Məhkəmə qərarları › İş №2-1(103)-633/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-633/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-633/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, X11 və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-152/2023 nömrəli, 31 iyul 2023-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ilə məhkəməyə müraciət edərək “əlilliyin təyin edilməsi və pensiya təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tələbinə dəqiqləşmə verərək ona əlillik dərəcəsinə uyğun olaraq əmək pensiyasının təyin edilməsi hissəsinin tələbindən çıxarılmasını tələb etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onda olan xəstəliklər əlilliyin təyini üçün əsas versə də, cavabdeh tərəfindən qanunsuz və əsassız qərar qəbul edilərək əlilliyin təyinindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın etirazı onunla əsaslandırılmışdır ki, 23 yanvar 2020-ci il, 16 iyul 2020-ci il 09 oktyabr 2020-ci il, 30 oktyabr 2020-ci il tarixli göndərişlər əsasında əlilliyin qiymətləndirilməsi aparılmış və müxtəlif səbəblərdən (əlavə müalicəyə ehtiyac olma, natamam doldurma) əlilliyin təyinindən imtina edilmişdir. 02 aprel 2021-ci il tarixli göndəriş əsasında isə əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müəyyən edilmişdir ki, iddiaçıda mövcud olan diaqnozlar əlillik təyininə əsas vermir. Daha sonra Bakı Baş Səhiyyə İdarəsinin 27 oktyabr 2022-ci il tarixli göndərişi əsasında da qiymətləndirmə aparılmış və eyni qənaətə gəlinmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-152/2023 nömrəli, 31 iyul 2023-ci il tarixli qərarı ilə (Hakim O.Həsənov) iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Binəqədi rayon Hərbi Komissarlığına gedərək könüllü ərizə yazaraq xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək hərbi xidmətdə olmuş, Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etmiş, 1994-cü ildə hərbi əməliyyatlar gedən dövrdə travma almış, Silahlı Qüvvələrin Mərkəzi Hospitalında müalicə aldıqdan sonra yenidən döyüşlərdə iştirak etmiş, 1995-ci ildə aldığı travma ilə əlaqədar olaraq 271 №-li Mingəçevir hospitalında müalicə almışdır. Bakı şəhəri Binəqədi Rayon Hərbi Komissarlığından ona 10 aprel 1998-ci il tarixli 012839 nömrəli “müharibə veteranı vəsiqəsi” təqdim edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 11 iyun 2019-cu il, 498 nömrəli qərarı ilə xəstəliyinin hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması təsdiq edilmişdir. Lakin məhkəmə tərəfindən qeyd olunan faktlar, eyni zamanda iddiaçının 1993cü ildə hərbi xidmətə gedərkən İİİ qrup əlil olması nəzərə alınmamış, hüquqi qiymət verilməmişdir. Məhkəmə öz qərarında keçirilmiş iki ekspertiza rəyini əsas tutaraq iddiaçının sağlamlığında olan xəstəliklərin mövcudluğunu təsdiq etdiyini, lakin bu xəstəliklərin əlilliyin təyin edilməsi üçün əsas vermədiyini qeyd etmişdir. Bununla əlaqədar bildirmək lazımdır ki, iddiaçı 2020-ci ildən 2023-cü ilə qədər məhkəmə prosesinin gedişində dəfələrlə həkim yoxlamasından keçmiş, çox saylı müalicələr almışdır. Bu illər ərzində onun xəstəlikləri sağlamlıq vəziyyətini daha da ağırlaşdırmış, uzunmüddətli müalicələr almasına səbəb olmuşdur. Lakin qeyd olunan xəstəliklərin hansı dərəcədə olmalarının əlilliyin təyin edilməsi üçün əsas olduğu məhkəmə tərəfindən qeyd edilməmişdir. Məhkəmə tərəfindən işin obyektiv və ətraflı araşdırılması məqsədi ilə Bakı şəhəri 15 saylı Poliklinikanın əməkdaşları məhkəmə işinə cəlb edilməli və xəstəlik kağızlarının necə doldurulması, hansı nüansların önəmli olması barəsində izahatlar alınmalı idi. Lakin məhkəmə qeyd olunan prosessual hərəkətləri həyata keçirməmiş, yalnız ekspert rəyinin əsasında formal qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı barəsində tibb müsəsisəsinin göndərişləri bir neçə dəfə inzibati orqana ünvanlanmış, məhkəmədə iddia qaldırmazdan əvvəl sonuncu dəfə xx.xx.2020-ci il tarixində qiymətləndirmə həyata keçirilmiş, imtina qərarı alınmış, iddiaçı xx.xx.2020-ci il tarixdə poçt rabitə orqanı vasitəsilə məhəkəmədə iddia qaldırmışdır. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının əlillik vəziyyəti Bakı 15 nömrəli Şəhər Poliklinikasının 23.01,2020-ci il tarixli 0033003AAC49 saylı göndərişi əsasında baxılmış və “X1:Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M50 - Boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi Diaqnozun mətni: M50.1 Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun radikulopatiyası. C3-C4,C4-C5,C5- C6.C6-C7 fəqərəarası disklərdə protruziyalar.Boyun osteoxondrozu. Kökcük ağrılarla (Hərbi travmadır-Mərkəzi Hərbi Həkim komissiyasının xx.xx.2019-cu il 498 saylı qərarı), Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi:Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Bərpa müalicəsini davam etmək məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Daha sonra həmin xəstəxananın xx.xx.2020-ci il tarixli 0033003AADAN saylı göndərişi əsasında baxılmış və “X1:Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri >M40-M54 - Dorsopatiyalar -> M50-M54 - Digər dorsopatiyalar => M50 - Boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi....Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun radikulopatiyası. C3- C4,C4-C5,C5-C6,C6-C7 fəqərəarası disklərdə protruziyalar.Boyun osteoxondrozu. Kökcük ağrılarla (Hərbi travmadır-Mərkəzi Hərbi Həkim komissiyasının xx.xx.2019-cu il 498 saylı qərarı, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin dinamikası funksional pozğunluqları ağırlaşmaları kliniki əlamətləri həkim mütəhəssislərin xəstənin ağırlaşmaları barədə məlumatekspertiza üçün obyektiv qiymətləndirilməsinə əsas vermir” səbəbi ilə imtina verilmişdir. xx.xx.2020-ci ildə sözügedən xəstəxananın 0033003AADAN saylı göndərişi əsasında baxılmış və “Səbəbi:Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, X1:Xİ11 Sinif- Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri=>M40-M54-Dorsopatiyalar => M50- M54 - Digər dorsopatiyalar => M50 - Boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi...,Diaqnozun mətni:Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun radikulopatiyası.C3-C4,C4-C5,C5-C6,C6-C7 fəqərəarası disklərdə protruziyalar, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. xx.xx.2020-ci ildə Bakı 15 nömrəli Şəhər Poliklinikasının 0033003AADGF saylı göndərişi əsasında baxılmış və “X1:Xİİİ Sinif-Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar -> M50-M54-Digər dorsopatiyalar => M50 - Boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi..., Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun radikulopatiyası. C3-C4,C4-C5,C5- C6.C6-C7 fəqərəarası disklərdə protruziyalar.Boyun osteoxondrozu. Kökcük ağrılarla (Hərbi travmadır-Mərkəzi Hərbi Həkim komissiyasının xx.xx.2019-cu il 498 saylı qərarı.Şmorle düyünləri [yırtıqları], C2-C7 və L1-S1 səviyyəsində Şmorl yırtıqları. Başqa rubrikalarda təsnif olunmayan ağrı, S-vari skalioz Ağrı sindromu ilə., Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi:Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-xəstəyə əlavə ixtisaslaşmış müalicə təyin olunur” səbəbi ilə imtina edilmişdir. Həmçinin, Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2021-ci il tarixdə iddiaçıya Bakı 15 nömrəli Şəhər Poliklinikasının 0033003AADGF saylı göndərişi əsasında baxılmış və “Səbəbi:Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, X1: Xİİİ Sinif-Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstələlikləri => M40-M54- Dorsopatiyalar=>M50-M54-Digər dorsopatiyalar>M50-Boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi..., Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun radikulopatiyası. C3-C4, C4-C5, C5-C6, C6-C7 fəqərəarası disklərdə protriziyalar. Boyun osteoxondrozu. Kökcük ağrılarla (Hərbi travmadır-Mərkəzi Hərbi Həkim komissiyasının xx.xx.2019-cu il 498 saylı qərarı, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir.” Səbəbi ilə imtina verilmişdir. Daha sonra Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli G00038038AHD saylı göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi , boyun radikulopatiyası, C3-C4, C4-C5, C5-C6, C6-C7 F/A disklərdə protuziyalar.Boyun osteoxondrozu, Kökçük ağrılarla. Eşıtmənin əks tərəfdə normal eşitmə ilə müşahidə olunan bir tərəfli neyrosensor tipli itirilməsi, sol qulaqda sensonevral tipdə ağır eşitmə. İnsulindən asılı olmayan şəkərli diabet, Ağırlaşmalarsız, şəkərli diabet İİ tip., Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: diaqnoz əlillik əlaməti təyin etməməsi-səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bakı Səhiyyə Mərkəzinin 10 aprel 2023-cü il tarixli məktubundan görünür ki, 07 may 2022-ci il , 19 avqust 2022-ci il, 19 oktyabr 2022-ci il tarixlərdə sənədlər cavabdehə göndərilsə də, yenə də əlilliyin təyinindən imtina edilmişdir. İş üzrə ilkin ekspert rəyində qeyd edilmişdir ki, iddiaçıda mövcud olan xəstəliklər Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə nəzərdə tutulan xəstəliklərin əhatə dairəsinə düşmür. Məhkəmənin qərardadı əsasında təkrar ekspertiza keçirilmiş və məhkəməyə daxil olmuş təkrar ekspertiza rəyində qeyd edilmişdir ki, iddiaçının sağlamlıq vəziyyəti əlillik dərəcəsinin verilməsinə əsas vermir. Məhkəmə sorğusuna əsasən 15 nömrəli Şəhər Poliklinikası məhkəməyə cavab məktubu ünvanlayaraq qeyd etmişdir ki, iddiaçıda olan bütün xəstəliklər, əsas diaqnoz,ağırlaşmalar və yanakı xəstəliklər müəyyən edilərək müvafiq göndəriş əsasında aidiyyəti quruma göndərilmiş, Poliklinika tərəfindən zəruri tədbirlər görülmüşdür. Məhkəmə sorğusuna cavab məktubunda cavabdeh qeyd etmişdir ki, iddiaçının sağlamlıq vəziyyəti hazırda qüvvədə olan və əvvəllər qüvvədə olmuş qanunvericilik normalarının tələbləri baxımından qiymətləndirilmiş və iddiaçıda olan xəstəliklərin əlillik təyininə əsas vermədiyi müəyyən edilmişdir. Belə ki, şəxsə hər iki yuxarı və aşağı ətrafda kəskin kontraktura, atrofiya, parez, iflic izlənilməmiş, rekfeks canlı alınmış, D=S, əzələ gücü və tonus normal, hərəkətlər tam həcmdə olmuşdur. Komissiyanın fevral 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı əyani müayinəyə cəlb edilərək yoxlanılmış, diaqnozun əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqan müxtəlif dövrlərə məxsus imtina qərarlarında səbəb kimi əlavə müalicəyə ehtiyacın olması, göndərişin natamam doldurulması, diaqnozun əlillik təyininə əsas verməməsi göstərmişdir. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın imtinasını əsaslı hesab etmiş və iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında müxtəlif sayda olan göndərişlərdən görünür ki, iddiaçıda mövcud olan xəstəliklər müxtəlif kodlarda (M50.1, R52, M43.0, M50.3, M51.4, R52, M19.8, M51.8, G90.8, F45, İ10, J31.2, F44, J42, G44.8, M17.0, G54.1, H.90, İ20) göstərilmişdir. İş materiallarından da göründüyü kimi hazırkı mübahisə həmin xəstəliklərin mövcud olduğu, lakin mövcud olmasına baxmayaraq əlilliyin təyininə əsas verməməsi ilə bağlıdır. İş üzrə düzgün nəticəyə gəlinməsi üçün adıçəkilən kodlarda nəzərdə tutulmuş xəstəliklərin hazırda “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” ilə və (və ya), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015- ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də mövcud olubolmaması müəyyən edilməlidir. Adıçəkilən normativ hüquqi aktlarda nəzərdə tutulmuş xəstəliklərin müvafiq kodlarda verilmiş siyahısından isə görünür ki, adıçəkilən iddiaçıda göndərişdə adıçəkilən müvafiq kodlarda göstərilmiş xəstəliklər adıçəkilən siyahıda olan xəstəliklərin hər hansı biri ilə uyğunluq təşkil etmir. Uyğunluğun olmaması isə əlilliyin təyininə əsas verən xəstəliyin iddiaçıda mövcud olmaması deməkdir ki, məhkəmə hesab edir ki, iddianın təminini istisna edən həmin hal mövcud olduğundan, hazırkı iş üzrə iddianın təminindən söhbət gedə bilməz. Apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdehin imtinasının qanuniliyinə qiymət verilməsi üçün xx.xx.2020-ci il tarixli 0033003AAC49 saylı, xx.xx.2020ci il tarixli 0033003AADAN saylı, xx.xx.2020-ci il tarixli 0033003AADGF saylı, xx.xx.2021-ci il tarixli, 0033003AADGF saylı və xx.xx.2022-ci il tarixli G00038038AHD saylı göndərişlərdə göstərilənlər nəzərə alınmaqla iddiaçıya əlilliyinin təyin olunmasının mümkünlüyünün həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq müəyyən edilməsi məqsədilə cavabdeh tərəfindən yenidən araşdırma aparılaraq müvafiq qərar qəbul edilməsi üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi xx.xx.2024cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-1230/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1958-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2021-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********3). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin G00038038AHD nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1- 5678/2023). Vətəndaş Bakı Apellyasiya Məhkəməsinin qərardadına əsasən xx.xx.2024- cü il tarixli 3-17-4/2-A-611/2024 nömrəli bildiriş əsasında əyani müayinəyə dəvət olunmuşdur. Məhkəmə qərardadı əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixli 498 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Boyun radikuliti, kökçük əlamətlərlə və vegeto-damar distoniyası sindromu ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2021-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun radikulopatiyası. C3-C4, C4-C5, C5-C6, C6-C7 fəqərəarası disklərdə protruziyalar. Boyun osteoxondrozu. Kökcük ağrılarla" anamnestlk məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır." kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Daha sonra, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ümumi xarakterli şikayətlər bildirmişdir. Müayinə zamanı hər iki yuxarı və aşağı ətrafda kəskin kontraktura, atrofiya, parez, iflic izlənilməmiş, reflekslər canlı alınmış, D=S, əzələ gücü və tonus normal, hərəkətlər tam həcmdə olmuşdur” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsas ilə daxil olmuş, sol aşağı ətrafda, belində və başında ağrı, sağ əlində şişkinlikdən şikayətlənmişdir. Anamnestik məlumatlardan 2016-cı ildən şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildirmiş, qəbul etdiyi medikamentoz preparatların adlarını bilmədiyini qeyd etmişdir. Müayinə zamanı yuxarı və aşağı ətraflarda əzələ gücü və tonus tam, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamış, hərəkətlər sərbəst və ağrısız olmuşdur. Təqdim edilmiş tibbi müalicə və müayinə sənədlərinə əsasən əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Həmçinin ƏƏSMN tabeliyində DTSERA-da aparılan müayinə nəticəsinə əsasən şəkərli diabet xəstəliyinin ağırlaşmaları aşkarlanmamışdır. 2 nömrəli X2 xx.xx.2022-ci il tarixli 112458 nömrəli Tibbi rəyində diaqnoz "Nevrosteniya. Davamlı somatoform ağrı pozğunluğu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X4 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışında diaqnoz “Onurğanın ağır İİİ dərəcəli hiperkifozu. Boyun və döş fəqərələrinin kontrakturası, hərəkət məhdudiyyəti, funksiyanın pozulması, yerişin pozulması. L1-L2 fəqərələrinin qeyri-sabitliyi" kimi qeyd edilmiş, klinik olaraq öz təsdiqini tapmamışdır. Ə.D.Məlikov adına X9 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 2565 nömrəli Çıxarışında diaqnoz “Bel-oma radikulopatiyası. Diskoqen radikulopatiya. Ağrı sindromu. Miofassial sindrom. Bel osteoxondrozu. Bel-oma, boyun nahiyyəsində protruziyalar çoxsaylı” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Ə.D.Məlikov adına X9 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 3231 nömrəli Çıxarışında diaqnoz “Braxİalqiya. Diskoqen bel-oma radikulopatiyası. Lümboişalqiya. Hipersteziya, Kəskin qastrit. Səthi bulbit. Xroniki xolesistit. Hipertoniya xəstəliyi İİ tip.” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Respublika Klinik Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü İl tarixli 012559 nömrəli Çıxarışında diaqnoz "Boyun və bel şöbələrinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. Daimi ağrı sindromu. Hərəkət məhdudluğu. Digər oynaqların artrozu. Essensial hipertenziya, İİİ dərəcə. Onurğanın osteoxondrozu” kim i qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsinin nəticəsi "Magistral arteriyaların aterosklerozu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Beləliklə, cavabdehin növbəti dəfə əlillik təyinatından imtinasının əsasında iddiaçıya qoyulmuş əsas xəstəlik və ağırlaşmaların onun sağlamlıq vəziyyətinə uyğun olmaması, dolayısı ilə sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas verməməsi durur. Kollegiya cavabdeh inzibati orqanın imtinasını və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. İddiaçıda mövcud xəstəliklərin (əsas diaqnoz, ağırlaşma və yanakı xəstəliklərin) olması cavabdeh orqan tərəfindən, həmçinin ekspert rəyi ilə inkar edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təkrar məhkəmə tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin 260/MEŞ nömrəli rəyinin nəticə hissəsində qeyd olmuşdur ki, 1958-ci il təvəllüdlü İddiaçı məhkəmə-tibbi müayinəsinə, onun adına tərtib edilmiş tibbi sənədlərdə yazılanlara və qərardadda göstərilənləri nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1.2. İddiaçı adma 15 saylı poliklinika tərəfindən rəsmiləşdirilmiş göndərişdə xəstəliyin əlillik səviyyəsini təyin edən ağırlaşmalar qeyd olunmamışdır. Belə ki, göndərişdə mərkəzi və periferik sinir sisteminə aid ciddi pozuntular (ətraflarda parez, iflic, oynaqlarda əhəmiyyət kəsb edən konturaktura) qeyd olunmamışdır. Bu səbəbdən OO33OO3AADGF nömrəli elektron müraciət qismən doldurulmuş hesab edilir və bu hal əsasnamədə əlillik dərəcəsinin verilməsinə qənaətbəxş deyildir. 3.İddiaçı 17.01-xx.xx.2022-ci il tarixlərdə X7 kliniki, laborator, instrumental müayinələr əsasında “Boyun radikulopatiyası. C3-C4; C4- C5; C5-C6; C6-C7 fəqərəarası disklərdə protruziyalar. Boyun osteoxondrozu, kökcük ağrıları ilə (Hərbi travma 498 saylı). L2-L3, L3-L4, L4-L5, L5-S1 fəqərəarası disklərdə protruziyanın retrolistezi. C5-in anterolistezi. C2-C7 və Ll-Sl səviyyəsində Şmorl yırtıqları. Yanaşı xəstəlik: Beyinin xroniki işemiyası. Vertebrobazilyar sindrom. Sağ diz oynağının kəskin sinoviti” diaqnozu; Akad. M.Ə.Mirqasımov adma RKX-da 19.02-xx.xx.2022-ci il tarixlərdə əsas xəstəlik: “Diskogen (C6,L5, Sİ) radikulopatiya. Əsas xəstəliyin ağırlaşması C3-C7 disklərdə protruziya. Onurğanın yayılmış osteoxondrozu.İfadəli kökcük- ağrı sindromu və hərəkət məhdudiyyəti ilə. Yanaşı xəstəlik: baş-beyinin minimal atrofiyası. Xroniki beyin qan dövranı pozulması. Qeyri-müəyyən mənşəli psixoorqanik sindrom. Qonartroz İİİ dövr” diaqnozu; Ə.D.Məlikov adına 6 nömrəli BŞX-da 16.03,-xx.xx.2022-ci il tarixlərdə əsas xəstəlik: “İ20,8 ÜİX. Stabil gərginlik stenokardiyası 1 FS” Yanaşı xəstliklər-arterial hipertenziya, serebral ateroskleroz. Boyun radikulo-patiyası. Bel-oma radikulopatiyası. Stresə qarşı reaksiya” diaqnozu təyin edilərək müvafiq müalicələr aparılmışdır. Hal-hazırda qeyd olunan diaqnozlara uyğun sağlamlıq vəziyyətində kəskinləşmə baş verdiyi halda profil üzrə müayinə və müalicələrinin davam etdirilməsinə ehtiyacı vardır. Beləliklə, həm Ə.D.Məlikov adına 6 saylı BŞX-nin iş materiallarında olan müxtəlif dövrlərə məxsus ambulator kitabçadan çıxarışlarında, həm Azərbaycan X4 və Ortopediya İnstitutu publik hüquqi şəxs tərəfindən verilmiş arayışlarda, həm müxtəlif səhiyyə müəssisələrinin verdiyi müayinə sənədlərində (mrt, Ekg), həm də ekspert rəyi ilə M50.1, R52, M43.0, M50.3, M51.4, R52, M19.8, M51.8, G90.8, F45, İ10, J31.2, F44, J42, G44.8, M17.0, G54.1, H.90, İ20 kodlu xəstəliklərin (ağırlaşmış formaları) iddiaçıda mövcudluğu öz təsdiqini tapmışdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədilə, iddiaçının müayinə həkimi AR SN Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitunun həkim-travmatoloq-ortopedi X6 həkim-mütəxəssis qismində məhkəmə iclasına dəvət edilmiş X6 izahatında qeyd etmişdir ki, İddiaçı bir neçə dəfə yanında müayinədə olmuş, onda mövcud olan xəstəliklər hərbi xidmət zamanı alınmış travmadır. Onurğanın ağır İİİ dərəcəli hiperkifozu, boyun və döş fəqərələrinin kontrakturası, hərəkət məhdudiyyəti, funksiyanın pozulması, Onurğanın L1-L2 fəqərələrinin deformasiyaedici spondilyozu, kənar osteofitləri, kəskin hərəkət məhdudluğu, sağ diz oynağının artozu və yeriyiş pozulmasıdır. Onu da bildirir ki, şəxsdə olan xəstəliklər sinirlə bağlıdır, lakin o sinirlə bağlı xəstəliyə dair hər hansı fikir bildirə bilmir, çünki onun ixtisasıma aid deyildir. Lakin MRT və EKG-YƏ baxaraq xəstədəki ağırlaşmalar barədə məlumat verə bilər. Məhkəmə iclasında həkim-mütəxəsisis iş materiallarında olan MRT və EKG-YƏ baxaraq xəstədəki ağırlaşmalar barədə məlumat verərək qeyd etmişdir ki, xəstədə olan onurğa sütunun statodinamik funksiyasının əhəmiyyətli pozuntusu (müstəqil hərəkətin, yataqdan durmanın, bir vəziyyətin alınmasının və saxlanılmasının, yerdəyişmənin) onda beldə olan əhəmiyyətli ağrılarla müşayət edililməsi mümkündür. Hətta Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda müvafiq XBT kodu üzrə ağırlaşmaların iddiaçıda mövcud olduğunu bildirmişdir. Məhkəmə kollegiyası həmçinin, hazırda yaranmış məhkəmə praktikasına istinad edərək, nəzərə çatdırır ki, əlilliyin müəyyən olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də olan meyarlardan hər hansı biri mövcud olmadığı, lakin Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda olan hal mövcud olduğu halda hazırda qüvvədə olan meyarlar tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci madəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci madəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Aydın olduğu kimi, diaqnozda qeyd edilmiş xəstəliklər və onların ağırlaşmaları hazırda qüvvədə olan Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda müvafiq əlilliyin təyininə əsas verir. 2022-ci il iyulun 1-dən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 6-cı Sinir sistemi xəstəlikləri bəndinin 6.6.3-cı yarımbəndində boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi (M50), digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri (M51), 6.1-ci yarımbəndində Vegetativ (avtonom) sinir sisteminin pozuntuları (G90.8, )həmçinin, əsas xəstəliklərin ağırlaşmış formaları 13-cü Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri bəndinin 13.4-cü yarımbəndində Digər artrozlar (M19), 13.5.1-ci yarımbəndində digər deformasiya edən dorsopatiyalar (M43) qeyd edilmişdir. İşin araşdırılmış hallarından aydın olur ki, iddiaçıda mövcud olan xəstəliklər həm sinir sistemi xəstəlikləri, həm də Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri (ağırlaşmaları ilə birlikdə) müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır. İnzibati işin araşdırılmış hallarından həmçinin aydın görünür ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən bir neçə dəfə göndərişlər cavabdeh orqana ünvanlanmış, əvvəlki göndərişlər nəticəsində qəbul edilmiş inzibati akt mübahisələndirilməmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl sonuncu göndəriş xx.xx.2020-ci ildə 0033003AADAN saylı göndəriş olmuş, həmin göndərişə dair qiymətləndirmə nəticəsində inzibati orqan iddiaçının əlavə müalicəyə ehtiyacının olması əsası ilə imtina qərarı vermiş daha sonra iddiaçı xx.xx.2020-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası həmçinin, nəzərə çatdırır ki, iddiaçı ona konkret neçənci dərəcə əlilliyin təyin edilməsini iddia tələbində, apellyasiya şikayətində, məhkəmə araşdırmaları zamanı qeyd etməmiş, belə olan halda inzibati orqan diskresion səlahiyyətləri çərçivəsində iddiaçıda mövcud olan xəstəliklərə uyğun əlillik dərəcəsi təyinatını həyata keçirməlidir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməli, iddiaçıya məhkəmədə iddia qaldırmazdan əvvəl verilmiş olan imtina qərarında istinad edilən göndərişin tarixi nəzərə alınmaqla xx.xx.2020-ci il tarixdən müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-152/2023 nömrəli, 31 iyul 2023-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar