Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-646/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8420/2023 saylı, 24 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya xx.xx.2022-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1950-ci il tarixdə anadan olmuşdur. xx.xx.2007-xx.xx.2009-cu illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Təsərrüfat və xidmət sahələri ilə iş Baş İdarəsinin Xidmət sahələri ilə iş İdarəsinin Tibbi xidmətinin təşkili şöbəsində baş məsləhətçisi, xx.xx.2009 - xx.xx.2011-ci illərdə Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsində baş məsləhətçisi, xx.xx.2011- xx.xx.2016-cı illərdə həmin təşkili şöbənin rəisi, xx.xx.2016-xx.xx.2017-ci illərdə Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Xilasetmə işinin təşkili şöbəsində baş məsləhətçisi, xx.xx.2017- xx.xx.2022-ci illərdə həmin şöbənin müdir müavini vəzifələrində qulluq keçmişdir. Qeyd edilənlərə əsasən iddiaçının 15 il 3 ay dövlət qulluğu stajı vardır. xx.xx.2013-cü il tarixdə 63 yaşda yaşa görə əmək pensiyasına çıxmışdır. İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, dövlət qulluğu stajı 15 ildən az, yəni 10 il 2 ay 27 gün (xx.xx.2007xx.xx.2011-ci il, xx.xx.2016-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər) təşkil edir, iddiaçının xx.xx.2011-xx.xx.2016-cı il tarixlərdə Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin rəisi vəzifəsində işlədiyi dövr dövlət qulluğu stajına nəzərə alınmır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışından da görünür ki, işlədiyi müddətdə ona hərbi və xüsusi rütbə verilməmişdir. İddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı xx.xx.2022-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim etmişdir. Cavabdehin nümayəndəsi etirazda göstərmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 (on beş) il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 22 noyabr 2022-ci il tarixində daxil olmuş ərizəyə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan aydın olur ki, iddiaçının dövlət qulluğu stajı 15 ildən az (10 il 2 ay 27 gün (xx.xx.2007-xx.xx.2011-ci il, xx.xx.2016-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8420/2023 saylı, 24 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8420/2023 saylı, 24 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1950-ci il tarixdə doğulmuşdur. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********5 saylı imtina məktubunda etirazda göstərilənlər bildirilmişdir. -Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin 9-3/2-Q-37-42-154/2023 nömrəli məktubu ilə iddiaçıya xx.xx.2011-xx.xx.2016-cı illərdə Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin rəisi vəzifəsində iş müddətilə bağlı bildirilmişdir ki, dövlət orqanlarında mövcud olan inzibati və yardımçı dövlət qulluğu vəzifələrinin adları Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda əksini tapmışdır. Qeyd edilən Topluda şöbə rəisi vəzifəsi nəzərdə tutulmadığından həmin vəzifədə iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. -Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-18/2- 1291/2023 nömrəli arayışından görünür ki, iddiaçıya işlədiyi müddətdə hərbi və xüsusi rütbə verilməmişdir. -Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün arayışdan görünür ki, iddiaçıya 01 noyabr 2020-ci il tarixdən 31 oktyabr 2022-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində vəzifə maaşını, qulluq stajına görə əlavəni, ixtisas dərəcəsinə görə əlavəni, hakimiyyət səlahiyyətlərinə görə əlavəni, vəzifə maaşına digər əlavələri, məzuniyyət pulunu, əmək qabiliyyətinin olmamasına görə əlavələri almışdır. -İddiaçıya məxsus xx.xx.1971-ci il tarixli əmək kitabçasından görünür ki, xx.xx.2007 xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Təsərrüfat və xidmət sahələri ilə iş Baş İdarəsinin Xidmət sahələri ilə iş idarəsinin Tibbi xidmətinin təşkili şöbəsinin baş məsləhətçisi vəzifəsində (əmr 611/S, xx.xx.2007), xx.xx.2009 - xx.xx.2011-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin baş məsləhətçisi vəzifəsində (763/Ş №-li, xx.xx.2009-cu il), xx.xx.2011-xx.xx.2016-cı il tarixdə Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin rəisi vəzifəsində (1764/Ş, xx.xx.2011-cü il), xx.xx.2016-xx.xx.2017-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Xilasetmə işinin təşkili şöbəsinin baş məsləhətçisi vəzifəsində (1465/Ş №-li, xx.xx.2016-cı il), xx.xx.2017- xx.xx.2022-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəricələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Xilasetmə işinin təşkili şöbəsinin müdir müavini (1700/Ş, xx.xx.2022-ci il ) vəzifəsində qulluq keçmişdir. xx.xx.2009-cu il tarixdə 2- ci dərəcə dövlət qulluqçusu ilkin ixtisas dərəcəsi, xx.xx.2017-ci il tarixdə 1-ci dərəcə dövlət qulluqçusu, xx.xx.2020-ci il tarixdə Dövlət Qulluğunun müşaviri ixtisas dərəcəsi verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan Azərbaycan Respublikasının vətəndaşlarının bu Qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla dövlət pensiyası almaq hüququ vardır. Maddə 12.1. Dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. 2.2. Bu Qanunda başqa hal nəzərdə tutulmamışdırsa, bu Qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitseprezidentlərinə, Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavininə, katiblərinə və digər üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Azərbaycan Respublikasının Audiovizual Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbərinə və hərbi qulluqçulara şamil olunmur. 2.3. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. Maddə 14. Dövlət qulluqçusu 14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. ... Maddə 22. Dövlət məvacibi ... 22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 2.3. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); ... 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1950-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2007 - xx.xx.2009-cu illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Təsərrüfat və xidmət sahələri ilə iş Baş İdarəsinin Xidmət sahələri ilə iş idarəsinin Tibbi xidmətinin təşkili şöbəsinin baş məsləhətçisi, xx.xx.2009 - xx.xx.2011-ci illərdə Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin baş məsləhətçisi, xx.xx.2011-xx.xx.2016-cı illərdə Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin rəisi, xx.xx.2016-xx.xx.2017-ci illərdə Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Xilasetmə işinin təşkili şöbəsinin baş məsləhətçisi, xx.xx.2017- xx.xx.2022-ci illərdə Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Xilasetmə işinin təşkili şöbəsinin müdir müavini vəzifələrində qulluq keçmişdir. xx.xx.2009-cu ildə ona 2-ci dərəcə dövlət qulluqçusu ilkin ixtisas dərəcəsi, xx.xx.2017-ci ildə 1-ci dərəcə dövlət qulluqçusu, xx.xx.2020-ci ildə dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi verilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək xx.xx.2022-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması xahiş etmişdir. cavabdehin məktubundan görünür ki, o, iddiaçının qulluq müddətini 10 il 2 ay 27 gün müəyyən edərkən onun xx.xx.2007-xx.xx.2011-ci il, xx.xx.2016-xx.xx.2022-ci il tarixləri arasındakı qulluq keçdiyi dövrləri qəbul etmişdir. İddiaçı hazırda onun dövlət qulluğunda staj müddətinin 15 ildən çox təşkil etdiyini iddia edərək, onun xx.xx.2011 - xx.xx.2016-cı illərdə Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin rəisi vəzifəsində çalışdığı illərin də qulluq stajına daxil edilməklə dövlət qulluğusu kimi ona əmək pensiyasının təyin edilməsini xahiş edir. Cavabdeh isə həmin dövrlərin dövlət qulluğuna daxil olmadığından iddiaçının qulluq stajına daxil edilməsinin mümkünsüz olduğunu bildirir. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmayaraq aşagıdakıları qeyd edir. İddiaçının xx.xx.2007-xx.xx.2011-ci il, xx.xx.2016-xx.xx.2022-ci il tarixləri arasındakı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində müvafiq vəzifələrdə fəaliyyət göstərdiyi dövrlərin onun dövlət qulluğu stajına hesablanması işin mübahisə doğurmayan halıdır. Hazırkı mübahisə iddiaçının xx.xx.2011-xx.xx.2016-cı illərdə Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin rəisi vəzifəsində işlədiyi müddətlə bağlıdır. DİM-in məktubuna istinadən cavabdeh hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda şöbə rəisi vəzifəsi nəzərdə tutulmadığından həmin vəzifədə iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmamalıdır. Dövlət qulluğuna dair qanunvericiliyə yeni tənzimləmələr nəticəsində Qanun və Qaydanın son redaksiyasından da görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına daxil edilir. Qeyd olunan hal isə onu deməyə əsas verir ki, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nəzərdə tutulmuş 15 illik qulluq müddəti ilə bağlı şərt ödənilmişdir. Belə ki, iddiaçının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində qulluq etmə müddəti aşagıdakılardan ibarətdir: xx.xx.2007 - xx.xx.2009-cu illərdə Təsərrüfat və xidmət sahələri ilə iş Baş İdarəsinin Xidmət sahələri ilə iş İdarəsinin Tibbi xidmətinin təşkili şöbəsinin baş məsləhətçisi vəzifəsində - 1 il 8 ay 7 gün, xx.xx.2009 - xx.xx.2011-ci illərdə Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin baş məsləhətçisi vəzifəsində - 2 il 7 ay 27, xx.xx.2011 - xx.xx.2016-cı illərdə Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin rəisi vəzifəsində - 5 il 9 gün, xx.xx.2016 - xx.xx.2017-ci illərdə Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Xilasetmə işinin təşkili şöbəsinin baş məsləhətçisi vəzifəsində - 1 ay 11 gün, xx.xx.2017 - xx.xx.2022-ci illərdə Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Xilasetmə işinin təşkili şöbəsinin müdir müavini – 5 il 9 ay 12 gün. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun (1 noyabr 2012-ci il tarixli 718 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 5-ci hissə ləğv edilmişdir) V. Keçid müddəalarında göstərilmişdir ki, inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu tətbiq edilənədək dövlət orqanlarında (1-ci və 2-ci kateqoriya dövlət orqanları istisna olmaqla) və onların bölmələrində müvafiq təsnifatlar üzrə mövcud olan baş idarə, idarə, departament və müstəqil şöbə rəisləri — şöbə müdirinə, şöbə rəisləri — sektor müdirinə, baş mütəxəssis vəzifələri baş məsləhətçi və ya böyük məsləhətçi vəzifələrinə, aparıcı mütəxəssis vəzifələri aparıcı məsləhətçi vəzifələrinə, mütəxəssis vəzifələri isə məsləhətçi vəzifələrinə uyğunlaşdırılırdı. Ümumiyyətlə isə qanunvericiliyə xx.xx.2021-ci il tarixdə edilmiş dəyişiklikdən sonra dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin şəxsin dövlət qulluğu stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Həmin Qanunun tətbiqi ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1398 saylı Fərmanının 2.1-ci bəndinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-2-ci maddəsinə uyğun olaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasının və şərtlərinin üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı tarixədək həmin qayda təsdiq edilməsə də, qanunun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına daxil edilməsini nəzərdə tutan norması hazırda qüvvədədir. Belə olan halda, məhkəmə hesab edir ki, müvafiq qaydanın təsdiq edilməməsi iddiaçının sosial təminatını məhdudlaşdıran hal kimi qəbul edilməməlidir. Həmçinin nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 15.2-ci maddəsinə görə isə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Hazırki halda Təsnifat Toplusuna istinadən şöbə rəisi vəzifəsi nəzərdə tutulmadığından həmin vəzifədən bir pillə aşagı sayılan şöbə rəisinin müavini vəzifəsində iddiaçının qulluq müddətinin dövlət qulluğunda stajına nəzərə alınması, lakin şöbə rəisi vəzifəsində qulluq müddətinin nəzərə alınmaması iddiaçıya münasibətdə ayrıseçkilik hesab olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2011-xx.xx.2016-cı illərdə Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin rəisi vəzifəsində işlədiyi illər fövqəladə orqanlarında işlədiyi müddət kimi onun dövlət qulluğu stajına daxil edilərək ona dövlət qulluqçusu kimi əmək pensiyası əmək pensiyası təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8420/2023 saylı, 24 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8420/2023 saylı, 24 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-646/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-646/2024
02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver