Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-630/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, , Aytən Nadir qızı Kərimovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2-1(112)-6883/2022 saylı qərardadından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında bаxaraq, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-cu il tarixli, 2-1(112)-6883/2022 saylı qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilərək ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilə məxsus 534.7 kv.m eyvanın (penthaus) mənzilin ümumi sahəsinin tərkib hissəsi kimi hesab edilərək, ümumilikdə 703.5 kv.m sahə üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Məhkəmənin sözügedən qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3218/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6883/2022 saylı, 06 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3218/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-830/2023 saylı, 11 aprel 2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3218/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh tərəfindən məhkəməyə yeni açılmış hallarla bağlı ərizə ilə müraciət edilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-cu il tarixli, 2-1(112)-6883/2022 saylı qərarının ləğv edilməsi və sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq İddiaçı iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırki işlə bağlı Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(102)-830/2023 nömrəli qərarı İdarəyə göndərilmədən Bakı İnzibati Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2-1(112)-6883/2022 nömrəli qərarının icra edilib məlumat verilməsi ilə əlaqədar Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6883/2022 saylı məktubu idarəyə daxil olmuşdur. Aparılmış araşdırmalar nəticəsində qərarın icrasını mümkünsüz edən yeni hallar və sübutlar müəyyən edilmişdir. Belə ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana xx.xx.2023-cü il tarixində texniki baxış keçirilən zaman qeyd edilən mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının söküldüyü və həmin ərazinin boş sahə olduğu müəyyən edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan hal məhkəmə prosesi zamanı məlum olmamışdır. Bu səbəbdən də, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(112)- 6883/2022 nömrəli qərarı ləğv edilməli və sonradan müəyyən edilən hallar nəzərə alınmaqla, işə yenidən baxılaraq iddia tələbinin rədd edilməsi ilə bağlı yeni qərar qəbul edilməlidir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edirik ki, İdarə tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6883/2022 nömrəli qərarı sonradan müəyyən edilən hallar nəzərə alınmaqla ləğv edilməli, işə yenidən baxılaraq İddiaçı iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmalıdır. Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2-1(112)-6883/2022 saylı qərardadı ilə ərizə təmin olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2-1(112)-6883/2022 saylı qərardadından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti ərizə ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətnə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İPM-in 101-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. İPM-in 102-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilləri cavabdehin ərizəsi ilə eyni məzmunlu olduğunu qeyd etməklə yanaşı bir daha diqqətə çəkir ki, iş materillarından, o cümlədən “yeni açılmış hallarla bağlı icraatın təzlənməsinə dair” ərizədən məlum olur ki, cavabdeh məhkəməyə təqdim etdiyi yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsində istinad etdiyi hallar yeni açılmış hal kimi qiymətləndirilə bilməz. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, cavabdehin yeni açılmış hallarla bağlı ərizəsindəki dəlilləri yeni sübutların və ya halların aşkar olunması və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmasının mümkün olmaması ilə əlaqəli olmayıb, məhkəmə qərarının icrası mərhələsində yaranmış müəyyən formal məqamlarla bağlıdır ki, həmin məqamlar, konkret halda hüquqların dövlət qeydiyyatına alınmalı olan sahənin sökülməsi məsələsi ilə əlaqədar olub məhkəmə qərarının icrasına maneə yarada bilməz. Çünki qanuni qüvvəsini almış məhkəmə qərarı ilə artıq cavabdeh tərəfindən mübahisəli daşınmaz əmlakla bağlı qeydiyyata alınmalı olan sahənin ölçüsü konkret şəkildə (703.5 kv.m) göstərilmişdir. Bundan əlavə məhkəmə qərarının təsvir və əsaslandırma hissəsindən də, görünür ki, iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınması barədə qərar verilmiş sahə yeni sahə olmayıb, cavabdehin özü tərəfindən əvvəllər tərtib edilərək dövlət qeydiyyatına alınmış, texniki pasportda əks olunan göstəricilərin ümumilikdə ölçüsüdür. İcraatın təzələnməsi üçün məhkəmə İPM-in 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün həmin Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. İPM-in 107.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli məhkəmə ilkin icraat üzrə araşdırmanı davam etdirir. İlkin məhkəmə qərarının qəbul edildiyi zaman istinad edilmiş faktiki hallar yeni sübutlar əsasında məhkəmə tərəfindən araşdırılır və ilkin ərizə üzrə yeni qərar qəbul edilir. İPM-ə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2-1(112)-6883/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-630/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-630/2024
20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver