Məhkəmə qərarları › İş №2-1(103)-63/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-63/2021

16.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-63/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 Nuriyeva (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə,Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə və üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, 2-1(82)-4019/2019 saylı qərarından üçüncü şəxsin nümayəndəsi R.Hüseynov tərəfindən verilmiş apelyasiya şikayətinə Bаkı Аpеlyаsiyа Məhkəməsinin binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Rusiya Federasiyası Rusiya Təhsil Akademiyasının Smolnıy İnstitutu tərəfindən onun adına verilmiş 137824 ******* nömrəli, 20.11.2014-cü il tarixli bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentlik (nostrifikasiya) haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, 2-1(82)- 4019/2019 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır (hakim Z.Tağıyev). Həmin qərardan cavabdehin nümayəndəsi R.Hüseynov tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının 23.09.2020-ci il tarixli qərardadı ilə iddiaçının «diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi» barədə ərizəsinə (müraciətinə) Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq komissiyasında baxılması və müvafiq inzibati aktın qəbul edilməsi üçün 1 (bir) ay müddət təyin edilmişdir. Məhkəmə kollegiyasının 16 iyul 2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi - cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmiş və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə 08.07.2021-ci il tarixli 00-05-296/TKTA saylı məktub ünvanlayaraq bildirilmişdir ki, Rusiya Federasiyasının Rusiya Təhsil Akademiyasının Smolnı İnstitutu tərəfindən verilmiş 20.11.2014-cü il tarixli 137824 ******* nömrəli diplom üzrə aldığı ixtisasın tanınması məsələsi yenidən araşdırılmış və iddiaçıya ixtisasın tanınması ilə bağlı müvafiq şəhadətnamələr verilmişdir. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kоllеgiyаsı məruzəçi hakimin məruzəsini dinləyərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə ünvanlandığı 08.07.2021-ci il tarixli 00-05-296/TKTA saylı məktuba əlavə edilmiş AR Təhsil Nazirliyi tərəfindən verilmiş 2021-ci il tarixli, qeydiyyat nömrəsi 024109 olan şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı adına 20.11.2014-ci ildə Rusiya Təhsil Akademiyasının Smolnı İnstitutu tərəfindən verilmiş ali təhsil haqqında diplom, № 137824 0017518, Azərbaycan Respublikasında tanınmışdır və keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq onun sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilmişdir. AR Təhsil Nazirliyi tərəfindən verilmiş 2021-ci il tarixli, qeydiyyat nömrəsi 024677 olan şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı adına 20.11.2014-cü ildə Rusiya Təhsil Akademiyasının Smolnı İnstitutu tərəfindən verilmiş ali təhsil haqqında diplom, № 137824 0017518, Azərbaycan Respublikasında 050408– menecment ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir (bərabərdir). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinn 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinn 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki,cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Şərh оlunаnlаrı nəzərə аlаrаq, Аzərbаycаn Rеspublikаsı İnzibati Prоsеssuаl Məcəlləsinin 67-ci,80-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, 2-1(82)- 4019/2019 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn İş № 2-1(103)-63/2021 QƏRARDAD Prosessual hüquq varisliyi barədə Bakı şəhəri 16 iyul 2021-ci il Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızının sədrliyi və məruzəsi ilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə,Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, 2-1(82)-4019/2019 saylı qərarından cavabdehin nümayəndəsi R.Hüseynov tərəfindən verilmiş apellyasiya şikayətinə dair inzibati mübahisə üzrə prosessual hüquq varisliyi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Rusiya Federasiyası Rusiya Təhsil Akademiyasının Smolnıy İnstitutu tərəfindən onun adına verilmiş 137824 ******* nömrəli, 20.11.2014-cü il tarixli bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentlik (nostrifikasiya) haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, 2-1(82)- 4019/2019 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır (hakim Z.Tağıyev). Həmin qərardan cavabdehin nümayəndəsi R.Hüseynov tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının 23.09.2020-ci il tarixli qərardadı ilə iddiaçının «diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi» barədə ərizəsinə (müraciətinə) Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq komissiyasında baxılması və müvafiq inzibati aktın qəbul edilməsi üçün 1 (bir) ay müddət təyin edilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə 08.07.2021-ci il tarixli 00-05-296/TKTA saylı məktub ünvanlayaraq bildirilmişdir ki, Rusiya Federasiyasının Rusiya Təhsil Akademiyasının Smolnı İnstitutu tərəfindən verilmiş 20.11.2014-cü il tarixli 137824 ******* nömrəli diplom üzrə aldığı ixtisasın tanınması məsələsi yenidən araşdırılmış və iddiaçıya ixtisasın tanınması ilə bağlı müvafiq şəhadətnamələr verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əsl olmayan cavabdeh Azərbaycan Rspublikası Təhsil Nazirliyinin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilməsi məqsədə uyğundur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 29.12.2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Təhsildə Keyfiyyat Agetliyinin Nizamnaməsinin 1-ci maddəsinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nizamnamənin 2.2.2-ci bəndində xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirmək Agentliyə həvalə edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Təhsil Nazirliyi isə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28.4-cü maddəsinə görə inzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi - cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilməli və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci və 80-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi - cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilsin və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunsun. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar