Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-631/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MMC) “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 25.08.2021-ci il tarixli, 2-1(112)-1353/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 25-28 yanvar 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 56/57b nömrəli bağ sahəsinin 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı Şəhəri İcraiyyə Komitəsinin 20.10.1989cu il tarixli 11/409 saylı qərarı və X4 və İstismarı Birliyinin 60 saylı Bağ Tikinti Koorperativinin 47 saylı orderi əsasında iddiaçının bağa ehtiyacı nəzərə alınaraq, sahəsi 0,12 ha olan 56/57b saylı bağ sahəsi ayrılaraq iddiaçıya verilmişdir. Bundan əlavə, o, ərizə ilə koorperativin sədrinə müraciət edərək, kooperativin tərkibinə keçirilməsini xahiş etmiş, 27.11.1989-cu il tarixli qərarla kooperativin tərkibinə keçirilmişdir. Qeyd olunan vaxtdan ailə üzvləri ilə birlikdə iddiaçı göstərilən bağ sahəsindən təyinatı üzrə istifadə edərək şəxsi maliyyə vəsaiti ilə ona ayrılmış torpaq sahəsini uzun illər abadlaşdıraraq, aqrotexniki qulluq göstərmişdir. Qeyd olunan bağın torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə cavabdehə müraciət etsə də, ərizəsi qəbul olunmamışdır. Bu səbəbdən iddiaçı poçt vasitəsi ilə 08.06.2020-ci il tarixdə idarəyə rəsmi müraciət ünvanlamışdır. Lakin müraciətdən uzun müddət keçməsinə baxmayaraq, müraciətinin həll olunması istiqamətində hər hansı addım atılmamışdır. İnzibati orqanın onun müraciətini vaxtında cavablandırması iddiaçının hüquqlarının kobud şəkildə pozulması kimi qəbul olunmalıdır. İnzibati orqanın hərəkətsizliyi onun torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının əldə edilməsinə yaradılmış süni maneədir. Belə ki, qeyd olunan bag sahəsi səlahiyyətli orqanın qərarı əsasında ona ayrılmışdır. Əlavə olaraq onun hasar qonşuları X7 və X12 cavabdehə müraciət edərək bağ sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişlər. İnzibati orqan əsassız olaraq çıxarışın verilməsindən imtina etmişdir. Qərardan nazarı qalan şəxslər məhkəməyə müraciət edərək çıxarışın alınmasına nail olmuşlar. Belə ki, X3 işi üzrə Azərbacan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15.07.2019-cu il tarixli, 2-1(102)-1668/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.01.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. X6 işi üzrə Azərbacan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 06.02.2020-ci il tarixli 2-1(102)-174/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27.09.2019-cu il tarixli, 2-l(103)-2167/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2-1(112)-1353/2021 nömrəli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, ümumi sahəsi 0.12 ha olan 56/57b nömrəli bağ sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 25.08.2021-ci il tarixli, 2-1(112)-1353/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: P.Hüseynov) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı X2 müvafiq ünvanda yerləşən torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsi İdarəyə 11.06.2020-ci il tarixdə daxil olmuşdur. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bağların bölgüsünə dair sxematik xəritədə 56/57b bağ nömrəsi öz əksini tapmayıb, iddiaçının təqdim etdiyi orderin nüsxəsi idarənin arxivində aşkar olunmamışdır. Bundan əlavə bildirilir ki, qeyd olunan torpaq sahəsi "Bakıtuneltikinti” bağçılıq-yoldaşlığına ayrılmış ərazidə yerləşir. Qeyd olunan hallar məhkəmə tərəfindən araşdırılmamış və nəticədə iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı qanunsuz qərar qəbul edilmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X13 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, ümumi sahəsi 0.12 ha olan 56/57b nömrəli bağ sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və müəyyən etmişdir ki, Bakı Şəhəri İcraiyyə Komitəsinin X4 və X18 bağlar sahəsindəki 60 nömrəli kooperativin 47 nömrəli orderinə əsasən İddiaçı Bakı Şəhəri İcraiyyə Komitəsinin 20.10.1989-cu il tarixli 11/409 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 60 nəmrəli BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 56/57b nömrəli bağ ayrılmışdır. Həmin bağ sahəsi iddiaçının istifadəsindədir. Cavabdeh inzibati orqan həmin bağ sahəsinin başqa şəxsin ("xxxx" MMC) istifadəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsini bildirsə də, bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilmədi. Əksinə, iş materialları ilə müəyyən edildi ki, həmin ərazidə yerləşən bağ sahəsinə qonşu bağ sahələri digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyesrtində qeydiyyata alınmışdır. Əgər həmin ərazidə yerləşən bağ sahələri qeyd olunan MMC-nin istifadəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşürsə, həmin bağ sahələri daşınmaz əmlakın dövlət reyesrtində qeydiyyata alına bilməzdi. Həmçinin Azərbaycan Respublikası «X11» MMC-nin 456 saylı 28 iyul 2021-ci il tarixli rəyinə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin 20.10.1989-cu il tarixli 11/409 №-li qərarı və X4 və İstismarı Birliyinin 60 №-li kooperativinin 47 №-li orderi əsasında X1 verilmiş 0.12 ha bağ sahəsi "xxxx" MMC-yə ("xxxx" MMC) məxsus ərazinin hüdudları daxilinə düşmür. Bundan başqa, bağ sahəsinin bağların bölüsünə dair sxematik xəritədə öz əksini tapmamasına, eləcə də X4 və İstismari Birliyinin qeydiyyat kitabının İdarənin arxivində olmamasına iddiaçı məsuliyyət daşımır, bu, onun vəzifələrinə daxil deyil və iradəsindən asılı olan hal deyil. Eyni zamanda, cavabdeh tərəfindən orderin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Qeyd olunan order ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Həmin order isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Belə ki, iş materiallarında olan Bakı Şəhəri İcraiyyə Komitəsinin X4 və X18 bağlar sahəsindəki 60 nömrəli kooperativin 47 nömrəli orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bakı Şəhəri İcraiyyə Komitəsinin 20.10.1989-cu il tarixli 11/409 nömrəli qərarına əsasən ona Ləhiş bağlar sahəsində 60 nəmrəli BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 56/57b nömrəli bağ ayrılmışdır. İş materiallarında olan Bakı şəhər X14 İcraiyyə Komitəsi X4 və istismarı Birliyinin 27.11.1989-cu il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 20.10.1989-cu il tarixli 11/409 nömrəli qərarına əsasən X12, X15 və İddiaçı 60 nömrəli kooperativin tərkibinə keçirilmişdir. İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 69/70 saylı bağ sahəsinə (0.13 ha torpaq sahəsi) xüsusi mülkiyyət hüququ (tam) X6 adına daşınmaz əmlakın dövlət reyesrtində 939 nömrəli reyestr kitabının 89212 nömrəli vərəqində 31.05.2020-ci ildə qeydiyyata alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 69/70 saylı bağ sahəsində yerləşən 0.13 ha torpaq sahəsinin X6 adına AA seriyalı 506653 saylı torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası «X11» MMC-nin 456 saylı 28 iyul 2021-ci il tarixli rəyindən görünür ki, Naturada qeydə alınan koordinatlar əsasında kameral şəraitdə ərazinin ümumi xəritəsi və aerofotoplan üzərində, həmçinin X25 və SAS Planeta xəritə materialları üzərində aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin 20.10.1989-cu il tarixli 11/409 №-li qərarı və X4 və İstismarı Birliyinin 60 №-li kooperativinin 47 №-li orderi əsasında X1 verilmiş 0.12 ha bağ sahəsi "xxxx" MMCyə ("xxxx" MMC) məxsus ərazinin hüdudları daxilinə düşmür. Tədqiqatı aparılan torpaq sahəsi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan planda aydın şəkildə göstərilmişdir. Rəyə plan əlavə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Kürdaxanı Bələdiyyəsi tərəfindən iddiaçının nümayəndəsi X8 ünvanlanmış 77 saylı 07.08.2018-ci il tarixli məktubda qeyd olunur: Sabunçu rayon Kürdəxanı qəsəbə Bələdiyyəsinə daxil olan 01.08.2018-ci il tarixli ərizənizə baxılmışdır. Ərizədə qeyd etdiyiniz, X9, X3, X10 və X6 istifadələrində olan bağ torpaq sahələrinin "xxxx" MMC-nin ərazisinə düşüb düşməməsini müəyyənləşdirmək məqsədilə, Bələdiyyənin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirərək, yoxlama və ölçü işləri aparılmışdır. Nəticə olaraq, müəyyən olunmuşdur ki, yuxarıda qeyd olunan vətəndaşların istifadələrində olmasını bildirdiyiniz bağ sahələri, "xxxx" MMC Şirkəti tərəfindən özəlləşdirilən 77 hektar əraziyə düşmür. Belə ki, bağ sahələri Ləhiş sağ massivinin xəritəsinə istinadən 9-cu dalan kimi göstərilən 4888B saylı sahədən şimala doğru 862,0 metrdən, 10-cu dalandan isə 4874A saylı sahədən şimala doğru 921-ci metrdən sonra yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 15.09.2020-ci il tarixli məktubdan görünür ki, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 56/57b saylı torpaq sahəsinə dair sənəd İdarənin arxivində aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 13.11.2020-ci il tarixli məktubdan görünür ki, İdarənin elektron kadastr baza məlumatlarına əsasən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivindəkı 56/57b nömrəli bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmiş 101,0 ha ərazi ilə üstüstə düşür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 25.12.2020-ci il tarixli məktubdan görünür ki, X4 və İstismari Birliyinin 60 saylı Bağ Tikinti Kooperativinin 1988-1990-cı illər üzrə qeydiyyat kitabı İdarənin arxivində aşkar olunmamışdır. Həmçinin bildirilmişdir ki, 60 nömrəli BTK üzvlərinin siyahısında X2 adı aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qanununvericiliyin göstərilən müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri İcraiyyə Komitəsinin X4 və X18 bağlar sahəsindəki 60 nömrəli kooperativin 47 nömrəli orderinə əsasən İddiaçı ayrılmış Ləhiş bağlar sahəsində 0.12 hektar torpaq sahəsi olan 56/57b nömrəli bağ sahəsinin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsi və həmin bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsasdır. Məhkəmə kolegiyası qeyd edir ki, cavabdeh apelyasiya şikayətində göstərilən ərazinin digər hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsini bildirsə də, bu hal iş materialları ilə sübut olunmur. Həmçinin cavabdeh həmin bağ sahəsi ilə bağlı digər şəxsin müraciət etməsini, iddiaçı ilə həmin şəxs arasında bağ sahəsinə dair mübahisənin olmasını təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. Halbuki, iş üzrə keçirilmiş ekspert rəyindən görünür ki, X1 verilmiş 0.12 ha bağ sahəsi "xxxx" MMC-yə ("xxxx" MMC) məxsus ərazinin hüdudları daxilinə düşmür. Məhkəmə kolegiyası cavabdehin “bağların bölgüsünə dair sxematik xəritədə 56/57b bağ nömrəsi öz əksini tapmadığını və iddiaçının təqdim etdiyi orderin nüsxəsi idarənin arxivində aşkar olunmadığı” barədə dəlilinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, bağ sahəsinin bağların bölüsünə dair sxematik xəritədə öz əksini tapmamasına, eləcə də X4 və İstismari Birliyinin qeydiyyat kitabının İdarənin arxivində olmamasına iddiaçı məsuliyyət daşımır, bu, onun vəzifələrinə daxil deyil. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın imtina məktubunda, eləcə də apelyasiya şikayətində göstərdiyi dəlillər iş materialları ilə öz təsdiqini tapmamaqla təkzib olunur və eyni zamanda cavabdeh orqan göstərdiyi dəlillərlə bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1 -ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (Van de Huk Niderlanda qarşı iş üzrə xxxx 1994-cü il tarixli Qərar) Məhkəmə kollegiyası qeyd edir ki, Birliyin Ləhiş bağlar sahəsindəki 60 saylı kooperativi tərəfindən verilmiş 47 saylı order əsasında iddiaçıya ayrılmış və iddiaçı tərəfindən hər hansı formada qanunsuzluğa yol verilməmiş, iddiaçı isə qanuni əsaslarla ona ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Həmin sahəyə dair hüquqla bağlı hər hansı bir mübahisələndirilən hal aşkar olunmamış, iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. Birliyin Ləhiş bağlar sahəsindəki 60 saylı kooperativi tərəfindən verilmiş 47 saylı order yuxarıda qeyd edilən Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir. İddiaçıya ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq torpaq sahəsi üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Birliyin Ləhiş bağlar sahəsindəki 60 saylı kooperativi tərəfindən verilmiş 47 saylı order hal-hazırda ləğv edilməmiş və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saxlayır. İddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1-ci maddəsində nəzərdə tutulmuş lazımi sənədləri cavabdeh inzibati orqana təqdim etsə də, sonuncu imtinasında formal mülahizələrə istinad edərək heç bir qanuni əsas olmadan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.1 və 19.2-ci bənd). Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının bağ sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apelyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25.08.2021-ci il tarixli, 2-1(112)-1353/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-631/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-631/2022
28.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver