Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-636/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X5 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3904/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – iddiaçı) məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1970-ci il tarixdə doğulmuş, onun 52 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur.
2. İddiaçıya dair ИТ-İ seriyalı ******* saylı xx.xx.1992-ci il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1992-ci il tarixdə 40 saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən 15 nömrəli ixtisaslaşdırılmış təmir-tikinti sahəsinə tikinti ustası vəzifəsinə qəbul edilmişdir. xx.xx.1993cü il tarixli 34 nömrəli əmrə əsasən işdən azad edilmişdir.
3. İddiaçıya dair ИТ-İ seriyalı ******* saylı xx.xx.1993-cü il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1993-cü il tarixdə 189 saylı xx.xx.1993-cü il tarixli əmrə əsasən 28 May adına NQÇİ-də bir il müddətinə 2 nömrəli NQÇS-nın 8 nömrəli DDÖ-nə 2-ci dərəcəli operator qəbul edilmişdir. xx.xx.1994-cü il tarixdə 06 saylı xx.xx.1994-cü il tarixli əmrə əsasən həmin peşə üzrə 4-cü dərəcə verilmişdir. xx.xx.1995- ci il tarixdə 54k saylı xx.xx.1995-ci il tarixli əmrə əsasən struktur dəyişikliyi ilə əlaqədar 15 nömrəli DDÖ-də 4-cü dərəcə operatoru vəzifəsinə keçirilmişdir. xx.xx.2002-ci il tarixdə 69 saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən həmin peşə üzrə 5-ci dərəcə təqdim edilmişdir. xx.xx.2005-ci il tarixdə 13-k saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən əmək müqaviləsində qeyd edilmiş dəyişikliyə müvafiq olaraq həmin özüldə 11-ci dərəcəli neft-qaz çıxarma ustası keçirilmişdir. xx.xx.2008-ci il tarixdə 423 saylı xx.xx.2008-ci il tarixli əmrə əsasən əməyin ödənilməsi üzrə 12-ci dərəcə verilmişdir. xx.xx.2023-cü il tarixdən hal-hazıradək işləyir.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra – cavabdeh) tərəfindən İddiaçı ünvanlanmış 3-17-1/2- M232549/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “X2 haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim edilən Şabran Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 61 nömrəli arayışında Şabran rayon “Rəhimli” südçülük-tərəvəzçilik sovxozunda işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəfindən aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq 1985-ci ilin maysentyabr, 1986-cı ilin iyun-dekabr, 1987-ci ilin yanvar-avqust ayları üzrə əmək haqqı ödənildiyi qeyd edilmişdir. Həmçinin 1988-ci il və digər dövrlərdə əmək haqqı cədvəllərində adına rast gəlinmədiyi bildirilib. Bu fakt Şabran Rayon Dövlət Arxivinin 23 avqust 2023-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də 1 yanvar 2006cı il tarixədək ümumi iş stajı 20 ildən az (19 il 8 ay 15 gün (1985-ci il üzrə 5 ay, 1986-cı il üzrə 7 ay, 1987-ci il üzrə 8 ay, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1990- xx.xx.1992-ci il, (xx.xx.1992-xx.xx.1992-ci il iki qat ölçüdə) xx.xx.1992xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ var.
5. Şabran (keçmiş Dəvəçi) rayon Rəhimli südçülük-tərəvəzçilik sovxozunun əmrlər kitabından arxiv arayışından görünür ki, Uzunboyad kənd orta məktəbinin əmrinə əsasən şagird istehsalat manqası təşkil edilmişdir (Əmr № 78; 23 aprel 1984-cü il). İddiaçı verdiyi ərizəsinə əsasən 4 saylı briqadaya fəhlə qəbul edilmiş, əmək haqqı işlədiyi gündən verilmişdir (Əmr № 85; 15 may 1985-ci il). Məntəqənin fəhlələrinin maddi marağını artırmaq üçün sovxoz həmkarlar təşkilatının razılığına əsasən İddiaçı (40 manat) maddi həvəsləndirmə fondundan mükafatlandırılmışdır (Əmr № 217; Oktyabr 1986-cı il). Meyvə tərəvəz çeşidləmə məntəqəsinin fəhlələrinin yaxşı işlərinə görə sovxoz həmkarlar təşkilatının razılığına əsasən İddiaçı maddi həvəsləndirmə fondundan mükafatlandırılmışdır (Əmr № 155; 18 avqust 1987-ci il). İddiaçı (15 manat) pul mükafatı ilə mükafatlandırılmışdır (Əmr № 196; 22 oktyabr 1989-cu il). Rəhimli südçülük-tərəvəzçilik sovxozunun 1990-ci ilə kimi olan əmrlər kitablarına tam baxılmış, lakin vətəndaş İddiaçı işdən azad olması barədə əmrə təsadüf olunmamışdır.
6. İddiaçı dair H3 seriyalı ******* saylı hərbi bilet iddiaçı tərəfindən təqdim edilmişdir.
7. İddiaçı dair PT-İ seriyalı 095585 saylı xx.xx.1992-ci il tarixli diplom iddiaçı tərəfindən təqdim edilmişdir.
8. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci tərəfindən təqdim edilmiş 2085 saylı xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən İddiaçı Ağabəy oğlu həqiqətən 11 avqust 1987-ci il tarixində 482 saylı əmrlə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 26 aprel 1988-ci il tarixində 222 saylı əmrlə hərbi xidmətə getdiyinə görə ona akademik məzuniyyət verilmişdir. 05 oktyabr 1990-cı il tarixdə 535 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. 02 iyul 1992-il tarixdə 232 saylı əmrlə “Neft və qaz quyularının istismarı” ixtisası üzrə əyani şöbədə tam kursu bitirdiyinə görə ona “texnik-texnoloq” ixtisas dərəcəsi və PT-1 № 095585 saylı diplom verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.1997-ci il tarixli 101/s saylı əmrinə əsasən Bakı Neft Texnikumu ilə Bakı Baza Energetika texnikumu birləşdirilərək Bakı Neft-Energetika Kolleci yaradılmışdır.
9. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “28 May” NeftQaz Çıxarma İdarəsi tərəfindən təqdim edilmiş 01-03/61 saylı xx.xx.2023-cü il tarixli şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, İddiaçı “28 May” Neft və Qazçıxarma İdarəsində çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş müvafiq peşəyə uyğundur: Neft və qazçıxarma üzrə operator, 11OOOOOa -15824 neft və qaz hasilatı üzrə operatorlar, xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək, № 189-k xx.xx.1993. Neft və qazçıxarma üzrə operator, 1100000b-23187 - neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft- qaz mədənlərində) məşğul olan ustalar xx.xx.2005-ci il tarixdən hal-hazıradək, № 13-k xx.xx.2005. Siyahıda nəzərdə tutulmuş peşələrdə ümumi sığorta (əmək) stajı 29 il 10 ay 9 gün təşkil edir.
10. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran Rayon Bölməsi tərəfindən təqdim edilmiş 111 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı həqiqətən 1988-ci ilin may ayının 22-dən 1990-cı ilin may ayının 28-dək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş və xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 1992- ci ilin iyul ayının 7-dən 1992-ci ilin sentyabr ayının 9-dək xidmət keçmiş və Azərbaycan Respublikasının müharibə veteranıdır. xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Cəbrayıl rayonu ərazisində döyüşlərdə iştirak etmişdir. 15 avqust 1992-ci il tarixdə əməliyyatlarda sol əlində və dizində qəlpə yarası almışdır (Əsas: "Müharibə veteram” vəsiqəsi MA/ № 068194 və hərbi bilet H3 №-5693552).
11. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Şabran Rayon İcra Hakimiyyəti Şabran Rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş 32 saylı xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, İddiaçı X7 Rayon Filialında onun Rəhimli Südçülük-Tərəvəzçilik sovxozunda 1984-1987-ci illərdə əmək fəaliyyəti barədə müvafiq məlumatlar var: 23 aprel 1984-cü ildə 78 nömrəli əmrlə Rəhimli Südçülük-Tərəvəzçilik Sovxozuna şagird istehsalat manqası tərkibində olmaqla fəaliyyətə başlamışdır. 15 may 1985-ci ildə 85 nömrəli əmrlə 4 saylı briqadaya fəhlə qəbul edilmişdir. 30 oktyabr 1985-ci ildə 195 nömrəli əmrlə sovxozda tərəvəz məhsullarının yığılmasında və göndərilməsində işçi qüvvəsinə ehtiyacın olmasını nəzərə alaraq Uzunboyad məktəbinin yuxarı sinif şagirdlərinin qüvvəsindən də istifadə olunması zəruridir. Ona görə də adları aşağıda qeyd olunmuş yuxarı sinif şagirdlərinə dərsdən sonra əlavə və istirahət günlərində işləmək üçün icazə verilməlidir. Dərsdən sonra və istirahət günlərində 4 saat işləmək üçün icazə verilməlidir. İddiaçı 28 oktyabr 1986-ci ildə 217 nömrəli əmrlə 40 manat həcmində mükafat verilmişdir. 18 avqust 1987-ci ildə 155 nömrəli əmrlə 25 manat həcmində mükafat verilmişdir. 23 aprel 1984-cü ildən 1990-cı ilə kimi olan əmrlər kitabına tam baxılmış, lakin vətəndaş İddiaçı işdən azad olma əmrinə təsadüf olunmamışdır.
12. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-1/2-3130/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə İddiaçı Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surəti təqdim edilmişdir.
13. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Şabran Rayon İcra Hakimiyyəti Şabran Rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 12 saylı xx.xx.2024cü il tarixli arayış ilə İddiaçı iş stajı və əmək haqqı barədə arxiv çıxarışı təqdim edilmişdir.
14. Şabran (keçmiş Dəvəçi) rayonu Rəhimli südçülük-tərəvəzçilik sovxozunun əmək haqqı kitablarından 4 saylı tərəvəzçilik briqadasında və meyvə tərəvəz çeşidləmə məntəqəsində fəhlə işləmiş İddiaçı əmək haqqına dair arxiv çıxarışından görünür ki, 1985ci il üzrə may ayında 85,19 manat, iyun ayında 106,24 manat, iyul ayında 149,75 manat, avqust ayında 181,51 manat, sentyabr ayında 42,09 manat, 1986-cı il üzrə may ayında 31,88 manat, iyun ayında 121,32 manat, iyul ayında 207,42 manat, avqust ayında 308,64 manat, sentyabr ayında 303,54 manat, oktyabr ayında 205,26 manat, noyabr ayında 69,93 manat, dekabr ayında 76,13 manat, 1987-ci il üzrə yanvar ayında 64,66 manat, fevral ayında 29,89 manat, mart ayında 36,22 manat, aprel ayında 65,28 manat, may ayında 48,75 manat, iyun ayında 55,20 manat, iyul ayında 191,40 manat, avqust ayında 201,60 manat əmək haqqı almışdır.
15. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli xidməti məktubun təsdiq edilmiş surətindən görünür ki, iddiaçının təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 04 ay 15 gün (xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövr) təşkil edir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona Azərbaycan Respublikasının “Əmək Pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq staj və yaş tələbləri əsas götürülməklə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 01 yanvar 2006-cı il tarixinə kimi 20 ildən çox ümumi, 10 ildən çox güzəştli iş stajım olduğu üçün 52 yaşdan 12 mart 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi xahişi ilə cavabdehə rəsmən müraciət etmişdir. Cavabdeh isə özünün 06 oktyabr 2023- cü il tarixli, 3-17-1/2-M-232549/2023 nömrəli məktubu ilə xahişini rədd etmiş və bunu öz mülahizəsinə görə onunla əsaslandırmaq istəmişdir ki, guya iddiaçının ümumi iş stajı 01 yanvar 2006-cı il tarixinə kimi 20 ildən az- 19 il 8 ay 15 gün təşkil etdiyi üçün iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatını mümkün saymır. Xahişi cavabdeh tərəfindən rədd edildiyi və onun tərəfindən konstitusion hüquqları kobud şəkildə pozulduğu üçün mhəkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin imtina məktubunu 16 oktyabr 2023-cü il tarixdə poçt vasitəsi ilə almış və zərfin üzərində yaşadığı ərazi poçt şöbəsinin möhürü ilə təsdiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1 hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31 -ci maddəsinin 31.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. xx xxxx 1970-ci ildə Dəvəçi rayonunun Uzunboyad kəndində doğulmuş, hal-hazırda ünvan 1 ünvanında yaşayır. Hələ orta məktəbdə təhsil aldığı dövrdə Dəvəçi rayonu, Rəhimli südçülük- tərəvəzçilik sovxozunda şagird istehsalat manqası tərkibində həmin sovxozda 23 aprel 1984-cü il tarixindən əmək fəaliyyətinə başlamışdır. 15 may 1985-ci ildən isə həmin sovxozda fəhlə kimi əmək fəaliyyətinə davam etmişdir. Həmin sovxozda əmək fəaliyyəti 11 avqust 1987-ci il tarixinə - Bakı Neft Texnikumuna daxil olana qədər davam etmişdir. 11 avqust 1987-26 aprel 1988-ci il tarixlərində həmin texnikumda əyani formada təhsil aldıqdan sonra hərbi xidmətə getməyi ilə bağlı akademik məzuniyyət verilmişdir. 22 may 1988-28 may 1990-cı il tarixinə kimi Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 05 oktyabr 1990-cı ildə Bakı Neft Texnikumuna öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. 02 iyul 1992-ci il tarixində həmin kursu əyani formada bitirmişdir. Bundan dərhal sonra səfərbərliklə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə cəlb edilmiş və 07 iyul 1992-09 sentyabr 1992-ci il tarixlərində döyüş bölgəsində xidmət etmiş və müharibə veteranı statusu almışdır. 14 sentyabr 1992-12 avqust 1993-cü il tarixlərində 15 nömrəli İxtisaslaşdırılmış Təmir Tikinti Sahəsində tikinti ustası vəzifəsində çalışmışdır. 16 avqust 1993-cü il tarixində 28 May adına NQÇİ-nə neft-qaz operatoru vəzifəsinə qəbul edilmiş və 28 yanvar 2005 tarixinə kimi həmin vəzifədə çalışmışdır. 28 yanvar 2005-ci il tarixində həmin sahədə neft qaz hasilatı üzrə usta vəzifəsinə keçirilmiş və hal-hazıradək həmin vəzifədə çalışır. 01 yanvar 2006-cı il tarixinə kimi topladığı ümumi iş stajı müvafiq dövrlərdən ibarətdir: 23 aprel 1984 -11 avqust 1987-ci il - sovxozdan texnikuma daxil olana qədərki dövr - 3 il 3 ay 19 gün; 11 avqust 1987- 26 aprel 1988-ci il - texnikuma qəbuldan akademik məzuniyyətə qədər - 8 ay 15 gün; 22 may 1988-28 may 1990-cı il- Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət - 2 il 6 gün; 05 oktyabr 1990 - 02 iyul 1992-ci il texnikumda təhsilin bərpası və bitməsi - 1 il 8 ay 27 gün; 07 iyul 1992 - 09 sentyabr 1992ci il - döyüş bölgəsində xidmət 2 ay 2 gün; (bir qat ölçüdə) 14 sentyabr 1992-12 avqust 1993-cü il - tikinti ustası - 10 ay 29 gün; 17 avqust 1993 - 01 yanvar 2006-cı il - neft qaz operatoru və ustası kimi staj - 12 il 4 ay 15 gün. Üst-üstə topladıqda qeyd edilən staj dövrləri 21 il 17 gün təşkil edir. Döyüş bölgəsində hərbi xidmət dövrü güzəştli şərtlərlə hesablanmalıdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 8-ci bəndinin “bu qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir” müddəasına əsasən 01 yanvar 2006-cı il tarixinədək qüvvədə olmuş “X2 haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinə əsasən iş stajının hesablanmasında güzəştlər maddəsinin birinci hissəsinin ikinci abzasının həmin dövrdə qüvvədə olmuş redaksiyasının tələblərinə əsasən üçqat ölçüdə hesablanmalı idi ki, cavabdeh bunu etməmiş, əvəzində həmin dövrü qeyd edilən 68-ci maddənin birinci hissəsinin ikinci abzasının 01 sentyabr 2005-ci il tarixindən qüvvəyə minmiş redaksiyasının tələblərinə əsasən ikiqat ölçüdə hesablamış və nəticədə iddiaçının ümumi iş stajının 20 ildən az olması qənaətinə əsas formalaşdırmaq istəmişdir. Digər tərəfdən cavabdeh iddiaçının göstərilən əmək stajı dövrlərini öz mülahizəsinə əsasən hesablamış və bu mənada bəzi məsələlərə münasibət bildirməmişdir. Belə ki, iddiaçının 23 aprel 1984- 11 avqust 1987-ci il tarixləri arasındakı sovxozda əmək fəaliyyəti dövrünü yalnız əməkhaqqı cədvəllərinə əsasən mülahizə yürütməklə imtinasını əsaslandırmaq istəmişdir. Halbuki iddiaçı 23 aprel 1984-cü ildən həmin sovxozda işləmiş və bu Şabran Rayon Arxivinin arayışı ilə təsdiq edilir. Cavabdeh 23 aprel 1984-15 may 1985-ci il tarixləri arasındakı dövrə ümumiyyətlə münasibət bildirməyərək həmin dövrü stajına hansı səbəblə aid etmədiyini imtina məktubunda bildirməmişdir. Bu isə 1 il 22 günlük bir dövrdür və cavabdehin qəbul etdiyi staj dövrlərinin üzərinə gəldikdə 20 illik staj toplanmış olur. Cavabdeh guya apardığı araşdırma nəticəsində 15 may 1985-11 avqust 1987-ci illər arasındakı dövrdə 1985-ci ildə 7 ay, 1986-cı ildə 5 ay, 1987-ci ildə 4 ay əməkhaqqı ödənilmədiyini aşkara çıxarmışdır. Üst-üstə əməkhaqqı barədə qeyd olmayan dövrlər 1 il 4 ay təşkil edir. Bu dövrü qeyd edilən 21 il 17 günlük əmək stajından çıxdıqda 19 il 8 ay 15 günlük əmək stajı ortaya çıxır ki, bura döyüş bölgəsində xidmət dövrünü üçqat ölçüdə hesabladıqda 20 il 19 günlük əmək stajı formalaşır. Əməkhaqqı cədvəllərində iddiaçıya cavabdehin iddia etdiyi kimi hansısa aylar üçün əməkhaqqı qeyd edilməməsi iddiaçının günahı deyil və həmin aylarda işləmədiyi anlamına gələ bilməz. Belə ki, Şabran Rayon Arxivinin arayışında da qeyd edilir ki, iddiaçıya 1985-ci ilin oktyabr ayının sonunda - 28 oktyabr tarixində 40 manat məbləğində pul mükafatı verilmişdir. Cavabdehin fikrinə görə isə iddiaçıya 1985-ci ildə son dəfə sentyabr ayında əməkhaqqı verilmişdir. Sual olunur ki, iddiaçı oktyabr ayında əgər işləmirdisə, mükafatı necə alırdı? Üstəlik, həmin arayışdan da görünür ki, iddiaçının işdən çıxması barədə əmrlər aşkarlanmayıb, əgər işə qəbul barədə əmrlər mövcuddursa, lakin işdən çıxma əmrləri aşkarlanmırsa, bu o deməkdir ki, iddiaçı 23 aprel 1984-cü il tarixdən həmin sovxozda çalışmışdır. Cavabdehin imtina məktubundan aydın görünür ki, 1 nömrəli Siyahı üzrə güzəştli iş stajına irad tutmadığı üçün, bu halhazırkı iddia işində mübahisələndirilməyən hal kimi qəbul edilməlidir. Güzəştli iş stajı dəniz şəraitində işlədiyi üçün işlədiyi neft və qaz hasilatı operatoru, neft və neft-qaz hasilatı ustası vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın (2) neft-qaz və qaz kondensatının hasilatı yanmbölməsində qeyd edilmiş neft və qaz hasilatı üzrə operatorlar vəzifəsinə və həmin yanmbölmədə qeyd edilmiş neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar vəzifələri ilə eynilik təşkil edir.
18. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2023-cü il tarixdə müraciət edərək, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, xx.xx.2023-cü il tarixli 3-17-1/2-M232549/2023 nömrəli məktubda 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-232549/2023 nömrəli imtinası qanuni və əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “X2 haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. İddiaçı R.X4 təqdim etdiyi Şabran rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 61 nömrəli arayışında Şabran rayon “Rəhimli” südçülük-tərəvəzçilik sovxozunda işlədiyi qeyd olunmuşdur. Qeyd olunan müəssisədəki iş stajına aid sənədlərdə məlumatların dəqiqləşdirilməsi üçün tərəfindən aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq 1985-ci ilin may-sentyabr, 1986-cı ilin iyundekabr, 1987-ci ilin yanvar- avqust ayları üzrə iddiaçıya əməkhaqqı ödənildiyi qeyd edilmişdir. Həmçinin 1988-ci il və digər dövrlərdə əmək haqqı cədvəllərində iddiaçının adına rast gəlinmədiyi bildirilmişdir. Bu fakt Şabran rayon Dövlət Arxivinin 23 avqust 2023cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də İddiaçı 1 yanvar 2006-cı il tarixədək ümumi is stajı 20 ildən az (19 il 8 ay 15 gün (1985-ci il üzrə 5 ay, 1986-cı il üzrə 7 ay, 1987-ci il üzrə 8 ay, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il, (xx.xx.1992-xx.xx.1992-ci il iki qat ölçüdə) xx.xx.1992xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göründüyü kimi qanunla tələb olunan şərt ödənilmir. Xüsusi Şərtlərlə Təyinat üzrə X3 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
20. İddiaçı yazılı izahat ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehin iddiaçının 14 yaşdan əmək fəaliyyətini ümumi əmək stajına daxil etməməsinə qarşı bildirmişdir ki, keçmiş Sovet dövründə qüvvədə olmuş Azərbaycan Respublikasının 1971ci il 10 dekabr tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 193-cü maddəsinə (işə qəbul etməyə yol verən yaş) əsasən yaşı on dörddən aşağı olan şəxslərin işə qəbul edilməsinə yol verilməməsi bildirilir. İddiaçının 14 yaşda əmək fəaliyyətində olması, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bu məntiqi cəhətdən də ona görə doğrudur ki, məktəb yaşında olarkən oxuduğu Uzunboyad kənd məktəbinin direktorunun əmri və həmin əmr əsasında digər bir əmr - Rəhimli Südçülük-Tərəvəzçilik sovxozunun əmri o dövrdə qüvvədə olan bir qanuni əsasa görə verilməli idi. İddiaçının xx.xx.1984-cü il tarixində 14 yaşı tamam olduğundan yuxarıda qeyd edilən hər iki əmr - istər orta məktəb direktorunun, istərsə də sovxozun əmri qeyd edilən 193-cü maddənin tələbləri (icazəsi) əsasında verilmişdir. Bu səbəblə də iddiaçının 23 aprel 1984-15 may 1985-ci il tarixləri arasındakı dövr ümumi iş stajına daxil edilməlidir. Bu mənada surəti hazırkı ərizəyə əlavə edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-cil tarixli, 2-1(102)-1475/2022 nömrəli qərarı presedent rolunu oynayır. İddiaçının əmək kitabçasında qeydiyyatı aparılmamış iş stajı olmuşdur ki, həmin əmək fəaliyyəti 15 may 1990-15 oktyabr 1990-cı il tarix intervalında Biləcəri Mülki Qurğular Distansiyasında fəhlə işləməyidir. Həmin 5 aylıq intervalda indiki Şabran şəhərində məktəb təmiri işləri ilə məşğul olmuşdur. Bu barədə arxiv arayışı əldə etmək üçün 17 aprel 2024-cü il tarixdə Azərbaycan Dəmir Yolları QSC-yə ərizə ilə müraciət etmiş və müraciəti hazırda baxılmaqdadır. Həmin iş stajı ortaya çıxarsa, ümumi iş stajı 20 ildən çox olması təsdiqini tapacaq. Digər bir məsələ isə ondan ibarətdir ki, cavabdeh iddiaçının döyüş bölgəsindəki hərbi xidmət dövrünü ikiqat ölçüdə hesaba almışdır. Halbuki həmin dövrdə qüvvədə olan “X2 haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinə əsasən iş stajının hesablanmasında güzəştlər maddəsinin birinci hissəsinin ikinci abzasının həmin dövrdə qüvvədə olmuş redaksiyasının tələblərinə əsasən üçqat ölçüdə hesablanmalı idi ki, cavabdeh bunu etməmiş, əvəzində həmin dövrü qeyd edilən 68-ci maddənin birinci hissəsinin ikinci abzasının 01 sentyabr 2005-ci il tarixdən qüvvəyə minmiş redaksiyasının tələblərinə əsasən ikiqat ölçüdə hesablamış və nəticədə iddiaçının ümumi iş stajını qəsdən 2 ay 2 gün az göstərmişdir. Üçqat hesablanacağı təqdirdə, cavabdehin özünün qəbul etdiyi 19 il 8 ay 15 günlük staj əslində 19 il 10 ay 17 gün kimi formalaşmalı idi. Bu halda 20 il stajın tamamlanması üçün 1 ay 14 günlük staj qalır ki, bu da yuxarıda qeyd etdiyi dövrlərdə artıqlaması ilə oraya çıxmışdır. Cavabdeh özünün imtina məktubunda göstərir ki, guya iddiaçı 1985-ci ildə may-sentyabr aylarında əməkhaqqı aldığı üçün həmin ayları əmək stajına daxil edir. Elə isə, onda sual olunur ki, niyə cavabdeh Şabran Rayon Dövlət Arxivinin 31 mart 2023-cü il tarixli, 61 nömrəli arayışının 3-cü bəndində göstərilən 28 oktyabr 1985-ci il tarixli əmrdə əgər iddiaçıya mükafat verilməsi qərara alınırsa, necə olur ki, həmin ay iddiaçının əmək stajına daxil edilmir? Bu, əlavə olaraq bir ay staj deməkdir. Yuxarıda qeyd edilənlər onu göstərir ki, iddiaçının həqiqətən də 01 yanvar 2006cı il tarixinə kimi 20 ildən çox ümumi iş stajı mövcuddur.
21. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3904/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
22. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının Rəhimli Südçülük- Tərəvəzçilik sovxozunda 1984- 1987-ci illərdə əmək fəaliyyəti barədə müvafiq məlumatların X7 Rayon Filialında olması, onun 15 may 1985-ci ildə 85 nömrəli əmrlə 4 saylı briqadaya fəhlə qəbul edilməsi, 28 oktyabr 1986-ci ildə 217 nömrəli əmrlə 40 manat həcmində mükafat verilməsi, 18 avqust 1987-ci ildə 155 nömrəli əmrlə 25 manat həcmində mükafat verilməsi, 23 aprel 1984-cü ildən 1990-cı ilə kimi olan əmrlər kitabına tam baxılmasına baxmayaraq onun işdən çıxması ilə bağlı əmrin və ya hər hansı bir qeydin olmaması iddiaçının ən azı xx.xx.1985-xx.xx.1987-ci illər arasında Rəhimli Südçülük- Tərəvəzçilik sovxozunda fasiləsiz və sabit şəkildə işləməsini təsdiq edir və həmin dövr bütövlükdə onun iş stajı kimi nəzərə alınmalıdır. Belə olan halda, iddiaçının xx.xx.2006-cı ilədək ümumi iş stajı ən azı 20 il təşkil edir.
23. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının xx.xx.1992-xx.xx.1992-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirakı dövrünü ikiqat deyl, üçqat ölçüdə hesablanmalıdır. Belə ki, “X2 haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasının xx.xx.2005-ci ilədək qüvvədə olan redaksiyasına əsasən: Pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti—üçqat ölçüdə; ...
24. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının ən azı 20 il olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının pensiya hüququnun təmin edilməməsi qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə artıq yük qoymuşdur.
25. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3904/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
26. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil etməklə əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarı əsas gətirilə bilər. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu o nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından "Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji işlə bağlı xx.xx.2023-cü il 2- 1(102)-1838/2023 nömrəli qərarının 45-ci bəndində göstərilmişdir ki, mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən hallarını - iddiaçının mübahisəli 1996-2000-ci iş illəri üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməmiş, iddiaçıya əmək haqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmamış, əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni tam əsaslandırmamışdır. Belə ki, iş üzrə müvafiq aylar üzrə İddiaçı işlədiyi sovxoz tərəfindən əmək haqqı verilmədiyi halda, həmin ayların iş stajına daxil edilərək iddiaçıya DSMF tərəfindən əmək pensiyasının təyin edilməsinin heç bir hüquqi əsası yoxdur. Əlavə olaraq bildiririk ki, Qanunun 24.0.1 -ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə əmək pensiyası hüququ verən sığorta stajına daxil edilir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
30. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın:
1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
34. xx.xx.1992-ci il tarixli “X2 haqqında” Azərbaycan Respublikası Qanununun:
Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.
“X2 haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
35. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
37. Qüvvədən düşmüş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”:
3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
38. “İnzibati icraat haqqında” Qanunun:
15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
42. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
43. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
46. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
47. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
48. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı 52 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır.
49. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1970-ci il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmişdir.
50. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilən səbəblərdən və istinad olunan normalara əsasən iddiaçıya 52 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz.
51. Belə ki, qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: a. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il olmalı; b. 10 il xüsusi və 20 il ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalı; c. 52 yaşı tamam olmalıdır.
52. İlk öncə qeyd edilməlidir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı dövrdə qüvvədə olan qanunvericilik normasının tələbinə görə, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının aparılması üçün o, 52 yaşını tamamlayanda azı 20 il ümumi və azı 10 il güzəştli iş stajını toplamalı idi.
53. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən ümumi iş stajı xx.xx.2006-cı il tarixədək 19 il 8 ay 15 gün (1985-ci il üzrə 5 ay, 1986-cı il üzrə 7 ay, 1987-ci il üzrə 8 ay, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il və xx.xx.1982-xx.xx.1993-cü il, xx.xx.1992-xx.xx.1992-ci il (ikiqat ölçüdə), xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1993xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir.
54. Həmçinin, Kollegiya qeyd edir ki, iddiaçının 52 yaşa çatması mübahisəli deyil. Belə ki, iş materiallarında olan İddiaçı məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1970-ci il tarixdə doğulmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçının 52 yaşı tamam olmuşdur.
55. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə iş stajının xx.xx.2006-cı ilədək ən azı 10 il təşkil etməsi ( 12 il 04 ay 15 gün (xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) işin mübahisəsiz halıdır.
56. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı halda mübahisəli hal, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 19 il 8 ay 15 gün (1985-ci il üzrə 5 ay, 1986-cı il üzrə 7 ay, 1987-ci il üzrə 8 ay, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il və xx.xx.1982-xx.xx.1993-cü il, xx.xx.1992-xx.xx.1992-ci il (ikiqat ölçüdə), xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Cavabdeh orqanın imtina dəlili ondan ibarətdir ki, iddiaçının ümumi iş stajı 20 ildən azdır.
57. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı tələb olunan 20 il müddətindən az, 19 il 8 ay 15 gün (1985-ci il üzrə 5 ay, 1986-cı il üzrə 7 ay, 1987-ci il üzrə 8 ay, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il, (xx.xx.1992-xx.xx.1992-ci il iki qat ölçüdə) xx.xx.1992- xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçının Şabran rayon “Rəhimli” südçülük-tərəvəzçilik sovxozunda işlədiyi 1985-ci ilin may-sentyabr, 1986-cı ilin iyun-dekabr, 1987-ci ilin yanvar- avqust ayları üzrə iddiaçıya əməkhaqqı ödənildiyi qeyd edilən dövrlər nəzərə alınmış, digər dövrlər isə nəzərə alınmamışdır. edilmişdir. Bu səbəbdən də İddiaçı 20 ildən az təşkil edir. Belə ki, iş üzrə müvafiq aylar üzrə İddiaçı işlədiyi sovxoz tərəfindən əmək haqqı verilmədiyi halda, həmin ayların iş stajına daxil edilərək iddiaçıya DSMF tərəfindən əmək pensiyasının təyin edilməsinin heç bir hüquqi əsası yoxdur.
58. Məhkəmə kollegiyası ilk növbədə cavabdeh inzibati orqanın “əmək haqqı verilmədiyi halda, həmin ayların iş stajına daxil edilərək iddiaçıya DSMF tərəfindən əmək pensiyasının təyin edilməsinin heç bir hüquqi əsası yoxdur” dəlili ilə bağlı bildirir ki, iddiaçının Rəhimli Südçülük-Tərəvəzçilik sovxozunda 1984-1987-ci illərdə əmək fəaliyyəti barədə müvafiq məlumatların X7 Rayon Filialında olması, onun 15 may 1985-ci ildə 85 nömrəli əmrlə 4 saylı briqadaya fəhlə qəbul edilməsi, 28 oktyabr 1986-ci ildə 217 nömrəli əmrlə 40 manat həcmində mükafat verilməsi, 18 avqust 1987-ci ildə 155 nömrəli əmrlə 25 manat həcmində mükafat verilməsi, 23 aprel 1984-cü ildən 1990-cı ilə kimi olan əmrlər kitabına tam baxılmasına baxmayaraq onun işdən çıxması ilə bağlı əmrin və ya hər hansı bir qeydin olmaması iddiaçının ən azı xx.xx.1985-xx.xx.1987-ci illər arasında Rəhimli Südçülük-Tərəvəzçilik sovxozunda fasiləsiz və sabit şəkildə işləməsini təsdiq edir və həmin dövr bütövlükdə onun iş stajı kimi nəzərə alınmalıdır. Belə olan halda, iddiaçının xx.xx.2006-cı ilədək ümumi iş stajı ən azı 20 il təşkil edir.
59. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
60. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.
61. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq qeyd edir ki, iddiaçının xx.xx.1992-xx.xx.1992-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirakı dövrünü ikiqat deyil, üçqat ölçüdə hesablanmalıdır.
63. Belə ki, “X2 haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasının xx.xx.2005-ci ilədək qüvvədə olan redaksiyasına əsasən Pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: - döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti — üçqat ölçüdə;
64. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
65. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya məxsus əmək kitabçasının mötəbər hesab olunmamasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
66. İddiaçının yuxarıda qeyd edilən müəssisələrdə işlədiyi dövrün 2006-cı il yanvarın 1dək iş stajı kimi nəzərə alınmalı olması ilə bağlı kollegiya bir daha qeyd edir ki, iddiaçının hüququ yarandığı vaxt qüvvədə olan və yuxarıda istinad olunan “Qaydalar”da da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur.
67. Bununla bağlı kollegiya qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “X2 haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
68. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
69. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
70. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır.
71. Bu əsasla iddiaçının Rəhimli Südçülük-Tərəvəzçilik sovxozunda 1984-1987-ci illərdə əmək fəaliyyəti barədə müvafiq məlumatların X7 Rayon Filialında olması, onun 15 may 1985-ci ildə 85 nömrəli əmrlə 4 saylı briqadaya fəhlə qəbul edilməsi, 28 oktyabr 1986ci ildə 217 nömrəli əmrlə 40 manat həcmində mükafat verilməsi, 18 avqust 1987-ci ildə 155 nömrəli əmrlə 25 manat həcmində mükafat verilməsi, 23 aprel 1984-cü ildən 1990-cı ilə kimi olan əmrlər kitabına tam baxılmasına baxmayaraq onun işdən çıxması ilə bağlı əmrin və ya hər hansı bir qeydin olmaması iddiaçının ən azı xx.xx.1985-xx.xx.1987-ci illər arasında Rəhimli Südçülük-Tərəvəzçilik sovxozunda fasiləsiz və sabit şəkildə işləməsini təsdiq edir.
72. Həmçinin, analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1380/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
73. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
74. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanmasından və əmək pensiyasına əlavənin hesablanmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
75. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3904/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3904/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.