Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-655/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının vəkili X9 (Bakı şəhəri 20 saylı Vəkil Bürosu) və cavabdehin nümayəndəsi X1, üçüncü şəxs Şahid (xx.xx.1965-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) iştirakları ilə, İddiaçı (xx.xx.1971-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı daşınmaz əmlak üzərində vəfat etmiş şəxsin adına çıxarışın verilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-4136/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə (bundan sonra DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən, ümumi sahəsi 2500 kv.metr olan 68 saylı bağ sahəsi üzərində vəfat etmiş atası X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən, sahəsi 0,25 ha olan 68 saylı bağ sahəsi, ləğv edilmiş X10 ilə xx.xx.2005-ci ildə iddiaçının vəfat etmiş atası X7 arasında xx xxxxxx 1983-cü ildə bağlanılmış 11431 saylı müqavilə əsasında atasının istifadəsinə verilmiş, qeyd olunan vaxtdan bağ sahəsindən atası ailə üzvləri ilə birlikdə təyinatı üzrə istifadə etmişdir. İddiaçının atası xx.xx.2005-ci ildə vəfat etmiş, atasının vəfatından sonra bağ sahəsi iddiaçı tərəfindən istifadə olunmuşdur. Müqavilənin adına keçirilməsi üçün Bağlar İdarəsinə iddiaçı tərəfindən müraciət edilmiş, bundan sonra xx.xx.2007-ci ildə Bağlar İdarəsi ləğv edilmişdir. Daha sonra isə icarə əsasında vətəndaşlara verilən bağların əvəzsiz qaydada vətəndaşların mülkiyyətlərinə verilməsi barədə qərar qəbul olunmuşdur. Mərhumun ailə üzvü olaraq iddiaçı tərəf aidiyyəti üzrə Bakı şəhəri 33 saylı Notariat kontoruna müraciət etmişdir. Sonuncu tərəfindən vərəsələrin dairəsi müəyyən olunmuş və iddiaçının mərhum atası İddiaçı vərəsəsi olmağı barədə Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə xx.xx.2018-ci il tarixli 194 saylı məktub göndərilmişdir. Bundan sonra iddiaçı tərəfindən miras qalmış bağ sahəsi üzərində hüquqlarının qeydiyyata alınması barədə cavabdeh inzibati orqana müraciət edilmiş, sonuncunun iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli **********47 saylı cavab məktubunda bildirilmişdir ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, arxiv məlumatlarına əsasən eyni nömrəli bağ sahəsinə dair digər fiziki şəxsin adına icarə müqaviləsi mövcuddur. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuz olmaqla, qeyd olunan torpaq sahəsi üzərində hüquqlarını məhdudlaşdırır. Belə ki, bağların bölgüsünə dair sxematik xəritə hər hansı səlahiyyətli dövlət orqanı tərəfindən tərtib və təsdiq edilməmiş, məhz həmin xəritə bəsit vasitələrlə tərtib edilmiş, yekunda isə Bakı şəhərindəki bağların 90 faizi üzrə sürüşmə yaranmışdır ki, nəticədə bütün bağ sahələri məhkəmə qərarları əsasında icraya yönəlmişdir. Cavabdeh inzibati orqan nəzərə almır ki, bağ sahəsi 4 tərəfdən hasara alınmaqla onun faktiki istifadəsindədir, bununla bağlı hər hansı məhkəmə çəkişməsi və ya qonşu mübahisəsi mövcud deyildir. Bundan başqa, bağ sahəsinin nömrəsi onun tərəfindən deyil, ləğv edilmiş dövlət orqanı olan Bağlar İdarəsi tərəfindən verilmiş, bağ sahələrinə yeni nömrələrin verilməsi səlahiyyəti isə hazırda cavabdeh inzibati orqana məxsusdur. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 4136/2019 nömrəli qərarı ilə (hakim X.İmanov) iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən, ümumi sahəsi 2500 kv.metr olan 68 saylı bağ sahəsi üzərində istifadə hüququnun İddiaçı vəfat etmiş atası X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-4136/2019 nömrəli qərarının ləğv edilməsini, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İdarənin arxiv məlumatlarına əsasən eyni nömrəli bağ sahəsinə dair digər fiziki şəxsin (Şahid) adına icarə müqaviləsi mövcuddur.Bundan əlavə, müvafiq bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, “68” saylı bağ sahəsinin göstərilən əraziyə aidiyyatı yoxdur. Qeyd olunan səbəblərə görə ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Əlavə olaraq, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, sözügedən məhkəmə mübahisəsi ilə bağlı o, cümlədən müvafiq inzibati işlə bağlı sonuncu – xx.xx.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclası barədə İdarəyə bildiriş və sərəncam və iddia ərizəsinin surəti məhkəmə tərəfindən İdarəyə göndərilməmişdir, bu səbəbdən də iddiaya İdarə tərəfindən rəsmi münasibət bildirilməmişdir. Məhkəmə Kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-4136/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-4136/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İşin apellyasiya icraatı zamanı cavabdehin apellyasiya şikayətində qeyd etdiyi fiziki şəxs Şahid məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək, məhkəmə iclasında iştirakı təmin edilmişdir. Şahid izahat verərək, ona məxsus bağ sahəsinin 1996-cı ildən istifadəsində olduğunu, bağın başqa yerdə yerləşdiyini, ona məxsus bağ sahəsinin 17 sot olduğunu, 1983-cü ilə kimi kassa çeklərinin onda olduğunu bildirdi. Eyni zamanda iş materiallarında İddiaçı tərəfindən X6 verilmiş AR-İ № 640184 seriya və nömrəli , xx.xx.2018-ci il tarixli (50 il müddətinə (xx.xx.2068-ci il tarixədək qüvvədədir) verilmiş) etibarnamə (əsli 33 saylı dövlət notariat kontoru tərəfindən təsdiqlənmiş, Bakı şəhəri 12 saylı notariat ofisində isə surəti təsdiq edilmişdir) mövcud olduğundan, X8 da məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarında olan: -Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X10 ilə X7 arasında bağlanmış xx xxxxxx 1983-cü il tarixli, 11431 nömrəli “Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında” müqavilənin surətindən görünür ki, həmin müqaviləyə əsasən Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət 68 saylı bağ sahəsi sonuncunun istifadəsinə verilmişdir. -AZ-İ seriyalı, 127393 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X7 xx.xx.2005-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci ildə 371 nömrəsi ilə qeyd aparılmışdır. (Bakı şəhəri Əzizbəyov Rayon VVAQ şöbəsi tərəfindən) Bakı şəhəri 33 saylı Notariat Kontorunun DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə ünvanladığı 194 saylı, xx.xx.2018-ci il tarixli məktubdan müəyyən edilir ki, mərhum X2 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 68 saylı sahədə yerləşən 0.25 ha. torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Bakı şəhəri 33 saylı dövlət notariat kontoruna müraciət daxil olmuş, X3 xx.xx.2005-ci ildə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2018-ci il tarixli ərizəsi əsasında mərhumun oğlu İddiaçı vərəsə olması barədə məlumat verilmişdir. Sonda Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 68 saylı sahədə yerləşən 0.25 ha. torpaq sahəsinə arayışın verilməsi xahiş olunmuşdur. DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********42 saylı məktubdan müəyyən olunur ki, mərhum X2 miras qalan Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 68 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizəyə baxılmışdır. Cavab olaraq bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən eyni nömrəli bağ sahəsinə dair digər fiziki şəxsin adına icarə müqaviləsi mövcuddur. Həmçinin, aparılan araşdırma zamanı bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi də qeyd edilmişdir. Belə ki, “68” saylı bağ sahəsinin göstərilən əraziyə aidiyyəti yoxdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İşin apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.1983-cü il tarixli, 11431№-li müqavilənin surətinə və ona əlavə edilmiş cizgiyə əsasən Türkan qəsəbəsində , 0,25 ha ibarət 68 saylı bağ sahəsi X5 icarəyə verilmişdir. ( Cizgi xx.xx.1972-ci ildə 68 №-li bağa (sv qeydi ilə) dair tərtib edilmişdir) İşin apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş 18043 №-li, xx.xx.1998-ci il tarixli 68 saylı bağın icarəyə verilməsi haqqında müqavilənin surətinə və ona əlavə edilmiş cizgiyə əsasən Türkan qəsəbəsində 0,17 ha bağ sahəsi, sahəsi 24,8 kv.metr olan 1 otaqdan ibarət bina Şahid icarəyə verilmişdir. (Cizgi 1968-ci il tarixdə 68 №-li bağa dair tərtib edilmişdir) Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 68 saylı sahədə yerləşən 0.25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum atası X4 məxsus olması haqqında arayışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq bağ sahəsi üzərindəki vərəsəlik və mülkiyyət hüquqlarını həyata keçirməsini məhdudlaşdırmışdır.Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən, ümumi sahəsi 2500 kv.metr olan 68 saylı bağ sahəsi üzərində istifadə hüququnun İddiaçı vəfat etmiş atası X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq, hesab edir ki, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, hazırkı iş üzrə iddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən, ümumi sahəsi 2500 kv.metr olan 68 saylı bağ sahəsi üzərində vəfat etmiş atası X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə iddia təmin edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən, ümumi sahəsi 2500 kv.metr olan 68 saylı bağ sahəsi üzərində istifadə hüququnun İddiaçı vəfat etmiş atası X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsini qərara almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qərarında iddiaçının sonradan iddia tələbinə dair dəqiqləşdirmə verdiyini qeyd etsə də, iş materiallarında iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə, həmçinin, iddia tələbinin dəqiqləşdirilməsinin icraata qəbul edilməsi barədə məhkəmə qərardadı mövcud deyildir. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda iddiaçının mərhum atası X2 miras qalan Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 68 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etdiyi müəyyən edilir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının hazırkı tələbi ilə bağlı cavabdeh orqana müraciətinin olub-olmaması araşdırılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda və apellyasiya şikayətində 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən eyni nömrəli bağ sahəsinə dair digər fiziki şəxsin (Şahid) adına icarə müqaviləsinin olduğu qeyd edilmişdir. Eyni zamanda qeyd edir ki, işin apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə Türkan qəsəbəsində 68 saylı bağ sahəsinin icarəyə verilməsinə dair iki fərqli icarə müqaviləsi və iki fərqli sxem təqdim etmişdir. xx.xx.1983-cü il tarixli, 11431№-li müqaviləyə əsasən 68 saylı bağ sahəsi X5 , 18049 №-li, xx.xx.1998-ci il tarixli müqaviləyə əsasən isə 68 saylı bağ sahəsi Şahid icarəyə verilmişdir. Eyni zamanda, müqavilələrə əlavə edilmiş sxemlərə əsasən 68 saylı bağ sahəsinin və onun ətrafındakı bağ sahələrinin yerləşməsi arasında vizual baxışdan uyğunsuzluqlar olduğu müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən mübahisəli hal araşdırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində məhkəmə proseslərindən xəbəri olmadığını bildirməklə, dolayısı ilə birinci instansiya məhkəməsinin qərarının prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 1(82)-4136/2019 saylı qərarı ləğv edilməli, iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Odur ki, işin müəyyən olunan halları onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə gəldiyi nəticə yanlışdır. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Belə olan halda, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının əsassız olması ilə razılaşaraq, hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-4136/2019 nömrəli qərarı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82, 87 və 94cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 4136/2019 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən, ümumi sahəsi 2500 kv.metr olan 68 saylı bağ sahəsi üzərində vəfat etmiş atası X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-655/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-655/2020
18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver