Məhkəmə qərarları › İş №2-1(103)-629/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-629/2021

02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-629/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bakı şəhər Təcili və X3 Stansiyası” X4rşı “əmək haqqının 25% artırılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5916/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cаvаbdеh Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bakı şəhər Təcili və X3 Stansiyası” X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respubikası Nazirlər Kabinetinin xx xxx 1994-cü il tarixli 185 nömrəli “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” qərarına əsasən cavabdeh tərəfindən əmək haqqının 25 faiz artırılması üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı həkim olaraq Bakı Şəhəri Təcili və X1 həkim vəzifəsində çalışır və ölkədə hər bir həkim kimi koronovirus pandemiyası ilə öz həyatını təhlükəyə ataraq mübarizə aparır. xx.xx.2019-cu il tarixindən etibarən İİ qrup əlil kimi Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Dövlət rəsmi əmək münasibətlərlə bağlı əlil olan şəxslərə qanunvericiliyə əsasən çox böyük güzəştlər nəzərdə tutulmuşdur və həmin güzəştlərdən və sosial təminatlardan istifadə etmək hüququ olduğuna görə rəhbərliyə rəsmi olaraq yazılı şəkildə müraciətlər etmişdir, lakin rəhbərlik onun müraciətlərinə məhəl qoymamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1994-cü il tarixli, 185 nömrəli, “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” qərarına əsasən İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 25 faiz artırılmasının təmin edilməsi ilə bağlı rəhbərliyə Bakı şəhəri Təcili və X3 X7 xx.xx.2020-ci il tarixində rəsmi ərizə ilə müraciət etmişdir, lakin müraciəti baxılmamış saxlanılmışdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5916/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5916/2020 saylı ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 5916/2020 saylı qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi , tərəfləri dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşdə olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, İddiaçı oğlu Azərbaycan Respublikasının vətəndaşıdır, 1966-cı il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. DSMF Yasamal Şöbəsinin 027779 nömrəli vəsiqəsinəəasən iddiaçıya xx xxxxx 2019-cu ildən xx xxxxx 2024-cü ilədək İİ qrup əlilliyinə görə xx xxx 2019-cu il tarixdə vəsiqə verilmişdir. Bakı İnzibati Məhkəməsində işə baxılarkən məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli Sərəncamı ilə Bakı şəhərində və ölkə regionlarında əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibb xidmətlərinin səviyyəsinin yaxşılaşdırılması və bu sahədə çalışan işçilərin maddi təminatının yaxşılaşdırılması məqsədi ilə Təcili və X3 stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin X8 ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarında 2 dəfə artım əmsalının tətbiq edilməsi qərara alınmışdır. Həmçinin, məhkəmə sorğusuna əsasən cavabdehin təqdim etdiyi cavab məktubundan da qeyd edilmişdir ki, 1994-cü ildən bu günədək mütəmadi olaraq tibib işçilərinin tarif (vəzifə) maaşlarına edilən artımlar nəzərə alınmış, iddiaçının da tarif (vəzifə) maaşına 2.0 dəfə artım əmsalı tətbiq edilmişdir. Bakı şəhəri Təcili və X3 Stansiyasında işçilərlə bağlanmış fərdi əmək müqaviləsində, eləcə də Həmkarlar İttifaqı Komitəsi ilə bağlanmış fərdi əmək müqaviləsində, eləcə də Həmkarlar İttifaqı Komitəsi ilə bağlanmış kolletiv əmək müqaviləsində əlillərin əmək haqqına 25% əlavə nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə hesab etmişdir ki, iddiaçının əsaslandığı Proqramla məhz bazar iqtisadiyyatına keçid dövründə əhalinin daha həssas təbəqəsi olan əlillərə qayğının artırılmasını və onların sosial-iqtisadi mənafelərinin müdafiəsini gücləndirmək məqsədilə müəssisə və təşkilatlarda əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİ qrup əlillərin əmək haqqının 20-25 faiz artırılmasının təmin edilməsi tədbirləri nəzərdə tutulmuşdur. Göründüyü kimi, 20-25 faiz artım əmək haqqına əlavə kimi deyil artırma kimi nəzərdə tutulmuşdur. İşin araşdırılması zamanı da müəyyən olunduğu kimi, iddiaçının vəzifə maaşı 2.0 dəfə artırılmışdır. Bundan əlavə sözügedən proqramda qeyd edildiyi kimi nə iddiaçı ilə bağlanmış fərdi əmək müqaviləsində, nə də Həmkarlar ittifaqı Komitəsi ilə bağlanmış kollektiv əmək müqavilələri ilə kollektivdə işləyən əlillərin əmək haqqının əlavə 20-25 faiz artırılması nəzərdə tutulmamışdır. Odur ki, iddiaçının hüquqları pozulmadığından, cavabdehin imtinası qanuna zidd olmadığından, iddiaçının iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eyni olduğundan və Məhkəmə kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından, Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5916/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar