Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-644/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1177/2019 saylı 25 dekabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 05 noyabr 2019-cu il tarixli qərarının ləğv edilərək, kameral qaydada əlavə edilmiş vergilərin azaldılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1177/2019 saylı 25 dekabr 2019cu il tarixli qərarı ilə iddianın təmin edilərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” **********077200 saylı 05 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qlan cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin 2-1(82)-1177/2019 saylı 25 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi ünvan 3 ünvanda bina tikintisinə başlamış və 2018-ci ilin 2-ci rübü üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsini təqdim edərək, binanın ümumi sahəsini 12.357,59 kv.m. qeyd etmişdir. Ümumi sahəsi 14.721,55 kv.m. olan bina üzrə sahənin 12.357,59 kv.m. göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilmiş və qeyd olunan kənarlaşmalarla bağlı vergi ödəyicisinə Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 03.08.2018-ci il tarixli **********407500 nömrəli və 04.09.2019-cu il tarixli **********414000 nömrəli uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlərin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyi üçün kameral vergi yoxlaması ilə 2018-ci ilin 2-ci rübü üçün Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 159.895,35 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə **********077200 saylı 05.11.2019cu il tarixli Vergilərin hesablanması barədə qərar göndərilmişdir. Məhkəmə qərarda "xxxx" MMC-nin ƏEMİ 65-755/2019 saylı 25.07.2019-cu il tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul etmiş, vergi orqanının təqdim etdiyi ölçülərin isə mötəbər sübut kimi qiymətləndirilməməli olduğunu bildirmişdir. Lakin məhkəmə ekspert rəyinin mötəbərliliyi barədə qənaətə gəlməsinin əsaslarını qərarda qeyd etməmiş, ekspertin hesablamasının əsaslı olmasını və vergi orqanının müəyyən etdiyi ölçülərin isə doğru olmamasını təsdiq edən hallara istinad etməmişdir. Qeyd edilən ekspert rəyinə cavabdeh tərəfindən 22.10.2019-cu il tarixdə **********071700 saylı mülahizə təqdim edilməsinə baxmayaraq, mülahizə məhkəmə araşdırması zamanı nəzərə alınmamışdır. İddia ərizəsinə dəqiqləşmədə iddiaçı binanın ümumi sahəsinin 9.520,71 kv.m. olmasını bildirərək, vergi orqanının hesablamasının qanuni əsası olmadığını qeyd etmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilən 04.10.2019-cu il tarixli dəqiqləşdirilmiş vergi bəyannaməsinə əsasən müəyyən edilmişdir ki, iddiaçı bəyannamədə binanın sahəsinin - yaşayış sahəsi üzrə 11.413,34 kv.m. + qeyri-yaşayış sahə üzrə isə 944,25 kv.m. olmaqla, vergiyə cəlb edilən ümumi sahənin 12.357,59 kv.m. təşkil etdiyini bəyan etmişdir. Digər tərəfdən, vergi ödəyicisinin kameral qərarın qəbulu prosesinə cəlb edilməsi ilə bağlı vergi qanunvericiliyində hər hansı norma nəzərdə tutulmamışdır. Belə ki, vergi qanunvericiliyinin tələbinə əsasən yalnız səyyar vergi yoxlamasının və operativ vergi nəzarəti tədbirlərinin nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılması nəzərdə tutulmuşdur (Vergi Məcəlləsinin 39.7-ci maddəsi). Lakin qanunvericiliklə kameral qərarlara münasibətdə belə göstəriş müəyyən edilməmişdir. Apellyasiya və kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticələr: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-849/2020 saylı 18 iyun 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1177/2019 saylı 25 dekabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kllegiyasının 2-1(102)-22/2021 saylı 29 yanvar 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-849/2020 saylı 18 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1171/2021 saylı 23 iyun 2021-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1177/2019 saylı 25.12.2019-cu il tarixli qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmçinin məhkəmənin eyni tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə mümkün sayılmamışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1840/2021 saylı 20 oktyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1171/2021 saylı 23 iyun 2021-ci il tarixli qərardadının ləğv edilərək işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək izahatında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə etdiyini, həmin ərizənin məzmununa uyğun izahat verərək 05 noyabr tarixli qərarın cavabdeh orqan tərəfindən ləğv edildiyini, bununla bağlı cavabdehin **********986100 saylı 30 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, 320832.07 manat vergi, 62159.73 manat faiz borcu olmaqla, cəmi 382832.07 manat məbləğində vəsaitin tələb edilməsi hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən olunur ki, iddiaçı əvvəlcə iddia ilə məhkəməyə müraciət edərkən onun tələbi vergi orqanının 05.11.2019-cu il tarixli qərarının ləğvi ilə bağlı olmuşdur. Sonradan inzibati iş apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən iddiaçı 20.05.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh vergi orqanının **********986100 saylı 30 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, 320832.07 manat vergi, 62159.73 manat faiz borcu olmaqla, cəmi 382832.07 manat məbləğində vəsaitin tələb edilməsi hərəkətlərinin qanunsuz hesab edilməsini tələb etmişdir. İşə apellyasiya qaydasında baxmış məhkəmə sözügedən ərizənin mümkün sayılmaması, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğv edilərək, vergi orqanının 05.11.2019-cu il tarixli qərarının ləğvi ilə bağlı tələb üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1840/2021 saylı 20 oktyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, işdə olan iddiaçının “vergi ödəyicisinin şəxsi vərəqəsi” yalnız 01.12.2020-ci il tarixə qədər olan dövrə aiddir və həmin şəxsi vərəqədən cavabdehin yeni kameral yoxlamasının keçirilməməsi, eləcə də iddiaçının yeni vergi bəyannaməsini təqdim etməsi görünmür, yəni sözügedən şəxsi vərəqə köhnə olmaqla, mübahisənin yarandığı dövrü əhatə etmir, yəni əksinə həmin köhnə şəxsi vərəqədən iddiaçının vergi üzrə borcunun olmasını göstərir. Apellyasiya məhkəməsi iş üzrə qəbul etdiyi 23.06.2021-ci il tarixli qərardadı, mübahisəli dövrə aid vergi üzrə rəqəmləri özündə əks etdirməyən köhnə şəxsi vərəqədəki məlumatlarla əsaslandırır. Halbuki apellyasiya məhkəməsi iddiaçının vergilər üzrə yeni şəxsi vərəqəsini tələb etməli və onu digər sənədlərlə bərabər araşdıraraq, iddiaçının həqiqətən vergi üzrə borcunun olubolmamasını müəyyən edib, bunun əsasında iş üzrə düzgün qərar qəbul etməli idi. Bundan başqa kassasiya instansiyası məhkəməsinin sözügedən qərarında qeyd olunmuşdu ki, iddiaçının apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməmiş, ərizə araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bu baxımdan işin yenidən apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında göstərilənlərin icrası ilə əlaqədar iddiaçının şəxsi hesab vərəqəsi tələb olunaraq işə əlavə olunmuş, bundan əlavə, iddiaçının nümayəndəsindən iş materiallarında olan 20.05.2021-ci il tarixdə verilmiş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni müdafiə edib-etmədiyi, həmin ərizəyə münasibətdə mövqeyi soruşulduqda, sonuncu həmin ərizəni müdafiə edərək, onun icraata qəbul edilməsini və işə məhz həmin ərizə əsasında araşdırma aparılmaqla baxılmasını xahiş etmişdir. Bu baxımdan məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin iddiaçının ilk dəfə verdiyi 05.11.2019-cu il tarixli vergi orqanının qərarının ləğvi ilə bağlı iddia tələbinə baxaraq, həmin qərarın ləğv edilməsi qənaətinə gəldiyini və apellyasiya baxışı zamanı təqdim olunmuş- vergi orqanının 30.09.2020-ci il tarixli qərarının ləğv edilməsi ilə bağlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə üzrə mahiyyəti üzrə araşdırmanın aparılıb qərar qəbul edilmədiyini, hazırki vəziyyətdə iddiaçının hüquqi marağının sonuncu dəfə vergi orqanının qəbul etdiyi 30.09.2020-ci il tarixli qərarın ləğv edilməsinə yönəldiyini, belə olan halda apellyasiya məhkəməsi tərəfindən həmin tələb üzrə araşdırma aparılmasının mümkünsüz olduğunu nəzərə alaraq hesab edir ki, inzibati iş iddiaçının məhz sonuncu dəfə- 20.05.2021-ci il tarixdə verdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə verdiyi ərizədəki tələb üzrə baxılıb qərar qəbul edilməsi məqsədilə birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəlləsinin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Bununla bağlı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qəbul etdiyi 25 dekabr 2019-cu il tarixli qərarı ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1177/2019 saylı 25 dekabr 2019cu il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-644/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-644/2022
19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver