Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-634/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, hakimlər Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X13 oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsi üzərində hüquqların qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsi tələbi barədə inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3637/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3637/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 162 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 4218q saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum X6 adına qeydiyyata alınmaqla, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim Z.Tağıyev). Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 162 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 4218q saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum X6 adına qeydiyyata alınmaqla, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İK BTİİİ Ləhiş bağlar sahəsinsəki 162 nömrəli kooperativin nəzdində 0.12 ha torpaq sahəsi olan 42182 saylı bağ sahəsi uzun müddət mərhum X6 istifadəsində olmuşdur. Onun vəfatından sonra bağ sahəsi iddiaçının stifadəsinə keçmişdir. Həmçinin vərəsələrin dairəsi müəyyənləşdirilmiş və vərəsi kimi iddiaçı tanınmışdır. Həmin bağ sahəsi uzun müddətdən artıqdır ki, iddiaçının mülkiyyətindədir və daimi olaraq həmin sahədən istifadə edir. Qanunvericilikdə müvafiq sənədləri toplayıb cavabdeh idarəyə təqdim etlmiş lakin idarə tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh idarənin ona verdiyi cavab onun konstitusiyon hüquqlarını pozur. Vətəndaşların, idarə müəssisə və təşkilatların mülkiyyət hüququ ali qanun Konstitusiya ilə də qorunur. Belə ki, iddiaçı tərəfindən qanunvericilikdə tələb olunan hüquqmüəyyənedici sənədlər cavabdeh inzibati orqana təqdim edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İlkin məhkəmə iclasında izahat vermiş cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək, göstərmişdir ki, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər BTİİİ Ləhiş bağlar sahəsindəki 162 nömrəli kooperativin nəzdində 0,12 ha torpaq sahəsi olan 42182 saylı bağ sahəsi uzun müddət mərhum X7 istifadəsində olmuşdur.İddiaçı müvafiq bağ sahəsinə dair mərhum X7 adına çıxarış və plan-ölçü almaq məqsədilə 1 saylı Bakı Ərazi idarəsinə xx.xx.2019-cu il tarixdə poçt vasitəsilə müraciət etmişdir.Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İdarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunsa da, siyahıda iddiaçının adı bir dəfə qeyd olunmuş və eyni ВТК nəzdində eyni tarixli qərar və 28 saylı order əsasında iddiaçının adına 984 saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və X5 adına özgəninkiləşdirilmişdir. Həmçinin, orderin arxiv nüsxəsində bağ nömrəsi “4218” kimi qeyd olunmuş və eyni nömrəli bağ sahəsi bağlar idarəsi ilə bağlanmış müqavilə əsasında digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən bağ sahəsi bağların bölgü-sxemi ilə uyğunsuzluq təşkil edir. Belə ki, bölgü sxemində “4218q” saylı bağ sahəsi yoxdur. Qeyd olunan səbəblərə görə ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. İşdə olan Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 162 nöməli kooperativin 128 saylı orderinə əsasən Bakı şəhər İK xx.xx.1990-cı il tarixli 1/44 saylı qərarına əsasən Ləhiş bağlar sahəsində 162 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 4218q nömrəli bağ sahəsi X6 istifadəsinə verilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri 9 saylı notariusun xx.xx.2015-ci il tarixli məktubunda Bakı şəhəri İK Bağlar Təsərrüfatı inkişafı və istismarı birliyi tərəfindən xx.xx.1990-cı ildə verilmiş 128 nömrəli orderə əsasən, Ləhiş bağlar sahəsində 162 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 4218q nömrəl bağ sahəsinin X6 adına olması məlum olduğu və onun ölümü ilə əlaqədar olaraq həmin əmlak sənədləşdirilmədiyi və vərəsəlik işinin aparılması ilə əlaqədar həmin əmlaka dair dövlət reyestrindən çıxarış məktubunun vərəsəsi İddiaçı göndərilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2019-cu il tarixli, ə-462 saylı arxiv çıxarışa əsasən 162 nömrəli Ləhiş bağ-tikinti kooperativinin üzvlərinin siyahısında X9 adı 28-ci sırada qeyd olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********37 saylı məktubunda qeyd olunmuşdur ki, təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatıın üzvlərinin siyahısında ad aşkar olunsa da, siyahıda ad bir dəfə qeyd olunmuş və eyni BTK nəzdində eyni tarixli qərar (28 saylı order) əsasında ada 984 saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və özgəninkiləşdirilmişdir. Həmçinin orderin arxiv nüsxəsində bağ nömrəsi 4218 kimi qeyd olunmuş və eyni nömrəli bağ sahəsi Bağlar İdarəsi ilə bağlanmış müqavilə əsasında digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmışdır. Elektron kadastr baza məlumatlarına əsasən göstərilən bağ shaəsi bağların bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. Belə ki, bölgü sxemində 4218q saylı bağ sahəsi olmadığı qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın etiraz ərizəsində qeyd etmiş olduğu dəlili ilə razılaşmamış və cavabdehin bu dəlilini də əsassız hesab etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Birinci instansiya məhkəməsinin qənaətinə görə mərhumun Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 162 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 4218q saylı bağ sahəsinə dair hüquqları «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsi ilə tanınır və bağ sahəsinin sahibliyi mərhuma məxsus olması iş materiallarında olan bağ sahəsinin daimi istifadəyə verilməsinə dair 128 saylı orderlə ilə öz təsdiqini tapdığından cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. İPM-nin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək düzgün nəticəyə gəlməmişdir. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh inzibati orqan iddiaçının hüquqların dövlət qeydiyyatı ilə bağlı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlayaraq iddiaçıya ünvanlandığı xx.xx.2019-cu il tarixli, **********37 saylı məktubda hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın aşağıdakı əsaslarını göstərmişdir. Birincisi - təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X10 adı aşkar olunsa da, siyahıda onun adı bir dəfə qeyd olunmuş və eyni ВТК nəzdində eyni tarixli qərar (28 saylı order) əsasında onun adına 984 saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və özgəninkiləşdirilmişdir; ikincisi - orderin arxiv nüsxəsində bağ nömrəsi “4218” kimi qeyd olunmuş və eyni nömrəli bağ sahəsi Bağlar idarəsi ilə bağlanmış müqavilə əsasında digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; üçüncüsü - Elektron kadastr baza məlumatlarına əsasən göstərilən bağ sahəsi bağların bölgü sxemində “4218q” saylı bağ sahəsi yoxdur. Birinci instansiya məhkəməsi qərarında inzibati orqanın imtina məktubunda göstərilən əsasları araşdırmamış, imtina məktubunun qanunsuz olmasını əsaslandırmamışdır. Halbuki, İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati orqanın imtina məktubunda göstərilən əsasların araşdırılması məqsədilə apelyasiya instansiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqana sorğular göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlandığı xx.xx.2020-ci il tarixli, **********18 saylı məktuba əlavə edilmiş Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-ci il tarixli, 1/44 nömrəli qərarına əsasən 162 saylı X18 üzvlərinin siyahısının təsdiq edilmiş surətindən görünür ki, X3 “28” nömrə ilə qeydə alınmışdır. Həmin məktuba əlavə edilmiş kooperativ üzvlərinin Ləhiş massivində bağ sahələrinin ümumi cizginin (yerləşmə sxemi) təsdiq edilmiş surətindən görünür ki, sxemdə “4218” və “4218a” bağların yerləşdiyi qeyd edilib, “4218q” bağ sahəsi sxemdə yoxdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlandığı xx.xx.2020-ci il tarixli, **********79 saylı məktuba əlavə edilmiş təsdiq edilmiş sənədlərdən görünür ki, xx.xx.1999-cu il tarixdə Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi və X11 arasında Ləhiş bağlarında yerləşən 4218 nömrəli 0,12 ha olan bağın icarəyə verilməsi haqqında 28487 saylı müqavilə bağlanmışdır. Məktuba əlavə edilmiş digər sənədlərdən görünür ki, həmin bağ torpaq sahəsinin plan və ölçüsü tərtib edilimiş və Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2009-cu il tarixə 17197 nömrə ilə uçota alınıb (reyestr nömrəsi 221133). Həmçinin, müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsi, 4218 saylı bağ sahəsi X4 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və MH seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Məhkəməyə təqdim edilmış sənədlərlə müəyyən edilir ki, Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 162 nöməli kooperativin 28 saylı orderinə əsasən Bakı şəhər İK xx.xx.1990-cı il tarixli 1/44 saylı qərarına əsasən Ləhiş bağlar sahəsində 162 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 984 nömrəli bağ sahəsi X9 istifadəsinə verilmişdir. Məhkəməyə təqdim edilmiş MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0.12 ha olan 984 saylı bağ sahəsi X6 mülkiyyəti hüquqları daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə xx.xx.2015ci il tarixdə qeydiyyata alınmışdır. Bundan əlavə, təqdim edilmiş digər sənədlərlə müəyyən edilir ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X6 vərəsəsi olan İddiaçı xx.xx.2015-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə ona verilən miras əmlakı - Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,12 ha olan 984 saylı bağ sahəsi xx.xx.2015-ci il tarixli AN-1 N seriyalı ******* saylı müqavilə əsasında X1. Həmin bağ sahəsinə A.Səfərovanın mülkiyyət hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir Göründüyü kimi, inzibati orqana təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının atasının adı bir dəfə qeyd olunduğu; eyni ВТК nəzdində eyni tarixli qərar və 28 saylı order əsasında iddiaçının adına 984 saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı və X2;həmçinin, orderin arxiv nüsxəsində bağ nömrəsi “4218” kimi qeyd olunmuş və eyni nömrəli bağ sahəsi bağlar idarəsi ilə bağlanmış müqavilə əsasında digər şəxsin – X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı; göstərilən bağ sahəsinin bağların bölgü sxemində “4218q” saylı bağ sahəsinin olmadığı müəyyən edilir. Beləliklə, iddiaçının hüquqların mövcudluğunu, əldə edilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmamışdır və inzibati orqan haqlı olaraq onun hüquqların dövlət qeydiyyatından imtina etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olmasına istinad olunan dəlilləri ilə razılaşır və yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3637/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3637/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsi üzərində hüquqların qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsi barədə iddia tələbi rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-634/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-634/2020
26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver