Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-654/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X18 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1488/2021 saylı 29 sentyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. İddiaçıya məxsus NZ seriyalı ******* saylı 22.04.1979-cu il tarixli hərbi biletdən görünür ki, o, 22.04.1979-cü ildən 11.05.1981-ci ilə qədər (2 il 0 ay 20 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 20.1.1978-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 13.11.1978-ci ildən 16.04.1979-cü ilə qədər Neft və qaz çıxarma idarəsi "xxxx"-də 1- ci dərəcəli elektrik ustası (5 ay 4 gün), 22.04.1979-cü il tarixindən 18.05.1981-ci ilə qədər Sovet ordusunda xidmət etmişdir (2 il 0 ay 27 gün), 15.06.1981-ci ildən 16.11.1981-ci ilə qədər Neft və qaz çıxarma idarəsi "xxxx"-də 2-ci dərəcəli neft və qaz operatoru (5 ay, 2 gün), 20.11.1981-ci ildən 09.07.1982-ci ilə qədər NQÇİ "xxxx"-dən köçürülməsi ilə 3-cü dərəcə üzrə QTQ – 3-cü dərəcəli maşinist (7 ay, 20 gün), 15.07.1982-ci ildən 20.06.1983-cü ilə qədər “Azneftstroy” trestinin TMİ-2-də 2-ci dərəcəli fəhlə (11 ay 6 gün), 18.07.1983-cü ildən 01.06.1987-ci ilə qədər “Azneft” Lenin ordenli X13 Əli Bayramlı Qİİ-də 3-cü dərəcəli və 4-cü dərəcəli qazmaçı köməkçisi (3 il, 10 ay, 14 gün), 01.06.1987-ci ildən 01.02.1988-ci ilə qədər Əli-Bayramlı Qİİ-nin Kəlaməddin DİQE-də 4-cü dərəcəli qazmaçı köməkçisi (8 ay, 1 gün), 01.02.1988-ci ildən 06.09.1994cü ilə qədər “Azneft” X23 Qİİ-də 4-cü dərəcəli qazmaçı köməkçisi və 5-ci dərəcəli qazmaçı (6 il 7 ay 6 gün), 02.01.1997-ci ildən 17.05.2010-cu ilə qədər Əli-Bayramlı Magistrlar-Qaz Kəməri İdarəsində 5-ci dərəcəli çilingər (13 il, 4 ay, 16 gün), 18.05.2010-cu ildən 01.03.2011-ci il qədər X32 X10 Xətti İstismar Xidmətinə yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə 5-ci dərəcəli çilingər (9 ay 14 gün), 01.03.2011-ci ildən 11.10.2011-ci ilə qədər Şirvan X25ndə 4-cü dərəcəli gözətçi (7 ay 11 gün), 12.10.2011-ci ildən hal hazıradək X24 Kəmərləri sahəsində 4-cü dərəcəli gözətçi işləyir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 03.06.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim edilmiş 20.11.1978-ci il tarixli əmək kitabçasında qeyd olunanlara əsasən onun 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması mümkün hesab edilməmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan, yəni 15.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin və həmin tarixdən hal-hazıradək ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 13.11.1978-ci ildən hal-hazıra kimi işləməklə ümumi stajı 41 il 03 ay təşkil edir. Həmin əmək stajının 13.11.1978-16.04.1979cu ilə kimi "xxxx" NQÇİ-də “elektrik-montyoru”, 15.06.1981-20.11.1981-ci ilə kimi həmin idarədə “neft və qaz hasilatı üzrə operator”, 20.11.1981-12.07.1982-ci ilə kimi "xxxx" NQÇİ-də “X26 maşinisti”, 18.07.1983-28.08.1993-cü ilə kimi “Əli Bayramlı” NQÇİ-də “qazmaçı köməkçisi”, 28.08.1993-06.09.1994-cü ilə kimi həmin idarədə “qazmaçı”, 04.10.1994- 27.12.1996-cı ilə kimi “Hacıqabul rayon X25 İdarəsi”ndə “qaz kompessorlarının maşinisti” vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr ağır sahədir və hesab edir ki, ona hüququnun yarandığı 15.12.2017-ci il tarixdən, yəni 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərə yaşa görə pensiya təyin edilməli idi. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmşdir. Hesab edir ki, imtina əsassızdır və əmək pensiyaları qanunvericiliyinin müvafıq tələblərinə cavab vermir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1488/2021 saylı 29 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilərək, İddiaçı Şamil oğluna 57 yaşdan, yəni 15.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırılması aparılmalıdır. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə yazılı etiraz iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X22 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. 27.04.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmənin iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Digər tərəfdən Kollegiya qeyd edir ki, hazırki iş üzrə apellyasiya şikayəti cavabdeh inzibati orqan tərəfindən verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissədə yoxlanılır. Çünki iddiaçının iddiası qismən təmin olunsa da, iddiaçı tələbinin təmin olunmayan hissəsindən apellyasiya şikayəti verib onu mübahisələndirməmişdir. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 03.06.2020-ci il tarixdir. İş materiallarından həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması müəyyən edilmir. İddiaçı iddia ilə məhkəməyə 24.08.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən artıq olmasına, güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan 12 il 6 ay güzəştli iş stajının toplanmasına əsaslanaraq ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı” üzrə pensiya təyin edilməsini tələb edir. Bu barədə o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun ümumi iş stajının 25 ildən, güzəştli iş stajının isə 12 il 6 aydan az olması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Sonradan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun tələbi məhkəmə tərəfindən qismən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının ümumi iş stajının 25 ildən çox (26 il 10 ay 14 gün), xüsusi is stajının isə 12 il 07 ay 10 gün olmasına istinad edərək, iddianın “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” hissəsində təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına əsaslanaraq onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını, işləməsi barədə arxiv arayışlarını və güzəştli iş stajına dair arayışı təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletdən görünür ki, o, 22.04.1979-11.05.1981-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. İddiaçıya məxsus sənədlərdən, o cümlədən hərbi bileti, arxiv arayışı və əmək kitabçasının surətindən müəyyən olunur ki, onun 22.04.1979-cu ildən 11.05.1981-ci ilədək (hərbi xidmət dövrü) 2 il 20 gün, 13.11.1978-ci ildən 16.04.1979-cu ilədək 5 ay 4 gün, 15.06.1981-ci ildən 16.11.1981-ci ilədək 5 ay 2 gün, 20.11.1981-ci ildən 09.07.1982-ci ilədək 7 ay 20 gün, 15.07.1982-ci ildən 20.06.1983-cü ilədək 11 ay 6 gün, 18.07.1983-cü ildən 01.06.1987-ci ilədək 3 il 10 ay 14 gün, 01.06.1987-ci ildən 01.02.1988-ci ilədək 8 ay 1 gün, 01.02.1988-ci ildən 06.09.1994-cü ilədək 6 il 7 ay 6 gün, 02.01.1997-ci ildən 17.05.2010-cu ilədək 13 il 4 ay 16 gün, 18.05.2010-cu ildən 01.03.2011-ci ilədək 9 ay 14 gün, 01.03.2011-ci ildən 11.10.2011-ci ilədək 7 ay 11 gün olmaqla, ümumilikdə iş stajı 25 ildən çoxdur, lakin 01.01.2006-cı il tarixədək ümumi iş stajı 24 il 7 ay 19 gün təşkil edir. İddiaçının 04.10.1994-cü ildən 27.12.1996-cı il tarixədək Hacıqabu rayon X25 İdarəsində “qaz kompressorlarının maşinisti” işlədiyi müddət isə əmək kitabçasında qeyd olunmadığı üçün cavabdeh inzibati orqan tərəfindən stajına daxil edilmir. Bu barədə qeyd olunmalıdır ki, Hacıqabul rayon İcra Hakimiyyəti Hacıqabul rayon Dövlət Arxivinin 12 saylı 01.03.2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Hacıqabul rayon X19 İdarəsinin 110 saylı 04.10.1994-cü il tarixli əmrinə əsasən İddiaçı 04 oktyabr 1994-cü il tarixdə qaz kompressorlarınn maşinisti qəbul edilmiş, 49 saylı 27.12.1996-cı il tarixli əmrə əsasən işdən azad edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Odur ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən müəssisənin (arxiv) arayışları nəzərə alına bilər. Belə olan halda iddiaçının 04.10.1994-cü ildən 27.12.1996-cı il tarixədək Hacıqabu rayon X25 İdarəsində “qaz kompressorlarının maşinisti” işlədiyi müddət (2 il 2 ay 23 gün) də nəzərə alınmaqla 01.01.2006-cı il tarixə ümumi stajı (hərbi xidmət dövrü də götürülməklə) 26 il 10 ay 12 gün təşkil edir. Odur ki, iddiaçının ümumi iş stajının 25 ildən az təşkil etməsi ilə bağlı cavabdehin dəlillərini məhkəmə kollegiyası əsassız sayır və qəbul etmir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi- 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. Hazırki işdə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xüsusi iş stajının kifayət qədər olmaması da mübahisələndirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. “Qaz İxrac” İdarəsi Hacıqabul X25 sahəsinin NA-01-06/537 saylı 07.05.2019-ci il tarixli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayışından görünür ki, İddiaçı oglu həqiqətən hal-hazırda ARDNŞ-in “Qaz İxrac" İdarəsının Hacıqabul MQKS-də 4-cü dərəcəli gözətçi peşəsində işləyir. Əmək kıtabçasına əsasən İddiaçı 02.05.2019-cu il tarixinə ümumi əmək stajı 37 il 11 ay 12 gündür. İddiaçı 31.12.2006-cı il tarixinə ümumi əmək stajı 25 il 07 ay 11 gündür. SOCAR-ın “Kompleks qazma işləri” tresti tərəfindən verilmiş SOCAR **********80020115x00109 saylı 23.04.2019-cu il tarixli arxiv arayışına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı Qərarının 10-cu bəndinin 10.1 yarımbəndinə əsasən Qazma üzrə 11 il 01 ay 29 gün “X14 Limited’’ şirkəti tərəfindən verilmiş 29.05.2019-cu il tarixli 16 saylı və 30.04.2019-cu il tarixli 17 saylı arayışlara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı Qərarının 10-cu bəndinin 10.02. yarımbəndinə əsasən (Neft, qaz və qaz kondensatının hasilatı) İddiaçı güzəştli şərtlərlə X12 İdarəsində 11 il 01 ay 18 gün; "xxxx" NQÇİ-də 00 il, 10 ay, 04 gün; X11 İdarəsində 00 il, 07 ay, 19 gün əmək stajı var. Cəmi: İddiaçı 31.12.2006-cı il tarixinə güzəştli şərtlərlə 12 il 09 ay 11 gün əmək stajı var. “X20” LTD-nin 16 saylı 29.04.2019-cu il tarixli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayışından görünür ki, İddiaçı həqiqətən X11 İdarəsinin 3 №-li avtobölməsində 3-cü dərəcəli X26 (SBQ-3) maşinisti peşəsində işləmişdir. “X15 Limited’' şirkətinin Kadrlar bölməsində saxlanılan arxiv sənədlərinə əsasən İddiaçı Şanıil oğlunun X11 İdarəsində (00 il, 07 ay, 19 gün) əmək stajı var. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı Qərarının 10-cu bəndinin 10.02. yanmbəndinə əsasən (Neft, qaz və qaz kondensatının hasilatı) İddiaçı güzəştli şərtlərlə Şirvan TNİ-də 00 il, 07 ay, 19 gün əmək stajı var. Belə ki, İddiaçı köçürmə yolu ilə 20.11.1981-ci il tarixli, 147/k saylı əmrlə 20.11.1981-ci il tarixdə X11 İdarəsinin 3 №-li avtobölməsinə 3-cü dərəcəli X26 (SBQ-3) maşinisti peşəsinə qəbul edilmişdir. 82/k saylı 12.07.1982-ci il tarixli əmrlə İddiaçı 09.07.1982-ci il tarixdən Azərbaycan SSR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. (00 il, 07 ay, 19 gün) səh. 66 . (Buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri). “X20” LTD-nin 17 saylı 30.04.2019-cu il tarixli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayışından görünür ki, İddiaçı "xxxx" NQÇİnin X1 (İAS) elektrik mantyoru və 3 saylı Neftqazçıxarma Sexində 2- ci dərəcə neftqazçıxarma operatoru peşəsində işiəmişdir. “X15 Limited” şirkətinin Kadrlar bölməsində saxlanılan arxiv sənədlərinə əsasən İddiaçı "xxxx" NQÇİ-də 00 il, 10 ay, 04 gün əmək stajı var. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı Qərarının 10-cu bəndinin 10.02. yarımbəndinə əsasən (Neft, qaz və qaz kondensatının hasilatı) İddiaçı güzəştli şərtlərlə "xxxx" NQÇİ-də 00 il, 10 ay, 04 gün əmək stajı var. Belə ki, İddiaçı 10.11.1978-ci il tarixli, 71/k saylı əmrlə 13.11.1978-ci il tarixdə "xxxx" NQÇİ-nin X2 elektrik avadanlıqları və teleavtomatika üzrə 2-ci dərəcəli elektrik mantyoru peşəsinə qəbul edilmişdir. 16.04.1979-cu il tarixdə Sovet Ordusuna hərbi xidmətə çağrılması ilə əlaqədar işdən azad edilmişdir. (00 il, 05 ay, 03 gün). Səh. 67-neft və qaz kondensatı hasilatı obyektlərində məşğul olan elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik mantyorları). İddiaçı hərbi xidmətdən qayıtdıqdan sonra 15.06.1981-ci il tarixdə "xxxx" NQÇİ-nin 3 saylı Neftqazçıxarma Sexinə 2-ci dərəcəli neftqazçıxarma operatoru peşəsinə qəbul edilmişdir. (əsas: əmr 76/k. 11.01.1981-ci il.) 176/k saylı 16.11.1981-ci il tarixli əmrlə İddiaçı 16.11.1981-ci il tarixdən köçürmə yolu ilə X11 İdarəsinə getməsi ilə əlaqədar işdən azad edilmişdir. (00 il, 05 ay, 01 gün) - (Səh. 67. Neft və qaz hasilatı üzrə operatorlar.) Cəmi: İddiaçı “Şirvanneft ” NQÇİ-də güzəştli şərtlərlə 00 il, 10 ay, 04 gün əmək stajı var. Azərbaycan Respublikası Dövlət X7 317 saylı 05.11.2020-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X34 filıalında mühafızə olunan Əli Bayramlı şəhər X35 İdarəsının 1997-2004-cü illərə aid əmrlər kitabında onun işləməyi barədə aşağıdakı kimi əmrlər vardır: 1. Əli Bayramlı XİMQKİ-sinin 02 k №-li, 02.01.1997-ci il tarixli əmri ilə İddiaçı 02.01.1997-cu il tarixdən qəza sahəsinə 5-ci dərəcəli çilingər qəbul olunmuşdur. 18k №-li, 02.08.2004-cü il tarixli əmrinə əsasən Əli Bayramlı XİX-nın 5-ci dərəcəli çilingəri İddiaçı 02.01.2004/02.01.2005-ci il dövr üçün 02 avqust 2004-cü il tarixdə 21 təqvim günü əsas məzuniyyət və 6 təqvim gunü müddətinə növbəti məzuniyyət verılmişdir. Qeyd: Əli Bayramlı şəhər X27 idarəsinin 2006-ci ilin əmrlər kitabı və əmək haqqı cədvəlləri filiala təhvil verilməmişdir. “Socar” “Kompleks qazma işləri” trestinin **********30020123X00048 saylı 24.08.2021-ci il tarixli məktubuna əlavə edilmiş iş stajı haqqında arxiv arayışından görünür ki, İddiaçı həqiqətən X12 idarəsində qazmaçı köməkçisi peşəsində işləmişdir. “Azneft" İstehsalat Birliyinin 29.09.2004-cü il tarixli, 244 saylı əmrinə əsasən Əli-Bayramlı Qii-si, qazma sexi kimi X21 İşləri İdarəsinın tərkibinə verilmişdir. SOCAR-ın 12.03.2007-ci il tarixli, 51 saylı və 14.03.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “Kompleks qazma işlərı” tresti yaradılmışdır. Qobustan KQİİ yenidən təşkil edilərək hüquqı şəxs statusuna malik olmayan təşkilat kimı trestin tabeliyinə verilmişdir. “Kompleks qazma işləri” trestinin 08.08.2012-ci il tarixli, 82 saylı əmrinə əsasən Qobustan KQİİ qazma sexi kimi 03.09.2012-ci il tarixdən Abşeron Qİİ-ın tərkibinə verilmişdir. SOCAR-ın 27.12.2013-cü il tarixlı, SOCAR/13- 1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri” trestinin X36 İdarəsi ləğv olunaraq trestin Abşeron İstehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “Kompleks qazma işləri” trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” 27.03.2021-ci il tarixli, SOCAR **********0040020A00070 saylı əmrinə əsasən “Siyəzən”, “Qaradağ- Qalmaz”, “Abşeron” İstehsalat bölümləri hal-hazırda “Abşeron” İstehsalat bölümü kimi fəaliyyət göstərir. İddiaçı 18.07.1983-cü ildən 24.04.1985-ci ilədək X12 İdarəsınə 3-cü dərəcəli qazmaçı köməkçısı peşəsinə işə qəbul edilib. Əmr № 117-k, 14.07.1983-cü ildə. 24.04.1985-ci ildən 01.06.1987-ci ilədək 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilib. Əmr № 124-n, 25.04.1985-ci ildə. 01.06.1987-ci ildən 01.02.1988-ci ilədək Köçürülmə yolu ilə Kalaməddın DİQ Ekpedisiyasına 4-cü dərəcəli qazmaçı köməkçısı peşəsinə qəbul edilib. Əmr № 1-n, 01.06.1987-ci ildə. 01.02.1988-ci ildən 28.08.1993-cü ilədək Əli-Bayramlı Qii-nə köçürülmə yolu ilə əlaqədar olaraq 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə işə qəbul edilib. Əmr № 25-k, 18.02.1988-ci ildə. 28.08.1993-cü ildən 06.09.1994-cü ilədək 5-ci dərəcəli qazmaçı peşəsinə keçirilib. Əmr № 159-n, 30.08.1993cü ildə. 06.09.1994-cü ildən Azərbaycan Respublikası ƏQM-nin 38-cı maddəsinin İV-cü bəndinə əsasən praqula görə işdən azad edilib. Ümumi iş stajı - 11 il, 1 ay, 18 gün Əsas: Fond 5, Siyahı 1, iş 42, 58, 80, 104. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı’’nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 100000a-11297-kodu ilə qazmaçı köməkçisi peşəsi güzəştli şərtlərlə 11 il 01 ay 18 gün təqaüd almaq imkanına malikdir. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnu yaradan peşələrdə işləməsi faktı işəgötürən müəssisələr tərəfindən təsdiq olunduğu haldla, apellyasiya şikayətində cavabdeh iddiaçının belə stajının tam olmadığına əsaslanaraq həmin faktı mübahisələndirmişdir. Bununla bağlı apellyasiya baxışı zamanı məhkəmə kollegiyası İddiaçı güzəştli iş stajının iş yerləri tərəfindən təsdiq olunma faktını bir daha araşdırmaq üçün müvafiq sorğular vermişdir. 18.02.2022-ci ildə X14 Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialından məhkəməyə daxil olmuş sorğuya cavab məktubundan görünür ki, şirkətin kadrlar bölməsində saxlanılan arxiv sənədlərinə əsasən İddiaçı həqiqətən X11 İdarəsinin 3 saylı avtobölməsində 3-cü dərəcəli X26 maşinisti peşəsində işləmiş və onun bu peşə üzrə 07 ay 9 gün əmək stajı vardır. İddiaçı köçürmə yolu ilə 147/k saylı 20.11.1981-ci il tarixli əmrlə 20.11.1981-ci il tarixdə X11 İdarəsinin 3 saylıı avtobölməsində 3-cü dərəcəli X26 maşinisti peşəsinə işə qəbul edilmişdir. 82/k saylı 12.07.1982-ci il tarixli əmrlə 09.07.1982-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarının 12-ci bəndinin (21300000 Xİİ.Qazma, neftin, qazın kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şstin emalı) 2-ci yarımbəndinə əsasən İddiaçı Şirvan TNİ-də güzəştli şərtlərlə 07 ay 19 gü əmək stajı vardır. İddiaçı 20.11.1981-ci il tarixdən 09.07.1982-ci il tarixədək, vəzifə öhdəlikləri və həmin öhdəlikləri həyata keçirdiyi ağır və zərərli iş şəraiti nəzərə alınaraq onun Şirvan RNİ-nin 3 saylı avtobölməsində 3-cü dərəcəli X26 maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında 2136200a-13969 şifrəsi ilə qeyd edilmiş buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri peşəsinə uyğundur. Quruda Neft və X4 52 saylı 24.02.1995-ci il tarixli əmrinə əsasən Şivan TNİ-si 01.03.1995-ci ildən struktur bölmə kimi Traktor nəqliyyat sexi adı ilə "xxxx" NQÇİ-nin tabeliyinə keçirilmişdir. Azərbaycan Dövlət Neft Şirkətinin 158 saylı 22.08.1997-ci il tarixli əmrinə əsasən “AZneft” İstehsalat Birliyinin "xxxx" NQÇİ-si ləğv edilmiş və 01.09.1997-ci il tarixdən onun bazasında AZərbaycan-X5 Müştərək Müəssisəsi "xxxx" BMMM yaradılmışdır. X16 Heyətinin 106 saylı 27.10.2009-cu il tarixlki əmrinə müvafiq olaraq "xxxx" X6 Müəssisəsi ləğv edilmiş, onun bazasında yeni müəssisə “X14 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı yaradılmışdır. 24.02.2022-ci il tarixdə SOCAR “Qaz İxracı” İdarəsindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubundan görünür ki, Çingiz Əhmədovun 04.10.1994-cü il tarixdən 27.12.1996-cı il tarixədək Hacıqabul X25 İdarəsində “qaz kompressorlarının maşinisti” peşəsində işləməsi ilə bağlı MQKS-in arxivində, o cümlədən işçinin şəxsi işində heç bir məlumat aşkar edilməmişdir. Çingiz Əhmədovun 02.01.1997-ci il tarixdən 17.05.2010-cu il tarixədək Əli-Bayramlı X25 İdarəsində 5-ci dərəcəli çilingər peşəsində işləməsi ilə bağlı onun şəxsi işində saxlanılan 68 saylı Uçot vərəqəsindən görünür ki, o, həqiqətən də "xxxx" QSC-nin “Azəriqaznəql” X17-Bayramlı MQKİ-nin 02k saylı 02.01.1997-ci il tarixli əmrinə əsasən həmin İdarənin Təmir sahəsində 5-ci dərəcəli çilingər peşəsinə iş qəbul edilmiş və həmin peşədə 01.03.2011-ci ilədək işləmişdir. O, hal-hazırda SOCAR “Qaz İxracı” İdarəsinin Hacıqabul MQKS-də 4-cü dərəcəli gözətçi peşəsində işləyir. AZərbaycan Respublikası Prezidentinin 366 saylı 01.07.2009-cu il tarixli Sərəncamına əsasən "xxxx" İstehsalat Birliyinin sturukturuna daxil olan X25 sahələri, o cümlədən X29 sahəsi SOCARın 05 saylı 15.01.2013-cü il tarixli əmrinə əsasən mövcud təşkilatı-hüquqi forması saxlanılmaqla SOCAR-ın “Qaz İxrac” İdarəsinin tabeliyinə verilmişdir. İddiaçı işlədiyi 5-ci dərəcəli çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı(dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” Xİİ (********) bölməsinin “Neft-qaz və qaz kondensatının hasilatı” adlı 2-ci yarımbəndinin fəhlələr sırasında göstərilən çilingər peşələrinin aid olduqları istehsalatların heç birinin SOCAR “Qaz İxracı” İdarəsinin fəaliyyəti ilə uyğunluğu yoxdur. SOCAR “Qaz İxracı” İdarəsinin əsas fəaliyyəti qazın nəql xidmətlərinin göstərilməsindən, qazın nəql sistemləri ilə enerji dəhlizinə ötürülməsi üzrə texniki. texnoloji və metroloji əməliyyatların aparılmasından ibarətdir. 19, 20 və 26 aprel 2022-ci il tarixlərdə SOCAR “Qaz İxracı” İdarəsindən məhkəməyə daxil olmuş sorğuya cavab məktublarından görünür ki, Hacıqabul rayon Dövlət Arxivindən və məhkəmə tərəfindən göndərilmiş arxiv sənədlərində göstərilən X3 Qazı-Məmməd X25nin xətti istehsalat idarəsi ilə SOCAR “Qaz İxracı” İdarəsi ilə heç bir hüquqi varislik və ya digər hüquqi bağlılıq münasibətləri olmadığından həmin arxiv sənədlərində qeyd edilən “qaz kompressorlarının maşinisti” adlı peşə haqqında, eləcə də bu peşənin mək funksiyalarının və vəzifələrinin nədən ibarət olması ilə bağlı İdarədə məlumat yoxdur. Məktuba əlavə edilmiş arayışdan görünür ki, “qaz kompressor-qazı sıxmaq və təzyiq altında ötürmək üçün bir qurğudur”. Hacıqabul KS-də 1994-1996-cı illərdə işə qəbul edilmiş və işdən azad olunma barəsində sənədləşmələr əsasən rus dilində aparıldığı üçün həmin peşə qaz kompressorlarının maşinisti adı ilə sənədləşdirilmişdir. Onların da əsas vəzifə və funksiyaları təzyiq altında işləyən kompressor aqreqatlarının iş rejimlərinə nəzarət və xidmət etməkdən ibarət olmuşdur. İnternet vasitəsilə aparılmış axtarışlarda və SOCAR-ın digər kompressor stansiyalarının nümayəndələri tərəfindən alınmış məlumatlarda “машинист газа компрессоров” peşəsinin “kompressor qurğularının maşinistləri” peşəsinin funksiya və vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında nəzərdə tutulan 2130302a-13775 koduna uyğun olan “kompressor qurğularının maşinistləri” peşəsi ilə eyni funksiya və vəzifələrdən ibarət olduğu müəyyənləşdirilmişdir. Beləliklə, apellyasiya baxışı zamanı bir daha müəyyən olundu ki, iddiaçının 20.11.1981-ci il tarixdən 09.07.1982-ci il tarixədək işlədiyi (7 ay 20 gün) 3-cü dərəcəli X26 maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında 2136200a-13969 şifrəsi ilə qeyd edilmiş “buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri” peşəsinə, 18.07.1983-cü il tarixdən 06.09.1994-cü il tarixədək işlədiyi (11 il 1 ay 18 gün) “qazmaçı köməkçisi”, “qazmaçı” peşəsi adı çəkilən Siyahıda 110000a-11297 şifrəsi ilə qeyd edilmiş “qazmaçı köməkçisi” peşəsinə, 04.10.1994-cü il tarixdən 27.12.1996-cı il tarixədək işlədiyi (2 il 2 ay 23 gün) “qaz kompressorlarının maşinisti” peşəsi adı çəkilən Siyahıda 2130302a-13775 şifrəsi ilə qeyd edilmiş “kompressor qurğularının maşinistləri” peşəsinə uyğundur və həmin dövrlər üzrə onun güzəştli iş stajı 12 il 6 aydan artıq təşkil edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı isə işlədiyi müəssisələr (işəgötürənlər) tərəfindən təsdiq olunur. Odur ki, iddiaçıya 57 yaşdan, yəni 15.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunda və iddiaya dair yazılı etirazda qeyd edilənlərlə eynilik təşkil edib, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının mübahisələndirilən hissədə ləğv edilib iddianın həmin hissədə rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1488/2021 saylı 29 sentyabr 2021-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-654/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-654/2022
27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver