Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-642/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət osial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5046/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı ona 5 saylı “Azərtikinti” İdarəsində xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilə qədər, 1973-cü ilin aprel ayından 1975-ci ilin iyul ayına qədər hərbi xidmətdə olmuş, “Azəenerjitikintiquraşdırma” İdarəsində xx.xx.1975-ci ildən xx.xx.1981-ci ilə qədər, xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilə qədər Rusiya Federasiyasında mövsümi işlərdə, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilə qədər Evtikmə Kombinatında, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilə qədər “Azərkəndtikinti” Trestində, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilə qədər “Azərkəndtikinti” Trestində, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər Rusiya Federasiyasında Başkolxozsovxoztikinti 91 saylı səyyar mexanikləşdirilmiş dəstədə, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə qədər Rusiya Federasiyasında ayrı-ayrı işlərdə, xx.xx.1987-ci ildən xx.xx.1999-cu ilə qədər Azərbaycan DİES-nin nəzdində TQİdə ayrı-ayrı işlərdə işləməsinə görə ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 5 saylı “Azərtikinti” İdarəsində xx.xx.1972ci ildən xx.xx.1973-cü ilə qədər, 1973-cü ilin aprel ayından 1975-ci ilin iyul ayına qədər hərbi xidmətdə olmuş, “Azəenerjitikintiquraşdırma” İdarəsində xx.xx.1975-ci ildən xx.xx.1981-ci ilə qədər, xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilə qədər Rusiya Federasiyasında mövsümi işlərdə, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilə qədər Evtikmə Kombinatında, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilə qədər “Azərkəndtikinti” Trestində, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilə qədər “Azərkəndtikinti” Trestində, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər Rusiya Federasiyasında Başkolxozsovxoztikinti 91 saylı səyyar mexanikləşdirilmiş dəstədə, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə qədər Rusiya Federasiyasında ayrı-ayrı işlərdə, xx.xx.1987-ci ildən xx.xx.1999-cu ilə qədər Azərbaycan DİES-nin nəzdində TQİ-də ayrı işlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Ona halhazırda əmək pensiyası təyin edilməlidir. Ona pensiya təyin edilməsi ilə bağlı Cavadehə müraciət etmişdir. Lakin, cavabdehdən ona pensiya təyin edilməsindən xx.xx.2020-ci il tarixli məktubla imtina edilmiş və onun əmək pensiyası almaq hüququnun olmaması bildirilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli imtina məktubu qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5046/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5046/2020 saylı qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş dir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 25 il sığorta stajına malik olmadığı üçün iddia təmin olunmamalıdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı 5 saylı “Azərtikinti” İdarəsində xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilə qədər, 1973-cü ilin aprel ayından 1975-ci ilin iyul ayına qədər hərbi xidmətdə olmuş, “Azəenerjitikintiquraşdırma” İdarəsində xx.xx.1975-ci ildən xx.xx.1981-ci ilə qədər, xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilə qədər Rusiya Federasiyasında mövsümi işlərdə, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilə qədər Evtikmə Kombinatında, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilə qədər “Azərkəndtikinti” Trestində, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilə qədər “Azərkəndtikinti” Trestində, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər Rusiya Federasiyasında Başkolxozsovxoztikinti 91 saylı səyyar mexanikləşdirilmiş dəstədə, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə qədər Rusiya Federasiyasında ayrı-ayrı işlərdə, xx.xx.1987-ci ildən xx.xx.1999-cu ilə qədər Azərbaycan DİES-nin nəzdində TQİ-də işləmişdir. Birinci instansiya məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” Qanunun 7, 23.2, -ci, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67, 69-cu maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1, 3-cü bəndlərini, İddiaçının təhsil aldığı dövrdə qüvvədə olan (xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş) “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v bəndini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçının əmək kitabçasına qeyd olunan müddəti və təhsil aldığı müddəti topladıqda iddiaçının yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına malik olduğu müəyyən edildiyindən iddiaçıya 64 yaşdan yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əmək pensiyasının təyin olunması üçün tələb olunan 25 il sığorta stajına malik olması iş materialları ilə sübut olunmuşdur. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət osial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5046/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-642/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-642/2021
02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver