Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-641/2025 09.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10110/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 60 yaşının tamam olduğu nəzərə alınaraq xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Uzun illər müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuş, həmin müəssilərə həmçinin güzəştli şərtlər əmək pensiyasın təyin edilməsinə əsas verən iş yerləri də daxildir. Belə ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına müraciət etmiş, Filial tərəfindən ona ünvanlanmış 03 may 2024-cü il tarixli, № 3-17- 1/2-12- 105156/2024 saylı məktubla güzəştli şərtlərlə əmək pensiyasının təyinindən imtina olunmuşdur. İmtinanın səbəb kimi, ümumi iş stajının 25 ildən az olması, həmçinin 27 yanvar 1983-cü il tarixli əmək kitabçasında xx.xx.1985-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində kolxozda işlədiyinin qeyd olunduğunu, lakin həmin dövrləri təsdiq edən kolxozçunun əmək kitabçasının və dövlət arxivindən arayışın da olmadığı göstərilmişdir. Lakin o, həqiqətən də kolxozda işləmiş və bu fakt əmək kitabçası ilə sübut olunur…” Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsinə etirazında iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “... 1.Ümumi staja münasibətdə: a) təqdim edilmiş iddiaçıya məxsus xx.xx.1983-cü il tarixli əmək kitabçasında xx.xx.1985xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində onun kolxozda işlədiyi qeyd olunmuşdur. Sözügedən dövrə münasibətdə kolxozçunun əmək kitabçası olmadığından və həmin dövr üzrə məlumatlar dövlət arxivinin arayışı əsasında təsdiq olunaraq iddiaçı tərəfindən cavabdeh orqana təqdim edilmədiyindən həmin müddəti iş stajına daxil etmək mümkün olmamışdır. b) Həmçinin “X3” QSC-nin iddiaçıya dair xx.xx.2023-cü il tarixli 13- 3- 1/3-9-296/2023 nömrəli arayışda xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1993-xx.xx.1997- ci il və xx.xx.2000xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər ərzində onun üzücü heyətdə matros və bosman vəzifələrində işlədiyi göstərilmişdir. Həmin dövrdəki iş stajına dair məlumatların dəqiqləşdirilməsi məqsədilə cavabdeh orqan tərəfindən aidiyyəti üzrə sorğu göndərilmişdir. Cavab olaraq “X4”nın xx.xx.2024-cü il tarixli 13-3- 2/2-R-xx-xx/2024 nömrəli məktubuna əsasən 1993-cü il üzrə 1 ay, 1994-cü il üzrə 4 ay, 1996-cı il üzrə 2 ay, 1997-ci il üzrə 5 ay, 1995-ci il üzrə 12 ay və xx.xx.1998- xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya əmək haqqı ödənilmədiyi qeyd olunmuşdur. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən iddiaçıya əmək haqqı ödənilməyən, onun işləmədiyi müddəti (ümumilikdə 5 il 3 ay) iş stajına daxil etmək mümkün olmamışdır. Nəticə etibarilə, iddiaçının ümumi iş stajı yuxarıda göstərilən səbəblərdən qanunvericiliklə tələb olunan minimum sığorta stajından (25 il) az, yəni 22 il 3 ay 1 gün (xx.xx.1977xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1987xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988- xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1992- ci il, xx.xx.1992xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1996xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.1997-ci il, xx.xx.1997xx.xx.1997-ci il, xx.xx.2001-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 2 il 8 ay) təşkil edir.
2. Güzəştli staja münasibətdə: a) “X4”nın xx.xx.2024-cü il tarixli 13-3-2/2-R-xx-xx/2024 nömrəli məktubuna əsasən iddiaçının əməkhaqqı almadığı ümumilikdə 05 il 03 ay təşkil edən dövr güzəştli staja da daxil edilməmişdir. Yekun olaraq iddiaçının güzəştli stajı da 12 il 06 aydan az, yəni 10 il 10 ay 5 gün olmaqla bu dövrlərdən ibarətdir: xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1993xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1996-xx.xx.1996- cı il, xx.xx.1996xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.1997-ci il, xx.xx.2001-xx.xx.2006-cı il, xx.xx.2006xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər. ...”
3. Pensiya kapitalına münasibətdə: a) Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38477,87 manat təşkil edir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10110/2024 saylı xx.xx.2024-cü il tarixli qərar ilə iddia tələbi təmin edilmiş və İddiaçı (60 yaşının tamam olduğu nəzərə alınaraq) xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazına uyğun əsaslandırlmış, eyni zamanda aşağıdakılar qeyd olunmuşdur: «…İddiaçının kolxozda işləməsi faktını təsdiq edən qanunvericiliklə tələb olunan sənəd mövcud deyildir. Yuxarıda sadalanan normalardan da aydın olur ki, iddiaçının kolxozdakı əmək fəaliyyətini staja daxil edilməsi məqsədilə kolxozçunun əmək kitabçası mütləq surətdə təqdim edilməlidir. İnzibati icraat zamanı aparılan araşdırma zamanı əldə edilmiş məlumat əsasında müəyyən edilmişdir ki, iddiaçıya müvafiq dövrlər üzrə əməkhaqqı ödənilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən staja yalnızca əməkhaqqı alınan dövrlər daxil edilə bilər. Hazırki vəziyyətdə iddiaçının özünün işlədiyi müəssisə xx.xx.2024-cü il tarixli 13-3-2/2-Rxx-xx/2024 nömrəli məktubunda bildirir ki, iddiaçı müəyyən dövr üzrə əməkhaqqı almamışdır. Nəticə etibarilə, ümumi staja daxil edilməyən dövr avtomatik olaraq güzəştli staja da daxil edilməmişdir. Məhkəmə müvafiq dövrləri staja daxil edərkən stajı təsdiq edən sənəd olaraq əmək kitabçısının olduğunu qeyd etsə də, müvafiq dövrlər üzrə həmin müəssisənin verdiyi arayışdan da aydın olur ki, bir sıra dövrlərdə iddiaçının əməkhaqqı alması barədə məlumatlar mövcud deyildir. Buna baxmayaraq məhkəmə həmin dövrü həm ümumi həm də güzəştli staja daxil etmişdir. Halbuki Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)- 669/2024 nömrəli qərarında bildirilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdimedilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib işləmədiyi mötəbər qaydada müəyyən edilməlidir. Məhkəmə isə cavabdeh orqanın mübahisələndirdiyi mübahisəyə dair heç bir əlavə araşdırma aparmamış, iddiaçının inzibati orqana təqdim etdiyi sənədlərlə kifayətlənərək əsassız qərar çıxarmışdır…» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, iddiaçı isə onunla razılaşmamış, bütün hallarda işliyib maaş aldığını bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçının tələbindən göründüyü kimi, xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyası nəzərdə tutur ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən. 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Eyni zamanda iddiaçının təhsil aldığı və həqiqi hərbi xidmətdə olduğu, habelə 2006-cı ilə qədər əmək fəaliyyəti göstərdiyi vaxt qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl də, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə , SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndinə əsasən də “texniki peşə məktəblərində təhsil müddəti” ümumi staja daxil edilirdi.) Həmin Qanunun 69-ci maddəsi isə nəzərdə tuturdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Qanunvericiliyin qeyd olunan normaları nəzərə alınmaqla, iddiaçının 9 dekabr 1982-ci il tarixli hərbi biletinə (HL №3975399) və 27 yanvar 1983-cü il və xx.xx.2007-ci il tarixli əmək kitabçalarınının surətlərinə, habelə işə əlavə olunmuş X1 arayışlarına əsasən aşağıdakı kimi iş stajı müəyyən olunur: xx.xx.1977 - xx.xx.1980: Peşə məktəbində təhsil müddəti – 2 il 10 ay 29 gün; xx.xx.1980 - xx.xx.1982: müddətli hərbi həqiqi xidmət - 2 il 2 ay 4 gün; xx.xx.1983 – xx.xx.1985: X2 matros – 2 il 1 ay 22 gün; xx.xx.1985 - xx.xx.1987:Saratov vil.«İliçin vəsiyyətləri» kolxozu fəhlə -2 il 9ay15 gün xx.xx.1987 - xx.xx.1988: sovxozda fəhlə - 5 ay 12 gün; xx.xx.1988 - xx.xx.1988: sovxozda maldar – 7 ay 19 gün; xx.xx.1988 - xx.xx.1989: zavodda ocaqçı - 10 ay 20 gün; xx.xx.1989 - xx.xx.1989: Planet kooperativində suvaqçı 6 ay 23 gün; xx.xx.1989-xx.xx.1990: «Bezımyansk» X6. kafedə aşbaz- 7ay 7gün; xx.xx.1991-xx.xx.1992: Bakı Azbest və Ker. Məm.» zavodu fəhlə-1il 8ay 9 gün; xx.xx.1992-xx.xx.1993: Bakı MTJBK, formatçı – 5 ay 5 gün; xx.xx.1993-xx.xx.2001: X4 matros - 7 il 11 ay 13 gün; xx.xx.2001-xx.xx.2007: «BUE Caspian LTD Şirkəti» matros- 6 il 3 ay 14 gün; xx.xx.2012-xx.xx.2013 «Caspian Mainport LTD Şirkəti, matros – 1 il 2 ay. İddiaçının əmək fəaliyyəti üzrə xx.xx.1985-xx.xx.1987 dövründə “RF Saratov vilayətində «İliçin vəsiyyətləri» kolxozunda fəhlə kimi işlədiyi müddət minimum əmək gününə dair sənəd (arayış) təqdim etmədiyndən, İPM-in 14.3-cü maddəsinə müvafiq olaraq, xx.xx.1985-xx.xx.1987 dövründə qeyd edilən kolxoz stajının sığorta stajına qəbul edilməsi mümkün hesab edilməsə belə, həmin dövr nəzərə alınmadan da onun əmək fəaliyyəti ümumiləşdirildikdə 25 ildən çox (27 il 10 ay 27 gün) təşkil edir. Həmçinin onun qeyd olunan iş stajının tərkibindən göründüyü kimi, onun X2, « BUE Caspian LTD Şirkəti» və «Caspian Mainport LTD Şirkətində də üzən heyətdə motros kimi 12 il 6 aydan da çox güzəştli pensiya hüqu verən sığorta stajı mövcuddur. Belə ki, işə əlavə olunmuş "xxxx" QSC-nin işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 13- 3-2/3-9-296/2023 nömrəli Arayışda aşaığdakılar qeyd edilmişdir: “...İddiaçı xx.xx.1983-cü il tarixində X5 Donanmasının istifadəsində olan “Çıraqçay” gəmisinə şagird-matros peşəsinə (xx.xx.1983-cü il tarixli 37-r/s nömrəli əmr) işə qəbul edilmişdir. O, xx.xx.1983-xx.xx.1985-ci, xx.xx.1993-xx.xx.1997-ci illər, eləcə də xx.xx.2000xx.xx.2001-ci il tarixlərindən “İ.Kərimov”, “Atlet-6”, “M.Qasımov”, “Q.Abbasov” gəmilərində 1-ci, 2-ci dərəcəli matros peşəsində və bosman vəzifəsində işləmişdir. xx.xx.2001-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (xx.xx.2001-ci il tarixli 63-r/s/ nömrəli əmr) (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə, eləcə də işlədiyi gəmilər Donanmanın istifadəsində olan gəmilərə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 № li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət-kod: ********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aid edilir...” Eyni zamanda, BUE Kaspian Ltd Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyiinin işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli Aryışında aşağıdakılar qeyd edilmişdir: “...İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2007-ci ilə qədər (6 il 3 ay 14 gün) BUE Caspian lts Şirkətinin gəmilərində matros vəzifəsində çalımışdır. Yuxarıda adı çəkilən vəzifə dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının üzən gəmi heyətinə aid edilir (işlədiyi gəmi yardımçı-xidmət şəhərətrafı və şəhərdaxili yol gəmisi hesab edilmir) və bu da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»n n 21-ci (Nəqliyyat) bölməsinin 21.2 bəndinin «b» yarımbəndində göstərilmişdir. Əsas: Gəmisahiblərinin əmrləri, şəxsi vərəqə T-2, ştat cədvəli, «Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində xidmət Nizamnaməsi»...” Bundan əlavə, iddiaçının əmək kitbaçaçsının qeydlərindən göründüyü kimi, iddiaçının xx.xx.2012-xx.xx.2013 «Caspian Mainport LTD Şirkətiində də üzən heyətdə 1 il 2 ay matros kimi fəaliyyəti mövcüddür. X1 iş materiallarının 61-62-ci vərəqlərinə olan arayşları üzrə iddiaçının xx.xx.1983xx.xx.1985 və xx.xx.1993-xx.xx.1997 dövründə, hər ildə bütün aylar üzrə əmək haqqı almadığına gəldikdə, birincisi, həmin dövrdə müəyyən aylar üzrə hansı səbəblərdən ona əmək haqqı cədvəlində maaş yazılmadığı müəyyən deyil. İkincisi, ən azından, tədqiq olunan "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli Arayışından görünən odur ki, iddiaçı xx.xx.1983-xx.xx.1985-ci, xx.xx.1993-xx.xx.1997-ci illər, eləcə də xx.xx.2000-xx.xx.2001-ci il tarixlərindən “İ.Kərimov”, “Atlet-6”, “M.Qasımov”, “Q.Abbasov” gəmilərində 1-ci, 2-ci dərəcəli matros peşəsində və bosman vəzifəsində işlədyi və onun xx.xx.2001-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə (xx.xx.2001-ci il tarixli 63-r/s/ nömrəli əmr əsasında əmək müqaviləsinə xitam verildiyi təsdiq olunur. Digər tərəfdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 23-cü maddəsi isə nəzərdə tutur ki,- 23.1.Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2.1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Eyni zamanda, həmin vaxt, yəni, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» 67-ci maddəsinin 8-ci abzası nəzərdə tuturdu ki, Qanunun əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır ( Bu maddənin 1-ci hissəsində isə iş stajına daxil edilən fəaliyyətlər göstərilir, yəni, 1 yanvar 2002-ci il tarixə qədər staj hesablanarkən sosial sığorta haqlarının ödənilib-ödənilmədiyi nəzərə alınmır.) Qeyd olunanlar, həm də məhkəmə praktikasına görə ən azından, işçinin əmək haqqı hesablanmayan 6 ayının sığrta stajında nəzərə alınması baxımından, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının xx.xx.1983xx.xx.1985-ci, xx.xx.1993-xx.xx.1997-ci illər, eləcə də xx.xx.2000-xx.xx.2001-ci illər üzrə əmək fəaliyyətinin həm ümumi, həm də güzəştli stajı kimi nəzərə alınması və onun 60 yaşının tamam olduğu tarixə 25 ildən çox ümumi 12 il 6 aydan da çox (16 il 01 ay 05 gün) güzəştli staja malik olduğunu müəyyən etməklə, 29 iyun 2022-ci il tarixində qanunvericilikdə yeni dəyişikliyin qüvvəyə minməsi ilə pensiya kapitalına olan tələb artıq istisna olunduğu nəzərə alınmaqla, həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi qanuni və əsaslıdır. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə dair heç bir əlavə araşdırma aparılmadığını, iddiaçının inzibati orqana təqdim etdiyi sənədlərlə kifayətlənərək əsassız qərar çıxardığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10110/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10110/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.