Məhkəmə qərarları › İş №2-1(103)-631/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-631/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-631/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X6 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçıların iştirakı ilə, İddiaçılar Qanuni nümayəndə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı “idarənin inzibati binasına qeydiyyata alınmaları tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9763/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçılar Qanuni nümayəndə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Qanuni nümayəndə və azyaşlı övladları – qızı, xx.xx.2010-cu il təvəllüdlü İddiaçı1, oğlu, xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 və qızı, xx.xx.2012-ci il təvəllüdlü İddiaçı3 Bakı şəhəri Suraxanı Rayonu Polis İdarəsinin inzibati binasının ünvanına (ünvan 2abdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini aşağıdakılarla əsaslandırmışlar: “...ünvan 3 ünvanında qeydiyyatsız yaşayırlar. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasının ünvanına – ünvan 5ayon Polis İdarəsinə müraciət etsələr də sonuncu onlara imtina məktubu ünvanlamışdır. Halbuki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci Mədən küçəsində yerləşən ev qonşuları - X1, X3, X2 tərəfindən qeydiyyatsız yaşadıqlarını təsdiq edən notarial qaydada təsdiq olunmuş ərizənin surəti iddia ərizəsinə əlavə edilmişdir. Hazırda qeydiyyatları olmadığından şəxsiyyət vəsiqələri faktiki olaraq etibarsızdır. Buna görə də sənədləşmə işlərində, övladlarının təhsili ilə bağlı məsələlərdə və digər hallarda problem yaraşıyırlar. Hesab edirlər ki, cavabdehin imtina məktubu əsassız və qanunsuzdur...” Cavabdehin işə əlavə olunmuş iddiaçı Qanuni nümayəndə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3- 13-54/2-H-3211/11/23 saylı məktubunda imtinanın əsası kimi göstərilmişdir ki, halhazırda onların yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1 Mədən küçəsi, 1 nömrəli evin “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti" tərəfindən verilmiş “Qeydiyyat Vəsiqəsi”nin olmadığı səbəbindən həmin ünvana qeydiyyata almaq mümkün deyildir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9763/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçılar Qanuni nümayəndə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasının ünvanı olan ünvan 9fəsi cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilsinmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. “Qərar əsassız olduğundan, ləğv olunub iddia rədd edilməldır. Belə ki, “Yaşayış yeri və olduğu ver üzrə qeydiyyat haqqında" Azerbaycan Respublikasi Qanununun 2-ci maddəsinə asasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə ve kirayə müqavilasi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi va ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 1-ci maddəsinin mənası baxımından səxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. Qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının faktiki yaşayış yeri olduğu halda Suraxanı Rayon Polis idarəsinin üzərinə yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyi qoyula bilməz.” Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin («İPM») 62-ci maddələrinin tələblərini nəzərə alaraq, onların iştirakı olmmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar Qanuni nümayəndə (eyni zamanda İddiaçı3 qanuni nümayəndəsi), İddiaçı1 və İddiaçı2 cavabdehin apellyasiya şikayəti ilə razlaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasına pasport qeydiyyatına alınmalarını tələb etmişlər. «Yaşayş yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci madəsinin tələbinə görə «Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. “ İş materiallarına əsasən müəyən olunur ki, iddiaçılar ünvan 3 ünvanında qeydiyyatsız yaşadıqları və daimi qeydiyyatlarının olmaması üzündən məişətdə, işdə təhsildə və şəxsi həyatlarında rastlaşdıqları probləmlərdən irəli gələrək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İşə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin sorğu əsasında birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2023cü il tarixli və hazırkı mərhələdə Suraxanı RİHB-nın Əmircan qəsəbə inzibati ərazi dairə üzrə nümayndəliyinin Bakı Apellyasiya Məhkəməsinn sorğusuna ünvanladığı xx.xx.2024cü il tarixli - cavab məktublarına əsasən həqiqətən də müəyyən olunur ki, iddiaçılar Əmircan qəsəbəsi, 1-ci mədən küçəsi, ev 1 ünvanında qeydiyyatsız yaşayır və onların adına dövlət qeydiyyatına alınmış əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müdəalarının şərh olunması barədə” 31 yanvar 2003-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”ndə vətəndaş haqqında məlumatların sırasında “yaşayış yeri” bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz”. Eyni zamanda, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli qərarında da qeyd edilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55s №-li, xx.xx.2003-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə” 2003-cü il 31 yanvar tarixli qərarının 3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh orqan tərəfindən iddiaçıların polis idarəsinin inzibati binasına qediyyata alması yolveriləndir və qanunvericiliyin tələbləri ilə heç bir ziddiyyət təşkil etmir. Əksinə, onların müvafiq müraciətinin təmin edilməsindən imtina etməklə, cavabdeh onun hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi və cavabdehin üzərinə iddiaçıların Polis İdarəsinin inzibati binasına qeydiyyata alınması vəzifəsini qoyması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Ona görə də, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu və qanunvericiliyə zidd olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9763/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9763/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar