Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-642/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X9 ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11115/2024 saylı 27 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “X18 Company" MMC (Əvvəlki adı ilə "X4" MMC) ilə "xxxx" MMC arasında tikinti materialının (şebel, qravij) satışı ilə bağlı xx.xx.2022-ci il tarixli müqavilə bağlanmış, müqavilə qiyməti - malın dəyəri 102036.0 manat müəyyənləşdirilmiş, ona uyğun ƏDV-si 18366.48 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə "X4" MMC-nin (hazırki "X18 Company" MMC) riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı "xxxx" MMC-yə 2022-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə məktub göndərilmiş və iddiaçıya bildirilmişdir ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 102036 manat tərəfindən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində vergi bəyannamələrini əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri vergi orqanına təqdim etməyi tələb olunur. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********466600 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2023-cü ilin iyul ayı üzrə əlavə dəyər vergisi üzrə 18.366.48 manat əlavə vergi hesablanmışdır. Həmin qərardan narazı qalan iddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edərək, 2023cü ilin iyul ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Dövlət Vergi Xidməti təərfindən İnzibati şikayətin təmin edilməməsi haqqında **********066200 nömrəli 28 noyabr 2023-cü il tarixli qərar qəbul edilmişdir. Qərarda qeyd olunur ki, kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı Cəmiyyət tərəfindən 2022-ci ilin aprel ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBV seriyalı, 315505 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi müəyyən edilmişdir. Qeyd edilən elektron qaimə-faktura üzrə 18 366,48 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq, 2023- cü ilin iyun ayı üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********926400 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış izahat təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37- ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü ilin iyul ayı üçün 18 366,48 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********466600 nömrəli Qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü və 52.3-cü maddələrinə əsasən inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə inzibati şikayətlərin icra müddəti artırılmış və bu barədə maraqlı şəxsə xx.xx.2023-cü il tarixli **********381700, **********390700 nömrəli, xx.xx.2023-cü il tarixli **********784300 nömrəli, xx.xx.2023-cü il tarixli **********769900, **********773400 nömrəli və xx.xx.2023-cü il tarixli **********349300 nömrəli məktublarla məlumat verilmişdir. Cəmiyyət müraciətlərində “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2023-cü il tarixindən riskli vergi ödəyicisi statusu verildiyini, aralarında qarşılıqlı əməliyyatların və ödənişlərin aparıldığı dövrdə qarşı tərəfin riskli vergi ödəyicisi olmadığını bildirmiş və hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. İnzibati şikayətlər üzrə işin faktiki halları, gətirilmiş dəlillər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə qanunvericiliyin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin inzibati şikayətləri təmin edilməməlidir. Belə ki, Cəmiyyət tərəfindən 2022-ci ilin aprel ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinin “Əvəzləşdirilən” bölməsinin 308-ci sətrində "Ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)” sütünunda qeyd olunan 702 803,38 manat (ƏDV-si 126 504,61 manat) məbləğin 102 036 manat (ƏDV-si 18 366,48 manat) məbləğində olan hissəsinin qarşılıqlı əməliyyatlar zamanı alınmış malların həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmamışdır. Şikayətlərin araşdırılması məqsədi ilə Cəmiyyətin rəhbərinin araşdırmada şəxsən və ya səlahiyyətli nümayəndəsi (qanuni nümayəndəsi) və ya vəkili vasitəsilə iştirak etməsi barədə “Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********045200 nömrəli məktub göndərilərək Cəmiyyətin rəhbəri (və ya səlahiyyətli nümayəndəsi) 23.11,2023-cü il tarixdə saat 15:00-da Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmiş, Cəmiyyətin rəhbəri X7 xx.xx.2023-cü il tarixdə araşdırmada iştirak etmişdir. C.Kələntərov araşdırmaya təqdim etdiyi izahatında “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə edilmiş malların (iş və xidmətlərin) alışı zamanı Dövlət Vergi Xidmətinin sistemində həmin ödəyicinin riskli olub-olmamasının yoxlanıldığını, həmin ödəyicinin əməliyyat başa çatdıqdan sonra xx.xx.2023-cü il tarixdə riskli vergi ödəyicilərinin siyahısına salındığını bildirərək, hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Araşdırma zamanı Cəmiyyət tərəfindən “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən 102 036,0 manat (ƏDV-si 18 366,48 manat) məbləğində malların (şeben (5*15), qraviy) əldə edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 315505 nömrəli elektron qaimə-fakturanın əldə edildiyi və qarşılıqlı əməliyyatlar zamanı alınmış malların həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmamışdır. Bu səbəbdən yuxarıda qeyd edilən əməliyyat riskli hesab edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci yarımbəndlərinə əsasən "X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin (riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2023cü il tarixli **********958900 nömrəli Qərar qəbul edilmişdir. Aparılmış əməliyyatların dəqiqləşdirilməsi və müvafiq zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2023-cü il tarixli **********048300 nömrəli araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə məktub göndərilmiş və Cəmiyyətin rəhbəri (səlahiyyətli nümayəndəsi) Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmişdir. Lakin qeyd edilən vergi ödəyicisinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi araşdırmada iştirak etməmiş və heç bir təsdiqedici sənədləri araşdırmaya təqdim etməmişdir. Qeyd olunan hal xx.xx.2023-cü il tarixli Aktla rəsmiləşdirilmişdir. Beləliklə, uçot baza məlumatlarına və bəyannamə göstəricilərinə əsasən Cəmiyyət tərəfindən “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) 102 036,0 manat (ƏDV-si 18 366,48 manat) məbləğində malların (şeben (5*15), qraviy) əldə edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 315505 nömrəli elektron qaimə-fakturanın əldə edildiyinin və qarşılıqlı əməliyyatlar zamanı alınmış malların iş və xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığının aşkar edildiyini, bu halın da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmadığını, riskli vergi ödəyicisi "X5" Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati araşdırmada iştirak etmədiyini, Vergi Məcələsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlərin bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermədiyini, habelə vergi orqanı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına uyğun qəbul olunmuş qərarın qüvvədə olduğunu nəzərə alaraq, Cəmiyyətin inzibati şikayətləri təmin edilməməli və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********466600 nömrəli Qərar dəyişdirilmədən saxlanılmalıdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iyul 2023 ƏDV vergisi üzrə xx.xx.2023-cü il tarixli, **********466600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsini xahiş etmişdir. Lakin sonradan cavabdeh qurum tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-56482/2024 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2023-cü ilin iyul ayı üzrə əlavə dəyər vergisi üzrə 18.366.48 manat əlavə vergi hesablanmışdır. Buna görə də iddiaçının nümayəndəsi (vəkili) “Cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş 2023 iyul ƏDV dövrü üzrə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-56482/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsinə dair müvafiq qərar qəbul edlməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. Həmin ərizə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(112)-11115/2024 saylı qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən qəbul edilmiş iyul 2023 ƏDV vergisi üzrə xx.xx.2023-cü il tarixli, **********466600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə müəssisəyə 18366.48 manat, əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış vergi məbləğləri əsassız olaraq hesablanmışdır. Belə ki, qəbul edilmiş qərarın əsası olaraq kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı Cəmiyyət tərəfindən 2022-ci ilin aprel ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBV seriyalı, 315505 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdiriİməyə əsas vermədiyi müəyyən edilmişdir. Qeyd edilən elektron qaimə-faktura üzrə 18 366.48 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq, 2023- cü ilin iyun ayı üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması kənarlaşmanın yaranmasına səbəb olması qeyd edilmişdir. İddiaçı tərəfindən vergi orqanına bu barədə dəfələrlə şikayət və məktublar ilə müraciət edilməsinə baxmayaraq, vergi orqnaı tərəfindən şikayətlərə məhəl qoyulmamışdır. İnzibati qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilməsinə baxmayaraq, 28 noyabr 2023-cü il tarixli **********066200 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərara əsasən tələb təmin edilməmişdir. "X4" MMC-dən xx.xx.2022 tarixli 04/22 nömrəli müqavilə və xx.xx.2022 tarixli EBBV 315505 nömrəli e-qaimə əsasında alınmış xidmətlər (sərf olunan materiallar), şirkətimiz və sifarişçi (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)) arasında olan xx.xx.2021-ci il tarixli MCL-X 01/1021 nömrəli müqavilə və onun ayrılmaz hissəsi olan smetanın 3-cü bəndində, xx.xx.2021-ci il tarixli MCL-X 02/1021 nömrəli müqavilə və onun ayrılmaz hissəsi olan smetanın 3-cü, 5-ci və 8-ci bəndlərdə, xx.xx.2022-ci il tarixli MCL-X 03-0322 nömrəli müqavilə və onun ayrılmaz hissəsi olan smetanın meydança N1 və N2 -də 24-cü bəndlərdə qeyd olunmuş işlərə aiddir. Həmçinin, “X4” MMC (VÖEN: **********) ilə müqavilə bağlamamışdan öncə Dövlət Vergi Xidmətinin taxes.gov.az portalında riskli vergi ödəyicisi olmadığını yoxlayaraq və ona istinad olaraq “X4” MMC (VÖEN: **********) və "xxxx" MMC arasında 10 yanvar 2022-ci il tarixdə müqavilə bağlanmışdır. Bu müqavilə əsasında xx.xx.2022-ci il tarixdə mallar təhvil alınaraq təhvil-təslim aktı tərtib olunmuş və xx.xx.2022-ci il tarixdə EBBV315505 nömrəli elektron qaimə alınaraq eyni gündə 102 036.00 AZN məbləğində cari hesabdan, 18 366.48 AZN məbləğ isə ƏDV depozit hesabından köçürmə olunmuşdur. xx.xx.2023-cü il tarixində Dövlət Vergi Xidmətinin xəbərdarlıq məktubunda bildirilib ki, bu vergi ödəyicisi xx.xx.2023cü il tarixli **********958900 nömrəli qərara əsasən riskli vergi ödəyicisi ehtimal edilir. Lakin iddiaçı “X4” MMC ilə əməliyyat apardığı müddətdə sonuncu riskli vergi ödəyicisi olmamışdır. Yuxarıda qeyd edilənlər ilə bağlı iddiaçı tərəfindən vergi orqanına məlumat verilməsinə və əlaqəli sənədlər qoşma olaraq təqdim edilməsinə baxmayaraq vergi orqanı həmin halları nəzərə almaqdan yayınmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, "X18 Company" MMC (Əvvəlki adı ilə "X4" MMC) (VÖEN: **********) tərəfindən xx.xx.2022xx.xx.2023-cü il tarixləri aralığında e-qaimə fakturalar əsasında 14842326,69 manat dəyərində təqdim edilmiş daş materialı, qırmadaş, qum, çınqıl, atsep, ballans və s. mallar, MMC-nin alışında (və ya idxalında) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ünvan 3i ünvanında X2 (VÖEN **********) icarəyə götürülmüş karxanası mövcud olsa da, X15 X1 əldə edilmiş məktuba (**********811500) əsasən, Agentlik tərəfindən "X4" MMC-yə yer təkindən istafadəyə icazə sənədi ("Dağ-mədən ayırması Aktı”) verilmədiyi bildirilmişdir. Həmçinin, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Yuxarıda qeyd olunan məktubda X2 icarəyə götürülmüş Zaqatala rayonu ərazisində yerləşən "Talaçay” qum-çınqıl yatağında 2022-ci il üzrə 6786 kub.m faydalı qazıntı hasilatı aparıldığı bildirilmiş, xx.xx.2023-cü il tarixə həmin yatağın ehtiyatının 133214 kub.m olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 10365097,5 manat dəyərində mallar artıq həcmdə təqdim edildiyi üçün aparılmış əməliyyatın riskli hesab edilməsi barədə bildiriş göndərilmiş, aparılmış əməliyyatların qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinin və riskli halların nümayəndənin iştirakı ilə yenidən araşdırılması üçün aparılmış əməliyyatlar barədə məlumatların və təsdiqedici sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərinin vergi orqanına təqdim edilməsi, əks halda aparılan əməliyyatlara uyğun olaraq qanunamüvafiq qərar qəbul olunacağı bildirilmişdir. Vergi ödəyicisi tərəfindən qeyd olunan məsələ ilə əlaqədar vergi orqanına əsaslı sənədlər təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən müvafiq araşdırmalar apararaq, xx.xx.2022-xx.xx.2023-cü il tarixi aralığında aparılmış 14842326,69 manat dəyərində "Daş materialı, qırmadaş, qum, çınqıl, atsep, ballans və s." malların satışının həyata keçirildiyi, həmin malların 4477229.19 manat hissəsinin alışının müəyyən edildiyi, qalan 10365097,5 manat dəyərində malların isə alış sənədinin olmadığı müəyyən edildiyi üçün aparılmış əməliyyat riskli hesab edilmişdir. Aparılmış araşdırma zamanı "xxxx" MMC tərəfindən əmtəəsiz əməliyyatlar çərçivəsində ƏDV bəyannaməsində (04.2022 ) əvəzləşmə üçün təqdim edilmiş EBBV seriyalı 315505 nömrəli elektron qaimə-faktura üzrə "X18 Company" MMC (Əvvəlki adı ilə "X4" MMC) ilə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 18366.48 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq, cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,00 manat olması nəticəsində 18366.48 manat kənarlaşma yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********295000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2023-cü ilin iyul ayı ƏDV bəyannaməsi üzrə 18 366.48 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********714800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Vergi Məcəlləsinin 175.11ci maddəsinə əsasən, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11115/2024 saylı 27 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 56482/2024 saylı qərarın ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə hesab etmişdir ki, iddaçının əməliyyat apardığı şəxs müqavilə münasibətləri yarandığı dövrdə riskli vergi ödəyicisi hesab olunmamışdır. Bu dəlil formal olmaqla yanaşı, yanlış məntiqə əsaslanan dəlildir. Ona görə ki, yuxarıda adı qeyd olunan vergi ödəyicisi məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyicisi siyahısına daxil edilmiş və bu barədə qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Bildiririk ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq, eyni zamanda öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini ümumiyyətlə yerinə yetirməmiş, yalnız iddiaçının iddia ərizəsində qeyd etdiyi məqamları əsas götürməklə qərarın qəbul edilməsi ilə kifayətlənmiş, mübahisənin həllinə bilavasitə təsir edən yuxarıda qeyd olunan şəxslər tərəfindən idxal etmədiyi və almadığı malların iddiaçıya hansı formada satılması, iddiaçıya satılan malların çeşidində uyğunluğun olub-olmaması (misal üçün mütəxəssis cəlb etməklə) məsələlərini ümumiyyətlə araşdırmamış, əməliyyat aparılmış ödəyicinin rəhbərini məhkəmə icraatına cəlb etməmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətini və ona əlavəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. İddiaçının vəkili və nümayəndəsi “Elektron Məhkəmə" sistemi vasitəsilə xx.xx.2025-ci il tarixdə ərizə verərək, cari iclasın onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İnzibatı məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırki işdə iddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********466600 nömrəli qərardan yuxarı vergi orqanına inzibati şikayət vermiş, Dövlət Vergi Xidməti tərəfindən İnzibati şikayətin təmin edilməməsi haqqında **********066200 nömrəli 28 noyabr 2023-cü il tarixli qərar qəbul edilmişdir. İddiaçının həmin qərarı nə vaxt alması iş materialları ilə müəyyən olunmur. İddiaçı məhkəməyə həmin qərardan xx.xx.2024-cü il tarixdə müraciət etsə də, sonradan işin məhkəmə icraatı dövründə cavabdeh qurum tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-56482/2024 nömrəli qərar qəbul edilmişdir. Buna görə də iddiaçı dəqiqləşdirmə ərizəsi verərək sonuncu qərarı mübahisələndirmişdir. Bununla bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçıya münasibətdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********466600 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2023-cü ilin iyul ayı üzrə əlavə dəyər vergisi üzrə 18.366.48 manat əlavə vergi hesablanmışdır. Həmin qərardan narazı qalan iddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edərək, 2023cü ilin iyul ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Dövlət Vergi Xidməti tərəfindən İnzibati şikayətin təmin edilməməsi haqqında **********066200 nömrəli 28 noyabr 2023-cü il tarixli qərar qəbul edilmişdir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 56482/2024 nömrəli qərar qəbul edilmişdir. Hazırda iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun barəsində qəbul edilmiş həmin qərarı mübahisələndirir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir:
1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik);
2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İddiaçının mübahisləndirdiyi xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-56482/2024 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2023-cü ilin iyul ayı üzrə əlavə dəyər vergisi üzrə 18.366.48 manat əlavə vergi hesablanmışdır. Vergi Məcəlləsinin 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016-cı il tarixli sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilmişdir. Həmin sənədin 7-ci bəndində göstərilmişdir ki, kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılmışdır.(müəyyən edilmişdir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz). Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən maddələrin mənasına görə kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Müddəaların tələblərinin işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərildiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, (67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, (67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, (67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, (67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, (67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, (67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, (67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, (67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. İstinad olunan qanunvericilik normaları ilə birmənalı, konkret olaraq müəyyən edilir ki, Vergi Məcəlləsinin 67.1-ci maddənin 1-9-cu bəndlərində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə vergi orqanlarının ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır. Həmin maddədən göründüyü kimi, qanunvericilik əlaqəli məlumatların dairəsini konkret olaraq müəyyən etmişdir. Vergi orqanı vergi məbləğini yalnız həmin maddədə qeyd olunan əlaqəli məlumatlardan istifadə etməklə hesablaya bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Dövlət Vergi Xidməti tərəfindən “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********066200 nömrəli 28 noyabr 2023-cü il tarixli qərarda qeyd olunur ki, kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı Cəmiyyət tərəfindən 2022-ci ilin aprel ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBV seriyalı, 315505 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi müəyyən edilmişdir. Qeyd edilən elektron qaimə-faktura üzrə 18 366,48 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq, 2023- cü ilin iyun ayı üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Həm işin birinci instansiya, həm apellyasiya icraatında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Modern Construction LTD” MMC ilə "X18 Company" MMC (Əvvəlki adı ilə "X4" MMC) arasında aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış mallar nəzərə alınmamışdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. İş materiallarında olan sənədlərdən (müqavilələrdən, üzləşmə, təhvil-təslim aktlarından, ödəniş sənədindən, elektron qaimədən, qərardan, kommersiya qurumlarının dövlət reyestrinə daxil edilən məlumatdan və s.) görünür ki, Azərbaycan Futbol Federasiyaları Assosiyası ilə "xxxx" MMC arasında Şəki şəhəri 8 saylı məktəbin həyətində süni ot örtüklü meydançanın qurulması və PVC oturacaqlarının quraşdırılması ilə bağlı xx.xx.2021-ci il tarixli; İsmayıllı rayonunda süni ot örtüklü mini meydançanın asfalt-beton əsasının və metal qoruyucu hasarın tikintisi işləri ilə bağlı xx.xx.2021-ci il tarixli; Gəncə şəhər stadionu ərazisində 2 ədəd təbii ot örtüklü futbol meydançasının istinad divarının, metal tor setkadan hasarının və ot örtüyü əsasının hazırlanması işlərinin aparılması ilə bağlı xx.xx.2022-ci il tarixli müqavilələr bağlanmış, görülümüş işlər təhvil verilmişdir. "X18 Company" MMC (Əvvəlki adı ilə "X4" MMC) ilə "xxxx" MMC arasında tikinti malın (şebel, qravij) satışı ilə bağlı xx.xx.2022-ci il tarixli müqavilə bağlanmış, müqavilə qiyməti - malın dəyəri 102036.0 manat müəyyənləşdirilmiş, ona uyğun ƏDV-si 18366.48 manat müəyyən edilmiş, satılmış mallar təhvil verilmiş, malın dəyəri (ƏDV-si ilə birlikdə) ödənilmiş, aparılmış əməliyyat ilə bağlı elektron qaimə verilmiş, sonradan xx.xx.2023-cü il tarixdə "X4" MMC-nin (hazırki "X18 Company" MMC) riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, aparılan araşdırmalar onu deməyə əsas verir ki, iddiaçı riskli vergi ödəyicisi hesab edilən "X4" MMC (hazırki "X18 Company" MMC) ilə apardığı əməliyyata görə xx.xx.2022-ci il tarixdə EBBV 315505 nömrəli elektron qaimə versə də, vergi ödəyicisi “X4” MMC barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar həmin əməliyyatlar apardıqdan ən azı 1 il sonra, yəni xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və sonuncu riskli vergi ödəyicisi hesab edilmişdir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə cavabdeh inzibati orqan Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-56482/2024 nömrəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin olunaraq, cavabdeh inzibati orqanın qəbul etdiyi inzibati aktın ləğv olunması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, həmin dəlillər məhkəmə qərarının ləğv edilib, iddiaçının iddiasının rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11115/2024 saylı 27 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11115/2024 saylı 27 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova X14 Elvin Əliyev