Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-652/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və X1 ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3290/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********9788 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3290/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə saat 18:00-da Baş İdarə tərəfindən İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinin daxilində təsərrüfat subyektində Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq elektron qaimə-faktura tələb olunduğu halda heç bir elektron qaimə-faktura verilmədən 428.951,30 manat məbləğində maiların satılması faktı aşkar olunmuş və xx.xx.2021-ci il tarixli 005449 nömrəli akt tərtib edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı İddiaçı MMC- nin rəhbəri Nümayəndə xx.xx.2021-ci il tarixli arayışda malların 10 % ticarət əlavəsi və ƏDV tətbiq etməklə satıldığını, eyni tarixli izahatında 428.951,30 manat dəyərində malların digər vergi ödəyicilərinə elektron qaiməfaktura tərtib etmədən, kassa ilə topdan satdığını etiraf etmişdir. Qeyd olunanlardan göründüyü kimi İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə elektron qaiməfaktura tərtib etmədən 428.951,30 manat məbləğində malların satılması faktını etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apelyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdə olan: - İnternet Vergi İdarəsi kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarışdan görünür ki, İddiaçı MMC-nin dövlət qeydiyyatına alındığı tarix xx.xx.2021-ci il, qanuni təmsilçi Nümayəndə Firidun oğlu, VÖEN **********, hüquqi ünvanı AZ1063 Bakı şəhəri, Qaradağ rayonu, Xocahəsən yolu, Heybət D/Y stansiyasının cənubu Lökbatan- Xocahəsən yolunun cənub-şərq hissəsi, 2-ci ərazi 17/18 sıra, 3-cü korpus 88/89-dur. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7066 nömrəli, **********7067 nömrəli qərarı və **********7068 nömrəli qərarlarına əsasən İddiaçı MMC-yə məxsus olan obyektlərdə müvafiq olaraq AZ 1063 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, “Sədərək” Ticarət Mərkəzinin daxilində 11001 nömrəli anbar, 11002 nömrəli mağaza, Bakı şəhəri, Qaradağ rayonu, Xocahəsən yolu, Heybət D/Y stansiyasının cənubu Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsi 11003 nömrəli anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların elektron təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2021-ci il tarixli, KY211618615 nömrəli, KY211618616, KY211618617 nömrəli çıxarışlardan görünür ki, İddiaçı MMC-yə məxsus (VÖEN: **********) AZ 1063 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, ev. Sədərək T.M m.Sədərək T.M-nin daxilində yerləşən müvafiq olaraq 11001 nömrəli anbar, 11002 nömrəli mağaza, Bakı şəhəri, Qaradağ rayonu, Xocahəsən yolu, Heybət D/Y stansiyasının cənubu Lökbatan- Xocahəsən yolunun cənub-şərq hissəsi 11003 nömrəli anbarda plandankənar (növbədənkənar) operativ vergi nəzarəti, yoxlamanın müddəti: xx.xx.2021-xx.xx.2021-ci il, yoxlanılan dövr cari fəaliyyət, yoxlamanın predmeti və hüquqi əsasları: Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi, Vergi Məcəlləsinin 50.1.13-cü maddəsi. Yoxlamanın növü operativ vergi, yoxlamanın tipi: plandankənar (növbədənkənar), plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar, Vergi Məcəlləsinin 50.2.2- ci maddəsi qeyd olunmuşdur. - Xronometraj metodu ilə aparılması haqqında xx.xx.2021-ci il tarixli, **********8673 nömrəli, **********8674 nömrəli və **********8675 nömrəli qərarlarına əsasən İddiaçı (VÖEN **********) məxsus olan İddiaçı MMC-yə məxsus (VÖEN: **********) AZ 1063 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, ev. Sədərək T.M m.Sədərək T.M-nin daxilində yerləşən müvafiq olaraq 11001 nömrəli anbar, 11002 nömrəli mağaza, Bakı şəhəri, Qaradağ rayonu, Xocahəsən yolu, Heybət D/Y stansiyasının cənubu Lökbatan- Xocahəsən yolunun cənub-şərq hissəsi 11003 nömrəli anbarda xx.xx.2021-ci il tarixdən 15 (on beş) iş günündən çox olmayan müddətdə xronometraj metodu ilə müşahidə aparılması qərara alınmışdır. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2021-ci il tarixli, KY211634703 nömrəli, KY211634704 nömrəli və KY211634705 nömrəli çıxarışlardan görünür ki, İddiaçı MMC-yə məxsus (VÖEN: **********) AZ 1063 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, “Sədərək” Ticarət Mərkəzinin daxilində 11001 nömrəli anbar, 11002 nömrəli mağaza, Bakı şəhəri, Qaradağ rayonu, Xocahəsən yolu, Heybət D/Y stansiyasının cənubu Lökbatan-Xocahəsən yolunun cənubşərq hissəsi 11003 nömrəli anbarda plandankənar (növbədənkənar) operativ vergi nəzarəti, yoxlamanın müddəti: xx.xx.2021- xx.xx.2021-ci il, yoxlamanın predmeti və hüquqi əsasları: İstehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi (xronometraj metodu ilə) Vergi Məcəlləsinin 50-1-ci maddəsi, yoxlamanın növü operativ vergi, yoxlamanın tipi: plandankənar (növbədənkənar), plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: vegi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyənin əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azalması, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcmin, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatların olması, Vergi Məcəlləsinin 50-1.1.1-ci maddəsi qeyd olunmuşdur. - Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfat daxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli, DVX seriyalı 005436 nömrəli aktda göstərilir ki, İddiaçı MMC-yə (VÖEN **********) məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y St-nın cənubu, Lök-Xoc. yolunun cənubşərq hissəsi-Anbar ünvanında rəhbər Nümayəndə Firudin oğlu iştirakı ilə operativ vergi nəzarəti tədbiri keçirildi və nəticə olaraq İddiaçı MMC (VÖEN **********) operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə keçirilmiş OVN zamanı saat 14:00-da vergi ödəyicisinə məxsus anbarda heç bir mal qalığı aşkar edilmədi. - Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasənda təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli, DVX seriyalı 005440 nömrəli aktda göstərilir ki, İddiaçı MMC-yə (VÖEN **********) məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək ticarət mərkəzinin daxilində -anbar Nümayəndə Firudin oğlu iştirakı ilə operativ vergi nəzarəti tədbiri keçirildi və nəticə olaraq İddiaçı MMC (VÖEN **********) operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə saat 14:20-də anbarda keçirilmiş OVN tədbiri zamanı ümumi alış dəyəri ilə 45932.6 manat dəyərində sənədli mal aşkar olundu. Nəzarət kitabçasının obyektdə saxlanılması tövsiyyə edildi. Nəzarət kitabçası təqdim olunmadı. - Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasənda təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli, DVX seriyalı 005450 nömrəli aktda göstərilir ki, İddiaçı MMC-yə (VÖEN **********) məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək ticarət mərkəzinin daxilində Nümayəndə Firudin oğlu iştirakı ilə operativ vergi nəzarəti tədbiri keçirildi və nəticə olaraq İddiaçı MMC (VÖEN **********) operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə saat 14:00-da keçirilmiş OVN zamanı vergi ödəyicisinə məxsus təsərrüfat obyektində heç bir mal qalığı aşkar olunmamışdır. - Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000726 nömrəli günlük aktda göstərilir ki, bundan əvvəlki xronometraj metodu ilə müşahidə keçirilməmişdir. Hazırki müşahidədən əvvəlki hesabat dövrü ay üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi isə E-qaimə və kassaya əsasən 1783,50:12=148.62 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixində aparılmış müşahidə zamanı satış müəyyən edilmədi. - Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000730 nömrəli günlük aktda göstərilir ki, hazırki müşahidədən əvvəlki hesabat dövrü avqust ayı üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi 0 təşkil etmişdir. xx.xx.2021-ci il tarixində aparılmış müşahidəyə əsasən satış müşahidə olunmamışdır - Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000734 nömrəli günlük aktda göstərilir ki, hazırki müşahidədən əvvəlki hesabat dövrü avqust ayı üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi 0 təşkil etmişdir. xx.xx.2021-ci il tarixində aparılmış müşahidəyə əsasən satış müşahidə olunmamışdır. - Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000727 nömrəli günlük aktda göstərilir ki, hazırki müşahidədən əvvəlki hesabat dövrü ay üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi isə Eqaimə və kassaya əsasən 1783,50:12=148.62 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixində aparılmış müşahidə zamanı satış müəyyən edilmədi. - Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000731 nömrəli günlük aktda göstərilir ki, hazırki müşahidədən əvvəlki hesabat dövrü üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi 0 təşkil etmişdir. xx.xx.2021-ci il tarixində aparılmış müşahidəyə əsasən satış müəyyən edilməmişdir. - Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000735 nömrəli günlük aktda göstərilir ki, hazırki müşahidədən əvvəlki hesabat dövrü üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi 0 təşkil etmişdir. xx.xx.2021-ci il tarixində eqaimələrə əsasən 0 manat satış dövriyyəsi müəyyən olundu. - Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000728 nömrəli günlük aktda göstərilir ki, hazırki müşahidədən əvvəlki hesabat dövrü avqust ayı üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi 01- xx.xx.2021-ci il tarixdə eqaimə və kassaya əsasən 1789,50:12=148.62 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixində aparılmış müşahidəyə əsasən e-qaimə və NKA günlük “Z” hesabatlarına əsasən 13944.41 manat satış dövriyyəsi müəyyən olundu. - Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000732 nömrəli günlük aktda göstərilir ki, hazırki müşahidədən əvvəlki hesabat dövrü avqust ayı üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi 0 təşkil etmişdir. xx.xx.2021-ci il tarixində aparılmış müşahidəyə əsasən satış müəyyən edilmişdir. - Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000736 nömrəli günlük aktda göstərilir ki, hazırki müşahidədən əvvəlki hesabat dövrü avqust ayı üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi 0 təşkil etmişdir. xx.xx.2021-ci il tarixində aparılmış müşahidəyə əsasən o manat satış dövriyyəsi müəyyən olunmuşdur. - Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000729 nömrəli günlük aktda göstərilir ki, bundan əvvəlki xronometraj metodu ilə müşahidə keçirilməmişdir. Hazırki müşahidədən əvvəlki hesabat dövrü avqust ayı üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi 01.09-xx.xx.2021- ci il tarixdə e-qaimə və kassaya əsasən 1789,50:12=148.62 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixində aparılmış müşahidəyə əsasən satış müşahidə olunmamışdır. - Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000733 nömrəli günlük aktda göstərilir ki, bundan əvvəlki xronometraj metodu ilə müşahidə keçirilməmişdir. Hazırki müşahidədən əvvəlki hesabat dövrü avqust ayı üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi 0 təşkil etmişdir. xx.xx.2021-ci il tarixində aparılmış müşahidəyə əsasən satış müəyyən edilməmişdir. - Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000737 nömrəli günlük aktda göstərilir ki, bundan əvvəlki xronometraj metodu ilə müşahidə keçirilməmişdir. Hazırki müşahidədən əvvəlki hesabat dövrü avqust ayı üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi 0 təşkil etmişdir. xx.xx.2021-ci il tarixli e-qaimələrə əsasən 0 manat satış dövriyyəsi müəyyən olundu. - Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000742 nömrəli günlük aktda göstərilir ki, bundan əvvəlki xronometraj metodu ilə müşahidə keçirilməmişdir. Hazırki müşahidədən əvvəlki hesabat dövrü avqust ayı üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi e-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi 01.09-xx.xx.2021- ci il tarixdə e-qaimə və kassaya əsasən 1789,50:12=148.62 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixində aparılmış müşahidəyə əsasən e-qaimə və kassa satış dövriyyəsi müəyyən olunmamışdır. - Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000743 nömrəli yekun aktda göstərilir ki, İddiaçı MMC –nin rəhbəri Əliyev X3 ünvanı: ünvan 2ə müşahidə keçirilməmişdir. Hazırki müşahidədən əvvəlki hesabat dövrü avqust ayı üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi 01.09-xx.xx.2021-ci il tarixdə e-qaimə və kassaya əsasən 1789,50:12=148.62 manat təşkil etmişdir. 15-xx.xx.2021-ci il tarixində aparılmış müşahidələrə əsasən e-qaimə və NKA “Z” hesabatlarına əsasən ümumi satış dövriyyəsi 13944,41 manat təşkil etmişdir. Orta günlük (0+0+13944,41+0+0/5=2788,88 manat təşkil edir. - Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000744 nömrəli günlük aktda göstərilir ki, bundan əvvəlki xronometraj metodu ilə müşahidə keçirilməmişdir. Hazırki müşahidədən əvvəlki hesabat dövrü avqust ayı üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi 0 təşkil etmişdir. xx.xx.2021-ci il tarixdə aparılmış müşahidə zamanı satış müəyyən edilməmişdir. - Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000746 nömrəli günlük aktda göstərilir ki, hazırki müşahidədən əvvəlki hesabat dövrü avqust ayı üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi 0 təşkil etmişdir. xx.xx.2021-ci il tarixli e-qaimələrə əsasən 0 manat satış dövriyyəsi müəyyən olundu - Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000745 nömrəli yekun aktda göstərilir ki, yekun müşahidə nəticəsində müəyəyn edilmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021- ci il tarixədək aparılmış müşahidə zamanı e-qaiməyə əsasən MMC-nin satış dövriyyəsi 0 manat müəyyən edildi. - Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000747 nömrəli yekun aktda göstərilir ki, yekun müşahidə nəticəsində müəyəyn edilmişdir ki, xx.xx.2021-ci il tarixidə e-qaiməyə əsasən 0 manat, xx.xx.2021-ci il tarixidə e-qaiməyə əsasən 0 manat, xx.xx.2021-ci il tarixidə e-qaiməyə əsasən 0 manat, xx.xx.2021-ci il tarixidə e-qaiməyə əsasən 0 manat, xx.xx.2021-ci il tarixidə e-qaiməyə əsasən 0 manat, orta günlük satış dövriyyəsi (0+0+0+0+0)/5=0 manat müəyyən olundu. İş materiallarına əlavə edilmiş - Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasənda təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli, DVX seriyalı 005449 nömrəli aktda göstərilir ki, İddiaçı MMC-yə (VÖEN **********) məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Sədərək ticarət mərkəzi sahibkar Nümayəndə Firudin oğlu iştirakı ilə operativ vergi nəzarəti tədbiri keçirildi və nəticəsi olaraq İddiaçı MMC (VÖEN **********) operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixlə saat 16:00 radələrində 330470,96 manat dəyərində malların üzərinə 10% ticarət əlavəsi qoyulmaqla 18% ƏDV tətbiq edilməklə 428951.30 manat dəyərində olan malı topdan şəkildə E-qaimə olmadan Vergi Məcəlləsinin 58.13-cü maddəsini pozaraq digər vergi ödəyicilərə satması faktları aşkar olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 42895.13 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Qanunvericiliyin tələblərinə riayət olunmasına tövsiyyə olundu. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9788 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 42895.13 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2021-ci il tarixədək 42895,13 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. - Azərbaycan Respubliksının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli **********555500 nömrəli arayışda göstərilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********066 nömrəli qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********0) Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı anbarda olan mallar sayılmış və xx.xx.2021-ci il tarixinə qeydiyyatda olan 1(bir) mağazada və 2(iki) anbarda 45932,60 manat dəyərində mal qalığı aşkar olmuşdur. Məlumat üçün bildiririk ki, **********-11002 kodla qeydiyyatda olan mağaza malların pərakəndə satışı üçün yararsız yerdə yerləşmiş, anbar kimi fəaliyyət göstərmiş və malların satışı həyata keçirilən zaman ayrı-ayrı vergi ödəyicilərinə e-qaimə təqdim etməli olduğu halda satılmış malları nəzarət kassa aparatı ilə rəsmiləşdirilmişdir. Aparılmış araşdırma zamanı xx.xx.2021-xx.xx.2021-ci il tarixdə “Alan MMC-nin ümumi idxalı 630878,10 manat, e-qaimə ilə satış isə 254474,54 (10% ticarət əlavəsiz) manat təşkil etmişdir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçıMMC-yə xx.xx.2021-ci il tarixdə 42835,13 manat maliyyə sanksiyası hesablanmış və xx.xx.2021-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Maliyyə sanksiyasının hesablama qaydası aşağıdakı kimidir: 630878,10 manat (idxal olunan mal)-254474,54 manat (e-qaimə ilə satılan mal 10% ticarət əlavəsiz) -45932,60 manat (anbarında olan mal qalığı) =330470,96 manat x1,10 (10% ticarət əlavəsi) x 1,18 (ƏDV) =428951,30 manat x 0.10 (10% maliyyə sanksiyası)=42895,13 manat. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi ilə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, hazırki inzibati mübahisə üzrə işin faktiki halları məhkəmə tərəfindən kifayət qədər araşdırılmış, lazımi sübutlar toplanmışdır. AR Konstitusiyasının 73-cü maddəsinin ikinci bəndinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur; Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar; Cavabdeh inzibati orqan tərəfindən iddiaçı MMC-nin vergi məsuliyyətinə cəlb edilməsi zamanı AR VM-in 58.13-cü maddəsinin tələblərinin pozulması hüquqi əsası ilə vergi məsuliyyətinə cəlb edilmə barədə mübahisələndirilən qərar qəbul edilmişdir. AR Vergi Məcəlləsinin 50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Normaların konkret göstərişlərindən də aydın olduğu kimi, operativ vergi nəzarətinin keçirilməsi üçün vergi orqanı tərəfindən müəyyən edilməli əsasların dairəsi qanunvericilikdə konkret olaraq müəyyən edilmiş, mənbəyi bəlli olan rəsmi məlumatlara (xronometraj keçirilməsinin nəticələri, işlərin, xidmətlərin həcmi barədə rəsmi məlumatlar, gəlirlər barəsə rəsmi məlumatlar və s.) əsaslanmalı olması qeyd edilmişdir. İnzibati orqanın əsas dəlillərindən biri iddiaçı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilərək, satışı həyata keçirilməsi olmuşdur. Belə ki, cavabdeh orqan apelyasiya şikayətində iddiaçıya məxsus obyektlərdə operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 428951.30 manat dəyərində olan malların topdan şəkildə elektron qaimə-faktura təqdim edilmədən digər vergi ödəyicilərinə satması faktlarını aşkar etdiyini bildirmiş, qeyd edilən mövqeyini isə yalnız MMC-nin rəhbərindən alınmış izahatla və xoronometraj keçirilməsinin nəticələri ilə əsaslandırmışdır. Kollegiya qeyd edir ki, işdə olan cavabdehin həyata keçirdiyi operativ nəzarət tədbiri üzrə yoxlamaların vahid məlumat reyestrindən çıxarışda həmin tədbirin əsası kimi Vergi Məcəllənin 50.2.2- ci maddəsi, yəni vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar göstərilsə də, iş materiallarından, həmçinin apelyasiya şikayətindən həmin mənbəyi bəlli məlumatı təsdiq edən hər hansı dəlilin mövcudluğu müəyyən olunmur. İş materiallarına əlavə edilmiş vergi orqanının xx.xx.2021-ci il tarixli **********8673, **********8675 və **********8674 nömrəli "xxxx" qərarları əsasında MMC-nin hər üç obyektində xx.xx.2021- xx.xx.2021 tarix aralığında (beş gün) xronometraj metodu ilə müşahidə aparılmış, xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinə dair aktlarda MMC-də keçirilən xronometraj metodu ilə müşahidə zamanı 5 günlük dövr ərzində pərakəndə qaydada mal təqdim edilmədiyi, yalnız xx.xx.2021-ci il tarixində 13944,41 manat satış dövriyyəsi olduğu, onun da iddiaçı tərəfindən topdan qaydada elektron qaimə-faktura təqdim edilməklə satıldığı müəyəyn olunmuşdur. Başqa sözlə, cavabdeh operativ vergi nəzarəti gedişində iddiaçının e-qaimə olmadan mal təqdim etdiyini sübuta yetirə bilməmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsi AR VM-in 36.3, 50.6, 58.13, 83.3-cü maddələrini düzgün təhlil edərək qeyd etmişdir ki, “... Vergi Məcəlləsinin 58.13-cü maddəsi həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi zamanı müəyyən olunan pozuntu halında tətbiq olunur. Qeyd olunan nəzarəti isə yalnız tədbir zamanı həyata keçirmək mümkündür. Operativ vergi nəzarəti tədbirinin mahiyyəti sürətli, çevik şəkildə Vergi Məcəlləsinin 50.1.1 - 50.1.14-cü maddələrində sadalanan məsələlərə cari vəziyyətdə riayət olunubolunmaması müəyyən olunmasından ibarətdir. ... səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər.” Belə ki, operativ vergi nəzarəti tədbiri Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir zamanı riayət edilibedilməməsini yoxlamaq məqsədilə vergi ödəyicisinin anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində), nəqliyyat vasitələrində həyata keçirilən nəzarət tədbiridir. Belə ki, qeyd olunan maddələrin Vergi Məcəlləsinin digər müddəaları ilə qarşılıqlı təhlili zamanı müəyyən olunur ki, operativ vergi nəzarəti tədbiri səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, tədbir zamanı davam edən pozuntu halını müəyyən etməyə hüquq verən nəzarət tədbiridir (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxsin işlərin görülməsinə cəlb olunması, obyektdə sənədsiz malların aşkar olunması və s.) Vergi Məcəlləsinin 83.3-cü maddəsinə görə, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmçinin, həmin Məcəlləsinin 56.1-ci maddəsinin ikinci cümləsinə görə, bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Həmin Məcəllənin 50.6-cı maddəsinə görə, operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Yəni, qanunverici səyyar vergi yoxlaması ilə yanaşı, operativ vergi nəzarəti tədbiri nəticəsində də yekun qərarın Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq qəbul olunmasını tənzimləmişdir. Lakin, həmin qərarın yalnız səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü (VM 36.3) əhatə etməsi kimi göstərilməsi operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə qərarın əvvəlki dövrə şamil olunmadığını göstərir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, cavabdeh iddiaçıya məxsus obyektlərdə nəzarətin həyata keçirilməsi zamanı 428951.30 manat dəyərində olan malların topdan şəkildə elektron qaimə-faktura təqdim edilmədən digər vergi ödəyicilərinə satması faktlarını aşkar etdiyini bildirsə də, qeyd olunan satış həcmini operativ vergi nəzarəti tədbiri zamanı müəyyən etməmiş, əvvəlki dövrlərdə aparılan satış əməliyyatlarının topdansatış ticarət qaydasında iddiaçı ilə ayrı-ayrı vergi ödəyiciləri arasında həyata keçirildiyini ehtimal edərək maliyyə sanksiyasını tətbiq etmişdir. İş materiallarından görünür ki, yoxlamaların vahid məlumat reyestrindən çıxarışda xx.xx.2021-ci il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunsa da, cavabdehin yoxlaması iddaçının cari fəaliyyətini deyil, nəzarət tədbirindən əvvəlki dövrü əhaət etmişdir. Beləliklə, inzibati orqan tərəfindən faktiki olaraq səyyar vergi yoxlaması aparılmış, bununla da vergi qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuşdur. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, vergi orqanı tərəfindən iddiaçının fəaliyyəti üzrə operativ vergi nəzarəti keçirilərkən və iddiaçı tərəfindən malların elektron qaimə-faktura ilə digər vergi ödəyicisinə satılması halının müəyyən edilməsi əsası ilə (maddə 58.13) vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə haqqında qərar qəbul edilərkən, hər hansı mənbəyi bəlli cari rəsmi məlumata əsaslanması halı müəyyən edilmir. Apelyasiya şikayətində vurğulanan vergi ödəyicisinin rəhbərindən alınmış izahat isə vergi məsuliyyətinə cəlb edilmə üçün mənbəyi bəlli olan rəsmi məlumat qismində qəbul edilə bilməz. AR İPM-nin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə olan halda vergi orqanının dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləğini məhz hansı sübutlara əsasən hesablamasını təsdiq edən sübutları cavabdeh vergi orqanı təqdim etməlidir. “İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan apelyasiya şikayətində mövqeyini digər hər hansı əsaslı dəlillə əsaslandırmamışdır. AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi vergi qanunericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi dəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqın-da” xx.xx.2003-cü il tarixli 5 saylı Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Hazırki mübahisə üzrə vergi orqanı tərəfindən iddiaçı MMC-yə müvafiq qərarlar üzrə vergi borcu hesablanarkən yuxarıda sadalanan normaların tələblərinin kobud surətdə pozulması müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə uyğun olaraq qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsəsən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. AR Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Yuxarıda sadalananlarla məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya vergi borcunun hesablanmasına dair xx.xx.2021-ci il tarixli **********9788 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərarı isə maddi və prosessual hüquq normaların tələbləri baxımından qanuni və əsaslı olduğnudan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3290/2022, xx.xx.2022-ci il tarixli dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Aytən Oruczadə Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-652/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-652/2023
17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver