Məhkəmə qərarları › İş №2-1(103)-632/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-632/2023

27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-632/2023 27.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə “əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8749/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdən 3-cü dərəcə ümumi xəstəliklə əlaqədar müddətsiz əlilliyin səbəb - əlaqəsinin dəyişdirilməsini və xx.xx.2021-ci il tarixdən 3-cü dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafisəsi ilə əlaqədar müddətsiz əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə o, xx.xx.1970-ci ildə doğulmuşdur. İki il Sovet Ordusunda, 1992-ci, 1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəstəliklə bağlı xx.xx.2009-cu ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. xx.xx.2011-ci ildən İİ qrup əlildir və “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 4.2-ci maddəsinə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir”, qanununa müvafiq olaraq xx.xx.2021-ci il tarixdə səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə göndərilmişdir ki, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilsin. Lakin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4-cü maddəsinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirilməli olduğu halda, ona qanunsuz olaraq 3-cü dərəcə ümumi xəstəliklə əlaqədar müddətsiz əlillik təyin edilmişdir. 2021-ci ilin mart ayında hərbi qulluqçularn pensiya ilə təmin olunarkən ona pensiya verilməmişdir, əsasız olaraq ona pensiyanın ödənişi dayandırılmışdır. Halbuki, o, 2011-ci ildən əlildir və xx.xx.2021-ci il ilə kimi pensiya ilə təmin olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi ona xx.xx.2011-ci ildən etibarən ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il təyin olmasını, yəni xx.xx.2021-ci ildə 10 ilinin tamam olmasını nəzərə almalı və İİ qrup müddətsiz əlil olmağını təsdiq etməlidir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi əsassız və qanunsuzdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan zaman onun göndərişi “iki tərəfli xr pielonefrit tez-tez kəskinləşmələrlə Simptomatik hipertoniya Asteno-nevrotik sindirom xr BÇİldər” diaqnozu ilə qiymətləndirilmiş, lakin iddiaçının sonuncu göndərişi “Üzvi dissosiativ pozuntusu.Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə). Diabetik polinevropatiya.Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya. ÜİX.Stabil gərginlik stenokardiyası İİİ F.S” diaqnozu ilə Agentlikdə qiymətləndirilmiş və ümumi xəstəliklə müddətsiz İİİ dərəcə əlillik dərəcəsi verilmişdir. Göründüyü kimi iddiaçının sonuncu göndərişində olan diaqnoz “ümumi xəstəlik” ilə əlillik dərəcəsi verilməsi üçün əsas olmuşdur Odur ki, iddiaçı “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik dərəcəsi almaq istəyəcəyi təqdirdə, yenidən “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təyin edilə biləcək diaqnoz ilə yeni göndərişlə müraciət etməsi məsləhət görülür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8749/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərarı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayətini aşağıdakılarla əsaslandırılmışdır: “Hərbi xidmətdə aldığı xəstəliklə bağlı 23.01,2009-cu ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" xəstəlik qərarı verilmişdir. xx.xx.2011-ci ildən 2-ci qrup əlildir və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 4.2-ci maddəsinə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik miiddətsiz müəyyən edilir". Qanuna müvafiq olaraq xx.xx.2021-ci il tarixdə Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə göndərilib ki, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilsin. Lakin "Əlilliyin qiymətləndirilməsi Qaydası"hin 2.4-cii maddəsinə əsasən TSEK 10 (on) iş günündən çox olmumaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir," qanuna müvafiq olaraq ona qanunsuz olaraq 3-ciı dərəcə ümumi xəstəliklə əlaqədar miiddətsiz əlillik təyin edilmişdir. Əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi barədə cavabdehə və sonra məhkəməyə müraciət etmişdir.Qanuna müvafiq olaraq mənim əlilliyimin səbəb əlaqəsinin dəyişdirilməsi məqsədi ilə Bakı İnzibati Məhkəməsinin əsasız qeyd etdiyi kimi yenidən qiymətləndirilməyimə və yeni tibbi göndəriş elektron sistemə daxil edilməsinə ehtiyac yoxdur, sadəcə olaraq əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Xidmətə təqdim olunur.Xidmət daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Beləliklə, qanuna müvafiq olaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı yəni əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənəd cavabdehə təqdim edildikdən sonra 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin qərarı əsassız və qanunsuzdur, belə ki, ilk öncə məhkəmə qərar qəbul edərkən "Əlilliyin qiymətləndirilməsi Qaydası"hin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarının 1-ci, 3-cü maddələrini və Ali Məhkəmənin 2-1(102)-700/2022 nömrəli analoji qərarını nəzərə almadan qanuna zidd qərar qəbul etmişdir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, N.İsmayılova isə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin olunmalıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 3.1-ci bəndinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci addəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: (...) 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; (...) 1.5.2. xüsusi səbəblərdən: (...) 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; (...) 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. İş materiallarından görünür ki, iddiaçı hərb quluqçu olmuş, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli 136 nömrəli qərarına əsasən onun xəstəliyinin səbəb əlaqəsi “Böyrək ağrısı...”(Ağdam RHK-nın xx.xx.2009-cu il tarixli xx.xx.2009-cu il tarixli 4/30 nömrəli göndərişi və həmin tarixli 4/12 nömrəli arayşı, Müdpfiə Nazirliyi Hərbi Klinik Hospitalından verilmiş xx.xx.2009-cu il tarixli 541 nömrəli arayışı ilə təsdiq edilir) - “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir. lkin olaraq TSEK tərəfindən onun xəstəliyi Ağdam rayon Mərkəzi Xəstəxanasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında qiymətləndirilərək, ona əlillik dərəcəsi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi və “Xəstəliklərin beynəlxalxalq Təsnifatı : XİV sinif – sidik cinsiyyət sisteminin xəstəliləri N17- N19- böyrək çatışmazlığı – N18 - xroniki böyrək çatışmazlığı – 18.8 - xroniki böyrək çatışmazlığının digər təzahürləri:“İki tərəfli xr pielonefrit tez-tez kəskinləşmələrlə Simptomatik hipertoniya asteno-nevrotik sindrom xr BÇİİdər”; Meyar 2.2.İkinci dərəcə əlillik – digər:..” diaqnozu ilə təyin olunmuşdur. Sonrakı (2014, 2015, 2016) müayinələri və qiymətləndirilmələri zamanı da, eyni səbəb əlaqəsi və xəstəlik diaqnozu təkarlanmaqla, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunmuşdur. Lakin Bakı 25 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli sonuncu göndərişi əsasında TSEK tərəfindən aparılmış qiymətələndirmə nəticəsində onun əlillik vəziyyəti - “Üzvi dissosiativ pozuntusu. Diabetik polinevropatiya (E10- 14 ümumi dördüncü.4 işarəsi ilə), Diabetik polinevropatiya.Sənədlərlə təsdiqlənmiş spazm ilə müşaiyət olunan stenokardiya, ÜİX.Stabil gərginlik stenokardiyası İİİ F.S“ diaqnozu qoyulmaqla “ümumi xəstəlik” səbəbi ilə İİİ dərəcə müddətsiz əlillik təyin edilmişdir. Hazırkı mərhələdə cavabdeh tərəfin təşübbüsü ilə məhkəmənin 19 yanvar 2023-cü il tarixli aralıq qərardadı ilə iddiaçının səbəbəinin Tibbi Sosial Ekspert Komissiyasında 20 gün müddətində əyani müayinə edilməklə, yenidən qiymətləndirilməsinin aparılması və nəticəsi barədə məhkəməyə məlumat verilməsi öhdəliyi cavabdeh Agentliyə əhvalə olunmuş, lakin sonuncu məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə müddətsiz əlilik təyini barədə qərar qüvvədə saxlanılmışdır. Bundan sonra, məhkəmənin 25 may 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyi”nə (PHŞ) komission məhkəmə-tibbi ekspertizası təyin edilərək, ekspertlər qarşısında həll edilməsi üçün aşağıda suallar qoyulsun: 1) İddiaçı hal-hazırda, işə əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli 136 nömrəli Qərarında (iş vərəqi 9) təsbit olunan – “Hərbi tavmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ehtiva olunan, “Böyrək ağrısı” diaqnozu xəstəliyi mövcuddurmu? 2) Əgər mövcuddursa, həmin diaqnoz Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş və 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulurmu? Birliyin ekspertləri tərəfindən məhkəmənin həmin qərardadı icra olunaraq məhkəmə tibbi-ekspertləri tərəfindən T415/2023 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyi tərtib olunaraq, Birliyin xx.xx.2023-cü il tarixli 2725 saylı məktubu ilə məhkəməyə təqdim olunmuşdur. Rəydə ekspertlərin gəldiyi nəticəyə görə: 1.Vətəndaş İddiaçı iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 136 nömrəli Qərarında (iş vərəqi 9) təsbit olunan – “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ehtiva olunan, “Böyrək ağrısı” diaqnozu müstəqil xəstəlik olmayıb, sidik yollarının və böyrəklərin bir çox patologiyasını müşayiət edən ağrı sindromuduor. Bu zaman böyrək qismən və ya tamamilə tutulur, sidyin ləng çıcması baş verir. Böyrək ağrısının səbəbləri müxtəlif böyrək xəstəlikləridir, onlardan biri də böyrək infeksiyası olduğu üçün çox böyük ehtimalla onda həmin vaxt “İkitərəfli xr.pielonefrit tez-tez kəskinləşmələrlə, xr.BÇ İİ dərəcə” xəstəliyi böyrək ağrıları ilə başlamış, həmin xəstəliklə əlaqədar ona TSEK tərəfindən 2011- 2021-ci illər ərzində 10 il İİ dərəcə əlillik verilmişdir. Odur ki, o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir və sonuncu 88 saylı Formada da xəstəliyin ağırlaşmaları qrafasında qeyd edilmişdir. Rəydən göründüyü, kimi, 2011-2021-ci illər ərzində TSEK tərəfindən iddiaçının əlilliyinin səbəbi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” olmaqla, onnun böyrək ağrıları ilə bağlı olan xəstəlikləri hal-hazırda da davam etməkdədir. İşə əlavə olunmuş Bakı 25 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli sonuncu göndərişin “Xəstəliyin adı“ bölməsindən görünür ki, onda böyrək ağrılarının ehtiva olunduğu ağırlamalar mövcudluğu qeyd olunmuşdur Beləliklə də məhkəmə kollegiyası ekspert rəyində və tibbi göstərişdə təsbit olunan həmin məlumatları həqiqi və mötəbər məlumatlar kimi qiymətləndirir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qeyd olunanlardan isə göründüyü kimi, cavabdeh tərəfindən inzibati icraat haqqında hüquq normalarının qeyd olunan tələbləri pozulmuş, iddiaçının xeyrinə olan hallar əsassız olaraq nəzərə alınmamışdır. Göstərilən nəticələr onu deməyə əsas verir ki, iddiaçı, əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsini tələb etməkdə haqlıdır. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının İİİ dərəcə əlilliyin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” göstərilməməsi, onun qanunla qorunan hüquqlarını pozur. İPM-in 32.1-ci maddəsinin tələbindən də görünürki, iddiaçı mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, iş üzrə hərtərəfli araşdırma aparılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, bütün bunların nəticəsi olaraq da, məhkəmə, iddianın rədd olunması barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8749/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin olunmalı, iddiaçının “Bakı 25 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında əlillik vəziyyətinin qiymətləndirilməsinə dair xx.xx.2021-ci il tarixdə Tibbi-sosial ekspert komissiyasının qərarı ilə ona təyin olunmuş - müddətsiz 3-cü dərəcə əlilliyinin “Ümumi xəstəlik” səbəbinin, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbinə dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8749/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı - “Bakı 25 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında əlillik vəziyyətinin qiymətləndirilməsinə dair Tibbi-sosial ekspert komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə təyin olunmuş, müddətsiz 3-cü dərəcə əlilliyinin “Ümumi xəstəlik” səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbinə dəyişdirilməsi vəzifəsi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar