Məhkəmə qərarları › İş №2-1(103)-633/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-633/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-633/2020 17.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı (xx.xx.1961-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, ünvan 1 mən. 5 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı pensiyanın təyin edilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4607/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinə (sonradan - İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci ildə doğulmuşdur. O, 1980ci ildən 1982-ci ilə qədər hərbi xidmətdə olmuş, 1982-ci ildən 1985-ci ilə qədər Bakı Neft Texnikumunda təhsil almış, xx.xx.1985-ci ildən hazırkı vaxta qədər isə əmək fəaliyyəti ilə məşğul olur. Onun xx.xx.2006-cı ilə qədər 25 ildən çox ümumi, 16 ildən çox isə güzəştli iş stajı mövcuddur. Pensiya təyin olunması üçün cavabdehə müraciət etsə də, onun müraciəti təmin olunmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4607/2019 saylı qərarı ilə (hakim T.Əsədova) iddia təmin olunmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 1985-ci il tarixdə açılmış ИТ-1 № ******* saylı əmək kitabçasına əsasən xx xxxxxxxx 1985-ci ildə əmək fəaliyyətinə başlamış və hal-hazırkı vaxtadək əmək fəaliyyətini davam etdirir. xx.xx.1989cu ildə “Əzizbəyovneft” NQÇİ-nin Neft və qazçıxarma sahəsinə 3-cü dərəcəli neft və qazçıxarma üzrə operator peşəsinə işə qəbul edilmiş, xx.xx.1990-cı ildə 4-cü dərəcəli neft və qazçıxarma üzrə operator peşəsinə işə qəbul edilmişdir xx.xx.1991-ci ildə neft və qazçıxarma üzrə usta köməkçisi peşəsinə keçirilmiş, xx.xx.1991-ci ildə struktur dəyişikliyi ilə əlaqədar “Suraxanıneft” NQÇİ-yə keçirilərək “Suraxanıneft” NQÇİ-nin 3 saylı neft və qazçıxarma sexinə neft və qazçıxarma üzrə usta köməkçisi peşəsinə qəbul edilmişdir. xx.xx.1994-cü ildə neft və qazçıxarma üzrə operator peşəsinə keçirilmiş, xx.xx.1995-ci ildə neft və qazçıxarma üzrə usta vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü ildə 3 saylı neft və qazçıxarma sexinin rəis müavini vəzifəsinə keçirilmişdir. xx.xx.2006-cı il tarixdən halhazıra kimi “Suraxanı NQÇİ”-nin ləğv edilməsi ilə əlaqədar yaranmış “X7 Kompani SA” şirkətinin Azərbaycandakı Nümayəndəliyində, 3 saylı neft mədəni və qaz-kompressor sexində neft və qazçıxarma üzrə rəis müavini vəzifəsində işləyir. O, H3 ******* nömrəli hərbi biletə əsasən xx xxx 1980-ci il tarixdən xx xxx 1982-ci il tarixə kimi Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1982 - 1985-ci illərdə Bakı Neft Texnikumunda əyani təhsil almışdır. xx xxxxxxx 1979-cu il tarixdən xx xxxx 1980-ci il tarixədək Kürdəmir rayonu 115 №-li kənd texniki-peşə məktəbində traktorçu-maşinist peşəsi üzrə təhsil almışdır. Onun 2006-cı il tarixədək, yəni «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qəbul edildiyi tarixədək 25 ildən artıq ümumi stajı və 16 il zərərli iş sahəsində güzəştli stajı olmuşdur. Onun xx.xx.2006-cı il tarixədək hərbi xidmət və təhsil aldığı dövrlər də nəzərə alınmaqla 25 il 2 ay 29 gün ümumi iş stajı və 16 il zərərli iş sahəsində güzəştli stajı olmuşdur. 25 ildən çox ümumi iş stajı və bu stajın 12 il 6 ayından çox hissəsinin güzəştli pensiya hüququ olan vəzifələrə uyğun olduğundan ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər sonuncu məhkəmə iclasında təmsil olunmamışlar və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 (Bakı şəhər 9 saylı Vəkil Bürosu) izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, apellyasiya şikayətinin və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq, o, iddiaçının 1979-1982-ci il illərdə texniki peşə məktəbində təhsil aldığını, lakin bu barədə diplomu daha sonra ona təqdim etdiyini, cavabdehə müraciətində də bu sənədin verilmədiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: -İddiaçı xx.xx.1961-ci ildə Kürdəmir rayonunda doğulmuşdur (AZE 0******* №-li Şəxsiyyət Vəsiqəsi). -İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur (NZ ******* №-li Hərbi Bilet). -İddiaçı 1982-ci ildən 1985-ci ilə qədər Bakı Neft Texnikumunda təhsil almışdır. -İddiaçı xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilə qədər, xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilə qədər, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər, xx.xx.1989-cu ildən xx.xx.2006-cı ilə qədər, xx.xx.2006-cı ildən xx.xx.2012-ci ilə qədər, xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilə qədər, xx.xx.2013-cü ildən hazırkı vaxta qədər əmək fəaliyyəti ilə məşğul olur (əmək kitabçası). -İddiaçı ərizə ilə xx.xx.2019-cu il tarixdə İdarəyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. İdarə tərəfindən iddiaçıya onun müraciətinin təmin olunmaması barədə məktub ünvanlanmışdır (xx.xx.2019-cu il tarixli **********8 №-li məktub). İmtinaya səbəb kimi iddiaçının xx.xx.2006cı il tarixədək 25 ildən az ümumi iş stajının olması qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.2006-cı ilə qədər hərbi xidmət və təhsil aldığı dövrü də daxil olmaqla 24 il 10 ay 3 gün ümumi iş stajı mövcud olduğuna görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyil. Belə ki, iddiaçının xx.xx.2006-cı ilə qədər ümumi iş stajı 25 ildən azdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd edir ki, mübahisəyə iddiaçının güzəştli şərtlərlə pensiya hüquq yarandığı vaxt həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarına əsasən qiymət verilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsində qeyd edilmişdir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanuna xx xxxx 2017-ci il tarixli Qanunla edilmiş düzəlişə qədər həmin Qanunun 9.1-ci maddəsinin mətni aşağıdakı kimi olmuşdur: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 2.1.8-ci bandində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Məcəllənin 1.0.10-cu maddəsinə görə pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının işlədiyi neft və qazçıxarma üzrə operator peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda Хll “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (21300000) 2) “Neft-qaz və qaz kondensatının hasilatı” bəndinin, (21302000), a) fəhlələr (2130200а) “neft və qaz hasilatı üzrə operatorlar” yarımbəndinin (2130200а—15824) vəzifələrinə aiddir. Həmçinin neft və qazçıxarma üzrə usta köməkçisi və usta vəzifəsi “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (21300000) 2) “Neft-qaz və qaz kondensatının hasilatı” bəndinin, (21302000), b) rəhbərlər və mütəxəssislər (2130200b) “neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar” yarımbəndinin (2130200b—23187) vəzifələrinə aiddir. 3 saylı neft və qazçıxarma sexinin rəis müavini vəzifəsi“Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (21300000) 2) “Neft-qaz və qaz kondensatının hasilatı” bəndinin, (21302000), b) rəhbərlər və mütəxəssislər (2130200b) “neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri” yarımbəndinin (2130200b—24125) vəzifələrinə aiddir. İddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş, iddiaçıya məxsus 2731 №-li xx xxxxx 1980-ci il tarixli Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət X9 Komitəsi tərəfindən verilmiş Attestatın təsdiq edilmiş surətinə əsasən iddiaçı xx.xx.1979-cu ildə Kürdəmir rayon 115№-li kənd texniki peşə məktəbinə daxil olmuş və xx xxxx 1980-ci ildə təhsil müddəti 6 ay olan həmin məktəbin traktorçu-maşinist peşəsi üzrə bitirmişdir. (Bakı şəhəri 21 saylı notariat ofisi) Eyni zamanda apellyasiya şikayətinə Ю seriyalı, 141149 nömrəli traktorçu-maşinist vəsiqəsinin təsdiq edilmiş surəti də əlavə edilmişdir. Göründüyü kimi iddiaçının 25 ildən çox ümumi əmək stajı ilə bərabər 12 il 06 aydan çox əmək şəraiti zərərli işlərdə işləmişdir. Lakin cavabdeh orqan iddiaçıya əsassız olaraq pensiya təyin edilməsindən imtina etmişdir. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamış və iddianı təmin etməmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94, və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4607/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilsin və təyin edilmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar