Məhkəmə qərarları › İş №2-1(103)-64/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-64/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-64/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehna qarşı “tibbi göndərişin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X16 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X10 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehna qarşı “tibbi göndərişin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6276/2023 saylı 15 noyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Şahmar oğlu xx.xx.1989-cu il təvəllüdlüdür. İddiaçı ilkin olaraq xx.xx.2004-cü il tarixində sağlamlıq imkanları məhdud uşaq hesab edilmiş, xx.xx.2014-cü ildə növbəti qiymətləndirmə zamanı ümumi xəstəlik səbəbi ilə Diabetik polineyropiya. Diabetik nefropatiya diaqnozu əsasında 1 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmış, iddiaçının əlillik təyinatı xx.xx.2016-cı il tarixində 5 il müddətinə xx.xx.2021-ci ilədək elektron təyinatla avtomatlaşdırılmış qaydada uzadılmışdır. Növbəti əlillik təyinatı zamanı sağlamlıq vəziyyəti xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar əsasında əlillik təyinatından imtina edilmişdir. Bundan sonra iddiaçı barəsində tibbi göndərişin tərtib edilərək əlillik alt sistemində yerləşdirilməsi üçün qeydiyyatda olduğu Cavabdehna müraciət etmiş, lakin cavabdeh onun tələbini təmin etməkdən imtina etmişdir. Belə ki, 2 nömrəli Həkim Məsləhət Komissiyası tərəfindən əliliyin təyin edilməsi üçün göndərişlərin verilməsindən imtina Aktında qeyd olunmuşdur ki, Cavabdeh sədri və üzvləri X5, Naibov Q. Əli oğlu, İ.H.Manafov, M.R.Cəfərova, K.M.Qurbanova bu Aktı tərtib etmişdir ondan ötrü ki, İddiaçı Şahmar oğlu əlilliyin müəyyən edilməsi məqsədilə tibb müəssisəsinin Həkim Məsləhət Komissiyasına müraciət etmişdir və xx.xx.2022-ci il tarixdə keçirilən Həkim Məsləhət Komissiyasının iclası zamanı onun 10.9 diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlilliyin müəyyən edilməsinə əsas verən diaqnozlara uyğun gəlmədiyi müəyyən edilmişdir. Bu səbəbdən "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası’nın təsdiq edilməsi və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarına əsasən şəxsin tibbi sənədlərinin əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina edilmişdir. Həmin imtina məktublarından narazı qalan İddiaçı cavabdehlər Bakı Baş Səhiyyə Mərkəzi və Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilməsi, əlilliyin qiymətləndirilməsi üçün Tibbi-Sosial Ekspertiza Müayinəsinə göndərişin verilməsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Baş Səhiyyə Mərkəzinin cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı şəkərli diabetin insulindən asılı formasından uzun müddətdir ki, əziyyət çəkir. Xəstəliklə bağlı sonuncu dəfə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X11 müalicə almış və bunla bağlı Ambulator kitabçadan çıxarış verilmişdir. Bundan başqa ƏƏSMN tərəfindən 14 aprel 2010-cu il tarixdən başlayaraq 2-ci qrup əlil kimi qeydə alınmışdır. 2022-ci ildə əlilliyə görə yenidən yoxlanışdan keçmək zərurəti yarandığından Əlilliyin müəyyən edilməsi və qeydə alınması üçün göndərişin verilməsi üçün Cavabdehna müraciət etmişdir. Lakin, cavabdehin xx.xx.2022-ci il tarixli “X12 X8 Edilməsi üçün Göndərişlərin verilməsindən İmtina Aktı” əsasında ona Azərbaycan Respublikası NK-nin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı əsas gətirilərək imtina verilmişdir. Verilmiş imtina tamamilə əsasızdır və cavabdehin hərəkətləri qanunsuz hesab edilməklə əliiliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən yazılı etiraz təqdim olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6276/2023 saylı 15 noyabr 2023-cü il tarixli qərar ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçı iddia tələbinin və apellyasiya şikayətininin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçının tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aiddir, onun tələbinin təmin olunmasından cavabdeh inzibati orqan imtina etdikdən sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən mümkünlük şərtlərinə əməl olunduğu üçün iddiası mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı Cavabdehna qarşı tələbi “əlilliyin qiymətləndirilməsi üçün Tibbi-Sosial Ekspertiza Müayinəsinə göndərişin verilməsi” barədədir. İddiaçının bu barədə tələbi inzibati orqan tərəfindən təmin olunmadığı üçün o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır . 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. İş materiallarından aydın olur ki, iddiaçı ilkin olaraq xx.xx.2004-cü il tarixində sağlamlıq imkanları məhdud uşaq hesab edilmiş, xx.xx.2014-cü ildə növbəti qiymətləndirmə zamanı ümumi xəstəlik səbəbi ilə Diabetik polineyropiya. Diabetik nefropatiya diaqnozu əsasında 1 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmış, iddiaçının əlillik təyinatı xx.xx.2016-cı il tarixində 5 il müddətinə xx.xx.2021-ci ilədək elektron təyinatla avtomatlaşdırılmış qaydada uzadılmışdır. Növbəti əlillik təyinatı zamanı sağlamlıq vəziyyəti xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar əsasında əlillik təyinatından imtina edilmişdir. Sonuncu dəfə iddiaçı barəsində tibbi göndərişin tərtib edilərək əlillik alt sistemində yerləşdirilməsi üçün qeydiyyatda olduğu Cavabdehna müraciət etmiş, lakin 2 nömrəli Həkim Məsləhət Komissiyası tərəfindən əliliyin təyin edilməsi üçün göndərişlərin verilməsindən imtina Aktına əsasən iddiaçıya bildirilmişdir ki, Cavabdeh sədri və üzvləri X5, Naibov Q. Əli oğlu, İ.H.Manafov, M.R.Cəfərova, K.M.Qurbanova bu Aktı tərtib etmişdir ondan ötrü ki, İddiaçı Şahmar oğlu əlilliyin müəyyən edilməsi məqsədilə tibb müəssisəsinin Həkim Məsləhət Komissiyasına müraciət etmişdir və xx.xx.2022-ci il tarixdə keçirilən Həkim Məsləhət Komissiyasının iclası zamanı onun 10.9 diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlilliyin müəyyən edilməsinə əsas verən diaqnozlara uyğun gəlmədiyi müəyyən edilmişdir. Bu səbəbdən "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası’nın təsdiq edilməsi və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarına əsasən şəxsin tibbi sənədlərinin əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 “Bakı Baş Səhiyyə Mərkəzi”X23 16 Nömrəli Şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli, 251 və xx.xx.2023-cü il tarixli, 3-17-4/2- 12410/2023 nömrəli məktublarında bildirilmişdir ki, ünvan 3 ünvanında yaşayan, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı xx.xx.2009-cu ildən Cavabdehnda dispanser qeydiyyatdadır. D/z: Şəkərli diabet tip İ. 2011-ci ildən İİ qrup əlildir. xx.xx.2021- ci ildən əlilliyin təsdiqi üçün növbəti TSEK-ya göndəriş verilmişdir. xx.xx.2021-ci il tarixində TSEKnın cavabı: Əlavə müayinə və müalicə. Xəstə müalicədən imtina etmişdir. xx.xx.2022-ci ildə xəstə yenidən poliklinikaya müraciət etmişdir. Əlilliyin qiymətləndirilməsi üçün TSEKya göndəriş tələb etdi. Nərimanov, X19 və X13 müayinədə olmuşdur. Müvafiq laborator və funksional diaqnostik müayinələrdən keçmişdir. Yazılan diaqnozlar və alınan nəticələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” uyğun gəlmədiyi üçün xx.xx.2022-ci il tarixində poliklinikanın HMK tərəfindən imtina aktı verilmişdir. Bütün xəstəxana epikrizləri xəstənin özündədir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-12410/2023 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2004-cü il tarixində qiymətləndirilmə aparılmış və 16 yaşınadək (xx.xx.2005-ci il ilədək) sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir. Sağlamlıq imkanları məhdudluğunun bitdiyi xx.xx.2005-ci il tarixindən sonra vətəndaşın əlillik vəziyyəti növbəti dəfə xx.xx.2014-cü ildə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Vətəndaşa təyin edilmiş ikinci dərəcə əlillik təyinatı xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Bildiririk ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra vətəndaşa dair 16 nömrəli Bakı Şəhər Poliklinikası tərəfindən 0085003AAD5F nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və stasionar müalicə günləri yeterli olmadığından əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Həmin məktubla göndərilmiş iddiaçıya aid əlillik alt sistemi sənədlərindən görünür ki, iddiaçının əlillik vəziyyətinə Bakı şəhər endokrinoloji dispanseri tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli göndəriş əsasında xx.xx.2004-cü il tarixdə baxılmış və Səbəb: Sağlamlıq imkanları məhdud uşaqlar, X1: İV sinif – Endokrin sistemi xəstəlikləri, maddələr => E10 – E14 – Şəkərli diabet => E10 X17 diabet, Diaqnozun mətni: Şəkərli diabet İ tip, ağır forma, insulin tələbli, Meyar:4. 16 yaş tamam olana qədər: => DİGƏR: şəkərli diabet İ tip səbəbi ilə 16 yaşınadək əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə əlillik təyinatına Cavabdeh xx.xx.2014-cü il tarixli göndəriş əsasında xx.xx.2014-cü il tarixdə baxılmış və Səbəb: ümumi xəstəlik, X1: İV sinif – Endokrin sistemi xəstəlikləri, maddələr => E10 – E14 – Şəkərli diabet => E10 X17 diabet, Diaqnozun mətni: Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Diabetik polineyropiya. Diabetik nefropatiya, Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-alergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə əlillik təyinatına Cavabdeh xx.xx.2015-ci il tarixli göndəriş əsasında xx.xx.2015-ci il tarixdə baxılmış və Səbəb: ümumi xəstəlik, X1: İV sinif – Endokrin sistemi xəstəlikləri, maddələr => E10 – E14 – Şəkərli diabet => E10 X17 diabet, Diaqnozun mətni: Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Diabetik polineyropiya. Diabetik nefropatiya, Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-alergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə elektron təyinatla xx.xx.2016-cı il tarixdə Səbəb: ümumi xəstəlik, X1: İV sinif – Endokrin sistemi xəstəlikləri, maddələr => E10 – E14 – Şəkərli diabet => E10 X17 diabet, Diaqnozun mətni: Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Diabetik polineyropiya. Diabetik nefropatiya, Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-alergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə əlillik dərəcəsinə Cavabdeh xx.xx.2021-ci il tarixli göndəriş əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və X1: İV sinif – Endokrin sistemi xəstəlikləri, maddələr => E10 – E14 – Şəkərli diabet => E10 X17 diabet, Diaqnozun mətni: E10.7 insulindan asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, X17 Diabet Tip 1 Ağır Forma, Ağırlaşma G63,2* Diabetik polinevropatiya(E10-14 ümumi dördüncü .4 işarəsi İlə), Diabetik Polinevropatiya, Ağırlaşma H36.0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), Ou- Diabetik Retinopatiya, Ağırlaşma 179.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, X14 Angiopatiyası, Yanaşı xəstəliklər İ10 Essensial [birincili] hipertenziya, Hipertoniya Xəstəliyi 2-ci Mər, Resu 4, Yanaşı xəstəliklər D50 Dəmir defisitli anemiya, Normoxrom Anemiya, İmtina: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslı klinikada əlavə müayinə və müalicə qərarı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6276/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilməsi qərara alınmış və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi-Ekspertiza və X9” X23 tərəfindən verilmiş 3600 nömrəli xx.xx.2023-cü il tarixli məktubu ilə göndərilmiş T 551/2023 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 14 avqust 2023-cü il tarixdə Mehdiyev X7 Təkrari ekspertizalar şöbəsində müayinədən keçirildi. Deməsinə görə 2009cu ildən “Şəkərli diabet” xəstəsidir. Hal-hazırda xəstəliyi insulin tələblidir. 18 ildir pensiya alır. TSEK tərəfindən İİ qrup əlillik təyin edilmişdir. 2021-ci ilin aprel ayında pensiya müavinəti dayandırılmışdır. Hal-hazırda şikayəti ayaqların keyləşməsindən, göynəmə hissindən görmənin zəifləməsindən, diurezin tezləşməsindən, ağızda quruluqdandır. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi köklükdədir. Müayinə olunan Akademik M.Topçubaşov adma X15 aşağı ətraf damarlarının doppler müayinəsinə göndərildi. Müayinə olunan telefonla məlumat verdi ki, radioloq olmadığından onu “Olimp Hospital”a göndərdilər. xx.xx.2022-ci il tarixdə “Olimp Hospita”da hər iki aşağı ətrafların divarlarında kirəclənmə. Axım forması trifazikdir. Nəticədə: 1989-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1. Vətəndaş İddiaçı adma Cavabdehnda tərtib edilmiş xx.xx.2021- ci il tarixli Forma 088 göndərişində qeyd edilmiş “E10.7- X17 diabet, çoxsaylı ağırlaşmalarla, X17 diabet tip 1 ağır forma. Ağırlaşma: G63,2*- diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə), diabetik polinevropatiya.- Ağırlaşma: H36.0*- diabetik retinopatiya (El0-E14 ümumi dördüncü .3 işarəsi ilə), OUdiabetik retinopatiya. Ağırlaşma: 179.2*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamam rast gəlinən periferik angiopatiya, X14 angiopatiyası” diaqnozda olan əsas xəstəlik və ağırlaşmalarından o, hazırda da əziyyət çəkir. Diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”mn bəndlərindən birini aid etmək mümkün olmadı. 2. Həmin xəstəliklərin bərpa müalicələrindən sonra tam reabilitasiyası (sağalması) mümkün deyildir, lakin kəskinləşdiyi halda müalicə oluna bilər. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində ziddiyyətli məqamların aradan qaldırılması, həmçinin, iddiaçının əlavə müalicəyə ehtiyacının olubolmamasını, əlilliyin müəyyən edilməsinə əsas verən səbəblərin araşdırılması, əlillik təyinatı üçün əsas olan diaqnoz və ağırlaşmaların uyğunluğununun müəyyən edilməsi məqsədilə iddiaçının əyani müayinəsi aparılmaqla (instrumental müayinələrin aparıldığını təsdiq edən tibbi texniki sənədlər də təqdim olunmaqla) Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mütəxəssisinin iştirakı olmadan iş üzrə təkrar məhkəmə-tibbi ekspertizasının keçirilməsini məqsədəuyğun hesab etmiş və iş üzrə təkrar məhkəmə-tibbi ekspertizasının keçirilməsi cavabdehin mütəxəssisləri cəlb edilməməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X20-Təcrübi və Tədris Birliyinin ekspertlərinə tapşırılmışdır. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X9” X23nin xx.xx.2024 T562/2024 saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur. Həmin rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, “Vətəndaş E.Ş.Mehtiyev Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “E10.7-X17 diabet, çoxsaylı ağırlaşmalarla, X17 diabet tip 1 ağır forma. Ağırlaşma: G63,2*- diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə) Ağırlaşma: H36.0*-diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə) OU-diabetik retinopatiya. Ağırlaşma: 179.2*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, X14 angiopatiyası. Yanaşı xəstəliklər: 110-essensial [birincili] hipertenziya, hipertoniya xəstəliyi 2-ci mər Resu 4. Yanaşı xəstəliklər: D50-dəmir defisitli anemiya, normoxron anemiya” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulsa da, diaqnozla əlaqədar şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun nüəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər hansı bir bəndinə aid etmək mümkün olmadı.” Məhkəmə kollegiyası həmin rəyi araşdıraraq müəyyən etmişdir ki, rəy məhkəmə qərardadında qeyd olunan məsələlərə aydınlıq gətirə bilməmişdir. Bundan əlavə, məhkəmə qərardadında ekspertizanın Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən mütəxəssis cəlb edilməməklə həyata keçirilməsi qeyd olunsa da, ekspert rəyindən görünür ki, ekspertiza keçirilməsində adı çəkilən qurumun tibbi sosial eksperti iştirak etmişdir. Bu səbəbdən həmin ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilməmiş və məhkəmənin 2-1(103)-1626/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizasının adı çəkilən qurumun nümayəndəsinin iştirakı olmadan keçirilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X9” X23nin xx.xx.2025-ci il tarixli 309/2024 saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur. Həmin rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “E10.7-X17 diabet, çoxsaylı ağırlaşmalarla, X17 diabet tip 1 ağır forma. Ağırlaşma: G63,2*- diabetik polinevropatiya (E 10-14 ümumi dördüncü 4 işarəsi ilə), diabetik polinevropatiya. Ağırlaşma: H36.0*- diabetik retinopatiya (ElO-El4 ümumi dördüncü .3 işarəsi ilə), OUdiabetik retinopatiya. Ağırlaşma: 179.2*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, X14 angiopatiyası. Yanaşı xəstəliklər: 110essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi 2-ci mərhələ, Resu 4. Yanaşı xəstəliklər: D50- dəmir defısitli anemiya, normoxrom anemiya” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də şəxsin xx.xx.2024-cü il tarixdə DTSERA-da müayinəsi zamanı aşağı ətraf arteriyaların doppleroqrafik müayinəsi zamanı magistral arteriyalarında hemodinamik əhəmiyyətli daralmalar izlənilməmiş, göz həkiminin müayinəsi zamanı isə VisOD-0,3;0,6K/i. VisOS- 0,3;0,6K/i olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin qərarla təsdiq edilmiş həmin Meyarların 1.2-ci bəndinə görə bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. Meyarların 3.1-ci bəndinə görə anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: (3.1.1) xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; (3.1.2) xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; (3.1.3) xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X9” X23nin xx.xx.2025-ci il tarixli 309/2024 saylı ekspert rəyi araşdırılarkən müəyyən olundu ki, iddiaçıya qoyulan X17 diabet, çoxsaylı ağırlaşmalarla, X17 diabet tip 1 ağır forma dizaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” 11.2.1-ci bəndində E10 XBT kodu ilə, əsas xəstəliyin ağırlaşması olan diabetik retinopatiya Meyarların 11.2.3-cü bəndində H36.0 XBT kodu ilə və diabetik polinevropatiya Meyarların 11.2.4-cü bəndində G63.2 XBT kodu ilə nəzərdə tutulmuşdur. Göründüyü kimi, cavabdeh qurum tərəfindən iddiaçının vəziyyəti tam olaraq araşdırılmamış və iddiaçının əziyyət çəkdiyi xəstəliklər və ağırlaşmaların qeyd olunduğu tibbi göndərişin tərtib olunmasından əsassız olaraq imtina olunmuşdur. Halbuki “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Kollegiya onu da qeyd edir ki, cavabdeh əvvəlki mövqeyindən fərqli olaraq təkrar əlilliyin təyini zamanı diaqnozun əlilliyə əsas verməməsi halına istinad etsə də, o, əvvəlki davranışından fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, iddiaçıya münasibətdə eyni halla bağlı fərqli yanaşma sərgiləmiş, imtinasını əsaslandırmamış, bununla da əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6276/2023 saylı 15 noyabr 2023-cü il tarixli qərarı ləğv edilməli və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6276/2023 saylı 15 noyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı əziyyət çəkdiyi xəstəliklər və ağırlaşmaların qeyd olunduğu tibbi göndərişin tərtib edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X21 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar