Məhkəmə qərarları › İş №2-1(103)-629/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-629/2020

23.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-629/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə və İsmayılov Ülvi Zahid oğlunun iştirakı ilə, cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan, İddiaçı-nin cavabdeh Bakı şəhəri Cavabdeh2nə qarşı (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Cavabdeh1 üçüncü şəxs qismində cəlb edilməklə) «kompensasiyanın ödənilməsi» barədə iddia tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-34/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı-nin direktoru Nümayəndə cavabdehlər Cavabdeh1nə və Bakı şəhəri Cavabdeh2nə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Bakı şəhəri 14 saylı notariat kontoru) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı-nin adından onunla Cavabdeh2 arasında Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli, 3M-535 reyestr nömrəli razılaşmanın etibarsız hesab edilməsi, 928313 manat maddi zərərin (kompensasiyanın) və 100.000 (bir yüz min) manat mənəvi zərərin, 297000 manat məbləğində əlavə haqqın cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, sonradan iddiaçı tərəf iddianın dəyişdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 32B nömrəli, ümumi sahəsi 742.25 kv.metrdən ibarət iki mərtəbəli qeyri-yaşayış binasının sökülməsi ilə əlaqədar, 928.313 manat maddi zərərin (kompensasiyanın) və 297.000 manat məbləğində satınalma qiymətinə əlavə haqqın, cəmi 1.225.313 (bir milyon iki yüz iyirmi beş min üç yüz on üç) manat pulun Cavabdeh2ndən tutularaq İddiaçı-yə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizədə Bakı şəhəri Cavabdeh2 cavabdeh, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Cavabdeh1 isə üçüncü şəxs kimi göstərilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 32B ünvanında yerləşən qeyri-yaşayış binası (avtomobillərə texniki xidmət məntəqəsi) «xxxxxxx» MMC-nin xüsusi mülkiyyətində olmuşdur. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, həmin qeyri-yaşayış binasının rəsmi olaraq sahəsi 222.2 kv.m, faktiki sahəsi isə 742.25 kv.m olmuş, bundan başqa tikinti altı sahə 0.01369 ha olmaqla, faktiki torpaq sahəsi 0.04067 ha təşkil etmişdir. Cavabdeh1 başçısının xx.xx.2013-cü il tarixli, 225 saylı sərəncamı ilə Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Xətai İcra Hakimiyyətinə həvalə edilmişdir. «xxxxxxx» MMC-nin xüsusi mülkiyyətində olan qeyri-yaşayış binası da yuxarıda adı çəkilən sərəncamın icrası ilə əlaqədar xx.xx.2017-ci il tarixdə Cavabdeh2 göstərişi ilə tamamilə sökülmüşdür. Lakin qeyri-yaşayış sahəsinin sökülməsi və onun altında olan, həmçinin, faktiki istifadədə olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, söküntü işləri xx.xx.2017-ci il tarixdə, heç bir xəbərdarlıq edilmədən, güc tətbiq edilməklə, razılaşma və iddiaçının irədə ifadəsi olmadan həyata keçirilmiş, söküntü ilə bağlı kompensasiya ödənilməsi ilə əlaqədar məsələ müzakirə edilməmişdir. Yalnız iddiaçının çoxsaylı şikayətləri əsasında söküntünün aparılmasından 1,5 ay sonra, yəni 2017-ci ilin iyun ayının əvvəllərində Cavabdeh2 nümayəndələri tərəfindən qeyri-yaşayış sahəsinin faktiki olaraq, 742.25 kv.m olmasını nəzərə almaqla, hər 1 kv.metri üçün 750 manat hesablamaqla iddiaçıya, ümumilikdə, 556.687 (beş yüz əlli altı min altı yüz səksən yeddi) manat kompensasiya veriləcəyi bildirilmişdir. Ona ödəniləcək kompensasiya məbləğ ilə razılaşmağı təkidlə tələb olunmuş, əks txxxirdə həmin məbləğindən ona ödənilməyəcəyi iddiaçıya bildirilmişdir. Həmin kompensasiya məbləğinin düzgün hesablanmadığı, təklif olunan məbləğin əmlakın real dəyərindən, yəni bazar qiymətindən kəskin şəkildə fərqlənfiyi dəfələrlə bildirməsimə baxmayaraq, iddiaçı ilə məcburi şəkildə xx.xx.2017-ci il tarixdə notariat kontorunda razılaşma aktı imzalanmışdır. Razılaşmanın şərtlərinə əsasən, dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar İddiaçı aldığı kompensasiya müqabilində sözügedən qeyri-yaşayış sahəsindən Bakı şəhəri, Cavabdeh2 xeyrinə imtina edldiyi qeyd olunmuşdur. Həmin qeyri-yaşayış sahəsinin sahəsi olan 742.25 kv.m-ə münasibətdə 556687 manat kompensasiya ödənilməsi göstərilmişdir. Razılaşmanın zor gücünə, fiziki və psixoloji təsir ilə imzalandığı üçün xx.xx.2017-ci ildə iddiaçı tərəfindən həmin notariat kontoruna müraciət edilərək, həmin razılaşmanın ləğv edilməsi xahiş edilmiş, lakin bu da heç bir nəticə verməmişdir. Tərəfindən bir müddət həmin pul vəsaiti bank hesabından çıxarılmasa da sonradan istifadə edilmişdir. Hesab olunur ki, söküntü işləri qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmamış, kompensasiya söküntü baş verdikdən bir ay yarım sonra verilsə də, razılaşma hədə-qorxu ilə bağlanılmış, kompensasiyanın məbləği qeyri-yaşayış binasının real bazar qiymətinə uyğun hesablanmamış, kompensasiya hesablanarkən mülkiyyətdə və istifadədə olan torpaq sahəsi nəzərə alınmamışdır. Həmçinin, yuxarıda qeyd edilən hallarla əlaqədar iddiaçıya mənəvi zərər də vurulmuşdur. Hesab edilir ki, «xxxxxxx» MMC ilə Bakı şəhəri Cavabdeh2 arasında bağlanmış müqavilə etibarsız hesab edilməli, qeyri yaşayış sahəsinin (tikili və torpaq sahəsi ilə birlikdə) bazar qiymətinə uyğun dəyəri müəyyən edilməli, həmin dəyərdən ödənilmiş 556.687 (beş yüz əlli altı min altı yüz səksən yeddi) manat pul çıxılaraq, qalan kompensasiya məbləği iddiaçıya ödənilməlidir. Belə ki, «X2» MMC-nin xx.xx.2017-ci il tarixli ƏEM/A-20-924/17 saylı «Daşınmaz Əmlakın Qiymətləndirilməsi Barədə» Hesabatdan müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 32B nömrəli, 742.25 kv.m ümumi sahədən ibarət iki mərtəbəli qeyri-yaşayış binasının həmin tarixə olan bazar dəyəri ******* (bir milyon dörd yüz səksən beş min ) manat təşkil edir. İddia ərizəsində göstərilən faktlarla və ona əlavə olunan sənəd və sübutlarla təsdiq olunur ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 32B ünvanında yerləşən qeyri-yaşayış binası (avtomobillərə texniki xidmət məntəqəsi) «xxxxxxx» MMC-nin mülkiyyətində olmuşdur. Eyni zamanda, iddiaçının çıxarışda qeydə alınmayan əlavə tikililərə hüquqları hələlik daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin hesab olunur ki, həmin tikililər faktiki iddiaçının sahiblik və istifadəsində olduğundan, həmçinin, xx.xx.2017-ci il tarixli razılaşma imzalanarkən Cavabdeh2 tərəfindən nəzərə alındığından, həm milli qanunvericilik baxımından, eləcə də Avropa Məhkəməsinin president hüququ baxımından iddiaçının «qanuni gözləntiyə» malik hüququdur. Bundan başqa, hal-hazırda torpaq sahəsinin kimin sahibliyində olması mübahisəyə təsir etmir. Çünki məhz cavabdehlərin qanuna zidd hərəkətləri nəticəsində iddiaçı mülkiyyətində olan torpaq sahəsindən mərhum olmuş və ona görə də, sonradan həmin torpaq sahəsindən hansı şəkildə istifadə edilməsi cavabdehləri zərərin əvəzinin ödənilməsi vəzifəsindən azad edə bilməz. Həmçinin, hazırda mübahisəli torpaq sahəsinin hansı şəkildə istifadə edildiyini nəzərə alaraq hesab edilir ki, həmin torpaq sahəsinin iddiaçının sahibliyinə qaytarılması və bununla da, Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin naturada ödənilməsi mümkün deyildir. Cavabdehlər hərəkətləri nəticəsində iddiaçıya maddi zərərin vurulmasının sübut edildiyini, törədilmiş deliktin xarakterini və vurulmuş maddi zərərin həcmini nəzərə alaraq hesab edilir ki, iddiaçı mənəvi sarsıntı və iztirab keçirmiş və buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunan halları nəzərə alaraq hesab edilir ki, mənəvi zərərin əvəzi kimi 100.000 manat ağlabatan məbləğ müəyyənləşdirilməlidir. Birinci instansiya məhkəməsinin 2-1(82)-4627/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmiş, iddia tələbi «iddiaçının evinin sökülməsinə görə pul vəsaitinin ödənilməsi kimi» göstərilmiş, Cavabdeh1 inzibati məhkəmə icraatında cavabdeh qismində prosessual iştirakına xitam verilməklə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, Bakı şəhəri 14 saylı notariat kontorunun hazırkı inzibati məhkəmə icraatında üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. Bundan sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4627/2017 saylı, xx.xx.2017-ci il tarixli digər qərardadı ilə İddiaçı-nin cavabdeh Bakı şəhəri Cavabdeh2nə qarşı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Cavabdeh1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə «kompensasiyanın ödənilməsi barədə» iddiası mümkün sayılmamışdır. Məhkəmənin həmin qərardadından İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1003/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə İddiaçı-nin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4627/2017 saylı üzrə xx xxxxxx 2017-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2-1(102)-1149/2018 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-1003/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-2591/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə İddiaçı-nin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4627/2017 saylı üzrə xx xxxxxx 2017-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən, iş üzrə Cavabdeh2 iddiaya dair 1369 saylı, xx.xx.2017-ci il tarixli yazılı münasibətində bildirilmişdir ki, Cavabdeh2 iddia tələbi ilə razılaşmır. Belə ki, Xətai rayonu ərazisində aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai rayonunun Nobel prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən bir sıra yaşayış evlərindən ailələrin, həmçinin, qeyriyaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı müəyyən olunmuş qaydada kompensasiya ödənilməklə köçürülmə üçün Cavabdeh2 başçısının xx.xx.2017-ci il tarixli, 157 saylı sərəncamı ilə komissiyan yaradılmışdır. Komissiya tərəfindən İddiaçı-yə məxsus qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və 742.25 kv.metr ölçüdə həmin daşınmaz əmlaka görə hər kv.metr üçün 750 manat olmaqla Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, Fərmanındakı əlavə haqq (20% əlavə) nəzərə alınmaqla 556.687 manat məbləğində kompensasiya müəyyənləşdirilmişdir. Vətəndaş Nümayəndə (MMC-nin rəhbəri) göstərilən komprnsasiya mələğinə etiraz etməmiş və müvafiq aktı imzalamışdır. O, həmçinin, obyektin Cavabdeh2 xeyrinə imtina olunması barədə notariat kontorunda razılaşmanı imzalayaraq, müvafiq pul vəsaitini bankdan götürmüşdür. Sonda iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. İş materiallarından həmçinin görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən, iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin məhkəməyə txxxim etdiyi iddiaya dair yazılı etirazda da qeyd edilmişdir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehlə onun arasında bağlanmış müqavilənin etibarsızlığı tələbini irəli sürsə də, müqavilənin etibarsız sayılması üçün əsas olan halları sübut edə bilməmişdir. Həmçinin, iş materiallarından məlum olur ki, qeyd olunan daşınmaz əmlakla bağlı iddiaçı ilə cavadeh arasında notarial qaydada müqavilə bağlanmış və iddiaçı 556.687 manat pul vəsaiti müqabilində həmin əmlakdan cavabdehin xeyrinə imtina etmişdir. Göründüyü kimi, iddiaçı ona məxsus əmlakın satın alınması ilə bağlı ona təklif edilən kompensasiyanı qəbul etmiş, bunu müvafiq qaydada rəsmiləşdirərək öz iradəsini ifadə etmişdir. Belə olan halda sözügedən əmlak üçün təkrarən əlavə kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsi mülki qanunvericiliyin tələblərinin, həmçinin, sözügedən əmlakların alınması barədə razılıq xxxinin şərtlərinin pozulması halı hesab olunmalıdır. Digər tərəfdən 20 faiz miqdarında əlavə haqqın hesablanması ilə bağlı qeyd edilir ki, sözügedən əmlakın alınması zamanı 20 faiz əlavə haqq, ümumiyyətlə, tətbiq olunmalı deyildir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. İş materiallarından məlum olur ki, iddiaçıya məxsus əmlak abadlıq işləri ilə bağlı sökülmüşdür. Abadlıq işləri ‘‘Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 3-cü (torpağın alınmasına əsas verən dövlət ehtiyacları) maddəsinin təsiri altına düşmür. Eyni zamanda, qeyd edilməlidir ki, dövlət qurumları tərəfindən əmlakların alınması zamanı hər bir əmlak (obyekt) müstəqil qiymətləndirici tərəfindən fərdi qiymətləndirilir və bu obyektin dəyərinə uyğun olaraq mülkiyyətçilərə kompensasiya ödənilir. Digər tərəfdən, iddia ərizəsində də qeyd olunduğu kimi alınmanın predmeti olmuş tikilinin sahəsi sənədə (dövlət reyestrindən çıxarışa) əsasən 222,2 kv.metr, faktiki olaraq isə 742,25 kv.m olmuşdur. Hazırkı iddia tələbi də məhz 742,25 kv. metr üzrə hesablanmışdır. Bununla bağlı nəzərə alınmalıdır ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Göründüyü kimi hazırkı iddia tələbi inzibati və mülki qanunvericiliyin maddi və prosessual normaları ilə aşkar şəkildə ziddiyət təşkil edir. Sonda iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. İş materiallarından eyni zamanda görünür ki, birinci instansiya məhkəməsinin iclasında iddia--çının qanuni təmsilçisi iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş və iddiaçının vəkili çıxışında bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 32B ünvanında yerləşən qeyri-yaşayış binası «xxxxxxx» MMC-nin xüsusi mülkiyyətində olmuşdur. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən həmin qeyriyaşayış binasının sənəd üzrə sahəsi 222.2 kv.metr, faktiki sahəsi isə 742.25 kv.metr, bundan başqa tikinti altı sahə 0.01369 ha olmaqla, faktiki torpaq sahəsi 0.04067 ha təşkil etmişdir. Mübahisəli qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə Cavabdeh2 göstərişi ilə iddiaçının iradəsi ziddinə tamamilə sökülmüşdür. Baş vermiş hallarla əlaqədar iddiaçı tərəfindən 2017-ci ilin may ayı ərzində bir çox dövlət orqanları və vəzifəli şəxslərinə, çoxsaylı müraciətlər edilməsinə baxmayaraq, həmin müraciətlərin heç bir müsbət nəticəsi olmamışdır. Söküntü işləri «xxxxxxx» MMC-nin qanuni təmsilçisi Nümayəndə güc tətbiq edilməsi və zorakılıqla həyata keçirilmiş, sonuncuya aparılan söküntü işlərinə maneçilik törədəcəyi halda hesablanmış kompensasiya məbləğinin də, ümumiyyətlə, ödənilməyəcəyi bildirilmiş və o, özünün və yaxın qohumlarının həyat və sağlamlığı ilə əlaqədar hədə-qorxuya da məruz qalmışdır. Bundan əlavə, söküntüyə məruz qalmış obyektin bazar dəyərini müəyyənləşdirən «xxx» MMC-nin də əmlak qiymətləndirməsi sahəsində fəaliyyətinə icazə və ya lisenziya verilməsi ilə əlaqədar hər hansı rəsmi hüquqi sənədlə də tanış deyildir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 689 nömrəli Fərmanında dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməli olduğu da öz əksini tapmışdır. Müvafiq sahədə fəaliyyətinə lisenziyanın verilməsi bəlli olmayan bir qurumun yüksək məbləğdə bazar dəyəri olan əmlakın qiymətləndirilməsi barədə hesabatı və ya rəyi də mötəbər hesab edilə bilməz. Həmçinin, tərəflər arasında olan razılaşma aktı, «xxxxxxx» MMC-nin qanuni təmsilçisi Nümayəndə tərəfindən «başqa yerdə əlavə sahə veriləcəyi» şərti ilə imzalanmışdır. Qeyd edilən şərtə isə hələ də cavabdeh tərəfindən əməl edilməmişdir. Qısacası, zor tətbiqi və güc nümayişi ilə müşayiət olunan saxta razılaşmaya əsasən iddiaçı tərəfə ödənilmiş kompensiya məbləği ona görə ədalətlilik prinsipinin tələblərinə ziddir ki, ən azından işə əlavə edilmiş, əmlak ekspert mütəxəssisin hesabatında da görünür ki, mübahisəli əmlakın bazar dəyəri müvafiq dövr üçün 1 485000,0 (bir milyon dörd yüz səksən beş min) manat təşkil etmişdir. Halbuki iddiaçıya, satınalınan əmlakın dəyərinə əlavə 20 % faiz haqq da hesablanmaqla cəmi 556.687 (beş yüz əlli altı min altı yüz səksən yeddi) manat ödənilmişdir. İddiaçının vəkili çıxışının sonunda qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-34/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iş üzrə iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti məzmunca iddia ərizəsinə uyğun olmaqda onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İşə apellyasiya instansiyasında baxılarkən, məhkəmə baxışının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə cavabdeh və üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin iştirakı olmadan işə baxılması və iş üzrə qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş iddiaçının nümayəndələri iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni txxxim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, iddiaçının nümayəndələrinin izahatlarını nəzərə alaraq, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə apellyasiya şikayəti təmin olunmamalı və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-34/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan, DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 222.2 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binası (Avtomobillərə texniki xidmət məntəqəsi) üzərində İddiaçı-nin xüsusi mülkiyyət hüququ və 0.01369 ha torpaq sahəsi üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 1817 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan, «xxx» MMC tərəfindən Bakı şəhəri Cavabdeh2 başçısına ünvanlanmış 53/M saylı, xx.xx.2017-ci il tarixli məktubun təsdiq edilmiş surətindən aydın olur ki, araşdırmalar nəticəsində həmin əraziyə yaxın ərazilər üzrə notarial qaydada faktiki baş tutmuş alqı-satqılar və qiymət təkliflərinin təhlilinə əsasən Xətai rayonu, Turşu küçəsi üzrə yaşayış evləri və həyət tikililəri üçün «Torpaqların dövlət ehtiyacları üçün haqqında» Azərbaycan Respublikası qanununun tələbləri nəzərə alınmaqla hesablanmış bazar dəyərinə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü əsasən 20 % əlavə haqq ödənilmək şərtilə orta qiymətlər aşağıdakı kimi müəyyən edilmişdir: yaşayış evlərinin yaşayış sahəsinin 1 kv.metri üçün 1000.0 manat, yaşayış evlərinin köməkçi sahəsinin 1 kv.metri üçün 750.0 manat, həyət tikililərinin 1 kv.metri üçün 50.0 – 350.0 manat arasında. İş materiallarında olan, xx xxx 2017-ci il tarixli razılaşma aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ərzurum qəsəbəsi, Kislotnı küçəsində yerləşən və Nümayəndə mülkiyyətində olan 742.25 kv.metr qeyri-yaşayış sahəsinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikilinin yaşayış sahəsinin 1 kv.metri üçün 20 % əlavə hesablanmaqla birlikdə tikilinin yaşayış sahəsi 1 kv.metrinin alqı-satqı orta bazar qiyməti 750 (yedi yüz əlli) manat müəyyənləşdirilərək Nümayəndə hesablanmış 742.25 kv.metr qeyri-yaşayış sahəsi üçün 556.687 (beş yüz əlli altı min altı yüz səksən yeddi) manat təşkil etmişdir. Beləliklə, Nümayəndə alacağı təzminat cəmi 556.687 (beş yüz əlli altı min altı yüz səksən yeddi) manat manat olmuşdur. Akt Nümayəndə iştirakı ilə komssiyada yazılmış və həmin aktın doğru olduğu Nümayəndə (AZE № 0*******, verilib xx.xx.2012-ci il tarixdə Xətai RPİ tərəfindən, ünvan: ünvan 5 və RİH başçısının müavini, komissiyanın sədri Teymur Əzizovun imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan, Notarial qaydada bağlanılmış xx.xx.2017-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 başçısının 225 saylı, xx.xx.2013-cü il tarixli sərəncamının icrasının təmin edilməsi məqsədilə gələcəkdə «Birinci» və «İkinci tərəf» adlanacaq tərəflər həmin müqaviləni aşağıdakı məzmunda bağladılar: 1.2. «Birinci tərəf» Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2016-cı il tarixl texniki pasporta əsasən ünvan 6 qəsəbəsi, Kislotnı küçəsi) ünvanında yerləşən özünə məxsus olan qeyri-yaşayış sahəsini dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə «İkinci tərəf»in xeyrinə imtina edir. 2. Qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş texniki pasport əsasında «Birinci tərəf»ə məxsusdur. 3. Müqavilə bağlananadək qeyri-yaşayış sahəsi məhkəmə və digər mübahisə predmeti olmamışdır. 4. «Birinci tərəf» «İkinci tərəf»dən 556.687 (beş yüz əlli altı min altı yüz səksən yeddi) manat məbləğində kompensasiya almaqla 742.25 kv.metr qeyri-yaşayış sahəsini «İkinci tərəf»in xeyrinə imtina edir. 5. İkinci tərəf bu müqavilənin 4-cü bəndində göstərilən məbləğdə qanunvericiliklə nəzərdə tutulan bütün əlavələr (faizlər) nəzərə alınmaqla hesablanmış kompensasiyanı «Birinci tərəf»ə notariusun depozit hesabı vasitəsilə ödədi. İş materiallarında olan, Bakı şəhəri Cavabdeh2 Başçısı Aparatının Nümayəndə ünvanlanmış YT-72 saylı, xx.xx.2017-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir:» Sizin Cavabdeh1nə ünvanladığınız ərizəniz, baxılması üçün məktubla Cavabdeh2nə göndərilmişdir.Məlumat üçün bildiririk ki, Xətai rayonu, Ərzurum qəsəbəsi, Turşu küçəsi və digər küçələri əhatə edən, «Ağ Şəhər» layihəsi çərçivəsində yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi Azərbaycan Respublikası Cavabdeh1 Başçısının 225 saylı, xx.xx.2013-cü il tarixli Sərəncamı ilə həyata keçirilmişdir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun (xx xxxxx 2010) müvafiq (maddə 32; maddə 56; maddə 58; maddə 59; maddə 66) tələbləri nəzərə alınmaqla hesablanmış bazar dəyərinə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3 bəndinə əsasən əlavə haqq ödənilmək şərti ilə orta qiymətlər müəyyən edilərək razılaşdırma aktı əsasında Sizin sənədlər xx.xx.2017 tarixində Maliyyə Nazirliyinə göndərilmiş, xx.xx.2017 tarixində Siz həmin pul vəsaitini «Muğanbank»-dan çıxarmısınız. Xahiş edirik nəzərə alasınız». İş materiallarında olan, X2 tərəfindən sifarişçi İddiaçı-yə ƏEM/A 20-924/17 saylı, xx xxxxxx 2017-ci il tarixli «Daşınmaz əmlakın qiymətləndirilməsi barədə» hesabatda aparılmış hesablamalara və təhlillərə əsasən Cavabdeh2 razılaşma aktına əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospektində istifadədə olan 0.0195 ha. torpaq sahəsində yerləşmiş sonradan isə sökülmüş 32b nömrəli, 742.25 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının xx xxxxxx 2017-ci il tarixinə bazar dəyəri 1 485000,0 (bir milyon dörd yüz səksən beş min) manat təşkil etdiyi qeyd edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətindən məhkəməyə daxil olmuş xx xxxx 2019-cu il tarixli, DX- 03/05-03-727 saylı məktubda bildirilmişdir ki, Cavabdeh2 verdiyi məlumata əsasən Nümayəndə mülkiyyətində olmuş 742,25 kv.metr qeyri-yaşayış sahəsi «Ağ şəhər» layihəsi çərçivəsində ərazidə aparılan yenidənqurma və abadlıq işləri ilə əlaqədar layihənin ərazisinə düşdüyünə görə qiymətləndirilmişdir. Həmin məlumata əsasən qeyd olunan daşınmaz əmlaka görə hesablanmış 556687,00 manat kompensasiya mülkiyyətçi Nümayəndə ilə razılaşdırılaraq onun tərəfindən bu barədə razılaşma aktı imzalanmış, hesablanmış vəsait «Kapitalbank»ın Xətai filialı vasitəsi ilə mülkiyyətçiyə tam ödənilmişdir. İş materiallarında olan, birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli sorğusuna cavab olaraq, Cavabdeh1 başçısının 225 saylı, xx.xx.2013-cü il tarixli «Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayonu ərazisində Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi haqqında» sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Xətai rayonu ərazisində Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında, eləcə də rayon ərazisində aparılan abadlıq işləri ilə əlaqədar yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsinin Cavabdeh2nə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan, birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli sorğusuna cavab olaraq, Bakı şəhəri Cavabdeh2 başçısının 157 saylı, xx.xx.2017-ci il tarixli «Rayonun Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında, eləcə də rayon ərazisində aparılan abadlıq işləri ilə əlaqədar yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsini təmin etmək məqsədilə RİHB-nın 152 saylı, xx.xx.2017-ci il tarixli sərəncamında dəyişiklik edilməsi haqqında» sərəncamından çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Xətai rayonu ərazisində Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında, eləcə də rayon ərazisində aparılan abadlıq işləri ilə əlaqədar yaşayış və qeyriyaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi məqsədilə komissiyanın yaradılması qərara alınmışdır. Həmçinin iş materiallarına söküntüyə məruz qalmış ərazinin fotoşəkilləri, **********75-06301 reyestr nömrəli texniki pasportun surəti və digər sənədlər əlavə edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sənədlərin araşdırılması ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 689 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Cavabdeh1 başçısının 225 saylı, xx.xx.2013-cü il tarixli sərəncamı əsasında Xətai rayonu ərazisində Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında, eləcə də rayon ərazisində aparılan abadlıq işləri ilə bağlı olaraq yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi ilə əlaqədar Bakı şəhəri Cavabdeh2 başçısının 157 saylı, xx.xx.2017-ci il tarixli sərəncamına uyğun olaraq Cavabdeh2ndə müvafiq komissiya yaradılmışdır. Ərzurum qəsəbəsi, Kislotnı küçəsində yerləşən və Nümayəndə mülkiyyətində olan 742.25 kv.metr qeyri-yaşayış sahəsinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikilinin yaşayış sahəsinin 1 kv.metri üçün 20 % əlavə hesablanmaqla birlikdə tikilinin yaşayış sahəsi 1 kv.metrinin alqısatqı orta bazar qiyməti 750 (yeddi yüz əlli) manat müəyyənləşdirilərək Nümayəndə hesablanmış 742.25 kv.metr qeyri-yaşayış sahəsi üçün 556.687 (beş yüz əlli altı min altı yüz səksən yeddi) manat təşkil etmiş və bununla bağlı razılaşma aktı Nümayəndə iştirakı ilə Cavabdeh2ndə yaradılmış komissiyada tərtib edilmiş və həmin aktın doğruluğu Nümayəndə (AZE № 0*******, verilib xx.xx.2012-ci il tarixdə Xətai RPİ tərəfindən, ünvan: ünvan 5 və RİH başçısının müavini, komissiyanın sədri Teymur Əzizovun imzaları ilə təsdiq edilmişdir. Tərəflər arasında notarial qaydada bağlanılmış müqaviləyə əsasən yuxarıda qeyd edilən kompensasiya müqabilində sözügedən əmlakdan Cavabdeh2 xeyrinə imtina edilmiş və həmin kompensasiya digər şəxsə onun bank hesabına köçürülməklə ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər və zərərlə bağlı müddəalar Mülki Məcəllənin ümumi hissəsinin digər normalarında da nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır ki, qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. 1.1.3. tikili - torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, bağ evləri, divar, hasar, yarımçıq (inşası başa çatdırılmamış) tikili və bu kimi digər obyektlər 1.1.6. kompensasiya - bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 19.3-cü maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır. Həmin Qanunun 20.1.6-cı maddəsinə görə isə, alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən xxx mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (324.1); xxxlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (324.2.); Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu xxx birtərəfli xxxdir (324.3.); Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli xxx) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli xxx) zəruridir (324.4). İş materiallarından görünür ki, hazırki iddiasında iddiaçı X1 «Daşınmaz əmlakın qiymətləndirilməsi barədə» hesabatına istinad edərək mülkiyyətində olmuş əmlakın müvafiq dövr üçün bazar dəyərinin ona tam şəkildə, yəni ödənilməli olan, lakin ödənilməmiş hissəsinin, eyni zamanda, həmin əmlakın satınalma qiymətinə əlavə haqqın da ödənilməsini xahiş etmişdir. Halbuki, tərəflər arasında notarial qaydada bağlanılmış müqavilədən görünür ki, iddiaçı ona məxsus olan qeyri-yaşayış sahəsini dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya (cəmi 556.687 (beş yüz əlli altı min altı yüz səksən yeddi) manat) görə digər tərəfin xeyrinə imtina etməyi öhdəsinə götürmüş və bunun əvəzi olaraq bazar qiymətlərinə uyğun şəkildə müəyyənləşdirilən kompensasiya məbləği ona ödənilmişdir. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalan hüquq normalarına məcmu halda qiymət verərək, tərəflər arasındakı mübahisə ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi qənaəti ilə razılaşır ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə heç bir qanunsuzluğa yol verilməmiş, ərazinin abadlığı və yenidənqurma işləri ilə əlaqədar olaraq sökülmüş qeyri-yaşayış sahəsinin əmlak dəyəri tərəflər arasında olan razılığa uyğun olaraq tam şəkildə ödənilmiş və ona heç bir zərər vurulmamışdır və hazırki iş üzrə cavabdehin mübahisələndirilən məsələ ilə bağlı hərəkətlərində qanuna zidd hallar aşkar edilmədiyinə görə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əassən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə tərəflər arasında mübahisəyə dair düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qərar qanunun normalarına uyğun əsaslandırılmışdır və apellyasiya şikayətinin dəlilləri həmin qərarın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-34/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan txxxim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar