Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-65/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-1460/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuş, “Orjonikidzeneft” X15 İdarəsinin (NQÇİnin) 163 saylı xx.xx.1975-ci il tarixli əmrinə əsasən İdarənin nəqliyyat sexinə anbardar peşəsinə işə qəbul olunmaqla əmək fəaliyyətinə başlamış, NQÇİ-nin 13k saylı xx.xx.1975- ci il tarixli əmrinə əsasən bu İdarədən xx.xx.1975-ci ildən köçürmə yolu ilə “Azneft” X2 Texniki-Nəqliyyat İdarəsinə anbardar peşəsinə işə qəbul olunmuş, Suraxanı TNİ-nin 209/k saylı xx.xx.1984-cü il tarixli əmrinə əsasən xx.xx.1984-cü il tarixdən işdən azad olunmuş, Orjonikidze rayon X8 Birliyinin 230 saylı xx.xx.1984-cü il əmrinə əsasən xx.xx.1984-cü il tarixdən un sexinə çörəkçi peşəsinə işə qəbul olunmuş və həmin Birliyin 13 saylı xx.xx.1993-cü il tarixli əmri ilə xx.xx.1993-cü il tarixdə işdən azad olunmuş, “Atəşgah” fabrik-mətbəxin 01 saylı xx.xx.1993-cü il tarixli əmrinə əsasən, köçürmə yolu ilə xx.xx.1993-cü il tarixdə həmin fabrik-mətbəxin təsərrüfat müdiri vəzifəsinə qəbul olunmuş və xx.xx.2001-ci ildə həmin iaşə müəssisəsinin ləğvi ilə əlaqədar işdən azad olunmuşdur. Bu faktlar iddiaçının adına verilmiş xx.xx.1975-ci il tarixli əmək kitabçası ilə təsdiqlənir, onun 25 il 10 ay 14 təqvim günü sosial stajı olduğu müəyyən edilir. Sözügedən əmək fəaliyyətini nəzərə alaraq iddiaçı yaşa görə pensiya təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh **********1 saylı xx.xx.2020-ci il tarixli məktubu ilə onun ümumi iş stajının 25 ildən az olması səbəbindən ərizəsini təmin etməmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə baxılaraq müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 illik sosial sığorta stajına malik deyil. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. Buna görə də vətəndaşa yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçının əmək kitabçasına əsasən, xx.xx.1993-cü il tarixdən xx.xx.2001-ci il tarixə kimi işləmiş olduğu “Atəşgah” fabrik-mətbəxin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricində olmuş və bu səbəbdən həmin illər iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-1460/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazı müdafiə edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tələbinin 61 yaşından pensiya təyin edilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi əsası kimi qeyd etmişdir ki, iddiaçının əmək kitabçasına əsasən onun tələb olunan 25 il iş stajı toplanmır. Həmçinin, xx.xx.2006-cı il tarixdən 2018-ci ilin 1 iyul tarixinə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmadığı müəyyən edilmişdir. İddiaçının xx.xx.1993-xx.xx.2001-ci illərdə “Atəşgah” fabrik-mətbəxində işləməsi cavabdeh tərəfindən aparılmış inzibati icraat zamanı, həmçinin, məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakı qaydada qiymətləndirilmənin aparılmasını zəruri hesab edir: Hazırkı işin hallarından görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş, xx.xx.1975-ci ildə (əmr № 163, xx.xx.1975-ci il) “Orconikidzeneft” Neft və Qazçıxarma İdarəsinin Nəqliyyat sexinin anbarına anbardar vəzifəsinə işə qəbul edilmiş, “Azneft” Birliyinin xx.xx.1975-ci il tarixli 331 nömrəli və “Orconikidzeneft” NQÇİ-nin xx.xx.1975-ci il tarixli 1078/k nömrəli əmrlərinin icrası ilə əlaqədar xx.xx.1975-ci ildə (əmr № 19/k, xx.xx.1975-ci il) X5 İdarəsinə köçürülmə yolu ilə işdən azad edilmiş, xx.xx.1975-ci ildə (əmr № 20/k, xx.xx.1975-ci il) köçürülmə yolu ilə X5 İdarəsinin (TNİ) anbarına anbardar vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1978-ci ildə (əmr № 87/k, xx.xx.1978-ci il) müvəqqəti olaraq tabelçi vəzifəsinə keçirilmiş, xx.xx.1979-cu ildə (əmr № 172/k, xx.xx.1979-cu il) anbardar vəzifəsinə keçirilmiş, xx.xx.1984-cü ildə (əmr № 209/k, xx.xx.1984-cü il) Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən, öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1984-cü il tarixdən “Orconikidze” rayonu ictimai iaşə müəssisələri birliyinin un sexinə forma hazırlanması üzrə 3-cü dərəcəli çörəkçi işinə qəbul olunmuş (Əmr № 230/k xx.xx.1984), xx.xx.1986-cı il tarixli forma hazırlanması üzrə kalkulyator vəzifəsinə keçirilib (Əmr № 10/k xx.xx.1986), xx.xx.1989-cu il tarixdən forma hazırlanması fabrikinə təsərrüfat müdiri keçirilmiş (Əmr №161 xx.xx.1989), xx.xx.1993-cü il tarixdən “Atəşgah” Fabrikmətbəxində Suraxanı İctimai X3 köçürmə yolu ilə fabrik - mətbəxin təsərrüfat müdiri qəbul edilmiş (Əmr №1 xx.xx.1993), xx.xx.2001-ci il tarixdən işdən azad edilmişdir (Əmr №12 xx.xx.2001). Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2020-ci il tarixli 5/1774 saylı və xx.xx.2021-ci il tarixli 4/224 saylı eyniməzmunlu məktublarından görünür ki, “Atəşgah” X1 iaşə müəssisələri birliyinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli **********95 saylı məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətində İddiaçı Suraxanı ictimai X3 köçürmə yolu ilə fabrik mətbəxinin təsərrüfat müdiri təyin edilməsinə dair həmin Birliyin xx.xx.1993-cü il tarixli əmri aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli **********96 saylı məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində “X10 Birliyi” barədə hər hansı məlumat aşkar edilmədi. Birliyin tərkibində olmuş ünvan 1 ünvanında yerləşən “Atəşgah” Fabrik Mətbəxi isə 2008-ci ildə özəlləşdirilmişdir və onun hansı tarixdə təşkil edilməsi barədə məlumat yoxdur. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli **********061900 saylı və xx.xx.2021-ci il tarixli **********918800 saylı məktublarından görünür ki, idarədə olan reyestrdə “X10 Birliyi” və onun tərkibində olan “Atəşgah” Fabrik Mətbəx adlı kommersiya qurumları aşkar edilməmişdir. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli **********312500 saylı və xx.xx.2021-ci il tarixli **********192800 saylı məktublarından görünür ki, qeydiyyat qovluğuna əsasən Fabrik- Mətbəx Atəşgah müəssisəsi xx.xx.1995-cı ildə 1152 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır, reyetsrdə qurumun ləğv olunması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) xx.xx.2021-ci il tarixli SOCAR**********30490089X00002 saylı iddiaçıya ünvanlanmış məktubundan görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1958-ci il təvəllüdlü Hüseynova (Ağayeva) Sədaqət Vəlican qızı həqiqətən xx.xx.1975-ci ildə (əmr № 163, xx.xx.1975-ci il) “Orcenikidzeneft” Neft və Qazçıxarma İdarəsinin Nəqliyyat sexinin anbarına anbardar vəzifəsinə işə qəbul edilmişdir. “Azneft” Birliyinin xx.xx.1975-ci il tarixli 331 nömrəli və “Orcenikidzeneft” NQÇİ-nin xx.xx.1975-ci il tarixli 1078/k nömrəli əmrlərinin icrası ilə əlaqədar xx.xx.1975-ci ildə (əmr № 19/k, xx.xx.1975-ci il) X5 İdarəsinə köçürülmə yolu ilə işdən azad edilmişdir. xx.xx.1975-ci ildə (əmr № 20/k, xx.xx.1975-ci il) köçürülmə yolu ilə X5 İdarəsinin (TNİ) anbarına anbardar vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1978ci ildə (əmr № 87/k, xx.xx.1978-ci il) müvəqqəti olaraq tabelçi vəzifəsinə keçirilmişdir. xx.xx.1979-cu ildə (əmr № 172/k, xx.xx.1979-cu il) anbardar vəzifəsinə keçirilmişdir. “Azneft” Birliyinin xx.xx.1981-ci il tarixli 39 nömrəli əmrinə əsasən X5 İdarəsi “Orcenikidzeneft” NQÇİ-nin tərkibinə verilmişdir. xx.xx.1984-cü ildə (əmr № 209/k, xx.xx.1984-cü il) Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən, öz xahişi ilə işdən azad olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli, 200 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (bundan sonra SOCAR) yaradılmışdır. SOCAR “Orcenikidzeneft” NQÇİ-nin və X5 İdarəsinin arxiv sənədlərinin varisi və qoruyucusudur”. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli **********1 saylı imtina məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixindən 65 yaşına çatmış kişilərin və 62 yaşına çatmış qadınların xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olduqda sığorta stajından asılı olmayaraq, pensiya kapitalı olmadıqda isə azı 25 sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi sənədlərdən göründüyü kimi iddiaçının ümumi iş stajı 25 ildən az təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyini mümkün hesab olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Göründüyü kimi qanunverici orqan qadınların ən azı 60 yaşına çatmasını, eyni zamanda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini və yaxud 25 il sığorta stajı olmasını pensiya təyin edilməsi əsas hesab edir. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 30 sentyabr 2022-ci il tarixli **********62 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 18 iyul 2008-ci il tarixli, 235 nömrəli sərəncamı ilə “Atəşgah” fabrik-mətbəxinin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və 19 avqust 2008-ci il tarixində hərrac vasitəsilə satılmışdır. Alıcı ilə 20 avqust 2008-ci il tarixli 1860 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır və 2 sentyabr 2008-ci il tarixli 003884 qeydiyyat nömrəli Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair Şəhadətnamə verilmişdir. Müraciətdə qeyd olunan digər məsələlərlə bağlı arxivdə hər hansı məlumat aşkar olunmadı. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli **********531400 saylı cavab məktubu ilə xx.xx.1995-cı il tarixdə D-1152 nömrə ilə dövlət qeydiyyatına alınmış Fabrik-Mətbəx Atəşgah müəssisəsinin təsis sənədlərinin surəti təqdim edilmişdir. Kollegiya qeyd edir ki, Əmək pensiyaları haqqında Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçıya məxsus xx.xx.1975-ci il tarixdə doldurulmuş əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci ildə (əmr № 163, xx.xx.1975-ci il) “Orconikidzeneft” Neft və Qazçıxarma İdarəsinin Nəqliyyat sexinin anbarına anbardar vəzifəsinə işə qəbul edilmiş, “Azneft” Birliyinin xx.xx.1975-ci il tarixli 331 nömrəli və “Orconikidzeneft” NQÇİ-nin xx.xx.1975-ci il tarixli 1078/k nömrəli əmrlərinin icrası ilə əlaqədar xx.xx.1975-ci ildə (əmr № 19/k, xx.xx.1975-ci il) X5 İdarəsinə köçürülmə yolu ilə işdən azad edilmiş, xx.xx.1975-ci ildə (əmr № 20/k, xx.xx.1975-ci il) köçürülmə yolu ilə X5 İdarəsinin (TNİ) anbarına anbardar vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1978-ci ildə (əmr № 87/k, xx.xx.1978-ci il) müvəqqəti olaraq tabelçi vəzifəsinə keçirilmiş, xx.xx.1979-cu ildə (əmr № 172/k, xx.xx.1979-cu il) anbardar vəzifəsinə keçirilmiş, xx.xx.1984-cü ildə (əmr № 209/k, xx.xx.1984-cü il) Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən, öz xahişi ilə işdən azad olunmuşdur. İddiaçıya məxsus xx.xx.1984-cü il tarixli əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1984cü il tarixdən “Orconikidze” rayonu ictimai iaşə müəssisələri birliyinin un sexinə forma hazırlanması üzrə 3-cü dərəcəli çörəkçi işinə qəbul olunmuş (Əmr № 230/k xx.xx.1984), xx.xx.1986-cı il tarixli forma hazırlanması üzrə kalkulyator vəzifəsinə keçirilib (Əmr № 10/k xx.xx.1986), xx.xx.1989-cu il tarixdən forma hazırlanması fabrikinə təsərrüfat müdiri keçirilmiş (Əmr №161 xx.xx.1989), xx.xx.1993-cü il tarixdən “Atəşgah” Fabrik-mətbəxində Suraxanı İctimai X3 köçürmə yolu ilə fabrik - mətbəxin təsərrüfat müdiri qəbul edilmiş (Əmr №1 xx.xx.1993), xx.xx.2001-ci il tarixdən işdən azad edilmişdir (ƏMR №12 xx.xx.2001). Cavabdeh inzibati orqan hal-hazırda iddiaçının xx.xx.1993-cü ildən xx.xx.2001-ci ilədək Fabrika-mətbəx “Atəşgah”da işlədiyi dövrü mübahisələndirir. İddiaçının xx.xx.1993-cü ildən xx.xx.2001-ci ilədək Fabrika-mətbəx “Atəşgah”da işləməsi onun əmək kitabçasında öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Bundan başqa, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 2360/2019 saylı, 11 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin tarixli xx/xx-4154 saylı xx.xx.2018-ci il tarixli imtina məktubunun qanunsuz hesab edilərək,xx.xx.1993-cü ildən xx.xx.2001-ci ilədək Fabrikamətbəx “Atəşgah” da işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3821/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.1993-cü ildən xx.xx.2001-ci ilədək Fabrika-mətbəx “Atəşgah” da işlədiyi illər sosial sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-837/19 saylı 02 may 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3821/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-837/2019 saylı 02 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd xx.xx.1993-cü ildən xx.xx.2001-ci ilədək Fabrika-mətbəx “Atəşgah” da işlədiyi dövr onun iş stajı kimi nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, iddiaçının 25 ildən çox iş stajına malik olması və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması iş materialları ilə müəyyən edildiyindən iddiaçının tələbi əsaslıdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2006-cı il tarixədək artıq 25 ildən çox sığorta stajına malik olması öz təsdiqini tapdığından, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halı da, əhəmiyyət daşımır. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olması zəruridir. İddiaçının isə 25 il sığorta stajına malik olması məhkəmə araşdırması zamanı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 61 yaşından, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır, odur ki, cavabdehin imtinası qanunsuz hesab edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-1460/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı 61 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qoyulmalıdır. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-1460/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı 61 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-65/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-65/2023
09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver