Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-638/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), X5 və X6 ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyası təyin olunması tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-4144/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 4144/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının 1972-ci ilin sentyabr ayından 1976-cı ilin iyul ayınadək əyani təhsil aldığı dövr, xx xxxx 1991-ci ildən xx xxxxx 1997-ci ilə qədər Bakı şəhəri İstehlak cəmiyyətində satıcı vəzifəsində və xx xxxxxxx 1997ci ildən xx xxxxxx 2005-ci ilə qədər “X12” X10 cəmiyyətində gözətçi və fəhlə vəzifəsində işlədiyi illərin sığorta stajına daxil edilməklə 64 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim Z.Tağıyev). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun 1972-ci ilin sentyabr ayından 1976-cı ilin iyul ayınadək əyani təhsil aldığı dövr, xx xxxx 1991-ci ildən xx xxxxx 1997-ci ilə qədər Bakı şəhəri İstehlak cəmiyyətində satıcı vəzifəsində və xx xxxxxxx 1997-ci ildən xx xxxxxx 2005-ci ilə qədər “X12” X10 cəmiyyətində gözətçi və fəhlə vəzifəsində işlədiyi illəri sığorta stajına daxil edilməklə ona əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, onun 1972-ci ilin sentyabr ayından 1976-cı ilin iyul ayınadək əyani təhsil aldığı dövr, xx xxxx 1991-ci ildən xx xxxxx 1997-ci ilə qədər Bakı şəhəri İstehlak cəmiyyətində satıcı vəzifəsində və xx xxxxxxx 1997-ci ildən xx xxxxxx 2005-ci ilə qədər “X12” X10 cəmiyyətində gözətçi və fəhlə vəzifəsində işlədiyi illəri sığorta stajına daxil edilməklə 64 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə Bakı şəhərində anadan olmuş, pensiya yaşı tamam olmuşdur. Hal-hazırda heç bir yerdə işləmir. Bununla əlaqədar olaraq xx xxxx 1991-ci ildən xx xxxxx 1997-ci ilə qədər Bakı şəhər İstehlak cəmiyyətində satıcı vəzifəsində, xx xxxxxxx 1997-ci ildən xx xxxxxx 2005-ci ilə qədər “X12” X10 cəmiyyətində gözətçi və fəhlə vəzifəsində işləmişdir. İşlədiyi həmin illər əmək kitabçasında qeyd edilmişdir. Lakin arxiv sənədlərinin tapılması qeyri mümkündür. Bundan əlavə eyni zamanda 1972-ci ilin sentyabr ayından 1976-cı ilin iyul ayınadək əyani təhsil almışdır. İddiaçı əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə müraciət etmiş, lakin həmin şöbədən verilmiş xx.xx.2019-cu il tarixli **********9 hömrəli məktuba əsasən ona bildirmişlər ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən kişilər 64 yaşı tamam olduqda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından aslı olmayaraq, bu pensiya təminatına imkan verdikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatı: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər əsasında ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və pensiya sığorta kapitalı olmadığına görə ərizəni təmin etmək mümkün olmamışdır.Həmçinin nümayəndə apellyasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, elektron qaydada (etaxes.gov.az - Kommersiya Qurumlarının Dövlət Reyestri Məlumatlarının Verilməsi) edilmiş axtarış nəticəsində İddiaçı işlədiyi Bakı şəhər İstehlak Cəmiyyətinin dövlət qeydiyyatına alındığı barədə heç bir məlumat öz əksini tapmamışdır. Halbuki iddiaçı xx.xx.1991-xx.xx.1997-ci illər arasında olan dövrdə Bakı şəhər İstehlak Cəmiyyətində işlədiyini iddia edir.Adıçəkilən müəssisənin VÖEN-i isə iş materiallarında öz əksini tapmamışdır.Həmçinin, İddiaçı məhkəməyə ünvanlanmış iddia ərizəsində işləmiş olduğu “X12” ATSC və Bakı şəhər İstehlak Cəmiyyəti ilə bağlı arxiv sənədlərinin tapılmasının qeyri-mümkün olduğunu vurğulamışdır.Sözügedən mübahisə üzrə tam, hərtərəfli araşdırmanın aparılmasının təmin edilməsi, obyektiv həqiqətin aşkara çıxarılması məqsədilə iddiaçının əmək kitabçasındakı qeydlərin etibarsızlığı, saxtalığının xüsusi şübhə doğurması bu xüsusatların məhkəmə baxışı zamanı araşdırılmaqla sübut edilməsini iş üçün zəruri edir.Qeyd olunanları nəzərə alaraq, “X12” X10 Cəmiyyətinin və Bakı şəhər İstehlak Cəmiyyətinin həqiqətən də qeyd olunan dövrlərdə dövlət qeydiyyatından keçibkeçməməsi, fəaliyyətinin olub-olmaması, əgər vergi uçotuna alınıbsa vergi ödənişlərinin edilib-edilməməsi barədə müvafiq məlumatların göndəfilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinə sorğu göndərilmişdir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı Balaqdəş oğlu xx.xx.1955-ci ildə anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. İşə əlavə edilmiş A-İ seriyalı, 013926 saylı diplomun surətinə əsasən İddiaçı 1972-ci ildə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutuna qəbul olmuş və xx.xx.1976-cı ildə məzun olmuşdur. İşdə olan İddiaçı məxsus İT-İ seriyalı, ******* saylı əmək kitabçasının surətindən və məhkəmə kollegiyasının iclasında əslinə baxış keçirilmiş əmək kitabçasından görünür ki, o, xx.xx.1977-ci ildən xx.xx.1978- ci ilədək Abşeron Zeytun Aqrar-İstehsalat Birliyində iqtisadçı; xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək Bakı şəhəri 147 nömrəli məktəbdə elektromontyor; xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək "Azenerjitikinti" Trestinin Mənzil Kommunal Birliyində ekspeditor ; xx.xx.1983-ci ildən 29.12..1983-ci ilədək Əhalinin Məişət Xidmətində qəbuledici; xx.xx.1985-ci ildən xx.xx.1987-ci ildən Abşeron rayon İstehlak cəmiyyətinin Tədarük kontorunda güllər üzrə qəbuledici; xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək "X8" Təsərrüfat hesablı X7 dülgər; xx.xx.1989-ciildən xx.xx.1991-ci ilədək Zabrat icarə aqrar kooperativində ekspeditor; xx.xx.1991-ci ildən xx.xx.1997-ci ilədək Bakı şəhər İstehlak Cəmiyyətində satıcı; xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək "X12" X10 Cəmiyyətində gözətçi, fəhlə işləmişdir. Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Sabunçu rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********5 saylı imtina məktubunda qeyd edilmişdir ki, “”Əmək penisyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2019- cu il tarixdən kişilər 64 yaşı tamam olduqda fərdi hesbaın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta staj olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar. İddiaçının təqdim etiyi sənədlər əsasında ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və pensiya sığorta kapitalı olmadığına görə ərizənin təmin edilməsi mümkün olmamışdır. Hal-hazırda iddiaçı cavabdehin imtinasını məhkəmədə mübahisələndirir. Birinci instansiya məhkəməsi aşağıdakı maddı hüquq normalara istinad edərək qeyd etmişdir ki, iddiaçının tələb onun 25 il sosial sığorta stajını toplaması işdə olan əmək kitabçası ilə təsdiq olunduğundan, bu məsələnin hüquqi fakt kimi məhkəmə qaydasında müəyyən edilməsinə zərurət qalmır və iddiaçının həmin illərdə işləməsinin araşdırma aparılmadan ona həmin illər nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsindən cavabdeh DSMF Sabunçu rayon şöbəsi tərəfindən imtina olunması qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Məcəllənin 1.0.10-cu maddəsinə görə pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçıların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Bundan başqa Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında əsasnamənin 8.10-cu maddəsinə əsasən işəgötürən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək Fondun vəzifəsidir. Halbuki cavabdeh inzibati orqan qeyd olunmuş normanı nəzərə almamış və iddiaçıya qanunsuz və əsassız olaraq imtina verərək pensiya təyin etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası cavabdeh apelyasiya şikayətinə əlavəsində göstərilən elektron qaydada (e-taxes.gov.az - Kommersiya Qurumlarının Dövlət Reyestri Məlumatlarının Verilməsi) edilmiş axtarış nəticəsində İddiaçı işlədiyi Bakı şəhər İstehlak Cəmiyyətinin dövlət qeydiyyatına alındığı barədə heç bir məlumatın öz əksini tapmaması;həmçinin, iddiaçının məhkəməyə ünvanlanmış iddia ərizəsində işləmiş olduğu “X12” ATSC və Bakı şəhər İstehlak Cəmiyyəti ilə bağlı arxiv sənədlərinin tapılmasının qeyri-mümkün olduğunu; iddiaçının əmək kitabçasındakı qeydlərin etibarsızlığı, saxtalığının xüsusi şübhə doğurması bu xüsusatların məhkəmə baxışı zamanı araşdırılmaqla sübut edilməsini iş üçün zəruri edilməsi dəlillərini qəbul etmir. İşdə olan Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, "X12" X10 cəmiyyəti (VÖEN **********) xx.xx.1997-ci ildə dövlət qeydiyyatına alınmışdır. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar, məsələn səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icraə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. «Andreyeva Latviyaya qarşı» məhkəmə işinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2009-cu il tarixli Qərarı bunun bariz nümunəsidir. Sözügedən işdə Məhkəmə vurğulamışdır ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 4144/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-638/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-638/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver