Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-637/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “1-ci dərəcə əlilliyin təyin olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-3838/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu il tarixdən əlilliyinin bərpa olunması və almadığı 7305 (yeddi min üç yüz beş) manat pensiyasının alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1991-ci ildə Bakı şəhəri Oktyabr rayon İcra Hakimiyyətində (indiki Yasamal) iqtisadçı vəzifəsində çalışmışdır. Həmin vaxt Oktyabr rayonu, Qarabağın Martuni rayonuna bitişik olan Xocavənd kəndini ərzaq ləvazimatı ehtiyacını ödəmək üçün 6 ədəd yük maşınını həmin Xocavənd kəndinə çatdırmaq üçün o, könüllü olaraq öz üzərinə götürmüşdür. Qızğın döyüş zamanı Naxçivanik istiqamətində yaralanmışdır. Gürcüstanın paytaxtı Tbilisi şəhərində müalicə olunmuşdur. 2016-cı il tarixində hələ Binəqədi rayon ərazisində kirayədə yaşadığı vaxt xəstələnmişdir. Baş nahiyəsində kapillyar damarlar partlamış və nəticədə də beyninə qan sızmışdır. Beləliklə, 5121 b diaqnozu ilə yataq xəstəsi olmuşdur. Xəstəliyi ilə əlaqədar olaraq 2017-ci ilin yanvar ayından 1-ci qrup əlillik pensiyası verilmişdir. 2019-cu ilin iyun ayından pensiyasını dayandırmışlar. Çox saylı müraciətlərindən sonra məlum olmuşdur ki, Yasamal rayonunda qeydiyyatda olub yaşadığı üçün, elə Yasamal rayonunda təzədən müayinədən yoxlamalardan keçməlidir. 03 dekabr 2020-ci il tarixində ona verilən imtinanın ləğv edilməsi və xəstəliyə görə pensiya verilməsinə köməklik göstərilməsi barədə ərizə yazaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixində **********8 saylı məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq atanızın əlilik vəziyyəti dövlət səhiyyə müəssisinin 2750003AAEKF nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar qəbul edilmişdir. Belə ki, Bakı şəhəri M.Hüseynov adına 3 nömrəli göndərişdə Xəstənin göndərişində xəstəliyin 1999cu ildən başlanması göstərilmiş, lakin reyestrdə 13.08 2011-ci ildə sağlamlıq arayışı alıb sürücülük vəsiqəsi almışdır. Bu da göndərişdə əlilliyin təyini ilə uyğunsuzluq yaradır. Bu səbəbdən əlliliyin təyin olunması mümkün olmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Heyətinin sədrinin müavini Mətanət Məmmədovanın onun ünvanına yazdığı cavab reallığı əks etdirmir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qəbul edilməsini, həmçinin iddia tələbinin əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3838/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-3838/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim: A.Oruczadə) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X4 tərəfindən verilmiş T 118/2021 saylı 16 iyun 2021-ci il tarixli rəyə istinad etmişdir. Həmin rəyə əsasən iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağı tibbi-sosial ekspert komissiyası tərəfindən tərtib olunmuş aktlarda qeyd olunan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.1-ci və 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. Lakin, Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020ci il tarixli, 2750003AAEKF saylı göndərişində qeyd olunan xəstəliklərin yaranma tarixi ilə bağlı iddiaçının ambulator kartında hər hansı bir qeyd olmadığından həmin xəstəliklərin yaranma tarixi ilə bağlı məsələyə müstəqil ekspertlər tərəfindən münasibət bildirilməmişdir. İddiaçı tərəfindən əlillik təyin edilməsinə əsas olduğu iddia edilən həmçinin, ekspertin öz rəyində qeyd etdiyi “İV dərəcəli ağır eşitmə” diaqnozu şəxsin sürücülük vəsiqəsi alma faktı ilə uyğunsuzluq təşkil edir. Belə ki, iddiaçı öz ərizəsində ona əlillik təyin olunması üçün əsas hesab etdiyi xəstəliyin onda 1999-cu ildən mövcud olduğunu bildirmişdir. Lakin, şəxs özü 2011-ci ildə sağlamlıq arayışı ilə sürücülük vəsiqəsi almışdır. Yəni, burada müəyyən olunmuş diaqnoz əsasında əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. İddiaçı apelyasiya şikayətinə qarşı yazılı etiraz verərək bildirmişdir ki, 2016-ci ildə 5121В diaqnozu ilə yataq xəstəsi olmuş, 2017-ci ilin yanvar ayında isə ona İ qrup əlillik təyin olunmuşdur. Onun anbulator kartında müayinələrdən keçmək üçün göndərişlər olmuş, göndərişlər əsasında müayinələrdən keçmiş, bunun əsasında da ona 2017-ci ilin yanvar ayında İ qrup əlillik dərəcəsi təyin olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Bublik Hüquqi şəxs tərəfindən verilmiş T 118/2021 saylı 16 iyun 2021-ci il tarixli rəyini qəbul etmir ona şübhə ilə yanaşır, hər hansı müstəqil ekspertlərin rəyinə istinad etmək istəyir. Məqsədin nədən ibarət olduğu məlum deyildir? Düzdür, o, xx.xx.2011-ci ildə sürücülük vəsiqəsi üçün sağlamlıq arayışı almışdır. 1999-cu ildən xəstəlikləri baş qaldırsa da ciddi fəsadları olmamışdır. Lakın getdikcə bu xəstəliklər ağırlaşmış artıq 2016-ci ildə 5121В diaqnozu ilə yataq xəstəsi olmuşdur. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan 1 saylı Xəstəxana şua Diaqnostika şöbəsinin X2 müayinəsinin xx.xx.2019-cu il tarixli protokolundan görünür ki, Əldə edilmiş tomoqramlarda: Beyin yarımkürələrində, beyincikdə həcmli patologiya aşkar olunmamışdır. Hazırda, kəskin dövrə aid patoloji görüntü qeyd edilməmişdir. Lakin hər iki beyin yarımkürəsində beyin toxumasının dərin ağ maddəsində çoxsayda postişemik demiylinizasiya və qlioz sahələri izlənilir. Kortikal sulcus və girusların dərinliyi və genişliyi artmışdır. Orta anatomik strukturlarda yerdəyişmə təyin olunmamışdır. İİİ-cü və lateral mədəciklər normal qeyd edilmişdir. Sellyar, parasellyar və pineal sahələr genişlənməmişdir. Görmə siniri, görmə çarpazı normaldır. Arxa kəllə çuxuru beyin strukturlarında həcmli patologiya aşkar olunmamışdır. Medulla oblonqata, pons, mezensefalon, bazal sisternlər, İV mədəciyin genişliyi və konfiqurasiyası normaldır. Vİİ-Vİİci sinir kompleksi, vestibulyar apparat və koxleada patologiya təyin edilməmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Eşıtmənin, səsin və nitqin patologiyası üzrə Respublika Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı 4-cü dərəcəli ağır eşitmə diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1034 nömrəli diaqnozdan görünür ki, İddiaçı diaqnozu üzvi mənşəli orta dərəcəli demensiya F02.8-dir. İş materiallarında olan ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətlərindən görünür ki, 1957-ci il təvəllüdlü İddiaçı əsas xəstəliyi üzvi mənşəli orta dərəcəli demensiya F02.8-dir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubundan görünür ki, Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikası tərəfindən rəsmiləşdirilmiş 2750003AAEKF nömrəli göndərişdə xəstəsinin göndərişində xəstəliyi 1999-cu ildən başlanması göstərilir lakin reyestrdə xx.xx.2011-ci ildə sağlamlıq arayışı alıb sürücülük vəsiqəsi almışdır. Bu da göndərişdə əlilliyin təyini ilə uyğunsuzluq yaradır. Bu səbəbdən əlilliyin təyin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının xxxxxxx0001 saylı qiymətləndirilmə aktından görünür ki, Bakı 15 nömrəli şəhər Poliklinikası tərəfindən xx.xx.2017-ci il tarixli 0033003AACA1 nömrəli Forma 88 göndərişi əsasında iddiaçı xx.xx.2017-ci il tarixdə müayinə olaraq, ona “generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, esnefolopatiya tez-tez təkrarlanan generalizə olunmuş qıcolma tutmaları 9ayda 7-8 dəfə) vago-vegetativ krizlər. Qanaxma və ya infarkt olduğu dəqiqləşdirilməyən insult. Keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri” diaqnozu qoyulmuş, ona müddətsiz ümumi xəstəlik səbəbilə birinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının xxxxxxx0002 saylı qiymətləndirilmə aktından görünür ki, Bakı M.Hüseynov adına 3 nömrəli şəhər Poliklinikası tərəfindən xx.xx.2020-ci il tarixli 2750003AAEKF nömrəli Forma 88 göndərişi əsasında iddiaçı xx.xx.2020-ci il tarixdə müayinə olmuş, göndəriş üzrə diaqnozun mətni kimi əsas diaqnoz F02.8*başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, üzvi mənşəli orta dərəcəli demensiya, Ağırlaşma F02.8* başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, üzvi mənşəli orta dərəcəli demensiya. Yanaşı xəstəliklər H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli xr.adgeriv otit, iki tərəfli xr. Koklear nefrit.Sol tərəfli İ-İİ (birinci –ikinci) sağ tərəfli İV (dördüncü) dərəcəli ağır eşitmə kimi qeyd edilmiş, diaqnoz öz təsdiqini tapmaması səbəb: xəstənin göndərişində xəstəliyi 1999-cu ildən başlanması göstərilir lakin reyestrdə xx.xx.2011-ci ildə sağlamlıq arayışı alıb sürücülük vəsiqəsi almışdır. Bu da göndərişdə əlilliyin təyini ilə uyğunsuzluq yaradır əsası ilə imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 tərəfindən təqdim olunmuş T 118/2021 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, vətəndaş İddiaçı adına əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı tərtib olunmuş xxxxxxx0001 və xxxxxxx0002 müayinə aktlarında qeyd olunan xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq 2.1-ci və 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. Diaqnozda göstərilən xəstəliklər aparılmış funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün 3 nömrəli şəhər poliklinikası tərəfindən 2750003AAEKF saylı göndərişlə göndərilmiş №-li 088 saylı arayışda qeyd olunan xəstəliklərin yaranma tarixi ilə əlaqədar onun adına açılmış ambulator tibbi kartada hər hansı bir qeydiyyat olmadığından bu barədə fikir söyləmək mümkün olmadı. Qeyd edilən xəstəliklər müalicə olunmur, müalicələr xəstəliyin kəskinləşməməsi, yaxud onun xroniki hala keçməməsi məqsədi ilə aparılır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq atanızın əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 2750003AAEKF nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Belə ki, Bakı şəhəri M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikası tərəfindən rəsmiləşdirilmiş 2750003AAEKF nömrəli göndərişdə Xəstənin göndərişində xəstəliyi 1999-cu ildən başlanması göstərilir, lakin reyestrdə xx.xx.2011-ci ildə sağlamlıq arayışı alıb sürücülük vəsiqəsi almışdır. Bu da göndərişdə əlilliyin təyini ilə uyğunsuzluq yaradır. Bu səbəbdən əlilliyin təyin edilməsi mümkün olmamışdır. Bununla əlaqədar səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə olunub, ixtisaslaşmış bərpa müalicə aldıqdan sonra ona dair yenidən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:
1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Həmin Əsasnamənin 2-ci bəndində birinci, ikinci və üçüncü dərəcəli əlilliyinin təyin edilməsi üçün əhatə dairəsinə düşən xəstəliklər göstərilmişdir. Həmin Əsasnamənin 2.1-ci maddəsinə əsasən, Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: qan dövranının üçüncü dərəcəli xroniki çatışmazlığı (İ01-İ09, İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9); talassemiyahomoziqot böyük talassemiya, güclü və tez-tez təkrar olunan hemolitik sindrom (D56- D56.9); üçüncü dərəcəli ağciyər-ürək çatışmazlığı dekompensasiya mərhələsi (İ27.0-İ27.9, İ28.0-İ28.8); xroniki böyrək çatışmazlığının terminal mərhələsi (N18.1-N18.9); xroniki qaraciyər çatışmazlığının terminal mərhələsi (K72.0-K72.9); ürək transplantasiyasından sonrakı vəziyyət (digər orqan transplantasiyalarında əlillik dərəcəsi transplantın funksional vəziyyətindən asılı olaraq təyin edilir) (Y83.0); inkurabel onkoloji xəstəliklər (C00-C97); ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri-baş beynin insultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri (İ60- İ66.9,G80-G80.9, S06.0-S06.9); hər iki gözün tam və ya əməli korluğu (yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0.04 və ondan az olması və ya görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54-H54.9); iki ətrafın güdülü (S48.0-S48.9, S58, S68, S78, S88, S98); birinci barmaq da daxil olmaqla, hər iki əlin üç və ya birinci barmaqsız dörd barmağının olmaması, həmin barmaqların kəskin kontrakturası və ya daha yuxarıdan amputasiya nəticəsində əllərin güdülü (S68, M16.0-M16.9); hər iki budçanaq oynaqlarının ankilozu (M24.6); etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərəçarpan inbesillik (İQ-35-dən aşağı olanlar) (F70-F79); davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar (F23.0-F23.9, F91-F92.9); şizofreniya xəstəliyi nəticəsində baş verən psixi qüsur halı (F20-F20.9); İİV-infeksiyasının İV(QİÇS) mərhələsi, terminal vəziyyət (B20-B24). Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2.-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. İş materialları ilə müəyyən olunur ki, Bakı 15 nömrəli şəhər Poliklinikası tərəfindən xx.xx.2017-ci il tarixli 0033003AACA1 nömrəli Forma 88 göndərişi əsasında iddiaçı xx.xx.2017-ci il tarixdə müayinə olaraq, ona “generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, esnefolopatiya tez-tez təkrarlanan generalizə olunmuş qıcolma tutmaları 9ayda 7-8 dəfə) vago-vegetativ krizlər. Qanaxma və ya infarkt olduğu dəqiqləşdirilməyən insult. Keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri” diaqnozu qoyulmuş, ona müddətsiz ümumi xəstəlik səbəbilə birinci dərəcəli əlillik təyin edilmişdir. Sonradan dayandırılmış əlilliyin bərpası ilə bağlı iddiaçının cavabdeh orqana müraciətinə əsasən Bakı şəhəri M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikası tərəfindən rəsmiləşdirilmiş 2750003AAEKF nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya əlilliyin təyin edilməsinin mümkün olmamasına səbəb kimi onun Bakı şəhəri M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikası tərəfindən rəsmiləşdirilmiş 2750003AAEKF nömrəli göndərişdə xəstənin göndərişində xəstəliyi 1999cu ildən başlanması göstərildiyi, lakin reyestrdə xx.xx.2011-ci ildə sağlamlıq arayışı alıb sürücülük vəsiqəsi aldığı və bu da göndərişdə əlilliyin təyini ilə uyğunsuzluq yaranması göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində, İddiaçı mövcud olan xəstəliklərin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci maddəsində göstərilən xəstəliklərinin əhatə dairəsinə düşübdüşməməsini, həmçinin, 2017-ci ildə birinci dərəcəli əlilliyin təyini zamanı onda mövcud olmuş xəstəliklərinin hazırki canlı müayinə zamanı olub-olmamasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. İş üzrə ekspert rəyindən aydın olmuşdur ki, İddiaçı adına əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı tərtib olunmuş xxxxxxx0001 və xxxxxxx0002 müayinə aktlarında qeyd olunan xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq 2.1-ci və 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. Diaqnozda göstərilən xəstəliklər aparılmış funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən əlilliyin qiymətləndirilməsi barədə qərarın düzgünlüyü ilə bağlı şübhələr olduğundan 2-1(103)- 637/2022 saylı xx.xx.2022-ci il tarixli aralıq qərardadı qəbul edilmiş və İddiaçı əlilliyin təyin olunması barədə ərizəsinə (müraciətinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılması və müvafiq inzibati aktın qəbul edilməsi üçün 1 (bir) aylıq müddət təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.9 bəndinə müvafiq olaraq İddiaçı “ümumi xəstəlik” səbəbi ilə xx.xx.2020-ci il tarixindən müddətsiz üçüncü dərəcəli əlillik təyinatı aparılmışdır. Məhkəmə kollegiyası cavabdeh orqanın gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün 3 nömrəli şəhər poliklinikası tərəfindən 2750003AAEKF saylı göndərişlə göndərilmiş №-li 088 saylı arayışda qeyd olunan xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq 2.1-ci və 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşdüyündən və müalicə olunmayan xəstəliklərə aid olduğundan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-3838/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.