Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-634/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı nümayəndəsi (direktoru) X3, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8253/2023 saylı 12 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2019-cu il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2020-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı, ərizəsinə əsasən əsas fəaliyyət növünün "kütləvi informasiya vasitələrinin reklam xidməti göstərilməsi üzrə fəaliyyəti”ndan ibarət olduğu və ünvan 3 ünvanında yerləşən “Ofis” adlı aktiv təsərrüfat subyektinin (obyektinin) vergi orqanında xx.xx.2019-cu il tarixdən qeydiyyatda olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 dekabr 2022-ci il tarixli **********929800 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2022-ci ilin oktyabr ayı üçün təqdim edilmiş əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği üzrə 10.647,18 manat ümumilikdə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı üzrə 11.022,30 manat vergi borcu olduğu qeyd edilmişdir. Bildirmişdir ki, iddiaçı tərəfindən xx.xx.2020-xx.xx.2022-ci illər üzrə təqdim edilmiş ƏDV bəyənnamələrində bir sıra vergi ödəyicilərindən əldə edilərək əvəzləşdirilmiş elektron qaimə-fakturaların vergi orqanının uçot baza məlumatlara əsasən riskli (və ya əmtəəsiz) olması müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Həmin qərardan iddiaçı tərəfindən inzibati şikayət verilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş **********194300 nömrəli xx.xx.2023-cü il tarixli qərarla şikayət təmin edilməmişdir. İddiaçı MMC Azərbaycan Respublikası yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin " Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********929800 saylı qərarının və Azərbaycan Respublikası yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 25 fevral 2023-cü il tarixli **********194300 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Daha sonra Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Dövlət Vergi Xidməti əsl olan cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmiş, iddia tələbi ““vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********929800 nömrəli qərarın ləğvi” kimi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Upexpress" Məhdud Məsuliyyətli Cəmiyyəti çap işlərinin yerinə yetirilməsi ilə əlaqədar xidmətlər, moda evi və atelye fəaliyyəti üzrə xidmətlər göstərir və bu fəaliyyəti Bakı şəhəri Əhməd Rəcəbli 23B küçəsində yerləşən ünvanda həyata keçirir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra "Baş İdarə") tərəfindən "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********929800 nömrəli Qərar qəbul edilmiş və bu Qərarla İddiaçıya münasibətdə 10647,18 manat vergi məbləği hesablanmışdır. İddiaçı tərəfindən verilmiş inzibati şikayətə (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********944400 nömrəli) Cavabdeh tərəfindən baxılmış və 25 fevral 2023-cü il tarixli **********194300 saylı Qərarla inzibati şikayət təmin edilməmişdir. Aşağıdakılara əsasən iddiaçı hesab edir ki, Baş İdarə tərəfindən qəbul edilmiş Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar və Dövlət Vergi Xidmətinin 25 fevral 2023-cü il tarixli **********194300 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərarı qanunsuz və əsassızdır və buna görə ləğv edilməlidir. Vergi orqanları müvafiq qərarların qəbulu zamanı onu əsas götürmüşlər ki, iddiaçının 2020-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBAV seriyalı 150699 və 417385 nömrəli elektron qaiməfakturalar üzrə aparılan əməliyyatlar riskli əməliyyatlar olmuş və buna görə əvəzləşdirilməyə əsas verməmişdir. Həmin əməliyyatların riskli olmasının əsası kimi isə iddiaçının bu əməliyyatları həyata keçirdiyi kontragenti "xxxx" MMC-nin (VÖEN: **********) riskli vergi ödəyicisi olması göstərilmişdir. Belə ki, vergi orqanının xx.xx.2021-ci il tarixli **********038900 nömrəli qərarına əsasən "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. İddiaçının həmin vergi ödəyicisi ilə qarşılıqlı münasibətləri isə həmin tarixdən əvvəl yaranmış və yuxarıda istinad edilən elektron qaimə-fakturalar əsasında xidmətlərin alışı 2020-ci ilin dekabr ayında baş tutmuşdur. Belə ki. İddiaçı ilə "xxxx" MMC arasında müqavilə (“Müqavilə”) 08 oktyabr 2020-ci il tarixdə bağlanmış və 2020-ci ilin dekabr ayında yuxarıda istinad edilən elektron qaimə fakturalar əsasında xidmətlər göstərilmişdir. Belə olan halda, sonrakı tarixdə müəyyən edilən inzibati akt əsas gətirilərək İddiaçının əməliyyatı riskli əməliyyat kateqoriyasına daxil edilmişdir. Eyni zamanda bu cür əsaslandırma Vergi Məcəlləsinin də tələblərini pozmuş olur. Belə ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. "xxxx" MMC 2021-ci ilin yanvar ayında riskli vergi ödəyicisi hesab olunduğu halda, həmin tarixdən əməliyyatlara görə İddiaçının üzərinə məsuliyyət qoyulması zamana görə aktların qüvvəsi prinsipinə zidd olmaqla, qeyd edilən qanunvericilik aktlarının tələblərini kobud surətdə pozmuş olur. Bununla bağlı iddiaçının izahat verməsinə baxmayaraq Cavabdehin inzibati şikayətin təmin edilməməsi barədə qərarında bu fakta dair heç bir münasibət bildirilməmişdir. Bununla, Cavabdeh “İnzibati İcraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərini pozmuşdur. Digər tərəfdən, Cavabdehin qərarında göstərilir ki, vergi orqanı aparılan araşdırma zamanı "xxxx" MMC-nin xx.xx.2020-ci - xx.xx.2020-ci il tarixləri aralığında 498 735,01 manat dəyərində "divan, kreslo, daş, taxta stul, kitel dəsti, polo, xadimə, gödəkçə, mühafizə şalvarı və s." mallar və xidmətlər təqdim etdiyini, lakin qeyd olunan malların həmin vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyini bildirmiş və məhz bu səbəbdən bu vergi ödəyicisinin apardığı əməliyyatlar riskli hesab olunmuşdur. İddiaçı hesab etmişdir ki, vergi orqanı işin düzgün həlli üçün faktiki halları tam və hərtərəfli araşdırmamışdır. Belə ki, yuxarıda qeyd edilən Müqavilənin xx.xx.2020-ci il tarixli Razılaşma protokoluna əsasən ƏDV daxil olmaqla, Müqavilə dəyərinin 62561.24 manat məbləğində hissəsi "xxxx" MMC tərəfindən malların təqdim edilməsi ilə bağlı deyil, məhz xidmətlərin göstərilməsi (önlüklərin individual ölçülərə uyğunlaşdırılması) ilə bağlıdır. Müxtəlif növ paltar dəstləri İddiaçıya məxsus olmuş və individual ölçülərə uyğunlaşdırılması xidmətlərinin göstərilməsi üçün "xxxx" MMC-yə təqdim edilmişdir. Müqavilə qüvvədə olan zaman sonuncu ünvan 5 ünvanda yerləşən anbarda fəaliyyət göstərirdi və bu xidmətləri həmin ünvanda İddiaçıya göstərmişdir. Müqavilə üzrə malları isə İddiaçı digər hüquqi şəxslərdən alqı-satqı müqavilələrinə əsasən almışdır. Belə ki, İddiaçı bu malları "xxxx" MMC ilə 24 iyul 2020-ci il tarixdə bağlanmış alqı- satqı müqaviləsi, "xxxx" MMC ilə 2020-ci ilin may ayında bağlanmış alqı-satqı müqaviləsi və "xxxx" MMC ilə 10 noyabr 2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən almışdır. İddiaçı hesab edir ki, İddiaçıya münasibətdə "xxxx" MMC- nin həyata keçirdiyi əməliyyatın riskli əməliyyat hesab olunması üçün əsas mövcud olmamışdır. Yəni, bu mallar İddiaçı tərəfindən xidmətlərin göstərilməsi üçün "xxxx" MMC-yə təqdim edildiyindən, bu malların sonuncu ilə bağlı vergi orqanlarının uçot-baza məlumatlarında aşkar edilməməsi və buna görə əmtəəsiz əməliyyat kimi qiymətləndirilməsinə dair gəlinən nəticə özü-özlüyündə əhəmiyyətsiz olur və yuxarıda göstərilənlərə əsasən Baş İdarənin ’‘Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********929800 nömrəli Qərarı (habelə Dövlət Vergi Xidmətinin 25 fevral 2023-cü il tarixli **********194300 saylı Qərarı) ləğv edilməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, Uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2019-cu il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2020-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı, ərizəsinə əsasən əsas fəaliyyət növünün "kütləvi informasiya vasitələrinin reklam xidməti göstərilməsi üzrə fəaliyyəti”ndan ibarət olduğu və ünvan 3 ünvanında yerləşən “Ofis” adlı aktiv təsərrüfat subyektinin (obyektinin) vergi orqanında xx.xx.2019-cu il tarixdən qeydiyyatda olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı Cəmiyyət tərəfindən 2020-ci ilin dekabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBAV seriyalı 150699 və 417385 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi müəyyən edilmişdir. Qeyd edilən elektron qaiməfakturalar üzrə 10647,18 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq, cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********425000 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış izahat təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin oktyabr ayı üçün 10647,18 manat vergi məbləği hesablanmış və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********929800 nömrəli Qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. İddiaçı həmin Qərardan yuxarı vergi orqanına inzibati şikayət vermiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli **********194300 nömrəli Qərarı ilə xx.xx.2022-ci il tarixli **********929800 nömrəli Qərar dəyişdirilmədən saxlanılmışdır. Araşdırma zamanı Cəmiyyət tərəfindən "xxxx" MMC-dən (VÖEN:**********) 59151,00 manat (ƏDV-si 10 647,18 manat) məbləğində mal, iş və xidmətlərin (kitel dəsti, polo, xadimə, gödəkçə, mühafizə şalvarı və s.) əldə edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli EBAV seriyalı 150699 nömrəli, xx.xx.2020-ci il tarixli EBAV seriyalı 417385 nömrəli elektron qaimə-fakturaların əldə edildiyi və qarşılıqlı əməliyyatlar zamanı alınmış malların iş və xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmamışdır. Araşdırma zamanı "xxxx" MMC tərəfindən xx.xx.2020-ci - xx.xx.2020-ci il tarixləri aralığında 498 735,01 manat dəyərində "divan, kreslo, daş, taxta stul, kitel dəsti, polo, xadimə, gödəkçə, mühafizə şalvarı və s." mallar və xidmətlər təqdim edildiyi müəyyən edilmişdir. Qeyd olunan mallar vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli hesab edilmişdir. Həmçinin, araşdırma zamanı "xxxx" MMC-nin rəhbəri X1 eyni zamanda "xxxx" MMC (VÖEN: **********) və "Geo Liman AZ Constraksen" MMC-nin (VÖEN: **********) rəhbəri olduğu və həmin müəssisələr tərəfindən alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı, əmtəəsiz əməliyyat apardıqları və riskli vergi ödəyiciləri olduqları müəyyən edilmişdir. Beləliklə, uçot baza məlumatlarına və bəyannamə göstəricilərinə əsasən, Cəmiyyət tərəfindən "xxxx" MMC-dən (VÖEN: **********) 59151,00 manat (ƏDV-si 647,18 manat) məbləğində xidmətlərin (kitel dəsti, polo, xadimə, gödəkçə, mühafizə şalvarı və s.) əldə edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli EBAV seriyalı 150699 nömrəli, xx.xx.2020-ci il tarixli EBAV seriyalı 417385 nömrəli elektron qaimə-fakturaların əldə edildiyinin və qarşılıqlı əməliyyatlar zamanı alınmış malların iş və xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığının aşkar edildiyini, bu halın da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmadığını, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən fəaliyyət istiqamətinə uyğun təqdim edilmiş iş, xidmətin mövcudluğunu təsdiq edən müvafiq təsdiqedici sənədlərin inzibati araşdırma zamanı müəyyən edilmədiyini, Vergi Məcələsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlərin bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermədiyini, habelə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müxtəlif adda iş, xidmətlə bağlı (divan, kreslo, daş, taxta stul, kitel dəsti, polo, xadimə, gödəkçə, mühafizə şalvarı və s.) elektron qaimə-fakturalar təqdim edilməsinə baxmayaraq, həmin iş və xidmətlərin yerinə yetirilməsi ilə bağlı alışı və idxalında müəyyən edilmədiyi üçün vergi orqanı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına uyğun qəbul olunmuş qərarın qüvvədə olduğunu nəzərə alaraq, Cəmiyyətin inzibati şikayəti təmin edilməmiş və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********929800 nömrəli Qərar dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8253/2023 saylı 12 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********929800 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verilərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin dəlilləri: Apellyasiya şikayəti və ona əlavə iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarında qeyd olunur ki, iddaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyicisi ilə aparılmış qarşılıqlı əməliyyatı qiymətləndirilmişdir. Halbuki konkret halda əmtəə dövriyyəsi yox, xidmət dövriyyəsi aparılmışdır. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyicisi ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC-dən (VÖEN: **********) riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas "UPEXPRESS” MMC tərəfindən 2020-ci ilin dekabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsi üzrə vergi orqanında aparılan araşdırmalar zamanı "xxxx" MMC-dən əldə edilərək əvəzləşdirilmiş xx.xx.2020-ci il tarixli EBAV seriyalı 150699 nömrəli, xx.xx.2020-ci il tarixli EBAV seriyalı 417385 nömrəli elektron qaimə-fakturanın vergi orqanının uçot baza məlumatlara əsasən riskli (və ya əmtəəsiz) olması olmuşdur. İddiaçı "UPEXPRESS” MMC- nin qarşılıqlı əməliyyat apardığı "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması vergi orqanı tərəfindən aparılmış araşdırmalar zamanı sübuta yetirilmiş və həmin vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə müvafiq qərar qəbul edilmişdir. Vergi orqanı tərəfindən keçirilən kameral vergi yoxlaması zamanı iddiaçının riskli hesab olunan və adı yuxarıda qeyd olunan vergi ödəyicisi ilə qarşılıqlı əməliyyatlar aparması, bunun nəticəsində 10647,18 manat əlavə vergi məbləğinin hesablanmalı olması sübuta yetirilmiş və yoxlamanının nəticəsi üzrə inzibati akt (qərar) qəbul edilmişdir. Bununla da iddiaçının ödənilməli olan əlavə vergi öhdəliyi yaranmışdır. Eləcə də, iş materiallarında mövcud olan, iddiaçı tərəfindən təqdim edilən sənədlərdən də görünür ki, sənəd üzərində əksini tapan əməliyyatların heç də hamısı xidmət dövriyyəsi ilə bağlı olmamışdır. Belə ki, məhkəməyə təqdim edilmiş təhvil-təslim aktları, alqı-satqı müqavilələrindən görünür ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş, onun alışı və idxalında müəyyən edilməmiş iş və xidmətlərin 6133 manat (ƏDV-si 1103,94) hissəsi malların dövriyyəsi üzrə olmuşdur. 53018 manat (ƏDV-si 9543,24) məbləğində iş və xidmətlərə gəldikdə isə sözügedən xidmətlərin göstərilməsi müəyyən edilmədiyindən aparılmış əməliyyatlar riskli əməliyyat hesab edilmişdir. Belə olan halda, məhkəmənin bu dəlili tamamilə əsassızdır.Digər tərəfdən məhkəmə prosses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları düzgün qiymətləndirməmişdir. Qeyd olunmalıdır ki, məhkəmənin tərəflərin təqdim etdikləri dəlilləri, arqumentləri və sübutları düzgün şəkildə araşdırmaq öhdəliyi vardır. Məhkəmə işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Birmənalı olaraq maddi və prosessual hüquq normalarının pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. Vergi orqanının daha əvvəl cavabdeh qismində çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. İddiaçı «Metan Ticarət və Tikinti» MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə bağlı inzibati iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1 (102)-1212/2023 saylı qərarında qeyd olunur ki, “**********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alğı-satqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur.” Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini və ona əlavəni müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (direktoru) X9 apellyasiya şikayətinin və ona əlavənin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərardan yuxarı vergi orqanına inzibati şikayət vermiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli **********194300 nömrəli Qərarı ilə xx.xx.2022-ci il tarixli **********929800 nömrəli Qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət edildiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 dekabr 2022-ci il tarixli **********929800 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2022-ci ilin oktyabr ayı üçün təqdim edilmiş əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği üzrə 10.647,18 manat ümumilikdə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı üzrə 11.022,30 manat vergi borcu olduğu qeyd edilmişdir. Hazırda iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun barəsində qəbul edilmiş həmin qərarı mübahisələndirir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir:
1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik);
2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İddiaçının mübahisləndirdiyi “20 dekabr 2022-ci il tarixli **********929800 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2022-ci ilin oktyabr ayı üçün təqdim edilmiş əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği üzrə 10.647,18 manat ümumilikdə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı üzrə 11.022,30 manat vergi borcu olduğu qeyd edilmişdir. Bildirmişdir ki, iddiaçı tərəfindən xx.xx.2020-xx.xx.2022-ci illər üzrə təqdim edilmiş ƏDV bəyənnamələrində bir sıra vergi ödəyicilərindən əldə edilərək əvəzləşdirilmiş elektron qaimə-fakturaların vergi orqanının uçot baza məlumatlara əsasən riskli (və ya əmtəəsiz) olması müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. İddiaçı tərəfindən verilmiş inzibati şikayət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti tərəfindən təmin edilməmişdir. Vergi Məcəlləsinin 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016-cı il tarixli sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilmişdir. Həmin sənədin 7-ci bəndində göstərilmişdir ki, kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılmışdır.(müəyyən edilmişdir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz). Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən maddələrin mənasına görə kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Müddəaların tələblərinin işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərildiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, (67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, (67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, (67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, (67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, (67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, (67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, (67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, (67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. İstinad olunan qanunvericilik normaları ilə birmənalı, konkret olaraq müəyyən edilir ki, Vergi Məcəlləsinin 67.1-ci maddənin 1-9-cu bəndlərində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə vergi orqanlarının ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır. Həmin maddədən göründüyü kimi, qanunvericilik əlaqəli məlumatların dairəsini konkret olaraq müəyyən etmişdir. Vergi orqanı vergi məbləğini yalnız həmin maddədə qeyd olunan əlaqəli məlumatlardan istifadə etməklə hesablaya bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Dövlət Vergi Xidmətinin qeyd edilən qərarından iddiaçı tərəfindən verilmiş inzibati şikayət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti tərəfindən **********194300 nömrəli qərarla təmin olunmamışdır. Həmin qərardan aydın olur ki, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli **********038900 nömrəli qərar qəbul edilmişdir. İddiaçının isə ondan əvvəl "xxxx" MMCdən (VÖEN: **********) xx.xx.2020-ci il tarixli EBAV seriyalı 150699 dəyəri 62561,24 manat (ƏDV-si 9543,24 manat) elektron qaimə ilə malların, işlərin və xidmətlərin təqdim edilməsi müəyyən edilmişdir. Qeyd olunan qaimə-fakturanın yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı hissəsində önlüklərin individual ölçülərə uyğunlaşdırılması xidməti göstərilmişdir. Həmçinin "xxxx" MMC-dən (VÖEN: **********) xx.xx.2020-ci il tarixli EBAV seriyalı 417385 dəyəri 7236,94 manat (ƏDV-si 1103,94 manat) elektron qaimə ilə malların, işlərin və xidmətlərin təqdim edilməsi müəyyən edilmişdir. Qeyd olunan qaimə-fakturanın yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı hissəsində yarımkombinezon, kitel dəsti, polo, xadimə, şalvar mühafizə, jiletka, gödəkçə, qaynaqçı kostyumu, hoodie malları alınmışdır (xidmət göstərilmişdir). Həm işin birinci instansiya, həm apellyasiya icraatında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı həmin önlük adlı malı "xxxx" QSC-dən, "xxxx" MMCdən, "xxxx" MMC-dən müntəzəm olaraq tədarük edir. İddiaçı həmin halın təsdiqi olaraq çoxsaylı elektron qaimələr təqdim etmişdir. Həmin elektron-qaimələr iş materiallarına əlavə edilmişdir. Odur ki, iddiaçı həmin malı digər şəxslərlə yanaşı, həm də "xxxx" MMC-dən satın almışdır. İş üzrə müəyyən olunur ki, iddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyicisi ilə aparılmış qarşılıqlı əməliyyatı (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Halbuki konkret halda əmtəə dövriyyəsi yox, xidmət dövriyyəsi aparılmışdır. Nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyicisi ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC-nin (VÖEN: **********) riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicisinin ("xxxx" MMC) digər şəxslərlə riskli əməliyyatlar aparmış olması və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunması iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl İddiaçı ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının üzərinə həddən artıq yük qoymuş və iddiaçıya münasibətdə mütənasib olmamışdır. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə cavabdeh inzibati orqan “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 dekabr 2022-ci il tarixli **********929800 nömrəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin olunaraq, cavabdeh inzibati orqanın qəbul etdiyi inzibati aktın ləğv olunması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, həmin dəlillər məhkəmə qərarının ləğv edilib, iddiaçının iddiasının rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati 2-1(112)-8253/2023 saylı 12 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8253/2023 saylı 12 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov