Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-631/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə Fizuli oğlunun iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğvi tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2-1(112)-4203/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü tarixli, **********567700 saylı qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il-cü il tarixli, 2-1(112)-4203/2024 saylı qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü tarixli, **********567700 saylı və xx.xx.2024-cü il tarixli, **********837900 saylı qərarların ləğv edilməsi” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 2023-cü il iyun ayı üzrə əlavə dəyər vergisi üzrə kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş 26 sentyabr 2023-cü il tarixli, **********567700 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarlarla kameral olaraq hesablanmış vergi məbləğləri əsassız olaraq hesablanmışdır. Yuxarıda göstərilmiş qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də iddiaçı həmin qərarlar ilə razılaşmayaraq hesab edir ki, bu qərarlar ləğv olunmalıdır. Belə ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş 26 sentyabr 2023-cü il tarixli, **********567700 saylı kameral qərarın bəyyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat hissəsində aşağıdakılar qeyd edilmişdir: **********968300 nömrəli uyğunsuzluq məktubunda qeyd olunmuş tərəfinizdən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Təqdim edilən bəyannamənin 3 nömrəli əlavəsinin 301.1.2.1-ci daşınan və daşınmaz əmlakın icarə verilməsindən gəlir sətrinin təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) sütununda 0 manat göstərilmə baxmayaraq, tərəfinizdən icarəyə verilmiş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsində göstərilən aylıq icarə haqqı məbləği 3135.59 manat təşkil etdiyi üçün 3135.59 manat məbləğində fərq yaranmışdır. İddiaçı tərəfindən cavabdeh vergi orqanına xx.xx.2023-cü il tarixində göndərilən məktubda aşağıdakılar qeyd edilmişdir: Əsassız və Qanunsuz olaraq hesablanmış əlavə vergilər hesablanmışdır. Əlavə hesablanmış vergilər Azərbaycan Respublikası Vergi Məcəlləsinin müəyyən etdiyi müddətlər gözlənilmədən depozit hesabımızdan silinmişdir. Qərarın ləğv edilməsini və hesablanmış vergilərin şəxsi hesab vərəqəyə qaytarılmasının təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əldə edilmiş riskli elektron-qaimə fakturalar barədə məlumat haqqında xəbərdarlıqda da aşağıdakılar qeyd edilmişdir: “ ... "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) xx.xx.2023 tarixli, **********221900 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, Sizin həmin vergi ödəyicisindən əldə etdiyiniz (xx.xx.2022 tarixli EBBQ seriyalı 087185 nömrəli, xx.xx.2022 tarixli BBQ seriyalı 393933 nömrəli, xx.xx.2022 tarixli 393393 nömrəli, xx.xx.2022 tarixli EBBQ seriyalı 394338 nömrəli, xx.xx.2022 tarixli EBBQ seriyalı 394204 nömrəli) elektron qaiməfaktura (lar) əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir”. Buradan da aydın görünür ki, cavabdeh vergi orqanı özü də qəbul edir ki, "xxxx" MMC-nin xx.xx.2023 tarixli, **********221900 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edilmişdir. Elektron qaimələrin tarixləri isə xx.xx.2022-ci tarixinə aiddir. Yəni əvəzləşmə baş verən zamanı "Build Constructıon” Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi deyil idi. Əvəzləşmələr aparıldıqdan sonra riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmişdir. Bu səbəbdən də əvəzləşdirilmənin aparılmaması və çıxarılan kameral qərar tamamilə qanunsuz və əsassızdır. İddiaçı qeyd olunanlara əsasən idda tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı iddianın verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Belə ki, xx.xx.2023-cü il tarixli **********567700 nömrəli qərar xx.xx.2023-cü il tarixində vergi ödəyicisinə elektron qaydada göndərilmiş, həmin tarixdə də onun tərəfindən oxunmuşdur. İddianın mahiyyəti ilə bağlı isə bildirilmişdir ki, uçot-baza məlumatına əsasən müəssisənin xx.xx.2007-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyətinin “əmtəə betonunun istehsalın”dan ibarət olduğu, xx.xx.2021-ci il tarixdə xx.xx.2022-ci il tarixdən könüllü qaydada ƏDV məqsədləri üçün qeydiyyata alındığı və vergi orqanında qeydiyyatda olan aktiv təsərrüfat subyektlərinin olduğu müəyyən edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 2023-cü ilin iyun ayı üçün təqddim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində **********968300 nömrəli uyğunsuzluq məktubunda qeyd olunmuş əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi müəyyən olunmuşdur. Bununla əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu, xx.xx.2023-cü il tarixli **********445400, **********384800 və **********303500 nömrəli “Əldə edilmiş riskli elektronqaimə fakturalar barədə məlumatlar göndərilmişdir. Lakin, vergi ödəyicisi məktublarda qeyd olunan müddət ərzində 2023-cü ilin iyun ayı üçün kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 175.11-ci maddələrinə əsasən vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2023-cü ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 30855,77 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********567700 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Belə ki, iddiaçının əməliyyat apardığı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) Vergi ödəyicisinin fəaliyyəti üzrə aparılmış araşdırma zamanı X12 X1 yerin təkindən faydalı qazıntıların çıxarılması ilə bağlı müvafiq icazələrin əldə edilməməsi və fəaliyyətləri üzrə müvafiq hesabatların (5gk hesabatı və s.) təqdim edilməməsi müəyyən edilmişdir. Beləliklə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri ərzində təqdim olunmuş 1345507,98 manat dəyərindəki karyer materialları əmtəəsiz əməliyyat kimi qiymətləndirilmişdir. İddiaçının əməliyyat apardığı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) fəaliyyəti üzrə aparılmış araşdırma zamanı X12 X1 yerin təkindən faydalı qazıntıların çıxarılması ilə bağlı müvafiq icazələrin əldə edilməməsi və fəaliyyətləri üzrə müvafiq hesabatların (5gk hesabatı və s.) təqdim edilməməsi müəyyən edilmişdir. Beləliklə xx.xx.2022-xx.xx.2023-ci il tarixləri ərzində təqdim olunmuş 1257276.88 manat dəyərindəki karyer materialları əmtəəsiz əməliyyat kimi qiymətləndirilmişdir. İddiaçının əməliyyat aparıdığı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖENİ **********) Vergi ödəyicisinin fəaliyyəti üzrə aparılmış araşdırma zamanı X12 X1 yerin təkindən faydalı qazıntıların çıxarılması ilə bağlı müvafiq icazələrin əldə edilməməsi və fəaliyyətləri üzrə müvafiq hesabatların (5gk hesabatı və s.) təqdim edilməməsi müəyyən edilmişdir. Beləliklə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri ərzində təqdim olunmuş 3489802,83 manat dəyərindəki karyer materialları əmtəəsiz əməliyyat kimi qiymətləndirilmişdir. İddiaçının əməliyyat aparıdığı X3 (VÖEN: **********) tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 9030 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “Blaknot, Kətan çanta, Fincan, Papaq və.s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. İddiaçının əməliyyat apardığı X10 (VÖEN: **********) tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 57,8 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Bosch laqonda 180 mm 110 V, Polietilen örtük, Monarflex tip (3x45 m), Bosch laqonda 115 mm 110V, Flyans 1” paslanmaz, divar qalınlığı 12mm, Polietilen örtük, Monarflex tip (3x45 m) və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə cəmiyyətin alışında, idxalında qeyd edilən malların (iş, xidmət) həcmi ilə təqdim edilmiş malların həcmi arasında fərq olduğu müəyyən edilmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. İddiaçının əməliyyat apardığı X11 (VÖEN: **********) tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 30.9 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "PP çəmdər zamoku 16, PP çəmdər plastik 1200mt 14, Əlcək işçi və s." Satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. İddiaçının əməliyyat apardığı X4 (VÖEN: **********) tərəfindən xx.xx.2022-ci il tarixində cəmi 30,36 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda "Karlik Qızılgül, Xan Cinarl və s." qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Cavabdeh etiraza əlavə təqdim edərək bildirmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnizbati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********567700 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Bakı İnzibati Məhkəməsinə dəqiqləşmə ərizəsi təqdim edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024- cü il tarixli **********837900 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2024-cü ilin fevral ayı ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixində 2024-cü il fevral ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməyən elektron qaimə-faktura üzrə aparılan əməliyyatların dəyəri 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisi tərəfindən həmin dövr üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələri təqdim edilməklə 324-cü sətrində riskli əvəzləşmələrin məbləği qeyd edilməmiş və riskli əvəzləşmələrin olmadığını təsdiq eləyən müvafiq sənədlər təqdim edilməmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin aldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2024-ci il tarixli **********478700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, iddiaçı məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat cəmiyyətin apardığı riskli əməliyyatların olmadığını təsdiq edən mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-c 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin fevr ayı üçün ƏDV bəyannaməsi üzrə 31769.06 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2-1(112)-4203/2024 saylı qərarı ilə (hakim L.S.Musayeva) iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti barəsində qəbul edilmiş xx.xx.2023-cü tarixli, **********567700 saylı və xx.xx.2024-cü il tarixli, **********837900 saylı qərarlarının ləğv edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2-1(112)-4203/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə əsasən iddiaçı tərəfindən 2023-cü ilin iyun ayı üçün təqddim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində **********968300 nömrəli uygunsuzluq məktubunda qeyd olunmuş əvəzləşmə üçün təqdim edilmiş elektron qaiməfakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi araşdırılmamışdır. Lakin, vergi ödəyicisi məktublarda qeyd olunan müddət ərzində 2023-cü ilin iyun ayı üçün kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 175.11-ci maddələrinə əsasən vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2023-cü ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 30855,77 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********567700 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Bununla əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uygunsuzluq məktubu, xx.xx.2023-cü il tarixli **********445400, **********384800 və **********303500 nömrəli “Əldə edilmiş riskli elektronqaimə fakturalar barədə məlumat”lar göndərilmişdir. Lakin, vergi ödəyicisi məktublarda qeyd olunan müddət ərzində 2023-cü ilin iyun ayı üçün kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 175.11-ci maddələrinə əsasən vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2023-cü ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 30855,77 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********567700 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Belə ki, iddiaçının əməliyyat apardığı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Vergi ödəyicisinin fəaliyyəti üzrə aparılmış araşdırma zamanı X12 X1 yerin təkindən faydalı qazıntıların çıxarılması ilə bağlı müvafiq icazələrin əldə edilməməsi və fəaliyyətləri üzrə müvafiq hesabatların təqdim edilməməsi müəyyən edilmişdir. Beləliklə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri ərzində təqdim olunmuş 1345507,98 manat dəyərindəki karyer materialları əmtəəsiz əməliyyat kimi qiymətləndirilmişdir. İddiaçının əməliyyat apardığı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) fəaliyyəti üzrə aparılmış araşdırma zamanı X12 X1 yerin təkindən faydalı qazıntıların çıxarılması ilə bağlı müvafiq icazələrin əldə edilməməsi və fəaliyyətləri üzrə müvafiq hesabatların təqdim edilməməsi müəyyən edilmişdir. Beləliklə xx.xx.2022-xx.xx.2023-ci il tarixləri ərzində təqdim olunmuş 1257276.88 manat dəyərindəki karyer materialları əmtəəsiz əməliyyat kimi qiymətləndirilmişdir. İddiaçının əməliyyat aparıdığı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖENİ **********) Vergi ödəyicisinin fəaliyyəti üzrə aparılmış araşdırma zamanı X12 X1 yerin təkindən faydalı qazıntıların çıxarılması ilə bağlı müvafiq icazələrin əldə edilməməsi və fəaliyyətləri üzrə müvafiq hesabatların təqdim edilməməsi müəyyən edilmişdir. Beləliklə xx.xx.2022xx.xx.2022-ci il tarixləri ərzində təqdim olunmuş 3489802,83 manat dəyərindəki karyer materialları əmtəəsiz əməliyyat kimi qiymətləndirilmişdir. İddiaçının əməliyyat aparıdığı X3 (VÖEN: **********) tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 9030 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “Blaknot, Kətan çanta, Fincan, Papaq və.s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin qeydə alınmadığı müəyyən edilmişdir. İddiaçının əməliyyat apardığı X10 (VÖEN: **********) tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 57,8 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Bosch laqonda 180 mm 110 V, Polietilen örtük, Monarflex tip (3x45 m), Bosch laqonda 115 mm 110V, Flyans 1” paslanmaz, divar qalınlığı 12mm, Polietilen örtük, Monarflex tip (3x45 m) və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə cəmiyyətin alışında, idxalında qeyd edilən malların həcmi ilə təqdim edilmiş malların həcmi arasında fərq olduğu müəyyən edilmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin qeydə alınmadığı müəyyən edilmişdir. İddiaçının əməliyyat apardığı X11 (VÖEN: **********) tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 30.9 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "PP çəmdər zamoku 16, PP çəmdər plastik 1200mt 14, Əlcək işçi və s." Satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar müəyyən edilməmişdir. İddiaçının əməliyyat apardığı X4 (VÖEN: **********) tərəfindən xx.xx.2022 -ci il tarixində cəmi 30,36 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda "Karlik Qızılgül, Xan Cinarl və s." qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar müəyyən edilməmişdir. Məhkəmə qərarını onunla əsaslandırır ki, iddiaçı yuxarıda sadalanan şəxslərlə müqavilə bağlayan zaman onlar riskli vergi ödəyicisi olmamışlar. Belə ki, vergi orqanı tərəfindən müqavilələrin bağlanması anında həmin şəxslərin riskli vergi ödəyiciləri olması barədə məlumat dərc edilməmiş, iddiaçıya bu bardə xəbərdarlıq edilməmişdir. Bununla bağlı qeyd edilməlidir ki, hazırki halda əməliyyat baş tutmamış şəxslərin riskli vergi ödəyicisi hesab edilməsi qeyrimümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1.1-ci bəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə əməliyyat riskli hesab edilir. Yəni, şəxslər tərəfindən aldığı və ya idxal etdiyi mal çeşidindən fəqli mal iddiaçıya təqdim edilmişdir, məhz bu təqdimetmə əməliyyatı baş tutduqdan sonra vergi orqanı tərəfindən müvafiq qərar qəbul edilə bilərdi və edilmişdir. Əks hal isə mümkünsüzdür, məhkəmə isə qeyd ediləni nəzərə almamışdır. Həmçinin, mübahisənin həllinə bilavasitə təsir edən yuxarıda qeyd olunan şəxslər tərəfindən idxal etmədiyi və almadığı malların iddiaçıya hansı formada satılması, iddiaçıya satılan malların fəaliyyətinə uyğunluğun olub-olmaması (misal üçün mütəxəssis cəlb etməklə) məsələlərini ümumiyyətlə araşdırmamışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə iddiaçının etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, əsassız və qanunsuz olaraq əlavə vergilər hesablanmış və əlavə hesablanmış vergilər Azərbaycan Respublikası Vergi Məcəlləsinin müəyyən etdiyi müddətlər gözlənilmədən iddiaçının depozit hesabından silinmişdir Belə ki, iddiaçı əməliyatlar aparıldığı vaxt risklilik barədə vergi orqanının müvafiq sistemində araşdırmalar aparmış, riskli vergi ödəyicisi olması barədə hər hansı məlumat aşkar edilməmiş, riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilməmişdir. Bu səbəbdən də riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın geri tarixə şamil edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Əlavə olaraq malların alışı barədə müqavilələr və müvafiq təhvil təslim aktlan məhkəməyə təqdim edilmişdir. Elektron qaimə fakturalar isə AVİS sistemində mövcuddur. Əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmamasına münasibətdə qeyd edilir ki, mal iş xidmətin təqdim edilməsi barədə tələb olunan sənəd elektron qaimə faktura hesab edildiyindən , bu əməliyyatlar hamısı elektron qaimə faktura təqdim edilməklə həyata keçirilmişdir. Bununla yanaşı bildirilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əldə edilmiş riskli elektron-qaimə fakturalar barədə məlumat haqqında xəbərdarlıqda da aşağıdakılar qeyd edilmişdir: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) xx.xx.2023 tarixli, **********221900 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, Sizin həmin vergi ödəyicisindən əldə etdiyiniz ( xx.xx.2022 tarixli EBBQ seriyalı 087185 nömrəli, xx.xx.2022 tarixli BBQ seriyalı 393933 nömrəli, xx.xx.2022 tarixli 393393 nömrəli, xx.xx.2022 tarixli EBBQ seriyalı 394338 nömrəli, xx.xx.2022 tarixli EBBQ seriyalı 394204 nömrəli) elektron qaimə- faktura (lar) əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Buradan da aydın görünür ki, cavabdeh vergi orqanı özü də qəbul edir ki, "xxxx" MMC-nin xx.xx.2023 tarixli, **********221900 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edilmişdir. Elektron qaimələrin tarixləri isə xx.xx.2022-ci tarixinə aiddir. Yəni ki, əvəzləşmə baş verən zamanı "Build Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi deyil idi. Əvəzləşmələr aparıldıqdan sonra riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmişdir. Bu səbəbdən də əvəzləşdirilmənin aparılmaması və çıxarılan kameral qərar tamamilə qanunsuz və əsassızdır. İşin faktiki hallarına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********837900 saylı 08 may 2024-cü il tarixli qərardan görünür ki, cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 31769.06 manat kənarlaşma yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4203/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının 38 və 40-cı bəndlərində qeyd edilir ki, “burada vacib şərt ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Bu zaman, məsuliyyət tədbirinin tətbiqi üçün alıcının barəsində də mütləq riskli vergi ödəyicisi hesab olunmaya dair qərarın qəbul edilməsinə ehtiyac yoxdur. Həlledici olan əməliyyatın özünün əmtəəsiz olduğunun sübuta yetirilməsidir. Bunun üçün əməliyyatın həqiqətən əmtəəsiz olduğu, eləcə də tərəflərin (satıcının və alıcının) bu barədə əvvəlcədən öz iradələrinə uyğun hərəkət etdikləri halı müəyyən olunmalıdır. Başqa sözlə, əmtəəsiz əməliyyat hər iki tərəfin birgə iradəsi və iştirakçılığı ilə baş tutmalıdır. Bu mənada, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e- qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cıı maddəsinin tətbiqinə əsas verməməlidir”. Vergi orqanı işin həlli üçün əsas əhəmiyyət kəsb edən halları araşdırmayaraq incibati icraat haqqında qanunvericiliyin tələblərini pozaraq yalnız vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparmasına söykənərək mübahisələndirilən qərarları qəbul etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil eyni zamanda etiraza əlavəni məhkəməyə təqdim etmiş və həmin əlavədə vahid məhkəmə təcrübəsi ilə bağlı müəyyən aspektlərə toxunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə Fizuli oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verdi və şikayətin rədd edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********217400 saylı qərarına əsasən, vergi ödəyicisi "xxxx" MMC (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********221900 saylı qərarına əsasən, vergi ödəyicisi "xxxx" MMC (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********211200 saylı qərarına əsasən, vergi ödəyicisi "xxxx" MMC (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********636400 saylı qərarına əsasən, vergi ödəyicisi “X15” MMC (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********850887500 saylı qərarına əsasən, vergi ödəyicisi X10 (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********525300 saylı qərarına əsasən, vergi ödəyicisi X5 (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********894300 saylı qərarına əsasən, vergi ödəyicisi X4 (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********23700 saylı qərarına əsasən, vergi ödəyicisi X11 (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********567700 saylı, 26 sentyabr 2023-cü tarixli qərardan görünür ki, **********968300 saylı uyğunsuzluq məktubuna qeyd edilmiş elektron qaiməfakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verilməmi, icarə müqaviləsində göstərilən aylıq icarə haqqı məbləği 3135.59 manat təşkil etdiyi üçün 3135.59 manat məbləğində fərq yaranmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********837900 saylı, 08 may 2024-cü il tarixli qərardan görünür ki, cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 31769.06 manat kənarlaşma yaranmışdır. - Mübahisənin yaranmasının səbəbi "xxxx", "xxxx", "xxxx" və “X15” Məhdud Məsuliyyətli Cəmiyyətləri, eyni zamanda vergi ödəyiciləri X10, X5, X4 və X11 ilə aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin dəyərinin nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına gətirib çıxarmışdır. Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmişdir: - «X15» MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2024-cü il tarixli, **********636400 saylı qərar; - "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2024-cü il tarixli, **********217400 saylı qərar; - "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2024- cü il tarixli, **********211200 saylı qərar; - "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2024-cü il tarixli, **********221900 saylı qərar; - X6 riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********850887500 saylı qərar; - X3 riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli, **********525300 saylı qərar; - X8 riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli, **********23700 saylı qərar; - X2 riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********894300 saylı qərar. Azərbaycan Respublikası Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ödəyicisi” anlayışı daxil edilmişdir. Belə ki, həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasə, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Qanunvericilik “əmtəəsiz əməliyyat”a Məcəllədə anlayış versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” anlayışına Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən, isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Yuxarıda qeyd edildiyi kimi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, burada vacib şərt ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Bu zaman, məsuliyyət tədbirinin tətbiqi üçün alıcının barəsində də mütləq riskli vergi ödəyicisi hesab olunmaya dair qərarın qəbul edilməsinə ehtiyac yoxdur. Həlledici olan əməliyyatın özünün əmtəəsiz olduğunun sübuta yetirilməsidir. Bunun üçün əməliyyatın həqiqətən əmtəəsiz olduğu, eləcə də tərəflərin (satıcının və alıcının) bu barədə əvvəlcədən öz iradələrinə uyğun hərəkət etdikləri halı müəyyən olunmalıdır. Başqa sözlə, əmtəəsiz əməliyyat hər iki tərəfin birgə iradəsi və iştirakçılığı ilə baş tutmalıdır. Bu mənada, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi, yəni əmtəəsiz əməliyyatın mövcudluğu halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi alıcıya münasibətdə əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Yalnız əməliyyatın özünün əmtəəsiz olduğu sübut edilərsə, bu halın mövcudluğuna istinadla alıcıya münasibətdə məsuliyyət tədbiri tətbiq oluna bilər. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Qeyd edilən normaların təhlili onu deməyə əsas verir ki, Meyarların 3-cü bəndində qeyd edilən hallar malların satıcısı ilə bağlı 175.11-ci maddənin tətbiqini labüd edir. Lakin malların alıcısına münasibətdə riskli əməliyyata görə 175.11-ci maddənin tətbiqi isə o halda mümkün olardı ki, Meyarların 3-cü bəndinə qeyd olunan halların əvvəlcədən malların alıcısı olan vergi ödəyicisi tərəfindən araşdırılmalı olması ilə bağlı qanunvericilikdə öhdəlik müəyyən edilmiş olsun. İş materiallarında olan sənədlər əsasında məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC (**********), "xxxx" MMC, (**********), "xxxx" MMC (**********), “X15” MMC (**********), X10 (**********), X5 (**********), X4 (**********), X11 (**********) riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicilərinin digər şəxslərlə riskli əməliyyatlar aparmış olması və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunması iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl İddiaçı QSC ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının hüquqlarını və qanunla qorunan maraqlarını pozulmasına səbəb olmuşdur. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2-1(112)-4203/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-631/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-631/2025
08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver