Məhkəmə qərarları › İş №2-1(103)-649/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-649/2022

04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-649/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X3rşı “diplomun üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3700/2021 saylı 29.09.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 01-04 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Təhsildə X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Dövlət Sosial Universiteti (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) tərəfindən iddiaçıya verilmiş bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik (nostrifikasiya) haqqında şəhadətnamənin verilməsindən cavabdeh tərəfindən imtina edilməsinin qanunsuz hesab edilməsi və həmin (nostrifikasiya) şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 1999-cu ildə Moskva Dövlət Sosial Universiteti adlanan (hazırki adı Rusiya Dövlət Sosial Universiteti) ali təhsil müəssisəsinin hüquqşünaslıq fakültəsinə qiyabi əsaslarla daxil olaraq 2005-ci ildə oranı bitirmiş, hüquqşünaslıq ixtisası əldə etmiş və həmin ilin iyul ayında diplom almışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.05.1999-cu il tarixli, 48-03-1841/16 saylı məktubuna əsasən Universitetin fəaliyyətindən məlumatlı olmuş və razılıq vermişdir. Artıq 18 ilə yaxındır ki, iş stajı var və bunun 16 ildən artıq müddətini hüquqşünas ixtisası üzrə müxtəlif yerlərdə fəaliyyət göstərmişdir. Diplomun ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliliyinin müəyyən edilməsi üçün ilk dəfə 2009-cu ildə Təhsil Nazirliyinə müraciət etmişdir. Təhsil Nazirliyi tərəfindən 05.03.2009-cu il tarixli məktubla hər hansı bir konkret əsaslandırma göstərilmədən müraciətinə mənfi cavab verilmişdir. Səbəbini maraqlandıqda bildirilmişdir ki, diplom apostillə təsdiq edilmədiyi üçün imtina edilmişdir. Bundan sonra aidiyyəti olaraq müraciət edərək qeyd edilən diplomu 14.04.2011-ci ildə Rusiya Federasiyası Moskva şəhər Təhsil Departamenti tərəfindən 115564 №-li apostillə təsdiq etdirmişdir. Əlavə olaraq qeyd edir ki, diplomun təsdiq edildiyi apostil forması TKTA-nın rəsmi saytında göstərilmiş və qəbul olunmuş nümunəyə tam uyğundur. Bundan sonra 30.01.2014-cü il tarixdə yenidən Təhsil Nazirliyinə müraciət etmişdir. Təhsil Nazirliyi tərəfindən Universitetin Bakı şəhərindəki səyyar təhsil məntəqəsinin olması nəzərə alınmadan iddiaçıya verilmiş 02 aprel 2014-cü il tarixli imtina məktubunda göstərilən yeganə əsas bundan ibarət idi ki, 1999-2005-ci illərdə təhsil müddəti ərzində iddiaçı faktiki olaraq Rusiya Federasiyasında olmamış, deməli Universitetə gedib-gəlməmişdir. Ona görə də Qaydalara əsasən nostrifikasiyadan imtina olunmalıdır. 14.04.2020-ci il tarixdə diplomun nostrifikasiyası məqsədilə yeni yaradılmış Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra “Agentlik”) müraciət etmişdir. Agentlik 15.04.2020-ci il tarixli elektron məktubu ilə daha əvvəl 26.02.2009-cu il tarixdə Təhsil Nazirliyi tərəfindən ixtisasının tanınmasından imtina edilməsini əsas gətirərək ərizəni qəbul etməkdən imtina etmişdir. Həmin məktuba cavab olaraq göndərdiyi növbəti müraciətində 2009-cu il imtinasının və ekspert şurasının iddiaçının müraciəti ilə bağlı o vaxtkı protokolunu istəsə də, agentlik həmin qərarı və ya protokolu verməmiş, belə ki, belə bir protokol və qərar mövcud deyildir. Ümumiyyətlə isə, agentlik etdiyi sonrakı müraciətlərə iki dəfə yazılı cavab vermişdir. Belə ki, 19.05.2020-ci il tarixli cavab məktubunda Agentlik yenidən Təhsil Nazirliyinin 2009-cu ildə iddiaçıya göndərdiyi məktuba istinad edərək nostrifıkasiyadan imtina etmişdir. Daha sonra Agentliyə 27.10.2020-ci il tarixdə şikayət ərizəsi yazaraq iddiaçı verdikləri əvvəlki bütün imtinaların əsassız olduğunu öz müraciətində əsaslandırmış və məsələnin yenidən araşdırılıb qanuni və ədalətli formada qərar qəbul edilməsini xahiş etmişdir. 05.11.2020-ci il tarixli, M-217/03- TKTA saylı son məktubunda (məktub iddiaçıya 16.12.2020 tarixdə çatdırılıb) isə agentlik əvvəlki imtinaları şikayətinə əsasən araşdırıb əsassız olduğunu gördükdən sonra keçmiş sənədləşmə və mövqedən fərqli olaraq yeni əsasa - Universitetə xüsusi razılıq (lisenziya) verilməməsinə istinad edərək nostrifıkasiyadan imtina etmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, cavabdeh qurum 2009-cu ildən başlayaraq edilmiş bütün müraciətlərində qanunvericiliyin tələblərinə əməl etməmiş, qaydaların tələblərinə uyğun olaraq araşdırmamış və yenə Agentliyin də yeni əsasa görə verdiyi imtina da əvvəlki əsaslar kimi iddiaçının hüququnun pozulması ilə nəticələnən və heç bir qanuna və hüquqa söykənmədən verilmiş bir qərardır və qanunsuz hesab edilməlidir. Cavabdeh öz imtinasını rəsmi inzibati akt formasında verməli idi. Agentlik iddiaçının müraciəti üzrə 2009-dan sonra bir neçə yeni hal olmasına baxmayaraq heç bir araşdırma aparmadan, formal bir məktubla 11 il əvvəlki qanunsuz imtinaya əsaslanaraq geri qaytarmaqla “İnzibati icraat haqqında” AR Qanununun tələblərini pozmuşdur. Belə ki, cavabdeh iddiaçının ilk və daha sonrakı müraciətləri üzrə rəsmi inzibati akt (qərar) qəbul etməli olsa da, bunu etməmişdir. Onun cavabı inzibati aktın tələblərinə cavab vermir. Cavabdeh müraciətiylə bağlı araşdırma apararkən və qərar qəbul edərkən iddiaçının iştirak hüququnu pozmuşdur. Göründüyü kimi Agentliyin daha bir Qanunun tələblərini nəzərə almama kimi yanaşması sözügedən Qanunun 51-ci maddəsinin tələblərini və iddiaçının öz müraciəti ilə bağlı icraatda iştirak hüququnu tamamilə pozmuş, öz qərarını əsaslandırmamışdır. Əslində cavabdehin 05.11.2020-ci il tarixli son imtina cavabında yalnız bir əsasa - lisenziya məsələsinə istinad etməsi həmin tarixədək olan imtinalarda onun (Təhsil Nazirliyi) tərəfindən bundan əvvəl gətirilmiş əsasları əhəmiyyətsiz edir. Başqa sözlə hazırkı vəziyyətdə iddiaçının ixtisasının tanınmaması üçün yalnız lisenziya əsası maneədir. Buna baxmayaraq cavabdehin indiyədək nostrifıkasiyadan imtina üçün istinad etdiyi bütün əsaslarla bağlı mövqeyini bildirmək istəmişdir. Rusiya Federasiyasına gedib-gəlmək məsələsi ilə bağlı cavabdeh 2009-cu ildə verdiyi imtinasının əsası kimi Qaydaların tələbinin əksinə olaraq iddiaçının təhsil aldığı müddətdə Rusiya Federasiyasına fiziki olaraq gedib-gəlməməyini göstərmişdir. Bu arqument tamamilə əsassızdır. Belə ki, əvvəla, Qaydaların iddiaçıya münasibətdə mənfi mənada tətbiqi qanunun zamana görə qüvvəsi baxımından səhv olardı. Çünki iddiaçının xarici ölkəyə aid universitetdə təhsil almağı ilə bağlı hüquq münasibəti təhsil almağa başladığı il - 1999-cu ildə yaranmışdır. Sözügedən qaydalar isə 2003-cü ildə qəbul edilmiş və beləliklə iddiaçının xarici ixtisasının Azərbaycan Respublikasında tanınması Qaydalara əsaslanmaqla tələb oluna bilməz. Qaydaların heç bir bəndində şəxsin mütləq təhsil aldığı xarici ölkəyə fiziki olaraq gedib-gəlməsi barədə tələbə rast gəlinmir. Ümumiyyətlə həmin bənddə ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün 3 əsas göstərilmişdir: 1) xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; 2) təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); 3)xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyaniqiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Bu 3 əsasın heç birində tələbənin təhsil aldığı ölkəyə fiziki olaraq gedib - gəlməməsinə görə nostrifikasiyadan imtinanın mümkünlüyü nəzərdə tutulmamışdır. Üçüncüsü isə, qeyd etdiyi kimi iddiaçı Universitetin Azərbaycan Respublikasında hamıya, o cümlədən Təhsil Nazirliyinə məlum olmaqla fəaliyyət göstərən səyyar məntəqəsində oxumuşdur. Təhsili qiyabi əsaslarla olmuş və ildə iki dəfə semestr təyin olunmuşdur ki, həmin müddətdə də semestri keçirən müəllim və işçi heyəti Rusiya Federasiyasından Bakıya gələrək semestrin keçirilməsini və təhsilin verilməsini təmin etmişlər. Ona görə də təbii olaraq tələbələrin Rusiya Federasiyasına getməyinə hər-hansı bir tələb və ehtiyac olmayıb. Ali təhsil məktəblərinin digər ölkələrdə fəaliyyəti yeni və təəccüblü bir məsələ olmamaqla Azərbaycan Respublikasında da müstəqillik əldə edildikdən bəri geniş tətbiq edilir. Xüsusilə də eyni təhsil sisteminə malik Rusiya ali təhsil müəssisələrinin Azərbaycan Respublikasında geniş fəaliyyəti mübahisəsizdir. Bundan əlavə Qaydaların söykəndiyi Azərbaycan Respublikasının 30.09.1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya da nostrifikasiyanın əsası kimi şəxsin təhsil aldığı xarici ölkədə fiziki olmasını deyil, təhsilin məzmun və müddətinin, təhsilin verdiyi hüquqların iki ölkə arasında təqribi uyğunluğunu nəzərdə tutur. Agentlik 05.11.2020-ci il tarixli sonuncu imtina məktubunda keçmiş sənədləşmə və mövqedən fərqli olaraq yeni əsasa - Rusiya Dövlət Sosial Universitetinə Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməməsinə istinad edərək nostrifikasiyadan imtina etmişdir. Həmin imtina əsası da qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin (bundan sonra Saziş) 1-ci bəndinə əsasən həmin Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. Göstərilən Sazişin müddəalarını iddiaçının halına tətbiq etdikdə aydın olur ki, Universitet Rusiya Federasiyasında qeydiyyata alındığı üçün onun verdiyi ixtisaslar və sənədlər Azərbaycan Respublikasında qeyd-şərtsiz tanınmalıdır. Məhz buna görə də Universitetin Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi dövrdə mövcud olmuş və hazırkı qanunvericilikdə Rusiya Federasiyasında qeydiyyata alınmış ali təhsil müəssisəsinin Azərbaycan Respublikasında fəaliyyət göstərməsi üçün lisenziya tələbi nəzərdə tutulmamışdır. AR Prezidentinin 04.10.1997-ci il tarixli Fərmanı ilə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı təsdiq edilmişdir. Həmin siyahıda, həmçinin Prezidentin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” 02.09.2002-ci il tarixli Fərmanında xarici təhsil müəssisələrinin ölkədə fəaliyyəti üçün lisenziya alması nəzərdə tutulmamışdır. Bir məsələ də təəccüblüdür ki, əgər cavabdeh tərəfindən Universitetin Bakıdakı səyyar məntəqəsi üçün lisenziya tələb olunursa, onda görəsən həmin məntəqədə təhsil almış şəxslərin diplomunun nostrifıkasiyası nəyə lazımdır. Və yaxud əksinə, əgər nostrifıkasiya tələbi varsa, o halda səyyar məntəqəyə lisenziya tələbi nə üçündür? O cümlədən Qaydalar da Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici Universitetin lisenziyasının olmaması halını nostrifıkasiyadan imtina edilməsinin əsasları sırasında göstərmir. Təhsil Nazirliyi Universitetin fəaliyyətindən məlumatlı olmuş və səyyar sesiyaların keçirilməsinə razılıq vermişdir. Universitetin Bakıda fəaliyyətinə lisenziya tələb olunsaydı belə, bu xarici təhsil müəssisəsinin filialı üçün tələb oluna bilərdi. Universitetin Bakıdakı fəaliyyəti isə filial deyil səyyar sessiyaların keçirilməsi məntəqəsi formasında həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.05.1999-cu il tarixli, 48-03-1841/16 saylı məktubundan görünür ki, Moskva Dövlət Sosial Universitetində qiyabi təhsil alan tələbələrin, Universitetin Bakıda yerləşən tədris-məsləhət məntəqəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar səyyar sessiyalarını müvəqqəti olaraq “Bilik” Elm-Sosial Mərkəzinin nəzdində təşkil edilməsi barədə məlumat nəzərə alınmışdır. Səyyar sessiya isə filialdan fərqli olaraq mahiyyətinə görə fəaliyyət göstərdiyi ölkənin tənzimləyici müdaxiləsini tələb etməyən bir formadır. Təhsil Nazirliyinin qeyd olunan məktubunun hazırkı mübahisə üçün digər əhəmiyyəti isə budur ki, həmin məktub Nazirliyin Universitetin Bakıdakı fəaliyyətindən xəbərdar olduğunu və həmin fəaliyyətə razı olduğunu təsdiq edir. Lisenziyasız fəaliyyətə görə Təhsil Nazirliyi hər hansı tədbir görməmiş və buna görə də bunun məsuliyyətini universitetdə oxuyan tələbələr daşımamalıdır. Təhsil Nazirliyinin 2005-ci ilədək və sonrakı əsasnamələrinə əsasən ölkədə təhsil sahəsində dövlət nəzarətini həyata keçirmək, təhsil işinin dövlət standartlarına uyğun təşkil etmək, bu istiqamətdə monitorinqlər aparmaq və bu kimi digər məsələlər birbaşa Təhsil Nazirliyinin vəzifəsi və funksiyasıdır. Bundan başqa 1992-2009-cu illərdə qüvvədə olmuş “Təhsil haqqında” Qanunun 31-ci maddəsinə əsasən Təhsili Nazirliyi təhsil sisteminin mərkəzi idarə orqanı olmaqla təhsil sahəsində vahid dövlət siyasəti hazırlanmasında iştirak edir və onun həyata keçirilməsini təmin edir; təhsil qanunvericiliyinin icrasına və təhsilin dövlət standartlarına riayət edilməsinə nəzarət edir; təhsil sistemi üçün informasiya xidməti təşkil edir; təhsil müəssisələrinin və orqanlarının normal fəaliyyətini təmin etməyə qadir olan sadə tənzimləmə, əlaqələndirmə, elmi-metodiki informasiya təminatı yaradır; təhsil sisteminə elmi rəhbərliyi və bu sahədə proqnozlaşdırmanı təmin edir; mülkiyyət formasından asılı olmayaraq təhsil qanunvericiliyinin icrasına nəzarət edir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.05.1999-cu il tarixli, 48-03-1841/16 saylı məktubundan da göründüyü kimi cavabdehin Universitetin Bakıdakı fəaliyyətindən xəbəri olmuş və bu hal mübahisəsizdir. Buradan ortaya çıxan sual budur ki, əgər Universitetin ölkədə səyyar təhsil fəaliyyəti qanunsuz idisə, nə üçün həmin tarixlərdə Nazirlik öz Əsasnaməsi və “Təhsil haqqında” Qanun üzrə funksiyalarını yerinə yetirməmiş, bunun qarşısını alan hər hansı bir tədbir görməmişdir?. Belə ki, Universitetin Azərbaycan Respublikasında fəaliyyəti üçün lisenziya tələb olunurdusa belə, həmin tələbə əməl edilib-edilməməsini yoxlamaq səlahiyyəti və vəzifəsi də cavabdehin üzərindədir. Cavabdeh bu məqsədlə həmin müddətdə hansısa tədbirlər görməmişdir. Məsələn, Universitetin Azərbaycandakı fəaliyyətinin qanunsuz olması barədə mətbuatda, müxtəlif yerlərdə elanlar verməmiş, orada oxuyan tələbələri bu barədə məlumatlandırmamışdır. Əksinə yuxarıda qeyd edilən məktubu ilə səyyar sessiyaların keçirilməsinə razılıq vermişdir. Tələbələr də Universitetin fəaliyyəti ilə maraqlandıqda onlara fəaliyyətin qanuni olduğu bildirilməklə Nazirliyin qeyd edilən məktubu onlara təqdim edilmişir. Universitet təhsilə cavabdeh olan qurumların məlumatlı olması ilə illərlə fəaliyyət göstərib, bu məqsədlə bina icarəyə götürüb, Rusiyadan müəllim kollektivi hər dəfə ölkəyə gələrək tədris edib və üzərindən 21 il keçəndən sonra Agentlik Universitetin burada lisenziyasız fəaliyyət göstərdiyini elan edir. Bunun məsuliyyət yükü heç bir halda orada oxumuş yüzlərlə tələbənin üzərinə qoyula bilməz. Tələbələrin belə bir araşdırma eləmək kimi bir vəzifəsi olmayıb. Vətəndaşlar konstitusion hüququ olan təhsil hüququndan istifadə etməklə istədiyi təhsil müəssisəsində təhsil ala bilər. Yəni iddiaçı qeyd edilən universitetdə təhsil almaqla, hər hansı bir qanun pozuntusuna yol verməmiş, bir vətəndaş kimi ölkədə fəaliyyətdə olan təhsil ocağında təhsil almışdır. Həmin təhsil müəssisələrinin fəaliyyətinin qanuna uyğunluğuna nəzarəti tələbə deyil, Təhsil Nazirliyi yerinə yetirməli və lazımi tədbirlər görməlidir. Təhsil Nazirliyinin yarıtmaz fəaliyyətinin, hərəkət və ya hərəkətsizliyinə görə tələbələr məsuliyyət daşımamalı və ya ziyan görməməlidir. Bu halda tələbələrin vicdanlılıq prinsipini nəzərə almamışdır. Analoji məsələ bu yaxınlarda bağlanan bankların əmanətçiləri ilə bağlı yaşanmış, sonda AR Konstitusiya Məhkəməsi həmin məsələ ilə bağlı qərar qəbul edərək əmanətçiləri onlardan asılı olmayan məsələlərə görə məsuliyyət və məhrumiyyətdən azad edən bir mövqe ortaya qoymuşdur. Konstitusiya Məhkəməsinin “”Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair” 10.08.2020-ci il tarixli həmin qərarında deyilir: "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC-də qeyd olunan təshih tədbirlərinin tətbiq olunmasına baxmayaraq, banklar tərəfindən fiziki şəxslərdən müddətli əmanətlərin qəbulunun qadağan edildiyi dövrdə əmanətlər qəbul olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, banklara qarşı tətbiq edilən təshih tədbirləri ictimaiyyətin nəzərinə çatdırılmalı və əmanətçilər həmin tədbirlər barədə məlumatı əldə etmək imkanına malik olmalıdırlar. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 30.2-ci maddəsinə əsasən, maliyyə bazarlarına nəzarət orqanı iştirakçı bankın fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququnu dayandırdıqda müvafiq qərarın qəbul edildiyi gündən sonrakı iş günündən gec olmayaraq kütləvi informasiya vasitələrində bu barədə elan verir və 3 iş günündən gec olmayaraq bildiriş dərc etdirir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, banklar tərəfindən “Banklar haqqında” Qanunun 47-ci və 48-ci maddələrinin tələbləri pozularaq təshih tədbirlərinə riayət edilməməsi nəticəsində fiziki şəxslərdən banklara və ya bankın filiallarına təqdim edilmiş əmanətləri qəbul etməkdə davam etməsi halı son nəticədə vicdanlı əmanətçilərin Konstitusiya və qanunlarla qorunan maraqlarına və hüquqi gözləntilərinə mənfi təsir göstərməməlidir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilikdən çıxış edərək hesab edir ki, hazırkı vəziyyətdə təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir”. Konstitusiya Məhkəməsinin vicdanlı əmanətçilərə dair mövqeyi indiki halda iddiaçı kimi vicdanlı tələbələrə də tətbiq edilməlidir. Universitet rəhbərliyinin məktubu ilə iddiaçının həmin universitetdə təhsili təsdiq edilmişdir. İddiaçının 14.05.2020-ci il tarixli müraciətinə əsasən Rusiya Dövlət Sosial Universiteti 26.05.2020-cil il tarixli U-2052 saylı cavab məktubu ilə həqiqətən də iddiaçının həmin Universitetin tələbəsi olmağını, 1999-2005-ci illərdə qiyabi əsaslarla hüquqşünaslıq fakültəsində təhsil almağını və BCT ******* nömrəli diplom almağını, Universitetin ölkə ərazisində nümayəndəlik fəaliyyəti və bu kimi digər faktları təsdiq etmişdir. Hesab edir ki, həmin məktub iddianın məhkəmə tərəfindən təmin edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Bəzi tələbələr nostrifikasiya şəhadətnaməsi almışlar. Dəqiq məlumata görə iddiaçı ilə eyni dövrdə, hətta eyni qrupda, eyni ixtisasda təhsil almış bəzi tələbələrə Təhsil Nazirliyi tərəfindən nostrifikasiya şəhadətnamələri verilmişdir. Bu faktı cavabdehin aidiyyəti strukturları təsdiqləmiş və iddiaçıya şifahi bildirilmişdir ki, 2009-cu ildə bir dəfə imtina aldığı üçün, sistemə belə düşüb deyə ona şəhadətnamə verilməsi mümkün olmayıb. Cavabdehin bəzi tələbələrə nostrifikasıya şəhadətnaməsi verib, bəzilərinə isə imtina etməsi açıq-aşkar qərəzlidir və vətəndaşların bərabərlik hüququnun pozulmasıdır. Müəyyən tələbələrə şəhadətnamə verilməsi faktını rəsmi olaraq təsdiqləmək üçün cavabdehə vəkil sorğusu göndərilsə də, cavabdeh bu sorğuya açıq cavab verməkdən çəkinmiş və sadəcə olaraq Universitetdən olan tələbələrin müraciətləri ilə bağlı məlumat vermişdir. Lakin müraciətlərin nəticələri, şəhadətnamələrlə bağlı müsbət qərarların verilməsi barədə məlumat verməmiş və faktın olmamasını da bildirməmişdir. Məhkəmə cavabdehə bu barədə sorğu verərsə, qeyd etdiyi həmin məlumat öz təsdiqini tapacaqdır. Belə olan təqdirdə cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş bərabərlik hüququnu pozur. Eyni zamanda “İnzibati icraat haqqında” AR Qanununun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Cavabdehin imtinası qanunsuz olması ilə yanaşı, həm də ədalətsiz və qərəzlidir. İddiaçı 2005-ci ildə Universitetin hüquq fakültəsini bitirmişdir. Hələ qiyabi əsaslarla oxuduğu müddətdən başlayaraq və Universiteti bitirdikdən sonra müxtəlif qurumlarda ixtisası üzrə işləmiş, daim işlədiyi yerlərdə seçilmiş və vəzifə artımları almışdır. 2007-ci ildən ölkənin aparıcı banklarından biri olan "xxxx" ASC-də hüquqşünas, aparıcı hüquqşünas, baş hüquqşünas və 2011-ci il tarixdən "xxxx" ASC-də hüquq departamentinin direktor müavini və həmin ildən hüquq departamentinin direktoru, idarə Heyətinin müşaviri və müavini vəzifəsində çalışmışdır. Hazırda sonuncu göstərilən iş yerində hüquq və problemli kreditlər üzrə sahə direktoru vəzifəsində çalışır. Bu baxımdan ötən illərdə topladığı təcrübə aldığı təhsilə mümkün şübhələri də aradan qaldırmış sayılmalıdır. Aldığı diplom 1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq Moskva Təhsil İdarəsi tərəfindən rəsmi apostillə və Agentliyin internet saytında müəyyən edilmiş formaya tam uyğun şəkildə təsdiq edilmişdir. İşin bütün halları məsələnin müsbət həllinə, ixtisasının tanınmasına və ekvivalentlik şəhadətnaməsinin verilməsinə əsaslar yaratsa da, cavabdeh şəhadətnamə verilməsi üçün əsaslar axtarmamış əksinə hər dəfə bir əsassız səbəb taparaq 10 ildən artıq müddətdir ki, süründürməçilik edir. Bu da cavabdehin öz diskresion səlahiyyətindən suiistifadə etməsini təsdiq edir. Hesab edir ki, cavabdeh tərəfindən 4 sayda və hər dəfəsində də əvvəlki səbəblərdən fərqli (1-apostil olmaması səbəbilə, 2- Rusiya Federasiyasına gedişgəliş olmaması səbəbilə, 3-2009-cu ildə imtina məktubu əsas göstərilməklə və 4-lisenziya olmaması səbəbilə) olan imtinaları, qanunvericiliyin tələblərinə riayət olunmaması, universiteti bitirmiş bəzi tələbələrə nostrifıkasiya şəhadətnamələrinin verilməsi və işin yuxarıda göstərilən digər halları özü özlüyündə cavabdehin qərəzindən, ədalətsizliyindən xəbər verir və ekvivalentliliyinin müəyyən edilməsinə dair şəhadətnamənin verilməsindən imtina edilməsi qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3700/2021 saylı 29.09.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: M.Qarayeva ) Həmin qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmənin 1-ci dəlili budur ki, "Təhsil haqqında" 2009-cu il qanununa əsasən xarici hüquqi şəxsin Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün lisenziya tələb olunsa da Rusiya Dövlət Sosial Universitetinin və ya onun yerli qurumunun belə bir lisenziyası olmamışdır. Bununla bağlı mövqeləri budur ki, əvvəla məhkəmə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmayan maddi hüquq normasına istinad etməklə AR MPM-in 217.2-ci maddəsini pozmuşdur. Belə ki, məhkəmənin lisenziyalaşdırmanı əsaslandırmaq üçün bir-neçə maddəsinə istinad etdiyi "Təhsil haqqında" və "Lisenziyalar və icazələr haqqında" qüvvədə olan qanunlar müvafiq olaraq 2009 və 2016-cı illərdə, yəni iddiaçı təhsilini başa vurduqdan sonra qəbul edilmişdir, deməli hazırkı mübahisəyə tətbiq oluna və iddianın rədd olunması üçün əsas kimi çıxış edə bilməz. AR MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Digər tərəfdən isə iddiaçı təhsil alarkən qüvvədə olan qanunvericilikdə Rusiya Federasiyası ali məktəblərinin Azərbaycan Respublikasında fəaliyyəti üçün lisenziya tələbi mövcud olmamışdır. Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında" Sazişin 1-ci bəndinə əsasən həmin Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. 2-ci bəndə əsasən isə Sazişin müddəaları onun qüvvəyə minməsindən əvvəl Azərbaycan Respublikası və Rusiya Federasiyası ərazisində verilmiş, bu maddənin 1-ci bəndində göstərilən sənədlərə münasibətdə də tətbiq olunur. Yenə həmin Sazişin 7-ci bəndinə görə beş ildən az olmayan qiyabi təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən, mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali ixtisas təhsili haqqında diplom və mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azarbaycan Respublikasında Azərbaycan Respublikasının qanunvericiliyinə və qanunvericiliyinə əsasən və qəbul edən ali təhsil onun müraciəti ilə bağlı o vaxtkı protokolunu istəsə də Agentlik həmin müraciətinə cavab vermədi. Ümumiyyətlə isə Agentlik etdiyi sonrakı müraciətlərə iki dəfə yazılı cavab vermişdir. Belə ki, 19.05.2020-ci il tarixli cavab məktubunda Agentlik yenidən Təhsil Nazirliyinin 2009-cu ildə ona göndərdiyi məktuba istinad edərək nostrifıkasiyadan imtina etmişdir. 05.11.2020-ci il tarixli, M-217/03-TKTA saylı son məktubunda isə Agentlik keçmiş sənədləşmə və mövqedən fərqli olaraq yeni əsasa - Universitetə Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməməsinə istinad edərək nostrifikasiyadan imtina etmişdir. Məhkəmənin ikinci dəlili budur ki, AR Nazirlər Kabinetinin 24.06.2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları"na əsasən qiyabi təhsil üzrə tələbələrin auditoriya dərslərinin illik həcmi 180-240 saat olsa da iddiaçı həmin müddət qədər fiziki olaraq təhsil aldığı ölkədə olmadığından ekvivalentlik və nostrifikasiya şəhadətnaməsinin verilməsindən imtina qanunidir. Bununla bağlı mövqeyi budur ki, "Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları" da 2010-cu ildə, yəni iddiaçı təhsilini başa vurduqdan sonra qəbul edilmişdir, deməli hazırkı mübahisəyə tətbiq oluna və iddianın rədd olunması üçün əsas kimi çıxış edə bilməz. AR MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Digər tərəfdən isə yuxarıda da qeyd edildiyi kimi hər bir halda iddiaçı təhsil aldığı müddətdə Universitetin Bakıda baş tutmuş səyyar sessiyalarında fiziki olaraq iştirak etdiyi üçün onun zəruri auditoriya dərslərini fiziki olaraq mənimsədiyi mübahisəsizdir. Ən azı cavabdeh bunun əksini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə Təhsil Nazirliyinin 26.05.1999-cu il tarixli, 48-03-1841/16 saylı məktubu auditoriya dərslərinin fiziki olaraq keçirildiyinə şübhə yeri qoymur. Məhkəmənin üçüncü dəlili budur ki, Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında" Saziş və Azərbaycan Respublikasının 30.09.1997-ci il tarixli qanunu ilə təsdiq edilmiş "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Konvensiyaya görə şəhadətnamə yalnız təhsil alınan və nostrifikasiya aparılan ölkələrdə təhsilin məzmunu və müddəti eyni olduqda verilir. İddiaçı isə təhsil yükünün müqabilində təhsil aldığı ölkədə qısa müddətdə olduğundan təhsilin məzmunu və müddəti tələblərinə cavab vermir, Bununla bağlı mövqeyi budur ki, Saziş və Konvensiya məzmun və müddət dedikdə dərslərdə fiziki iştirakı deyil, sadəcə fənlərin sayı, tərkibini və təhsilin müddətini nəzərdə tutur ki, iddiaçı bu tələblərə cavab verir. Onun diplomundakı fənlərin tərkibi və sayı Azərbaycan Respublikasında analoji ixtisasların standartına uyğundur. Elə ona görə də cavabdeh bu barədə hər hansı etiraz bildirməmişdir. Digər tərəfdən isə tədris yükünün müqabilində təhsil aldığı ölkədə qısa müddət olmağı arqumenti məhkəmə və cavabdeh tərəfindən Qaydalara söykənərək imtina səbəbi kimi irəli sürülür. Bu arqument əvvəla ona görə əsassızdır ki, Qaydaların ona münasibətdə mənfi mənada tətbiqi qanunun zamana görə qüvvəsi baxımından səhv olardı. Çünki onun xarici ölkəyə aid universitetdə təhsil almağı ilə bağlı hüquq münasibəti təhsil almağa başladığı il 1999-cu ildə yaranmışdır. Sözügedən qaydalar isə 2003-cü ildə qəbul edilmişdir və beləliklə onun xarici ixtisasının Azərbaycan Respublikasında tanınması Qaydalara əsaslanmaqla tələb oluna bilməz. AR Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir, başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İkincisi, Qaydaların heç bir bəndində şəxsin mütləq təhsil aldığı xarici ölkəyə fiziki olaraq gedib-gəlməsi barədə tələbə rast gəlinmir. Üçüncüsü isə, qeyd etdiyi kimi o, universitetin Azərbaycan Respublikasında hamıya, o cümlədən Təhsil Nazirliyinə məlum olmaqla fəaliyyət göstərən səyyar məntəqəsində oxumuş və Rusiya Federasiyasına getməyinə hər hansı bir tələb və ehtiyac olmayıb. Ali təhsil məktəblərinin digər ölkələrdə fəaliyyəti yeni və təəccüblü bir məsələ olmamaqla Azərbaycan Respublikasında da müstəqillik əldə edildikdən bəri geniş tətbiq edilir. Xüsusilə də onunla eyni təhsil sisteminə malik Rusiya ali təhsil müəssisələrinin ölkəmizdə geniş fəaliyyəti mübahisəsizdir. Bundan əlavə bir daha vurğulamaq istəyir ki, Qaydaların söykəndiyi Azərbaycan Respublikasının 30.09.1997-ci il tarixli qanunu ilə təsdiq edilmiş "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya da nostrifikasiyanın əsası kimi şəxsin təhsil aldığı xarici ölkədə fiziki olmasını deyil, təhsilin məzmun və müddətinin, təhsilin verdiyi hüquqların iki ölkə arasında təqribi uyğunluğunu nəzərdə tutur. Məhkəmənin gətirdiyi dördüncü dəlil budur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.05.1999-cu il tarixli, 48-03-1841/16 saylı məktubuna əsasən Moskva Dövlət Sosial Universitetində qiyabi təhsil alan tələbələrin, Universitetin Bakıda yerləşən tədrisməsləhət məntəqəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar səyyar sessiyalarını müvəqqəti olaraq "Bilik" Elm-Sosial Mərkəzinin nəzdində təşkil edilməsi barədə məlumatın nəzərə alınması faktı Universitetin Azərbaycan Respublikasındakı fəaliyyətini qanuni etmir. Bununla bağlı mövqe budur ki, əvvəla məhkəmə bu mövqeyini əsaslandırmamış, nəyə görə bu fikirdə olduğu barədə hər hansı fakt və sübut irəli sürməmişdir. Hesab edir ki, Təhsil Nazirliyinin 26.05.1999-cu il tarixli, 48-03-1841/16 saylı məktubu iddiaçının fiziki olaraq təhsil almasını təsdiq edir. Beləliklə, Unversitetin fiziki olaraq Bakıda fəaliyyət göstərməsi və iddiaçının orada təhsil alması işin müəyyən edilmiş halıdır. Həmin fəaliyyətin lisenziyalaşdırma baxımından qanuniliyi məsələsinə isə yuxarıda tərəfindən münasibət bildirilmişdir. Apelyasiya baxışı zamanı İddiaçı və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X6 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Rusiya Dövlət Sosial Universiteti (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) tərəfindən iddiaçıya verilmiş bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik (nostrifikasiya) haqqında şəhadətnamənin verilməsindən cavabdeh tərəfindən imtina edilməsinin qanunsuz hesab edilməsi və həmin (nostrifikasiya) şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, iddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində (sessiya dövründə) olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh iddiaçının sessiya müddətində təhsil aldığı müəssisədə olmadığına görə təhsilinin səviyyəsinin qənaətbəxş olmadığını bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmişdir. Odur ki, məhkəmə cavabdehin imtinasını əsaslı saymışdır. 13 may 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında» 23 sentyabr 2002-ci il tarixdə Moskva şəhərində imzalanmış Sazişdə verilən diplomda təhsilin məzmununa uyğun gəldiyi halda, diplomun müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınmasından bəhs edilir. İddiaçının isə aldığı ixtisasın mənimsənilməsi üçün tələb olunan müddətdə təhsil aldığı məktəbdə olmadığından aldığı təhsilin səviyyəsi qənaətbəxş olmadığından və bu Azərbaycan Respublikasında olan təhsilin məzmununa uyğun gəlmədiyindən Sazişin müddəaları iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Digər tərəfdən Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş 11 aprel 1997-ci il tarixli «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın 6.1-ci maddəsində də razılığa gələn tərəfə belə bir səlahiyyət verilir ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məhkəmə həmçinin vurğulamışdır ki, işdə iddiaçının Azərbaycan Respublikasını Təhsil Nazirliyinin “Bilik” Elm-Sosial Mərkəzə ünvanlanmış 21.05.1999-cu il tarixli 48-03-1841/16 saylı məktubunun kserosurətində “Təhsil Nazirliyi 19 may 1999-cu il tarixli 04 saylı məktubunuza cavab olaraq bildirir ki, Moskva Dövlət Sosial Universitetində qiyabi təhsil alan tələbələrin, Universitetin Bakıda yerləşən tədris-məsləhət məntəqəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar səyyar sessiyalarını müvəqqəti olaraq rəhbərlik etdiyiniz mərkəzin nəzdində təşkil edilməsi barədə məlumatınız nəzərə alındı” göstərilsə də, adı çəkilən Universitetin qanuni əsasla fəaliyyət göstərməsi (qeydiyyatı və akkreditasiyası) sübuta yetməmişdir (“Bilik” Elm-Sosial Mərkəzin hüquqi qeydiyyatının olması isə heç də Universitetin qanuni əsasla fəaliyyət göstərməsinin sübutu kimi qəbul edilə bilməz). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan Rusiya Federasiyası “Rusiya dövlət sosial universiteti” ali ixtisas təhsili üzrə federal dövlət təhsil müəssisəsi tərəfindən verilmiş BCГ № ******* saylı, 06.05.2005-ci il tarixli qeydiyyat nömrəsi 84063 04.02.2011-ci il tarixli diplomun Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçıya 06.05.2005-ci ildə həmin Universitetin Dövlət Attestasiya Komissiyasının qərarı ilə hüquqşünaslıq ixtisası üzrə hüquqşünas peşəsi verilmişdir. İş materiallarında olan Rusiya Federasiyası “Rusiya dövlət sosial universiteti” ali peşə təhsili dövlət təhsil müəssisəsi tərəfindən verilmiş BCГ № ******* saylı 06.05.2005-ci il tarixli diploma əlavəsinin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı “Moskva dövlət sosial universiteti” (qiyabi forma) 1999-cu ildə daxil olub, 2005-ci ildə “Rusiya dövlət sosial universiteti” ali peşə təhsili dövlət təhsil müəssisəsi (qiyabi forma) əyani forma üzrə normativ təhsil müddəti 5 il hüquqşünaslıq ixtisası üzrə təhsilini bitirib. Qeyd edilən diplom 14.04.2011-ci ildə Rusiya Federasiyası Moskva şəhər Təhsil Departamenti tərəfindən 115564 №-li apostillə təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasını Təhsil Nazirliyinin “Bilik” Elm-Sosial Mərkəzə ünvanlanmış 21.05.1999-cu il tarixli 48-03-1841/16 saylı məktubunun kserosurətindən görünür ki, “Təhsil Nazirliyi 19 may 1999-cu il tarixli 04 saylı məktubunuza cavab olaraq bildirir ki, Moskva Dövlət Sosial Universitetində qiyabi təhsil alan tələbələrin, Universitetin Bakıda yerləşən tədris-məsləhət məntəqəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar səyyar sessiyalarını müvəqqəti olaraq rəhbərlik etdiyiniz mərkəzin nəzdində təşkil edilməsi barədə məlumatınız nəzərə alındı”. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanlanmış 05.03.2009-cu il tarixli M- 9468/03-24 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Sizin sənədləriniz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalan”na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən olunmuş və o, Sizə müvafiq şəhadətnamənin verilməsini məqsədəuyğun saymamaq haqqında qərar qəbul etmişdir. Nəzərinizə çatdırırıq ki, təqdim olunan sənədlərin surəti Komissiyanın arxivində saxlanılır və geriyə qaytarılmır”. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanlanmış 19.05.2020-ci il tarixli M- 140/01-TKT saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Təhsildə Keyfiyyət Təminatı Agentliyinə daxil olmuş 04.05.2020 tarixli, M-140 nömrəli ərizənizlə əlaqədar olaraq bildiririk ki, Sizin 14.04.2009cu il tarixli müraciətinizin nəticəsinə dair 05.03.2009-cu il tarixli M- 9468/03-24 saylı məktub (surəti əlavə olunur) müraciətinizdə qeyd etdiyiniz ünvana göndərilmişdir. Məlumat üçün bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 36-ci maddəsinə əsasən, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qəbul edilmiş qərara dair məhkəmədə iddia qaldırıla bilər”. İş materiallarında olan cavabdehin iddiaçının 30.14.2014-cü il tarixli ərizəsinə cavab olaraq ünvanlanmış məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Sizin Təhsil Nazirliyinə daxil olmuş 30.01.2014-cü il tarixli (03.02.2014-cü il tarixli, M-1827 nömrəli) ərizənizə baxılmışdır. Bir daha bildiririk ki, Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universiteti tərəfindən verilmiş BCB № ******* nömrəli, 06.05.2005-ci il tarixli ali təhsil haqqında sənədlərin (diplom və ona əlavə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən olunmuş və Nazirliyin 26.02.2009-cü il tarixli, 17 saylı protokoluna əsasən Sizə müvafiq şəhadətnamənin verilməsinin məqsədəmüvafıq hesab edilməməsi barədə qərar qəbul edilmişdir. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Rusiya Dövlət Sosial Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında (1999-2005-ci illər) Siz həmin ölkədə olmamısınız. Həmçinin yekun dövlət attestasiya komissiyasının imtahanı tarixində (06.05.2005-ci il tarixi) Rusiya Federasiyası ərazisində olmamısınız. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Göründüyü kimi, Rusiya Federasiyasının qeyd edilən ali təhsil müəssisəsinin diploma əlavəsində göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nıın 3.7-ci bəndini rəhbər tutaraq, Rusiya Dövlət Sosial Universiteti tərəfindən İddiaçı adına verilmiş BCB № ******* nömrəli, 06.05.2005-ci tarixli diplomun ölkə ərazisində tanınması mümkün hesab edilmir”. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanlanmış 05.11.2020-ci il tarixli M- 217/03-TKTA saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “xarici ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması üçün əsas şərtlərdən biri də ali təhsil sənədini təqdim edən müəssisəsinin dövlət akkreditasiyasına və ya lisenziyaya sahib olmasıdır. Bununla belə sənədlərinizin araşdırılması zamanı məlum olmuşdur ki, Sizin təhsil aldığınız Rusiya Federasiyasına məxsus Rusiya Dövlət Sosial Universitetinə Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməmişdir. Göstərilənləri nəzərə alaraq, xarici ali təhsil ixtisasınızın ölkə ərazisində tanınmaması haqqında qərarın qüvvədə saxlanılması qərarı verilmişdir”. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya). 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirir və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədlər verir. Azərbaycan Respublikasının 30.09.1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların: 1.1-ci bəndinə əsasən, bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; 1.5-ci bəndinə əsasən, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir”; 1.6-cı bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir; 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra); 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçıya Rusiya Federasiyası “Rusiya dövlət sosial universiteti” ali ixtisas təhsili üzrə federal dövlət təhsil müəssisəsi tərəfindən diplom üzrə hüquqşunaslıq ixtisası üzrə hüquqşünas peşəsi verilmişdir. Həmin diploma əlavədə göstərilmişdir ki, iddiaçı “Moskva dövlət sosial universiteti” (qiyabi forma) 1999-cu ildə daxil olub, 2005-ci ildə “Rusiya dövlət sosial universiteti” ali peşə təhsili dövlət təhsil müəssisəsi (qiyabi forma) əyani forma üzrə normativ təhsil müddəti 5 il hüquqşünaslıq ixtisası üzrə təhsilini bitirib. İddiaçı diplomun tanınması üçün ilk əvvəl Təhsil Nazirliyinə müraciət etmiş, səlahiyyətli qurumun Ekspert qrupu tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı 1999-2005-ci illərdə təhsil müddəti ərzində faktiki olaraq Rusiya Federasiyasında olmadıgından diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olması qənaətinə gəlib diplomu tanımaqdan imtina etmişdir. İddiaçının təkrar müraciətinə baxan cavabdeh orqan daha əvvəl 26.02.2009-cu il tarixdə Təhsil Nazirliyi tərəfindən iddiaçının ixtisasının tanınmasından imtina edilməsini, habelə iddiaçının təhsil aldığı Rusiya Federasiyasına məxsus Rusiya Dövlət Sosial Universitetinə Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilmədiyini əsas gətirərək iddiaçının xarici ali təhsil ixtisasının ölkə ərzisində tanınmaması haqqında qərarın qüvvədə saxlanılması qərarını vermişdir. İddiaçı bildirmişdir ki, Universitetin Azərbaycan Respublikasında hamıya, o cümlədən Təhsil Nazirliyinə məlum olmaqla fəaliyyət göstərən səyyar məntəqəsində oxumuş, təhsili qiyabi əsaslarla olmuş və ildə iki dəfə semestr təyin olunmuşdur ki, həmin müddətdə də semestri keçirən müəllim və işçi heyəti Rusiya Federasiyasından Bakıya gələrək semestrin keçirilməsini və təhsilin verilməsini təmin etmişlər, ona görə də təbii olaraq tələbələrin Rusiya Federasiyasına getməyinə hər-hansı bir tələb və ehtiyac olmamışdır. İddiaçının tələbinin əsası ondan ibarətdir ki, xarici ölkədə təhsil aldığı diplomun tanınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003cü il 13 may tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların və 13 may 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” 23 sentyabr 2002-ci il tarixdə Moskva şəhərində imzalanmış Saziş tələbləri cavabdeh tərəfindən təmin edilmədiyindən onun müraciətindən əsassız olaraq imtina edilmişdir. İşin hallarından da göründüyü kimi cavabdeh orqan iddiaçının ixtisasının tanınmasından imtina edilməsini, iddiaçının təhsil aldığı Rusiya Federasiyasına məxsus Rusiya Dövlət Sosial Universitetinə Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilmədiyini əsas gətirmişdir. Halbuki, qeyd olunan Universitetin Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi dövrdə mövcud olmuş və hazırkı qanunvericilikdə Rusiya Federasiyasında qeydiyyata alınmış ali təhsil müəssisəsinin Azərbaycan Respublikasında fəaliyyət göstərməsi üçün lisenziya tələbi nəzərdə tutulmamışdır. Eyni zamanda Universitetin Bakıdakı fəaliyyətinin qanunsuz olması barədə məhkəmə qərarı mövcud deyildir. Azərbaycan Respublikası Prezidentinin 04.10.1997-ci il tarixli fərmanı ilə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı təsdiq edilmişdir. Həmin siyahıda, həmçinin Prezidentin "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" 02.09.2002-ci il tarixli fərmanında xarici təhsil müəssisələrinin ölkəmizdə fəaliyyəti üçün lisenziya alması nəzərdə tutulmamışdır. O cümlədən AR Nazirlər Kabinetinin 13.05.2003 tarixli, 64 saylı qərarı ilə təsdiq olunmuş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydaları" da Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici Universitetin lisenziyasının olmaması halını nostrifikasiyadan imtina edilməsinin əsasları sırasında göstərmir. Bundan başqa hətta lisenziya tələb olunsaydı belə, bu xarici təhsil müəssisəsinin filialı üçün tələb oluna bilərdi. İşin hallarından da görünür ki, Universitetin Bakıdakı fəaliyyəti filial deyil səyyar sessiyalar formasında həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.05.1999-cu il tarixli, 48-03-1841/16 saylı məktubundan görünür ki, Moskva Dövlət Sosial Universitetində, qiyabi təhsil alan tələbələrin, Universitetin Bakıda yerləşən tədris-məsləhət məntəqəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar səyyar sessiyalarını müvəqqəti olaraq "Bilik" Elm-Sosial Mərkəzinin (işdə olan vergi orqanının arayışına əsasən həmin Mərkəz 1998-ci ildə dövlət qeydiyyatına alınmışdır) nəzdində təşkil edilməsi barədə məlumat nəzərə alınmışdır. Səyyar sessiya isə filialdan fərqli olaraq mahiyyətinə görə fəaliyyət göstərdiyi ölkənin tənzimləyici müdaxiləsini tələb etməyən bir formadır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçının təhsil aldığı Universitetin Azərbaycan Respublikasında qanunsuz fəaliyyət göstərməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, yuxarıda qeyd olunan məktub Nazirliyin Universitetin Bakıdakı fəaliyyətindən xəbərdar olduğunu və həmin fəaliyyətə razı olduğunu təsdiq edir. Bundan başqa İş materiallarında olan Təhsildə Keyfiyyət Agentliyinin məhkəməyə ünvanlanmış 03.08.2021-ci il tarixli 00-05-333/TKTA və 00-05-334/ TKTA nömrəli məktublarından görünür ki, Azərbaycan Respublikası ərazisində fəaliyyətinə icazə verilmiş ali təhsil müəssisələrinin siyahısında “Bilik” Elm-Sosial Mərkəzi yer almamışdır. Həmçinin, Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetinin (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) Bakıda yerləşən hüquqi əsası olmayan filialının fəaliyyətinin dayandırılması ilə əlaqədar bu filialın bazasında qiyabi təhsil alan tələbələrin səyyar sessiyalarının “Bilik” Elm-Sosial Mərkəzi nəzdində təşkil edilməsi barədə hər hansı məlumat və sənəd aşkarlanmamışdır. Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetindən (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) 2006-cı ilədək məzun olmuş və əldə etdiyi xarici ali təhsil ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş 56 ərizəçinin xarici ali təhsil ixtisası ölkə ərazisində tanınmış və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə X7 görünür ki, X1 Rusiya Federasiyasının Moskva Dövlət Sosial Universitetinin hüquqşünaslıq ixtisası üzrə şəhadətnamə verilmişdir. Məhkəmə iclasında iddiaçı izahatında şəhadətnamə almış X2 ilə bir qrupda oxuduqlarını bildirmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır, inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan Rusiya Federasiyasının Moskva Dövlət Sosial Universitetində iddiaçı ilə bir yerdə təhsil almış 56 ərizəçinin xarici ali təhsil ixtisası ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən bu halda sübutetmə yükü cavabdeh inzibati orqanın üzərinə düşür. Həmin maddəyə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Göründüyü kimi hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün iddiaçının tələbin təmin olunmasından cavabdehin imtina etməsi əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddiaçının hazırkı iddiası təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3700/2021 saylı 29.09.2021-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. Rusiya Dövlət Sosial Universiteti (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) tərəfindən iddiaçıya verilmiş bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik (nostrifikasiya) haqqında şəhadətnamənin verilməsindən cavabdeh tərəfindən imtina edilməsi qanunsuz hesab edilsin və həmin (nostrifikasiya) şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar