Məhkəmə qərarları › İş №2-1(103)-637/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-637/2024

02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-637/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi vəkili Vəkil iştirakı ilə, İddiaçı hüquqi varisi X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1948/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhər Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli, 126 saylı sərəncamının ləğv edilməsinə dair Bakı şəhər Cavabdeh Başçısının xx.xx.2020ci il tarixli, 224 nömrəli Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların yaşayış sahələri ilə təmin edilməsi məqsədi ilə iddia tələbi üzrə üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı qarnizonu rəisinin 01 may 2017-ci il tarixli qərarı ilə “Bakı-52” hərbi şəhərciyində 14 nömrəli 3 mərtəbəli kazarma binasının yaşayış binası kimi yenidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir. Bundan sonra, Bakı qarnizonu mənzil komissisyasının 09 aprel 2019-cu il tarixli 18 nömrəli protokolu əsasında, qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 (iyirmi) nəfər hərbi qulluqçuya (iddiaçı də daxil olmaqla) mənzil ayrılmış və yuxarıda göstərilən protokol Bakı qarnizonu rəisi tərəfindən 16 aprel 2019-cu il tarixdə təsdiq edilərək mənzillərin göstərilən hərbi qulluqçulara yaşayış sahəsi kimi paylanması qərara alınmışdır. Odur ki, Bakı Şəhər Cavabdeh Başçısının 17 may 2019-cu il tarixli, Sərəncamları ilə ünvan 1 ünvanda yerləşən binadakı mənzillər xidməti mənzillər fondundan çıxarılmış və nəticə etibarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onların hər birinizə ayrı-ayrılıqda müvafiq çıxarışlar verilmişdir ki, həmin çıxarışlara əsasən onlara verilmiş mənzillər üzərində daimi istifadə hüquqları qeydə alınmışdır. O cümlədən, iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 14 nömrəli evin, sahəsi 146.2 kv.m olan 11 nömrəli mənzili üzərində onun daimi istifadə hüququ qeydə alınmışdır. İddiaçı qeyd etmişdir ki, göstərilən binada onlara mənzil kimi verilmiş sahələr kazarma tipində olduğuna və yaşayış üçün tam yararsız olduğuna görə onlar, həm birlikdə, həm də ayrı-ayrılıqda xeyli miqdar pul xərcləyərək həm binanın ümumi istifadədə olan yerlərini, həm də mənzilləri əsaslı surətdə yenidən qurmaqla təmir etdirmiş və artıq 3 (üç) ildir ki, ailə üzvləri ilə birlikdə öz mənzillərində yaşayırlar. Lakin bütün bunlara baxmayaraq, iddiaçı (bildiyinə görə yuxarıda göstərilən digər sakinlər də), 2022-ci ilin təxminən 2-ci rübündə Müdafiə Nazirliyinin Hüquq İdarəsindən dəvət alaraq ora getdikdə, AR MN-nin Mənzil İstismar İdarəsi ilə iddiaçı arasında bağlanmış daimi icarə müqaviləsini müvəqqəti icarə müqaviləsinə çevrilməsini və ya DƏDRX-ə müraciət edərək ona verilmiş çıxarışın ləğv edilməsi təklif olunmuşdur. Lakin bu təklifin səbəb və əsasları barədə ona heç bir tutarlı cavab verilmədiyinə görə iddiaçı həmin təklifi qəbul etməmişdir. Bu hadisədən sonra iddiaşıya məlum olmuşdur ki, onlara mənzillərin verilməsi barədə Bakı şəhər Cavabdeh Başçısının 17 may 2019-cu il tarixli sərəncamı, cavabdehin, yəni Bakı Şəhər Cavabdeh Başçısının 04 sentyabr 2020-ci il tarixli, 224 nömrəli sərəncamı ilə heç bir səbəb və əsas olmadan ləğv edilmişdir (yəni cavabdeh olan inzibati orqan öz sərəncamı ilə özünün tarix etibarı ilə 16 ay əvvəl verilmiş sərəncamını ləğv etmişdir). Digər tərəfdən, iddia tələbi üzrə üçüncü şəxs olan AR Müdafiə Nazirliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq onlara verilmiş çıxarışların ləğv edilməsi, yaşayış sahəsinin təyinatının dəyişdirilməklə xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi barədə müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bildirmişdir ki, yuxarıda qeyd edilən ünvanda yerləşən mənzil ona yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu kimi qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir. Cavabdeh Başçısının 04 sentyabr 2020-ci il tarixli Sərəncamları ilə ləğv edilməsi tam qanunsuz və ədalətsizdir. Belə ki, həmin sərəncamların ləğv edilməsi üçün hər hansı bir əsas və səbəb olmamış, digər tərəfdən isə Bakı şəhər Cavabdeh Başçısı öz verdiyi sərəncamlarını özü ləğv etmək səlahiyyətində deyildir. Göründüyü kimi Bakı şəhər Cavabdeh qanunsuzluğa yol vermişdir və bu barədə də onlara hər hansı bir məlumat verilməmişdir. Eyni zamanda, iddiaçı hərbi qulluqçu olmaqla, Vətən yolunda müvafiq xüsusi xidmətləri olmuş, vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş hərbi qulluqçudur. Möhtərəm Prezident cənab Ali Baş Komandan hər çıxışında onların kateqoriyada olan şəxslərə xüsusi yanaşılmasını, onların mənzil və sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsini tapşırır. Lakin istər Müdafiə Nazirliyi, istərsə də Cavabdeh bu çağırışlara biganə yanaşaraq, məhəl qoymayaraq, əksinə qanunla onlara verilmiş mənzillərindən məhrum etmək istəyir. Belə olan halda iddiaçı hesab edir ki, Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 224 nömrəli Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2-1(112)-1948/2023 saylı qərarı ilə (hakim E.Əliyev) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı tərəf iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etdiyinə görə məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə onun arvadı X2 iddiaçının hüquqi varisi tanınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının hüquqi varisinin nümayəndəsi və vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2-1(112)-1948/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki halları və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Bakı şəhər Cavabdeh xx.xx.2019-cu il tarixli 126 nömrəli Sərəncamı ilə ünvan 2 ünvanında yerləşən mənzil xidməti mənzillər siyahısından çıxarılmış və həmin ünvanda yerləşən mənzilə dair İddiaçı ilə daimi icarə müqaviləsi bağlanılaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən gələcəkdə qeyd edilən ünvanda yerləşən mənzilin vətəndaş İddiaçı adına qeydiyyata alınması xahiş edilmişdir. Aşağıda qeyd edilən sənədlər nəzərə alınaraq Bakı Şəhər Cavabdeh xx.xx.2019-cu il tarixli 126 nömrəli Sərəncamı verilmişdir:

1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli, 18 nömrəli Protokolu ilə yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahısının təsdiq edilməsi, həmin hərbi qulluqçulara yaşayış sahələrinin verilməsi və əvvəlki kirayə müqavilələrinin ləğv edilməsi qərara alınmışdır.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.2019-cu il 11/1877 nömrəli məktubuna əsasən Müdafiə Nazirliyinin mənzil fonduna aid olan “ünvan 4 ünvanında yerləşən 20 mənzilin gələcəkdə özəlləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı (xidməti) mənzil fondundan çıxarılması qanunazidd hesab edilməmişdir.

3. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019-cu il tarixli, 161 saylı Əmrinə əsasən qeyd olunan ünvanda yerləşən mənzillər yaşayış binasının sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması üçün həmin binanın Abşeron rayon Mənzil-İstismar hissəsinin 6 nömrəli Mənzil-İstismar sahəsinə təhvil verilmişdir.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2019-cu il tarixli, 1786 saylı məktubuna əsasən vətəndaş İddiaçı oğunun Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 11 ünvanında yerləşən yaşayış sahəsinin gələcəkdə özəlləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı mənzil fondundan çıxarılması və daimi icarə müqaviləsi bağlanmasına icazənin verilməsi xahiş olunmuşdur. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********35-05101-091012 reyestr nömrəli Çıxarışdan görünür ki, ünvan 5 ünvanda yerləşən 146,2 kv.m dövlət mülkiyyətində olan mənzil daimi istifadə hüququ ilə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsi xx.xx.2020-ci il tarixi 3055 saylı məktub ilə Bakı şəhər Cavabdehnə müraciət edərək, qeyd etmişdir ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş arayışda qeyd olunan təkliflərin icrası ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 14 ünvanında yerləşən 1, 2, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli mənzillərə dair verilmiş 17 may 2019-cu il tarixli 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139 və 140 saylı sərəncamların, eyni zamanda onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməsi xahiş olunur. Cavabdeh Bakı Şəhəri Cavabdeh xx.xx.2020-ci il tarixli 224 saylı Sərəncamı ilə Cavabdeh başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamları ləğv olunaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adlarına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə xx.xx.2020-ci il tarixdə məktub ünvanlayaraq mübahisəli ünvanda yerləşən yaşayış sahələrinə dair vətəndaşların adlarına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********56 nömrəli, 13 oktyabr 2020-ci il tarixli Cavabdehnə ünvanladığı cavab məktubunda qeyd olunmuşdur ki, qeyd olunan mənzillər üzərində hüquqların dövlət qeydiyyatının ləğvinin aparılmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və ya bu hüquqdan imtina barədə notarial qaydada təsdiq edilmiş ərizə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin Əmlak Xidmətləri Məkanına və ya “ASAN xidmət” mərkəzlərinə müraciət ediləcəyi təqdirdə qanunvericiliyə uyğun baxılacaqdır. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli məktub ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh başçısının 224 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə Cavabdeh başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128. 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixi Sərəncamları ləğv olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsindən həmin ünvanlara dair vətəndaşların adına verilmiş istifadə hüququ barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi xahiş edilmişdir. Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixdə məktub ünvanlayaraq, Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli sərəncamına əsasən yuxarıda qeyd olunan ünvanda yerləşən yaşayış sahələrinə vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi zərurəti yarandığı və bununla bağlı Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə məlumat verilməsi xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda “qeyd olunan mənzillər üzərində hüquqların dövlət qeydiyyatının ləğv olunmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və ya bu hüquqdan imtina barədə notarial qaydada təsdiq edilmiş ərizə Əmlak Xidmətləri Məkanına və ya “ASAN xidmət” mərkəzlərinə təqdim ediləcəyi təqdirdə müraciətə qanunvericiliyin tələblərinə olaraq baxılacağı” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, istintaqın hazırki mərhələsinədək həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsi 14 ünvanında yerləşən xüsusi təyinatlı yaşayış sahələrinin siyahısından çıxarılmış 3 mərtəbəli binada olan 20 mənzilin (İddiaçı adına sənədləşdirilmiş 11 saylı mənzil daxil olmaqla) Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi, müvafiq sərəncamların ləğv edilməsi və bununla bağlı digər zəruri olan qanuni tədbirlərin icrasını təmin etmək məqsədilə Müdafiə Nazirliyi tərəfindən Bakı şəhəri, Cavabdehnə ünvanlanmış 19 avqust 2020-ci il tarixli məktub əsasında həmin sərəncamlar 20 dekabr 2021-ci il tarixdə ləğv edildiyi qeyd edilmişdir. İş materiallarında olan Bakı Qarnizonu üzrə Mənzil Komissiyasının xx.xx.2019-cu il tarixli 18 nömrəli Protokoluna əsasən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14 ünvanında yerləşən mənzillər yaşayış sahəsi ilə təmin olunmasına ehtiyacı olan hərbi qulluqçulara ayrılmışdır. Həmin protokolda N nömrəli hərbi hissənin baş giziri İddiaçı 3 nəfər ailə üzvü ilə birlikdə (həyat yoldaşı, oğlu, qızı) Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 11 ünvanında yerləşən mənzil xidməti yaşayış sahəsi kimi təqdim edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə xx.xx.2019-cu il tarixli 1/731 nömrəli məktub ünvanlayaraq, Bakı qarnizonu rəisinin xx.xx.2017-ci il tarixli icazəsi ilə Müdafiə Nazirliyinin “Bakı-52” hərbi şəhərciyində yerləşən (Yasamal rayonu Seyfəddin Dağlı küçəsi ilə Süleyman Dadaşov küçəsinin kəsişməsi) üç mərtəbəli kazarma binasının təyinatı dəyişilərək xüsusi təyinatlı yaşayış binası kimi Müdafiə Nazirliyinin mənzil fonduna keçirildiyi və hal-hazırda sözügedən xüsusi təyinatlı yaşayış binasında yenidənqurma işləri bitmək üzrə olduğu və mənzillər hərbi qulluqçular arasında paylanıldığı qeyd edilmişdir. Məktubda Müdafiə Nazirliyinin “Bakı-52” hərbi şəhərciyində yerləşən sözügedən xüsusi təyinatlı yaşayış binasına ünvan verilməsi üçün sərəncam verilməsi xahiş edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə xx.xx.2019-cu il tarixli məktub ünvanlayaraq qeyd etmişdir ki, Müdafiə Nazirliyinin “Bakı-52” hərbi şəhərciyində yerləşən, təyinatı dəyişdirilərək xüsusi təyinatlı yaşayış binası kimi istifadə edilən binaya "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq ünvan 13 ünvan nömrələri təyin olunmuşdur. Adıçəkilən binaya dair hüquqmüəyyənedici sənədləri təqdim etməklə Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunacağı təqdirdə həmin binaya dair yeni texniki pasportun tərtib olunması və ünvan reyestrindən arayışın verilməsi qanunvericiliyə müvafiq qaydada təmin ediləcəkdir. İş materiallarına əlavə edilmiş, sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixdə vətəndaş İddiaçı ilə Bakı şəhər Yasamal rayon 6 nömrəli Mənzil-İstismar Sahəsi arasında ünvan 14 ünvanında yerləşən 80,69 kv.m 3 otaqdan ibarət mənzilə dair icarə müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi” Qaydalarına əsasən: 1.2. Yaşayış sahəsinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş dövlət və ya bələdiyyə mülkiyyətində olan xüsusi təyinatlı mənzil fonduna aid edilməsi bu Qaydanın tələbləri nəzərə alınmaqla həyata keçirilir. 1.8. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. 3.1. Yaşayış sahəsinin xidməti, yataqxanalarda və manevr fondu yaşayış sahələrinə aid edilməsi və ya xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə keçirilməsi zərurəti yarandıqda, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı və dövlət təşkilatı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilir. Müraciətə müvafiq zərurəti əsaslandıran sənədlər və yaşayış sahəsinə dair təkliflər əlavə olunur. 3.8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu Qayda ilə müəyyən edilmiş qaydada razılıq verildikdə, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən 10 gün ərzində qərar qəbul edilir və yaşayış sahəsi xüsusi təyinatlı mənzil fonduna aid edilir. 4.1. Yaşayış sahəsi xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə bu Qayda ilə müəyyən edilmiş prosedura uyğun olaraq keçirilir. İşə baxan məhkəmə ilk növbədə mübahisənin predmetini təşkil edən Bakı Şəhər Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 224 saylı sərəncamı ilə ləğv edilmiş Cavabdeh xx.xx.2019-ci il tarixli 126 nömrəli Sərəncamı ilə bağlı qeyd etmişdir ki, cavabdeh icra hakimiyyəti tərəfindən sözügedən sərəncam qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl edilməmiş inzibati icraat haqqında qanunvericliyin və maddi hüquq nomralarının tələbləri pozulmuşdur. Belə ki, cavabdeh Bakı Şəhəri Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli 126 nömrəli sərəncamı qəbul edilən zamanı istinad edilən sənədlərin siyahısında, xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciəti öz əksini tapmamışdır. Qeyd edilən sənədlərdən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə xx.xx.2019-cu il tarixli 1/731 nömrəli məktubla ünvanlanmış müraciət xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə keçirilməsi ilə bağlı deyil, Müdafiə Nazirliyinin “Bakı-52” hərbi şəhərciyində yerləşən sözügedən xüsusi təyinatlı yaşayış binasına ünvan verilməsi ilə bağlı olmuşdur. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli 126 nömrəli sərəncamının qəbul edilməsinə əsas olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2020-ci il tarixli 3055 saylı məktubu göstərilmişdir. İş materiallarına əlavə edilmiş həmin məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən Cavabdehnə xx.xx.2020-ci il tarixli məktub ünvanlayaraq, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi (sənədləri saxtaşdırma) ilə başlamış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş arayışda qeyd olunan təkliflərin icrası ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsi 14 ünvanında yerləşən 1, 2, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18.19 və 20 nömrəli mənzillərə dair İcra Hakimiyyəti tərəfindən verilmiş 17 may 2019-cu il tarixli 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139 və 140 saylı sərəncamların, eyni zamanda onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi xahiş edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. - 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: -67.6.2-ci maddəsinə əsasən səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; -67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Göründüyü kimi Cavabdeh xx.xx.2019-cu il tarixli 126 nömrəli Sərəncamı maddi hüquq nomralarının və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 4.17.3-cü bəndinə əsasən şəhər rayonlarının icra hakimiyyəti başçılarının sərəncam və əmrləri Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olduqda onları ləğv etmək rayon bölgüsü olan şəhərlərin icra hakimiyyəti başçılarının əlavə səlahiyyətlərinə aid edilmişdir. Həmin Əsasnamənin 6.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Beləliklə, iş materiallarından və aparılmış məhkəmə araşdırılmasından da məlum olur ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2020-ci il tarixli 224 saylı sərəncam qəbul edilərkən maddi hüquq normalarının və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və ləğv oluna bilməz. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddia ərizəsi ilə eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-395/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı X3 cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs Müdafiə Nazirliyi) qarşı “Yasamal rayon İHB-nın xx.xx.2020-ci il tarixli 224 nömrəli Sərəncamının ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2347/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2347/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın 32-ci bəndində qeyd olunmuşdur ki, “qanunvericiliyin tələbi baxımından, Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 121 nömrəli Sərəncamı qanunsuz əlverişli inzibati aktdır. Belə ki, həmin Sərəncam qəbul edilərkən Əmlak Məsələləri Dövlət Xidməti ilə aparılmış razılaşma, balans saxlayıcı kimi Müdafiə Nazirliyinin qərarı olmamışdır. Başqa sözlə, sərəncamın qəbul edilməsi üçün hüquqi əsas olmamış, sərəncam qanuni məqsəd daşımamış, yəni ictimai mənafenin təmin edilməsinə yönəlməmişdir. Odur ki, qeyd edilən tələblərə əməl edilməməklə qəbul olunduğu üçün həmin sərəncam İİQ-nun 67.1-ci maddəsi anlamında qanunsuz inzibati akt sayılır”. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

Qərara aldı:

İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1948/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar