Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-648/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər:“ yaşa görə əmək pensiyasının yenidən hesablanması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2886/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür.
2. İddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********3 nömrəli “Yaşa görə əmək pensiyasının yenidən hesablaması haqqında” imtina məktubuna əsasən bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ona xx.xx.2020ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22- 1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Müraciəti ilə əlaqədar bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2020-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 12105,52 manat pensiya kapitalı əsasında xx.xx.2006-cı il tarixinədək sığorta stajı 25 il hesablanmaqla əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən 204,21 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği xx.xx.2022-ci il tarixindən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Bu səbəbdən əmək pensiyasının məbləği (200 manat) əmək pensiyasının minimum məbləğindən (240 manat) aşağı olduğu üçün əmək pensiyasının minimum məbləğə və eyni zamanda xx.xx.2022-ci il tarixindən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar 248,16 manata çatdırılmışdır. Əlavə olaraq adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd edilmiş 01.01 1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.2000-ci il tarixinədək və 0.1,10.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli araşdırmasına əsasən "xxxx" müştərək firmasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanı müəyyən etmək mümkün olmayıb. X4 xx.xx.2021-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən "xxxx" broker firmasının arxiv sənədləri saxlanılmadığından sözügedən dövrlərin araşdırılması mümkün olmamışdır. Qeyd olunanlara əsasən sözügedən dövrlər sığorta stajına əlavə edilməmişdir. Ötən dövr üzrə yaranmış fərq məbləği fevral ayı üzrə pensiyasının üzərinə əlavə edilməklə ona ödənilmişdir.
3. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubla iddiaçıya məxsus 63 vərəqdən ibarət pensiya işi məhkəməyə təqdim edilmişdir.
4. İddiaçının adına xx.xx.1973-cü il tarixdə açılmış əmək kitabçasının surətinə əsasən iddiaçının "xxxx" Broker Firmasında iş stajı xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, "xxxx" Birgə Müəssisəsində isə iş stajı xx.xx.1996cı il tarixdən xx.xx.2000-ci il tarixədək olmuşdur.
5. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli **********51800 nömrəli və xx.xx.2023-cü il tarixli **********104700 nömrəli məktublarla təqdim edilmiş məlumatlara əsasən "xxxx" Firması xx.xx.1997-ci il tarixdə 34261 nömrə ilə dövlət qeydiyyatından keçmiş, 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamış, "xxxx" Birgə Müəssisəsi isə xx.xx.1995-ci il tarixdə 830 nömrə ilə dövlət qeydiyyatından keçmiş, 2004-cü ildən halhazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
6. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək kitabçasında qeyd olunan əmək stajı əsasında əmək pensiyasının yenidən hesablanması və pensiyanın səhv hesablanması nəticəsində yaranan fərqin birdəfəlik ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1955-ci il tarixində anadan olmuş, 1972-ci ildə əmək fəaliyyətinə başlamış, 25 ildən artıq əmək stajı var. Bu səbəbdən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə və həmin maddəyə Qeydə uyğun olaraq 2020-ci ilin 1 fevral tarixindən yaşa görə əmək pensiyası almaq hüququ əldə etmişdir. Ona həmin müddət üçün müəyyən olunmuş minimal pensiya - 200 (iki yüz) manat pensiya təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 21 və 22-ci maddələrinə görə, əmək pensiyası sığorta stajına uyğun təyin olunur. Lakin, ona pensiya təyin olunarkən ondan staj barəsində heç sənəd tələb edilməmişdir, sadəcə minimal pensiya (200 manat) təyin olunmuşdur. Əmək kitabçasına görə pensiya təyinatına kimi, yəni 2020-ci ilin fevralın 1-ə qədər onun iş stajı 36 il təşkil edir. Eyni zamanda, fərdi sahibkarlıqla məşğul olduğu 2006- 2015-ci illərdə o, 69 (altmış doqquz) ay ərzində fəaliyyəti olub və həmin aylar üçün sosial ödəmələr etmişdir. Pensiyanın yenidən hesablanması ilə dəfələrlə müraciət etmişdir. Aldığı son cavabda göstərilir ki, xx.xx.2006-cı ilə kimi bəzi müəssisə və idarələrdə çalışmasını müəyyən etmək mümkün olmamışdır. Hesab edir ki, vəziyyətin belə olmasında onun təqsiri yoxdur. İşləməsi barədə onun əmək kitabçasında qeydlər var. Cavabdehin həmin illəri hansı səbəbdən iş stajına daxil etməməsi, xx.xx.2006-cı il tarixədək vətəndaşın iş stajını əmək kitabçasından başqa hansısa sənədin təsdiq etməsi ona məlum deyildir.
8. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, onun xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərin sosial sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
9. Sonradan iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, "xxxx" Firmasının və "xxxx" Birgə Müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
10. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriiyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı xx.xx.2020-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği xx.xx.2022-ci il tarixdən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Bu səbəbdən iddiaçının əmək pensiyasının məbləği (200 manat) əmək pensiyasının minimum məbləğindən (240 manat) aşağı olduğu üçün əmək pensiyasının minimum məbləğinə və eyni zamanda xx.xx.2022-ci il tarixdən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar 248.16 manata çatdırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli araşdırmasına əsasən “Azərolimpik LTD!’ müştərək firmasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanı müəyyən etmək mümkün olmamışdır. X4 xx.xx.2021-ci il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən "xxxx" broker firmasının arxiv sənədləri saxlanılmadığından sözügedən dövrlərin araşdırılması mümkün olmamışdır. Qeyd olunanlara əsasən sözügedən dövrləri iddiaçının sığorta stajına əlavə edilməmişdir. Sözügedən Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-ci il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 — 22-1,2.3-cu maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan 12105,52 manat pensiya kapitalı əsasında xx.xx.2006-cı il tarixədək sığorta stajı 25 il hesablanmaqla onun əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2020-ci il tarixdən 204.21 manat müəyyən edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2886/2023 saylı, xx.xx.2023-cü il il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı "xxxx" Birgə Müəssisəsində xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi, iddia qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
12. Qərardan iddiaçı iddianın təmin olunmamış hissəsində, cavabdeh isə iddianın təmin olunmuş hissəsində apellyasiya şikayəti vermişlər.
c) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçının apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır.
14. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin xx.xx.2023- cü il tarixli **********51800 nömrəli "xxxx" Firması barədə məktubunda qeyd edilmişdir ki, "xxxx" Firması xx.xx.1997-ci il tarixdə 34261 nömrə ilə dövlət qeydiyyatından keçmiş, 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********104700 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" Birgə Müəssisəsi isə xx.xx.1995-ci il tarixdə 830 nömrə ilə dövlət qeydiyyatından keçmiş, 2004- cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət edilməmişdir. Bakı İnzibati Məhkəməsi sözügdən məktubun əsasında "xxxx" Birgə Müəssindəki dövrləri staja daxil edərək iddianı qismən təmin etmişdir.Məhkəmənin qərarında qeyd edilmişdir ki, "xxxx" Birgə Müəssisəsi ilə bağlı cavabdeh orqan tərəfindən aparılmış araşdırma yanlış yönləndirilmiş, sözügedən müsəssisə “Azərolimpik LTD’ müştərək firması adı altında araşdırıldığından iddiaçının həmin müəssisədə çalışdığını təsdiq edən hər hansı sənəd tapılmsmışdır. Lakin məhkəmə tərəfindən həmin müəssisə ilə bağlı aparılmış araşdırmada da aydın olur ki, yenə də iddiaçının qeyd edilən müəssisədə işlədiyi faktını, ümumiyyətlə, müvafiq müəssisənin fəaliyyəti ilə bağlı hər hansı bir sənəd tapılmamışdır. Məhkəmə sadəcə müəssisənin dövlət qeydiyyatından keçməsini həmin dövrlərin staja daxil edilməsi üçün əsas kimi göstərmişdir. X10 Xidmətinin müvafiq məktubunda "xxxx" Birgə Müəssisəsinin 2004-cü il tarixdən sonra VÖEN almaq üçün vergi orqanına müraciət etmədiyi də qeyd edilmişdir. Bu isə müəssisənin fəaliyyətdə olmasını şübhə altına salmaqla bərabər, iddiaçının həmin müəssisədə işlədiyini təsdiq edən əsas da sayılmır. Lakin Bakı İnzibati Məhkəməsi müəssisənin dövlət qeydiyyatından keçməsini iddiaçının həmin dövrdə çalışmasını təsdqi etdiyinin qənaətinə gələrək həmin dövrü staja daxil etmişdir. Qanunvericiliyin tələblərinə əsasən isə həmin dövrlərin staja daxil edilməsi cavabdeh orqanın imkanı xaricindədir. Məhkəmə haqlı olaraq iddiaçının “Simurq LTD" Firmasında çalışdığı dövrü staja daxil etməmiş və iddianı qismən təmin etmişdir. Odur kı, ış üzrə Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərar qanunsuz hesab edilməlidir.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətlərinə yazılı etiraz daxil olmamışdır .
e) Prosses iştirakçılarının izahatları
16. Məhkəmə Kollegiyasının iclasında iddiaçı özünün apellyasiya şikayətinin təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
17. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi özünün apellyasiya şikayətinin təmin olunmasını və iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38 Sosial təminat hüququ. İ. Hər kəsin sosial təminat hüququ vardır. İİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2 Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
21. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Maddə 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. ...... Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın:4.1-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən. 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
25. Qərardan iddiaçı iddianın təmin olunmamış hissəsində, cavabdeh isə iddianın təmin olunmuş hissəsində apellyasiya şikayəti verdiyindən birinci instansiya məhkəməsinin aktı tam hissədə yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
28. Məhkəmə Kollegiyası hesab edir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti əsaslıdır və təmin olunmalıdır, cavabdehin apellyasiya şikayəti isə əsassızdır.
29. Belə ki, hazırki işin hallarından göründüyü kimi, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir, o, "xxxx" Broker Firmasında (xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək) və "xxxx" Birgə Müəssisəsində (xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək) işlədiyi dövlərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən müraciəti təmin edilmədiyindən məhkəməyə müraciət etmişdir.
30. Beləliklə, məhkəmə mübahisənin predmetini iddiaçının "xxxx" Broker Firmasında (xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək) və "xxxx" Birgə Müəssisəsində (xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək) işlədiyi dövlərin sosial sığorta stajına daxil edilib-edilməməsi təşkil edir.
31. Cavabdehin sözügedən dövrlərlə bağlı dəlili isə ondan ibarətdir ki, "xxxx" Müştərək Firmasının faktik ivə arxiv sənədlərinin saxlanıldığı ünvanı müəyyən etmək mümkün olmamış, "xxxx" broker firmasının isə arxiv sənədləri saxlanılmadığından sözügedən dövrlərin araşdırılması mümkün olmamışdır.
32. Məhkəmə Kollegiyası cavabdehin dəlillərini əsaslı hesab etmir.
33. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş pensiya işi və aidiyyəti qurumlardan müvafiq sorğular əsasında əldə edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən o, "xxxx" Birgə Müəssisəsində işləməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaçının sözügedən Müəssisədə işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi barədə aparılmış inzibati icraat çərçivəsində müəssisə ilə bağlı araşdırma səhv istiqamətdə aparılaraq, iddiaçının həmin dövrdə işlədiyi müəssisə kimi "xxxx" Müştərək Müəsissəsi əsas götürülmüş və həmin müəssisə ilə bağlı heç bir araşdırılma aparılması mümkün olmamışdır. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən onun işlədiyi "xxxx" Birgə Müəssisəsinin fəaliyyəti ilə bağlı inizbati məhkəmə icraatında müvafiq araşdırılma aparılmış, araşdırma nəticəsində "xxxx" Birgə Müəssisəsinin xx.xx.1995-ci il tarixdə 830 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat aşkar edilmişdir.
34. Məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarından (Bu qərarın–19-23-cü bəndləri ) çıxış edərək, işin yuxarıda qeyd edilən hallarını, həmçinin iddiaçının "xxxx" Birgə Müəssisəsindəki əmək fəaliyyəti üzrə mübahisəli dövrün iddiaçının xx.xx.2006-cı il tarixədək qeydə alınmış sığorta stajı ilə bağlı olması ilə razılaşaraq hesab edir ki, həmin dövr iddiaçının sığorta stajına mübahisəsiz daxil edilməlidir.
35. Qeyd olunduğu kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir.
36. Həmçinin məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
37. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
38. Bu mənada, qüvvədə olan qanunvericilik normaları iddiaçının "xxxx" Birgə Müəssisəsində (xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək) fəaliyyətini əmək kitabçası əsasında iş stajı kimi təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tutur. Bu səbəbdən də, iddiaçının tələbi həmin hissədə əsaslı hesab edilməklə həmin dövrə aid iş stajı müvafiq olaraq iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir.
39. Eyni zamanda, iddiaçının əmək kitabçalarında cavabdeh tərəfindən mübahisələndirilən dövrləri əhatə edən qeydlərində onun işə qəbul edilməsi, vəzifə köçürmələri, işdən azad olunma tarixləri, müvafiq əmrlər, qeydlərin kadrlar üzrə məsul şəxsin imzası, müəssisənin möhürü təsdiqi öz əksini tapmış, qeydlərdə qaralama və anlaşılmaz yazılar mövcud deyil, vərəqlərin tamlığı pozulmamışdır. Başqa sözlə, qeydlərin inandırıcılığı baxımından iddiaçının həmin müəssisələrdə çalışmasını şübhə altına ala biləcək hallar aşkar olunmamışdır. 40.“ İnzibati icraat haqqında” Qanunun 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
41. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, müvafiq müəssisənin fəaliyyəti ilə bağlı hər hansı bir sənəd tapılmamışdır. Məhkəmə sadəcə müəssisənin dövlət qeydiyyatından keçməsini həmin dövrlərin staja daxil edilməsi üçün əsas kimi göstərmişdir. X10 Xidmətinin müvafiq məktubunda "xxxx" Birgə Müəssisəsinin 2004-cü il tarixdən sonra VÖEN almaq üçün vergi orqanına müraciət etmədiyi də qeyd edilmişdir. Bu isə müəssisənin fəaliyyətdə olmasını şübhə altına salmaqla bərabər, iddiaçının həmin müəssisədə işlədiyini təsdiq edən əsas da sayılmır.
42. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən 2-1(112)-2886/2023 saylı, xx.xx.2023-cü il il tarixli qərarı ilə İddiaçı "xxxx" Birgə Müəssisəsində xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi dövrün (2004-cü il tarixdən sonrakı dövrün deyil) onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
43. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır, odur ki, təmin olunmamalıdır.
44. Məhkəmə Kollegiyası eləcə də, iddiaçının digər tələbi olan "xxxx" Firmasında (xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək) olan əmək fəaliyyəti dövrünün iş stajına daxil edilməsi dəlili ilə bağlı qeyd edir ki, iddiaçının tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir.
45. Belə ki, birinci instansiya məhkəməsi iddianı həmin hissədə rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasında onun "xxxx" Firmasında işləməsi ilə bağlı qeydlərdə uyğunsuzluq vardır. Belə ki, iddiaçının əmək kitabçasındakı qeydlərdə onun xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" Firmasında işlədiyi qeyd edilsə də, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********51800 nömrəli məktubda bildirilmişdir ki, "xxxx" Firması xx.xx.1997-ci il tarixdə 34261 nömrə ilə dövlət qeydiyyatından keçmiş, 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır.
46. İddiaçının apellyasiya şikayətinin dəlilləri baxımından məhkəmənin verdiyi sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba qoşma sənədlərdən, həmçinin, Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktuba qoşma sənədlərdən müəyyən olunur ki, keçmiş Nərimanov rayon XDS İK-nın xx.xx.1991-ci il tarixli, 17/285 saylı Qərarına əsasən "xxxx" broker firması qeydiyyata alınmışdır. 47.Həmçinin, Azərbaycan respublikası Ədliyyə Nazirliyinin 19744 nömrə ilə 1994-cü il tarixdə təsdiq edilmiş "xxxx" firmasının 1.1.ci bəndindən görünür ki, "xxxx" firması "xxxx" broker firmasının bazasında yaradılmışdır.
48. Beləliklə göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının "xxxx" Firmasında olan əmək fəaliyyətinin onun iş stajına daxil edilməsi barədə tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
49. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçasındakı qeydlərdə onun xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" Firmasında işlədiyi yuxarıda təqdim olunmuş arxiv sənədləri ilə ziddiyyət təşkil etmədiyindən, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2886/2023 saylı, xx.xx.2023-cü il il tarixli qərarı qismən–iddianın rədd edilməsi hissəsində ləğv olunmalı, həmin hissədə də iddia təmin edilərək "xxxx" Firmasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. 50.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2886/2023 saylı, xx.xx.2023-cü il il tarixli qərarı qismən– iddianın rədd edilməsi hissəsində ləğv olunmalı, həmin hissədə də iddia təmin edilərək "xxxx" Firmasında iddiaçının işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. İddiaçının apellyasiya şikayəti təmin olunsun. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2886/2023 saylı, xx.xx.2023-cü il il tarixli qərarı qismən–iddianın rədd edilməsi hissəsində ləğv olunsun, həmin hissədə iddia təmin edilsin. İddiaçının "xxxx" Firmasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehə həvalə edilsin. Qərar qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.