Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-628/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X5, X6, X3 və X4) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5384/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5, X6, X3 və X1 ona məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 26 ünvanında yerləşən ümumi sahəsi 16.59 kv.m olan 1 saylı mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X5, X6, X3 və X4 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin (hakim Aysev Almazova) 2-1(112)-5384/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X5, X6, X3 və X1 Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 26 ünvanında yerləşən ümumi sahəsi 16.59 kv.m olan 1 saylı mənzildən pasport qeydiyyatından çıxarılmaları” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5384/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin şikayət verilən qərarı qanunsuz və əsassız olduğundan apellyasiya qaydasında ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş işin faktiki hallarından göründüyü kimi, Bakı Şəhər XDS-nin İcraiyyə Komitəsi tərəfindən verilmiş 218578 saylı xx.xx.1986-cı il tarixli orderə əsasən iddiaçıya Zığ şossesi, ev 26 ünvanında, 1-ci mərtəbədə yerləşən, 16.59 kv.m sahəsi olan 1 otaqdan ibarət 1 saylı mənzil verilmiş, iddiaçı ailə üzvləri ilə birlikdə həmin tarixdən qeyd olunan 1 saylı mənzildə yaşayır, iddiaçının pasport qeydiyyatından çıxarılmasını istədiyi üçüncü şəxslər isə 1988-ci il tarixli texniki pasporta əsasən Zığ şossesində yerləşən ümumi sahəsi 79,9 kv.m, yaşayış sahəsi 43,6 kv.m olan 26 saylı fərdi yaşayış evində yaşayır. Eyni zamanda, işə baxan məhkəmə müəyyən etmişdir ki, həm iddiaçının sahibliyi və istifadəsində olan mənzil, həm də üçüncü şəxslərin sahibliyi və istifadəsində olan fərdi yaşayış evinə dair mülkiyyət hüququ hər hansı şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, üçüncü şəxslər heç vaxt iddiaçının qanuni sahibliyində və istifadəsində olan mənzildə yaşamamış, özlərinin Zığ şossesində yerləşən 26 saylı fərdi yaşayış evlərində yaşamış və hal-hazırda da orda yaşayırlar. Məhkəmə həmçinin, müəyyən etmişdir ki, iddiaçının ailə üzvləri ilə birlikdə yaşadığı mənzillə üçüncü şəxslərin yaşadığı fərdi yaşayış evinin ünvanları eyni göstərilsə də, əslində üçüncü şəxslərin yaşadığı yaşayış evi fərqli ünvanda yerləşən fərdi yaşayış evidir. İddiaçı və üçüncü şəxslərin yaşadıqları evlər müxtəlif olmaqla bərabər, hər birinin yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsaslar da fərqlidir, belə ki, iddiaçı 218578 saylı xx.xx.1986-cı il tarixli order əsasında, üçüncü şəxslər isə 1988-ci il tarixli texniki pasport əsasında eyni ünvana yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Məhkəmə işin faktiki hallarını tam araşdırmamış, nəzərə almamışdır ki, iddiaçının qanuni sahibliyində və istifadəsində olan yaşayış sahəsi mənzil, üçüncü şəxslərin yaşadığı yaşayış sahəsi isə fərdi yaşayış evidir və ünvanları oxşar olsa da, fərqlidir. Həmçinin, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində yaşayış yeri üzrə qeydiyyata alınma üçün əsas olan sənədlərdə order nəzərdə tutulsa da, texniki pasportun yaşayış yeri üzrə qeydiyyata alınma üçün əsas olmadığını nəzərə almamışdır. Belə ki, iddiaçının qanuni sahibliyində və istifadəsində olan yaşayış sahəsinin ünvanı Zığ şossesi, ev 26, mənzil 1-dir, üçüncü şəxslərin isə ünvanı Zığ şossesi, ev 26-dır. Yəni, iddiaçılar Zığ şossesində yerləşən 26 saylı binanın 1 saylı mənzilində, üçüncü şəxslər isə Zığ şossesində yerləşən 26 saylı fərdi yaşayış evində yaşayır. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı xx.xx.2022-ci il tarixli arayışa da düzgün hüquqi qiymət verməmişdir. Belə ki, həmin arayışdakı qeydlərdən də aydın görünür ki, üçüncü şəxslər özlərinin yaşadığı Zığ şossesindəki 26 saylı fərdi yaşayış evinə deyil, iddiaçının qanuni sahibliyində və istifadəsində olan Zığ şossesi, ev 26, mənzil 1 ünvanına pasport qeydiyyatına alınmışlar. İddiaçının müraciətinə əsasən cavabdeh inzibati orqan üçüncü şəxsləri iddiaçının qanuni sahibliyndə və istifadəsində olan mənzildən pasport qeydiyyatından çıxarmalı olduğu halda, bunu etməmiş, bununla da qanunun tələbini pozmaqla, iddiaçının hüququnun pozulmasına səbəb olmuşdur. İddiaçı pozulmuş hüququnun bərpası məqsədi ilə məhkəməyə müraciət etsə də, ədalətli məhkəmə araşdırması aparılmamış, hüquqlarının məhkəmə təminatı həyata keçirilməmişdir. İşə baxan məhkəmə tərəfindən işin faktiki hallarına uyğun olmayan qərar qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticə də maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qərar qəbul edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və cavabdehin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq onların iştirakı olmadan işə baxılmasına etiraz etmədiklərini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, X5, X6, X3 və X1 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması barədə müraciətinə baxılmış və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən sənədlərdən hər hansı birinin təqdim edildiyi halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. İş materiallarında olan Bakı şəhər XDS-nin İcraiyyə Komitəsi tərəfindən verilmiş 218578 saylı xx.xx.1986-cı il tarixli orderin surətindən görünür ki, Zığ şossesi, ev 26 mənzil 1 (1-ci blok, 1-ci mərtəbə, sahəsi 16.59 kv.m, 1 otaq) İddiaçı verilmişdir. Əsas: İndiki Xətai rayonu XDS İK-nin xx.xx.1986-cı il tarixli 36/1b nömrəli qərarı. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş indiki Xətai rayonu XDS İK-nin xx.xx.1986-cı il tarixli 36/1b nömrəli qərarının surətindən görünür ki, Zığ şossesi, ev 26 mənzil 1 (1-ci blok, 1-ci mərtəbə, sahəsi 16.59 kv.m, 1 otaq) İddiaçı verilmişdir (1 nəfər özü). İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X5, X6, X3 və X4 ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, X5, X6, X3 və X1 qeyd olunan ünvan 1 ünvanına qeydiyyata alınmasına və onalara şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv eddiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 27 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 404, 405, 406, 407 saylı xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, X6, X3, X5 və X4 ünvan 4 ünvanında qeydiyyatda olsalar da, orada yaşamırlar. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, 8 noyabr prospekti (keçmiş Zığ yolu) 26 saylı bina Xətai Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla 27 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət göstərdiyi binadır. MKİS-nin verdiyi məlumata əsasən 8 noyabr prospekti 26, mənzil 1 ünvanı dövlət mənzil fonduna aid özəlləşdirilməmiş mənzildir. Həmin mənzildə 1986-cı ildən hal-hazıradək İddiaçı ailə üzvləri ilə birgə qeydiyyatda olmaqla yaşayırlar. İş materiallarında olan üçüncü şəxs tərəfindən təqdim edilmiş texniki pasportun surətindən görünür ki, Zığ Şossesi ev 26 ünvanında ümumi sahəsi 79.9 kv.m, yaşayış sahəsi 43.6 kv.m olan fərdi evin 1988-ci il noyabr ayında texniki pasportu tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Qərarda həmçinin qeyd edilir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhər XDS-nin İcraiyyə Komitəsi tərəfindən verilmiş 218578 saylı xx.xx.1986-cı il tarixli orderə əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 26, mənzil 1 (1-ci blok, 1-ci mərtəbə, sahəsi 16.59 kv.m, 1 otaq) İddiaçı verilmişdir. İddiaçı həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. Həmin mənzildə həmçinin üçüncü şəxslər X5, X6, X3 və X4 qeydiyyatdadırlar, lakin həmin ünvanda yaşamırlar. İddiaçı həmin şəxslərin ona məxsus ünvandan qeydiyyatdan çıxarılması üçün cavabdehə müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya verilmiş mənzilin ünvanı ünvan 6şadıqları ünvan isə üçüncü şəxslər tərəfindən məhkəməyə təqdim edilmiş texniki pasporta əsasən Zığ şossesi, ev 26-dır. Göründüyü kimi, iddiaçıya verilmiş mənzillə üçüncü şəxslərin yaşadıqları ev, eyni zamanda onların yerləşdikləri ünvanlar ayrı-ayrı mənzil və ünvanlardır. Üçüncü şəxslər iddiaçıya verilmiş mənzildə yaşamırlar, həmin mənzilə dair hər hansı hüquqlara malik deyildirlər, eyni zamanda yaşadıqları ev iddiaçıya verilmiş mənzildən kənarda yerləşir və ünvanları da fərqlidir. Belə olan halda üçüncü şəxslərin iddiaçıya məxsus ünvanda qeydiyyatda qalmaları onun hüquqlarını məhdudlaşdırır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə səhv nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5384/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Üçüncü şəxslər X5, X6, X3 və X1 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-628/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-628/2024
29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver