Məhkəmə qərarları › İş №2-1(103)-642/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-642/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-642/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətsizliyi nəticəsində ona vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-529/2022 saylı, 29 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətsizliyi nəticəsində ona vurulmuş ziyana görə 448500,0 (dörd yüz qırx səkkiz min beş yüz) manat məbləğində kompensasiyanın cavabdeh inzibati orqandan tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı "ASAN Xidmət" mərkəzinin notariat kontorunda bağlanmış xx.xx.2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X11 ünvan 3 ünvanında yerləşən 0.225 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən bir mərtəbəli ümumi sahəsi 142.00 kv.m olan qeyri-yaşayış binasını 448500 manat qiymətinə alıcı, iddiaçının həyat yoldaşı - X3. Alqı-satqı müqaviləsi bağlanan zaman ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx/xx/2014 tarixli, **********80- 06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış sənədinə əsasən əmlak tam mülkiyyət hüququ ilə satıcı - X7 məxsus olmuşdur. Həmçinin müqavilə bağlanan zaman daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2014-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak 1 saylı Bakı "ASAN Xidmət" mərkəzinin notariat kontorunda bağlanmış xx.xx.2014cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X11 ünvan 3 ünvanında yerləşən 0.225 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən bir mərtəbəli ümumi sahəsi 142.00 kv.m olan qeyri-yaşayış binasını 448500 manat qiymətinə alıcı, iddiaçının həyat yoldaşı - X3. Alqı-satqı müqaviləsi bağlanan zaman ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx/xx/2014 tarixli, **********80-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış sənədinə əsasən əmlak tam mülkiyyət hüququ ilə satıcı - X7 məxsus olmuşdur. Həmçinin müqavilə bağlanan zaman daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2014-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. X13 da, DƏDRX-nin müvafiq sənədlərinə və arayışa əsasən vicdanlı alıcı kimi əmlakın dəyərini xx.xx.2014-cü il tarixdə tam şəkildə satıcı - X7 ödəyərək ünvan 3 ünvanında yerləşən 0.225 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən bir mərtəbəli ümumi sahəsi 142.00 kv.m olan qeyri-yaşayış binasını ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, **********80-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış sənədinə öz xüsusi mülkiyyətinə keçirmişdir. X13 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Bundan sonra xx.xx.2017-ci il tarixdə həyat yoldaşı X9 qanun üzrə vərəsələri kimi o və qızları vərəsəliyin açılması və şəhadətnamənin alınması üçün Bakı şəhəri 38 saylı notariat kontoruna müraciət etmişlər. Notariat kontorunda "daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair” dövlət reyestrindən arayış çap olunduqda müəyyən olunmuşdur ki, vərəsəlik işinin açılması mümkün deyildir. Belə ki, arayışın yüklülük haqqında məlumat hissəsində aşağıdakı məlumatlar əks olunmuşdur: həbs: 1 saylı Yerli iqtisad Məhkəməsi, 1 saylı Yerli İqtisad Məhkəməsinin 1133/4-233 nömrəli, xx.xx.2007-ci il tarixli qətnaməsi; müvəqqəti nəzarət, heç bir əməliyyat aparılmasın. Qeyri-yaşayış binası "xxxx" firmasından alınıb, "xxxx" firmasına verilmiş şəhadətnamələr ləğv edilmişdir. Göstərilən məsələnin araşdırılması ilə bağlı əvvəlcə torpaq sahəsini satan X11 ilə əlaqə saxlasalar da, onun da, bu məsələdən xəbərdar olmadığı müəyyən olunmuş və o, həmin ərazini "xxxx" firmasından deyil, İsmayılova Hicran İlyas qızı adlı bir şəxsdən aldığını bildirmişdir və daha sonra onlara köhnə çıxarışların surətlərini təqdim etmişdir. Daha sonra xx.xx.2017-ci il tarixli məktubla tərəfindən həm Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, həm də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə 2007-ci ildə qəbul olunmuş məhkəmə qətnaməsinin qüvvədə olub-olmadığı, əgər qüvvədədirsə həmin qətnaməyə baxmayaraq, X12 adıçəkilən əmlak üzərində alqı-satqı əməliyyatı aparılmasına hansı əsasla icazə verildiyi və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən həmin əmlaka dair Çıxarışın necə verildiyi barədə məlumat verilməsi barədə müraciət olunmuşdur. Ərizəyə cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin ünvanladığı xx.xx.2017-ci il tarixli **********48 nömrəli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 13- cü Badamdar küçəsində yerləşən ümumi sahəsi 831,9 kv.m. olan birmərtəbəli tikililər "xxxx" firması tərəfindən özəlləşdirilmiş və bununla bağlı firmanın adına DƏİEDK tərəfindən xx.xx.2006-cı il tarixli, 000369 saylı şəhadətnamə verilmişdir. Bundan sonra həmin tikililərin yerləşdiyi torpaq sahəsi "xxxx" firması tərəfindən özəlləşdirilmiş və DƏİEDK tərəfindən firmaya xx.xx.2006-cı il tarixli 000133 saylı şəhadətnamə verilmişdir. Qeyd edilən şəhadətnamələr əsasında "xxxx" firması əmlak kompleksi və yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin cavabdehlər Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə və "xxxx" firmasına qarşı "Bakı şəhəri, Səbail rayonu, 13-cü Badamdar küçəsində yerləşən qeyri-yaşayış sahəsi və torpaq sahəsinin alqı-satqısına dair DƏİEDK ilə "xxxx" firması arasında bağlanmış 01,03.2006-cı il tarixli, 115 saylı və xx.xx.2006-cı il tarixli 284 saylı müqavilələr bağlandığı andan və həmin əmlaklara mülkiyyət hüququna dair şəhadətnamələrin etibarsız hesab edilməsi barədə" iddia tələbi 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 1133/4-233 saylı qətnaməsi ilə təmin edilmiş, DƏİEDK tərəfindən qeyri-yaşayış sahəsinə dair verilmiş xx.xx.2006-cı il tarixli, 000369 saylı və torpaq sahəsinə dair verilmiş xx.xx.2006-cı il tarixli 000133 saylı şəhadətnamələrin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli 4İK-98-3-15/07 saylı qətnaməsi ilə "xxxx" firması tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 1133/4-233 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli **********84 nömrəli məktubu ilə ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair yüklülüyün olduğu halda çıxarışın verilməsi məsələsinin araşdırılması barədə müraciətlərinə baxıldığı, qeyd edilən məsələ ilə bağlı müvafiq araşdırma aparıldığı və nəticəsi barədə onlara məlumat veriləcəyi bildirilsə də, bugünədək heç bir cavab almamışlar. xx.xx.2018-ci il tarixdə isə tərəflərindən təkrarən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunmuş və üzərində yüklülük olan əmlak barəsində alqı-satqı əməliyyatına hansı əsasla icazə verildiyinə dair məlumat verilməsi tələb edilmişdir. Bundan başqa, tərəflərindən aparılan araşdırmalar nəticəsində əldə etdikləri qətnamələrdən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 1133/4-233 saylı iş üzrə 14 iyun 2007-ci il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin iddiası iddia tələbindən kənara çıxılmaqla qismən və qarşılıqlı iddiaçı "xxxx" firmasının iddiası qismən təmin olunmuş, ünvan 6 ünvanında yerləşən 831,9 kv.m torpaq sahəsinin alqı-satqısına dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə "xxxx" firması arasında bağlanmış 01,03.2006-cı il tarixli, 115 saylı və xx.xx.2006-cı il tarixli, 284 saylı müqavilələrin bağlandığı andan və həmin əmlaklara mülkiyyət hüququna dair "xxxx" firmasının adına verilmiş şəhadətnamələrin, eləcə də, Badamdar qəsəbəsi 1 yaşayış massivində olan 2600,0 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə satılması barədə Səbail rayon, Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 168 saylı qərarının etibarsız hesab edilməsi, qeyd edilən torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, hər iki iddianın qalan hissələrdə rədd olunması qət edilmişdir. Həmin qətnamədən "xxxx" firması tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin X8 İşlər üzrə Kollegiyasının 4İK- 98-3-15/07 saylı iş üzrə 18 sentyabr 2007-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və 1 saylı Yerli İqtisad Məhkəməsinin 14 iyun 2007-ci il tarixli, 1133/4-233 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilən Bakı Apellyasiya Məhkəməsinin X8 İşlər üzrə Kollegiyasının 4İK-98-3-15/07 saylı iş üzrə 18 sentyabr 2007ci il tarixli qətnaməsi onun maraqlarına toxunduğuna görə və həmin işdə iştirak etməsinə cəlb edilmədiyinə görə sözügedən qətnamədən təqdimat verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 3i-(102)-333/2018 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə onun ərizəsi təmin edilməmişdir. Bundan sonra o, Konstitusiya Məhkəməsinə müraciət etmiş və Konstitusiya Məhkəməsi Plenumunun 10 iyul 2020-ci il tarixli qərardadı qəbul olunmuşdur. Konstitusiya işinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə torpaq sahəsinin alqı-satqısına dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə "xxxx" firması arasında bağlanmış müqavilələrin və əmlaklara mülkiyyət hüququna dair "xxxx" firmasının adına verilmiş şəhadətnamələrin, eləcə də, torpaq sahəsinin alqı-satqı yolu ilə Səhiyyə Nazirliyinə satılması barədə Badamdar Bələdiyyəsinin 19 sentyabr 2006-cı il tarixli qərarının etibarsız hesab edilməsi, qeyd edilən torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmaması ərizəçilərin qanunla müəyyən edilmiş qaydada əldə edilmiş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Belə ki, 2014-cü ildə həmin torpaq sahəsi və üzərindəki qeyri-yaşayış binası barəsində bir neçə dəfə alqı-satqı müqavilələrinin bağlanmasına imkan vermişdir. Alqı- satqı müqaviləsi bağlanan zaman ƏMDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 12 may 2014-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən əmlaka mülkiyyət hüququ E.Hüseynova məxsus olmuş və mübahisəli torpaq sahəsinə dair alqı- satqı müqaviləsi məhz dövlət tərəfindən verilmiş bu çıxarışa etimad və güvən əsasında bağlanmışdır. İddia ərizəsinə əlavə olunan sənədlərdən və məhkəmə qərarlarından, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun 10 iyul 2020-ci il tarixli qərardadından göründüyü kimi, hazırki iş üzrə cavabdeh inzibati orqan olan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi icra üçün ona göndərilmiş məhkəmə qətnaməsini icra etmədiyinə görə (hərəkətsizlik) onun vəfat etmiş həyat yoldaşı X13 notariat qaydasında alqı-satqı müqaviləsi bağlayaraq, üzərində məhkəmə qərarı ilə həbs olan əmlakı əldə etmişdir. Hazırda isə vərəsəlik işinin açılması zamanı müəyyən olunmuşdur ki, əmlak üzərində həbs mövcuddur və bu səbəbdən vərəsəlik şəhadətnaməsi verilə bilməz. Nəticədə isə, 448500 manat qarşılığında satın alınmış əmlaka mülkiyyət hüquqları məhdudlaşdırılmış, bu isə öz növbəsində vərəsəlik hüquqlarının həyata keçirilməsinə mane olmuşdur. Hesab edirlər ki, bu halın baş verməsinin yeganə səbəbkarı cavabdeh inzibati orqanın hərəkətsizliyidir və onun hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə alqı-satqı müqaviləsi əsasında ödənilmiş 448500 manat məbləğində vəsait kompensasiya qismində ona ödənilməlidir. Göstərilən məsələ ilə bağlı, tərəfindən 16 oktyabr 2020-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət olunsa da, müraciəti bugünədək cavablandırılmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 13-cü Badamdar küçəsində yerləşən ümumi sahəsi 831.9 kv.m olan birmərtəbəli tikililər "xxxx" firması tərəfindən özəlləşdirilmiş və bununla bağlı firmanın adına DƏİEÜDK tərəfindən xx.xx.2006-cı il tarixli, 000369 saylı şəhadətnamə verilmişdir. Bundan sonra həmin tikililərin yerləşdiyi 5021.5 kv.m torpaq sahəsi "xxxx" firması tərəfindən özəlləşdirilmiş və DƏİEÜDK tərəfindən firmaya xx.xx.2006-cı il tarixli 000133 saylı şəhadətnamə verilmişdir. xx.xx.2007-ci il tarixində qeyd edilən şəhadətnamələr əsasında “Azərkompozit" firması əmlak kompleksi və yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. "xxxx" firması xx.xx.2007-ci il tarixli. 4Ə-01-81 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən əmlak kompleksinin 142 kv.m.- ni İsmayılova Hicran İlyas qızına satmış və həmin 142 kv.m. hissə əmlak kompleksindən ayrılaraq ayrıca qeyri-yaşayış binası kimi qeydiyyata alınmış və yeni reyestr kitabına keçirilmiş, reyestr kitabında yeni reyestr kitabına keçirilmə barədə müvafiq qeyd aparılmışdır. İsmayılova Hicran İlyas qızı xx.xx.2014-cü il tarixli, 4Ə- 857 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 142 kv.m. qeyri-yaşayış binasını X7, X11 isə öz növbəsində xx.xx.2014-cü il tarixli, 4Ə-1062 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3. "xxxx" firması yerdə qalan hissəyə məhdudiyyət və yüklülüklər haqqında (Forma 1) dövlət reyestrindən arayışın alınması ilə əlaqədar müraciəti zamanı məsələ diqqətlə araşdırılmış xx.xx.2016-cı il tarixdə 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 1133/4-233 saylı qətnaməsinin icrası təmin edilmiş və dövlət reyestrində müvafiq qeydiyyat aparılmış, lakin bir hissə X1 həmin hissədə MQS-də bununla bağlı müvafiq məhdudlaşdırma aparılmışdır. "xxxx" firmasının adına verilmiş şəhadətnamələrin ləğvini nəzərdə tutan 1 saylı Yerli iqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 1133/4-233 saylı qətnaməsi isə AR Dövlət Əmlakının İdarə edilməsi Üzrə Dövlət Komitəsinin sədr müavini cənab Rafiq Cəlilovun məktubu ilə xx.xx.2008-ci il tarixdə İdarəyə daxil olmuşdur. Göründüyü kimi, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İsmayılova Hicran İlyas qızının adına çıxarış verilərkən hər hansı qanunsuz hərəkət və va hərəkətsizliyə yol verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-529/2022 saylı, 29 iyun 2022-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İsmayılova Hicran İlyas qızının adına çıxarış verilərkən hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 1133/4-233 saylı qətnaməsi də tarixdən göründüyü kimi, İsmayılova Hicran İlyas qızının mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra qəbul olunmuşdur və 1 saylı Yerli İqtisad Məhkəməsindən, eləcə də Bakı Apellyasiya Məhkəməsindən sözügedən əmlakın üzərində hüququn məhdudlaşdırılmasına (əmlakın üzərinə həbs qoyulması və sairə) əsas olan hər hansı sənəd 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmamışdır. Həmçinin, ərizəyə iddiaçıya dəymiş maddi zərəri təsdiq edən hər hansı bir sübut (nəqliyyat və tibbi xidmətlərlə bağlı xərclərə dair ödəniş qəbzləri, tibbi arayış və s.) əlavə edilməmişdir. Müvafiq daşınmaz əmlak üzərində 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 1133/4-233 saylı qətnaməsi əsasında aparılmış qeydlər İdarənin qanunsuz hərəkəti kimi qiymətləndirilib iddiaçıya maddi ziyan vurulmasına əsas olan hal kimi qiymətləndirilə bilməz. Həmçinin, müvafiq qeyri-yaşayış binası ilə bağlı müvafiq məhdudlaşdırılma aparılmasına baxmayaraq X9 mülkiyyət hüququna xitam verilməmişdir. Hazırda həmin qeyri-yaşayış binası X9 xüsusi mülkiyyətindədir. Lakin məhkəmə qərar qəbul edərkən müvafiq daşınmaz əmlakın hazırda onun xüsusi mülkiyyətində qalmasını nəzərə almayaraq iddiaçının iddia tələbini təmin etmiş, bununla da qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə 02 mart 2023-cü il tarixli qərardadı ilə "xxxx" Firması adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, "xxxx" firması xx.xx.2007-ci il tarixli. 4Ə-01- 81 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən əmlak kompleksinin 142 kv.m.-ni İsmayılova Hicran İlyas qızına satmış və həmin 142 kv.m. hissə əmlak kompleksindən ayrılaraq ayrıca qeyri-yaşayış binası kimi qeydiyyata alınmış və yeni reyestr kitabına keçirilmiş, reyestr kitabında yeni reyestr kitabına keçirilmə barədə müvafiq qeyd aparılmışdır. Həmçinin, İsmayılova Hicran İlyas qızı xx.xx.2014-cü il tarixli, 4Ə-857 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 142 kv.m. qeyri-yaşayış binasını X7, X11 isə öz növbəsində xx.xx.2014-cü il tarixli, 4Ə1062 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3. "xxxx" firması yerdə qalan hissəyə məhdudiyyət və yüklülüklər haqqında (Forma 1) dövlət reyestrindən arayışın alınması ilə əlaqədar müraciəti zamanı məsələ diqqətlə araşdırılmış xx.xx.2016-cı il tarixdə 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007ci il tarixli 1133/4-233 saylı qətnaməsinin icrası təmin edilmiş və dövlət reyestrində müvafiq qeydiyyat aparılmış, lakin bir hissə X1 həmin hissədə MQS-də bununla bağlı müvafiq məhdudlaşdırma aparılmışdır. Əgər iddiaçı məhdudiyyətin götürülməsi ilə bağlı məhkəmədə iddia qaldırılsa və qəbul olunmuş yekun akt ilə idarəyə müraciət etsəydi, bu zaman idarə tərəfindən qoyulmuş məhdudiyyət götürüləcəkdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, iddiaçı mülkiyyət hüququnu tam şəkildə həyata keçirə bilmir, yəni iddiaçı sahiblik, istifadə, sərəncam hüquqlarını həyata keçirə bilmir. Onun mərhum əri tərəfindən torpaq sahəsindən heç bir maneçilik olmadan tam istifadə edilmişdir. Nuriyev Mahur öldükdən sonra vərəsəlik işinin açılması ilə bağlı müraciət edildikdə bildirildi ki, Nuriyev Mahura məxsus Badamdar qəsəbəsində yerləşən əmlak üzərində həbs vardır və buna görə mərhuma məxsus olan digər əmlaklarla bağlı da bu günə qədər vərəsəlik işi açıla bilmir. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, qeyd edilən məhdudiyyətin götürülməsi ilə bağlı məhkəmədə hər hansı bir iddia qaldırılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırmaq üçün aşağıdakı sübutları xronoloji ardıcıllıqla diqqətə çatdırır: -AN – İ ******* nömrəli Daşınmaz əmlakın Alqı-satqı müqaviləsinə əsasən, "xxxx" firmasının təsisçisi X15 tərəfindən Bakı şəhəri, Səbail rayonu, 13-cü Badamdar küçəsində (Basin küçəsi) yerləşən ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, **********50-12301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla satıcıya məxsus əmlak kompleksinin 142 kv.m.-ni İsmayılova Hicran İlyas qızına satmış və həmin 142 kv.m. hissə əmlak kompleksindən ayrılaraq ayrıca qeyri-yaşayış binası kimi qeydiyyata alınmış və yeni reyestr kitabına keçirilmiş, reyestr kitabında yeni reyestr kitabına keçirilmə barədə müvafiq qeyd aparılmışdır. -Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 14 iyun 2007- ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (bundan sonra – Səhiyyə Nazirliyi) Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə (bundan sonra – Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi), "xxxx" firmasına və 3-cü şəxslər Bakı şəhər İcra Hakimiyyəti və qeyrilərinə qarşı iddiası təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi ünvanında yerləşən 5021.5 kv.m torpaq sahəsinin və 831.9 kv.m qeyri-yaşayış sahəsinin Alqı-satqısına dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə "xxxx" firması arasında bağlanmış 1 mart 2006-cı il tarixli və 10 noyabr 2006-cı il tarixli müqavilələrin bağlandığı andan və əmlaklara mülkiyyət hüququna dair "xxxx" firması arasında bağlanmış 1 mart 2006-cı il tarixli və 10 noyabr 2006-cı il tarixli müqavilələrin bağlandığı andan və əmlaklara mülkiyyət hüququna dair "xxxx" firmasının adına verilmiş şəhadətnamələrin, eləcə də, Badamdar qəsəbəsi, 1 yaşayış massivində olan 2600.0 kv.m torpaq sahəsinin Alqı-satqı yolu ilə Səhiyyə Nazirliyinə satılması barədə Səbail rayon, Badamdar bələdiyyəsinin 19 sentyabr 2006-cı il tarixli qərarının etibarsız hesab edilməsi, qeyd edilən torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin X8 İşlər üzrə Kollegiyasının 18 sentyabr 2007-ci il tarixli qətnaməsi ilə "xxxx" firmasının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -AN – İ ******* nömrəli xx.xx.2014-cü il tarixli, 4Ə-857 reyestr nömrəli Daşınmaz əmlakın Alqı-satqı müqaviləsinə əsasən, İsmayılova Hicran İlyas qızı ƏMDX Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR tərəfindən verilmiş ******* nömrəli çıxarışla ona məxsus olan ünvan 3 ünvanında yerləşən 0.225 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən bir mərtəbəli ümumi sahəsi 142.00 kv.m olan qeyri-yaşayış binasını 40 000 manata X2. -1 saylı Bakı “Asan xidmət” Mərkəzinin notariat kontorunda bağlanmış 9 iyun 2014-cü il tarixli daşınmaz əmlakın Alqı-satqı müqaviləsinə əsasən, Elşən Hüseynov ünvan 7 ünvanında yerləşən 0.225 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli ümumi sahəsi 142 kv.m olan qeyri-yaşayış binasını 448500 manata Mahur Nuriyevə satmışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – ƏMDK yanında DƏDRX) Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 12 may 2014-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən həmin əmlaka mülkiyyət hüququ E.Hüseyova məxsus olmuşdur. -Müqavilə bağlanan zaman daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 9 iyun 2014-cü il tarixli arayışa əsasən, daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. -ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 13 iyun 2014-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən həmin əmlak M.Nuriyevin xüsusi mülkiyyətinə keçmişdir. M.Nuriyev 3 iyul 2015-ci il tarixində vəfat etmişdir. Ölümündən sonra onun qanun üzrə vərəsələri arvadı İddiaçı, qızları Subra Qubadova, Könül Nuriyeva və Nərmin Nuri vərəsəliyin açılması və şəhadətnamənin alınması üçün Bakı şəhəri 38 saylı notariat kontoruna müraciət etdikdə məlum olmuşdur ki, “daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair” dövlət reyestrindən arayışa əsasən vərəsəlik işinin açılması mümkün deyil. İddiaçı iqtisadi iş üzrə qəbul edilmiş qətnamənin onların maraqlarına toxunduğunu, lakin, işdə iştirak etməyə cəlb edilmədiklərini əsas gətirərək kassasiya qaydasında şikayət verilməsi üçün təqdimat verilməsini Ali Məhkəmədən xahiş etmişdir. -Ali Məhkəmənin 27 fevral 2019-cu il tarixli qərardadı ilə İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Mübahisələrə dair İşlər üzrə Kollegiyasının 18 sentyabr 2007-ci il tarixli qətnaməsindən təqdimat verilməsinə dair müraciəti əsassız hesab edilərək təmin edilməmişdir. İddiaçı və digərləri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İddiaçı şikayətinə dair” 10 iyul 2020-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumu mübahisəli hüquqi məsələyə münasibətdə özünün hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: Konstitusiya Məkəmasinin sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 5 noyabr 2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin 14 iyun 2007-ci il tarixli qətnaməsi əsasında müvafiq şəhadətnamələrin etibarsız hesab edilməsi barədə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin məktubu 13 iyun 2008-ci il tarixdə İdarəyə daxil olmuş, lakin məlum olmayan səbəblərdən şəhadətnamələrin etibarsız hesab edilməsi barədə dövlət reyestrində qeydiyyat aparılmamış, yalnız əmlak kompleksinin qeydiyyata alındığı reyestr kitabında karandaşla müvafiq qeyd edilmişdir. Göründüyü kimi, məhz səlahiyyətli dövlət orqanının qanunvericiliklə müəyyən edilmiş vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində mübahisəli torpaq sahəsinə mülkiyyətçinin sağlığında yaranmış mülkiyyət hüququnun onun vərəsələrinə keçməsi qeyri-mümkün olmuşdur. Göstərilənlərə uyğun olaraq, Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, ərizəçinin səlahiyyətli dövlət orqanının hərəkətləri ve ya hərəkətsizliyi nəticəsində miras əmlaka mülkiyyət hüququnun əldə edilməsindən məhrum olmasına görə vurulmuş zərərin tam həcmdə həmin orqan tərəfindən ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə İddiaçı şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilmiş, İddiaçı səlahiyyətli dövlət orqanının hərəkətləri (hərəkətsizliyi) nəticəsində əmlaka mülkiyyət hüququnun əldə edilməsindən məhrum olmasına görə vurulmuş zərərin həmin orqan tərəfindən ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd); İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.1-ci bənd); İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7-ci bənd). Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən hazırki mübahisə üzrə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanmış və qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə daşınmaz əmlakın alqı-satqısına dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə "xxxx" firması arasında bağlanmış müqavilələrin və əmlaklara mülkiyyət hüququna dair "xxxx" firmasının adına verilmiş şəhadətnamələrin, eləcə də torpaq sahəsinin alqı-satqı yolu ilə Səhiyyə Nazirliyinə satılması barədə Badamdar Bələdiyyəsinin 19 sentyabr 2006-cı il tarixli qərarının etibarsız hesab edilməsi, qeyd edilən torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparıİmaması iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə edilmiş mülkiyyət hüququnun pozulmasına səbəb olduğundan, 2014-cü ildə həmin torpaq sahəsi və üzərindəki qeyriyaşayış binası barəsində bir neçə dəfə alqı-satqı müqavilələrinin bağlanmasına imkan verilməsi nəticəsində, alqı-satqı müqaviləsi bağlanan zaman ƏMDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 12 may 2014-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən əmlaka mülkiyyət hüququ E.Hüseynova məxsus olduğundan və mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi məhz dövlət tərəfindən verilmiş bu çıxarışa etimad və güvən əsasında bağlandığından, məhz səlahiyyətli dövlət orqanının qanunvericiliklə müəyyən edilmiş vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində mübahisəli torpaq sahəsinə mülkiyyətçinin sağlığında yaranmış mülkiyyət hüququnun onun vərəsələrinə keçməsi qeyri-mümkün olduğundan, hazırki iddia üzrə iddiaçı, səlahiyyətli dövlət orqanının hərəkətləri və ya hərəkətsizliyi nəticəsində miras əmlaka mülkiyyət hüququnun əldə edilməsindən məhrum olmasına görə vurulmuş miras əmlakın tam həcmdə dəyəri olan 448500 manat zərərin həmin orqan tərəfindən ödənilməsini məhkəmə qaydasında tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, nəzərə çatdırır ki, iş materiallarından da aydın olduğu kimi, X11 40 000 manata aldığı ünvan 7 ünvanında yerləşən 0.225 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli ümumi sahəsi 142 kv.m olan qeyri-yaşayış binasını 448500 manata X4 və ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 13 iyun 2014-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən həmin əmlak sonuncunun xüsusi mülkiyyətinə keçmişdir. Göründüyü kimi, 1 saylı Yerli İqtisad Məhkəməsinin qərarı ilə sözügedən qeyriyaşayış binası üzərində sonradan məhdudiyyət qoyulsa da, X9 mülkiyyət hüququna xitam verilməmişdir və hazırda həmin qeyri-yaşayış binası X9 xüsusi mülkiyyətindədir. İddiaçı isə hazırda ərinin sağlığında mülkiyyətində olmuş əmlaka münasibətdə vərəsə kimi öz mülkiyyət hüquqlarını reallaşdıra bilmədiyini qeyd edərək dəymiş ziyanı (əmlakın alqısatqısı zamanı N.Mahurun ödədiyi məbləği) tələb edir. Lakin məhkəmə kollegiyası diqqətə çatdırır ki, işin araşdırılmış hallarından da göründüyü kimi, iddiaçı mülkiyyət hüquqlarının reallaşdırılması istiqamətində bütün hüquqi müdafiə vasitələrini tükətməmişdir. Belə ki, inzibati orqana daşınmaz əmlak üzərində yüklülüklə, məhdudiyyətlə bağlı müraciətlər edilmiş olsa da, lakin inzibati orqanın hərəkətlərinin qanuniliyini məhkəmə qarşısında mübahisələndirməmiş, məhdudiyyətin götürülməsi ilə bağlı ayrıca iddia qaldırmamışdır. Məhkəmə kollegiyasının da qənaəti ondan ibarətdir ki, hazırki məqamda iddiaçı tərəfindən mülkiyyət hüquqlarının reallaşdırılması istiqamətində bütün hüquqi müdafiə vasitələri tükənmədiyindən onun tərəfindən mülkiyyət hüquqlarının reallaşmamasına görə dəymiş ziyanın tələb edilməsi əsassızdır. Məhkəmə kollegiyası həmçinin bir daha diqqətə çatdırır ki, iddiaçı vaxtilə mərhum əri tərəfindən alqı-satqı zamanı satıcı X7 ödənilmiş 448500 manat pulu cavabdeh iznbati orqandan tələb edir ki, bununla bağlı da nəzərə alınmalıdır ki, həmin məbləğ iddiaçının mərhum əri tərəfindən daşınmaz əmlakın dəyəri qismində ödənildikdən sonra X13 mülkiyyət hüquqlarını qeydə aldırmış və işin mübahisəsiz hallarından da bəlli olur ki, həmin daşınmaz əmlaka sahiblik və istifadə etmişdir. Yəni ki, tələb olunan məbləğ müqabilində iddiaçının mərhum əri öz hüquqlarını tam reallaşdırmışdır. Bu səbəbdən Məhkəmə kollegiyası tələb olunan məbləğin özünə də tənqidi yanaşır. Bununla belə iddiaçıya izah edilir ki, o, inzibati orqanın hərəkətləri nəticəsində dəymiş məbləği o zaman tələb edə bilər ki, öz mülkiyyət hüquqlarının reallaşdırılması istiqamətində bütün hüquqi müdafiə vasitələrini tükətmiş olsun. Yuxarıda qeyd olunan Plenumun qərarındakı hüquqi mövqelərə görə məhkəmə kollegiyası bir daha vurğulayır ki, işə baxan məhkəmələr iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilk növbədə müvafiq inzibati orqandan mülkiyyət hüququnun reallaşdırılmasına maneə olan, yəni ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində olan məhdudlaşmanın aradan qaldırılmasını tələb etməli, cavabdeh inzibati orqan tərəfindən müraciəti təmin olunmadığı halda, məhkəmə qaydasında iddia qaldırmalı, bundan sonra mülkiyyət hüququnu reallaşdıra bilmədikdə ona dəymiş maddi ziyanı tələb etmək hüququna malikdir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-529/2022 saylı, 29 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətsizliyi nəticəsində ona vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar