Məhkəmə qərarları › İş №2-1(103)-644/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-644/2020

04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-644/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçının vəkili X7, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2rşı güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-4032/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək B 142395 saylı xx.xx.1979-cu il tarixli diplomda qeyd edilmiş xx.xx.1976cı ildən xx.xx.1979-cu ilə kimi olan təhsil müddəti sosial sığorta stajına daxil olunaraq, ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək peysiya təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilə kimi Sumqayıt şəhər 49 saylı X16 məktəbində “Qara metalların istehsalında nəzarətçi” ixtisası üzrə peşə təhsili almışdır. xx.xx.1980-xx.xx.1982-ci illər ərzində hərbi xidmətdə olmuşdur. xx.xx.1983-cü il tarixdən etibarən əmək fəaliyyətinə başlamaqla müxtəlif müəssisələrdə işləmişdir. Məhkəməyə təqdim etdiyi, diplomdan, hərbi biletdən və əmək kitabçasından da görünür ki, təhsil müddəti, hərbi xidmət müddəti də daxil olmaqla və müxtəlif vəzifələrdə çalışmaqla xx.xx.2006-cı il tarixədək olan müddət üçün ümumilikdə 25 ildən artıq sosial sığorta stajı var və bu müddətin 20 il 09 ay 29 günü güzəştli şərtlərlə pensiya hüququ verən əmək şəraitində işləmişdir.xx.xx.2019-cu il tarixdə o, cavabdeh DSMF-nin X10 idarəsinə ərizə ilə rəsmi qaydada müraciət edərək ona güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin olnmasını xahiş etmişdir. Lakin cavabdeh təşkilat xx.xx.2019-cu il tarixli cavabı ilə onun müraciətini təmin etməmiş və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün tələb olunan 25 il ümumi stajının az olduğunu göstərmişdir. Hesab edir ki, cavabdeh DSMF-nun X1 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Həmçinin bu imtina onun sosial təminat kimi konstitusion hüquqlarını kobud şəkildə pozur. İddiaçı ərizəsində onu da qeyd etmişdir ki, cavabdeh DSMF-nin X10 idarəsi tərəfindən onun 1982-1986-cı illər ərzində təhsil aldığı müddəti nəzərə almamış, şifahi olaraq ona bildirilmişdir ki, həmin illərdə məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquq münasibətləri yaranmamışdır. Halbuki xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilə kimi o Sumqayıt şəhər 49 saylı X16 məktəbində “Qara metalların istehsalında nəzarətçi” ixtisası üzrə peşə təhsili almışdır. Ona görə də hesab edir ki, bu müddət qanunun tələbinə görə sığorta stajına daxil edilməlidir. Odur ki, hüquqlarının bərpa edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4032/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı B 142395 saylı xx.xx.1979-cu il tarixli diplomunda qeyd edilmiş xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilə kimi olan təhsil müddəti sosial sığorta stajına daxil olunaraq, ona 57 yaşdan yəni hüququnun yarandığı xx.xx.2018ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək peysiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X10 İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya xx xxxxxx 2006-cı il tarixədək mövcud olan qanunvericiliyin tətbiq olunması üçün iddiaçının xx.xx.2006-cı ilədək 25 il ümumi, 12 il 06 ay isə güzəştli iş stajı olmalı idi, lakin o, müvafiq staja malik olmadığından hazırki iddia tələbi təmin edilə bilməz. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmalıdır. Məhkəməiclasındaiştirakedəncavabdehin nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X9 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, iddiaçı İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilə kimi Sumqayıt şəhər 49 saylı X16 məktəbində “Qara metalların istehsalında nəzarətçi” ixtisası üzrə peşə təhsili almış, Sumqayıt şüşə zavoduna işə qəbuldan əvvəl xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək Sovet ordusunda xidmət etmiş,xx.xx.1983-cu ildən xx.xx.1983cü ilə qədər Qutu-qablaşdırma sexinin qutu bölməsinə 2-ci dərəcəli qutuyığan, xx.xx.1983cü ildən xx.xx.1984-ci ilə qədər Mexaniki-alət sexinin alət bölməsinə 2-ci dərəcəli tornaçı qəbul edilmiş, xx.xx.1984-cü ildə Cənub rayon dəniz neft-qaz donanması idarəsi “Hövsan” gəmisinə matros 2-ci dərəcəli matros ixtisasına yiyələnmiş, xx.xx.1985-ci ildə Hövsan gəmisi 1-ci dərəcəli matros Neft Sənayesi Nazirliyinin 220 saylı əmrinə əsasən, Cənub rayon dəniz neft-qaz donanması idarəsi “Kaspnefteqazflot” idarəsi adlandırılmışdır. xx.xx.1993-cü ildə PSK-46 gəmisi 1-ci dərəcəli matros Dəniz nəqliyyatı və sualtı texniki işlər üzrə cənub ekspedisiya dəstəsi-cənub dəniz neft donanma idarəsi adlandırılmış, xx.xx.1993-cü ildə PS-158 gəmisi 1-ci dərəcəli matros, xx.xx.1993-cü ildə PS-158 gəmisi 1-ci dərəcəli matros, xx.xx.1998-ci ildə Orion-27 gəmisinə kapitanın böyük köməkçisi təyin edilmişdir. Eyni zamanda iş üzrə tədqiq olunmuş Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçiliyi” QSC X17 Donanmasının EN01/02-229 saylı xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1984-cü ildə Cənub Rayon Dəniz X11 t/x “Hovsan” gəmisinə şagird matros peşəsinə (xx.xx.1984-cü il tarixli 184-k nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.1984-cü ildə t/x “Hövsan gəmisinə 2-ci dərəcəli matros peşəsinə (10711.1984-cü il tarixli 239-k nömrəli əmr), xx.xx.1985-ci ildə t/x “Hövsan” gəmisinə 1-ci dərəcəli matros (0104.1985-ci il tarixli 67-k nömrəli əmr), xx.xx.1993-cü ildə “PS-158” gəmisinə 1-ci dərəcəli matros (xx.xx.1993-cü il tarixli 58-k nömrəli əmr), xx.xx.1998-ci ildə “Orion-27 ” gəmisinə kapitanın böyük köməkçisi ( xx.xx.1998-ci il tarixli 124-k nömrəli əmr ) xx.xx.1999-cu ildə “Orion-4” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə (xx.xx.1999-cu il tarixi 48-k nömrəli əmr) keçirilmişdir. xx.xx.2003-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cı maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (xx.xx.2003-cü i tarixli 100-k nömrəli əmr) işdən azad edilmişdir. xx.xx.2004-cü ildə “Orion-23” gəmisinə kapitan vəzifəsins (xx.xx.2004-cü il tarixli 12-k nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.2004-cü ildə “Orion-4” gəmisins kapitanın böyük köməkçisi (xx.xx.2004-cü il tarixli 117-k nömrəli əmr), xx.xx.2007-ci ildə “Orion-4’ gəmisinə kapitan (xx.xx.2007-ci il tarixli 134-k nömrəli əmr), xx.xx.2009-cu ildə “PSK-45” gəmisinə kapitar (xx.xx.2009-cu il tarixli 63-k nömrəli əmr), 01,10.2009-cu ildə “Geofizik” gəmisinə kapitan vəzifəsins (xx.xx.2009cu il tarixli 130-k nömrəli əmr) keçirilmişdir. xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (xx.xx.2012-ci il tarixli 1344-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2012-ci ildə “Geofizik” gəmisinə kapitan vəzifəsinə (13.04.2.012-ci il tarixli 1604-k nömrəli əmr) işə qəbul edilmişdir, hal-hazırda "Geofizik” gəmisində kapitanın böyük köməkçisi vəzifəsində çalışır. İddiaçı B 142395 saylı xx.xx.1979-cu il tarixli diplomda qeyd edilmiş xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilə kimi olan təhsil müddəti sosial sığorta stajına daxil olunaraq, ona 57 yaşdan yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək peysiya təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla birdəfəlik ödənilməsi 57 yaşı tamam olduğundan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli cavab məktubu ilə iddiaçının müraciətini əsassız olaraq təmin etməkdən imtina etmiş, imtinanın səbəbi kimi xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının 25 ildən az olmasını göstərmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iddiaçının təhsil müddətinin şəxsin iş stajına daxil edilməli olduğu, belə olan halda iddiaçının ümumi iş stajının xx.xx.2006-cı il tarixə qədər 25 il, güzəştli iş stajının isə 12 il 06 ay olduğu üçün güzəştli şərtlərlə pensiya təyin olunması üçün bütün şərtlərin ödənildiyi qənaətinə gəlmiş və iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsalandırmışdır. Hazırda iddiaçı ona B 142395 saylı xx.xx.1979-cu il tarixli diplomda qeyd edilmiş xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilə kimi olan təhsil müddətinin sosial sığorta stajına daxil olunaraq, ona 57 yaşdan yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək peysiya təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il Qərarında göstərilir ki, digər sosial hüquqlarla yanaşı, Konstitusiyanın 38-ci maddəsinin İ hissəsində hər kəsin sosial təminat hüququ müəyyən edilmişdir. Sosial təminat hüququnu, o cümlədən onun əsas elementlərindən biri kimi pensiya hüququnu təsbit edən Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əməkpensiyalarıhaqqında” AzərbaycanRespublikasıQanununun 9.8cimaddəsinəəsasənbu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) çalışan sığortaolunanların kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. “Vətəndaşlarınpensiyatəminatıhaqqında” AzərbaycanRespublikasıQanununun 13cümaddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun xx.xx.2013-cü il tarixdə qüvvədə olmuş 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qeyd edilən maddi hüquq normasında göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. Hazırki iş üzrə iddiaçı xx.xx.2006-cı il tarixədək tələb olunan xüsusi və ümumi sığorta stajını toplamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hansı vaxtdan pensiya təyin edilməsindən və pensiya hüququ yaranmasından asılı olmayaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə əldə edilmiş Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndində sadalanan təhsil müddəti şəxsin iş stajına daxil edilməldir. Belə olan halda işin araşdırılan hallarından da görünür ki, iddiaçının xx.xx.2006-cı ilə qədər təhsil dövrü də daxil olmaqla 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajı mövcud olmuşdur. Həmçinin məhkəmə kollegiyası qeyd eidr ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısında qeyd edilmişdir. (21.2 b bəndində qeyd edilmişdir). Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində məhkəmə vasitəsi ilə verilir. Bütün göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4032/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarıdəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar