-xx.xx.2013, xx.xx.2014-xx.xx.2016, xx.xx.2017-xx.xx.2018, xx.xx.2018-xx.xx.2020, xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək boruçu vəzifəsində (60 yaşı tamam olanadək) 05 il 02 ay 12 gün olmaqla, ümumilikdə, güzəştli iş stajı 18 il 01 ay 14 gün təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına gəldikdə isə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 39200,00 manat hesablandığı halda, iddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 13489,35 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 31663,91 manat olmaqla cəmi pensiya kapitalı 45153,26 manat pensiya kapitalı toplamışdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (60 yaş) çatdığından, xx.xx.2021-ci il tarixədək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verdiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən onun 60 yaşdan (xx.xx.2021-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2-1(112)-1025/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova