Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-645/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X5 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7946/2024 saylı 29 iyul 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx xxxxxxx 1955-ci il təvəlldlüdür. İddiaçı məxsus ИТ-İ seriyalı ******* saylı xx.xx.1976-cı il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1976-cı il tarixdə İmişli rayonu k/t istehsalat idarəsində tikintiyə nəzarət şöbəsinə iqtisadçı vəzifəsinə təyin edilmişdir (əmr № 68, xx.xx.1976). xx.xx.1977-ci il tarixdə İmişli rayon k/t idarəsi mərkəzi mühasibatlığa baş mühasib vəzifəsinə keçirilmişdir (əmr № 09, xx.xx.1977). xx.xx.1986-cı il tarixdə İmişli rayonu k/t idarəsində mərkəzi mühasibatlığın baş mühasibi vəzifəsindən ərizəsinə əsasən azad edilmişdir (əmr № 60, xx.xx.1986). xx.xx.1986-cı il tarixdə İmişli rayonu Jdanov adına kolxozda iqtisadçı vəzifəsinə təyin edilmişdir. xx.xx.1986-cı il tarixdə İmişli rayonu Jdanov adına kolxozda baş mühasib vəzifəsinə keçirilmişdir (əmr № 6, xx.xx.1986). xx.xx.1992-ci il tarixdə Buludlu kolxozunun ayrılması ilə əlaqədar olaraq baş mühasib vəzifəsindən azad edilmişdir. xx.xx.1992-ci il tarixdə Nahid Səhmdar Cəmiyyətinə baş mühasib vəzifəsinə qəbul edilmişdir. xx.xx.1994-cü il tarixdə Nahid Səhmdar Cəmiyyətində direktor müavini vəzifəsinə qəbul edilmişdir (əmr xx.xx.1994). xx.xx.1997-ci il tarixdə “Nahid” Səhmdar Cəmiyyətində direktor müavini vəzifəsindən azad edilmişdir. xx.xx.1997-ci il tarixdə İmişli rayonu Buludlu kəndi Nəcəfqulu kft başçısı seçilmişdir. xx.xx.1998-ci il tarixdə Nəcəfqulu kft başçısı vəzifəsində azad edilmişdir. xx.xx.1998-ci il tarixdə İmişli rayonu Buludlu kəndi Mədinə k.f.t başçısı seçilmişdir. xx.xx.2010-cu il tarixdə İmişli rayonu Buludlu kəndi Mədinə k.f.t başçısı vəzifəsindən azad edilmişdir. xx.xx.2010- cu il tarixdə İmişli Rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsinin nümayəndəsinin müavini vəzifəsinə 1 il stajçı kimi təyin edilmişdir. xx.xx.2011-ci il tarixdə 26 saylı xx.xx.2011-ci il tarixli sərəncam ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ona 9-cu təsnifat üzrə kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2013-cü il tarixdə 258 saylı xx.xx.2013-cü il tarixli sərəncama əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 7-ci təsnifat üzrə 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2020-ci il tarixdə 144 saylı xx.xx.2020-ci il tarixli əmrə əsasən “Dövlət qulluqçusu haqqında” Qanunun 32.1.2-ci maddəsinə əsasən İmişli Rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində olma müddəti 1 il uzadılmışdır. xx.xx.2021-ci il tarixdə 151 saylı xx.xx.2021-ci il tarixli əmrə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.2-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən İmişli Rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində olma müddəti 1 il uzadılmışdır. xx.xx.2022-ci il tarixdə 114 saylı xx.xx.2022-ci il tarixli sərəncama əsasən Azərbaycan Respublikası “Dövlət Qulluğu haqqında” Qanunun 33.12- ci maddəsinə əsasən İmişli Rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində dövlət qulluğunda olma müddəti 1 il uzadılmışdır. xx.xx.2022-ci il tarixdə 306 saylı xx.xx.2022-ci il tarixli sərəncama əsasən Azərbaycan Respublikası “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən İmişli Rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində dövlət qulluğuna xitam verilmişdir. İddiaçı ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 3-17-1/2-N132512/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq olunmuş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991- ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlətqulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nda xx.xx.1977xx.xx.1986-ci il tarixləri arasındakı dövr ərzində işlədiyiniz vəzifələr nəzərdə tutulmayıb. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə xx.xx.1976-xx.xx.1986-cı il tarixləri arasında dövr ərzindəki əmək fəaliyyətinizin dövlət qulluğu stajına aid edilib-edilməməsi dair sorğu ünvanlanıb. Cavab məktubunda xx.xx.1976-07.02.?977-ci il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyətinin dövlət qulluğu stajına aid edildiyi, xx.xx.1977-xx.xx.1986cı il tarixləri arasındakı dövr ərzində fəaliyyət göstərdiyi İmişli rayon Kənd Təsərrüfatı İdarəsinin Mərkəzi Mühasibatlığına dair arxiv sənədləri aşkar olunmaması səbəbindən həmin dövrün dövlət qulluğu stajına aid edilib-edilməməsi barədə rəy bildirilməsinin mümkün olmadığı göstərilib. Qeyd olunanları və Mərkəzi Filiala təqdim edilən sənədləri nəzərə alaraq dövlət qulluğu stajı 15 ildən az (13 il 1 ay 20 gün (xx.xx.1976-xx.xx.1977-ci il və xx.xx.2010- xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 3-17-1/2-N39323/2024 saylı xx.xx.2024-cü il tarixli sonuncu imtina məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olanşəxsə münasibətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991 -ci il 18 oktyabr tarixədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq olunmuş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nda xx.xx.1977-xx.xx.1986-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi vəzifələr nəzərdə tutulmayıb. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə xx.xx.1976-xx.xx.1986-cı il tarixləri arasında dövr ərzindəki əmək fəaliyyətinin dövlət qulluğu stajına aid edilib-edilməməsi dair sorğu ünvanlanıb. Cavab məktubunda xx.xx.1976-xx.xx.1977-ci il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyətinin dövlət qulluğu stajınıza aid edildiyi, xx.xx.1977-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində fəaliyyət göstərdiyi İmişli rayon Kənd Təsərrüfatı İdarəsinin Mərkəzi Mühasibatlığına dair arxiv sənədləri aşkar olunmaması səbəbindən həmin dövrün dövlət qulluğu stajınıza aid edilib-edilməməsi barədə rəy bildirilməsinin mümkün olmadığı göstərilib. Qeyd olunanları və Mərkəzi Filiala təqdim edilən sənədləri nəzərə alaraq, dövlət qulluğu stajı 15 ildən az (13 il 1 ay 20 gün (xx.xx.1976-xx.xx.1977-ci il və xx.xx.2010xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İmişli rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işlədiyi müddəti və dövlət qulluqçusu kimi pensiya təyin olunmasına dair münasibətlərin xx.xx.2010-cu ildə yarandığından həmin münasibətlərin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinin 6 mart 2018-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun ona dövlət qulluçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxx 1955-ci ildə doğulmuşdur. 2020- ci ilin aprel ayının 20-də 64,5 yaşı tamam olmaqla pensiya hüququ yaranmışdır. xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək İmişli rayon X2 İdarəsinin Tikintiyə nəzarət şöbəsində iqtisadçı, xx.xx.1977-ci ildən xx.xx.1986-cı ilədək köçürmə yolu ilə İmişli rayon Kənd Təsərrüfatı idarəsinin mərkəzi mühasibatında baş mühasib, xx.xx.2010-ci ildən xx.xx.2022-ci ilədək İmişli rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifələrində işləmişdir. mişli rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunanda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun Dövlət qulluqçularının pensiya təminatından bəhs edən 23.2-ci maddəsində Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minumum həddi 5 il göstərilmişdir. Lakin 6 mart 2018-ci il tarixli 10025-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun qəbulundan sonra (Azərbaycan” qəzeti, 29 mart 2018-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 392) isə 23.2-ci maddə birinci cümlədə “qulluğunda xidmət illərindən” sözləri “qulluğu vəzifəsində qulluq stajından” sözləri ilə əvəz edilmişdir və ikinci cümlə yeni redaksiyada “Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur” kimi verilmiş, əvvəlki redaksiyada olan “Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minumum həddi 5 ildir” cümləsi çıxarılmışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 6 mart 2018- ci il tarixədək qüvvədə olmuş redaksiyasına istinad edərək dövlət qulluqçusu kimi təqaüdə çıxmağına köməklik göstərilməsi üçün Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Filialın direktor müavini F.Zalıyev tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-N-30323/2024 saylı “Dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” cavab məktubunda göstərilmişdir ki, təqdim etdiyi sənədlərə əsasən dövlət qulluğunda iş stajı 15 ildən az (13 il 1 ay 20 gün ((xx.xx.1976-xx.xx.1977-ci il və xx.xx.2010-xx.xx.2022-ci il tarixləri arasındakı dövr) təşkil etdiyinə görə dövlət qulluçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Halbuki başqa bir əsasla münasibətlərin yarandığı zaman qüvvədə olan maddi hüququ normalarına əsasən dövlət qulluçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktor müavini onun ərizəsini oxumadan Dövlət təşkilatlarında 22 ildən artıq əmək faliyyəti ilə bağlı etdiyi əvvəlki müraciətinə yazdığı cavabla onun xahişini təmin etməmişdir. Ona dövlət qulluqçusu kimi pensiya təyin olunmasına dair münasibətlər xx.xx.2010-cu ildə yarandığından həmin münasibətlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 6 mart 2018-ci il tarixdən qüvvəyə minmiş 23.2-ci maddəsinə görə deyil, 6 mart 2018-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və V bəndlərinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ bəndinə görə hər kəs qanunla müəyyən olunmuş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçisini itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüqququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə görə fiziki və hüquqi şəxsiərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların düvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci maddəsinə görə normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə mniməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. “Hərbiqulluqçuların dövlət icbari şəxsi sığortası haqqında“ Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 149 cu maddəsi ilə bağlı hüquq normasının zamana görə qüvvəsi məsələsinə dair mövqeyini belə şərh etmişdir ki, “Hüquq normasının zamana görə qüvvəsi məsələsi geniş təcrübi (praktiki) əhəmiyyətə malikdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı ona yaşa görə əmək pensiya təyin olunması üçün xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-N-39323/2024 nömrəli məktubla ona “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci, 20.11.1-ci və 20.11.2-ci maddələrinə əsasən dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yaşa görə əmək pensiyasının hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyqun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyalarına əlavələr təyin edilir. Belə ki, sözügedən Qanunun 20.11-ci maddəsinə əsasən həmin qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında (20.11.1.) dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir (20.11.2.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq olunmuş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nda İddiaçı xx.xx.1977-xx.xx.1986-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi vəzifələr nəzərdə tutulmayıb. Cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə iddiaçının xx.xx.1976xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyətinin dövlət qulluğu stajına aid edilib-edilməməsinə dair sorğu ünvanlanıb. Cavab məktubunda iddiaçının xx.xx.1976xx.xx.1977-ci il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyətinin dövlət qulluğu stajına aid edildiyi xx.xx.1977-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində fəaliyyət göstərdiyi İmişli rayon Kənd Təsərrüfatı İdarəsinin Mərkəzi Mühasibatlığına dair arxiv sənədləri aşkar olunmaması səbəbindən həmin dövrün dövlət qulluğu stajına aid edilib- edilməməsi barədə rəy bildirilməsinin mümkün olmadığı göstərilib. İddiaçı dövlət qulluğu stajı 15 ildən az (13 il 1 ay 20 gün (xx.xx.1976-xx.xx.1977-ci il və xx.xx.2010-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də İddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Beləliklə, İddiaçı dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yasa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 15 il dövlət qulluqçusu kimi stajının olmaması səbəbindən ona yasa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göründüyü kimi iddiaçının əmək pensiya hüququ yaranmadığından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət iddia tələbi əsassız və qanunsuz hesab olunmalı və məhkəmə tərəfindən təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7946/2024 saylı 29 iyul 2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 15 il dövlət qulluqçusu kimi stajının olmaması səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Tərəflərin izahatları: İddiaçı iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7946/2024 saylı 29 iyul 2024-cü il tarixli qərarının ləğv olunub iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2024-cü il tarixdir. İddiaçının həmin məktubu nə vaxt alması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “xx.xx.2010-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İmişli Rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işlədiyi müddəti və dövlət qulluqçusu kimi pensiya təyin olunmasına dair münasibətlərin xx.xx.2010-cu ildə yarandığından həmin münasibətlərin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinin 6 mart 2018-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun ona dövlət qulluçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması” ilə bağlıdır. Qeyd olunan tələblə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən “onun dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yasa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 15 il dövlət qulluqçusu kimi stajının olmaması” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğundan yaşa görə əmək pensiyası yaşına xx.xx.2020-ci il tarixdə (64 yaş 06 ay) çatmışdır. Həmin dövrdə qanunun qüvvədə olan mətninə görə 15 il qulluq stajı tələb olunurdu. İddiaçının hazırki dövrə dövlət qulluğu stajının 15 ildən az, yəni 13 il 01 ay 20 gün olmasına istinad edərək iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunununa əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 19-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikasında dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsaslarını müəyyən edir. Həmin Qanunun 1.1.1-ci maddəsinə əsasən dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət dir. Həmin Qanunun 2-ci maddəsinə əsasən Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. Bu Qanunda başqa hal nəzərdə tutulmamışdırsa, bu Qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə, Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavininə, katiblərinə və digər üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Azərbaycan Respublikasının Audiovizual Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbərinə və hərbi qulluqçulara şamil olunmur. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. Bu Qanun dövlət orqanlarının tabeliyində olan hüquqi şəxslərin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Həmin Qanununun 21.1 və 21.1.7- ci maddəsinə əsasən Dövlət qulluqçuları üçün pensiya təminatı və dövlət sosial sığortasına təminat verilir. Həmin Qanununun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanununun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Həmin Qanununun 23.4-cü maddəsinə əsasən dövlət qulluqçusunun müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Həmin Qanununun 32-1.1-ci madəsinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). Həmin Qanunun 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: Həmin Qanunun 20.11.1-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; Həmin Qanunun 20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 20.11-1-ci maddəsinə əsasən dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Həmin Qanunun 20.12-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1976-cı il tarixdə İmişli rayonu k/t istehsalat idarəsində tikintiyə nəzarət şöbəsinə iqtisadçı vəzifəsinə təyin edilmişdir (əmr № 68, xx.xx.1976). xx.xx.1977-ci il tarixdə İmişli rayon k/t idarəsi mərkəzi mühasibatlığa baş mühasib vəzifəsinə keçirilmişdir (əmr № 09, xx.xx.1977). xx.xx.1986-cı il tarixdə İmişli rayonu k/t idarəsində mərkəzi mühasibatlığın baş mühasibi vəzifəsindən ərizəsinə əsasən azad edilmişdir (əmr № 60, xx.xx.1986). xx.xx.1986-cı il tarixdə İmişli rayonu Jdanov adına kolxozda iqtisadçı vəzifəsinə təyin edilmişdir. xx.xx.1986-cı il tarixdə İmişli rayonu Jdanov adına kolxozda baş mühasib vəzifəsinə keçirilmişdir (əmr № 6, xx.xx.1986). xx.xx.1992-ci il tarixdə Buludlu kolxozunun ayrılması ilə əlaqədar olaraq baş mühasib vəzifəsindən azad edilmişdir. xx.xx.1992-ci il tarixdə Nahid Səhmdar Cəmiyyətinə baş mühasib vəzifəsinə qəbul edilmişdir. xx.xx.1994-cü il tarixdə Nahid Səhmdar Cəmiyyətində direktor müavini vəzifəsinə qəbul edilmişdir (əmr xx.xx.1994). xx.xx.1997-ci il tarixdə “Nahid” Səhmdar Cəmiyyətində direktor müavini vəzifəsindən azad edilmişdir. xx.xx.1997-ci il tarixdə İmişli rayonu Buludlu kəndi Nəcəfqulu kft başçısı seçilmişdir. xx.xx.1998-ci il tarixdə Nəcəfqulu kft başçısı vəzifəsində azad edilmişdir. xx.xx.1998-ci il tarixdə İmişli rayonu Buludlu kəndi Mədinə k.f.t başçısı seçilmişdir. xx.xx.2010-cu il tarixdə İmişli rayonu Buludlu kəndi Mədinə k.f.t başçısı vəzifəsindən azad edilmişdir. xx.xx.2010cu il tarixdə İmişli Rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsinin nümayəndəsinin müavini vəzifəsinə 1 il stajçı kimi təyin edilmişdir. xx.xx.2011-ci il tarixdə 26 saylı xx.xx.2011-ci il tarixli sərəncam ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ona 9-cu təsnifat üzrə kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2013-cü il tarixdə 258 saylı xx.xx.2013-cü il tarixli sərəncama əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 7-ci təsnifat üzrə 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2020-ci il tarixdə 144 saylı xx.xx.2020-ci il tarixli əmrə əsasən “Dövlət qulluqçusu haqqında” Qanunun 32.1.2-ci maddəsinə əsasən İmişli Rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində olma müddəti 1 il uzadılmışdır. xx.xx.2021-ci il tarixdə 151 saylı xx.xx.2021-ci il tarixli əmrə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.2-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən İmişli Rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində olma müddəti 1 il uzadılmışdır. xx.xx.2022-ci il tarixdə 114 saylı xx.xx.2022-ci il tarixli sərəncama əsasən Azərbaycan Respublikası “Dövlət Qulluğu haqqında” Qanunun 33.12- ci maddəsinə əsasən İmişli Rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində dövlət qulluğunda olma müddəti 1 il uzadılmışdır. xx.xx.2022-ci il tarixdə 306 saylı xx.xx.2022-ci il tarixli sərəncama əsasən Azərbaycan Respublikası “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən İmişli Rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində dövlət qulluğuna xitam verilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 3-17-1/2-N39323/2024 saylı xx.xx.2024-cü il tarixli sonuncu imtina məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olanşəxsə münasibətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991 -ci il 18 oktyabr tarixədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq olunmuş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nda xx.xx.1977-xx.xx.1986-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi vəzifələr nəzərdə tutulmayıb. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə xx.xx.1976-xx.xx.1986-cı il tarixləri arasında dövr ərzindəki əmək fəaliyyətinin dövlət qulluğu stajına aid edilib-edilməməsi dair sorğu ünvanlanıb. Cavab məktubunda xx.xx.1976-xx.xx.1977-ci il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyətinin dövlət qulluğu stajınıza aid edildiyi, xx.xx.1977-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində fəaliyyət göstərdiyi İmişli rayon Kənd Təsərrüfatı İdarəsinin Mərkəzi Mühasibatlığına dair arxiv sənədləri aşkar olunmaması səbəbindən həmin dövrün dövlət qulluğu stajınıza aid edilib-edilməməsi barədə rəy bildirilməsinin mümkün olmadığı göstərilib. Qeyd olunanları və Mərkəzi Filiala təqdim edilən sənədləri nəzərə alaraq, dövlət qulluğu stajı 15 ildən az (13 il 1 ay 20 gün (xx.xx.1976-xx.xx.1977-ci il və xx.xx.2010xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından onun dövlət qulluğu stajının 15 ildən az olması səbəbindən imtina edilmişdir. İşin birinci instansiya məhkəməsində icraatı zamnı iddiaçını dövlət qulluğu stajı ətraflı araşdırılmış və müvafiq istiqamətdə sorğular verilmişdir. - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 9-3/2-1006/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1976-1977-ci illərdə İmişli rayon X2 idarəsinin Tikintiyə nəzarət şöbəsində iqtisadçı vəzifəsində iş müddəti ilə bağlı bildirilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1974cü il 17 may tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş "Rayon X9 icraiyyə komitəsinin kənd təsərrüfatı idarəsi haqqında Əsasnamə"nin 1-ci hissəsinə əsasən rayon X9 İcraiyyə komitəsinin kənd təsərrüfatı idarəsi Azərbaycan SSR Konstitusiyasına müvafiq surətdə yaradılmış və öz fəaliyyətində həm Rayon Sovetinə və onun icraiyyə komitəsinə, həm də müvafiq surətdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinə, yaxud Azərbaycan SSR Sovxozlar Nazirliyinə tabe olmuşdur. Qeyd edilən Siyahının 1.17-ci bəndində rayon (şəhər) X4 icraiyyə komitəsinin idarələrində mövcud olmuş vəzifələrin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Müvafiq uyğunlaşdırma aparıldığından 1976-1977-ci illərdə İmişli rayon X2 idarəsinin tikintiyə nəzarət şöbəsində iqtisadçı vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. 1977-1986-cı illərdə İmişli rayon kənd təsərrüfatı idarəsinin mərkəzi mühasibatlığında baş mühasib vəzifəsində iş müddəti ilə bağlı bildirilmişdir ki, işin hərtərəfli araşdırılmasını təmin etmək məqsədi ilə həmin illərdə İmişli rayon kənd təsərrüfatı idarəsinin hüquqi statusunu və strukturunu müəyyən edən sənədlərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə təqdim edilməsi ilə bağlı İmişli rayon Dövlət Arxivinə sorğu göndərilmişdir. Adıçəkilən qurum tərəfindən həmin idarənin hüquqi statusunu və strukturunu müəyyənləşdirən sənədlər təqdim edilməmiş və bununla əlaqədar olaraq, qeyd edilən idarədəki iş müddətinin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınıbalınmaması ilə bağlı rəy verilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən İmişli rayon kənd təsərrüfatı idarəsinin mərkəzi mühasibatlığı həmin idarənin mərkəzi aparatının strukturunda nəzərdə tutulduğu halda, mərkəzi mühasibatlıqda iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alına bilər. - Azərbaycan Respublikası İmişli Rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-22 RA/2-132/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, vətəndaş İddiaçı 1976-1986-cı illərdə İmişli rayon X9 İcraiyyə Komitəsinin sədr müavini yox İmişli rayon X2 İdarəsində iqtisadçı və Mərkəzi mühasibathğın baş mühasibi vəzifəsində çalışmışdır. Mərkəzi mühasibatlıq da X2 İdarəsinin strukturna daxil olmaqla bu idarənin şöbəsi olmuşdur. 1976-1986-cı illərdə İmişli rayon X2 İdarəsinə rəhbərlik etmiş şəxs (Xalıq Mirzəyev) bu vəzifə ilə bərabər İmişli rayon XDS İK-in sədr müavini vəzifəsini də icra etmişdir. Vətəndaş İddiaçı işləmiş olduğu İmişli rayon XDS İK-nın 1976-1986-cı illərin sənədləri (sonradan bu İdarə İmişli rayon X7muşdur) mühafizəsi və saxlanılması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Vətəndaşa tərəfindən verilmiş arayışlar rayon ZDS və XDS İK-in protokollarından əldə olunmuş məlumatlara və əmək kitabçasına əsasəndir. - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 9-3/2-2480/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1976-1977-ci illərdə İmişli rayon X2 idarəsinin Tikintiyə nəzarət şöbəsində iqtisadçı vəzifəsində iş müddəti ilə bağlı bildirilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1974cü il 17 may tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Rayon X9 icraiyyə komitəsinin kənd təsərrüfatı idarəsi haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən rayon X9 icraiyyə komitəsinin kənd təsərrüfatı idarəsi Azərbaycan SSR Konstitusiyasına müvafiq surətdə yaradılmış və öz fəaliyyətində həm Rayon Sovetinə və onun icraiyyə komitəsinə, həm də müvafiq surətdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinə, yaxud Azərbaycan SSR Sovxozlar Nazirliyinə tabe olmuşdur. Yuxarıda qeyd edilən Siyahının 1.17-ci bəndində rayon (şəhər) X4 icraiyyə komitəsinin idarələrində mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Müvafiq uyğunlaşdırma aparıldığından 1976- 1977-ci illərdə İmişli rayon X2 idarəsinin Tikintiyə nəzarət şöbəsində iqtisadçı vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. 1977-1986-cı illərdə İmişli rayon kənd təsərrüfatı idarəsinin mərkəzi mühasibatlığında baş mühasib vəzifəsində iş müddəti ilə bağlı bildirilmişdir ki, qeyd edilən Siyahının 1.15-ci bəndində yalnız Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. “Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatının strukturunun təsdiqlənməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 6 mart 1980-ci il tarixli 99 nömrəli Qərarına Əlavədə həmin Nazirliyin mərkəzi aparatının strukturu müəyyən edilmiş, lakin İmişli rayon kənd təsərrüfatı idarəsinin mərkəzi mühasibatlığı Nazirliyin mərkəzi aparatının strukturunda nəzərdə tutulmamışdır. İşin hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə həmin illərdə İmişli rayon kənd təsərrüfatı idarəsinin hüquqi statusunu və strukturunu müəyyən edən sənədlərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə təqdim edilməsi ilə bağlı İmişli rayon Dövlət Arxivinə sorğu göndərilmişdir. Adıçəkilən qurum tərəfindən həmin idarənin hüquqi statusunu və strukturunu müəyyənləşdirən sənədlər təqdim edilməmiş və bununla əlaqədar olaraq, qeyd edilən idarədəki iş müddətinin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınıb-alınmaması ilə bağlı rəy verilməsi mümkün olmamışdır. 2010-2022-ci illərdə İmişli Rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində iş müddətilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.8-ci yarımbəndinə əsasən yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini inzibati vəzifələrin yeddinci təsnifatına aiddir. Qeyd edilənlərə əsasən 2010-2022-ci illərdə İmişli Rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının dövlət qulluğunda qulluq stajı 15 ildən az, yəni 13 il 01 ay 20 gün olduğundan ona dövlət qulluçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi qeyri-mümkündür. Bununla bağlı birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki vəziyyətdə iddiaçı onun istədiyi inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etdiyindən və bu dəlillərə qərarın əsaslandırıcı hissəsində qiymət verildiyindən bu barədə əlavə apellyasiya araşdırılmasına zərurət yoxdur. Odur ki, məhkəmə kollegiyası iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7946/2024 saylı 29 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7946/2024 saylı 29 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X11 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-645/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-645/2025
26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver