Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-64/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Oruczadənin sədrliyi və məruzəsi ilə, X22 və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük rəsmiləşdirilməsinin aparılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 754/2022 saylı, 08 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 sentyabr 2020-ci il tarixli, 705/2020-07 saylı İnvoys əsasında "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş 840 litr “Valaqro Viva” adlı (məhsulun İnvoysdakı kodu **********0111) malın ƏDV-yə cəlb edilmədən gömrük rəsmiləşdirilməsinin aparılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bir sıra perosessual hərəkətlər edildikdən sonra iddiaçı "xxxx" MMC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 25 sentyabr 2020-ci il tarixli, 705/2020-07 saylı İnvoys üzrə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş **********9740 nömrəli gömrük bəyannaməsində bəyan edilmiş “Valaqro Viva”, “Radifarm”, “Valaqro EDTA Cu” adlı (məhsulun İnvoys kodları 31010000, 31010000, ********) malların İnvoysda göstərilən kodları X11 Mal Nomenklaturası üzrə kodlarla eynilik təşkil etdiyindən 18% ƏDV-yə cəlb edilmədən gömrük rəsmiləşdirilməsinin aparılmasının cavabdehə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC İtaliyanın “Valaqro SPA”-dan kənd təsərrüfatı bitkiləri üçün nəzərdə tutulan aqrokimyəvi maddə (Viva, Valaqro EDTA Cu) alaraq Azərbaycan Respublikasına idxal etmişdir. "xxxx" MMC 25 sentyabr 2020-ci il tarixdə **********9740 nömrəli gömrük bəyannaməsində bəyan edilmiş Viva, Valaqro EDTA Cu preparatları laborotoriyaya verilmişdir. Laborotoriya tərəfindən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən etmişdir ki, "xxxx" MMC-nin ünvanına 705/2020-07 nömrəli, xx.xx.2020-ci il tarixli invoysun 3-cü mövqeyi üzrə “Valaqro EDTA Cu” adlı 15% suda həll olan EDTA ilə xelat olunmuş mis tərkibli mineral gübrə (XİF MN üzrə kodu-3824 99 960 9) və 7-ci mövqe üzrə “Valaqro Viva” adlı 3% ümumi azot, 1% üzvi azot, 2% amid azotu, 8% kalium oksid, 8% karbon, 0,02% dəmir tərkibli maye halında üzvi-mineral gübrə (XİF MN üzrə kodu 3105 20 900 0) olduğunu nəzərə alaraq, vergi tutulmasını (ƏDV) göstərmişdir. Bildirmək istəyirlər ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi idxal edəcəkləri mineral gübrənin idxalına dair 1848/20 və 1449/20 saylı rəylər verilmişdir. Həmin rəylərdə qeyd edilən mallar mineral gübrə olduğundan ümumilikdə onun adı bu rəydə aqrokimyəvi maddə adı altında (səkkiz adda) göstərilməklə dövlət standartlarına və digər normativ hüquqi aktların tələblərinə cavab verdiyindən “Pestisidlərin, Bioloji Preparatların və X7 Qeydiyyatı Haqqında” Şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1 və 164.1.31-cı malların ixracından başqa, malların təqdim edilməsinin, işlərin görülməsinin və xidmətlərin göstərilməsinin, habelə idxalında mineral gübrələrin, pestidlərin idxalından vergi ödəmədən azad olunması maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri barədə” 20 aprel 2004cü il tarixli, 58 saylı qərarının “Spesifik gömrük idxal rüsumu dərəcələri advalor gömrük idxal rüsum dərəcələri ilə əvəz edilən malların siyahısı”nın 31-ci qrupuna daxil olan mineral gübrə (XİF MN üzrə kodu 3105 20 900 0; XİF MN üzrə kodu – 3824 99 960 9), yəni Viva, Valaqro EDTA CU preparatları ƏDV-dən azaddır. Lakin laborotoriya tərəfindən həyata keçirilən zamanı aparılan sınaq zamanı aqrokimyəvi maddələr mineral gübrə qanunla mineral gübrə olduğu halda üzvi-mineral gübrə kimi qeydə alınmış və vergiyə (ƏDV) cəlb edilməsi göstərilmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında və Vergi Məcəlləsinin müvafiq maddəsində idxal olunan mallar (kodlar üzrə təsnifatda) vergidən (ƏDV-dən) azaddır. Bakı Baş Gömrük İdarəsi Ekspert İdarəsinin həmin mallarla bağlı qəbul etdiyi rəyə istinad edərək, həmin mallara görə MMC-ni vergiyə cəlb edir. Aqrokimya MMC göstərilən məzmunda Azərbaycan Respublikası Dövlət Gömrük və Bakı Baş Gömrük İdarəsinin Komitəsinə müraciət etmişdir. Müvafiq idarələrdən aldığı cavablardan məlum olur ki, hər iki qurum Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X12 İdarəsinin rəyinə istinad edərək, gübrənin mineral deyil, üzvi-mineral gübrəyə aid olduğundan ƏDV vergisindən azad oluna bilməz qənaətinə gəlmişlər. Bu baxımdan rəyin ləğv edilməsi ilə bağlı Ekspertiza İdarəsinə müraciət olunmasını bildirirlər. "xxxx" MMC Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X12 İdarəsinə etdiyi müraciətdə, göstərilən səbəblər əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2004-cü il tarixli, 58 saylı Qərarı və Azərbaycan Respublikası Vergi Məcəlləsini rəhbər tutaraq, vergiyə cəlb edilmiş mallarla bağlı X12 İdarəsinin (705/2020-07 nömrəli, xx.xx.2020- ci il tarixli invoysun 3-cü mövqeyi üzrə “Valaqro EDTA Cu” adlı 15% suda həll olan EDTA ilə xelat olunmuş mis tərkibli mineral gübrə (XİF MN üzrə kodu-3824 99 960 9) və 7-ci mövqe üzrə “Valaqro Viva” adlı 3% ümumi azot, 1% üzvi azot, 2% amid azotu, 8% kalium oksid, 8% karbon, 0,02% dəmir tərkibli maye halında üzvi-mineral gübrə (XİF MN üzrə kodu 3105 20 900 0) qəbul etdiyi rəyin ləğv edilməsini və rəydə göstərilən malların vergidən azad olunmasına dair qərar qəbul edilməsini göstərmişdi. Lakin ekspertiza idarəsinin cavab məktubunda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 322.1-ci bəndinə istinad edərək vergidən azad edilməsi Gömrük Ekspertizasının səlahiyyətinə daxil olmadığını və aparılmış ekspertizanın düzgün olduğunu və ləğvinə dair heç bir əsaslandırılmış səbəb olmadığını qeyd etmişdir. Qeyd olunmalıdır ki, “Valaqro Viva” adlı gübrəni bəyan etdiyi 3101 00 000 0 təsnifat kodunda - “Bir-biri ilə qarışdırılmış və ya qarışdırılmamış, kimyəvi emal edilmiş və ya emal edilməmiş heyvan və ya bitki mənşəli gübrələr; heyvan və ya bitki mənşəli məhsulların qarışdırılması və ya kimyəvi emalı ilə əldə edilmiş gübrələr aid olması göstərilmişdir. Məktubda isə 3101 00 000 0 təsnifat kodu yalnız üzvi gübrəyə aid olduğundan ƏDV vergisindən azad edilməməsi göstərilmişdir. Lakin həmin təsnifat kodu (3101 00 000 0) Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələrinə aid edilmişdir, ƏDV-yə deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 337 saylı, 24 avqust 2017-ci il tarixli, “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli, 91 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Qərara əsasən idxal gömrük rüsumundan azad oluna bilən 31-ci qrupda sinifləşdirilən "gübrələr” ifadəsi öz əksini tapmışdır. Bu gübrələr sırf gömrük rüsumuna aid edilməsidir. ƏDV-yə cəlb olunması ilə bağlı isə hər hansı bir normativ akt yoxdur. Ümumilikdə mineral və həm də üzvi-mineral gübrələr "Gübrələr” sinfinə aid edilir. Lakin cavabdeh tərəf Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.31-ci maddəsinə istinad edərək gətirilən malın mineral deyil, rəyə əsasən üzvi-mineral gübrə olduğundan vergiyə cəlb olunmasını tələb edir. Qeyd edilən maddədə isə göstərilir ki, əsasən mineral gübrələrin, pestisidlərin idxalı və satışını həyata keçirən müvafiq qurumlar vergi ödəmədən azaddır. "xxxx" MMC-nin gətirdiyi malın tərkibində mineral və həm də üzvi gübrə vardır. Qanunla isə üzvi-mineral gübrələrin ƏDVyə cəlb olunması ilə bağlı hər hansı bir müddəada yoxdur. Bu baxımdan üzvi-mineral gübrə "Gübrələr” sinfinə aid edildiyindən “Aqrokimya" MMC tərəfindən gətirilən “Valaqro Viva” adlı gübrənin tərkibində eyni zamanda mineral gübrə olduğundan (rəyə əsasən) ƏDV-yə cəlb edilə bilməz. Vergiyə cəlb olunma qanunla və ya normativ aktlarla tənzimlənir. Lakin bununla bağlı hər hansı bir tənzimlənmə yoxdur. Azərbaycan Respublikası Vergi Məcəlləsində mineral gübrə göstərilməsinə görə müvafiq icra qurumu qanunu şərh edərək, üzvi-mineral gübrə adı olmadığı səbəbindən gətirilən malın ƏDV-yə cəlb olunması qərarına gəlmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-754/2022 saylı, 08 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim Ş.Həsənova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar maddi və prosessual hüquq normaları pozulmaqla qəbul olunduğu üçün ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin malların təsnifatı adlanan 321-ci maddəsinə əsasən mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların X11 mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər. Bəyan edilən malların X11 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Malların təsnifatını apararkən, gömrük orqanları X11 mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər. İddiaçının təqdim etdiyi **********9740 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı malların təsnifat kodunun düzgün qeyd edilməməsi ilə bağlı şübhə yarandığı üçün müvafiq araşdırma aparılmış və malların təsnifat kodu ilə bağlı ekspertiza rəyinin verilməsi üçün X12 İdarəsinə müraciət edilmişdir. Həmin müraciət nəticəsində keçirilmiş ilkin və kompleks ekspertizaya əsasən cavabdehə elektron formada göndərilmiş xx.xx.2020-ci il tarixli ekspert rəyində invoysun 3-cü mövqeyindəki malın XİF MN üzrə 3824 99 960 9, 7-ci mövqeyindəki malın isə XİF MN üzrə 3105 20 900 0 təsnifat kodu ilə sinifləşdirildiyi göstərilmişdir. Yuxarıda göstərilənlərə əsasən, hazırki iş üzrə X13 İdarəsinin malların təsnifat kodu üzrə verdiyi rəy cavabdeh tərəfindən əsas tutulmuşdur. Lakin məhkəmə qərarında X12 İdarəsinin verdiyi xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə bağlı bildirmişdir ki, sözügedən rəy formal şəkildə əsaslandırılmış, tədqiqatın aparıldığı instrumental vasitələr tam açıqlanmamış və rəyi verən orqanla cavabdeh orqanın eyni mərkəzi icra hakimiyyəti orqanına tabe olmaları da nəzərə alınmaqla qeyd edilən rəyin mötəbərliyini şübhə altına qoyur. Məhkəmə X12 İdarəsinin verdiyi rəyin mötəbərliyini şübhə altına almaqla Gömrük Məcəlləsinin yuxarıda qeyd edilən müvafiq maddələrinə zidd qərar qəbul etmişdir. Həmçinin, məhkəmə qərarının nəticə hissəsində səhv nəticəyə gələrək qeyd edir ki, 25 sentyabr 2020-ci il tarixli, 705/2020-07 saylı invoys üzrə iddiaçı tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş **********9740 nömrəli gömrük bəyannaməsində bəyan edilmiş “Valaqro Viva”, “Radifarm”, “Valaqro EDTA Cu” adlı (məhsulun invoys kodları 31010000, 31010000, ********) malların invoysda göstərilən kodları X11 Mal Nomenklaturası üzrə kodlarla eynilik təşkil etdiyindən 18% ƏDV-yə cəlb edilmədən gömrük rəsmiləşdirilməsinin aparılması cavabdehə həvalə edilməlidir. Halbuki, X11 Mal Nomenklaturası üzrə təsnifat kodları X20 azad olmaları deyil, gömrük rüsumu üzrə tutulmaları yaxud azad olmaları tənzimləyir. X24 üzrə azad olmalar isə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənir. Beləliklə, müəyyən olunur ki, məhkəmə qərarında müxtəlif qanunvericilik normaları sadalansa da, həmin normalar işin faktiki hallarına düzgün tətbiq edilməmişdir. Həmçinin iş materiallarında olan invoysda və Ədliyyə nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin verdiyi rəydə göstərilən 31010000 təsnifat kodu “Bir-biri ilə qarışdırılmış və ya qarışdırılmamış, kimyəvi emal edilmiş və ya emal edilməmiş heyvan və ya bitki mənşəli gübrələr; heyvan və ya bitki mənşəli məhsulların qarışdırılması və ya kimyəvi emalı ilə əldə edilmiş gübrələr” kimi təsvir edilir. Bununla müəyyən olunur ki, həmin təsnifat kodunda olan malların gömrük dəyərindən 0% gömrük rüsumuna cəlb edilsə də, Vergi Məcəlləsinin 164.1.31-ci maddəsi ilə mineral gübrələrin, pestisidlərin idxalı və satışını ƏDV-dən azad edildiyi üçün və həmin mallar da üzvi gübrə olduğu üçün ƏDV-yə cəlb edilməli idi. İş materiallarında olan invoysda və Ədliyyə nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin verdiyi rəydə göstərilən 29224985 təsnifat kodu ilə bağlı olaraq bildirirlər ki, X11 Mal Nomenklaturası üzrə Qrup 29 “Üzvi kimyəvi birləşmələr” adlanır və ümumiyyətlə Qrup 31- də göstərilmiş “Gübrələr” qrupuna aid edilmir. Bununla müəyyən olunur ki, 29224985 təsnifat kodu ilə göstərilmiş malların gömrük dəyərindən 0% gömrük rüsumuna cəlb edilsə də, Vergi Məcəlləsinə əsasən ƏDV-yə cəlb edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mahiyyətcə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: - 102.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. -102.2-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və sürətləndirilməsi məqsədi ilə bağlanılan beynəlxalq müqavilələrə uyğun olaraq, bir sıra dövlətlərdə gömrük rəsmiləşdirilməsi üçün nəzərdə tutulan gömrük sənədlərindən istifadə edilə bilər. - 103.1-cü maddəsinin tələbinə görə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin xüsusiyyətləri aşağıdakılardan asılı olaraq fərqləndirilir: - 103.1.1. gömrük sərhədindən keçirilən malların kateqoriyasına görə; - 103.1.2. gömrük sərhədindən keçirilmə üçün istifadə olunan nəqliyyat vasitəsinin növünə görə; - 103.1.3. malları keçirən şəxsə görə. - 103.2-ci maddəsinə əsasən malların mənşəyindən, göndərilmə və təyinat ölkəsindən asılı olmayaraq, gömrük rəsmiləşdirilməsi eyni qaydada həyata keçirilir. - 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. - 218.1-ci maddəsinə əsasən malların idxalı və ixracı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı və ixracı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. - 218.2-ci maddəsinə əsasən gömrük tarifi aşağıdakılar əsasında müəyyən edilir: 218.2.1. X11 mal nomenklaturası; 218.2.2. tamamilə və ya qismən X11 mal nomenklaturasına əsaslanan və malların ticarəti ilə bağlı tarif tədbirlərinin tətbiqi məqsədilə xüsusi sahələri tənzimləyən qanunvericilik aktları ilə müəyyən edilmiş digər nomenklatura; 218.2.3. X11 mal nomenklaturasının əhatə etdiyi mallara tətbiq olunması nəzərdə tutulan avtonom və ya konvensiya idxal gömrük rüsumları; 218.2.4. müəyyən ölkələrlə, yaxud beynəlxalq təşkilatlarla bağlanılmış beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş preferensial tarif tədbirləri; 218.2.5. müəyyən ölkələrə, yaxud beynəlxalq təşkilatın üzv ölkələrinə münasibətdə birtərəfli qaydada qəbul edilən preferensial tarif tədbirləri; 218.2.6. müəyyən mallar üzrə gömrük rüsumlarının azaldılmasını, yaxud gömrük rüsumlarından azadedilməni təmin edən tədbirlər; 218.2.7. müəyyən malların xüsusiyyətləri, yaxud son istifadəsi ilə əlaqədar olaraq, bu Məcəllə və müvafiq qanunvericiliklə müəyyən edilmiş güzəştli tarif rejimi; 218.2.8. kənd təsərrüfatını, ticarəti və başqa sahələri tənzimləyən qanunvericiliklə müəyyən edilmiş digər tarif tədbirləri. - 219.1-ci maddəsinə əsasən malların tarif təsnifatı gömrük rüsumları, vergilər, malların idxalı və ixracı üzrə qadağalar və məhdudiyyətlər barədə məlumat toplusundan ibarətdir. - 219.2-ci maddəsinə əsasən gömrük orqanları gömrük rüsumlarının və qanunvericilikdə nəzərdə tutulmuş vergilərin tətbiqində malların tarif təsnifatından istifadə edirlər. - 225.1-ci maddəsinə əsasən gömrük rüsumları bəyan edilən malların yerləşdirilməsi üçün seçilmiş gömrük prosedurunun tələbləri əsasında, normativ hüquqi aktlara uyğun olaraq tətbiq olunur. - 225.2-ci maddəsinə əsasən konkret mallar üzrə gömrük rüsumlarının dərəcələrini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Gömrük rüsumlarının dərəcələri rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir. - 225.3-cü maddəsinə əsasən mallar üzrə tarif güzəştləri, gömrük rüsumlarından azad edilmə, tarif preferensiyalarının və güzəştlərinin verilməsi halları və qaydaları “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa və müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktlarına uyğun olaraq tənzimlənir. - 227.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (bundan sonra - Vergi Məcəlləsi) uyğun olaraq gömrük orqanları tərəfindən bu Məcəllənin 228-230-cu maddələrində göstərilən vergilər alınır. - 227.2-ci maddəsinə əsasən gömrük orqanları tərəfindən alınan vergilərin ödəyiciləri, vergilərin hesablanması və ödənilməsi qaydaları, vergilərdən azaedilmə, ödənişlərə möhlət verilmə və onların qaytarıldığı hallar və qaydalar bu Məcəllə və Vergi Məcəlləsi ilə tənzimlənir. - 228-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara X24 bu Məcəlləyə və Vergi Məcəlləsinə uyğun olaraq tətbiq edilir. - 319.1-ci maddəsinə əsasən X11 mal nomenklaturası - malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır. - 319.2-ci maddəsinə əsasən X11 mal nomenklaturasının şərh etmə qaydaları və istənilən təsnifatlandırma səviyyəsindəki mövqelərə dair şərhlər (qeydlər) X11 mal nomenklaturasının ayrılmaz hissəsidir. - 319.3-cü maddəsinə əsasən X11 mal nomenklaturasından tarif və qeyri-tarif tədbirlərinin tətbiqi və xarici ticarətin gömrük statistikasının aparılması üçün istifadə edilir. - 319.4-cü maddəsinin tələbinə görə Azərbaycan Respublikasında istifadə edilən X11 mal nomenklaturası X8 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X14 Edilmiş Sisteminə və X9 X11 vahid mal nomenklaturasına uyğun olmalıdır. -319.5-ci maddəsinə əsasən X11 mal nomenklaturasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. - 321.1-ci maddəsinə əsasən mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların X11 mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. -321.3-cü maddəsinə əsasən bəyan edilən malların X11 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. - 321.4-cü maddəsinə əsasən malların təsnifatını apararkən, gömrük orqanları X11 mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X11 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə Qrup 31-a aid olan qeydlərdə göstərilir ki, bu qrupa aşağıdakılar daxil edilmir: (a) 0511 mal mövqeyindəki heyvan qanı; (b) müəyyən kimyəvi tərkibli ayrı-ayrı birləşmələr (2(a), 3(a), 4(a) və 5-ci bəndlərində göstərilənlərdən başqa); və ya (c) 3824 mal mövqeyinə daxil oedilən, hər birinin kütləsi 2,5 q-dan az olmayan kalium xloridin süni yetişdirilmiş kristalları (optik elementlərdən başqa); kalium xloridin optik elementləri (9001 mal mövqeyi). Bir-biri ilə qarışdırılmış və ya qarışdırılmamış, kimyəvi emal edilmiş və ya emal edilməmiş heyvan və ya bitki mənşəli gübrələr; heyvan və ya bitki mənşəli məhsulların qarışdırılması və ya kimyəvi emalı ilə əldə edilmiş gübrələr XİF MN üzrə 3101 00 000 0 kodu altında sinifləşdirilir və həmin kod altında sinifləşdirilmiş mallar gömrük rüsumundan azaddır. AR Vergi Məcəlləsinin: -164.1-ci maddəsinə əsasən malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur: 164.1.31. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən mineral gübrələrin, pestisidlərin idxalı və satışı; ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan: - "xxxx" Şirkəti tərəfindən iddiaçı "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 705/2020-07 nömrəli invoysdan görünür ki, “Valaqro Viva”, “Radifarm”, “Valaqro EDTA Cu” adlı (məhsulun İnvoys kodları 31010000, 31010000, ********) məhsullar sifariş edilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X12 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 2200-011/0xx-xx/000227 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, "Valaqro Viva" və “Valaqro EDTA Cu” adlı gübrələri ekspertizaya təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli ekspertiza tədqiqatının nəticəsindən görünür ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin ünvanına 705/2020-07 nömrəli, xx.xx.2020-ci il tarixli invoysun 3 və 7-ci mövqeləri üzrə idxal olunan yük XİF MNə görə aşağıdakı kimi sinifləşdirilir: 3-cü mövqeyi üzrə - “X25” adlı 15% suda həll olunan EDTA ilə xelat olunmuş mis tərkibli mineral gübrə - XİF MN üzrə kodu 3824 99 960 9; 7-ci mövqeyi üzrə - “Valagro Viva” adlı 3% ümumi azot, 1% üzvi azot, 2% amid azotu, 8% kalium oksid, 8% karbon, 0,02% dəmir tərkibli maye halında üzvi-mineral gübrə - XİF MN üzrə kodu 3105 20 900 0. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X12 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, "xxxx" MMC-nin 129 saylı, xx.xx.2021-ci il tarixli müraciətinə X13 İdarəsində (MDEİ) baxılmışdır. Bununla əlaqədar bildirilir ki, Bakı Baş Gömrük İdarəsinin 1400- 012/002- 25/008324 saylı, xx.xx.2020-ci il tarixli müraciətinə əsasən "xxxx" MMC-nin ünvanına 705/2020-07 nömrəli, xx.xx.2020-ci il tarixli invoysla idxal olunmuş “X25” və “Valagro Viva” adlı malların ekspertizası aparılmışdır və X11 Mal Nomenklaturasına (XİF MN) əsasən sinifləşdirilmişdir. “X25” adlı mineral gübrənin ekspertizası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 500 saylı, 17 noyabr 2017-ci il tarixli “Azərbaycan Respublikasının X11 mal nomeklaturası, idxal gömrük rüsumlarının dərəcələri və idxal gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında qərarın 31-ci qrup qeydinə əsasən EDTA ilə xelat olunmuş mis tərkibli gübrə 31ci qrupda təsnif oluna bilməz. Həmçinin 31-ci qrupun izahnaməsinə əsasən mikroelement əsaslı gübrə 3824 mal mövqeyində sinifləşdirilməlidir. Göstərilənlərə əsasən “X25” adlı mineral gübrə XİF MN əsasən 3824 99 960 9 alt yarımmövqeyində sinifləşdirilmişdir. “Valagro Viva” adlı gübrənin isə ekspertizası zamanı onun tərkibində amid azot, üzvi azot, kalium oksid, karbon, dəmir əsaslı üzvi və qeyri-üzvi maddələrin qarışığından ibarət üzvimineral gübrə olduğu təyin olunmuş və bu fakt malın markalanması ilə eynilik təşkil edir. Bu əlamətlərə görə də obyekt XİF MN görə 3105 20 900 0 alt yarımmövqeyində sinifləşdirilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 337 saylı, 24 avqust 2017-ci il tarixli, “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Qərara əsasən yalnız 31-ci mal qrupunda sinifləşdirilən gübrələr idxal gömrük rüsumundan azad oluna bilər və Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 164.1.31ci bəndinə əsasən yalnız mineral gübrələr ƏDV ödəməkdən azad edilir. Nəzərlərinə çatdırılır ki, Aqrokimya MMC-nin “Valagro Viva” adlı gübrəni ilk bəyan etdiyi 3101 00 000 0 təsnifat kodu yalnız üzvi gübrəyə aid olduğundan ƏDV vergisindən azad edilmir. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 322.1-ci maddəsinə əsasən malların vergidən azad edilməsi Gömrük Ekspertizasının səlahiyyətlərinə daxil deyildir. - Azərbaycan Qida Təhlükəsizliyi X5 Laborotoriyasının xx.xx.2020-ci il tarixli, 1056- 20/A nömrəli və xx.xx.2020-ci il tarixli, 1057-20/A nömrəli sınaq protokollarından görünür ki, tədqiq olunmuş “Yieldon Valagro (İR 1849/20)”; “Radifarm (İR 1849/20)”; “Viva (İR 1849/20)” ; “Plantofol 20-20-20 (İR 1849/20)”; “MC set (İR 1849/20)”; “X25 (İR 1849/20)”; “Brexil Ca (İR 1849/20)”; “Plantafol 5-15- 45 (İR 1849/20)”; “Actiwave (İR 1849/20)” nümunələrində müvafiq olaraq ümumi azotun miqdarı, kalium oksidin miqdarı, fosfor oksidin miqdarı, sinkin miqdarı, misin miqdarı parametrlərin yolverilən həddinə uyğundur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2022-ci il tarixli, 9/1071 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə Məhkəmə Ekspertiza Mərkəzinə xx.xx.2022-ci il tarixli məktubu ilə göndərilmiş, Azərbaycan Respublikasının X2 1849/20 nömrəli rəyinə əsasən həmin malların tərkibi aşağdakı kimi müəyyən olunur: “Valeqro Viva” – sınaq parametrlərinin adı: ümumi azotun miqdarı - tətbiq edilən müayinə (sınaq) metodları: kjeldahl method, parametrlərin yolverilən həddi – 3.0, sınaq nəticəsində əldə edilmiş dəyər – 2.97, sınaq nəticələrinin qiymətləndirilməsi – uyğundur; sınaq parametrlərinin adı: kalium oksidin (K2O) miqdarı (kaliuma (K) görə) - tətbiq edilən müayinə (sınaq) metodları: AAS method, parametrlərin yolverilən həddi – 8.0, sınaq nəticəsində əldə edilmiş dəyər – 7.7, sınaq nəticələrinin qiymətləndirilməsi – uyğundur; “Valeqro EDTA Cu” - sınaq parametrlərinin adı: misin miqdarı - tətbiq edilən müayinə (sınaq) metodları: AAS method, parametrlərin yolverilən həddi – 15.0, sınaq nəticəsində əldə edilmiş dəyər – 14.4, sınaq nəticələrinin qiymətləndirilməsi – uyğundur. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X11 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş malların “**********", "29224985" göstərilən kodlara uyğunluğu müəyyən edilir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 1400-012/0xx-xx/00953 nömrəli məktubdan görünür ki, onun Bakı Baş Gömrük İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli müraciəti tərəflərindən araşdırılmışdır. "xxxx" MMC-nin **********9740 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmiş 705/2020-07 saylı, xx.xx.2020-ci il tarixli invoys üzrə 3-cü və 7-ci maddələrin X13 idarəsinin 2200- 011/003- 24/000227 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinə uyğun XİFMN koduna düzəliş edilməsi üçün geri qaytarılmışdır. Müraciətdə qeyd etdikləri 2200-011/003- 24/000227 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinin ləğv edilməsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətlərinə aid deyildir. Həmçinin X13 İdarəsinin 2200-011/003- 24/000227 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinə uyğun malların tez bir zamanda bəyan olunaraq rəsmiləşdirilməsinin həyata keçirilməsi onlardan tələb olunur. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədilə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elvin Qəhrəmanov və AR DGK X12 İdarəsinin eksperti Nurlanə Məmmədli iş materiallarında olan rəylərlə bağlı məhkəmə iclasına dəvət edilərək dindirilmişdir. X17 izahatında qeyd etmişdir ki, 21 fevral 2022-ci il tarixdə vəsatət ünvanlanlayaraq Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin 1848/20 və 1449/20 nömrəli mütəxəssis rəyini və “Valaqro Edta CU” və “Valaqro Viva” markalı gübrələrdən nümunə istəmiş və onlara uyğun da rəy tərtib etmişdir. İkinci sual üzrə isə malların kodunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına və Beynəlxalq Konvensiyaya əsasən müəyyən etmişdir. Cavabdehin nümayəndəsinin sualına cavab olaraq X17 bildirmişdir ki, üzvi və mineral gübrənin bir-birindən nə ilə fərqlənməsi ilə bağlı suala cavab verə bilmir, çünki həmin sahə üzrə ixtisaslaşmamışdır. X1 izahatında qeyd etmişdir ki, onlara təqdim edilən gübrələrin ekspertizası malların markalanması əsasında aparılmışdır. “Valaqro Edta CU” adlı mal 15 % suda həll olan Edta ilə xelat olunmuş mis tərkibli mineral gübrədir. Həmin mal tərəflərindən ********** kodu ilə sinifləşdirilmişdir. Lakin tərəflərindən mineral gübrə kimi adlandırılmışdır. Belə ki, gübrənin içində bitkilər və heyvanlara təsir edən mis vardır, mis mikroelement hesab olunur, mikroelement isə mineral gübrələr sinfinə aiddir. Onu da bildirir ki, izahnaməyə əsasən əgər mineral gübrənin içində olan bitki və heyvanlara təsir edə bilən maddə mikroelementdirsə bu zaman həmin gübrə 3824 kodu ilə sinifləşdirilir. “Valaqro Viva” isə 3% ümumi azot, 1% üzvi azot, 2% amid azotu, 8% kalium oksid, 8% karbon, 0,02% dəmir tərkibli maye halında üzvi-mineral gübrədir. Dəmir mineral maddə olsa da digərləri üzvi maddə olduğu üçün üzvi-mineral gübrə hesab edilir və **********0 kodu ilə sinifləşdirilir. Əgər gübrənin tərkibində dəmir olmasa idi 3101 kodu ilə sinifləşdirilərdi. İddiaçının nümayəndəsinin sualına cavab olaraq X18 bildirmişdir ki, gübrələrin kodunun müəyyən edilməsi markalanmalarına və sənədlərə əsasən müəyyən edilmişdir, malların tərkibinin müəyyən edilməsi ilə bağlı sual qoyulmamışdır, belə ki, ekspertizanın hansı formada aparılmasını ekspert özü müəyyən edir. İddiaçı tərəf birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi verildikdən sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək “Radifarm” adlı malın da İnvoysda göstərilən kodları X11 Mal Nomenklaturası üzrə kodlarla eynilik təşkil etdiyindən 18% ƏDV-yə cəlb edilmədən gömrük rəsmiləşdirilməsinin aparılmasının cavabdehə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etdiyindən, ekspert rəyi isə yalnız “Valaqro EDTA Cu” və “Valaqro Viva” adlı mallar üzrə verildiyindən iş üzrə 25 sentyabr 2020-ci il tarixli, 705/2020-07 saylı İnvoys üzrə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş **********9740 nömrəli gömrük bəyannaməsində bəyan edilmiş “Valaqro Viva”, “Radifarm”, “Valaqro EDTA Cu” adlı malların tərkibinin müəyyən edilməsi və həmin malların mineral gübrə hesab edilib-edilməməsi ilə bağlı AR X2 mütəxəssis rəyi alınmışdır. AR X6 rəyində qeyd edilmişdir ki, AZ-19040131/LAB05-24036-T-036 nömrəli protokoldakı müayinə nəticələri və məhsullar üzərində qeyd edilən etiket məlumatları 0001 və 0002 nömrəli nümunələri üzvi-mineral, 0003 nömrəli nümunəni isə mineral gübrə olaraq qiymətləndirməyə əsas verir. Beləliklə, işin araşdırılması zamanı müəyyən edilir ki, iddiaçı "xxxx" MMC tərəfindən İtalya Respublikasından idxal edilmiş “Viva” və “Radifarm” adlı mallar “3101 00 000 0” kodu, “X25” adlı mal isə “2922 4985” kodu ilə iddiaçının ünvanına göndərilmiş, iddiaçı gömrük bəyannaməsində sözügedən malları “3101 00 000 0” və “2922 4985” kodu ilə bəyan edərək gömrük dəyərinin 0% olmasını bəyan etmiş, sözügedən mallar barəsində Bakı Baş Gömrük İdarəsindən X12 İdarəsinə göndərilən sorğuya əsasən ekspertiza aparılmış və ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin ünvanına 705/2020-07 nömrəli, xx.xx.2020-ci il tarixli invoysun 3-cü mövqeyi üzrə - “X25” adlı 15% suda həll olunan EDTA ilə xelat olunmuş mis tərkibli mineral gübrə - XİF MN üzrə kodu 3824 99 960 9; 7-ci mövqeyi üzrə - “Valagro Viva” adlı 3% ümumi azot, 1% üzvi azot, 2% amid azotu, 8% kalium oksid, 8% karbon, 0,02% dəmir tərkibli maye halında üzvi-mineral gübrə - XİF MN üzrə kodu 3105 20 900 0 sinifləşdirilir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən idxal edilmiş malların 31-cu qrupa aid edilmədiyini bildirərək iddiaçı tərəfindən bəyan edilmiş malların X13 İdarəsinin 2200-011/0xx-xx/000227 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinə uyğun bəyan olunaraq XİF MN üzrə 3824 99 960 9 kodu və XİF MN üzrə 3105 20 900 0 kodu ilə rəsmiləşdirilməsinin həyata keçirilməsini tələb etmişdir. Hazırda iddiaçı cavabdehin həmin tələbini inzibati icraat qaydasında mübahisələndirir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iş materiallarında olan invoysda və Ədliyyə nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin verdiyi rəydə göstərilən 31010000 təsnifat kodu “Bir-biri ilə qarışdırılmış və ya qarışdırılmamış, kimyəvi emal edilmiş və ya emal edilməmiş heyvan və ya bitki mənşəli gübrələr; heyvan və ya bitki mənşəli məhsulların qarışdırılması və ya kimyəvi emalı ilə əldə edilmiş gübrələr” kimi təsvir edilir. Bununla müəyyən olunur ki, həmin təsnifat kodunda olan malların gömrük dəyərindən 0% gömrük rüsumuna cəlb edilsə də, Vergi Məcəlləsinin 164.1.31-ci maddəsi ilə mineral gübrələrin, pestisidlərin idxalı və satışını ƏDV-dən azad edildiyi üçün və həmin mallar da üzvi gübrə olduğu üçün ƏDV-yə cəlb edilməli idi. İş materiallarında olan invoysda və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin verdiyi rəydə göstərilən 29224985 təsnifat kodu ilə bağlı olaraq bildirirlər ki, X11 Mal Nomenklaturası üzrə Qrup 29 “Üzvi kimyəvi birləşmələr” adlanır və ümumiyyətlə Qrup 31- də göstərilmiş “Gübrələr” qrupuna aid edilmir. Bununla müəyyən olunur ki, 29224985 təsnifat kodu ilə göstərilmiş malların gömrük dəyərindən 0% gömrük rüsumuna cəlb edilsə də, Vergi Məcəlləsinə əsasən ƏDV-yə cəlb edilməlidir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası ilk öncə diqqətə çatdırır ki gübrə - bitkiləri qida maddələrlə təmin etmək üçün torpağa, bəzən isə yarpaqlara (kökdənxaric qidalanma) verilən üzvi və mineral maddələrdir. Mineral gübrələr — tərkibində bitkilər üçün qida elementləri olan birləşmələr, əsasən duzlardır. Bitkilərin sürətli inkişafını və məhsuldarlığını təmin edən maddələr yığımından ibarət xüsusi kimyəvi məhsullardır. Bitkilərə çox miqdarda lazım olan elementlərə (C, O, H, N, P, K, Ca, Mg, Fe, S) makroelementlər, tərkibində həmin elementlər olan gübrələrə isə makrogübrələr və ya adi gübrələr deyilir. Bitkilər üçün az miqdarda lazım olan elementlər (B, Cu, Co, Mn, Zn, Mo və s.) mikroelementlər, tərkibində həmin elementlər olan gübrələr isə mikrogübrələr adlanır. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.31-ci maddəsinə istinad edərək gətirilən malın mineral deyil, rəyə əsasən üzvi-mineral gübrə olduğundan vergiyə cəlb olunmasını tələb edir. Qeyd edilən maddədə isə göstərilir ki, əsasən mineral gübrələrin, pestisidlərin idxalı və satışışını həyata keçirən müvafiq qurumlar vergi ödəmədən azaddır. Bilindiyi kimi mineral gübrələrin tərkibinə görə müxtəlif növləri mövcuddur. Vergi Məcəlləsinin qeyd edilən normasına diqqət edilsə aydın olur ki, mineral gübrənin hər hansı bir növünü fərqləndirməmiş, geniş anlamda mineral gübrələrin hamısının idxalını ƏDV-dən azad etmişdir. Bu baxımdan kollegiya qeyd edir ki, üzvi-mineral gübrə "mineral gübrələr” sinfinə aid edildiyindən “Aqrokimya" MMC tərəfindən gətirilən mallar da mineral gübrə sinfinə aid edildiyindən ƏDV-yə cəlb edilə bilməz. Vergiyə cəlb olunma qanunla və ya normativ aktlarla tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsində mineral gübrə göstərilməsi, lakin üzvi-mineral gübrə adının olmaması əsası ilə gətirilən malın ƏDV-yə cəlb olunması əsassızdır. Bakı İnzibati Məhkəməsinin icraatında olan başqa oxşar iş üzrə iddiaçı "xxxx" MMC tərəfindən bəyan olunmuş **********5000, **********7493, **********3780, **********7609, **********3540, **********9872 və **********279872 və **********4897 sorğu nömrəli gömrük bəyannamələrində sadalanan malların kodlarının (36-cı qrafada) həmin malların tərkiblərinə görə qeyd olunan imtiyaz kodlarına uyğun olub-olmaması ilə bağlı ekspertiza təyin edilmiş, tədqiqat üçün eyni zamanda “Valaqro Viva”, “Radifarm”, “Valaqro EDTA Cu” adlı mallardan nümunələr təqdim edilmişdir. Ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X11 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş gübrələr aşağıda qeyd edilən alt yarımmövqeylərdə sinifləşdirilir: - Valagro Viva - 1 litr, Valagro Radifarm -1 litr, Valagro Brexİl Ca - 1 kq (heyvan və bitki mənşəli məhsulların qarışdırılması və kimyəvi emalı ilə əldə edilmiş Kalsiüm kübrəsi), Valagro Yieldon on - 10 litr, Valagro Actiwave - 1 litr gübrələr, heyvan və bitki mənşəli gübrələr olub, kimyəvi emal ilə əldə edilmiş gübrə - 3101 00 000 0, - X25- 5 kq (tərkibi mis elementindən ibarət olan gübrə), Valagro MC Set - 1 litr gübrənin tərkibi bitki ekstratları və mikroelementlərdən ibarət olan gübrə - 2922 49 850 0, - Valagro Plantofol 20.20.20- 1 kq gübrənin tərkibində azotun miqdarı 10 kütlə %-dən çox (20) olduğundan - 3105 20 100 0, - Valagro Plantofol 5.15.45 - 1 kq gübrələrin tərkibində azotun miqdarı 10 kütlə %dən az (5) olduğundan - 3105 20 900 0. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfin nümayəndəsi bildirmişdir ki, iddiaçı MMC tərəfindən əvvəlki illər üzrə də “Valaqro Viva”, “Radifarm”, “Valaqro EDTA Cu” adlı mallar idxal olunmuş, lakin 18% ƏDV-yə cəlb edilməklə gömrük rəsmiləşdirilməsinin aparılması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı tələb irəli sürülməmişdir, cavabdeh inzibati orqanın nümayəndəsi də bununla bağlı inzibati praktikanın olmasını inkar etməmişdir. Bu baxımından iş üzrə etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu məsələsinə də qiymət verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi iləbağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən Məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 754/2022 saylı, 08 dekabr 2022-ci il tarixli qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 754/2022 saylı, 08 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-64/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-64/2024
25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver