Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-644/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “diplom üzrə ixtisasın tanınması və müvafiq şəhadətnamənin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3602/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh Təhsildə Keyfiyyət X3 Hüquqi Şəxsin xx.xx.2023- cü il tarixli, NA00014449 saylı qərarından görünür ki, iddiaçının müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edildiyi üçün xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilmişdir.
2. Ali İxtisas Təhsilinin X6 Təhsil Müəssisəsi "xxxx"nin xx.xx.2014-cü il tarixli, 107724 ******* qeydiyyat nömrəli mütəxəssis diplomunun surətindən görünür ki, İddiaçı “Hüquqşünaslıq” ixtisası üzrə mütəxəssis proqramını mənimsəyib və dövlət yekun attestasiyasını uğurla keçib.
3. Ali İxtisas Təhsilinin X6 Təhsil Müəssisəsi "xxxx" tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 144516 №-li diploma əlavənin tərcümə edilmiş surətindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı "xxxx" Ali İxtisas Təhsilinin X6 Təhsil Müəssisəsinin “Hüquqşünaslıq” ixtisasının “Hüquqşünas” ixtisaslaşması üzrə, əyani formada təhsil almışdır.
4. Ali İxtisas Təhsilinin X6 Təhsil Müəssisəsi "xxxx" tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın tərcümə və təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həqiqətən FDB ATM “Rusiya dövlət sosial universitetinin” məsafədən təhsil fakültəsinin qiyabi təhsil formasında “Hüquqşünaslıq”-Q30501.65 ixtisası üzrə ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən tələbəsi olmuşdur. xx.xx.2008-cİ il tarixindən RDSU İ kursuna qəbul haqqında xx.xx.2008-ci il tarixli 3139-O/C01 saylı əmr. Təhsil alması (təhsili bitirməsi) ilə əlaqədar xx.xx.2014-cü il tarixindən xaric edilməsi haqqında 10.07,2014-cü il tarixli 2029-J1C saylı əmr. İddiaçı A. o. “Hüquqşünaslıq” ixtisası üzrə “Hüquqşünas” ixtisası verilmişdir və xx.xx.2014-cü il tarixli 107724 ******* saylı diplom verilmişdir, qeyd № 1445. RDSU-də məsafədən təhsil texnologiyalarından istifadə etməklə təhsil fəaliyyəti: -“Rusiya Federasiyasında təhsil haqqında” xx.xx.2012-ci il tarixli 273-03 saylı Federal qanuna müvafiq olaraq; - Rusiya Federasiyası təhsil və elm Nazirliyinin xx.xx.2014-cü il tarixli 2 saylı əmri ilə təsdiq edilmiş təhsil fəaliyyətini həyata keçirən təşkilatlar tərəfindən təhsil proqramlarının həyata keçirilməsi zamanı elektron təlim, məsafədən təhsil texnologiyalarının tətbiqi Qaydasına müvafiq olaraq, -Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin xx.xx.2013-cü il tarixli 1367 saylı əmri ilə təsdiq edilmiş ali təhsil proqramları üzrə - bakalavr proqramları, mütəxəssis proqramları, magistratura proqramları üzrə təhsil fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydasına müvafiq olaraq, - Federal dövlət ali təhsil standartlarına müvatıq olaraq; - RDSU lokal normativ aktlarına müvafiq olaraq aparılır. Rusiya Federasiyası təhsil və elm Nazirliyinin 29 oktyabr 2015-ci il tarixli sayii əmri ilə FDB APTM “Rusiya dövlət sosial universitetinin” adı dəyişdirilərək FDB ATM “Rusiya dövlət sosial universiteti” olmuşdur.
5. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı 2008-2014-cü illər ərzində dövlət sərhəd hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: xx.xx.2012 – ÇıxışGürcüstan, xx.xx.2012- Giriş- Gürcüstan, xx.xx.2013 -Çıxış- Ukrayna, xx.xx.2013- GirişGürcüstan, xx.xx.2014- Çıxış- Gürcüstan, xx.xx.2014- Giriş- Gürcüstan, xx.xx.2014- Çıxış- Rusiya, xx.xx.2014- Giriş- Rusiya.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetini qiyabi formada təhsil alaraq əldə etdiyi 14 iyul 2014-ci il tarixli 107724 ******* saylı diplom üzrə aldığı ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadına əsasən cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi iş üzrə əsl cavabdeh Təhsildə Keyfiyyət X3 Hüquqi Şəxsi ilə əvəz edilmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2008-2014 illər ərzində Rusiya Federasiyasının Moskva şəhərində yerləşən Rusiya Dövlət Sosial Universiteti ali peşə təhsili X6 təhsil müəssisəsində təhsil alaraq “Hüquqşünaslıq” ixtisasına yiyələnmişdir. Təhsil müəssisəsində tədris olunmuş bütün fənlərdən müvafiq olaraq “əla”, “yaxşı”, “məqbul” qiymətləri alaraq universiteti bitirmişdir. Universitet tərəfindən tərtib olunan qrafik əsasında təşkil olunmuş əlavə dərslərdə iştirak edərək bütün sessiyaları uğurla başa vurmuş və 144516 qeydiyyat nömrəli 107724 ******* saylı diplomu əldə etmişdir. Diplom ona diploma əlavə ilə birgə 14 iyul 2014-cü il tarixində universitet rəhbərliyi tərəfindən təqdim olunmuşdur. Diplomun Azərbaycan Respublikasında tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş, lakin həmin Agentlik xx.xx.2023-cü il tarixli NA00014449 nömrəli qərarı ilə diplomunun tanınmasından imtina etmişdir. Təhsildə Keyfiyyət Təminat Agentliyi tərəfindən məsələ tam araşdırılmadan qəbul edilmiş qərara görə lazımi qaydada təhsil aldığı “Hüquqşünas peşəsi üzrə hal-hazırda işləyə bilmir. Həmin qərardan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə şikayət etmiş, lakin Təhsildə Keyfiyyət Təminat Agentliyinin qəbul etdiyi qərar qüvvədə saxlanılmışdır. Belə ki, qərarda imtinanın səbəbi sərhəd xidmətinin məlumatı göstərilib. Təhsil aldığı müddətdə təhsil davamiyyətində zaman çatışmazlığı əsas gətirilmişdir. Qərarda təhsil səviyyəsi olaraq “bakalavriat (qiyabi)” qeyd edilib. İddiaçı isə əyani təhsil formasında təhsil almış və bu diplomda öz əksini tapmışdır. Həmçinin, o, hər bir fənn üzrə müəyyən olunmuş miqdarda akademik dərs saatlarında iştirak etmiş və universitet tərəfindən ona bunu təsdiq edən diplom əlavəsi təqdim olunmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir.
9. Məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı yazılı münasibət (etiraz) təqdim edilməmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3602/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının halında xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır.
12. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdır. Qiyabi təhsilalma zamanı zəruri hallarda distant texnologiyalardan istifadə olunması yolverlən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını özündə ehtiva etmir. Ona görə də, iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalıdır. Belə olan halda, məhkəmə vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçı isə İ, İİ, İİİ və İV tədris ili üzrə təhsil aldığı ölkəyə ümumiyyətlə getməmiş, İ-İV kurslarda tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak etməmişdir. Habelə, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübut da təqdim olunmamışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
13. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3602/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi tərəfindən qərar qəbul edilərkən, işin bütün faktiki halları araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilmədiyindən əsassız, eləcə də qanunsuz qərar qəbul edilmişdir. Məhkəmə iclasında cavabdeh tərəf imtinasını heç bir normativ hüquqla əsaslandıra bilmədiyi və bu səbəbdən iddia tələbinə etiraz vermədiyi halda Məhkəmə onun formal tələblərə əsaslanan imtinasını haqlı hesab edərək iddiaçının iddiasını əsassız olaraq təmin etməmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni əsaslar olmadan və düzgün norma tətbiq edilmədən verildiyinə görə ləğv edilməlidir. Belə ki, Qaydaların 3.10.1-ci yarımbəndinə əsasən Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina edilir. İmtinada istinad olunan 4.1.4-cü və 4.1.5ci yarımbəndlərdə qeyd olunan ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması və tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması halları, həmçinin Dövlət standartının 8.7.2-ci yarımbəndində qeyd olunan qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat olması tələbi Qaydaların özündə qeyd olunduğu kimi ənənəvi təhsil metodlarına şamil olunur, iddiaçı isə distant formada (məsafədən təhsil texnologiyalarından istifadə olunmaqla) təhsil almışdır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma formasıdır. Qanunun 10.5-ci maddəsi isə əlavə təhsil, distant təhsil və digər xüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramlarının tətbiq edildiyini ehtiva edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat(əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə əsasən bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 avqust tarixli 147 nömrəli qərarı ilə təsdiq edilmiş “Formal təhsilin təşkili Qaydaları”nın 4-cü hissəsinə əsasən formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilir. Bundan əlavə Dövlət standartlarının 5.4-cü bəndində əsasən ali təhsil pilləsində əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. Distant (məsafədən) formada bakalavr hazırlığının aparılması qaydasının müəyyən edilmədiyinə görə vətəndaşın maraqlarının ziddinə digər, yəni ənənəvi formada bakalavr hazırlığının aparılması qaydalarının tələblərinin distant təhsil münasibətlərinə tətbiq edilməsi yolverilməzdir. Göründüyü kimi Azərbaycan Respublikasının təhsil qanunvericiliyində öz əksini tapan və son dövrlərdə tətbiq olunmağa başlanan distant təhsil metodu inkişaf etmiş qərb ölkələrinin qabaqcıl və dünya miqyasında tanınmış ali təhsil müəssisələrində (uzun müddətdir ki çox uğurla tətbiq olunur və bundan digər ölkə vətəndaşları ilə yanaşı bizim vətəndaşlar da istifadə edərək əldə etdikləri nəticələr əsasında karyera yüksəlişinə nail olurlar. İşin materillarında olan iddiaçının təhsil aldığı Rusiya Dövlət Sosial Universiteti tərəfindən verilmiş, tərcümə və təsdiq olunmuş xx.xx.2024- cü il tarixli arayışından da bəlli olur ki, iddiaçı həmin universitetin məsafədən təhsil fakültəsinin tələbəsi olmuşdur. Adıçəkilən universitetdə təhsil arayışda da qeyd olunduğu kimi məsafədən təhsil texnologiyalarından istifadə olunmaqla da təşkil olunur. Həmin Universitet təhsil fəaliyyətində məsafədən təhsil texnologiyalarını “Rusiya Federasiyasında Təhsil haqqında” xx.xx.2012-ci il tarixli 273-ФЗ nömrəli Federal Qanuna, "Təhsil proqramlarının həyata keçirilməsində təhsil fəaliyyəti, distant təhsil texnologiyaları ilə məşğul olan təşkilatlar tərəfindən elektron təhsildən istifadə Qaydasının təsdiq edilməsi haqqında" Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin xx.xx.2014-cü il tarixli 2 nömrəli əmrinə (Qeydiyyatdan keçmişdir: Rusiya Ədliyyə Nazirliyi, xx.xx.2014 N 31823) və digər normativ hüquqi sənədlərə əsasən tətbiq edir və Rusiya Federasiyasının Təhsil və Elm sahəsində Dövlət Nəzarəti Xidməti tərəfindən akkreditasiya olunub (Dövlət Akkreditasiyası barədə reyestrdən çıxarış əlavə olunur, №А007-00115-77/********)
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
19. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
20. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8.bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; 3.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyınin müəyyən edilməsi (noslrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir...
21. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının:
2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
22. .Qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”: 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
23. .Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.5 Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
24. .Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
26. Qərardan iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin aktı bütövlükdə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin qərarı tam hissədə yoxlanılır.
27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş, həmçinin, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
29. Məhkəmə kollegiyası daha sonra işin faktiki hallarına tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir.
30. Belə ki, işin mübahisələndirilməyən hallarına görə, iddiaçı 2008-2014-cü illərdə "xxxx" Ali İxtisas Təhsilinin X6 Təhsil Müəssisəsində “hüquqşünas” ixtisası üzrə, məsafədən təhsil texnologiyalarından istifadə edilməklə, qiyabi formada təhsil almış və ona Universitet tərəfindən xx.xx.2014-cü il tarixli diplom verilmişdir. Qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərindən göründüyü kimi diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı işdə də qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də, tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri, təhsil alınan ölkədə faktiki olunan müddətləri də özündə ehtiva edir. İş materiallarında olan iddiaçının sərhədkeçmə məlumatlarından görünür ki, o, İ, İİ, İİİ və İV tədris ili üzrə təhsil aldığı ölkəyə - Rusiya Federasiyasına ümumiyyətlə getməmiş, yalnız V tədris ili üzrə, 2014-cü ildə 5 gün müddətində həmin ölkədə olmuşdur. Bu hal isə onun müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsini şübhə altına alır.
31. Məhkəmə Kollegiyası qeyd edir ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır.
32. Belə ki, məhkəmə Kollegiyası qeyd edir ki, Ali İxtisas Təhsilinin X6 Təhsil Müəssisəsi "xxxx" tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 144516 №-li diploma əlavənin tərcümə edilmiş surətindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı "xxxx" Ali İxtisas Təhsilinin X6 Təhsil Müəssisəsinin “Hüquqşünaslıq” ixtisasının “Hüquqşünas” ixtisaslaşması üzrə, əyani formada təhsil almışdır.
33. Apellyasiya baxışı zamanı tərəflərin izahatından və iş materiallarından da müəyyən olunmuşdur ki, Ali İxtisas Təhsilinin X6 Təhsil Müəssisəsi "xxxx" tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 144516 №-li diploma əlavənin üzərində iddiaçının əyani formada təhsil alması göstərilsə də, iddiaçının təhsil forması qiyabi olmuşdur.
34. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, Ali İxtisas Təhsilinin X6 Təhsil Müəssisəsi "xxxx" tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın tərcümə və təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həqiqətən FDB ATM “Rusiya dövlət sosial universitetinin” məsafədən təhsil fakültəsinin qiyabi təhsil formasında “Hüquqşünaslıq”-Q30501.65 ixtisası üzrə ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən tələbəsi olmuşdur. xx.xx.2008-cİ il tarixindən RDSU İ kursuna qəbul haqqında xx.xx.2008-ci il tarixli 3139-O/C01 saylı əmr. Təhsil alması (təhsili bitirməsi) ilə əlaqədar xx.xx.2014-cü il tarixindən xaric edilməsi haqqında 10.07,2014-cü il tarixli 2029-J1C saylı əmr. İddiaçı A. o. “Hüquqşünaslıq” ixtisası üzrə “Hüquqşünas” ixtisası verilmişdir və xx.xx.2014-cü il tarixli 107724 ******* saylı diplom verilmişdir, qeyd № 1445. RDSU-də məsafədən təhsil texnologiyalarından istifadə etməklə təhsil fəaliyyəti: -“Rusiya Federasiyasında təhsil haqqında” xx.xx.2012-ci il tarixli 273-03 saylı Federal qanuna müvafiq olaraq; - Rusiya Federasiyası təhsil və elm Nazirliyinin xx.xx.2014-cü il tarixli 2 saylı əmri ilə təsdiq edilmiş təhsil fəaliyyətini həyata keçirən təşkilatlar tərəfindən təhsil proqramlarının həyata keçirilməsi zamanı elektron təlim, məsafədən təhsil texnologiyalarının tətbiqi Qaydasına müvafiq olaraq, - Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin xx.xx.2013-cü il tarixli 1367 saylı əmri ilə təsdiq edilmiş ali təhsil proqramları üzrə - bakalavr proqramları, mütəxəssis proqramları, magistratura proqramları üzrə təhsil fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydasına müvafiq olaraq, - Federal dövlət ali təhsil standartlarına müvatıq olaraq; - RDSU lokal normativ aktlarına müvafiq olaraq aparılır. Rusiya Federasiyası təhsil və elm Nazirliyinin 29 oktyabr 2015-ci il tarixli sayii əmri ilə FDB APTM “Rusiya dövlət sosial universitetinin” adı dəyişdirilərək FDB ATM “Rusiya dövlət sosial universiteti” olmuşdur.
35. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdır. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır.
36. Məhkəmə iddiaçı tərəfin təhsil aldığı müddət ərzində distant təhsil alması, mənimsəmə üzrə imtahanları məsafədən yerinə yetirməsi beləliklə də, mütəmadi olaraq Rusiya Federasiyasına gedib-gəlməyə zərurətinin olmaması əsasına münasibətdə qeyd edir ki, iddiaçının aldığı bakalavr təhsilinin Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğu müəyyən edilmir. Qeyd olunduğu kimi, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdır. Qiyabi təhsilalma zamanı zəruri hallarda distant texnologiyalardan istifadə olunması yolverlən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını özündə ehtiva etmir. Ona görə də, iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalıdır.
37. Belə olan halda, məhkəmə Kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçı isə İ, İİ, İİİ və İV tədris ili üzrə təhsil aldığı ölkəyə ümumiyyətlə getməmiş, İ-İV kurslarda tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak etməmişdir. Habelə, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübut da təqdim olunmamışdır.
38. Məhkəmə qeyd edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul etdiyi bir sıra qərarınlarda analoji hüquqi mövqedən çıxış edilmişdir (2-1(102)- 2762/2023, xx.xx.2023 tarixli, 2-(102)-959/2024 saylı, xx.xx.2024-cü il tarixli).
39. İddiaçının iddia tələbinin əsası olaraq bildirmişdir ki, o, 2008-2014-cü illər ərzində distant təhsil almış, mütəmadi olaraq Rusiya Federasiyasına gedib-gəlmək zərurəti olmamışdır, ona görə də dərs və imtahanlarda distant iştirakı diplom üzrə ixtisasın tanınması üçün yetərli hesab edilməlidir.
40. İddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmə iddiaçının halında xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır.
41. Bununla belə məhkəmə Kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə həlledici məqam qeyd edilən qaydada xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğunun müəyyən olunmasından asılıdır. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir.
42. İddiaçının halında isə sözügedən tələbə riayət olunmamışdır.
43. Beləliklə, məhkəmə müəyyən edilmiş halları ixtisasın tanınması üçün təhsilin keyfiyyət göstəriciləri ilə bağlı tələblər baxımından dəyərləndirərək hesab edir ki, cavabdeh tərəfindən diplomun tanınmasından imtina edilməsi mübahisəyə dair işin hallarına, milli və beynəlxalq qanunvericiliyə uyğun olduğundan, cavabdeh tərəfindən iddiaçının diplomunun tanınmasından imtina olunması onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.
44. Məhkəmə işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının diplomunun tanınmasından imtina etməkdə cavabdeh haqlı olmuşdur.
45. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
46. İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, adıçəkilən universitetdə təhsil arayışda da qeyd olunduğu kimi məsafədən təhsil texnologiyalarından istifadə olunmaqla da təşkil olunur. Həmin Universitet təhsil fəaliyyətində məsafədən təhsil texnologiyalarını “Rusiya Federasiyasında Təhsil haqqında” xx.xx.2012-ci il tarixli 273-ФЗ nömrəli Federal Qanuna, "Təhsil proqramlarının həyata keçirilməsində təhsil fəaliyyəti, distant təhsil texnologiyaları ilə məşğul olan təşkilatlar tərəfindən elektron təhsildən istifadə Qaydasının təsdiq edilməsi haqqında" Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin xx.xx.2014-cü il tarixli 2 nömrəli əmrinə (Qeydiyyatdan keçmişdir: Rusiya Ədliyyə Nazirliyi, xx.xx.2014 N 31823) və digər normativ hüquqi sənədlərə əsasən tətbiq edir və Rusiya Federasiyasının Təhsil və Elm sahəsində Dövlət Nəzarəti Xidməti tərəfindən akkreditasiya olunub (Dövlət Akkreditasiyası barədə reyestrdən çıxarış əlavə olunur, №А007-00115-77/********)
47. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olduğunu və həmin dəlillərə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə yanaşı məhkəmə Kollegiyası bir daha diqqətə çəkir ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdır. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır.Aparılmış hüquqi dəyərləndirmənin nəticəsi olaraq isə müəyyən olunur ki, iddiaçının tələbi hazırkı işin faktiki hallarına tətbiq olunan hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır.
48. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
49. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxakən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək əsaslı nəticəyə gəlmişdir.
50. Beləliklə, apellyasiya şikayətinin dəlilləri əsassızdır və odur ki, təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3602/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3602/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.