Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-645/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinə qarşı “kompensasiya” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi, İddiaçının nümayəndəsi (oğlu) X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinə qarşı “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1990/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, sahə 2-1307 ünvanında yerləşən ona məxsus ev quşlarının yetişdirilməsi təsərrüfatında qida təhlükəsizliyi qeydiyyatına alınması barədə icazə verilməsi öhdəliyinin Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional Bölməsinə həvalə edilməsini və yuxarıda qeyd etdikləri ilə bağlı Zaur Kərimovun qanunsuz qərarları nəticəsində vurulmuş ziyana görə 1000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional Bölməsinin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri, Xəzər rayonu, sahə 300 ünvanında yerləşən ona məxsus ev quşlarının yetişdirilməsi təsərrüfatında Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsi tərəfindən araşdırılma aparılmış, yoxlama hərəkətlərinin nəticəsi kimi 03 sentyabr 2020-ci il tarixdə YPK/0126-20 nömrəli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərar qəbul olunmuşdur. Sözügedən qərara əsasən ona məxsus təsərrüfatda ev quşlarının yetişdirilməsi işlərinin görülməsinin dayandırılması qərara alınmışdır. O, sözügedən qərardan narazıdır və onun ləğv olunmasını xahiş edir. Belə ki, qərarda göstərilmiş nüanslar doğru deyil. Ona məxsus ev quşlarının yetişdirilməsi təsərrüfatda sözügedən qərarda götərilmiş “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununun və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin tələblərinə əməl edir. Bu səbəbdən hesab edir ki, yuxarıda göstərilmiş qərar əsassızdır və ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1990/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının “kompensasiya” tələbi ilə bağlı iddiasının mümkün sayılmaması qərara alınmışdır. Həmçinin məhkəmənin eyni saylı və eyni tarixli qərarı ilə iddia digər tələblə bağlı hissədə qismən təmin edilərək, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 300 ünvanında fəaliyyət göstərən quşçuluq təsərrüfatının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”na, həmçinin sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, İddiaçı qida təhlükəsizliyi qeydiyyatına alınması barədə müraciətinin yenidən araşdırılmasının cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin 2-1(112)-1990/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qərardadından narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kompensasiyanın ödənilməsi ilə bağlı 09.03.2021-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu 01.06.2021-ci il tarixli cavab məktubu ilə tələbini əsassız hesab edərək ona məsələni məhkəmə icraatı qaydasında mübahisələndirməyi tövsiyyə etmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi (oğlu) X6 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etdi. 12.01.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və 3-cü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin və 3cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasın etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin və 3-cü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bakı şəhər Baytarlıq İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Sahə 2-1307 (0,1 hektar) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yoxlamanın aparılması haqqında YPK/0126-20 saylı 01 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, fiziki şəxs İddiaçı məxsus təsərrüfat obyektində plandankənar yoxlamanın başlanma tarixi 01 sentyabr 2020-ci il başa çatma tarixi 03 sentyabr 2020-ci il müəyyən edilmişdir. Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin YPK/0126-20 saylı 03 sentyabr 2020-ci il tarixli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərarın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 300 ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı məxsus ev quşlarının istehsalının (yetişdirilməsi) və yetişdirilmə işlərinin görülməsinin dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin YPK/0126-20 nömrəli 09 sentyabr 2020-ci il tarixli “Yoxlamanın nəticələri üzrə” Qərarının təsdiq olunmuş surətindən görünür ki, aşkar olunmuş pozuntuların 09.10.2020- ci il tarixinədək aradan qaldırılması və bu barədə Bakı regional bölməyə məlumat verilməsi, YPK/0126-20 saylı 03.09.2020-ci il tarixli məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarın qüvvədə saxlanılması qərara alınmışdır. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinə qarşı tələbi “qanunsuz qərarlar nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddaçının hazırki tələblə bağlı cavabdeh inzibati orqana, yəni Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinə müraciətinin olmamasına, eləcə də iddiaçıdan onun cavabdehə müraciətinin və ona cavab məktubunun təqdim edilməsinin tələb edilməsinə baxmayaraq bu barədə hər hansı sübutun iddiaçı tərəfindən təqdim edilməməsinə istinad edərək iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının “kompensasiya” tələbi ilə bağlı iddiasını qərardadında qeyd olunanlarla bağlı mümkün saymamaqla düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İş materiallarında olan iddiaçının müraciət məktubunun surətindən (i.v. 94) görünür ki, iddiaçı Qiyaz X4suz qərarları nəticəsində vurulmuş ziyana görə 10000 manat məbləğində kompensasiyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmişdir. ********** saylı (i.v.97) mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə 09.03.2021-ci il tarixdə məktub ünvanlanmış və həmin məktub sifarişli poçt xəbərnaməsinin şəxsən qrafasına 12.03.2021-ci il tarixdə imza edilməklə qəbul edilmişdir. Həmçinin apellyasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 01.06.2021-ci il tarixli məktubun məzmunundan (i.v. 231-232) görünür ki, iddaçının 12.03.2021-ci il tarixli müraciətinə cavab olaraq Agentlik sözügedən kompensasiyanın ödənişindən imtina etmişdir. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçı tərəfindən “kompensasiya” tələbi ilə bağlı bilavasitə cavabdeh inzibati orqana deyil, onun yuxarı orqanı olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə müraciət edilmiş və sonuncu tərəfindən iddiaçıya tələbinin təmin olunmasından imtina edilmiş, həmin imtina məktubu da iddiaçını qane etmədiyi üçün sonuncu hazırki cavabdehə qarşı həmin tələblə məhkəməyə müraciət etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “kompensasiya” tələbi ilə bağlı artıq cavabdeh inzibati orqanın yuxarı orqanının münasibəti olduğu üçün bu münasibət həm də cavabdeh inzibati orqanın münasibəti kimi qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı zamanı hazırki cavabdeh qeyd olunan tələbin təmin olunması istiqamətində hər hansı hərəkət etməmiş, əksinə yuxarı orqanının iddiaçının həmin tələbinə olan münasibəti (imtinası) ilə razılaşmışdır ki, bu da elə hazırki cavabdehin imtinası kimi qiymətləndirilir. Belə olan halda iddiaçının “kompensasiya” tələbi üzrə iddia mümkün sayılmalıdır. Lakin işə birinci instansiya qaydasında baxmış məhkəmə bu halları nəzərə almadan iddiaçının “kompensasiya” tələbinin inzibati məhkəmə icraatında mümkün olmadığı qənaətinə gəlmişdir ki, bu da onu deməyə əsas verir ki, məhkəmə həmin tələbin (iddianın) mümkünlüyü ilə bağlı sonadək zəruri araşdırmanı aparmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 13.10.2021-ci il tarixli qərardad Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1990/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş iddiaçının “kompensasiya” tələbi ilə bağlı sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-645/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-645/2022
12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver