Məhkəmə qərarları › İş №2-1(103)-637/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-637/2020

11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-637/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), X9 və X3ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X11 X1rşı pensiyanın yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4504/2019 saylı qərarından cavabdehin nümayəndəsi və vəkili D.Novruzov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4504/2019 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı hazırda işləyən AR Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri və hakimlərinin hər il məzuniyyətə çıxarkən aldıqları 2 aylıq əmək haqqı məbləğində müavinət və ildə bir dəfə 2 aylıq əmək haqqı həcmində müalicə pulu nəzərə alınmaqla xx.xx.2006-cı ildən başlayaraq pensiyasının yenidən hesablanması və yaranmış fərqin aylıq pensiyasına əlavə edilməsi, fərqlə əlaqədar hal-hazıra kimi ödənilməmiş məbləğlərin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır (hakim T.Əsədova). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi və vəkili D.Novruzov tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X11 X1rşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, AR Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri və hakimlərinin hər il məzuniyyətə çıxarkən aldıqları 2 aylıq əmək haqqı məbləğində müavinət və ildə bir dəfə 2 aylıq əmək haqqı həcmində müalicə pulu nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən,yəni 2000-ci ilin oktyabr ayından başlayaraq pensiyasının yenidən hesablanması və yaranmış fərqin aylıq pensiyasına əlavəedilməsi, fərqlə əlaqədar hal-hazıra kimi ödənilməmiş məbləğlərin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ilin yanvar ayından 1993cü ilin oktyabr ayınadək AR Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri, 1993-cü ilin oktyabr ayından 1995-ci ilin iyul ayınadək Hərbi Kollegiyanın sədr əvəzi, 1995-ci ilin iyul ayından 2000-ci ilin avqust ayınadək Hərbi kollegiyanın hakimi vəzifəsində işləmiş, 2000ci ilin oktyabr ayından ona pensiya təyin olunmuşdur. Lakin ona pensiya təyin olunan zaman qanunvericiliklə nəzərdə tutulmuş bəzi əlavələr nəzərə alınmamışdır. Bununla bağlı olaraq cavabdehə rəsmi şəkildə müraciət edilsə də, onun müraciəti təmin olunmamışdır. İş üzrə 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Cavabdehin nümayəndəsi və vəkili D.Novruzov apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, iddiaçı 1993-cü ilin yanvar ayından 1993-cü ilin oktyabr ayınadək AR Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri, 1993-cü ilin oktyabr ayından 1995-ci ilin iyul ayınadək Hərbi Kollegiyanın sədr əvəzi, 1995-ci ilin iyul ayından 2000-ci ilin avqust ayınadək Hərbi kollegiyanın hakimi vəzifəsində işləmişdir. Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Müdafiə Nazirliyi və Hərbi Komissarlığa qarşı staja görə pensiya təyin edilməsi və bu pensiyanın 2000-ci ilin sentyabr ayından hesablanıb iddiaçıya xx.xx.2000-ci ildən pensiya təyin edilməsi cavabdehlərə tapşırılmışdır. Həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12 və 143-cü maddələrinə əsasən iddiaçının xidmət illərinə (20 il 01 ay 24 gün) görə pensiya hüququ yaranmışdır. İdarənin 09/2871 nömrəli xx.xx.2009-cu il tarixli qərarı ilə iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən xx.xx.2007-ci il tarixdın yaşa görə əmək pensiyası təyin edilib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə iddiaçının iddiası təmin edilərək, onun hərbi xidmətdən təxris olunduğu müddətdən, yəni 2000-ci ilin sentyabr ayından 2007-ci ilin yanvar ayınadək ödənilməmiş pensiyanın cavabdeh İdarə tərəfindən ödənilməsi qərara alınmışdır. Məhkəməyə görə iddiaçı “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 107 və 109-cu maddələrində nəzərdə tutulmuş məbləğləri almasa da, həmin müddəalar onun hüquqi vəziyyətini yaxşılaşdırdığından iddiaçıya da şamil edilməlidir. Ancaq sözügedən əlavələr “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarxixdən sonra hesablanmalıdır. İddiaçıya yaşa görə əmək pensiyası ”Əmək pensiyaları haqqında” Qanununun 20.14.1-ci maddəsinə əsasən təyin edilib. Ona görə ki 2000-ci ildə iddiaçıya hakim kimi pensiya təyin edilməsi obyektiv olaraq (əmək pensiyası yaşına çatmadığına görə) mümkün deyildi. Həmin maddə isə hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçularla bağlı tənzimləməni ehtiva edir. Hakimlərə pensiya təyin edilməsi haqqında müddəalar 20.1.4-cü maddədə öz əksini tapıb. İddiaçı ona pensiya təyin edilərkən diqqətə alınmalı olduğunu iddia etdiyi müavinət (m. 107) və pul təminatı (m. 109) almadığı mübahisəsizdir. Ona görə də nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Cavabdeh tərəfindən iddiaçının adına tərtib edilmiş pensiya işi məhkəməyə təqdim olunmuş və həmin qovluqda olan sənədlər birinci instansiya məhkəməsi tərəfindən araşdırılmışdır. İşdə olan AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü ildə Ağdam rayonunda doğulmuşdur. İddiaçı əmək kitabçsından görünür ki, o, 1971-ci ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1987-ci ildən xx.xx.1993-cü ilə qədər Tovuz rayon xalq məhkəməsinin hakimi, 1993cü ilin yanvar ayından 1993-cü ilin oktyabr ayınadək AR Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri, 1993-cü ilin oktyabr ayından 1995-ci ilin iyul ayınadək Hərbi Kollegiyanın sədr əvəzi, 1995-ci ilin iyul ayından 2000-ci ilin avqust ayınadək Hərbi kollegiyanın hakimi vəzifəsində işləmişdir. İddiaçı 2000-ci ilin sentyabr ayından əmək pensiyası təyin olunmuşdur. Sonradan müxtəlif vaxtlarda iddiaçıya təyin olunmuş əmək pensiyası yenidən hesablanmışdır (məhkəmə qərarları). Hazırda iddiaçı hazırda işləyən AR Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri və hakimlərinin hər il məzuniyyətə çıxarkən aldıqları 2 aylıq əmək haqqı məbləğində müavinət və ildə bir dəfə 2 aylıq əmək haqqı həcmində müalicə pulu nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən,yəni 2000-ci ilin oktyabr ayından başlayaraq pensiyasının yenidən hesablanması və yaranmış fərqin aylıq pensiyasına əlavəedilməsi, fərqlə əlaqədar hal-hazıra kimi ödənilməmiş məbləğlərin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. İddiaçı tərəfindən bununla bağlı olaraq cavabdehə xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət olunmuş, lakin həmin müraciətə cavab verilməmişdir. Birinci instansiya məhkəməsi aşağıdakı hüquqi əsaslara görə hesab etmişdir ki, iddia qismən təmin olunmalıdır. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun: 1.0.1.-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan (bundan sonra sığorta olunan) şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir; 20.1.4-cü maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərə təyin edilir; 20.7.1-20.7.3-cü maddələrinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxsilərin əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla əlavələr 5 il hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla, 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir; 29.3-cü maddəsinə əsasən bu Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 5-ci və 6-cı hissələrinə əsasən «Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Bu maddənin beşinci hissəsinin müddəaları bu Qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 4-cü cümləsinə görə hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir Həmçinin «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununa əlavə və dəyişiklik edilməsi barədə xx.xx.2010-cu il tarixli Azərbaycan Respublikası Qanununa əsasən «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 107-ci maddəsinə edilən düzəlişə görə bu maddənin 2-ci cümləsindəki «iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı verilir» sözləri «iki aylıq əmək haqqı məbləğində müavinət verilir» sözləri ilə əvəz edilmişdir. Bu dəyişikliyə görə hakimlər məzuniyyətə çıxarkən məzuniyyət haqqından əlavə 2 aylıq əmək haqqı məbləğində müavinət də verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı «Məhkəmələr və hakimlər haqqında» AR Qanununun müddəalarına əsasən nəzərdə tutulmuş mükafat və maddi yardımları almasada, həmin normalar iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından ona münasibətdə də tətbiq olunmalıdır. Lakin, həmin əlavələr “Əmək pensiyaları haqqında” AR Qanununun qüvvəyə mindiyi tarixdən sonra hesablanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, cavabdehin apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi və vəkili D.Novruzov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4504/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar