Məhkəmə qərarları › İş №2-1(103)-646/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-646/2025

13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-646/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə (əvvəlki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı (üçüncü şəxslər X9 və X7) iş üzrə (Açar sözlər: “çıxarışın verilməsi”) QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X13 və Ceyhun Bəşir oğlu Məmmədovdan ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-488/2024 saylı, 05 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi Mamedov Machirə ünvanlanmış **********87 saylı xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşhq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışdır və siyahıda “1” nömrəli bağ sahəsi digər şəxsin adına göstərilmişdir. Həmçinin göstərilən bağ sahəsi ümumi hasar daxilində 2685.0 kv.m torpaq sahəsi olan ərazidə yerləşir və 0.12 ha hissəsi “2” saylı bağ sahəsi kimi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının; o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir.

2. 1 saylı xx.xx.1997-ci il tarixli bağçının üzvlük kitabçasından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il fevral ayının qərarı rəhbər tutularaq xx.xx.1997-ci il tarixli 01 saylı protokola əsasən torpaq sahəsi artırılaraq İddiaçı öhdəsinə 0,12 ha torpaq sahəsi bərkidilmişdir (bağ sahəsinin ölçüsü 1200 kv.m, sahə № 1, 1-ci cərgə yol, Zirə qəsəbəsi).

3. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 17/310 saylı qərarı və “Avtonəqliyyattexnikası” b/y-nın xx.xx.1997-ci il tarixli 3 saylı protokolu ilə 1200 kv.m 01 saylı bağ evinin tikintisi üçün Əzizbəyov rayonu Zirə bağ massivində yerləşən torpaq sahəsinin A seriyalı 192942 saylı plan və ölçüsündən görünür ki, X17 kitabında xx.xx.2009-cu il tarixdə 16454 nömrə ilə uçota alınmışdır. Hüquq subyekti İddiaçı, sahəsi 1200 kv.m-dir. Əsas döngə nöqtələrinin koordinatları:

1. X= 439181,22; Y= 4466919,73;

2. X= 439188,25; Y= 4466902,95;

3. X= 439127,86,22; Y= 4466874,58;

4. X= 439120,06; Y= 4466893,58.

4. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq BA-07382-2022 saylı xx.xx.2022-ci il tarixli məktub ilə bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli, 2-1(112)- 13431/2022 saylı sorğuya əsasən keçmiş Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1987-ci il tarixli, 17/310 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarda vətəndaş İddiaçı barədə heç bir məlumat yoxdur. Odur ki, məlumat üçün həmin qərarın təsdiq edilmiş ksero surəti 5 (beş) vərəqdən ibarət təqdim olunur. “Avtonəqliyyattexnikası" bağçılıq yoldaşlığının arxiv sənədləri və vətəndaşlara bağ sahələrinə dair verilmiş üzvlük kitabçaları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********10 saylı xx.xx.2022-ci il tarixli məktub ilə bildirilmişdir ki, “Avtonəqliyyattexnikası” bağçılıq yoldaşlığının Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 1 saylı bağ sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar olunmamışdır. Sorğunun icrası ilə əlaqədar olaraq “Avtonəqliyyattexnikası” bağçılıq yoldaşlığına dair arxiv qovluğunda mövcud olan sənədlərin, eləcə də üzvlərin siyahısının və bağ sahələrinin yerləşmə sxeminin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilir.

6. Cavabdeh tərəfindən “Avtonəqliyyattexnika” Elm-İstehsalat və məlumat birliyinin bağçılıq yoldaşlığının üzvlərinin xx.xx.1997-ci il tarixinə dəqiqləşdirilmiş siyahısı, “Avtotranstexnika” Bağçılıq Yoldaşlığı xx.xx.1997-ci il tarixinə dəqiqləşdirilmiş planı məhkəməyə təqdim edilmişdir.

7. “Avtonəqliyyattexnikası” Bağçılıq Yoldaşlığı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi və Mənzil Fondunun Özəlləşdirilməsi və X1 Şöbəsinə ünvanlanmış 03 saylı xx.xx.2008-ci il tarixli məktubda bildirilmişdir ki, "Avtonəqliyyattexnikası" Bağçılıq Yoldaşlığı üzvlərinin Mənzil Fondunun Özəlləşdirilməsi və X1 Şöbəsinə dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışla rəsmiləşdirilməsinə dair təqdim olunmuş sənədlərinə dair şifahi sorğu ilə əlaqədar bildirilmişdir. Qeyd olunan sənədlər tərəfindən aşağıdakı tarixlərdə və nömrələrlə qəbul edilmişdir:

8. 1. X15, xx.xx.2008-ci il № *******

2. X5, xx.xx.2008-ci il № *******

3. X7, xx.xx.2008-ci il № *******

4. X18, xx.xx.2008-ci il № *******

5. X3, xx.xx.2008-ci il № *******

6. X12, xx.xx.2008-ci il № *******

“Avtonəqliyyattexnikası” Bağçılıq Yoldaşlığının yuxarıda göstərilən üzvlərinin əvvəlki bağçılıq kitabçaları ləğv edilmiş, torpaq sahəsinin planına uyğun olaraq onlara aşağıdakı nömrəli bağ sahələri və müvafiq nömrəli bağçılıq kitabçaları verilmişdir:

1. Əzizov A. Nömrə 4

2. Məhərrəmov Ə. Nömrə 5

3. İsayev Ə. Nömrə 7

4. Axundov X. Nömrə 8

5. Yəhyayev A. Nömrə 9

6. Maksudov Ş. Nömrə 11 Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeyd edilən üzvlərə verilən “Torpaq sahəsinin planı və ölçüsü”ndə bağ sahələri qeyd edilən nömrələrə uyğun olaraq göstərilmişdir.

9. “Avtonəqliyyattexnikası” Bağçılıq Yoldaşlığının 01 saylı xx.xx.2007-ci il tarixli məktubunda bildirilmişdir ki, “Azavtonəqliyyattexnikası” bağçılıq-yoldaşçılığı tərkibi son illər Respublikada baş vermiş məlum məsələlərdən sonra xeyli dəyişilmişdir və bu səbəbdən yoldaşlığın tərkibi yeniləşmiş və bağçılığın ümumi iclasında təsdiq edilmişdir. Bağçılıq üzrə qəbul olunma və təstiq edilmiş sənədlər məlumat üçün təqdim edilmişdir.

10. “Avtotranstexnika” X11 Heyətinin xx.xx.1997-ci il tarixli iclasının protokolundan çıxarışdan görünür ki, N.Süleymanovun bağçılığın sədri vəzifəsinə namizədliyi qəbul edilmiş, A.Əzizovun bağçılığın sədr müavini vəzifəsinə namizədliyi qəbul edilmiş, A.Yəhyayevın bağçılığın xəzinədarı vəzifəsinə namizədliyi qəbul edilmişdir. Allahverdiyev. A., Həsənov.R., İbrahimov. İ., Əliyev. R., Əliyev. B., Qədimli. D., Kutuxova. E. bağçılıq üzvlüyündən xaric edilmiş, qalmış torpaqlar bağçılıq üzvlərinə bölüşdürülmüş, M.T.Səfərovanın xahişi ilə bağçılığa üzv qəbul edilmiş, ona torpaq sahəsi ayrılmış və öhdəsinə verilmiş, o cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin fevral 1991-ci il tarixli qərarına əsasən adları çəkilən bağçılığa üzvlərin torpaq sahələrinin böyüdülməsi və öz öhdələrinə verilməsi haqqında xahişləri qəbul edilmişdir.

11. Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 7-6363/17 saylı xx.xx.2022-ci il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 1987-ci ilə dair qərarları, “Avtonəqliyyattexnikası” bağçılıq yoldaşlıq təsərrüfanın protokolları, üzvlük ktabçaları, sxematik xəritələri Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 30678/2023 **********78 saylı xx.xx.2023-cü il tarixli məktub ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, 1 saylı bağ sahəsi kimi göstərilən 1574,0 kv.m sahə ümumi hasar daxilində olan 2685,0 kv.m sahədən on cərgə hündürlüyündə mişar daşı düzülərək ayrılmışdır.Torpaq sahəsinin üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən digər 1111,0 kv.m sahə qeydiyyatdan keçmiş 2 saylı bağın ərazisidir. Bundan başqa 1 saylı bağ sahəsi kimi ayrılmış 1574,0 kv.m sahədən 40.0 kv.m hissəsi cənub şərqdə qeydiyyatdan keçmiş qonşu bağ sahəsinin bir hissəsidir. Bağçılıq yoldaşlığının bölgü sxeminə əsasən göstərilən torpaq sahəsi 1 saylı bağ sahəsinin yerinə uyğun gəlir. Lakin sahəsinin faktiki vəziyyətini uyğun koordinatlar ilə (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planında qeyd olunan koordinatlar arasında fərq var (koordinatların bəziləri faktiki vəziyyətə uyğun gəlmir). Torpaq sahəsinin yerləşməsini və koordinatlarını əks etdirən sxem əlavə olundu. İdarənin arxiv məlumatlarına əsasən 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır və siyahıda “1” nömrəli bağ sahəsi digər şəxsin adına göstərilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazi bağçılıq yoldaşlığının əraziləri olmaqla, “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Ümumi hasar daxilində qonșu bağın qeydiyyatdan keçmiş 40.0 kv.m sahəsini və keçmiş DT və XK tərəfindən bağ sahəsinə verilmiş torpaq sahəsinin planı və ölçüsünü nəzərə almaqla 1200.0 kv.m sahənin koordinatları:

1. X= 439127.8600 Y= 4466874.5800 Z= 0.0000

2. X= 439120.0594 Y= 4466893.5842 Z= 0.0000

3. X= 439157.9293 Y= 4466908.5521 Z= 0.0000

4. X= 439157.6766 Y= 4466909.1510 Z= 0.0000

5. X= 439181.3714 Y= 4466919.3704 Z= 0.0000

6. X= 439188.2514 Y= 4466902.9477 Z= 0.0000

7. X= 439163.4000 Y= 4466895.1900 Z= 0.0000

8. X= 439154.0500 Y=4466890.5300 Z= 0.0000

9. X= 439155.8593 Y= 4466885.8152 Z= 0.0000

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 6937/2024 **********37 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, “Avtonəqliyyattexnikası” bağçılıq yoldaşlığının arxiv qovluğunda mövcud olan siyahısında 1 nömrəli bağ sahəsi İsayev A. (siyahıda vətəndaşların adı və ata adı göstərilməmişdir) adına qeyd edilmişdir. Həmin bağ sahəsinin onun adına qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 26771/2024 **********71 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il tarixdə 16454 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə əsas olmuş Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC tərəfindən təqdim edilmiş sənədlərin, eləcə də X2 adına qeydiyyata alınmış Zirə qəsəbəsi, “Avtonəqliyyattexnika” b/y-nın 07 saylı bağ sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.

15. “Avtonəqliyyattexnikası” X6 Heyətinin xx.xx.1997-ci il tarixli 03 №-li protokolundan çıxarışdan görünür ki, qalmış torpaq sahələrinin bağçılıq üzvləri arasında bölüşdürülmüş və "Avtonəqliyyattexnikası" X6 Heyəti üzvlərin ərizələrinə baxılaraq qərara alınmışdır ki, “Avtonəqliyyattexnikası” Bağçılıq Yoldaşlığının üzvü Vahabov Miri uzun müddət ona ayrılmış torpaq sahəsini abadlaşdırmadığı və bu sahədən istifadə etmədiyi üçün bağçılıq yoldaşlığının Nizamnaməsinə əsasən üzvlükdən azad edilmiş, ona verilmiş sənədlər ləğv edilərək ayrılmış torpaq sahəsi geri alınmış və 0,12 ha ölçüsündə həmin sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin fevral 1991-ci il tarixli 35 №-li qərarına uyğun olaraq “Avtonəqliyyattexnikası” Bağçılıq Yoldaşlığının üzvü İddiaçı verilmişdir.

16. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 26771/2024 **********71 saylı xx.xx.2024-cü il tarixli məktub ilə “Avtonəqliyyattexnika” b/y-nın üzvlərinin siyahısı təqdim edilmiş, iddiaçı həmin siyahıda 1-ci sırada qeyd edilmişdir.

17. Cavabdeh tərəfindən “Avtonəqliyyattexnikası” Bağçılıq Yoldaşlığının üzvü İddiaçı ayrılmış 1 №-li 0,12 ha torpaq sahəsinin yeri və ölçüləri barədə çıxarış məhkəməyə təqdim edilmişdir.

18. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il) RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi “Avtonəqliyyattexnika” b/y-nın 07 saylı bağ evi X2 xüsusi mülkiyyətindədir.

19. Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi “Avtonəqliyyat” b/y-nın 07 saylı bağ evinə dair (hüquq subyekti X7) tərtib edilmiş **********42-11301 reyestr nömrəli xx.xx.2018-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, sənəd üzrə torpaq sahəsi 0,12 ha, faktiki sahəsi 0,12 ha, tikintialtı sahəsi 0,01375 ha, digər sahələr 0,10625 ha-dır.

20. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2008-ci il) çıxarışdan görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu Zirə qəsəbəsi “Avtonəqliyyattexnika” b/y-nın 07 saylı bağ sahəsi X2 mülkiyyətindədir.

1. X= 439163,40; Y= 4466895,19;

2. X= 439216,33; Y= 4466911,70;

3. X= 439224,05; Y= 4466892,46;

4. X= 439171,29; Y= 4466873,99.

21. Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 17/310 saylı qərarı və “Avtonəqliyyattexnikası” b/y-nın xx.xx.1994-cü il tarixli 02 saylı protokolu ilə 1200 kv.m 07 saylı bağ evinin tikintisi üçün Əzizbəyov rayonu Zirə bağ massivində yerləşən torpaq sahəsinin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A seriyalı 029530 saylı plan və ölçüsündən görünür ki, X17 kitabında xx.xx.2008-ci il tarixdə 4894 nömrə ilə uçota alınmışdır. Hüquq subyekti İddiaçı, sahəsi 1200 kv.m-dir. Əsas döngə nöqtələrinin koordinatları:

1. X= 439163,40; Y= 4466895,19;

2. X= 439216,33; Y= 4466911,70;

3. X= 439224,05,22; Y= 4466892,46;

4. X= 439171,29; Y= 4466873,99.

22. X4 dair 7 saylı xx.xx.2008-ci il tarixli bağçının üzvlük kitabçasından görünür ki, bağ sahəsinin ölçüsü 1200 kv.m, sahə №-si 7, 2-ci cərgə yol (sol tərəf) ünvan Zirə qəsəbəsidir.

23. Cavabdeh tərəfindən “Avtonəqliyyattexnikası” Bağçılıq Yoldaşlığının üzvü X4 ayrılmış 7 №-li 0,12 ha torpaq sahəsinin yeri və ölçüləri barədə plandan xx.xx.2008-ci il tarixli çıxarış məhkəməyə təqdim edilmişdir.

24. “Avtonəqliyyattexnikası” X6 Heyətinin xx.xx.1994-cü il tarixli protokolundan xx.xx.2008ci il tarixli çıxarışdan görünür ki, "Avtonəqliyyattexnikası" X6 Heyəti üzvlərin ərizələrinə baxılaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin fevral 1991-ci il tarixli 35 №-li qərarına uyğun olaraq “Avtonəqliyyattexnikası” Bağçılıq Yoldaşlığının üzvü X4 0,12 ha sahə ayrılmışdır

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

25. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər, Xəzər rayonu, Zirə bağ massivi ünvanında yerləşən sahəsi 1200 kv.m olan 01 saylı bağ sahəsi üzərindəki hüquqların İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

26. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri XDS İK-nin 07.08,1987-ci il tarixli 17/310 saylı qərarı və “Avtonəqliyyattexnikası” b/y-nın xx.xx.1997-ci il tarixli 3 saylı protokoluna əsasən, Bakı şəhər, Xəzər rayonu, Zirə bağ massivi ünvanında yerləşən bağından sahəsi 1200 kv.m olan 01 saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. 1 saylı bağçılıq kitabçasına əsasən bağ sahəsinin plan və sxemi tərtib olunaraq ona təqdim olunmuşdur. O vaxtdan bəri mövcud torpaq sahəsi üzərində iddiaçının istifadə hüququ davam etmişdir. Belə ki, iddiaçı öz hesabına bağ sahəsinin abadlaşdırılması üçün tədbirlər görmüş, sözügedən daşınmaz əmlak üçün bir sıra tədbirlər görmüşdür. Belə ki, bağ sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zərurəti yaranmışdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi Mamedov Mahirə ********** nömrəli, xx.xx.2020-ci il tarixli ərizə ilə cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri Xəzər rayonu Zirə bağ massivi yerləşən 01 saylı torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh orqanın müraciətin icrasından imtina edərək bildirmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddaçının adı aşkar olunmamışdır. Siyahıda “1” nömrəli bağ sahəsi digər şəxsin adına göstərilmişdir, həmçinin sözügedən bağ sahəsi ümumi hasar daxilində 2685.0 kv.m torpaq sahəsi olan ərazidə yerləşir və 0.12 ha hissəsi “2” saylı bağ sahəsi kimi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçilişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********87 saylı imtina məktubu əsassız və qanunsuzdur. Bundan əlavə qeyd olunan torpaq sahəsi 1987-ci ildən fasiləsiz iddiaçının istifadəsindədir. Belə ki, iddiaçı sözügedən torpaq sahəsindən maneəsiz, aşkar istifadə edir və ən əsası bağ sahəsinin ərazisində özbaşına heç bir artırma və dəyişiklik etməmişdir.

27. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X9 və X7 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər.

28. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivi ünvanında yerləşən sahəsi 1200 kv.m olan 01 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.

29. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır və siyahıda “1” nömrəli bağ sahəsi digər şəxsin adına göstərilmişdir. Bundan əlavə, göstərilən bağ sahəsi ümumi hasar daxilində 2685.0 kv.m torpaq sahəsi olan ərazidə yerləşir. Həmçinin bildiririk ki, göstərilən bağ sahəsinin 1088 kv.m ha hissəsi X8, 40 kv.m hissəsi X2 daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş torpaq sahələri ilə üst-üstə düşür. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamışdır və iddiaçıya xx.xx.2020-ci il tarixli, **********87 saylı cavab məktubu ünvanlanmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 18.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

30. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-488/2024 saylı, 05 avqust 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

31. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmaması, siyahıda “1” nömrəli bağ sahəsi digər şəxsin(Ə.İsayev) adına göstərilməsi, ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən 3-21-3-30/2- 26771/2024 **********71 saylı xx.xx.2024-cü il tarixli məktub ilə təqdim edilmiş “Avtonəqliyyattexnika” b/y-nın üzvlərinin siyahısında iddiaçının adının 1-ci sırada qeyd edildiyi, Ə.İsayevin 7-ci sırada 7 nömrəli bağ sahəsi) qeyd edildiyi müəyyən edilmişdir. Məhkəmə həmçinin müəyyən etmişdir ki, dövlət reyestrindən (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il) RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi “Avtonəqliyyattexnika” b/y-nın 07 saylı bağ evi X2 xüsusi mülkiyyətindədir.

32. Cavabdehin bağ sahəsinin ümumi hasar daxilində 2685.0 kv.m torpaq sahəsi olan ərazidə yerləşməsi, bağ sahəsinin 1088 kv.m ha hissəsi X8, 40 kv.m hissəsi X2 daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş torpaq sahələri ilə üstüstə düşməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edilmişdir ki, 1 saylı bağ sahəsi kimi göstərilən 1574,0 kv.m sahə ümumi hasar daxilində olan 2685,0 kv.m sahədən on cərgə hündürlüyündə mişar daşı düzülərək ayrılmışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən digər 1111,0 kv.m sahə qeydiyyatdan keçmiş 2 saylı bağın ərazisidir. Bundan başqa 1 saylı bağ sahəsi kimi ayrılmış 1574,0 kv.m sahədən 40.0 kv.m hissəsi cənub şərqdə qeydiyyatdan keçmiş qonşu bağ sahəsinin bir hissəsidir. Həmin rəyə əlavə edilmiş sxemdən görünür ki, iddiaçının faktiki istifadəsində olan və koordinatları rəyə əlavə edilmiş 1200kv.m torpaq sahəsinin digər bağ sahələri ilə üstüstə düşmə halı müəyyən edilmir.

33. Məhkəmə hesab edir ki, qeyd edilən dəlillər iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatından imtina üçün əsas ola bilməz. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Belə ki, təqdim edilən hüquqmüəyyənedici sənədlərin (üzvlərin iclasının protokolundan çıxarış, üzvlər siyahısı, üzvlük kitabçası) həqiqiliyi və iddiaçının torpaq sahəsi üzərində sahibliyin həyata keçirilməsi ilə bağlı mübahisə yoxdur.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

34. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-488/2024 saylı, 05 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır və siyahıda “1” nömrəli bağ sahəsi digər şəxsin adına göstərilmişdir. Bundan əlavə, göstərilən bağ sahəsi ümumi hasar daxilində 2685.0 kv.m torpaq sahəsi olan ərazidə yerləşir. Həmçinin bildirirlər ki, göstərilən bağ sahəsinin 1088 kv.m ha hissəsi X8, 40 kv.m hissəsi X2 daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş torpaq sahələri ilə üst-üstə düşür.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin bağ sahəsinin ümumi hasar daxilində 2685.0 kv.m torpaq sahəsi olan ərazidə yerləşməsi, bağ sahəsinin 1088 kv.m ha hissəsi X8, 40 kv.m hissəsi X2 daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş torpaq sahələri ilə üstüstə düşməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edilmişdir ki, 1 saylı bağ sahəsi kimi göstərilən 1574,0 kv.m sahə ümumi hasar daxilində olan 2685,0 kv.m sahədən on cərgə hündürlüyündə mişar daşı düzülərək ayrılmışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən digər 1111,0 kv.m sahə qeydiyyatdan keçmiş 2 saylı bağın ərazisidir. Bundan başqa 1 saylı bağ sahəsi kimi ayrılmış 1574,0 kv.m sahədən 40.0 kv.m hissəsi cənub şərqdə qeydiyyatdan keçmiş qonşu bağ sahəsinin bir hissəsidir. Həmin rəyə əlavə edilmiş sxemdən görünür ki, iddiaçının faktiki istifadəsində olan və koordinatları rəyə əlavə edilmiş 1200kv.m torpaq sahəsinin digər bağ sahələri ilə üstüstə düşmə halı müəyyən edilmir. Hesab edirlər ki, qeyd edilən dəlillər iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatından imtina üçün əsas ola bilməz. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qovmuşdur. Belə ki, təqdim edilən hüquqmüəyyənedici sənədlərin (üzvlərin iclasının protokolundan çıxarış, üzvlər siyahısı, üzvlük kitabçası) həqiqiliyi və iddiaçının torpaq sahəsi üzərində sahibliyin həyata keçirilməsi ilə bağlı mübahisə yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qaran qanuni və əsaslı olduğundan həmin qərar qüvvədə saxlanılmalı, iddia tələbi təmin edilməli, iddiaçının hüquqi marağına uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivi ünvanında yerləşən, sahəsi 1200 kv.m olan 01 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

37. Həmçinin, apellyasiya baxışı zamanı məhkəmə Kollegiyası cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ilə əvəz etmişdir. 38.Belə ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 39.Mülki Prosessual Məcəllənin 58.1.-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.

d) Prosses iştirakçılarının izahatları

40. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar olunmuş tərəflər (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

41. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

42. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativhüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

43. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

44. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

45. X20 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). X20 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

46. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

47. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

48. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

50. Daha sonra məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

51. Cavabdehin bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmaması, siyahıda “1” nömrəli bağ sahəsi digər şəxsin(Ə.İsayev) adına göstərilməsi, ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən 3-21- 3-30/2- 26771/2024 **********71 saylı xx.xx.2024-cü il tarixli məktub ilə təqdim edilmiş “Avtonəqliyyattexnika” b/y-nın üzvlərinin siyahısında iddiaçının adının 1-ci sırada qeyd edildiyi, Ə.İsayevin 7-ci sırada 7 nömrəli bağ sahəsi) qeyd edildiyi müəyyən edilmişdir. Məhkəmə həmçinin müəyyən etmişdir ki, dövlət reyestrindən (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il) RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi “Avtonəqliyyattexnika” b/y-nın 07 saylı bağ evi X2 xüsusi mülkiyyətindədir.

52. Cavabdehin bağ sahəsinin ümumi hasar daxilində 2685.0 kv.m torpaq sahəsi olan ərazidə yerləşməsi, bağ sahəsinin 1088 kv.m ha hissəsi X8, 40 kv.m hissəsi X2 daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş torpaq sahələri ilə üstüstə düşməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edilmişdir ki, 1 saylı bağ sahəsi kimi göstərilən 1574,0 kv.m sahə ümumi hasar daxilində olan 2685,0 kv.m sahədən on cərgə hündürlüyündə mişar daşı düzülərək ayrılmışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən digər 1111,0 kv.m sahə qeydiyyatdan keçmiş 2 saylı bağın ərazisidir. Bundan başqa 1 saylı bağ sahəsi kimi ayrılmış 1574,0 kv.m sahədən 40.0 kv.m hissəsi cənub şərqdə qeydiyyatdan keçmiş qonşu bağ sahəsinin bir hissəsidir. Həmin rəyə əlavə edilmiş sxemdən görünür ki, iddiaçının faktiki istifadəsində olan və koordinatları rəyə əlavə edilmiş 1200kv.m torpaq sahəsinin digər bağ sahələri ilə üstüstə düşmə halı müəyyən edilmir.

53. Həmçinin, apellyasiya şikayətinin dəlilləri baxımından apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2-1(103)-646/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və işin icraatı ekspertiza rəyi alınanadək təxirə salınmışdır. 25 noyabr 2025-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2025-ci il tarixli, 10/2910 saylı Rəyi daxil olmuşdur

54. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2025-ci il tarixli, 10/2910 saylı ekspert Rəyində rəyə gəlinmişdir ki: - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə, o cümlədən baxış zamanı əldə olunan məlumatlara əsasən, İddia olunan Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivi ünvanında yerləşən sahəsi 1200 kv.metr olan 01 saylı bağ sahəsi Bakı şəhəri, XDS İK-nin xx.xx.1987-ci il tarixli 17/310 saylı qərarı və “Avtonəqliyyattexnikası” b/y-nın xx.xx.1997-ci il tarixli 3 saylı protokoluna əsasən İddiaçı ayrılmış torpaq sahəsi ilə üstüstə düşür. - Təqdim olunan torpaq sahəsinin baxış zamanı əldə olunan texniki parametrləri ilə iş materiallarına əlavə edilmiş "Torpaq sahəsinin planı və ölçüsü" (səhifə 185) sənədində göstərilən texniki parametrləri müqayisə edilərkən, həmin, torpaq sahəsinin naturada yeri ilə sənəd üzrə yerinin üst-üstə düşdüyü müəyyən edilmişdir. - Torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: X 439181.22 439188.25 439127.86 439120.06

Y 4466919.73 4466902.95 4466874.58 4466893.58 - Bakı şəhəri, XDS İK-nin xx.xx.1987-ci il tarixli 17/310 saylı qərarı və “Avtonəqliyyattexnikası” b/y-nın xx.xx.1997-ci il tarixli 3 saylı protokoluna əsasən, İddiaçı ayrılmış Bakı şəhər, Xəzər rayonu, Zirə bağ massivi ünvanında yerləşən 1200 kv.metr olan 01 saylı bağ sahəsi digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur.

55. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, qeyd edilən dəlillər iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatından imtina üçün əsas ola bilməz. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Belə ki, təqdim edilən hüquqmüəyyənedici sənədlərin (üzvlərin iclasının protokolundan çıxarış, üzvlər siyahısı, üzvlük kitabçası) həqiqiliyi və iddiaçının torpaq sahəsi üzərində sahibliyin həyata keçirilməsi ilə bağlı mübahisə yoxdur

56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

57. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-488/2024 saylı, 05 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-488/2024 saylı, 05 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar