Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-639/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); X3 və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1977-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6934/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 26 may 2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək oğlu X9 pensiya hüququnun yarandığı 30.09.2019-cu il tarixdən ailə başçısını itirməyə görə pensiyanın təyin olunması və təyin edilmiş pensiya məbləği həddində keçmiş dövr üçün pensiyanın hesablanaraq birdəfəlik qaydada ona verilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 sentyabr 2019-cu il tarixdə əri X11 vəfat etmişdir. İddiaçı əri ilə 13 dekabr 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 04 iyun 2018-ci il təvəllüdlü oğlu X13 dünyaya gəlmişdir.1 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin notariusu tərəfindən 05 may 2020-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən göründüyü kimi iddiaçı mərhum ərinin qanun üzrə hüquqi varisi kimi tanınmışdır.2021-ci ilin mart ayının sonlarında 1 saylı Bakı “ASAN” Xidmət Mərkəzinə müraciət edərək oğlu X9 ailə başçısını itirməyə görə pensiya təyin edilməsini xahiş etmişdir. 1 saylı Bakı “ASAN” Xidmət Mərkəzi tərəfindən həmin müraciət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Filialın 29 aprel 2021-ci il tarixli, **********4 saylı cavab məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin ailə başçısını itirməyə görə pensiya təyin etməsindən imtinası qanunsuzdur. Mərkəzi Filialın cavab məktubunda bildirilir ki, mərhum əri X6 məxsus olan 1991-ci ildə tərtib edilmiş A3E nömrəli, ******* saylı əmək kitabçasına əsasən onun 9 il 7 ay əmək stajı müəyyən edilir. 11 il 8 ay əmək stajı çatışmadığı üçün pensiya təyin edilə bilməz. Həmçinin həmin məktubda göstərilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X14, daxili nəzarət və monitorinq departamentinin 19 aprel 2021-ci il tarixli xidməti məruzəsinə əsasən iddiaçının mərhum əri X5 əmək kitabçasında qeyd edilmiş 27 fevral 1990-cı il tarixdən 30 may 2004-cü il tarixədək işləmiş olduğu İstehsalatTexnoloji komplektləşdirmə İdarəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricində olduğuna görə həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. İddiaçı hesab edir ki, X9 pensiya hüququnun yarandığı 30.09.2019-cu il tarixdən ailə başçısını itirməyə görə pensiyanın təyin olunması və təyin edilmiş pensiya məbləği həddində keçmiş dövr üçün pensiyanın hesablanaraq birdəfəlik qaydada ona verilməsi barədə qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin 30 sentyabr 2019-cu il tarixdən təyin edilməklə X9 ailə başçısını itirməyə görə pensiya təyin edilərək ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi kimi dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6934/2021 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, X9 30 sentyabr 2019-cu il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilərək ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının SÖTMF-yə təqdim etdiyi sənədlərə əsasən mərhum əri X8 məxsus 1991-ci ildə tərtib edilmiş AZE № ******* saylı əmək kitabçasına uyğun olaraq sığorta stajı 01.01.2006-cı ilədək 9 il 7 ay olmaqla tələb olunan müddətdən (11 il 8 ay) azdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Eyni zamanda məhkəmə tərəfindən iddiaçının birinci instansiya icraatı zamanı nümayəndəsi və vəkili olmuş Vəkil Fəxrəddin oğlu da (Bakı şəhəri 6 saylı Vəkil Bürosu) məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı da məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6934/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış 29.04.2021-ci il tarixli ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.1- ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış övladları ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Eyni zamanda həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin edilir. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Təqdim edilən mərhum X6 məxsus 1991-ci il də tərtib edilmiş A3E № ******* saylı əmək kitabçasına əsasən sığorta stajı 01.01.2006-cı il tarixədək 9 il 7 ay olmaqla tələb olunan müddətdən (11 il 8 aydan) azdır. Əlavə olaraq bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X14, daxili nəzarət və monitorinq departamentinin 19 aprel 2021-ci il tarixli xidməti məruzəsinə əsasən X1 əmək kitabçasıbda qeyd edilmiş 27.02.1990-cı il tarixdən 30.05.2004-cü il tarixədək işləmiş olduğu İstehsalat-Texnoloji komplektləşdirmə İdarəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricində olduğuna görə həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Qeyd olunanlara əsasən X9 iddiaçının mərhum əri X4 ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. - Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, X11 ilə İddiaçı arasında nikah 13.12.2016-cı ildə qeydə alınmışdır. - Doğum haqqında şəhadətnamədən (1 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi, 25.06.2018-ci il, qeyd № 3332) görünür ki, 04.06.2018-ci il təvəllüdlü X7 atası X11, anası İddiaçıdır. - Ölüm haqqında şəhadətnamədən (1 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi, 30.09.2019-cu il, qeyd № 1780) görünür ki, X11 21.09.2019-cu il tarixdə vəfat etmişdir. - X4 AZE ******* №-li əmək kitabçasından görünür ki, (notariat qaydasında təsdiq olunmuş surəti işə əlavə olunmuşdur). 12.07.1985-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 27.02.1990-cı il tarixdən 30.05.2004-cü il tarixinədək “Азербметалремстрой” X2-Texnoloji komplektləşdirmə İdarəsində işləmişdir. - Milli Arxiv İdarəsi tərəfindən 11.06.2021-ci il tarixli məktubla bildirilmişdir ki, sorğuda qeyd olunan “Азербметалремстрой” X2 Texnoloji Komplektləşdirmə İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X10 İdarəsi tərəfindən verilmiş 21.06.2021-ci il tarixli məktubunda bildirilir ki, dövlət reyestrində “Азербметалремстрой” X2-Texnoloji komplektləşdirmə İdarəsi adlı kommersiya qurumu aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, keçmiş Dövlət Əmlak Komitəsinin 483 nömrəli, 23.03.1998-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası "xxxx" Dövlət Şirkətinin tabeliyində olan ünvan 2 ünvanında yerləşən "xxxx" İstehsalat Birliyinin mərkəzi aparatı əsasında "xxxx" ASC yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq səhmlərinin 100 (yüz) faizinin özəlləşdirilməsi prosesi 08.06.2004-cü ildə başa çatmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; Həmin Qanunun 17.1-ci maddəsinə əsasən Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinasının əsasını mərhumun 27.02.1990cı il tarixdən 30.05.2004-cü il tarixədək işləmiş olduğu İstehsalat-Texnoloji Komplekləşdirmə İdarəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılmasının mümkün olmaması və bu səbəbdən onun sığorta stajının qanunvericiliklə müəyyən edilmiş iş stajından az olması təşkil etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, X1 tələb edilən sığorta stajı vəfat etdiyi vaxt yaşı 50 yaş 5 ay olduğundan qanunun qeyd edilən normasına əsasən aşağıdakı kimi hesablanır: 50 yaş 5 ay – 15 yaş=35 il ay 5 ay (əmək qabiliyyətli yaş dövrü) 35 il 5 ay x4/12= 11 il 8 ay. Beləliklə, X1 vəfatı ilə əlaqədar ailə başçısını itirməyə görə tələb olunan sığorta stajı 11 il 8 aydır. İş materiallarına əsasən müəyyən edilir ki, X1 əmək kitabçasına əsasən, əmək fəaliyyəti və həqiqi hərbi xidmətdə olduğu dövr 12.07.1985-30.05.2004-cü illəri əhatə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 sentyabr tarixli 217 nömrəli qərarı ilə qüvvədən düşmüşdür) əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci maddəsinə əsasən, 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı digər sənədlərlə yanaşı, həm də əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, X1 işlədiyi müəssisə faktiki olaraq mövcud olduğundan və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirildiyindən və həmin müəssisədə işləməsi faktı əmək kitabçasında öz əksini tapdığından, hazırkı iş üzrə cavabdehin imtinası əsassız olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6934/2021 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6934/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-639/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-639/2022
15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver