Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-644/2023 25.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-644/2023 (Açar sözlər: “güzəştli şərtlərlə pensiya təyin olunması”) Bakı şəhəri 25 aprel 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X5 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6338/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan AZE seriyalı ******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı 5 noyabr 1965-ci il tarixdə doğulmuşdur və hazırda onun yaşayış yeri Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi Heybət döngəsi,evö/t40-dır. İş materiallarında olan HB seriyalı 009566 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1981 – 1986-cı illərdə M.Əzizbəyov adına X17 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış və1986-cı ildə həmin təhsi lmüəssisəsini bitirmişdir.
2. İşmateriallarında olan Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun1dekabr2021ciiltarixli 08-194 saylı arayışında qeyd olunur ki, M.Əzizbəyov adına X18 ordenli Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) arxiv sənədlərinə əsasən İddiaçı 1981-ci ildə neft mexanika fakültəsinin “neft və qaz mədənlərinin maşın və avadanlıqları ”ixtisasıüzrəəyani şöbənin1cikursuna qəbul olunmuşdur (əmr 012/845, 26 avqust 1981-ci il). İddiaçı 1986-cı ildə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir (əmr 02/876,26iyul1986-cı il).Hb seriyalı 009566 nömrəli diplom verilmişdir.
3. İş materiallarında olan ARDNŞ (SOCAR) Geofizika və Geologiya İdarəsinin 26 oktyabr 2021ci il tarixli SOCAR**********20123X00114 nömrəli arxiv arayışında qeyd olunur ki, İddiaçı həqiqətən X8 və Topoqrafiya İdarəsinin (indiki X9 İstehsalat Bölümü) arxiv sənədlərinə əsasən X15 Kəşfiyyat İdarəsinin kəşfiyyat partiyasında çilingər, mexanik, Cümşüd İbrahimov gəmisində böyük mexanik, X20 Qurğusunda mühəndis, baş mexanik, rəis müavini, mexanik vəzifələrində çalışması haqqında məlumat vardır. İşə qəbul olma: 12 avqust 1986-cı il tarixli 115-k saylı əmrə əsasən X15 Kəşfiyyat İdarəsinin kəşfiyyat partiyasına çilingər vəzifəsinə işə qəbul olunub. 22 sentyabr 1986cı il tarixli 144-k saylı əmrə əsasən həmin partiyaya mexanik, 8 fevral 1988-ci il tarixli 17-k saylı əmrə əsasən “Bakerit” tədqiqat gəmisində texnoloji avadanlıqlarının istismarı üzrə mexanik, 1 mart 1990-cı il tarixli 54-k saylı əmrə əsasən Cümşüd İbrahimov gəmisində texnoloji avadanlıqlarının təmiri və xidməti üzrə böyük mexanik, 14 iyun 1996cı il tarixli 45-k saylı əmrə əsasən Qazma avadanlıqlarının təmiri və xidməti üzrə 11-ci dərəcəli mühəndis, 13 may 1998-ci il tarixli 40-k saylı əmrə əsasən X20 Qurğusunun Qazma avadanlıqlarının təmiri və xidməti üzrə 11-ci dərəcəli mühəndis, 1 noyabr 1999-cu il tarixli 114-k saylı əmrə əsasən həmin sahədə 13-cü dərəcəli mühəndis, 1 may 2003-cü il tarixli 9-k saylı əmrə əsasən Baş mexanik xidmətinə 13-cü dərəcəli mexanik, 5 iyul 2006-cı il tarixli 38-k saylı əmrə əsasən həmin xidmətdə rəis müavini, 5 fevral 2007-ci il tarixli 5-k saylı əmrə əsasən həmin xidmətdə 13-cü dərəcəli mexanik vəzifəsinə keçirilib. İşdən azad olma: 30 may 2008ci il tarixli 26-k saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilib. İddiaçı iş stajı 12 avqust 1986-cı il tarixdən 30 may 2008-ci il tarixinə qədər 21 il 9 ay 18 gündür. İddiaçı çalışdığı çilingər, mexanik, böyük mexanik, mühəndis, rəis müvini peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı»nda (********) “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” ******* (a) yarımbəndində 18547 texnoloji qurğuların təmiri üzrə çilingərlər bəndində, ******* (b) yarımbəndində 23485 quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər bəndində, 24094 buruq qurğularının rəisləri və onların müavinləri bəndində, 17541 quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları bəndində göstərilmişdir. SSRİ Neftqazsənayesi Nazirliyinin 29 aprel 1988-ci il tarixli 220 saylı əmrinə əsasən "Xəzərdənizneftqazsənaye" İstehsalat Birliyi ləğv olunub və "Xəzərdənizneftqaz" İstehsalat Birliyi yaradılmışdır (əmr İstehsalat Birliyi № 148 11 may 1988). X6 X11 (əmr № 229 12 sentyabr 1989-cu il) əsasında X15 Kəşfiyyat İdarəsi təşkil edilmişdir. (əmr № 179 xx.xx.1989-cu il). “Quruda və Dənizdə Neft və Qazçıxarma” İstehsalat Birlikləri birləşdirilmiş və onların bazasında “Azneft” İstehsalat Birliyi yaradılıb (Azərbaycan Respublikası Dövlət Neft şirkətinin 25 saylı əmri 31 mart 2003-cü il). “X1” və “X15 Kəşfiyyat İdarəsi” birləşdirilib onların bazasında “X8 və Topoqrafiya İdarəsi” (KGKTİ) yaradılıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 30 dekabr 2007-ci il tarixli 64 nömrəli əmrinə əsasən KGKTİ hüquqi şəxs statusuna malik olmayan qurum kimi Geofizika və Geologiya İdarəsinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Geofizika və Geologiya İdarəsinin strukturunun təkmilləşdirilməsi haqqında” 10 avqust 2012-ci il tarixli 104 nömrəli əmrinə əsasən X8 və Topoqrafiya İdarəsi ləğv edilmiş, X9 Ekspedisiyası yaradılmışdır. Geofizika və Geologiya İdarəsinin (GGİ) tabeliyində olan X9 Ekspedisiyası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 27 dekabr 2013-cü il tarixli 13-1000-01-SM-05-000033 saylı əmri ilə X9 İstehsalat Bölümü adlandırılmışdır.
4. İş materiallarında olan ARDNŞ (SOCAR) Geofizika və Geologiya İdarəsinin 5 yanvar 2022-ci il tarixli SOCAR**********20123X00001 nömrəli arxiv arayışında 26 oktyabr 2021-ci il tarixli arayışda göstərilənlərə əlavə olaraq qeyd edilir ki, İddiaçı çalışdığı peşələr, yəni 12 avqust 1986-cı il tarixdən 22 sentyabr 1986-cı il tarixədək işlədiyi (1 ay 10 gün) çilingər, 22 sentyabr 1986-cı il tarixdən 1 iyun 1996-cı il tarixədək işlədiyi (9 il, 8 ay, 10 gün) mexanik, 1 iyun 1996-cı il tarixdən 1 may 2003-cü il tarixədək işlədiyi (6 il, 11 ay) mühəndis və 1 may 2003-cü il tarixdən Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək işlədiyi (2 il, 8 ay) mexanik peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 1. Qazma ******* (a) fəhlələr ******* (a) 18497 buruqlara xidmət üzrə çilingərlər, ******* (b) Rəhbərlər və mütəxəssislər ******* (b)23485 quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər və kod ******* (b) 22247 bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir.
5. ARDNŞ (SOCAR) Geofizika və Geologiya İdarəsinin məhkəmənin sorğusuna 14-2- 4/2-277/2023 saylı, 10 aprel 2023-cü il tarixli Arxiv arayışından görünür ki, xx.xx.1965ci il təvəllüdlü İddiaçı (Fin: xxxxxxx) X8 və Topoqrafiya İdarəsində (indiki X9 İstehsalat Bölümü) xx.xx.1986-cı il tarixdən xx.xx.2008-ci il tarixədək işlədiyi çilingər, mexanik, böyük mexanik, mühəndis və rəis müavini peşələrində əmək funksiyalarını faktiki olaraq dəniz şəraitində Xəzər dənizində yerləşən buruqlarda-quyularda neft-qaz quyularının qazılması ilə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. İddiaçı işlədiyi bu peşələr Qazma briqadasına aiddir, faktiki olaraq buruqlarda-quyularda işləmişdir və bu səbəbdən ona 1 nömrəli siyahıya uyğun güzəştli arayışlar verilmişdir. -xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək işlədiyi (1 ay 10 gün) çilingər peşəsində siyahıda qeyd edilən kod 1100000a—18497 buruqlara xidmət üzrə çilingərlər peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir. -xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək işlədiyi (1 il 4 ay 14 gün) mexanik peşəsində siyahıda qeyd edilən kod 1100000b—23485 quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir. * -xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək işlədiyi (2 il 27 gün) mexanik peşəsində siyahıda qeyd edilən kod 1100000b—23485 quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir. -xx.xx.1990-cı il tarixdən 01,06.1996-cı il tarixədək işlədiyi (6 il 3 ay) böyük mexanik peşəsində siyahıda qeyd edilən kod 1100000b—23485 quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir. -xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi (3 il 5 ay) mühəndis peşəsində siyahıda qeyd edilən kod 1100000b—22247 bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir. -xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi (3 il 6 ay) mühəndis peşəsində siyahıda qeyd edilən kod 1100000b—22247 bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir. -xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi (Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixinədək 2 il 8 ay) mexanik peşəsində siyahıda qeyd edilən kod 1100000b—23485 quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir. -Cəmi güzəştli iş stajı: İddiaçı xx.xx.1986-cı il tarixdən Qanunun qüvvəyə mindiyi 01.01,2006-cı il tarixədək yuxarıda qeyd edilən 1 nömrəli siyahı üzrə əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 19 il, 04 ay, 20 gün təşkil edir.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
7. İddia ərizəsində bildirilir ki, iddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı 2 noyabr 2021-ci il tarixdə tələb olunan sənədlərlə birlikdə cavabdeh orqana (nümayəndəsi vasitəsilə) müraciət etmişdir. Cavabdeh inzibati orqan 17 noyabr 2021-ci il tarixli məktubla 1981 – 1986-cı illərdə aldığı təhsilin əyani olub-olmaması barədə sənəd təqdim edilməsinin zəruri olduğunu bildirmişdir. İddiaçı 1981 – 1986-cı illərdə aldığı təhsilin əyanı olması barədə arayışın əsli və digər tələb olunan sənədlərlə birlikdə 2 dekabr 2021-ci il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh orqan 10 dekabr 2021-ci il tarixli məktubla ona pensiya təyin etməkdən imtina etmiş və imtinaya səbəb kimi onun 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajının 10 ildən az (6 il 11 ay) olması göstərilmişdir. İşlədiyi yerdən ona verilən 26 oktyabr 2021-ci il tarixli arayışda peşələrin kodu dəqiq və aydın göstərilmədiyindən, müraciət edib yenidən 5 yanvar 2022-ci il tarixli arayış almış, həmin arayış və digər tələb olunan sənədlərlə birlikdə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh orqan 31 yanvar 2022-ci il tarixli məktubla (həmin məktubu 11 fevral 2022-ci il tarixdə “Azərpoçt” vasitsilə almışdır) ona pensiya təyin etməkdən imtina etmişdir. İmtinaya səbəb kimi onun 1 yanvar 2006-cı il tarixədək güzəştli iş satjının 10 ildən az (6 il, 11 ay) olması göstərilmişdir. Bu da iddiaçının Azərbaycan Respublikası Konstitsuyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququmun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Hesab olunur ki, iddia təmin olunmalıdır. Belə ki, iddiaçıya 1 yanvar 2006-cı il tarixədək qüvvədə olan «X4 haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Çünki o, tələb olunan ən azı 10 il xüsusi, 20 il ümumi stajı 1 yanvar 2006-cı il tarixədək qazanmışdır. Hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «X4 haqqında» Qanunun 13-cü maddəsinin a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Nəticədə 1 nömrəli siyahı üzrə nəzərdə tutulan kişilərin pensiya hüquqlarının 52 yaşda yaranması müəyyən edilmişdir. Göründüyü kimi, onun (iddiaçının) 1 nömrəli siyahı üzrə ən azı 10 il, ümumi isə 20 il sığorta stajı olarsa, ona 52 yaşdan pensiya təyin edilməlidir.Onun Qanunun qüvvəyə mindiyi günədək tələb olunan həmin sığorta stajına gəldikdə isə qeyd olunur ki, iddiaçı 5 noyabr 1965-ci il tarixdə Şəmkir rayonunun Seyfəli kəndində doğulmuşdur. 1981-ci il tarixdə M.Əzizbəyov adına X18 Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1986-cı ildə “neft mexanika” fakültəsinin “neft və qaz mədənlərinin maşın və avadanlıqları” ixtisası üzrə tam əyani kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 1986-cı il tarixli qərarı ilə ona mühəndis mexanik ixtisası verilərək adına HB seriyalı 009566 nömrəli diplom verilmişdir. Ona məxsus ИТ-İ ******* nömrəli 18 avqust 1986-cı il tarixli əmək kitabçasının və 5 yanvar 2022-ci il tarixli arayışın məlumatlarına əsasən iddiaçı 12 avqust 1986-cı il tarixli 115-k saylı əmrə əsasən X15 Kəşfiyyat İdarəsinin kəşfiyyat partiyasına çilingər vəzifəsinə işə qəbul olunmuşdur, 22 sentyabr 1986-cı il tarixli 144-k saylı əmrə əsasən həmin partiyaya mexanik, 8 fevral 1988-ci il tarixli 17-k saylı əmrə əsasən “Bakerit” tədqiqat gəmisində texnoloji avadanlıqlarının istismarı üzrə mexanik, 1 mart 1990-cı il tarixli 54-k saylı əmrə əsasən Cümşüd İbrahimov gəmisində texnoloji avadanlıqlarının təmiri və xidməti üzrə böyük mexanik, 14 iyun 1996-cı il tarixli 45-k saylı əmrə əsasən Qazma avadanlıqlarının təmiri və xidməti üzrə 11-ci dərəcəli mühəndis, 13 may 1998-ci il tarixli 40-k saylı əmrə əsasən X20 Qurğusunun Qazma avadanlıqlarının təmiri və xidməti üzrə 11-ci dərəcəli mühəndis, 1 noyabr 1999-cu il tarixli 114-k saylı əmrə əsasən həmin sahədə 13-cü dərəcəli mühəndis, 1 may 2003-cü il tarixli 9-k saylı əmrə əsasən Baş mexanik xidmətinə 13cü dərəcəli mexanik, 5 iyul 2006-cı il tarixli 38-k saylı əmrə əsasən həmin xidmətdə rəis müavini, 5 fevral 2007-ci il tarixli 5-k saylı əmrə əsasən həmin xidmətdə 13-cü dərəcəli mexanik vəzifəsinə keçirilmişdir. 30 may 2008-ci il tarixli 26-k saylı əmrə əsasən Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 20 fevral 2008-ci il tarixdən hal-hazıradək SOCAR-ın müxtəlif idarələrində müxtəlif peşələrdə işləyir. Yuxarıda göstərilən peşələr, yəni 12 avqust 1986-cı il tarixdən 22 sentyabr 1986-cı il tarixədək işlədiyi (1 ay 10 gün) çilingər, 22 sentyabr 1986-cı il tarixdən 1 iyun 1996-cı il tarixədək işlədiyi (9 il, 8 ay, 10 gün) mexanik, 1 iyun 1996-cı il tarixdən 1 may 2003-cü il tarixədək işlədiyi (6 il, 11 ay) mühəndis və 1 may 2003-cü il tarixdən Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək işlədiyi (2 il, 8 ay) mexanik peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahı»nın “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 1-ci Qazma 1100000a a) fəhlələr şirf 1100000a – 18497 buruqlara xidmət üzrə çilingərlər, 1100000b b) Rəhbərlər və mütəxəssislər şırf 1100000b – 23485 quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər və kod 1100000b – 22247 bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. İddiaçının 1 yanvar 2006-cı il tarixədək aldığı əyani təhsillə birlikdə ümumi iş stajı 24 il, 04 ay, 20 gün təşkil edir. Həmin 24 il, 4 ay, 20 gün stajın 19 il, 04, 20 günü 1 nömrəli siyahı üzrə əmək şəraitinə görə güzəştli iş stajına aiddir. Bu zərərli sahələrdə işlədiyinə görə, ona güzəştli şərtlərlə yaşa görə 52 yaşdan, yəni 5 noyabr 2017-cı il tarixdən əmək pensiyası təyin edilməlidir. O, tələb olunan sığorta stajını qanunun qüvvəyə mindiyi günədək qazandığına görə, mövcud iş üzrə «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş tələblərinə uyğun baxılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə, İPM-in 2. 4, 33, 35.1, 45, 46-cı maddələrinə əsaslanaraq, iddiaçıya 52 yaşdan, yəni hüququ yarandığı 5 noyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdeh tərəfindən ilkin müraciətin alındığı 5 noyabr 2021-ci il tarixdən 3 əvvəlki dövrə, yəni 5 noyabr 2018-ci il tarixdən əmək pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur.
8. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 17 iyun 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiasına etiraz olunur. O, iddia ərizəsində 20 il ümumi sosial sığorta stajının və 10 il güzəştli sosial sığorta stajının olduğunu iddia edir və ona 52 yaşdan, 5 noyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Hesab olunur ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı İddia tələbi təmin edilməməlidir. Belə ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 31 yanvar 2022-ci il tarixli **********2 nömrəli “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə” qərarında aşağıdakı qeyd edilən xüsusatlar əsasında vətəndaşa imtina cavabı verilmişdir: 1) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1933-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəl siyahısı»nın “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin (10) Qazma yarımbölməsində (10.1) b) Rəhbərlər və mütəxəssislər: quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-qeofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustalar vəzifələri nəzərdə tutulmuşdur; 2) Mərkəzi Filiala təqdim edilmiş SOCAR-ın Geofizika və Geologiya İdarəsinin 26 oktyabr 2021-ci il tarixli SOCAR**********0020123X00114 nömrəli arayışında 12 avqust 1986-cı il tarixdən 1 iyun 1996-cı il tarixədək olan dövr ərzində adıçəkilən müəssisənin X15 Kəşfiyyat İdarəsinin kəşfiyyat partiyasında çilingər, mexanik, texnoloji avadanlıqların təmiri və xidməti üzrə böyük mexanik, 1 may 2003cü il tarixdən 1 yanvar 2006-cı il tarixədək dövr ərzində isə baş mexanik xidmətində işlədiyi qeyd edilmişdir; 3) sözügedən vəzifələr quyularda geofiziki təhqiqatlar aparan mədən - geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədəngeofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustalar vəzifələrinə uyqun deyil; 4) 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az – 6 il 11 ay (1 iyun 1996-cı il tarixdən 1 may 2003-cü İl tarixədək olan dövr) təşkil edir. «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260 - İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşları pensiya təminatı haqında» Qanunun 13cü maddəsinin “a" bəndinə əsasən 20 il ümumi olan və bu staja azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1933-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı» üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 1,0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sözügedən Qanunun 21.1-ci maddəsinə əsasən şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinln, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1933-cü il tarixli 320 nömrəli qərarına 2 nömrəli əlavə ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahıs»nrn Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı adlı 10-cu bölməsinin Qazma yarımbölməsində aşağıdakı vəzifələr nəzərdə tutulmuşdur: b) Rəhbərlər və mütəxəssislər: quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geologları, texnikləri, ustalar vəzifələri nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilən SOCAR-ın Geofizika və Geologiya İdarəsinin 26 oktyabr 2021-ci il tarixli SOCAR**********0020123X00114 nömrəli arayışında İddiaçı X8 və Topoqrafiya İdarəsinin kəşfiyyat partiyasında 12 avqust 1986-cı il tarixdən 30 may 2008-ci il tarixədək olan dövr ərzində çilingər, mexanik, Cümşüd İbrahimov gəmisində böyük mexanik, X20 Qurğusunda mühəndis, baş mexanik, rəis müavini, mexanik vəzifələrində çalışdığı qeyd edilmişdir. İşin mübahisələndirilən halı ilə bağlı qeyd edilməlidir ki, İddiaçı 12 avqust 1986-cı il tarixdən 30 may 2008-ci il tarixədək olan dövr ərzində çilingər, mexanik, böyük mexanik, mühəndis, baş mexanik, rəis müavini, mexanik vəzifələrində çalışmışdır. İddiaçının adına verilmiş SOCAR-ın arayışında, həmçinin əmək kitabçasında da onun işlədiyi vəzifələr öz təsdiqini tapmışdır. Lakin qeyd edilməlidir ki, sözügedən vəzifələr quyularda geofiziki təhqiqatlar aparan mədəngeofiziki partiyaların quyularda geofiziki tədqiqatlar aparan mədən-qeofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədəngeofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustalar vəzifələrinə uyqun deyil. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinin tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı tarixdə qanunla ona əmək pensiyası təyin edilməsi üçün tələb edilən 10 il güzəştli sosial sığorta stajına malik olmadığından iddia tələbi təmin edilməməlidir.
9. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmişdir.
10. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə yazılı ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6338/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan sübutlar əsasında aparılmış məhkəmə icraatında müəyyən edilir ki, İddiaçı 5 noyabr 1965-ci il tarixdə doğulmuşdur, 2006-cı ilin yanvar ayının 1-dək 20 ildən artıqümumiişstajınamalikdir.O,həmin tarixədək müxtəlif vəzifələrdə işləmiş, o cümlədən 12 avqust 1986-cı il tarixdən 22 sentyabr 1986-cı il tarixədək ARDNŞ X15 Kəşfiyyat İdarəsinin kəşfiyyat partiyasına çilingər, 22 sentyabr 1986-cı il tarixdən 8 fevral 1988-ci il tarixədək həmin kəşfiyyat partiyasında mexanik vəzifəsində işləmiş, 8 fevral 1988-ci il tarixdən 1 mart 1990cı il tarixədək “Bakerit” tədqiqat gəmisində texnoloji avadanlıqlarının istismarı üzrə mexanik, 1 mart 1990-cı il tarixdən 14 iyun 1996-cı il tarixədək Cümşüd İbrahimov gəmisində texnoloji avadanlıqlarının təmiri və xidməti üzrə böyük mexanik, 14 iyun 1996-cı il tarixdən 13 may 1998-ci il tarixədək Qazma avadanlıqlarının təmiri və xidməti üzrə 11-ci dərəcəli mühəndis, 13 may 1998ci il tarixdən 1 noyabr 1999-cu il tarixədək X20 Qurğusunun Qazma avadanlıqlarının təmiri və xidməti üzrə 11-ci dərəcəli mühəndis, 1 noyabr 1999-cu il tarixdən 1 may 2003-cü il tarixədək həmin sahədə 13-cü dərəcəli mühəndis, 1 may 2003-cü il tarixdən 5 iyul 2006-cı il tarixədək Baş mexanik xidmətinə 13-cü dərəcəli mexanik vəzifələrində çalışmışdır. İddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtinaya səbəb kimi, onun işlədiyi kəşfiyyat partiyasında çilingər, mexanik, texnoloji avadanlıqların təmiri və xidməti üzrə böyük mexanik, baş mexanik xidmətində mexanik vəzifələrinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına daxil olmadığı əsas gətirilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir.
14. Məhkəmənin qənaəti belədir ki, iddiaçı X13 işlədiyi “çilingər”, “mexanik”, “texnoloji avadanlıqların təmiri və xidməti üzrə böyük mexanik”, “baş mexanik xidmətində mexanik” vəzifələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin (1b) bəndində əks olunmuş rəhbərlər və mütəxəssislərə aid oluna bilməz. Çünki, həmin bənddə iddiaçının işlədiyi vəzifələr deyil, “mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları”, “bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər”, “buruqların ustaları və onların köməkçiləri”, “avadanlığın təmiri üzrə ustalar”, “quyuların qazılmasında (əsaslı təmirində) mürəkkəb işlər üzrə ustalar”, “quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər”, “dərin qazma (strukturaxtarış) neft-qaz kəşfiyyatının (partiyaların) rəisləri”, “buruq qurğularının rəisləri və onların müavinləri”, “qüllə quraşdırma sexlərinin rəisləri və onların müavinləri”, “quyuların sınaqdan keçirilməsi üzrə sexlərin rəisləri və onların müavinləri” və “qüllə quraşdırma işlərinin iş icraçıları” peşələri nəzərdə tutulmuşdur. Bununla da müəyyən edilir ki, iddiaçının 2006-cı ilin 1 yanvar tarixədək 20 ildən artıq ümumi stajı toplansa da, o, 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə stajı toplamamaşdır. Belə olan halda, onun 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır.
15. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi əsassızdır. İddiaçının ikiinci tələbi, yəni “keçmiş 3 illik müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbi birinci tələbdən törəmə və asılı olduğundan, iddia həmin hissədə də əsaslı deyil.
16. Birinci instansiya məhkəməsi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə, həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixdən qüvvədə olan tələblərinə, həmin Qanunun 9.8-ci maddəsinə, «X4 haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə, həmin Qanunun 67-ci maddəsinə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6338/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı apellyasiya şikayəti verərək Qərarın ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə cavabdeh tərəfindən “iddia ərizəsinə etiraz”la oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.
c) Prosses iştirakçılarının izahatları
20. Məhkəmə Kollegiyasının iclasında iştirak etmiş iddiaçı iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.
21. Məhkəmə Kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə və apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
23. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır.
24. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
25. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.
26. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
27. ”X4 haqqında Qanununun: 13-cü maddəsinin a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır oian işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.
28. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 453) ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Nəticədə 1 nömrəli siyahı üzrə nəzərdə tutulan kişilərin pensiya hüquqlarının 52 yaşda yaranması müəyyən edilmişdir.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
30.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
33. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsininə dair 02 noyabr 2021-ci il tarixdə tələb olunan sənədlərlə birlikdə cavabdeh inzibati orqana (Etibarnamə üzrə nümayəncə X2 vasitəsilə) müraciət etmişdir.Cavabdeh inzibati orqan 17 noyabr 2021-ci il tarixli məktubla 1981-1986-cı illərdə aldığı təhsilin əyani olub-olmaması barəd sənəd təqdim etməyini bildirmişdir.
34. İddiaçı 1981-1986-cı illərdə aldığı təhsilin əyani olması barədə arayışın əsli və digər tələb olunan sənədlərlə birlikdə 02 dekabr 202 -ci il tarixində cavabdehə (nümayəndə X2 vasitəsilə) müraciət etmişdir.Cavabdeh orqan 10 dekabr 2021-ci il tarixli məktubla iddiaçıya pensiya təyin etməkdən imtina etmişdir.
35. İmtinaya səbəb kimi, iddiaçının 01 yanvar 2006-cı il tarixinədək güzəştli iş satjının 10 ildən az (6 il, 11 ay) olması göstərildi. İş yerindən iddiaçıya verilən 26 oktyabr 2021-ci il tarixli arayışda iddiaçının işlədiyi peşələrin kodu dəqiq və aydın göstərilmədyinə görə, müraciət edib yenidən 05 yanvar 2022-ci il tarixli arayış alıb, həmin arayış və digər tələb olunan sənədlərlə birlikdə cavabdeh inzibati orqana (Etibarnamə üzrə nümayəndə X2 vasitəsilə) birbaşa müraciət etmişdir.
36. Cavabdeh orqan 31 yanvar 2022-ci il tarixli məktubla (həmin məktubu xx.xx.2022-ci ildə Azəıpoçt vasitsilə almışdır) ona pensiya təyin etməkdən imtina etmişdir. İmtinaya səbəb kimi, iddiaçının 01 yanvar 2006-cı il tarixinədək güzəştli iş satjının 10 ildən az (6 il, 1 1 ay) olması göstərilmişdir.
37. Birinci instansiya məhkəməsi isə iddianın təmin edilməməsinə dair qərarınıiddiaçının işlədiyi “çilingər”, “mexanik”, “texnoloji avadanlıqların təmiri və xidməti üzrə böyük mexanik”, “baş mexanik xidmətində mexanik” vəzifələrinin 1 nömrəli siyahıya uyğun gəlməməsi ilə əsaslandırmışdır.
38. Hazırda qüvvədə olan “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
39. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
40. ”X4 haqqında” Qanununun 13-cü maddəsinin a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır oian işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 453) ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Nəticədə 1 nömrəli siyahı üzrə nəzərdə tutulan kişilərin pensiya hüquqlarının 52 yaşda yaranması müəyyən edilmişdir.
41. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 nömrəli siyahı üzrə ən azı 10 il, ümumi isə 20 il sığorta stajı olarsa, ona 52 yaşdan pensiya təyin edilməlidir.
42. Odur ki, iddiaçının yuxarıda istinad olunan Qanunun qüvvəyə mindiyi günədək tələb olunan həmin sığorta stajına nəzər salaq:
43. İddiaçı xx.xx.1965-ci ildə Şəmkir rayonun Seyfəli kəndində anadan olmuşdur. 1981-ci il tarixdə M.Əzizbəyov adına X18 Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olaraq, 1986-cı ildə Neft mexanika fakültəsinin “Neft və qaz mədənlərinin maşın və avadanlıqları” ixtisası üzrə tam əyani kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 1986-cı il tarixli qərarı ilə iddiaçıya Mühəndis mexanik ixtisası verilərək adına HB seriyalı 009566 nömrəli Diplom verilmişdir.İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli, 18 avqust 1986-cı il tarixli əmək kitabçasının və 05 yanvar 2022-ci il tarixli arayışın məlumatlarına əsasən: İddiaçı xx.xx.1986-cı il tarixli, 115-k saylı əmrə əsasən X15 Kəşfiyyat İdarəsinin kəşfiyyat partiyasına çilingər vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1986-cı il tarixli, 144-k saylı əmrə əsasən həmin partiyaya mexanik, xx.xx.1988-ci il tarixli, 17-k saylı əmrə əsasən “Bakerit” tədqiqat gəmisində texnoloji avadanlıqlarının istismarı üzrə mexanik, 01,03.1990cı il tarixli, 54-k saylı əmrə əsasən Cümşüd İbrahimov gəmisində texnoloji avadanlıqlarının təmiri və xidməti üzrə böyük mexanik, xx.xx.1996-cı il tarixli, 45-k saylı əmrə əsasən Qazma avadanlıqlarının təmiri və xidməti üzrə 11-ci dərəcəli mühəndis, xx.xx.1998-ci il tarixli, 40-k saylı əmrə əsasən X20 Qurğusunun Qazma avadanlıqlarının təmiri və xidməti üzrə 11-ci dərəcəli mühəndis, xx.xx.1999-cu il tarixli, 114-k saylı əmrə əsasən həmin sahədə 13-cü dərəcəli mühəndis, xx.xx.2003-cü il tarixli, 9-k saylı əmrə əsasən Baş mexanik xidmətinə 13-cü dərəcəli mexanik, xx.xx.2006-cı il tarixli, 38-k saylı əmrə əsasən həmin xidmətdə rəis müavini, xx.xx.2007-ci il tarixli, 5-k saylı əmrə əsasən həmin xidmətdə 13-cü dərəcəli mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2008-ci il tarixli, 26-k saylı əmrə əsasən Əmək Məcəlləsinin 69-cu madcəsinin 3-cü bəndinə əsasən öz xahişim ilə işdən azad edilmişdir. xx.xx.2008-ci ildən hal-hazıradək SOCAR-ın müxtəlif idarələrində müxtəlif peşələrdə işləyir. Yuxarıda göstərilən peşələr, yəni xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilədək işlədiyi (1 ay 10 gün) çilingər, xx.xx.1986-cı ildən xx.xx.1996-cı ilədək işlədiyi (9 il, 8 ay, 10 gün) mexanik, xx.xx.1996-cı ildən xx.xx.2003-cü ilədək işlədiyi (6 il, 1 1 ay) mühəndis və xx.xx.2003-cü ildən qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixinədək işlədiyi (2 il, 8 ay) mexanik peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısf’nm X bölməsi Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı 1. Qazma 1100000а a) fəhlələr şirf 1100000а—18497 buruqlara xidmət üzrə çilingərlər, 1100000b b) Rəhbərlər və mütəxəssislər şirf 1100000b—23485 quyularm qazılması üzrə istehsalat proseslərində quyularm əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər və kod 1100000b—22247 bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verəıı iş sahələri və peşələridir.İddiaçının xx.xx.2006-cı il tarixinədək aldığı əyani təhsillə birlikdə ümumi iş stajı 24 il, 04 ay, 20 gün təşkil edir.
44. Həmin 24 il, 04 ay, 20 gün stajın 19 il, 04, 20 günü 1 nömrəli siyahı üzrə əmək şəraitinə görə güzəştli iş stajına aiddir. Bu zərərli sahələrdə işlədiyinə görə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə 52 yaşdan, yəni 05.11.20 1 7-ci il tarixdən əmək pensiyası təyin edilməlidir.İddiaçı tələb olunan sığorta stajını qanunun qüvvəyə mindiyi günədək qazandığına görə, mövcud iş üzrə Əmək pensiyaları haqqında Qanununun 9.1-ci maddəsinin xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş tələblərinə uyğun baxılmalıdır.
45. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 31 yanvar 2022-ci il tarixli **********2 nömrəli “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə” qərarında aşağıdakı qeyd edilən xüsusatlar əsasında vətəndaşa imtina cavabı verilmişdir: 1) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1933-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəl siyahısı»nın “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin (10) Qazma yarımbölməsində (10.1) b) Rəhbərlər və mütəxəssislər: quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-qeofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustalar vəzifələri nəzərdə tutulmuşdur; 2) Mərkəzi Filiala təqdim edilmiş SOCAR-ın Geofizika və Geologiya İdarəsinin 26 oktyabr 2021-ci il tarixli SOCAR**********0020123X00114 nömrəli arayışında 12 avqust 1986-cı il tarixdən 1 iyun 1996-cı il tarixədək olan dövr ərzində adıçəkilən müəssisənin X15 Kəşfiyyat İdarəsinin kəşfiyyat partiyasında çilingər, mexanik, texnoloji avadanlıqların təmiri və xidməti üzrə böyük mexanik, 1 may 2003-cü il tarixdən 1 yanvar 2006-cı il tarixədək dövr ərzində isə baş mexanik xidmətində işlədiyi qeyd edilmişdir; 3) sözügedən vəzifələr quyularda geofiziki təhqiqatlar aparan mədən - geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustalar vəzifələrinə uyqun deyil; 4) 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az – 6 il 11 ay (1 iyun 1996-cı il tarixdən 1 may 2003-cü İl tarixədək olan dövr) təşkil edir.
46. Apellyasiya baxışı zamanı ARDNŞ (SOCAR) Geofizika və Geologiya İdarəsinin məhkəmənin sorğusuna 14-2-4/2-277/2023 saylı, 10 aprel 2023-cü il tarixli Arxiv arayışından görünür ki: - xx.xx.1965-ci il təvəllüdlü İddiaçı (Fin: xxxxxxx) X8 və Topoqrafiya İdarəsində (indiki X9 İstehsalat Bölümü) xx.xx.1986-cı il tarixdən xx.xx.2008-ci il tarixədək işlədiyi çilingər, mexanik, böyük mexanik, mühəndis və rəis müavini peşələrində əmək funksiyalarını faktiki olaraq dəniz şəraitində Xəzər dənizində yerləşən buruqlarda-quyularda neft-qaz quyularının qazılması ilə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. İddiaçı işlədiyi bu peşələr Qazma briqadasına aiddir, faktiki olaraq buruqlarda-quyularda işləmişdir və bu səbəbdən ona 1 nömrəli siyahıya uyğun güzəştli arayışlar verilmişdir. -xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək işlədiyi (1 ay 10 gün) çilingər peşəsində siyahıda qeyd edilən kod 1100000a—18497 buruqlara xidmət üzrə çilingərlər peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir. -xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək işlədiyi (1 il 4 ay 14 gün) mexanik peşəsində siyahıda qeyd edilən kod 1100000b—23485 quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir. -xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək işlədiyi (2 il 27 gün) mexanik peşəsində siyahıda qeyd edilən kod 1100000b—23485 quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir. -xx.xx.1990-cı il tarixdən 01,06.1996-cı il tarixədək işlədiyi (6 il 3 ay) böyük mexanik peşəsində siyahıda qeyd edilən kod 1100000b—23485 quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir. -xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi (3 il 5 ay) mühəndis peşəsində siyahıda qeyd edilən kod 1100000b—22247 bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir. -xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi (3 il 6 ay) mühəndis peşəsində siyahıda qeyd edilən kod 1100000b—22247 bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir. -xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi (Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixinədək 2 il 8 ay) mexanik peşəsində siyahıda qeyd edilən kod 1100000b—23485 quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir. -Cəmi güzəştli iş stajı: İddiaçı xx.xx.1986-cı il tarixdən Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək yuxarıda qeyd edilən 1 nömrəli siyahı üzrə əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 19 il, 04 ay, 20 gün təşkil edir.
47. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur, odur ki, iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmamışdır.
48. Yuxarida qeyd edilənlərə əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6338/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli Qərarı ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməli, iddiaçıya 52 yaşdan, yəni hüquqnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdeh tərəfindən ilkin müraciətinin alındığı xx.xx.2021-ci il tarixindən 3 il əvvəlki dövrə, yəni xx.xx.2018-ci il tarixdən əmək pensiyasının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6338/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qərarı ləğv olunsun. İddia təmin olunsun. İddiaçıya 52 yaşdan, yəni hüquqnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və cavabdeh tərəfindən ilkin müraciətinin alındığı xx.xx.2021-ci il tarixindən 3 il əvvəlki dövrə, yəni xx.xx.2018-ci il tarixdən əmək pensiyasının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.