Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-645/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və ödənilməmiş məbləğin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3542/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı “Müharibə veteranı” statusuna görə əlavə müavinətin, “Kommunal, nəqliyyat və digər xüsusi xidmətlərə görə güzəştli müavinətin, “Əmək pensiyaları haqqında” Qanunun19.2.4-cü maddəsinə əsasən pensiyanın baza hissəsinin 10 faizi məbləğində əlavənin mart 2010-cu il tarixindən mart 2019-cu il tarixinədək hesablanaraq ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mart 2010-cu ildə Ədliyyə baş giziri böyük nəzarətçi vəzifəsində qulluq və yaş həddinə görə pensiyaya çıxmışdır. Xidmət müddətində “Kommunal, nəqliyyat və digər xüsusi xidmətlərə görə” və “Müharibə veteranı” statusuna görə əlavə müavinətlərdən istifadə etmişdir. May 2012-ci ildə qeyd olunan əlavə müavinətlərin ödənişi dayandırılmışdır. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 19.2.4-cü maddəsində nəzərdə tutulmuş pensiyanın baza hissəsinin 10 faizi məbləğində əlavə ödənilməmişdir. Bu barədə cavabdehə müraciətinə xx.xx.2019-cu il tarixli, **********7 saylı cavab məktubu ilə “Sosial müavinətlər haqqında” Qanunun 7.0.6-cı maddəsinə istinad edilərək imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunvericiliyə ziddir. Belə ki, “Kommual, nəqliyyat və digər xidmətlərə görə” güzəştlər pul ilə əvəz olunmuş sosial müavinət deyil, əlavə haqdır. Bu “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Pezidentinin xx.xx.2001-ci il tarixli 613 nömrəli Fərmanında əksini tapmışdır və hal-hazıra kimi qüvvədədir. Həmçinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adını almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” xx.xx.2005-ci il tarixli, 257 nömrəli Azərbaycan Respublikası Fərmanında da, təsbit olunmuş və xx.xx.2019-cu il tarixinədək, yəni “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilməsi barədə” Sərəncamın 1.11-ci bəndinə “Müharibə veteranlarının kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinin əlavə əvəzinə 80 manat məbləğində Prezident təqaüdünün təsis edilməsi barədə Sərəncamı da, bir daha sübut edir ki, qeyd olunan müavinətlər ona ödənilməli idi. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3542/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3542/2020 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfləri dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşdə olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən xx.xx.2010-cu il tarixdə İddiaçı barəsində məlumat vərəqəsi tərtib edilmişdir. Məlumat vərəqəsinə əsasən, İddiaçı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı MTCM-nin böyük nəzarətçisi vəzifəsində, ədliyyə baş giziri hərbi rütbəsində, 49 il 9 ay 7 gün xidmət ili üzrə, 614 manat məbləğində təminat xərcliyi hesablanmışdır. Həmin məlumat vərəqəsinə müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın K/531 nömrəli, xx.xx.2010-cu il tarixli qərarı ilə “Əmək pensiyasları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə xx.xx.2010-cu il tarixdən ömürlük, 625 manat məbləğində pensiya təyin edilmişdir. Pensiyanın hesablanması vərəqəsindən görünür ki, iddiaçıya təminat xərcliyinin 100 faizi miqdarında əmək pensiyası təyin edilmiş, həmçinin pensiyanın ümumi məbləğinə “Əmək pensiyaları haqqında” Qanunun xx xxxxx 2019-cu il tarixinədək qüvvədə olan 19.1.6-cı maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə əlavə -11.00 manat əlavə də hesablanmışdır. İddiaçı xx.xx.1999-cu il tarixdə “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Daha sonra iddiaçıya xx.xx.2011-ci il tarixdə “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3, 1.0.4, 1.0.5, 11.1.5, 19.1.6-cı maddələrini, Aərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaların 1 və 2-ci bəndlərini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə qərarında qeyd etmişdir ki, qanunvericiliyin normalarından göründüyü kimi, vətəndaşın pensiya hüququ yarandığı zaman ona verilən müavinət dayandırılır. Yəni, qeyd olunan müavinət təyin edilərkən iddiaçı pensiyaçı olmamış və fərmanlara müvafiq olaraq ona müavinət təyin edilmiş və o, əmək pensiyasına çıxana qədər həmin müavinəti almışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçıya əmək pensiyası təyin edilərkən ona ödənilən müavinətin dayandırılması qanunvericiliyin tələblərinə uyğun olduğundan iddiaçının hüquqları pozulmamışdır. Həmçinin, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun xx xxxxx 2019-cu il tarixədək qüvvədə olan 19.1.6-cı maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə 11 manat əlavə hesablanmışdır. Ona görə də, iddia tələbinin bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmət güzəştlərinə görə və “Əmək pensiyaları haqqında” Qanunun 19.2.4-cü maddəsində nəzərdə tutulmuş əlavələrin verilməsi hissəsində qeyd olunan əlavələr cavabdeh tərəfindən əmək pensiyasına hesablanmışdır. Bu səbəbdən də, iddiaçının cavabdehə qarşı tələbi həmin hissədə də əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eyni olduğundan və Məhkəmə kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından, Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3542/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-645/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-645/2021
02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver