Məhkəmə qərarları › İş №2-1(103)-642/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-642/2022

01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-642/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızından və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X23 qızının, İddiaçının vəkili Vəkil1 (Bakı şəhəri 4 saylı Vəkil Bürosu) iştirakı ilə, İddiaçı1 (xx.xx.1964-cü il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan- ünvan 3lak Məsələləri Dövlət Xidmət yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MTK) “mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1(112)-2167/2021 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 19.10.2018-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMCdən aldığı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 1 saylı çoxmənzilli yaşayış binasının Vİ mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.metr olan 3 otaqlı 15 saylı mənzili onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.11.2018-ci il tarixli 2-1(81)-4536/2018 saylı qərarı ilə (hakim E.Məmmədov) iddia təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 1 saylı çoxmənzilli yaşayış binasının Vİ mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.metr olan 3 otaqlı 15 saylı mənzilin İddiaçı1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmişdir. 25.12.2018-ci il tarixində qərar icra edilməsi üçün cavabdehə göndərilmişdir. 11.02.2019-cu il tarixində cavabdeh tərəfindən qərarın icra edilməsi barədə məktub məhkəməyə daxil olmuşdur. "xxxx" Mənzil Tikinti Kooperativi 27.08.2020-ci il tarixində Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi və inzibati məhkəmə icraatının təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 15.10.2020-ci il tarixli 2-1(81)-4536/2018 saylı qərardadı ilə (hakim P.Hüseynov) "xxxx" MTK-nın ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-4536/2018 saylı 15 noyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş və "xxxx" MTK hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi ərizə ilə müraciət edərək hazırkı iş baxılıb yekun nəticə qəbul edilib, qanuni qüvvəsini alana qədər Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717, inşa edilmiş çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.m. olan 3 otaqlı 15 saylı mənzilin üzərinə həbs qoyulması və həmin iş üzrə icraata dönüş barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18.02.2021-ci il tarixli, 2-1(112)-2167/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 18.02.2021-ci il tarixli, 2-1(112)-2167/2021 saylı qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 1 saylı çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.m olan 3 otaqlı 15 saylı mənzilə İddiaçı1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmişdir. Qərar və qərardaddan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1732/2021-ci il tarixli qərardadı ilə (hakimlər M.Tağızadə,X.Cəmilova,A.Hüseynov) üçüncü şəxs "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2167/2021 saylı, 18 fevral 2021-ci il tarixli qərardadı həbsin qoyulmasının rədd edilməsi hissəsində ləğv olunmuş, ərizə həmin hissədə qismən təmin olunaraq Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717, inşa edilmiş çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.m. olan 3 otaqlı 15 saylı mənzilin özgəninkiləşdirilməsi qadağan edilmiş, Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1459/2021 saylı, 12.10.2021-ci il tarixli qərarı ilə (hakimlər K.Bədəlov, N.Rəsulbəyova, İ.Hüseynov) İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2021-ci il tarixli, 2-1(103)-1732/2021 nömrəli qərardadı müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı hissədə ləğv edilmiş, həmin hissədə ərizə mümkün sayılmamış, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin hazırkı apellyasiya icraatı zamanı üçüncü şəxsin Bakı İnzibati Məhkəməsinin 18.02.2021-ci il tarixli, 2-1(112)-2167/2021 saylı qərarından verdiyi apellyasiya şikayətinə baxılır. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan və təqdim olunmuş sənədlərdən məlum olur ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17+(mansarda) mərtəbəli yaşayış binası bütövlüklə "xxxx" Mənzil Tikinti Kooperativinə məxsusdur. Hazırkı iş üzrə İddiaçı1 iş üzrə 3-cü şəxsə "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus binanın mənzilinə dair adına çıxarışın verilməsini iddia edir və həmin mənzilə dair heç bir hüququ olmayan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlamış və mənzilin dəyərini "xxxx" MMC-ə ödəmişdir. Halbuki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ümumiyyətlə həmin binanın mənzillərin satılmasına ixtiyarsız idi və hüququ olmamışdır. Birinci instansiya məhkəməsi işdə olan sənədləri yalnız iddiaçının xeyrinə izah vermiş, İddiaçı1 "xxxx" MMC-i arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 20 noyabr 2012-ci il tarixli bağlanmış 74 №-li müqaviləni, həmin müqavilə üzrə mənzilin dəyərini ödədiyini əsas gətirərək, öz qərarını Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsi ilə əsaslandıraraq iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq sədrlik edənin sualına cavab olaraq iddiaçının məhkəmə iclası barədə məlumatı olduğunu və onun hazırda Belçikada olduğunu bildirdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili Vəkil2 (Bakı şəhəri 12 saylı Vəkil Bürosu) apellyasiya şikayətini müdafiə etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətinə etiraz etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - "xxxx" MMC ilə İddiaçı1 arasında imzalanmış 20.11.2012-ci il tarixli 74 nömrəli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi 1 saylı çoxmənzilli yaşayış binasının Vİ mərtəbəsində 3 otaqlı 15 nömrəli 140,6 kv.m mənzili tikib İddiaçı1 təhvil verilməsini, sonuncu isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. - "xxxx" MMC tərəfindən verilmiş 20 noyabr 2012-ci il tarixli, 74 saylı mədaxil orderindən görünür ki, İddiaçı1 tərəfindən 20 noyabr 2012-ci il tarixli 74 saylı müqavilə üzrə 48000 manat məbləğində ödəniş edilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 26 noyabr 2012-ci il tarixli, 76 saylı mədaxil orderindən görünür ki, İddiaçı1 tərəfindən 20 noyabr 2012-ci il tarixli 74 saylı müqavilə üzrə 78000 manat məbləğində ödəniş edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış 10.10.2018-ci il tarixli, **********83 saylı imtina məktubunda «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10, 11.1, 12.1-ci maddələrinə istinad edilmiş və bildirilmişdir ki, araşdırma aparılan zaman ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. - Bakı ŞİH Başçısının 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamı ilə Bakı şəhəri Nəsimi RİH-in 1 oktyabr 2004-cü il tarixli 01-04/368 saylı razılıq məktubunu, "xxxx" MTK-nın 23 sentyabr 2004-cü il tarixli A/01 saylı müraciətini nəzərə alaraq, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağının layihələşdirilməsi və tikintisinə həmin MTKya icazə verilmişdir. Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MTK-ya müvafiq inşaat pasportu və ayrıc aktı verilmişdir - 5 mart 2006-cı il tarixli "xxxx" MTK ilə (sifarişçi) "xxxx" MMC (podradçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanmışdır. Müqavilənin müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: - 1.1-ci bənd – “Sifarişçi”nin ("xxxx" MTK) tapşırığı ilə “Podratçı” ("xxxx" MMC) öz vəsaiti və riski ilə Bakı ŞİH Başçısının 237 nömrəli 12 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, 28 May küçəsi, 717ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanası yerləşdiyi 0,673 ha torpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, yaşayış binası və 2.220 kv.m ticarət obyektinin inşa edilməsini öhdəsinə götürür, “Sifarişçi” isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan obyektin müvafiq layihə-smeta sənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdıraraq “Podratçı”ya təhvil verməyi öz öhdəsinə götürür; 3.1.12-ci bənd - Podratçı obyektin tikintisi 50% yerinə yetirdikdən sonra öz 50% payı hesabına mənzil bağışlaya və ya satışından nağd pul götürə bilər; - 3.1.14-cü bənd – mənzillərin satılması üçün alıcılarla müqavilələr "xxxx" MTK tərəfindən bağlanır. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına 9 dekabr 2019-cu il tarixdə 246 nömrəli icazə verilmişdir (istismara icazə sənədi). Sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) qismində "xxxx" MTK ("xxxx" MMMC) - Azərbaycan Respublikasının FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən "xxxx" MTK-ya ünvanlanmış 21 avqust 2020-ci il tarixli məktubda qeyd olunur: Sizin binanın istismara hazırlığı barədə rəyə düzəliş edilməsi və eskiz layihəsinin surətinin verilməsi barədə məktubunuza baxılmışdır. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının tikintisi Bakı ŞİH-in 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamı və torpağa dair rəsmiləşdirilmiş ayrıc aktı əsasında "xxxx" MTK tərəfindən həyata keçirilmişdir. Həmin bina istismara icazə verilmədən məskunlaşdırıldığına görə «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına əsasən bina müvafiq qaydada təhlükəsizlik və etibarlılıq nöqteyi nəzərindən müayinədən keçirilmiş və bunun nəticəsində binanın istismara hazırlığı barədə 6 dekabr 2019-cu il tarixli 0266 nömrəli rəy verilmişdir. Həmin binanın sifarişçi funksiyaları, bütün icazəverici və hüquq müəyyənedici sənədləri "xxxx" MTK-ya aid olduğundan, binanın istismara hazırlığı barədə rəy "xxxx" MTK-nın adına rəsmiləşdirilmişdir. Həmin rəydə mötərizədə göstərilən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 149cu maddəsinə uyğun olaraq çoxmənzilli binada yalnız əmlak kompleksini birgə idarə edən qurum kimi nəzərdə tutulmuşdur və binaya dair icazəverici və hüquq müəyyənedici sənədlərin rəsmiləşdirilməsinin formal hüquqi tələblər baxımından ona heç bir aidiyyəti yoxdur. Qeyd olunanları nəzərə alaraq, MTK tərəfindən verilmiş binanın istismara hazırlığı barədə rəydə hər hansı dəyişikliklərin və ya düzəlişlərin edilməsinə zərurət yoxdur. - Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi X3 Baş İdarəsi tərəfindən "xxxx" MMMC-yə ünvanlanmış 28 avqust 2020-ci il tarixli məktubda qeyd olunur: Sizin müraciətiniz əsasında “Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yaşayış binası” üzrə tikinti layihəsinə dair 26 iyul 2019-cu il tarixli 27781 nömrəli ekspertiza rəyində texniki səhvə yol verilmişdir. Ekspertiza rəyində sifarişçi qismində "xxxx" MMC əvəzinə "xxxx" MTK oxunmalıdır. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "xxxx" MTK-ya ünvanlanmış 09.09.2020-ci il tarixli məktubda qeyd olunur: ünvan 6 ünvan D.Əliyeva 198) 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına sadələşdirilmiş qaydada verilmiş icazə sənədindəki “Tikinti obyektinin sahibi” qrafasından "xxxx" MMMC-nin adının çıxarılması ilə bağlı MTK-nın müraciətinə Komitədə baxılmışdır. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanmış anoloji məzmunda müraciətə 21 avqust 2020-ci il tarixli cavab məktubunda "xxxx" MMMC-nin yalnız daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını təmin etmək məqsədilə yaradıldığı vurğulanaraq, sifarişçi funksiyalarını aparmaq üçün səlahiyyətli olmadıqları qeyd edilmiş və bu səbəbdən binanın istismara hazırlığı barədə 6 dekabr 2019-cu il tarixli 0266 nömrəli rəyində hər hansı dəyişiklik və ya düzəlişlərin edilməsinə zərurət olmadığı bildirilmişdir. Eyni zamanda, FHN TTHDA X3 Baş İdarəsinin təqdim olunan 28 avqust 2020-ci il tarixli 37/36-01251 nömrəli məktubunda bina üzrə 26 iyul 2019-cu il tarixli 27781 nömrəli ekspertiza rəyində səhvə yol verildiyi qeyd olunmuş, sifarişçi qismində "xxxx" MMMC-nin yerinə "xxxx" oxunmalı olduğu bildirilmişdir. 09 dekabr 2019-cu il tarixdə 246 nömrəli istismara icazə sənədinin Fövqəladə Hallar Nazirliyinin binanın istismara hazırlığı barədə qeyd olunan rəyi əsasında tərtib edildiyini və «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının qüvvəsinin 1 yanvar 2020- ci il tarixədək olduğunu nəzərə alaraq, həmin sənəddə hər hansı düzəliş edilməsinə zərurət yoxdur. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-150/2018 saylı cinayət işi üzrə 19 iyul 2018-ci il tarixli hökmünün surətindən görünür ki, "xxxx" MMC-nin rəhbəri və təsisçisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilməsinə dair cinayət mühakimə icraatında iş üzrə 20.11.2012-ci il tarixli 74 nömrəli ("xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış) müqavilə nəzərə alınmışdır. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1602/2016 saylı iş üzrə 2 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MTK-ya qarşı iddiası qismən təmin edilərək, ünvan 7dəki qeyri-yaşayış obyektinin “Bakı” Mehmanxanasının yerləşdiyi 0,673 ha, torpaq sahəsinin D.Əliyeva küçəsinə çıxan yerində inşa edilmiş 1 bloklu 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyri-yaşayış sahəsi 2.220 kv.m olan binanın tikinti sahəsinin satılmasından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsi iddiaçıya aid edilməklə, həmin binanın özgəninkiləşdirilməmiş sahələri üzərində iddiaçının sahiblik, istifadə və sərəncam hüququnun tanınması, cavabdehdən tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 manat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-662/2018 saylı iş üzrə 6 dekabr 2018-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1602/2016 saylı iş üzrə qətnaməsi yoxlanılan «ünvan 7də yerləşən qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsinin Dilarə Əliyeva küçəsinə çıxan hissəsində inşa edilmiş 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyri-yaşayış sahəsi 2.220 kv.m olan binanın özgəninkiləşdirilməmiş sahələri üzərində "xxxx" MMC-nin sahiblik, istifadə və sərəncam hüquqları tanınması, "xxxx" MTK-nın tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 manat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pul alınaraq "xxxx" MMC-yə ödənilməsi» hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və eyni hissədə iddia təmin edilməmiş, qətnamə iddianın rədd olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)- 158/2019 saylı iş üzrə 9 aprel 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 6 dekabr 2018-ci il tarixli həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5218/2018 saylı 29 may 2018-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər İddiaçı1, X8, X22 və X9 qarşı «çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilələrin etibarsız hesab edilməsi, mənzillər üzərində "xxxx" MMC-nin sahiblik və istifadə hüquqlarının tanınması tələbinə dair” iddia ərizəsinin qismən təmin olunması, "xxxx" MMC ilə İddiaçı1 arasında Bakı şəhəri, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş 1 saylı çoxmənzilli yaşayış binasının Vİ mərtəbəsində 3 otaqlı, 140,6 kv.m olan 15 nömrəli mənzilinə dair bağlanmış 20.11.2012-ci il tarixli, "xxxx" MMC ilə X10 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş 1 saylı çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində 4 otaqlı, 210 kv.m olan 18 nömrəli mənzilinə dair bağlanmış 20.10.2010-cu il tarixli, "xxxx" MMC ilə X25 arasında Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş 1 saylı çoxmənzilli yaşayış binasının XİV mərtəbəsində 90 kv.m sahəsi olan 45 saylı mənzilinə dair bağlanmış 02.04.2011-ci il tarixli və "xxxx" MMC ilə X11 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının XVİ mərtəbəsində 3 otaqlı, 140,6 kv.m olan 54 nömrəli mənzilinə dair bağlanmış 22.06.2011-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən həmin mənzillərə görə ödənilmiş 126000 (bir yüz iyirmi altı min) manat pulun tutularaq İddiaçı1, 152145 (bir yüz əlli iki min bir yüz qırx beş) manat pulun tutularaq X9, 63200 (altmış üç min iki yüz) manat pulun tutularaq X22 və 70650 (yetmiş min altı yüz əlli) manat pulun tutularaq X8 ödənilməsi, iddia ərizəsinin qalan hissədə əsassız olduğundan rədd edilməsi, İddiaçı1, X6, X19 və X7 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, X15 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı «müqavilələrin, mənzillərin dəyərinin ödənilməsinə dair kassa mədaxil orderləri qəbzlərinin və həmin mənzillərin müvafiq olaraq onların adlarına dəyişdirilməsinə etiraz etməməsinə dair X13 razılıq ərizələrinin etibarsız hesab edilməsi tələbinə dair» iddia ərizəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli əlavə qətnaməsi ilə iddiaçılar X6, X19 və X7 cavabdeh "xxxx" MMC-yə qarşı «mübahisəli mənzillər üzərində sahiblik və istifadə hüquqlarının tanınması və həmin mənzillərin təhvil verilməsinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə» iddia tələblərinin əsassız olduğundan rədd edilməsi qət olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli əlavə qətnaməsi ilə iddiaçılar İddiaçı1, X6, X19 və X7 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, X15 və "xxxx" Mənzil Tikinti Koorperativinə qarşı «müqavilələrin, mənzillərin dəyərinin ödənilməsinə dair kassa mədaxil orderləri qəbzlərinin və həmin mənzillərin müvafiq olaraq onların adlarına dəyişdirilməsinə etiraz etməməsinə dair X13 razılıq ərizələrinin etibarsız hesab edilməsi barədə» iddia tələblərinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər İddiaçı1, X8, X22 və X9 qarşı «çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilələrin etibarsız hesab edilməsi, mənzillər üzərində "xxxx" MMC-nin sahiblik və istifadə hüquqlarının tanınması tələbinə dair» iddia ərizəsinin "xxxx" MMC ilə X16 arasında mübahisəli mənzillərə dair bağlanmış qeyd edilən müqavilələrin etibarsız hesab edilməsinə dair hissəsinin əsassız olduğundan rədd edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan 2(103)- 5218/2018 saylı 29 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar X6, X19, X7 və İddiaçı1 apellyasiya şikayətləri qismən təmin olunaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli qətnaməsi, 03 iyul 2017-ci il tarixli və 10 yanvar 2018-ci il tarixli əlavə qətnamələri ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul olunmuş, iddia qismən təmin olunmuş, "xxxx" MMC ilə X16 arasında "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi 1 saylı çoxmənzilli yaşayış binasının Vİ mərtəbəsində 3 otaqlı, 140,6 kv.m olan 15 nömrəli, həmin binanın Vİİ mərtəbəsində 4 otaqlı, 210 kv.m olan 18 nömrəli, XİV mərtəbəsində 2 otaqlı 90 kv.m olan 45 nömrəli və XVİ mərtəbəsində 3 otaqlı, 140,6 kv.m olan 55 nömrəli mənzillərin dəyərinin ödənilməsinə dair kassa mədaxil orderlərinin qəbzlər və qeyd edilən mənzillərin müvafiq olaraq onların adlarına dəyişdirilməsinə etiraz etməməsinə dair X13 müvafiq olaraq 20 noyabr 2012-ci il tarixli, 22 iyun 2011-ci il tarixli, 02 aprel 2011-ci il tarixli və 20 oktyabr 2010-cu il tarixli ərizələri etibarsız hesab edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi 1 saylı çoxmənzilli yaşayış binasının Vİ mərtəbəsində 3 otaqlı, 140,6 kv.m olan 15 nömrəli mənzilin üzərində İddiaçı1 sahiblik və istifadə hüququ tanınmış, həmin mənzilin İddiaçı1 təhvil verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmuş, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi 717-ci məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının XVİ mərtəbəsində 3 otaqlı, 140,6 kv.m olan 55 nömrəli mənzili üzərində X1 və istifadə hüququ tanınmış, həmin mənzilin N.Çələbiyevaya təhvil verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmuş, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi 1 saylı çoxmənzilli yaşayış binasının XİV mərtəbəsində 2 otaqlı, 90 kv.m olan 45 nömrəli mənzili üzərində X4 və istifadə hüququ tanınmış, həmin mənzilin Ü.Əzizova təhvil verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmuş, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi 1 saylı çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində 4 otaqlı, 210 kv.m olan 18 nömrəli mənzili üzərində X2 və istifadə hüququ tanınmış, həmin mənzilin M.Quliyevaya təhvil verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmuş, iddiaçılar İddiaçı1, X11, X25 və X7 05 mart 2006-cı il tarixdə "xxxx" MMC ilə "xxxx" MTK arasında bağlanmış müştərək fəaliyyət üçün razılaşma müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası təmin olunmamış, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər İddiaçı1, X8, X22 və X9 qarşı «çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilələrin etibarsız hesab edilməsi, mənzillər üzərində "xxxx" MMCnin sahiblik və istifadə hüquqlarının tanınması tələbinə dair» iddiası təmin olunmamışdır. - işin apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş **********23 №-li, 16.07.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1732/2021 nömrəli, 14.06.2021-ci il tarixli qərardadı tərəflərindən icra olunaraq Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717, inşa edilmiş çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140.6 kv.m olan 3 otaqlı 15 saylı mənzilin üzərinə qadağa qoyulmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir; Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatı üçün əsaslardan biridir; Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: (1.1) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir; (1.2) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Hazırkı işin hallarından müəyyən edilir ki, "xxxx" MMC ilə iddiaçı arasında imzalanmış 20.11.2012-ci il tarixli 74 nömrəli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi 1 saylı çoxmənzilli yaşayış binasının Vİ mərtəbəsində 3 otaqlı 15 nömrəli 140,6 kv.m mənzili tikib iddiaçıya təhvil verilməsini, iddiaçı isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. Kassa mədaxil orderlərinə əsasən iddiaçı həmin mənzilə görə 126000 manat pul ödəmişdir, mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir, onun həmin müqavilə üzrə borcu qalmamışdır. İddiaçı qeyd olunan mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün müraciət etsə də, cavabdeh inzibati orqan ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyini bildirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1602/2016 saylı iş üzrə 2 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə ünvan 7 ünvanındakı iddiaçının üzərində mülkiyyət hüququnun qeydiyyatını iddia etdiyi mənzilin də yerləşdiyi çoxmənzilli yaşayış binasının tikinti sahəsinin satışından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsi "xxxx" MMC-yə aid edilmişdir. Bu hal belə deməyə əsas verir ki, qüvvədə olan vergi qanunvericiliyi ilə "xxxx" MMC ilə iddiaçı arasındakı 20.11.2012-ci il tarixli 74 nömrəli müqavilə üzrə mənzilin satışını “malların təqdim edilməsi” kimi qiymətləndirilir, həmin müqavilə üzrə ödənilmiş pul vəsaiti isə vergiyə cəlb olunan gəlir sayılır. Qətnamə həmin hissədə yuxarı instansiya məhkəmələrinin qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-150/2018 saylı cinayət işi üzrə 19 iyul 2018-ci il tarixli hökmünün surətindən görünür ki, "xxxx" MMC-nin rəhbəri və təsisçisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilməsinə diar cinayət mühakimə icraatında iş üzrə iddiaçının hüquqmüəyyənedici sənədi kimi təqdim edilən "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 20.11.2012-ci il tarixli 74 nömrəli müqavilənin qanuniliyi və mötəbərliyi tanınmışdır. Eyni zamanda Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5218/2018 saylı 29 may 2018-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 1 saylı çoxmənzilli yaşayış binasının Vİ mərtəbəsində 3 otaqlı, 140,6 kv.m olan 15 nömrəli mənzili üzərində İddiaçı1 sahiblik və istifadə hüququ tanınmış, həmin mənzilin İddiaçı1 təhvil verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanuni qüvvəsini almış məhkəmə qərarları ilə iddiaçının "xxxx" MMC ilə imzaladığı müqavilənin qanuniliyi və mötəbərliliyi, həmçinin iddiaçının qeyd olunan mənzilə hüquqları tanınmış, eyni zamanda hazırda həmin müqavilə hər hansı qaydada mübahisələndirilməmiş, ləğv edilməmiş, o cümlədən etibarsız sayılmamışdır. Göründüyü kimi qeyd edilən müqavilə qüvvədə olduğundan hazırkı inzibati işdə mötəbər sübut qismində qiymətləndirilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 20.11.2012-ci il tarixli 74 nömrəli müqavilə üzrə müvafiq mənzilin dəyərini tam şəkildə ödəyərək, ona mülkiyyət hüququ əldə etdiyindən və həmin hüquq qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmə qərarları ilə iddiaçının "xxxx" MMC ilə imzaladığı müqavilənin qanuniliyi və mötəbərliliyi, həmçinin iddiaçının qeyd olunan mənzilə hüquqları tanınmış və qəbul edildiyindən, həmin müqavilə hər hansı qaydada mübahisələndirilmədiyindən, o cümlədən ləğv edilmədiyindən, etibarsız sayılmadığından hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticə doğru olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Üçüncü şəxs "xxxx" MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1(112)-2167/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar