Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-629/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, X2 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya əmək pensiya hüququnun yarandığı 25 fevral 2022-ci il tarixindən, 55 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 05 sentyabr 2024cü il tarixli, 2-1(112)-10907/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 25 fevral 2022-ci il tarixindən, 55 yaşdan, “X1 Haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin d) bəndinə əsasən, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsinin Azərbaycan Respublikası Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 yanvar 2006-cı il tarixinə kimi 25 il ümumi iş stajı və 15 ildən artıq təyyarə bələdçisi vəzifəsində güzəştli pensiya hüququ verən iş stajı topladığı üçün cavabdeh ƏƏSMN yanında Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh isə 23 may 2024-cü il tarixli, 3-17-1/2-0- 121635/2024 saylı məktubu ilə iddiaçıya belə bir pensiya təyinatı aparılmasından imtina etmişdir. Cavabdehin imtinası ona görə qanunsuzdur ki, iddiaçı cavabdehdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə görə həmin qanun qüvvəyə minənə qədər qüvvədə olmuş „ X1 haqqında” Qanunun 13-cü maddəsinin d) bəndinə əsasən güzəştli pensiya təyin edilməsini istəmişdir, lakin cavabdeh həmin Qanunun b) bəndinə əsasən pensiya təyinatının mümkünlüyünə baxmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü maddəsində qeyd edilir: 1.3. 2017- ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Məsələ burasındadır ki, cavabdeh iddiaçının təyyarə bələdçisi vəzifəsində çalışdığı dövrü təqvim günləri ilə sayaraq, ümumi iş stajının 20 ildən az olmasını bildirmişdir, halbuki həmin iş dövrünün hesablanması qaydası fərqlidir, təqvim günləri ilə deyil, uçuş saatlarının il, ay və günlərlə ifadəsi üçün xüsusi qayda ilə konvertasiyası aparılır. Həmin konvertasiya qaydası isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.7-ci maddəsində qeyd edilir ki, - Mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin sosial sığorta stajlarının hesablanması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları” ilə müəyyən edilir. “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydalarının” (sonradan- Uçuş Qaydaları) 3.1-ci maddəsində öz əksini tapmışdır və orada deyilir: təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı- sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alman nəticə isə 12 aya bölünür. Cavabdeh isə iddiaçının 01 yanvar 2006-cı il tarixinə kimi topladığı güzəştli iş stajını təqvim illəri,ayları və günləri ilə sayaraq, onun 9 il 7 ay olmasını bildirmişdir. Yuxanda qeyd edilən Qaydalara əsasən, iddiaçının 01 iyun 1996 - 01 yanvar 2006-cı illər arasındakı cəmi uçuş saatı 4471 saat təşkil etmişdir ki, bu da Qaydalara əsasən, 4471:18=248,38:12= 20 il 7 ay güzəştli staja bərabərdir. Azərbaycan Hava Yolları QSC-nin iddiaçıya təqdim etdiyi arayışda eyni qayda ilə hesablama apararaq, bütün əmək fəaliyyəti dövründə 66 il uçuş stajının olması sübuta yetirilmiş olur. Beləliklə, aydın olur ki, cavabdeh özünün inzibati praktikasında tətbiq etməli olduğu hüquq normalarını iddiaçıya münasibətdə tətbiq etməmiş, həmin hüququnu gözardı etmişdir. Azərbaycan Respublikası Hava Məcəlləsinin 24-cü maddəsində deyilir: - Azərbaycan Respublikası mülki hava gəmisinin heyəti kapitandan, uçuşu və xidməti təmin edən işçilərdən ibarətdir. Təyyarə bələdçiləri isə məhz sərnişinlərə xidməti həyata keçirən işçilərdir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 18 dekabr 2006-cı il tarixli, № 04/05- 4078 nömrəli «Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları»nın təsdiq edilməsi haqqında Məktub”unun 3-cü bəndində göstərildiyi kimi - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.3- cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1. təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, S.X4 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 25 ildən az -16 il 5 ay 10 gün (xx.xx.1985-xx.xx.1987-ci il xx.xx.1991- xx.xx.1996-cı il, xx.xx.1996xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) güzəştli ış staji isə 12 il 6 aydan az - 9 il 7 ay (xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10907/2024 saylı qərarı ilə (hakim L.S.Musayeva) iddia tələbi təmin edilmiş, İddiaçı əmək pensiya hüququnun yarandığı 25 fevral 2022-ci il tarixindən, 55 yaşdan “X1 Haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin d) bəndinə əsasən, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiyası məhkəməsi qərarında əsas olaraq ona istinad etmişdir ki, “ ... . "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçının uçuş saatları 14257 saat 8 dəqiqə təşkil edir. Həmin faktiki uçuş saatları əsasında iddiaçının xx.xx.1996-xx.xx.2006-ci il tarixədək olan güzəştli sığorta stajı 20 il 7 ay təşkil edir (4471 saat :18 (ay) :12 (ay) = 20.703)”. Cavabdeh Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10907/2024 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, S.X4 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 25 ildən az - 16 il 5 ay 10 gün (xx.xx.1985-13.11,1987-ci il, xx.xx.1991-xx.xx.1996-cı il, xx.xx.1996xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 12 il 6 aydan az - 9 il 7 ay (xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bakı İnzibati Məhkəməsi qərarı əsaslandırarkən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 №li Qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları ’na istinad edərək müvafiq Qaydaların 3.1-ci bəndinə əsasən (3.1 təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür) iddiaçının uçuş saatları əsasında onun xx.xx.1996-xx.xx.2006-ci il tarixədək olan güzəştli sığorta stajının 20 il 7 ay təşkil etdiyini qeyd etmişdir. (4471 saat :18 (ay) :12 (ay) = 20.703). Buna əsasən Azərbaycan Respublikasının "xxxx" QSC-yə ünvanlanmış sorğuya cavab olaraq İddiaçı çalışdığı “təyyarə bələdçisi” vəzifəsi ilə “bort bələdçisi” vəzifəsinin əmək funksiyaları eyni olduğu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları” "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafiq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanmasını tənzimlədiyindən təyyarə bələdçiləri uçuş heyətinə daxil olmadıqları üçün bu qaydaların onlara şamil edilmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən siyahının 21,3-cü bəndi-Mülki avasiya bölməsində hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi peşələri göstərilmişdir. Bu səbəbdən İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının nümayəndəsi Nümayəndə1 qızı apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsaslıdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, iş materiallarında olan sənədlər kifayət qədər araşdırılmamış, nəticə etibarilə güzgün olmayan qənaətə gəlinmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsinin xx.xx.2021-ci tarixli arayışda qeyd edilmişdir ki, 1967-ci il təvəllüdlü İddiaçı Talib oğlu, həqiqətən, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət etmiş etmişdir. xx.xx.1996-cı ildən SHXÇDX-nin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olmuş, xx.xx.2017-ci ildə yaşa görə hərbi qeydiyyatdan çıxarılmışdır. - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ona görə ki, "xxxx" aviasiya şirkətində «Buta Airways» təyyarə bələdçisi kimi aşağıdaki uçuş saatlarına malikdir: 14257 saat 8 dəqiqə (on dörd min iki yüz əlli yeddi saat səkkiz dəqiqə) «Buta Airways» təyyarə bələdçisi vəzifəsində işləmiş İddiaçı uçuş xidməti cəmi 66 (altmış altı) təşkil edib. Bu arayış vəzifəli şəxslər tərəfindən təsdiq edilmiş və möhürlənmiş uçuş və əmək kitabçalarının, ödəniş cədvəllərinin əsasında tərtib edilmişdir. Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasi hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın 12 saylı qərarının 21.3-cü maddəsinə əsasən, güzəştli şərtlər üzrə təqaüdün təyin edilməsi üçün RŞTY - yə verilir. - İT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1991-ci ildən Azərbaycan Dəmir Yollarının Bakı Yol Distansiyasında 1 istiqamət üzrə 4-cü dərəcəli defektoskop arabasının operator köməkçisi, xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilədək həmin distansiyada 1-ci dərəcəli mühəndis-texnoloq, xx.xx.1996-cı ildən Azalavia Bakı Nəqliyyat aviaşirkətində bort baxıcısı, xx.xx.1997-ci ildən həmin şirkətin yenidən təşkili illə əlaqədar "xxxx" Milli Aviasiya Şirkətində bort baxıcısı, xx.xx.2005-ci ildən sərnişinlərə xidmət şöbəsində təyyarə bələdçisi, (xx.xx.2008-ci il tarixdə "xxxx" Milli Aviasiya Şirkətinə "xxxx" Aviasiya Şirkəti adı verilmiş) xx.xx.2008-ci ildən "xxxx" QSC "xxxx" Aviasiya Şirkətində təyyarə bələdçiləri xidmətində təyyarə bələdçisi, xx.xx.2008-ci ildən "xxxx" QSC-nin Uçuşların Planlaşdırılması və Yerinə Yetirilməsi İdarəsinin təyyarə bələdçiləri xidmətində təyyarə bələdçisi, xx.xx.2009-cu ildən Uçuşların İstehsalı İdarəsinin təyyarə bələdçiləri xidmətində təyyarə bələdçisi, xx.xx.2011-ci ildən Uçuşların İstehsalı İdarəsinin təyyarə bələdçisi, (xx.xx.2014-cü ildə sentyabr "xxxx" QSC-nin strukturunun İİ bölməsinə "xxxx" Sərnişin Aviaşirkəti daxil edilib), xx.xx.2014-cü ildən "xxxx" Sərnişin Aviasiya Şirkətinin Uçuşların istehsalı idarəsinin təyyarə bələdçisi, xx.xx.2017-ci ildən həmin idarənin təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi vəzifəsində işləmiş, xx.xx.2017-ci ildən “BUTA AİRWAYS” Sərnişin Aviaşirkətində 4-cü dərəcə ilə təyyarə bələdçisi, xx.xx.2020-ci ildən "xxxx" Sərnişin Aviasiya Şirkəti Uçuşların istehsalı idarəsinin təyyarə bələdçiləri xidmətinin “BUTA AİRWAYS” təyyarə bələdçisi, xx.xx.2024-cü ildən "xxxx" Sərnişin Aviasiya Şirkəti Uçuşların istehsalı idarəsinin təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi vəzifəsində çalışmış və hal-hazıra kimi orada əmək fəaliyyətini davam etdirir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (*hazırkı iş üzrə iddiaçının tələbi üzrə) xx.xx.2023-cü il tarixli, 2-1(102)- 1577/2023 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ … 34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “X1 haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahıya görə 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
35. Hazırki işdə iddiaçının işlədiyi "təyyarə bələdçisi” vəzifəsi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısında 12003000 mülki aviasiya bölməsində nəzərdə tutulmuş vəzifələr sırasında, eləcə də həmin siyahının sonuna əlavə edilmiş "Hava gəmilərinə xidmət üzrə mühəndis-texniki heyətə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin Siyahısı”nda sadalanan vəzifələr arasında nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçının "Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi ilə müəyyən edilmiş qaydada güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı müəyyən olunur.
36. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının güzəştli iş stajı kimi hesab etdiyi təyyarə bələdçisi stajı xx.xx.2006-cı il tarixə kimi 10 ildən azdır.
37. Bundan əlavə "xxxx" QSC-nin iddiaçının ümumi iş (sosial sığorta) stajı barədə təsdiq etdiyi xx.xx.2021-ci il tarixli məlumatdan görünür ki, iddiaçı xx.xx.1991-ci ildə Azərbaycan Dəmir Yolları Bakı distansiyasına operator köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1996-cı ildə işdən azad edilmişdir. xx.xx.1996-cı ildə “Azalavia” Bakı Nəqliyyat Aviakompaniyasında təyyarə bələdçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci ildə "xxxx" Aviasiya Şirkətində sərnişinlərə xidmət şöbəsinə təyyarə bələdçisi vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci ildə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Aviasiya Şirkətinin təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi vəzifəsinə 4-cü dərəcə ilə təyin edilmiş, xx.xx.2009cu ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar Uçuşların İstehsalı İdarəsinin təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi vəzifəsində hesab edilmiş, xx.xx.2011-ci ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Uçuşların İstehsalı İdarəsinin təyyarə bələdçisi vəzifəsində hesab edilmiş, xx.xx.2014-cü ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar "xxxx" Sərnişin Aviasiya Şirkətinin Uçuşların İstehsalı İdarəsinin təyyarə bələdçisi vəzifəsində hesab edilmiş, xx.xx.2017-ci ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar "xxxx" Sərnişin Aviasiya Şirkəti Uçuşların İstehsalı İdarəsinin Təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi vəzifəsində hesab edilmiş, xx.xx.2017-ci ildə tutduğu vəzifəsindən azad edilmiş və «BUTA AİRWAYS» Sərnişin Aviaşirkətinin təyyarə bələdçisi vəzifəsinə 4-cü dərəcə ilə keçirilmiş, xx.xx.2020-ci ildə tutduğu vəzifəsindən azad edilmiş və "xxxx" Sərnişin Aviasiya Şirkəti Uçuşların İstehsalı İdarəsinin Təyyarə bələdçiləri xidmətinin «BUTA AİRWAYS» təyyarə bələdçisi vəzifəsinə keçirilmiş, hal-hazırda həmin vəzifədə çalışır.
38. Hazırkı iş üzrə iddiaçının işlədiyi təyyarə bələdçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.3-cü bəndinə əsasən zərərli iş hesab edilir. Lakin hazırkı halda həmin vəzifəyə görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün "Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə - 60 yaşa çatması tələb olunur ki, iddiaçı 55 yaşında olmaqla 60 yaşına çatmamışdır. Beləliklə, hazırkı halda iddiaçının "Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur.
39. İddiaçı "Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə istinad edərək qeyd edir ki, həmin maddənin tələbinə görə mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır.
40. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən mülki aviasiya sahəsində yaş senzi olmadan, yəni müvafiq yaş həddinə çatması tələb olunmadan işləyən kişilərin güzəştli şərtlərlə pensiya təyinatı üçün aşağıdakı şərtlər tələb olunur: - şəxs uçuş və uçuş-sınaq heyətində olmalı; - 25 il ümumi iş stajı olmalı; -fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli.
41. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilmiş üç əsasdan birinci əsas təmin olunmur. Belə ki, iddiaçının vəzifəsi heyət üzvünə aid olsa da uçuş və sınaq uçuş heytərinə aid deyildir.
42. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”n 2-ci bəndində "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd edildiyi kimi 9.3-cü maddəsinin tələbinə müvafıq olaraq yaş məhdudiyyəti olmadan güzəştli şərtlərlə pensiya almaq hüququna malik mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətinə aid vəzifələrin adları sadalanmışdır. … 46. İşəgötürən "AZAL” QSC məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi arayışlarda iddiaçının işlədiyi təyyarə bələdçisi vəzifəsinin uçuş heyətinin üzvü olmayan şəxs olmaqla Qaydaların 2-ci bəndində sadalanan vəzifələrə aid olmadığını və bununla da Qanunun 9.3-cü maddəsi ilə nəzərdə tutulmuş güzəştli pensiya hüququna əsas verən vəzifə sayılmadığını qeyd etmişdir.
47. Göründüyü kimi, aviasiya özü bilavasitə hava gəmisinin idarə edilməsi və hava gəmisinin hərəkəti üçün müvafiq xidmət üzrə fəaliyyətdir. Hava gəmisinin ekipajına uçuş vaxtı hava gəmisinin idarə edilməsi və ya bu idarəetməyə bilavasitə xidmət göstərilməsi üzrə təyin olunan şəxslərdən ibarət olan heyət daxildir.
48. Beləliklə, iddiaçının işlədiyi "təyyarə bələdçisi” vəzifəsi onun yaş məhdudiyyəti olmadan ƏPQ-nin 9.3-cü maddəsi ilə nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna əsas vermədiyindən cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtina etməsi əsaslı olmuş və iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmamışdır”. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının işlədiyi təyyarə bələdçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.3-cü bəndinə əsasən zərərli iş hesab edilir. Lakin hazırkı halda həmin vəzifəyə görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.3-cü maddəsinə görə mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən mülki aviasiya sahəsində yaş senzi olmadan, yəni müvafiq yaş həddinə çatması tələb olunmadan işləyən kişilərin güzəştli şərtlərlə pensiya təyinatı üçün aşağıdakı şərtlər tələb olunur: - şəxs uçuş və uçuş-sınaq heyətində olmalı. - 25 il ümumi iş stajı olmalı; - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli. “Əmək pensiyaları haqqında” Qanunun 22.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın: -1-ci bədinə görə bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanına əsasən hazırlanmışdır və mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması mexanizmini müəyyən edir. -2-ci bədinə görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: 2.1. hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri); 2.2. uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bortmexanik, təlimatçı bortradist); 2.3. komanda-uçuş heyəti, müvafıq qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslərin və onların struktur bölmələrinin tərkibində uçuş zamanı hava gəmilərinin uçuş heyətinin və ya digər uçuş aparatlarının ekipajlarının hazırlığını, onlara rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən inspektorlar və digər uçuş xidməti mütəxəssisləri; 2.4. paraşütçü bölmələrinin rəhbərləri, paraşütçülər, xilasedici paraşütçülər, axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə vertolyotdan asılan xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan, ştatda olan və ştatdankənar paraşütdesant qrupları. -3-cü bədinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1. təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür; 3.2. avia-kimyəvi işlərdə, aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi zondla tədqiqetmə zamanı və digər xüsusi xarakterli iş növlərində vertolyotların sıravi ekipaj üzvləri, təyyarələrin sıravi ekipaj üzvləri, habelə komanda-uçuş, inspektor, təlimatçı heyətlərinin üzvləri və uçuş heyətində digər mütəxəssislər üçün ümumi sığorta stajı - uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 10-a, alınan nəticə isə 12 aya bölünür. Uçuş və uçuş-sınaq heyətinin üzvlərinə pensiya təyin edilərkən 3.1-ci və 3.2-ci yarımbəndlərdə nəzərdə tutulmuş sığorta stajının hesablanması qaydası yaş məhdudiyyəti nəzərə alınmadan kişilərə ən azı 25 il, qadınlara isə azı 20 il sığorta stajı, uçuş işindən səhhətinə görə azad olmuş kişilərə isə azı 20 il, qadınlara - azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə tətbiq olunur. Beləliklə, göründüyü kimi, adıçəkilən Qaydalara əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin, təyyarədə çalışan sıravi ekipaj üzvlərinin ümumi sığorta stajı işə qəbul - işdən çıxma dövləri arasında olan fərq əsasında deyil, xüsusi qaydada - uçuş saatlarına uyğun olaraq hesablanır. Həmin Qaydaların 2-ci bəndində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd edildiyi kimi 9.3-cü maddəsinin tələbinə müvafıq olaraq yaş məhdudiyyəti olmadan güzəştli şərtlərlə pensiya almaq hüququna malik mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətinə aid vəzifələrin adları sadalanmışdır. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, aviasiya - hava məkanından insanın hava gəmisi vasitəsilə istifadə etməsinə və bunun üçün lazımi şəraitin yaradılmasına yönəldilən fəaliyyət və təsisatlar məcmusudur. Həmin Qanunun 1.0.13-cü maddəsinə görə, hava gəmisi - hava ilə qarşılıqlı təsir hesabına atmosferdə qalan (yer və su səthindən əks olunan hava ilə qarşılıqlı təsir istisna olmaqla) hər hansı aparatdır. Həmin Qanunun 1.0.14-cü maddəsinə müvafiq olaraq, hava gəmisinin ekipajı - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyətdir. Göründüyü kimi, aviasiya özü bilavasitə hava gəmisinin idarə edilməsi və hava gəmisinin hərəkəti üçün müvafiq xidmət üzrə fəaliyyətdir. Hava gəmisinin ekipajına uçuş vaxtı hava gəmisinin idarə edilməsi və ya bu idarəetməyə bilavasitə xidmət göstərilməsi üzrə təyin olunan şəxslərdən ibarət olan heyət daxildir. Beləliklə, iddiaçının işlədiyi “təyyarə bələdçisi” vəzifəsi onun yaş məhdudiyyəti olmadan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsi ilə nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna əsas vermədiyindən cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtina etməsi əsaslı olmuş və iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmamışdır. Həmçinin qeyd olunmalıdır ki, kassasiya instansiyası məhkəməsinin oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən pensiya təyin edilə bilməsi üçün şəxsin məhz uçuş heyət üzvü kimi fəaliyyət göstərməsi şərti ödənilmiş olmalıdır. Belə ki, uçuş heyət üzvü və heyət üzvü anlayışı fərqli olmaqla qeyd edilən şəxslər uçuş zamanı müxtəlif əmək funksiyalarının yerinə yetirilməsi ilə məşğul olurlar. Onların həyata keçirdikləri əmək funksiyalarının xarakteri, ağırlığı və mürəkkəbliyi bir-birindən fərqli olduğu üçün qanunverici yalnız uçuş heyət üzvünə aid şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüquqlarının “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən yaranacağını qəbul etmişdir. Qüvvədən düşmüş “Aviasiya haqqında” Qanunun 1.0.14-cü maddəsində hava gəmisinin ekipajına belə anlayış verilmişdir - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyət. Göründüyü kimi sözügedən qanunvericilik aktı hər iki qrupa (həm uçuş heyət üzvü, həm də heyət üzvü) daxil olan şəxslərin hava gəmisinin ekipaj üzvlərini təşkil edəcəyini təsbit etmişdir. Bununla belə, uçuş heyət üzvünə daxil olan şəxslər hava gəmisinin idarə edilməsi, heyət üzvləri isə idarə edilmə ilə bağlı olmayan digər xidmətlərin göstərilməsinə dair vəzifələri icra edən şəxslərdirlər. Eyni zamanda, qeyd olunmalıdır ki, “Aviasiya haqqında” hazırda qüvvədə olan xx.xx.2023-cü il tarixli yeni Qanun da məsələyə dair oxşar yanaşmanı mənimsəməklə daha aydın tənzimləmələr gətirmişdir. Belə ki, sözügedən Qanunun 1.1.49 və 1.1.76-cı maddələrində kabinə heyəti və uçuş heyəti anlayışları fərqləndirilmişdir. Kabinə heyəti – uçuş heyətinin üzvü kimi çıxış etməyən, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istismarçı və ya hava gəmisi kapitanının (komanda verən pilotunun) verdiyi vəzifələri yerinə yetirən şəxsdir. Uçuş heyəti isə – uçuş xidməti vaxtı hava gəmisinin uçuş əməliyyatının həyata keçirilməsi üçün əsas vəzifələri yerinə yetirmək məqsədilə təyin edilmiş və şəhadətnamə verilmiş şəxslərdir. Qanun uçuş əməliyyatına belə bir anlayış vermişdir – hava daşımaları ilə əlaqədar hava gəmilərinin həyata keçirdiyi əməliyyatlar. Beləliklə, sadalanan normalardan da göründüyü kimi, həm iddiaçıya pensiya təyin edilərkən, həm də hazırda qüvvədə olan qanunvericilik normaları uçuş heyət üzvlərini heyət üzvlərindən (kabinə heyəti) açıq şəkildə fərqləndirmiş, onların müxtəlif əmək funksiyası yerinə yetirən şəxslər olduğunu qəbul etmişdir. Uçuş heyət üzvü kimi fəaliyyət göstərən şəxslərə isə stajla bağlı şərtlər ödənildiyi halda “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən əmək pensiyası təyin oluna bilər. Belə olan halda, aydınlaşdırılmalı olan məsələ iddiaçının işlədiyi vəzifənin uçuş heyət üzvü hesab edilib-edilməməsi ilə bağlıdır. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli, 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarının 2.1-ci bəndində həmin şəxslərin dairəsinə daxil olanların bir qismi sadalansa da (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist) bitkin siyahı tərtib edilməmiş, digər uçuş mütəxəssislərinin də uçuş heyətinə aid edilməsinin mümkünlüyü qəbul edilmişdir. Belə olan halda, digər uçuş mütəxəssisləri o halda, uçuş heyətinə daxil olacaqlar ki, onlar hava gəmilərinin idarə edilməsi (uçuş əməliyyatının həyata keçirilməsi) ilə bağlı əmək funksiyalarını yerinə yetirmiş olsunlar. Hazırkı vəziyyətdə isə göstərilənlər iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin İddiaçı əmək pensiya hüququnun yarandığı 25 fevral 2022-ci il tarixindən, 55 yaşdan “X1 Haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin d) bəndinə əsasən, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə gəldiyi nəticə əsaslı və qanunauyğun hesab oluna bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(112)-10907/2024 saylı qərarı ləğv edilməli, iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10907/2024 saylı qərarı ləğv edilsin. İddia ərizəsi rədd edilsin. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Fərrux Qasımov Kamran Əkbərov