Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-642/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 864/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar üçüncü qrup əlillik təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1.) İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, ayaq nahiyyələrində ağır yaralanmalar var 1994-cü ildə hərbi xidmətdə aldığı xəsarətlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş və barəsində “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiə zamanı alınmışdır” səbəbli əlaqə üzrə qərar verilmişdir. 15 dekabr 2021-ci il tarixli müraciətinə əsasən iddiaçı barədə cavabdeh tərəfindən qanuni qərar çıxarılmır. Belə ki, 27 saylı Şəhər Polikilinkası iddiaçıya əlilik təyin edilməsi üçün səhiyyə müəssisəsi kimi 0098003AACGW göndərişi (forma 088) elektron sistemə daxil etmiş, lakin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əliliyin müddətsiz təyin edilməsi barədə 3 aydan çox müddət keçməsinə baxmayaraq qiymətləndirmə aparmamışdır…» Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “…İddiaçının əlillik vəziyyətinə Bakı 27 nömrəli Şəhər Poliklinikasının 15 noyabr 2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M20-M25 - Oynaqların digər zədələnmələri => M21 - Ətrafların digər qazınılma deformasiyaları. Diaqnozun mətni: Əlin və ya pəncənin sallanması (qazanılma), Solda sallanan pəncə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas xəstəliyin ağırlaşmaları mütəxəssis rəylərində ətraflı qeyd olunsun” səbəbi ilə imtina verilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-864/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 3-cü dərəcə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin olunması öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2022ci il tarixli, 2-1(112)-6590/2022 saylı qərarı ləğv edilməlidir...” Hazırkı mərhələdə məhkəmənin xx.xx.2024-cü il tarixli aralıq qərardadı ilə iddiaçının əlillik vəziyyətinin, qüvvədə olan meyarlara müvafiq yenidən qimətələndirilməsi üçün cavabdehə 35 gün müddət təyin olunmuş, Agentliyin xx.xx.2024-cü tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş 05 aprel 2024-cü il tarixli Tibbi Sosial Ekspert Komissyasının qərarından aydın olmuşdur ki, “instrumental müəyinələrdən keçirilmədən, vizual baxışla iddiaçının mövcud diaqnozuna əlillik əlaməti təyin etmir” ifadə tərzində qiymət verilərək ona əlillik təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı aralıq qərardadın icrası zamanı heç bir müayinə aparılmadığını, üzdən baxıb get dediklərini bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərb-Həkim Komissyiasının 418 №-li xx.xx.2020-ci il tarixli qərarına əsasən hərbi xidmət keçərkən aldığı və 09.051994-cüildən xx.xx.1994-cü ilə kimi Bakı ş.5 nömrəli Klinik xəsətəxanada müayinə və müalicəolunduğu travma və yarlanma –diaqnozu: sol ayaq pəncəsinin V daraq sümüyünün sınması ilə dəlib keçən güllə yarası» «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi şəhadətləndirilmişdir. Eyni zamanda, işə əlavə olunmuş 27 saylı Poliklinikanın xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçıda aşkar olunan xəstəliklər üzrə əlillik vəziyyətinə Tibbi sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün göndərilmişdir. Əsas diaqnoz: M21.3 -əlin və pəncənin sallanması (qazanılma). Solda sallanan pəncə. Ağırlaşmalar: M51.3 - Fəqərələrarası diskin digər dəqiqləşdirilmiş degenerasiyası. Bel-oma fəqərələrinin osteoxondrozu, davamlı kəskin kökcük ağrılarla . L4-S1 səviyyəsində spondiloartroz; R52.2 - Digər daimi ağrı, Aşağı ətraflarda krampilərvə ağrı sindromu; M24.5 – Oynaqların kontrakturası.Ayaq barmaqlarının bükücü kontrakturası; R26.8 - Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları. Hərəkətin və yerişin nəzərəçarpan pozulması; R26.2-Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi; M20.0(Barmaq(larrın) deformasiyaları.Solpəncə V daraqfalanqa oynağının deformasiyası . Daban sümüyünün deformasiyası; M21.6-Pəncənin və topuqların digər qazanılma deformasiyaları. Postravmatik deformasiya, Pəncənin ekvinovatası,ayaq barmaqlarının bükücü kontakturası. Yanaşı xəstəliklər: K80 - öddaşı xəstəliyi(xolelitiaz); K43.0 – Qarının ön divarının yırtığı,keçməməzlik ilə,qanqrena olmadan. Ventral yırtıq; M19.1 -Digər oynaqların postravmatik artrozu; K81.1 – Xroniki xolestit, Hepatoxolesistit; H52.4-Presbiopiya.OU-presbiopiya; S92.3 - Ayaq daraq sümüklərinin sınığı. Sol pəncənin İV-V daraq falanqa sümüyünün sınmasıilə nəticələnən dəlib keçək güllə yaralanmasından sonrakı vəziyyət. Baldır və pəncə əzələlərinin kəskin artrofiyası; E11 – İnsulindən asılı olmayan şəkərli diabet , Şəkərli diabet İİ tip. Cavabdeh tərəfindən isə iddiaçı barəsində qiymətləndirilməsi üçün həmin göndəriş natamam doldurulması əsası ilə geri qaytarılmış, dolayısı ilə iddiaçıya əlillik təyinatı aparılmasından imtina olunmuşdur. Halbuki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin ekspertləri tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş T227/2023 nömrəli rəydə də tədqiq olunan Göndərişdə təsbit olunan xəstəliklərin mövcudluğu öz təsdiqini tapmış, o cümlədən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutunda müayinə olunarkən ona komissiya tərəfindən “Odlu silah yaralanmasından sonra sol pəncənin üst-tış və alt səthlərində kobud dartıcı çapıq toxuma, İV-V daraq sümüklərinin distal uclarında bitişmiş sınığı, posttravmatik ekvinovarius deformasiyası, pəncənin, ayaq barmaqlarının çəkiləbənzər deformasiyası, sol aşıq-baldır oynağının İİİ dərəcəli osteoartrozu, açıcı-bükücü kəskin kontrakturası (açma-1000; bükmə900), onurğanın bel osteoxondrozu L4-S1 səviyyədə spondiloartrozu, işalgiya verən kəskin kökcük ağrı sindromu, baldır və pəncə əzələlərinin kəskin atrofıyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması (S91.3; Y36.4, S92.3; M21.0; M24.5, M42.9; M19.1; M62.5; L91.0; M20.4; M34.1; R52.2; R26.8)” diaqnozu müəyyən edilmişdir.Həmin xəstəliklər xroniki hala keçdiyindən müalicə olunmurlar (Rəydə bildirildir ki, əlilliyin qiymətləndirilməsi ekspertlərin səlahiyyətinə aid deyil). Bakı 27 nömrəli şəhər Poliklinikasının 15.112021-ci il tarixli 088 forma göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilərkən qüvvədə olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.2-ci bəndinə əsasən dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5-M24.6,M25.6,M67.1,M99.0); 2.5.5-ci bəndinə əsasən topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə (M21.3, M21.6, M24.6, Q72- Q72.7) 3-cü dərəcə əlilliklə qiymətləndirilirdi. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na Əlavəyə əsasən: «Digər artrozlar (M19) Artrozlar( M15-M19), Ətrafların digər qzanılma deformasiyaları digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri (V51); sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr (R25-R29), o cümlədən, 6.4.2.1-ci bəndinə əsasən mülayim dərəcəli aşağı spastik paraparez, patoloji, ayağın ön-xarici kənarına dayaqla spastik yeriş (funksional cəhətdən əlverişli mövqe), diz oynaqlarında qatlayıcı kontraktura, aşıq-baldır oynağında bükücü-açıcı kontraktura; pəncələrin deformasiyası, mürəkkəb hərəkətlərin çətinləşməsi; oynaqlarda hərəkətin fizioloji amplitudadan (normadan) 50% azalması (1/2-i qədər); yaş və sosial vərdişlərin mümkünlüyü; mülayim statodinamik pozuntular 35-60 faiz həyat fəaliyyətinin məhdudlaşdırılması ilə (İİİ dərəcə) qiymətləndirilir (İddiaçının ayaq oynaqpəncə hissəsinin deformasiyasını əks etdirən fotoşəkillər şə əlavə edilmişdir) Qeyd olunanlardan göründüyü kimi, mübahisələndirilən 088 forma göndərişdə təsbit olunan xəstəliklər həm qüvvədən düşmüş, həm də hazırda qüvvədə olan meyarlara münasibətdə ona üçüncü dərəcə əlillik təyininə əsas verir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5.1-ci bəndi də məhz nəzərədə tutur ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi - göndərişin verilməsi üçün əsasdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisələndirilən göndəriş meyarlara uyğun doldurulmuş, iddia olunan əlillik təyininə əsas verir. Belə olan halda, cavabdeh orqan tərəfindən mübahisəli göndərişin «natamam doldurulması» əsas gətirilərək iddiaçıya əlillik təyin edilməsindən imtina olunması əsassızdır, onun qanunla qorunan hüququnu pozur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyini, məhkəmənin qərarının maddi hüquq normaları baxımından qanunsuz və əsassız olduğunu mübahisələnirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-864/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-864/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-642/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-642/2024
06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver