Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-630/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin ödənilməsi” barədə, eyni zamanda, iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya ödənişinin bərpa edilməsi tələbinə dair” – iddiaları üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3133/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filial tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək artıq ödənilmiş 21759.76 manat pensiya məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, araşdırma zamanı vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd olunan xx.xx.1983-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində “Azon zavodu”nda mühəndis vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı bölməsinin (13) qurğuşun oksidi tətbiq edilən sahələrdə və işlərdə məşğul olan rəhbərlər və mütəxəssislər (d) yarımbəndində nəzərdə tutulmamışdır.Göstərilən uyğunsuzluğa baxmayaraq cavabdehə xx.xx.2010-cu il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, cavabdehə xx.xx.2010-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 21759,76 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir.Həmin pul vəsaitinin büdcəyə qaytarılması Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən Mərkəzi Filiala tapşırılmış, bununla əlaqədar olaraq cavabdehə artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması xahiş edilmiş və əks halda ona artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Cavabdeh ona qarşı irəli sürülən iddianı qəbul etməmiş, əksinə, Mərkəzi Filiala qarşı qarşışılıqlı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli **********4 nömrəli əmək pensiyasının dayandırılması haqqında qərarın ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən dayandırılmış əmək pensiyası ödənişinin həmin tarixdən bərpa edilərək ona verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, işlədiyi qurumdan verilən rəsmi sənədlərdə onun mühəndis-texnoloq, iş posesindən isə texnoloq vəzifəsində olması görünür. “Azon zavodu”nun X2 laborant, sonra isə həmin laboratoriyada texnoloq vəzifəsində işləyib. İş materiallarında olan rəsmi sənədlərdən onun əmək funksiyasının həyata keçirdiyi iş yerinin yalnız “Azon zavodu”nun X1ması və iş şəraitinin isə istehsalatla bağlı kimyəvi analizlər aparılması müəyyən edilir. Bu əmək şəraiti isə həyat və sağlamlıq üçün zərərlidir və güzəştli əmək pensiyası verilməsi üçün əsasdır. O, istehsal prosesində kimyəvi analizlərin aparılması ilə bağlı texnoloq olaraq zərərli işlər görüb və pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd olunan xx.xx.1983-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində “Azon zavodu”nda mühəndis (texnoloq) vəzifəsi göstərilməsi əsası ilə pensiya ödənişlərinin dayandırılması ilə güzəştli pensiya hüququnun mübahisələndirilməsi qəbul edilməzdir. İlkin iddiaçı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qarşılıqlı iddiaya dair yazılı etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi peşələr güzəştli şərtlərlə pensiya təyin olunması Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıya uyğun olmadığından, Filialın xx.xx.2021-ci il tarixli **********4 nömrəli “Əmək pensiyasının dayandırılması haqqında” qərar qəbul olunmuş və artıq ödənilmiş pul məbləğinin geri qaytarılması ilə bağlı iddia tələbi ilə məhkəmyə müraciət olunmuşdur. Mərkəzi Filial artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması üçün əmək pensiyasının dayandırılması haqqında qərar qəbul edərək öz diskresion səlahiyyətlərindən istifadə etmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3133/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə aşağıdakılar qərara alınmışdır: “Birinci tələb üzrə: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiası təmin edilməsin. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********4 nömrəli əmək pensiyasının dayandırılması haqqında qərarı ləğv edilsin. İkinci tələb üzrə: -Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya ödənişinin bərpa edilməsi” tələbi təmin edilsin.” İddiaçı Cavabdeh təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddiaçı Mərkəzi Filial (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırmış, eyni zamanda, mübahisələndirilmişdir ki, məhkəmə işi mahiyyəti üzrə araşdırmadan əsassız və qanunsuz qərar qəbul etmişdir. Belə ki, məhkəmə “etimadın qorunması” prinsipinə əsaslanmaqla qərar qəbul edilmişdir. Bununla bağlı bildiririlir k ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinin müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabitlik, yəni etimad hüququnun qorunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe tarazlaşıdırılmaqla qərar qəbul edilməlidir. Bu nöqteyi-nəzərdən yanaşdıqda görürük ki, 67.5-ci maddədə etimad hüququna istinad edilə bilməyən halları müəyyən edən şərtlər də nəzərdə tutulur. Məhkəmələr təyin edilmiş əmək pensiyasının dayandırılması barədə qərarlar qəbul edərkən həmin istisna halları da hər bir halda nəzərə almalıdırlar. Sözügedən maddənin məzmununun təhlili nəticəsində belə bir qənaətə gəlmək olar ki, aşağıda göstərilən iki halda qanunsuz əlverişli inzibati akt ləğv edilə bilər: 1) həmin inzibati akt başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına ziyan vurduqda; 2) Həmin inzibati akt dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurduqda. Göründüyü kimi, iddiaçıya dövlət büdcəsi hesabına artıq ödənilmiş pensiya məbləğinin olması dövlət maraqlarına ziyan vurur. Eyni zamanda onunla eyni kateqoriyadan olan lakin pensiya məbləği düzgün hesablanmış şəxslərə münasibətdə sözügedən artıq ödəmənin olması başqa şəxlsərin hüquqlarına və ya qanunla qorunan maraqlarına ziyan vurulması kimi qiymətləndirilməlidir.Odur ki, ilkin birinci iş üzrə iddianın təmin edilməməsi barədə qərarın maddi hüquq normalarının pozulması hesab edilməlidir. Nəzərə alınmalıdır ki, əmək pensiyasının qanunauyğun təyin edilməsi və hesablanması pensiya sisteminin əsas təməl prinsipləridir. Məhkəmənin pensiyanı bərpa etməsi pensiya sisteminin təməl prinsiplərinə ziddir və “qanunçuluq” prinsipinə uyğun olmamışdır. Belə ki, qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd olmamasını və qanunla nəzərdə tutulmayan tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, inzibati fəaliyyətin qanun əsasında həyata keçirilməsini də müəyyən edir. Yəni inzibati orqanların fəaliyyəti ancaq o zaman qanunauyğun olur ki, onların öz fəaliyyətini həyata keçirərkən istifadə etdiyi səlahiyyətləri üçün qanuni əsaslar mövcud olsun.” Məhkəmə kollegiyasının iclasında iştirak edən apellyatorun nümayəndəsi T.Kərimov apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş birinci iddia üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfi dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşə apellyasiya qaydasında mahiyyəti üzrə baxan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə birinci iddiaçı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının Cavabdeh qarşı artıq ödənilmiş pulun qaytarılması haqqında iddia tələbinin rədd olunması , sonuncunun isə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı pensiya ödənişinin bərpa edilməsi barədə iddiasının təmin edilməsi ilə razılaşır. Belə ki,«İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, iş materiallarına araşdırıldıqda müəyyən olunur ki, Cavabdeh DSMF-nin Yasamal rayon şöbəsinin xx.xx.2015-cı il tarixli qərarı ilə xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. Lakin ona təyin edilmiş əmək pensiyası Mərkəzi filialın xx.xx.2021-ci il tarixli qərarı ilə ödənişi güzəştli iş staja malik olmadığı halda ona güzəştli şərtlərlə pensiya təyin olunaraq xx.xx.2010-xx.xx.2020 dövrü ərzində ona ümumilikdə 21759,76 manat artıq pul vəsaitinin ödənildiyini əsas gətirilməklə dayandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının pensiyasının yandırılması və ona ödənilmiş pulun geri tələb olunması inzibati və əmk pensiyları haqqında hüquq normalarına uyğun hesab oluna bilməz. Birincisi, qeyd olunmalıdır ki, DSMF-nin Nizami rayon şöbəsinin iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması barədə xx.xx.2015-cı il tarixli qərarı əlverişli inzibati akt mövcuddur, ləğv edilməmişdir, qüvvədədir. Başqa sözlə, iddiaçı üçün qüvvədə əlverişli inzibati akt olduğu halda həmin inzibati akt ləğv edilmədən həmin qərarla ödənilmiş pensiyanın dayandırılması barədə qərarın qəbul edilməsi yolverilməzdir. Digər tərəfdən, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı Mərkəzi Filialı (hazırkı apellyator) tərəfindən Cavabdeh pensiya işi üzrə DSMF-nin Audit departamenti tərəfindən araşdırma aparılarkən və xx.xx.2010-xx.xx.2020 dövrü üzrə ona 21759,76 manat artıq pensiya vəsaitinin ödənildiyi müəyyən edilərək onun pensiya ödənişi dayandırılarkən pensiyaçının özü inzibati icraata cəlb olunmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə inzibati orqan qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. İş materiallarına əsasən pensiya təyinedicisinin hazırkı hüquqi varisi olan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən isə inzibati qanunvericiliyin qeyd olunan tələblərinə riayət olunduğu müəyyən olunmur. Ən başlıcası isə, pensiyaçının etimad etdiyi, barəsində olan pensiya təyinatı barədə 02.02. 2015-ci il tarixli qərar qüvvədə olduğu halda, Mərkəzi Filialıın xx.xx.2021-ci il tarixli qərarla pensiya ödənişini dayandırması və ona ödənilmiş pensiya vəsaitinin tələb olunması inzibati icraat haqqında hüquq normalarına tamamilə ziddir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz, cavabdeh etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi, hazırda isə aşkar ahıl dövrünü yaşadığı və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı halda, iddiaçı tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin ondan qaytarılmasının tələb olunması qanunsuzdur. Ən azından, «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsinin tələbindən görünür ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İddiaçı tərəfindən isə iddia ərizəsində cavabdehin Qanunun qeyd olunan normasında sadalanan hallardan hər hansı birinə yol verməsi barədə heç bir əsaslandırma mövcud deyildir. Ümumiyyətlə, apellyatorun apellyasiya şikayətində və məhkəməyə təqdim edilmiş digər sənədlərə əsasən pensiyaçı Cavabdeh tərəfindən Qanunun 67.6-cı maddəsində göstərilən hallardan hər hansı birinə yol verildiyi müəyyən olunmur, bununla bağlı heç bir mötəbər dəlil-sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki: «… Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir… İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)…» Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, Mərkəzi Filial tərəfindən pensiyaçı Cavabdeh pensiyasının dayandırılması və ona qarşı idda qaldırılaraq xx.xx.2010xx.xx.2020-ci illlər ərzində ödənilmiş 21759,76 manat pensiya məbləğinin geri qaytarılmasının tələb olunması inzibati icraat haqqında hüquq normalarına və Avropa Məhkəməsinin presedent qərarları baxımından əsassızdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə Mərkəzi Filiala münasibətdə iddianın rədd olunmasını və qarşılıqlı iddiaçı Cavabdeh iddia tələbinin təmin edilməsi işin hallarına, maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası Mərkəzi Filialın apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3133/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3133/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-630/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-630/2023
02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver