Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-636/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3060/2023 saylı 12 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı məxsus AO seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində N saylı hərbi hissədə sürücü kimi xidmət etmiş, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının işğaldan azad olunmasında iştirak etmiş, Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 274 nömrəli əmri ilə yaşa görə ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandiri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmək üçün verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda aparılan döyüşlərdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə sürücü kimi döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. N nömrəli hərbi hissə komandiri tərəfindən “Yasamal SHXÇÜDX”nə təqdim etmək üçün verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda aparılan döyüşlərdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə sürücü kimi döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbi təmin olunmamışdır. Belə ki, cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış 4/3-9620 saylı xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdi ki, göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və X2 üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 1826 nömrəli məktubuna əsasən döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə xidmət etdiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunur. Əlavə olaraq bildirilir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 gün müddətinə şikayət vermək hüququna malikdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxx 1986-cı il təvəllüdlü SHXÇDX-nin Yasamal rayonu çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq 20 aprel 2004-cü ildə həqiqi hərbi xidmətə çağırılıb hərbi hissədə qulluq edərək N oktyabr 2005-ci ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 28 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi (Vətən müharibəsi) zamanı Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən qismən səfərbərlik elan edilmiş, iddiaçı həqiqi hərbi xidmətə çağırılaraq döyüş bölgəsinə döyüş tapşırıqlarını yerinə yetirməyə göndərilmişdir. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə 27 sentyabr 2020-ci il tarixindən 10 noyabr 2020-ci il tarixədək 888№-li hərbi hissədə sürücü kimi döyüş tapşırıqlarını yerinə yetilməsində (döyüş əməliyyatları zamanı Cəbrayil, Xocavənd və Fizüli rayonların işğaldan azad olunmasında) iştirak etmişdir. İddiaçı İkinci Qarabağ müharibəsi dövründə döyüş tapşırıqlarını yerinə yetilməsində və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etdiyindən “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi xahiş edərək cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 25 avqust 2022-ci il tarixli cavab məktubuna əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı Nəzdində Veteran Adlarının və X2 Komisiyası tərəfindən xx.xx.2022-ci il tarixində iclas keçirilmiş və müsbət qərar qəbul edilmədiyindən imtina edilmişdir. Cavabdeh dövlət qurumu, iddiaçının döyüş əməliyyatlarına cəlb olunmayan bölgədə xidmət etdiyinə istinad etmişdir. Belə ki, iddiaçıya məxsus AO №0599363 saylı hərbi biletdən göründüyü kimi, 29 sentyabr 2020-ci il tarixindən 10 noyabr 2020-ci il tarixə kimi N nömrəli hərbi hissədə xidmət keçdiyi və Cəbrayil, Xocavənd və Füzuli rayonlarının işğaldan azad olunmasında iştirak etməsi hərbi biletində polkovnik-leytenant tərəfindən imza edilərək qeyd edilmişdir. Həmçinin, müharibə dövründə döyüş tapşırığlarını layiqincə yerinə yetirməsi nəticəsində iddiaçı hərbi hissənin komandiri tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakına görə fəxri fərman və təşəkkürlə mükafatlandırılmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasdır. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 1826 nömrəli məktubuna əsasən iddiaçının döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə xidmət etdiyi qeyd edilmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və X2 üzrə komissiya” tərəfindən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün iddiaçının sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3060/2023 saylı 12 sentyabr 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı rəyin verilməsi və adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması üçün Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin və ona əlavənin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazla eynilik təşkil edir. Apellyasiya şikayətinə əlavəda qeyd edilmişdir ki, iddiaçıya məxsus hərbi biletində N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 282 nömrəli əmri ilə şəxsi heyətin siyahısına salınması və həmin hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 369 nömrəli əmrlə şəxsi heyətin siyahısından çıxardılması və onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gedən döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçməsi hərbi hissənin nizami hissə üzrə əmrlərlə təsdiq edilmir. İş materiallarında olan iddiaçıya məxsus hərbi biletində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək gedən döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin tərkibində iştirak etməsi qeydi mötəbər hesab edilə bilməz. Belə ki, N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 1621 nömrəli məktubundan görünür ki, vətəndaş (iddiaçı) İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda xx.xx.2020-ci il tarixdən 10.11 2020-ci il tarixədək gedən döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçməsinə dair heç bir məlumat yoxdur. Həmin məktubda əlavə olaraq bildirilir ki, vətəndaş (iddiaçı) İddiaçı məxsus hərbi biletin 7-ci vərəqəsində xx.xx.2020-ci ıl tarixdə hərbi hissənin tərkibində Cəbrayıl, Xocavənd və Füzuli rayonlarının azad olunmasına dair hansı şəraitdə müvafiq qeydlərin aparılması faktı barədə hərbi hissədə ilkin araşdırma aparılıb. Müdafiə Nazirliyinin 4-cü Təhqiqat bölməsinə göndəriləcəyi qeyd edilmişdir. Müdafiə Nazirliyinin 4cü Təhqiqat bölməsinin xx.xx.2024-cü il tarixli 222 nömrəli məktubundan gönünür ki, İddiaçı məxsus hərbi biletinin 7-ci vərəqəsində "Vətən müharibəsi” zamanı Cəbrayıl, Xocəvənd və Füzuli rayonlarının azad olunmasında iştirak etməsi ilə bağlı qanunsuz qeydlər aparılması barədə N nömrəli hərbi hissədən N noyabr 2023-cü il tarixdə 3204 mt/23 nömrəli material 4-cü Təhqiqat bölməsinə daxil olmuş, material 18 noyabr 2023-cü il tarixli 3373 x/o nömrəli məktubla sorğu əsasında Qubadlı Hərbi Prokurorluğuna göndərildiyi qeyd edilmişdir. Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin 15.01,2024-cü il tarixli 3-43971/2-60/2024 nömrəli məktubinda həmin rayonda hərbi qeydiyyatda olan çavuş 1986-cı il təvəllüdlü Əliyev X8 rayon idarəsi tərəfindən səfərbərliyə cəlb olunmadığına və könüllü olaraq N saylı hərbi hissənin tərkibinə daxil olduğuna görə onun qeydiyyat kartasında hərbi biletinə əsasən müvafiq qeydlər aparıldığı və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən Yasamal rayon İdarəsində onun səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağrılması və tərxis edilməsinə əsas verən sənədlərin mövcud olmadığı qeyd edilmişdir. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Bu səbəbdən iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun “İddiaçı döyüş əməliyyatlarına cəlb olunmayan bölmələrdə xidmət etməsi” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının xx.xx.2020xx.xx.2020-ci illərdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N nömrəli hərbi hissənin tərkibində sürücü vəzifəsində xidmət eməsinə, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azad olunmasında iştirak etməsinə, xidmət yerini özbaşına tərk etməsinə, həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi, iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumatın olmamasına istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1ci hissəsinin ikinci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən məhkəmə tərəfindən aşağıdakı iki hal müəyyən edilməlidir:
1. Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (ii)
2. həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olubolmaması. 1-ci hala münasibətdə qeyd olunur ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı faktı təsdiq olunmaqla, iddiaçının təminata götürüldüyü hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olduğu müəyyən edilir (döyüş əməliyyatlarında iştirak edən N nömrəli hərbi hissənin tərkibində xx.xx.2020-ci il tarixli əmrlə şəxsi heyətin siyahısına daxil edilmiş; N nömrəli hərbi hissə qərargah rəisinin xx.xx.2020-ci il tarixli əmri ilə şəxsi heyətin siyahısından azad edilmişdir; N nömrəli hərbi hissənin tərkibində Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının işğaldan azad olunmasında döyüş əməliyyatlarında iştirak etmişdir. Qeyd edilən hallar iddiaçıya məxsus hərbi bilet və Fəxri Fərmanlarla təsdiq olunur). 2-ci hala münasibətdə qeyd olunur ki, cavabdeh tərəfindən iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumatın aşkar edilməsi bildirilmir. Eyni zamanda iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş tapşırıqlarının layiqincə yerinə yetirilməsinə görə Fəxri Fərmanlar və Təşəkkür Məktubu təqdim olunmuşdur. İşdə olan N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Təşəkkür Məktubunda qeyd olunur ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlanılan “Vətən Müharibəsi”ndə iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə qismən səfərbərliklə çağırılaraq N nömrəli hərbi hissənin tabeliyində olan bölmənin tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. Döyüş tapşırıqlarının icrası zamanı fəallıq göstərərək digər döyüşçü yoldaşlarına nümunə olmuş, üzərinə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gələrək fədəkarlıq göstərmişdir. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Fəxri Fərmana əsasən İddiaçı “VƏTƏN MÜHARİBƏSİ” zamanı döyüş tapşırığının layiqincə yerinə yetirilməsində fəal iştirak etdiyinə görə təltif olunmuşdur. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Fəxri Fərmana əsasən İddiaçı Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpası uğrunda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Qarabağ uğrunda gedən döyüşlər zamanı hərbi hissəyə göstərdiyi yardım və dəstəyinə görə təltif olunmuşdur. İş üzrə birinci instansiya məhkəməsi qeyd olunan halların iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yetərli olduğuna istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Lakin həmin nəticə ilə razılaşmayan cavabdeh qurum apellyasiya şikayəti verərək məhkəmə qərarını mübahisələndirmişdir. Apellyasiya baxışı zamanı məhkəməyə daxil olmuş N nömrəli hərbi hissə komandiri tərəfindən Müdafiə Nazirliyinin Hüquq İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gedən döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçməsinə dair heç bir məlumat yoxdur. İddiaçı verilmiş hərbi biletinin 7-ci səhifəsində Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azad olunmasında iştirak etdiyi hərbi hissə tərəfindən müvafiq qeydlər göstərilsə də, aparılan yoxlama zamanı müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı yuxarıda göstərilən rayonların azad olunmasına dair iştirakı ilə bağlı heç bir məlumat yoxdur. Həmçinin vətəndaş İddiaçı könüllü olaraq mülkü kimi N nömrəli hərbi hissəyə gəlmiş və xx.xx.2020-ci il tarixli 282 nömrəli əmrlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrindən hərbi hissəyə gəlmiş hərbi qulluqçular Azərbaycan Respublikasının müdafiə nazirinin 25 dekabr 2020-ci il tarixli 274 nömrəli əmrinə əsasən yaşa görə xx.xx.2020-ci il tarixli 369 nömrəli nizami hissə üzrə əmrlə şəxsi heyətin siyahısından çıxması barədə hərbi qulluqçuların hərbi biletlərinə müvafiq qeydlər yazılmışdı. Lakin vətəndaş İddiaçı hərbi bileti səfərbərliklə hərbi hissənin siyahısına daxil olan hərbi qulluqçuların hərbi biletlərinə qarışaraq səhvən yazıldığı üçün etibarsız hesab edilmişdir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, İddiaçı ordudan tanıyır, hər ikisi N saylı hərbi hissənin tərkibində olmuşdur, o da İddiaçı kimi könüllü olaraq ordu sıralarına qatılmışdır, İddiaçı bölmənin baş çavuşu idi, orduya lazım olan maddi texniki təchizatın ödənilməsinə yardım edirdi, eyni zamanda döyüşlərdə də iştirak edirdi, İddiaçı əsasən minik maşını ilə hərəkət etdiyi üçün ondan (şahiddən) və digər yerləri dəqiq müəyyən olunan əsgərlərdən fərqli olaraq onun (iddiaçının) yeri açıq olduğu üçün, yəni daldalanacaq yeri olmadığı üçün həyati riski daha çox idi və onun düşmən tərəfindən vurulması daha çox ehtimal olunan idi. Sonda şahid iddiaçıya məxsus hərbi biletdə aparılan qeydlərin və hərbi hissənin komandiri tərəfindən verilmiş arayışların eyni məzmunda ona da verildiyini, bunun əsasında da ona müharibə veteranı adı və vəsiqəsinin verildiyini bildirdi. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdi ki, iddiaçı xx.xx.2020xx.xx.2020 dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N nömrəli hərbi hissənin tərkibində sürücü vəzifəsində xidmət etmiş, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azad olunmasında aparılan döyüşlərdə iştirak etmiş, xidmət yerini özbaşına tərk etməmiş, həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməmiş, iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat yoxdur. Kollegiya həmçinin onu da qeyd edir ki, cavabdeh qurum tərəfindən verilən imtinada iddiaçının N nömrəli hərbi hissənin döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə xidmət etdiyi qeyd edilsə də, N nömrəli hərbi hissə tərəfindən sürücü kimi döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etməsinə dair arayışların, təşəkkür məktubunun, fəxri fərmanın verilməsini, eləcə də hərbi biletində Füzuli, Cəbrayıl, Xocavəndin azad olunmasında iştirak etməsinə dair aparılmış qeydlərin hər hansı açıqlamasını verə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. O ki qaldı cavabdeh qurumun apellyasiya baxışı zamanı bildirdiyi “iddiaçının hərbi biletinin digər hərbi qulluqçuların hərbi biletlərinə qarışaraq səhvən doldurulması” barədə dəlilinə, bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hərbi biletdəki qeydlərin həqiqətə uyğun olması nəinki bu qeydlərin aparılmasını şübhə altına alacaq sübutların olmaması, eyni zamanda iddiaçı barəsində onun N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etməsini təsdiq edən digər sənədlərlə- hərbi hissə komandirinin arayışı, Fəxri Fərmanları, Təşəkkür məktubu və onunla eyni vəziyyətdə olan, onun kimi eyni sənədləri cavabdeh quruma təqdim edib, nəticədə müharibə veteranı adı və vəsiqəsini alan, məhkəmədə şahid qismində dindirilən X5 ifadəsi ilə təsdiq olunur. Kollegiya onu da nəzərə alır ki, iddiaçı könüllü olaraq ordu sıüralarına qoşulmuş, N nömrəli hərbi hissənin tərkibinə verilmiş, buna görə də onun hərbi qulluqçu olmadığı səbəbindən cavabdeh qurum tərəfindən müharibə veteranı adı və vəsiqəsinin verilməsindən məhz bu əsasla imtina olunması qanunsuz olmuşdur. Belə ki, yuxarıda da göstərildiyi kimi, iddiaçı ilə eyni vəziyyətdə olan şəxsə (X7) müharibə veteranı adı və vəsiqəsi məhz cavabdeh qurum tərəfindən verilmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3060/2023 saylı 12 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3060/2023 saylı 12 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov