Məhkəmə qərarları › İş №2-1(103)-63/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-63/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-63/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 8216/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 2-ci dərəcə əlilliyin bərpa edilməsi, əlilliyə görə pensiya ödənişlərinin verilməsi və buraxılmış aylar üzrə, yəni xx.xx.2021-ci il tarixdən etibarən pensiya ödənişlərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı 1984-cü il tarixindən 2013-cü il tarixədək Azərbaycan Respublikası Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır. Onun 1977-ci ildən başlayaraq (hərbi xidmət də daxil olmaqla) 36 il ümumi əmək stajı, o cümlədən 24 il dövlət qulluğu stajı vardır. 2013-cü ilin sentyabr ayında onunla bağlanmış əmək müqaviləsinə çalışdığı şöbənin ixtisara düşməsi səbəbilə xitam verilmişdir və o, həmin aydan işdən azad olunmuşdur. Bu müddət ərzində o, ürək xəstəliyindən əziyyət çəkmiş və mütəmadi olaraq müalicə almışdır. Dəqiq olaraq isə xx.xx.2014-cü il tarixində 33 saylı Poliklinikanın göndərişi ilə o, ağır ürək tutması səbəbilə X11 müalicə olunmuşdur. Həmin tarixdən xx.xx.2014-cü il tarixədək X11 stasionar olaraq müalicə aldıqdan sonra evə buraxılmış, barəsində isə ambulator müalicə təyin olunmuşdur. Daha sonra xx.xx.2014-cü il tarixində Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müayinə olunaraq barəsində ikinci dərəcəli əlillik müəyyən olunmuş və buna görə ona pensiya təyin olunmuşdur. xx.xx.2015-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək yenidən X11 stasionar müalicə almışdır. Son olaraq ona xx.xx.2016-cı il tarixində 10 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən təqdim olunan sənəddə qeyd olunmuşdur ki, onun əlillik qrupu ikinci dərəcəli əlillik qrupuna aiddir və növbəti müayinə tarixi 5 il sonra, yəni xx.xx.2021-ci il tarixinədir. Lakin buna baxmayaraq o, mütəmadi şəkildə ambulator şəraitdə müayinə olunmuş və buna aid bütün sənədləri Komissiyaya təqdim etmişdir. İddiaçıya təqdim olunmuş sənədə uyğun olaraq o, xx.xx.2021-ci il tarixdə müayinə olunmaq üçün Akademik C.Abdullayev adına ElmiTədqiqat Kardiologiya İnstitutuna getmişdir. Orada ona epikrizlər təqdim edilmiş və bildirilmişdir ki, onun xəstəliyi davam edir. Daha sonra iddiaçı onların təqdim etdiyi sənədi 33 saylı Şəhər Poliklinikasına vermiş və Poliklinikadan ona bildirilmişdir ki, əlilliyin davam etməsi ilə bağlı Tibbi Sosial Ekspertiza Komissiyasına məlumat göndərəcəklər. Lakin 2 ay sonra 2021-ci ilin noyabr ayında ona məlum olmuşdur ki, onun barəsində əlilliyə görə təyin olunmuş pensiya kəsilmişdir. İddiaçı bunun səbəbini aydınlaşdırmaq üçün 33 saylı Şəhər Poliklinikasına getdikdə onlar ona göndərişi iddiaçının onlara təqdim etdiyi tarixdən 2 aydan çox müddət sonra, yəni xx.xx.2021-ci il tarixində TSEK-ə göndərdiklərini bildirmişlər. TSEK isə tamamilə əsassız olaraq, heç bir normativ sənədə istinad etmədən xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində əlilliyin təyin olunmasından imtina barədə qərar qəbul etmişdir. Daha sonra o, 2 dəfə, yəni xx.xx.2022ci il və xx.xx.2022-ci il tarixlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasya Agentliyinin aparatında qəbulda olmuşdur. Hər 2 görüşdə də iddiaçı təkidlə onu qəbul edən şəxslərin özlərini təqdim etmələrini və imtina barədə ona rəsmi sənəd təqdim etmələrini xahiş etsə də hər 2 xahişi təmin olunmamışdır. Belə ki, ona şifahi olaraq imtina barədə rəsmi sənəd verə bilməyəcəklərini bildirmişlər. Şifahi olaraq onların istinad etdikləri normativ sənəd 2015-ci il tarixli “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması Meyarlarına dair” Əsasnamə olsa da bu barədə hər hansı sənədin təqdim olunmasını həyata keçirə bilməmişlər. Sözügedən Əsasnamənin 2.2.1-ci bəndi ilə müəyyən olunan ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı ikinci dərəcəli əlilliyin təyin olunması üçün əsasdır. Bu əsas iddiaçıya təqdim olunmuş Forma 88-də mövcuddur. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 10 saylı TSEK-in son olaraq ona xx.xx.2016-cı il tarixində təqdim etdiyi sənəddə də Əsasnamənin 2.2.1-ci bəndinə istinad etməklə həmin meyarlar qeyd olunmuşdur. Əlilliyə görə pensiya hüququnun yaranmasına imkan verən və uzun müddətdir ki, əziyyət çəkdiyi xəstəliyinə qoyulan diaqnoz həm “Əlilliyin müəyyən olunması meyarlarına dair” Azərbaycan Respublikasının 29 avqust 1997-ci il tarixli, 99 №-li Əsasnamənin 2.2.1-ci bəndinə, həm də “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” 30 dekabr 2015-ci il tarixli, 413 №- li Əsasnamənin 2.2.1-ci bəndinə uyğun gəlir. Həmçinin 33 nömrəli Şəhər Poliklinikasının TSEK-ə ünvanlanmış göndərişində də əsas diaqnoz kimi İ120.1 - Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya İİİ f/s AF-49 % qeyd olunmuşdur. Göründüyü kimi, diaqnozu üzrə qiymətləndirmə baxmayaraq ki, “Əlilliyin müəyyən olunması meyarlarına dair” Azərbaycan Respublikasının 29 avqust 1997-ci il tarixli, 99 №-li Əsasnamə üzrə aparılmalıdır, bununla belə xəstəliyi barədə sözügedən diaqnoz “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” 30 dekabr 2015-ci il tarixli, 413 №-li Əsasnaməsinə də uyğun gəlir. Belə ki, həmin Əsasnamənin 2.2.1-ci bəndində qeyd olunmuşdur: ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33). Mötərizənin daxilində qeyd olunanlara nəzər yetirdikdə aydın olur ki, diaqnozun qiymətləndirməsi müvafiq nömrə ilə aparılır və bu nömrə eynilə iddiaçının xəstəliyi üzrə qoyulan diaqnozun nömrəsinə - (İ120.1) uyğun gəlir. Hər bir halda vəziyyətini ağırlaşdıran hər hansı yeni bir Əsasnamə qəbul edilsə belə, mübahisə üzrə tətbiq edilməli olan qanunvericilik buna hüquq verən vaxt qəbul edilmiş qanunvericilik olmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. Odur ki, TSEK-in xx.xx.2021-ci il tarixli imtina cavabı əsassız və qanunsuz hesab olunmaqla barəsində 2-ci dərəcəli əlilliyin bərpa olunması və yığılmış aylar üzrə pensiya ödənişlərinin cavabdeh inzibati orqan tərəfindən ona ödənilməsi barədə qərar qəbul edilməlidir. Bütün bu halların Forma 88-də mövcud olmasına baxmaraq Tibbi Sosial Ekspert Komissiyası onun barəsində qanunsuz və əsassız olaraq əlilliyin təyin olunmasından imtina barədə qərar qəbul etmişdir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Kifayət qədər sənəd təqdim etməyinə baxmayaraq, Komissiya tərəfindən bu sənədlərə əhəmiyyət verilməmiş və yalnış qərarın çıxarılmasına səbəb olmuşdur. Hesab edir ki, cavabdeh orqana təqdim olunmuş müayinəyə dair sənədlərdə xəstəliyi barədə bütün məlumatlar öz əksini tapır. Cavabdeh inzibati orqandan rəsmi şəkildə imtina məktubu ala bilmədiyi üçün özü dəfələrlə orqana müraciət etmişdir. Son dəfə 18 mart 2022-ci il tarixli ərizə ilə müraicət etsə də hələ də cavabdeh inzibati orqandan rəsmi şəkildə məlumat almamışdır. Bu səbəbdən İnzibati Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqana hazırkı məsələ ilə bağlı müraciət edilən vaxtdan 35 gün keçdiyi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8216/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı “əlillik dərəcəsinin təyin edilməsi” vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və “əlilliyə görə pensiyanın ödənilməsi” vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə 33 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20- İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.9 - Dəqiqləşdirilməmiş stenokardiya; Diaqnozun mətni: Ü.İ.X. Gərginlik stenokardiyası fs2. Q.D.Ç; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 33 saylı şəhər poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası fs İİ Hipertoniya xəstəliyi İİ mərhələ teztez krizlərlə. Qan dövranı çatmamazlığı İİ dərəcə. Dissirkulyator ensefalopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası fs İİ Hipertoniya xəstəliyi İİ mərhələ tez-tez krizlərlə. Qan dövram çatmamazlığı İİ dərəcə. Dissirkulyator ensefalopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 33 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.1 - Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya; Diaqnozun mətni: Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, İİİ f/s AF-49 %; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020- ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron 'mza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibat Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə əlilliyə görə pensiya ödənişlərinin verilməsi və buraxılmış aylar üzrə, yəni xx.xx.2021-ci il tarixdən etibarən pensiya ödənişlərinin hesablanaraq ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmasına dair iddia tələbi mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8216/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından aydındır ki, 2014-cü ildən ona ağır xəstəliyi ilə əlaqədar olaraq ikinci dərəcə əlillik təyin olunmuşdur. Məhkəmə Tibbi-Ekspertiza və X5 ekspert rəyində də qeyd olunur ki, xəstəliyinin reabilitasiyası mümkün deyildir. Bütün bunlar bir daha təsdiq edir ki, səhhətində müsbətə doğru heç bir dəyişiklik baş verməmişdir, bu səbəbdən də baxmayaraq ki, rəydə patofunksional dəyişikliklərin olmasından bəhs edilir, lakin faktiki olaraq hər hansı dəyişiklik baş vermədiyindən bu faktı əsaslandıra bilməmişlər. Nəticədə keçmiş dövlət qulluqçusu olaraq onun sosial hüquqları kobud surətdə pozulmuş və cavabdeh inzibati orqanın lüzumsuz süründürməçiliyi nəticəsində dövlət qulluqçularına şamil olunan bütün hüquq və təminatlardan əsassız və qanunsuz olaraq məhrum olunmuşdur. Məhkəmə açıq-aşkar ziddiyətli rəyi sübut qismində qiymətləndirmiş və iddia tələbinin rədd olunmasında buna əsaslanmışdır. Halbuki, məhkəmə sözügedən rəyin ziddiyyətli və qeyri-obyektiv olduğundan mübahisənin düzgün həlli üçün təkrar ekspertiza təyin etməli, yalnızca formal tələblərə riayət olunmaması əsası ilə yekun nəticəyə gəlməməli, iddiaçının xeyrinə olan işin bütün faktiki hallarının araşdırılmasına səy göstərməli idi. Lakin sözügedən vəzifələr məhkəmənin qanunla müəyyən olunan öhdəlikləri olduğuna baxmayaraq, işin düzgün həlli üçün hərəkətlər edilməmişdir. Nəticədə, birinci instansiya məhkəməsində icraat yarımçıq, qeyri-obyektiv aparılmış və dəlillərə düzgün qiymət verilməmişdir. Bildirir ki, nə cavabdeh inzibati orqan öz imtina məktubunda, nə də Məhkəmə Tibbi-Ekspertiza və X7 öz ekspert rəyində imtinanın və imtinaya əsas verən digər şərtlərin mövcudluğunu sübut edə bilməmişdir, ona ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verən kifayət qədər mötəbər sübut olduğu halda (Poliklinikanın TSEK-ə göndərdiyi Forma 88, Akademik C.Abdullayev adına X1 xx.xx.2021-d il, xx.xx.2015-d il tarixli rəyləri, o cümlədən 2014 və 2015-ci il tarixli epikrizlər) özlüyündə ziddiyətli və qeyri-mötəbər olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X5 xx.xx.2022-ci il tarixli, 3507 nömrəli məktubu ilə təqdim edilmiş T 382/2022 nömrəli ekspert rəyini sübut qismində qiymətləndirərək hazırki mübahisəyə tətbiq etmişdir və nəticədə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Birinci instansiya məhkəməsi iddianın mahiyyət üzrə də əsassız olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İddiaçının sonuncu dəfə əlillik vəziyyətinin qiymətləndirilərkən və əlillik təyinatından imtina edilərkən əsas götürülmüş (qüvvədə olmuş) hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -2.2-ci bəndinə əsasın ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. -2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. -4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. -4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işdən görünür ki, iddiaçının əlillik vəziyyətinə Bakı 33 nömrəli Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında xx.xx.2014-cü il tarixdə baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.9 - Dəqiqləşdirilməmiş stenokardiya; Diaqnozun mətni: Ü.İ.X. Gərginlik stenokardiyası fs2. Q.D.Ç; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 33 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında xx.xx.2015-ci il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası fs İİ Hipertoniya xəstəliyi İİ mərhələ tez-tez krizlərlə. Qan dövranı çatmamazlığı İİ dərəcə. Dissirkulyator ensefalopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında xx.xx.2016-cı il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası fs İİ Hipertoniya xəstəliyi İİ mərhələ teztez krizlərlə. Qan dövranı çatmamazlığı İİ dərəcə. Dissirkulyator ensefalopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 33 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2767003AADW9 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.1 - Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya; Diaqnozun mətni: İ20.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, İİİ f/s AF-49 %, Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, İİ f/s, Yanaşı xəstəliklər İ10 Essensial [birincili] hipertenziya, İİİ dərəcə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8216/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5 ekspertlərinə həvalə edilmişdir. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X5 xx.xx.2022-ci il tarixli, 3507 nömrəli məktubu ilə təqdim edilmiş T 382/2022 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 1959-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-3. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli, 2767003AADW9 nömrəli Forma 88-də qeyd olunan diaqnoz stasionarlarda şəxsin müayinə və müalicələri əsasında düzgün müəyyən edilmişdir. O, qeyd edilən xəstəliklərdən hazırda əziyyət çəksə də həmin diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən ona 413 nömrəli Qərarla təsdiq edilmiş Əsasnamənin meyarlarını aid etmək mümkün olmadı. 4. Vətəndaş İddiaçı düçar olduğu xəstəliklərlə əlaqədar tam reabilitasiyası mümkün deyildir. İş üzrə cavabdeh sonuncu dəfə iddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi” əsası gətirərək əlillik dərəcəsinin təyinatından imtina etmişdir. Hazırkı iddiasında iddiaçı əllillik dərəcəsinin təyin olunmasını mübahisələndirmişdir. Apelyasiya şikayətinin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, iddiaçı barəsində birinci dəfə 2014-cü ildə 1 il, 2015-ci ildə 1 il müddətinə olmaqla əlillik təyin edilmiş, 2016-cı ildə 5 il müddətinə verilmiş əlillik dərəcəsi isə elektron təyinat üzərindən verilmişdir. İddiaçı barəsində əvvəlki əlillik dərəcəsi təyinatları yuxarıda adı çəkilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndində göstərilmiş meyara əsasən qiymətləndirilmişdir. İddiaçının hər dəfəsində 1 il müddətinə verilmiş əlillik qiymətləndirilməsi zamanı tərtib edilmiş tibbi göndərişlərdə diaqnozu “Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası fs İİ Hipertoniya xəstəliyi İİ mərhələ tez-tez krizlərlə. Qan dövranı çatmamazlığı İİ dərəcə. Dissirkulyator ensefalopatiya” qeyd edilmiş və həmin diaqnoza əsasən Əsasnamənin 2.2.1-ci bəndinə müvafiq olaraq ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33) əlillik dərəcəsinə uyğun gəldiyi müəyyən edilsə də, sonuncu xx.xx.2021-ci il tarixli 2767003AADW9 nömrəli göndərişdə qeyd edilmiş “Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, İİİ f/s AF-49 %, Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, İİ f/s” diaqnozu Əsasnamənin 2.2.1-ci bəndindəki meyara uyğun gəldiyi müəyyən edilmir. Beləliklə, iddiaçının tibbi göndərişdə qeyd edilmiş əsas diaqnoz və ağırlaşmaları Əsasnamə ilə müəyyən edilmiş meyara uyğun olmadığından diaqnozun əlillik əlaməti təyin edilmədiyi qərarı qəbul edilmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məktub ünvanlanaraq, İddiaçı barəsində olan ünvan ikasının xx.xx.2021-ci il tarixli göndərişində qeyd edilən diaqnozun (iş materiallarında olan sənədlərin və ekspertiza rəyindəki diaqnoz barədə məlumatlar nəzərə alınmaqla) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda hansı qrup əlilliyin təyin edilməsi üçün əsas verdiyinə dair rəyin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi qaydası"na uyğun olaraq əlilliyin qiymətləndirilməsi dövlət tibb müəssisələrinin göndərişləri əsasında məmurvətəndaş ünsiyyəti olmadan, adsızlaşdırılmış sənədlər üzərindən elektron qaydada həyata keçirilir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsasən, şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, XBT-10 təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar göstərilməklə göndərişin tərtibi, rəsmiləşdirilməsi və elektron sənəd formasında müvafiq altsistemə daxil edilməsi dövlət tibb müəssisələrinin səlahiyyətlərinə aiddir, məlumat üçün nəzərinizə çatdırırıq ki, sonuncu dəfə İddiaçı ümumi səbəbdən ikinci dərəcə əlilliyi xx.xx.2016-cı ildə Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır, əlillik müddətinin bitdiyi xx.xx.2021-ci ildən sonra İddiaçı əlillik vəziyyəti 33 saylı şəhər poliklinikasının 2767003AADW9 nömrəli göndərişi əsasında (Diaqnoz: Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, İİİ f/s. Durğunluq ürək çatışmazlığı, İİ f/s.) xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir, belə ki, 2767003AADW9 nömrəli göndərişdə şəxsə dair stasionar müalicə günlərinin sayı yetərsiz olduğundan (2014-cü ildə 21 gün), ürəyin atma fraksiyası 49 faiz təşkil etdiyindən, qeyd olunan “Durğunluq ürək çatışmazlığı, İİ f/s” diaqnozu əsaslı və düzgün olaraq əlillik təyininə əsas verməmişdir, qeyd edək ki, xx.xx.2022-ci ildən etibarən vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlan"na uyğun olaraq orqanizmin funksiyalarının pozulması faizinin müəyyən edilməsi əsasında aparılır, bildiririk ki, xx.xx.2021-ci il tarixli 2767003AADW9 nömrəli göndərişdə göstərilən əsas diaqnoz və ağırlaşmalar (Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, İİİ f/s. Durğunluq ürək çatışmazlığı, İİ f/s) qeydiyyatda olduğu dövlət tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirildikdən sonra anamnestik, diaqnostiklaborator müayinələrlə təsdiqini tapacağı halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın 2.2.1.1. bəndinə uyğundur. Vətəndaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarına uyğun olaraq tibbi göstəriş olarsa yeni göndərişin (Forma-088) tərtib edilərək rəsmiləşdirilməsi tövsiyə olunur. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə İddiaçı xx.xx.2021-ci il tarixli 2767003AADW9 nömrəli göndərişdə qeyd edilənlər nəzərə alınmaqla əlillik dərəcəsinin təyin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq cavabdeh tərəfindən yenidən araşdırma aparılması üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin edilmiş, Agentliyin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün telefon vasitəsilə əlaqə saxlanılmış, həmçinin qeydiyyat ünvanına xx.xx.2023-cü il tarixli çağırış məktubu göndərilərək xx.xx.2023-cü il tarixinə Agentliyə müayinəyə dəvət olunmuş, lakin həmin tarixdə vətəndaş X9-Sosial ekspert komissiyasında əyani müayinə olunmaqdan imtina etmişdir. Bununla bağlı apellyasiya icraatı zamanı iddiaçı izahatında bildirdi ki, cavabdeh inzibati orqan əyani müayinə olunmaq üçün idarəyə gəlməyi üçün onunla telefon vasitəsilə əlaqə saxlamış, o, Agentliyə getdikdə növbədə gözləməli olmuş, daha sonra onu qəbul etdiklərində iddiaçı onlarda məhkəmə qərarının olub-olmamasını soruşmuş, onlar isə iddiaçının sualına cavab olaraq məhkəmə qərarının onlarda olmadığını bildirmiş və iddiaçı da buna görə əyani müayinə olunmaqdan imtina etmişdir. Qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sonuncu tibbi göndərişində qoyulmuş diaqnozu onun əlillik təyinatına imkan vermədiyindən cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 8216/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8216/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar