Məhkəmə qərarları › İş №2-1(103)-649/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-649/2020

19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-649/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının hakimləri Səriyyə Seyid qızı Seyidova (sədrlik edən); Aida Əli qızı Hüseyn və X4 ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X8 X1rşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3689/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək pensiyanın hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Sabunçu rayon şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 X7 İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2413/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Sabunçu rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 X7 İdarəsi ilə əvəz edilməsi və işin ərazi aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sonradan iddiaçı xx xxxxxx 2019-cu il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 2015-ci ildən başlayaraq güzəştli şərtlərlə yaşa görə pensiya hesablanaraq təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X8 X7 İdarəsinin üzərinə qoyulması və prosessual xərclər olaraq iddiaçı tərəfindən çəkilən 218.10 manat vəsaitin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Sabunçu rayon şöbəsinə Asan Xidmət vasitəsi ilə xx.xx.2019-cu il tarixində müraciət edərək, ona xüsusi ilə zərərli və ağır olan əmək şəraitində çalışdığı üçün qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli **********7 saylı cavab məktubu ilə iddiaçının müraciətinə imtina edərək, bildirmişdir ki, "təqdim etdiyiniz şəxsiyyət vəsiqəsinin sürətindən göründüyü kimi, Siz xx.xx.1963-cu il təvəllüdlüsünüz, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddiniz (60 yaş) olmadığından, ərizənizi təmin etmək mümkün olmamışdır." Bununla yanaşı, cavabdeh imtinasını "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsi ilə əsaslandırmışdır ("Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayım həmin işlərdə, və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.") Birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçı hesab etmişdir ki, o, qeyd olunan maddənin təsiri dairəsinə düşdüyü üçün ona qüvvədən düşmüş Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun tələblərinə uyğun olaraq pensiya təyin edilməlidir. Lakin həmin qanunun 13-cü maddəsinin b bəndinə görə, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilə - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilə - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olurlar. İddiaçının özü tərəfindən iddia ərizəsində qeyd edilmişdir ki, onun 01.01,2006-cı ilə qədərki ümumi iş stajı 23 il 11 aydır. Güzəştli iş stajına gəldikdə isə, iddiaçı xx.xx.1983-xx.xx.1987, xx.xx.1987-xx.xx.1994, xx.xx.1996 - xx.xx.1996cı illərdə olmaqla cəmi 11 ildən bir qədər artıq bir müddət ərzində neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçısı vəzifəsində işləmişdir. Qeyd olunan vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə” pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısında 12-ci bölmədə. 2130100- 11297 kodu altında özünə yer almışdır (bu fakt İddiaçının özünün məhkəməyə təqdim etdiyi arayışla da öz təsdiqini tapır). Beləliklə, iddiaçının xx.xx.2006-cı ilə qədərki qanunvericiliyin tətbiq oluna bilməsi üçün iddiaçı həmin tarixədək 25 il ümumi staja, 12 il 6 ay isə güzəştli iş stajına malik olmalı idi ki, iddiaçının stajı qeyd olunanlardan heç birinə çatmır. Hətta stajı çatsa belə, həmin vəzifələr müvafiq qərarla təsdiq edilmiş 2-ci siyahıya düşdüyündən, iddiaçıya yalnız 57 yaşdan pensiya təyin edilə bilərdi, iddiaçının isə 57 yaşı tamam olmamışdır. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. İşin materialları ilə müəyyən edilir ki,xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuş İddiaçı ünvan 1 mənzil 15 ünvanda qeydiyyatdadır. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli **********7 nömrəli məktubla cavab verilərək qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayım həmin işlərdə, və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim olunan şəxsiyyət vəsiqəsinin sürətindən göründüyü kimi, iddiaçı xx.xx.1963-cu il təvəllüdlüdür, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddi (60 yaş) olmadığından, ərizəni təmin etmək mümkün olmamışdır. İddiaçı həmin imtinadan sonra hazırki iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1981-ci ildə Neft və qaz quyularının istismarı və kəşfiyyatı qazmaçısmın köməkçisi vəsizəsinə təyin edilmişdir, xx.xx.1981-ci ildə Neft və qaz quyularının istismarı və kəşfiyyatı qazmaçısmın köməkçisi 4-cü dərəcəsi verilmişdir, xx.xx.1981-ci ildə Neft işlərinə qazmaçısının 4-cü dərəcəli köməkçisi işinə keçirilmişdir, xx.xx.1982-ci ildə ƏM 37 maddəsinə, uyğun olaraq öz xahişi ilə işdən azad edilmişdir, xx.xx.1982-ci ildə Türkmənburqaz İB-nə Neft və qaz quyularının istismarı və kəşfiyyatı qazmaçısının 4-cü dərəcəli köməkçisi vəzifəsinə qəbul edilib, xx.xx.1983-cü ildə Neft və qaz quyularının istismarı və kəşfiyyatı qazmasının 5-ci dərəcəli qazmaçı işinə keçirilmişdir, xx.xx.1986-cı ildə Neft və qaz quyularının istismarı və kəşfiyyatı qazmasının 6cı dərəcəli qazmaçı işinə keçirilmişdir, xx.xx.1987-ci ildə TSSR ƏM 30 maddəsinə uyğun olaraq Azneft İB Siyəzən Qİİ keçirilməsi ilə əlaqədar işdən azad edilmişdir, xx.xx.1987-ci ildə Kəşfiyyat qazması idarəsindən köçürülmə üzrə Neft və qaz quyularının istismarı və kəşfiyyatı qazmasının 6-cı dərəcəli qazmaçı işinə keçirilmişdir, xx.xx.1995-ci il tarixdə öz xahişi ilə qazmaçı ustası köməkçisi vəzifəsindən azad edilmişdir, xx.xx.1996-cı ildə Neft və qaz Nazirliyinin Mambaninskiy kəşfiyyat qazma İdarəsinə Neft və qaz quyularının istismarı və kəşfiyyatı qazmasının 6-cı dərəcəli qazmaçı vəzifəsinə qəbul edilmişdir, xx.xx.1996-cı ildə Türkmənistan ƏM 37 maddəsinə, uyğun olaraq öz xahişi ilə işdən azad edilmişdir, xx.xx.1996-cı ildə “Türkmənqgeologiya” DK Bayramalı hidrogeoloji ekspedisiya üzrə 4-cü dərəcəli qazma qurğusu maşinisti işinə qəbul olunmuşdur, xx.xx.2004-cü ildə Əmək Məcəlləsinin 31-ci maddəsinə əsasən, öz ərizəsi ilə işdən çıxmışdır. İş materiallarına əlavə edilmiş ARDNŞ “X10” Trestinin Dövlət X8 Sabunçu Rayon Şöbəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən SOCAR-ın X10 trestinin müxtəlif idarələrində işləmişdir. ARDNŞ “X10” Trestinin tərəfindən tərtib edilmiş arayışda aşağıdakı məlumatlar qeyd edilib: 1. Abşeron Qazma işləri idarəsi üzrə: xx.xx.1981 - xx.xx.1982-ci ilədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi. 2. Siyəzən Qazma işləri idarəsi üzrə: xx.xx.1987 xx.xx.1993-cü ilədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı. xx.xx.1994-xx.xx.1995-ci ilədək buruq ustasının köməkçisi. 3. Abşeron Qazma işləri idarəsi üzrə: xx.xx.2006 - xx.xx.2007-ci ilədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi. xx.xx.2007- xx.xx.2008-ci ilədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı. 4. X10 tresti, X11 Qazma işləri idarəsi üzrə: xx.xx.2008-xx.xx.2014-cü ilədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı. 5. “X10” tresti “Neft Daşları” İstehsalat bölümü üzrə: xx.xx.2014-cü ildən hal-hazıradək “X10” tresti “Neft Daşları” İstehsalat bölümü, 1637A saylı meydançada neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı peşəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli 320 saylı qərarına əsasən 1 nömrəli siyahı üzrə güzəştli iş stajı 22 il. Eyni zamanda iş materiallarına əlavə edilmiş TÜRKMƏNİSTAN “Türkməngeologiya” Dövlət Korporasiyası Marı hidrogeologiya ekspedisiyasının xx.xx.2019-cu il tarixli 07/1063 saylı arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1996-cı ildən (xx.xx.1996 il tarixli 140-k saylı əmr) xx.xx.2004-cü ilədək (xx.xx.2004 il tarixli 40-k saylı əmr) indi “Türkməngeologiya” Dövlət Korporasiyasının Marı hidrogeologiya ekspedisiyasına adı dəyişdirilmiş “Türkməngeologiya” Dövlət Korporasiyasının Bayramalı hidrogeologiya ekspedisiyasına İV dərəcəli qazma qurğusunun maşinisti kimi səhra şəraitində tam iş günü işləmişdir. 1996-cü ildə səhra şəraitində işləyib - 35 gün (1 ay 5 gün) 1997-cü ildə səhra şəraitində işləyib – 203 gün (6 ay 23 gün) 1998-ci ildə səhra şəraitində işləyib – 134 gün (4 ay 14 gün) 1999-cü ildə səhra şəraitində işləyib - 207 gün (6 ay 27 gün) 2000-ci ildə səhra şəraitində işləyib - 219 gün (7 ay 9 gün) 2001-ci ildə səhra şəraitində işləyib – 217 gün (7 ay 7 gün) 2002-ci ildə səhra şəraitində işləyib – 234 gün (7 ay 24 gün) 2003-cü ildə səhra şəraitində işləyib 240 gün (8 ay 0 gün) 2004-cü ildə səhra şəraitində işləyib – 113 gün (3 ay 23 gün) İş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə istinad etmiş və sözügedən qanun qüvvəyə minənə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanuna əsasən ona pensiya təyin edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qanunun “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar— 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.9-cu bəndində qeyd edilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Qaydaların 4.1.10-ci bəndində qeyd edilir ki, qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Göründüyü kimi, iddiaçıya Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə pensiya təyin edilməsi üçün 52 yaşınının, azı 20 il iş stajının olması, bu müddətin azı 10 ilini 1 nömrəli siyahıda nəzərdə tutulan işlərdə çalışması gərəklidir. Digər tərəfdən Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə pensiya təyin edilməsi üçün 57 yaşınının, azı 25 il iş stajının olması, bu müddətin azı 12 il 6 ayını 2 nömrəli siyahıda nəzərdə tutulan işlərdə çalışması vacibdir. Cavabdehin apellyasiya şikayətinin dəlili üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi “neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahısında nəzərdə tutulmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahısında 2130100a-11297 nömrəli kod ilə qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.1963-cü il təvəllüdlü olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahısı üzrə tələb olunan 57 yaşı yalnız xx.xx.2020-ci il tarixdə tamam olduğu üçün qanunvericiliyin göstərilən normalarının ona tətbiq edilməsi mümkün deyildir. Göstərilənlərə əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iş üzrə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək, həmçinin, maddi hüquq normalarını əsas götürərək hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3689/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmalı, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X8 X1rşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X8 X7 İdarəsitərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3689/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X8 X1rşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Səriyyə Seyidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar