Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-65/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs X5 nümayəndəsi, vəkil X9, Üçüncü X8nun iştirakları ilə, İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: X19, X12) qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2- 1(81)-4678/2018 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı x xxxxxx 2015-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı firmasının Bakı şəhəri, Binəqədi rayonu, 7-ci MKR S.S.Axundov küçəsində yerləşən 1020 kv.metr istifadəsində və 300 kv.metr mülkiyyətində olan cəmi 1320 kv.metr torpaq sahələrinə dair mülkiyyət hüquqlarının DƏDRX-də qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr. S.S.Axundov küçəsində yerləşən boş torpaq sahəsində abadlıq işləri apararaq uzun müddətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün oradan istifadə edir. Firma Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək, istifadəsində olan 1020 kv.metr torpaq sahəsinin firmaya verilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Binəqədi rayon İcra Hakimiyyətinin 179 saylı xx xxxxxx 1992-ci il tarixli Sərəncamı ilə torpaq sahəsində pullu avtodayanacaq təşkil etmək üçün Firmaya icazə verilmiş və torpaq sahəsinin plan-sxemi rayonun müvafiq orqanlarının razılığı ilə İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 125 saylı xx xxxxxx 2004-cü il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayonu 7-ci MKR S.S.Axundov küçəsində yerləşən 300 kv.metr boş torpaq sahəsi də alqı-satqı müqaviləsinə əsasən İddiaçı firmasının mülkiyyətinə verilmiş və plan-sxem Bələdiyyə tərəfindən təsdiq edilmişdir. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə müraciət edilərək, İcra Hakimiyyətinin 179 saylı xx xxxxxx 1992-ci il tarixli Sərəncamı ilə istifadəsinə verilən 1020 kv.metr və Binəqədi Bələdiyyəsinin 125 saylı xx xxxxxx 2004-cü il tarixli qərarı ilə mülkiyyətinə verilən 300 kv.metr torpaq sahələrinin iddiaçının adına texniki sənəd tərtib edərək qeydiyyata götürüb dövlət reyestrindən çıxarış verilməsi xahiş edilsə də, İdarə bundan imtina etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-4678/2018 saylı, x xxxxxx 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. xx.xx.2018-ci il tarixdə İddiaçı firması apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(81)-4678/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilərək, İddiaçı firmasının iddiasının təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir ekspert və ya mütəxəssis rəyi olmadan, öz mülahizəsinə və işi mahiyyəti üzrə həll etməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-548/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qərardadına istinad edərək belə nəticəyə gəlmişdir ki, guya İddiaçı firmasına ayrılmış torpaq sahəsi üçüncü X8na ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Məhkəmə nəzərə almamışdır ki, əgər mübahisəli torpaq sahəsi X14 qanuni əsaslarla satılmışdısa da, həmin torpaq sahəsinin Binəqədi Bələdiyyəsi tərəfindən X14 2006-cı il 29 dekabrda, yəni iddiaçıya ayrıldığı vaxtdan daha sonrakı tarixdə satıldığından, iddiaçının torpaq sahəsi X11 torpaq sahəsinin hüdudlarında deyil, X2 torpaq sahəsi iddiaçının torpaq sahəsinin hüdudları daxilindədir. Məhkəmə mübahisəli torpaq sahəsi ilə bağlı iddiaya baxıldığı halda tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin etməmiş, ekspert rəyi olmadan mübahisəli torpaq sahəsinin üçüncü şəxsə məxsus olması barədə səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi nəzərə almayıb ki, İddiaçı firması mübahisəli əmlakı X10 daha qabaq, qanuni əsaslarla əldə etmişdir. X19 iddia etdiyi mübahisəli torpaq sahəsini Binəqədi Bələdiyyəsindən satın alınmasını təsdiq edən Binəqədi Bələdiyyəsinin ümumi yığıncağının protokolunu təqdim etməmişdir. X19 iddia etdiyi mübahisəli torpaq sahəsini əgər başqası zəbt etmişdisə, əldə etdiyini iddia etdiyi 2006-cı il tarixdən 2016-cı il tarixədək olan 10 il ərzində tələb etməmişdir. Bələdiyyənin Nizamnaməsinə görə bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və sərəncam vermək səlahiyyəti bələdiyyənin iclasına-bələdiyyə üzvlərinin ümumi yığıncağına məxsusdur. Lakin X19 mülkiyyətinə alqı-satqı yolu ilə torpaq sahəsinin ayrılması haqqında 2006-cı ildə Binəqədi Bələdiyyəsinin iclası keçirilməyib və həmin iclasın bələdiyyə üzvləri tərəfindən imzalanan qərarı və protokolu mövcud deyildir. Buna görə də X11 təqdim etdiyi onunla Binəqədi Bələdiyyəsi arasında bağlanan Bakı şəhəri 7-ci mikrorayon S.S.Axundov küçəsində 4000 kv.metr torpaq sahəsinin Binəqədi Bələdiyyəsi tərəfindən X1 barədə 644 saylı xx xxxxxx 2006-cı il tarixli müqavilə etibarsız sayılmalıdır. Bununla bağlı məsələyə Bakı Apellyasiya Məhkəməsində baxılır və həmin iddiaya baxılanadək hazırkı iş üzrə qərar qəbul edilməsi mümkün deyil. Məhkəmə iş üzrə halların hərtərəfli, tam və obyektiv araşdırılmasına şərait yaratmamış, Binəqədi Bələdiyyəsini, X3 və X7 iş üzrə icraata cəlb etməmiş, həmin şəxslərin hüquq və mənafelərinə toxunan məsələ ilə bağlı onların iştirakı olmadan qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-116/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(81)-4678/2018 saylı iş üzrə x xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və üçüncü şəxs X12 xx.xx.2019-cu il tarixdə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh xx.xx.2019-cu il tarixdə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-73/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-116/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının və üçüncü şəxs X5 nümayəndəsi, vəkil X17 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Üçüncü X8 iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən üçüncü X8nun nümayəndəsi, Vəkil iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kоllеgiyаsı işin mаtеriаllаrını yохlаyаrаq, tərəflərin izаhаtlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin еdilməli, birinci instаnsiyа məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən bələdiyyə qərarına əsasən alqı-satqı yolu ilə satılmış torpaq sahəsinin yuxarıda qeyd edilən normanın tələblərinə uyğun şəkildə alınması ilə bağlı hər hansı bir sənəd-sübut təqdim etməmişdir. Bundan əlavə, mübahisəli torpaq sahəsinin planlaşdırılması layihəsinin Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılması, eləcə də, iddiaçının müraciətindən çıxarışın torpaq sahəsinin planının hazırlanması üçün həmin dövrdə fəaliyyət göstərən DTXK Bakı şəhər Şöbəsinə göndərilməsi, sonuncunun bələdiyyənin və iddiaçının iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanın dəqiqləşdirilməsi və ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu işlərini aparması, həmin yerin planını sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda hazırlanması iş materialları ilə təsdiqini tapmır. Beləliklə, iddiaçı tərəfindən bələdiyyə torpağının alqı-satqısı qanunvericiliklə nəzərdə tutulmuş formada həyata keçirilməmişdir. İddiaçı həmçinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 179 saylı qərarına əsasən istifadəsinə 1020 kv.metr torpaq sahəsinin verilməsini iddia etsə də, həmin qərardan görünür ki, torpaq sahəsi pullu avtodayanacaq təşkil etmək üçün İddiaçı firmasının müvəqqəti istifadəsinə ayrılmışdır və həmin qərar torpaq ayırma sənədi olaraq qəbul edilə bilməz. Həmçinin həmin qərarda torpaq sahəsinin ölçüsü göstərilməmişdir və qərara plan-sxem əlavə edilmədiyindən ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazinin müəyyən edilməsi mümkün olmamışdır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 179 saylı qərarı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün tutarlı və tam əsaslı hesab edilmədiyindən iddiaçının tələbi təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İşə Ali Məhkəmədə baxılarkən Kollegiya qeyd etmişdir ki, iddiaçıya və üçüncü şəxs O.Məmmədova ayrılan torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi ilə bağlı məhkəmələr tərəfindən hər hansı araşdırma aparılmamış, torpaq sahələrinə yerində baxış keçirilməmiş, bununla bağlı ekspertiza təyin edilməsinin zəruriliyi müzakirə edilməmişdir. Mübahisə olunan torpaq sahələrinin üst-üstə düşməsi isə mütəxəssis və ya ekspert tərəfindən müəyyən edilə bilər. Apellyasiya instansiyası məhkəməsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən üçüncü şəxs O.Məmmədova həqiqətən 4000 kv.m torpaq sahəsi ayrılmasına dair qərar qəbul edilməsi barədə də kifayət qədər araşdırma aparmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən O.Ə.Məmmədova verilmiş, xx.xx.2016-cı il tarixli, M-328 məktuba əsasən, Binəqədi Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 499 saylı qərarı ilə ona sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün 4000 kv.m torpaq sahəsinin ayrılması ilə bağlı onun adına qərar X6 499/2 nömrə ilə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin iddiaçının vəkilinə göndərdiyi x xxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixli məktublarında Binəqədi Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 499 saylı qərarının və 644 saylı alqı-satqı müqaviləsinin X4 aşkar olunmadığı qeyd edilmişdir. İşin 3-cü cild 37 və 81-ci səhifələrində olan Dövlət Arxivinin Bakı filialının xx xxxxxx 2018-ci il və xx xxxx 2019-cu il tarixli məktublarında Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə xx xxxxxx 2006-cı il tarixli 499/2 saylı qərarının Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. İşdə istinad edilən sübutlar əsasən 2004 və 2006-cı illərə aid olduğundan, həmin sübutların mötəbərliliyini müəyyən etmək üçün onların əsli, yaxud lazımi qaydada təsdiq edilmiş surətləri tələb edilib işə əlavə edilməmişdir. Mübahisə olunan torpaq sahəsini bələdiyyə 2004-cü ilin avqust ayında iddiaçıya satmışdır. Torpaq sahəsinin üçüncü şəxs O.Məmmədova satılması ilə bağlı bələdiyyənin qərarı bundan 2 il 5 ay sonra, yəni 2006-cı ilin dekabr ayında qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə torpaq sahəsi iddiaçıya satılarkən yuxarıda qeyd edilən normaların tələbi pozulmuş, aidiyyəti orqanlardan rəy alınmamışdır. Lakin məhkəmə 2004-cü ilin avqust ayında satılan torpaq sahəsinin 2006-cı ilin dekabr ayında üçüncü şəxs O.Məmmədova satılmasını, 2006-cı ilin dekabr ayında bələdiyyə tərəfindən qərar qəbul edilərkən yuxarıda qeyd edilən hüquq normalarının tələblərinə əməl edilməsini (aidiyyəti orqanlardan rəy alınmasını) araşdırıb hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, qərarın ləğv olunması barədə şikayətin dəlilləri əsaslı olduğundan, şikayət təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, yeni qərar qəbul edilməsi üçün əsaslar olmadığından bu hissədə şikayət təmin edilməməlidir. İnzibati prosessual məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. İddiaçıya aid sənədlərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 179 saylı, xx xxxxxx 1992-ci il tarixli sərəncamına əsasən, 7-ci mikrorayon, “İnqilab” kinoteatrının qarşısında razılaşdırılmış eskiz əsasında ayrılmış torpaq sahəsi müvəqqəti pullu avtodayanacaq təşkil etmək üçün iddiaçıya icazə verilmişdir. Bundan başqa, Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən iddiaçının mülkiyyətinə alqı-satqı yolu ilə torpaq sahəsinin ayrılması haqqında 125 saylı, x xxxxxx 2004-cü il tarixli qərarı ilə Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində 300 kv.metr torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıya satılması qərara alınmışdır. Qərarın 2-ci bəndinə əsasən ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən alınması iddiaçıya tapşırılmışdır. Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 65 saylı x xxxxxx 2004-cü il tarixli müqaviləyə əsasən, bələdiyyə ilə iddiaçı arasında Binəqədi rayonu, 7-ci mkr., S.S.Axundov küçəsində 300 kv.metr torpaq sahəsinin alqısatqısı barədə müqavilə imzalanmışdır. İddiaçı 300 kv.m torpaq sahəsinin alqı-satqısına görə x xxxxxx 2004-cü il tarixdə bələdiyyənin hesabına 7.500.000 manat ödəmə etmiş, torpaq sahəsinin situasiya planı tərtib edilmişdir. Həmçinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 238 saylı, xx xxxxxx 2015-ci il tarixli sərəncamı ilə iddiaçının Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində istifadəsində olan 1320 kv.metr torpaq sahəsində təqdim edilən layihə əsasında (İ mərtəbə: 9,36 kv.metr, həyətyanı sahə: 5,29 kv.metr) inşa edilmiş bir mərtəbəli yardımçı tikili göstərilən ölçülərlə ilkin hüquqi qeydiyyata alınmasına qərar verilmişdir. Üçüncü şəxs O.Məmmədova aid sənədlərdən görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 499 saylı qərarı ilə O.Məmmədova 4000 kv.m torpaq sahəsi ayrılmış, bələdiyyə ilə O.Məmmədov arasında xx xxxxxx 2006-cı il tarixli 644 saylı alqı-satqı müqaviləsi imzalanmış, xx xxxxxx 2006-cı il tarixdə O.Məmmədovun adından bələdiyyənin hesabına 20.000 manat ödənilmişdir. Sənədlərə 4000 kv.m torpaq sahəsinin situasiya planı əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən O.Ə.Məmmədova verilmiş, xx.xx.2016-cı il tarixli, M-328 məktuba əsasən, Binəqədi Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 499 saylı qərarı ilə ona sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün 4000 kv.m torpaq sahəsinin ayrılması ilə bağlı onun adına qərar X6 499/2 nömrə ilə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin iddiaçının vəkilinə göndərdiyi x xxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixli məktublarında Binəqədi Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 499 saylı qərarının və 644 saylı alqı-satqı müqaviləsinin X4 aşkar olunmadığı qeyd edilmişdir. Növbəti apellyasiya baxışı zamanı iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 179 saylı sərəncamı və bu sərəncama əlavə edilən sxematik plan əsasında İddiaçı firmasına Binəqədi rayonu, 7-ci mikrorayon, “İnqilab” kinoteatrının qarşısı ünvanında ayrılmış 1020 kv metrlik torpaq sahəsinin arxiv sənədləri əsasında yerləşmə yeri hansı ərazi hesab olunur? (İş m.- İ cild, səh-69-71).
2. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 125 saylı qərarı və bu qərara əlavə edilən torpaq sahəsinin (300 kvm) situasiya planı əsasında İddiaçı firmasına Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində ayrılmış 300 kv metr torpaq sahəsinin arxiv sənədləri əsasında yerləşmə yeri hansı ərazi hesab olunur? (iş m. İ cild, səh 14,73).
3. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 499/2 saylı qərarı və bu qərara əlavə edilən torpaq sahəsinin situasiya planı əsasında X11 mülkiyyətinə verilmiş Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən 4000 kv. metr torpaq sahəsi ilə Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 179 saylı sərəncamı əsasında İddiaçı firmasına ayrılmış Binəqədi rayonu, 7-cimikrorayon, “İnqilab” kinoteatrının qarşısı ünvanında ayrılmış 1020 kv metrlik torpaq sahəsi arxiv sənədləri əsasında üst-üstə düşürmü?
4. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 499/2 saylı qərarı və bu qərara əlavə edilən torpaq sahəsinin situasiya planı əsasında X11 mülkiyyətinə verilmiş Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən 4000 kv. metr torpaq sahəsi ilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 125 saylı qərarı əsasında İddiaçı firmasına Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində ayrılmış 300 kv metr torpaq sahəsi arxiv sənədləri əsasında üstüstə düşürmü?
5. X13 istinad etdyi – ünvan 1 ünvanda olan torpaq sahəsinin “situasiya planındakı” sahə Bələdiyyə torpağı olubsa, X5 mülkiyyət hüququnun qeydə alındığı ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarış və texniki pasporta 1020 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi kimi qeyd edilə bilərdimi?
6. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən X5 mülkiyyət hüququnun qeydə alındığı ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarış və texniki pasporta 1020 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi kimi qeyd edilibsə, X18 və Binəqədi Bələdiyyəsinin yeni rəhbərliyinin iddia etdiyi kimi həmin sahə bələdiyyə torpağı ola bilərmi?
7. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə görə dövlət torpaq kadastrındakı məlumatların, o cümlədən torpaq sahələrinin hüquqi statusu və torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsas olduğu halda X5 mülkiyyət və istifadə hüququnu təsdiq edən sənədlərdə torpağın mülkiyyətçisi və istifadəçisi bəllidirsə, Binəqədi Bələdiyyəsi və hər hansı fiziki şəxs həmin sahənin bələdiyyə torpağı olmasını iddia edə bilərmi? xx.xx.2020-ci il tarixdə ekspert Təhmasib Kərimovun torpaq sahələrinə baxış keçirilməsinin təşkil olunması, həmçinin, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi , mübahisəli torpaq sahəsinin sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxem və baza məlumatlarının təqdim olunmasına dair vəsatəti daxil olmuşdur. Tərəflərlə razılaşdırılaraq yerli baxış xx xxxxxxxx 2020-ci il tarixə saat 15:00-a təyin olunmuşdur. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə bununla bağlı bildiriş göndərilmişdir. xx.xx.2020-ci il tarixində AR Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məsləhətçisi İ.Şərifovun arayışı məhkəməyə daxil olmuşdur. Arayışda qeyd olunmuşdur ki, yerli baxışda nümayəndənin iştirkının təmin edilməsi və mütəxəssis rəyinin təqdim olunmasına dair məktubun icrası ilə əlaqədar müraciətdə qeyd edilən tarixdə əraziyə baxış keçirilib naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. İş üzrə tərəflərə dair hüquqmüəyyənedici, həmçinin, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən sənədlərin (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü, sxem və sair) rəsmi surətdə təqdim edilməməsi səbəbindən əlavə münasibət bildirilməsi mümkün olmamışdır. Tərəflərə dair yuxarıda qeyd edilən sənədlər təqdim olunacağı təqdirdə Xidmət tərəfindən müvafiq münasibətin bildirilməsi təmin ediləcəkdir. Vəsatət icra olunması üçün tərəflərə göndərilmişdir. İddiaçı və üçüncü şəxs X5 nümayəndəsi, vəkil X17 xx.xx.2020-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, tələb olunan sənədləri İ.Şərifova təqdim etmək istəsə də, o, sənədləri qəbul etməyərək bildirmişdir ki, yalnız məhkəmənin müşaiyət edici məktubu əsasında lazılmlı sənədlər qəbul ediləcək. xx.xx.2020-ci il tarixdə ekspert Təhmasib Kərimovun sənədlərin təqdim olunmasına dair vəsatətin icra olunmaması səbəbilə ekspertizanın aparılmasından imtina etməsi barədə məlumatı məhkəməyə daxil olmuşdur. Məhkəmə iclası zamanı mübahisəli ərazyə məhkəmə baxışı təyin olunmuşdur. Mübahisəli əraziyə baxış zamanı məhkəmə müəyyən etmişdir ki, hər iki tərəf faktiki olaraq mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu iddia edir. Torpaq sahəsinin ölçüləri iddiaçı tərəfindən təqdim olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X16 Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı ildə tərtib olunmuş **********91 reyestr nömrəli texniki pasportunda göstərilən ölçülərə uyğun gəlir. Üçüncü Şəxs X19 tərəfindən məhkəməyə təqdim edilmiş Bələdiyyə Mülkiyyətinin idarə edilməsi şöbəsinin mühəndis-memarı Ə.F.Qulamov tərəfindən təsdiq olunmuş Situasiya planında göstərilən ölçülər mübahisəli sahənin faktiki ölçülərinə uyğun gəlmir. Həmçinin qeyd olunmalıdır ki, X19 mübahisəli ərazinin onun adına ayrılmış 4000 kv.m. torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşdüyünü qeyd etmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisə edilən torpaq sahəsi üç tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunub. Belə olan halda ona ayrılmış 4000 kv.m. torpaq sahəsininhəmin sahədə mövcud olması mümkün deyil. Ona görə də məhkəmə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın təmin edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2- 1(81)-4678/2018 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q ə r a r a a l d ı: İddiaçı firması tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)-588/2018 saylı qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı “Qafaqz-2” firmasının iddiası təmin edilsin. İddiaçı firmasının Bakı şəhəri, Binəqədi rayonu, 7-ci Mkr, S.S.Axundov küçəsində yerləşən 1020 kv.m. istifadəsində və 300 kv.m. mülkiyyətində olan cəmi 1320 kv.m. torpaq sahələrinə dair mülkiyyət hüquqlarının İddiaçı Firmasının adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi cavabdeh Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Valeh Ağayev
Hakimlər Afaq Nuriyeva
Aida Hüseyn