Məhkəmə qərarları › İş №2-1(103)-656/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-656/2020

18.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-656/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı və onun nümayəndəsi və vəkili X2, Cavabdehin vəkili X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X13 Xüsusi X3rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4232/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X13 Xüsusi X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və halhazıradək yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1959-cu ildə doğulmuşdur. xx xxxx 1985-ci il tarixdən hal-hazıradək müxtəlif vəzifələrdə işləmişdir. Qeyd olunan əmək stajı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. Onun 34 ildən çox ümumi sığorta stajı olmaqla həmin stajın 12 il 6 aydan çoxunu əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir. Belə ki, xx.xx.2000-ci ildən xxxxxxxxxxxxxxxxxxnə 3-cü dərəcə ilə (tuneldə yalnız gecə işi) tunel fəhləsi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2002-ci il tarixdə 4cü dərəcəli (tuneldə yalnız gecə işi) tunel fəhləsi vəzifəsinə keçirilmişdir. xx.xx.2005-ci il tarixdə əməyin ödəmə dərəcəsi 5-ci dərəcə ilə təyin edilmişdir. xx.xx.2006-cı ildən əməyin ödəmə dərəcəsi 6-cı dərəcə ilə təyin edilərək və süni qurğuların təmirçisi (tuneldə yalnız gecə işi) vəzifəsinə keçirilmişdir. xx.xx.2008-ci il tarixdən xxxxxxxxxxxxxxxxxxnin ictimai iaşə kombinatı texnik vəzifəsinə 8-ci dərəcə ilə qəbul olunmuşdur. xx.xx.2014-cü il tarixdə 4- cü dərəcə ilə (tuneldə yalnız gecə işi) tunel fəhləsi vəzifəsinə qəbul olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 289 saylı sərəncamına əsasən “BMP” və Az TMT SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “xxxxxxxxxxxxxxxxxx” QSC yaradılmışdır və 3-cü dərəcə ilə 23 saylı tunel sahəsinə tunel fəhləsi peşəsinə (tuneldə yalnız gecə işi olmaqla) qəbul edilmişdir. xx.xx.2014-cü il tarixdən 3 saylı tunel qurğuları distansiyasının 31 saylı tunel sahəsinə 4-cü dərəcəli (yeraltı 24% zərərli) tunel fəhləsi peşəsinə keçirilmiş və hal-hazıradək həmin vəzifədə işləyir. xx xxxxxx 2019-cu il tarixdə 60 yaşı tamam olmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh ona əsassız olaraq pensiya təyin etməkdən imtina edərək göstərmişdir ki, xx.xx.2000-xx.xx.2008-ci illər arasındakı dövr ərzində “xxxxxxxxxxxxxxxxxx” QSC-də əmək fəaliyyəti ilə məşğul olduğu tunel fəhləsi və süni qurğular təmirçisi peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında nəzərdə tutulmamışdır. Onun xüsusi və ümumi stajı barədə məlumatlar ona məxsus xx.xx.1985-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçası ilə təsdiq olunur. O, hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə olunmuş “xxxxxxxxxxxxxxxxxx” QSC tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli A/281 saylı arayışda göstərilir ki, iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2008-ci il tarixədək xxxxxxxxxxxxxxxxxx tunel qurğuları xidmətində tunel fəhləsi, süni qurğular təmirçisi peşəsində çalışmışdır (gecə işi yalnız tuneldə, xüsusi ağır və zərərli iş şəraitində). xx.xx.2014-cü il tarixdən “xxxxxxxxxxxxxxxxxx” QSC-nin Tunel qurğuları xidmətinin 3 saylı tunel qurğuları distansiyasında tunel fəhləsi peşəsində işləyir (xüsusi ağır və zərərli iş şəraiti, tuneldə yalnız gecə). Xüsusi ağır və zərərli iş şəraitində əmək stajı 12 il 06 ay 10 gündən ibarətdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X13 X10 İdarəsi iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırılmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən göründüyü kimi onun nə “Əmək pensiyaları haqqında” 2006-cı il tarixli Azərbaycan Respublikası qanuna əsasən, nə də “Vətəndaşların pensiya təminatı haqqında” əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə pensiya təyini üçün vacib olan xüsusi sığorta stajı tamam olmamışdır. İddiaçı 60 yaşını tamamladığı üçün yeni qanunverciliyə əsasən pensiya tələb etsə də, “Əmək pensiyaları haqqında” qanun ilə güzəştli şərtlərlə pensiya almaq üçün müəyyən edilmiş 12 il 6 aylıq xüsusi stajı doldurmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, o sadəcə 2000-2008-ci illərdə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə çalışmışdır. İddiaçı məhkəməyə 2008-ci ildən sonrakı güzəştli sığorta stajını sübut edəcək hər hansı sənəd, arayış təqdim edə bilməmişdir. Həmçinin iddiaçının əmək kitabçasından görünür ki, açıq-aşkar kitabçada peşələrin adında düzəlişlər edilmiş, saxtalaşdırmağa cəhd edilmişdir. Belə ki, kitabçanın 6-cı səhifəsində “tunel qurğuları” sözünün silinmiş hansısa digər məlumatın əvəzinə daxil edildiyi açıq-aşkar görünür. Ona görə də bu əmək kitabçası mötəbər sübut qismində məhkəmədə istifadə oluna bilməz. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4232/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşının tamam olduğu xx xxxxxx 2019cu il tarixindən təyin olunması, yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X13 X10 İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamış, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda birdəfəlik olaraq ödəniş edilməsi nəzərdə tutulmamışdır. Odur ki, qərar ləğv edilərək iddia təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə yazılı etiraz edərək etirazını iddia ərizəsinə uyğun əsaslandırdı və apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. “xxxxxxxxxxxxxxxxxx” X11 tərəfindən verilmiş A/281 saylı, xx xxxx 2019-cu il tarixli arayışa əsasən o, xx.xx.2000-ci il tarixdən-xx.xx.2008-ci il tarixədək xxxxxxxxxxxxxxxxxx Tunel qurğuları xidmətində tunel fəhləsi, süni qurğular təmirçisi peşələrində çalışıb (gecə işi yalnız tuneldə, xüsusi ağır və zərərli iş şəraitində). xx.xx.2014-cü il tarixdən “xxxxxxxxxxxxxxxxxx” Qapalı X5rğuları xidmətinin 3 saylı tunel qurğuları distansiyasında tunel fəhləsi peşəsində işləyir. (tuneldə yalnız gecə işi, xüsusi ağır və zərərli iş şəraitində). Xüsusi zərərli iş şəraitində əmək stajı – 12 il, 06 ay, 10 gündən ibarətdir. xxxxxxxxxxxxxxxxxxndə tuneldə işləyən fəhlələrin iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 21.5-ci bəndi ilə tənzimlənir. İşdə olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək fəhlə, xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək 3-cü dərəcəli çilingər vəzifəsində işləmişdir. xx.xx.2000-ci il tarixdən xxxxxxxxxxxxxxxxxxnə 3-cü dərəcəli tunel fəhləsi (tuneldə yalnız gecə işi), xx.xx.2002-ci il tarixdən İV dərəcəli tunel fəhləsi, xx.xx.2005-ci ildən V dərəcəli tunel fəhləsi, xx.xx.2006- cı ildən Vİ dərəcəli tunel fəhləsi təyin edilmiş və xx.xx.2008-ci il tarixdən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək ictimai iaişə kombinatında texnik vəzifəsində, xx.xx.2014-cü il tarixdən yenidən xxxxxxxxxxxxxxxxxxnə İV dərəcəli tunel fəhləsi vəzifəsinə qəbul edilmişdir. İddiaçının iş yerinin möhürü ilə təsdiq edilmiş əmək kitabçasının düzəliş edilmiş hissəsi məhkəməyə təqdim olunmuşdur. Bununla bağlı “xxxxxxxxxxxxxxxxxx” X11 tərəfindən verilmiş A/477 saylı, xx xxxxxxx 2019-cu il tarixli arayışdan müəyyən edilir ki, iddiaçı xx.xx.2000-ci il tarixdən-xx.xx.2014-cü il tarixədək xxxxxxxxxxxxxxxxxx “Tunel qurğuları xidməti”ndə tunel fəhləsi peşəsində çalışmışdır. xx.xx.2014-cü il tarixdən “xxxxxxxxxxxxxxxxxx” QSC-nin Tunel qurğuları xidmətinin 3 saylı distansiyasında tunel fəhləsi peşəsində işləyir. Onun aylıq əmək haqqında daxil olan zərərin və gecə saatlarının faizi: zərərli işlə görə - 24%, gecə işinə görə 40%. İddiaçı cavabdeh orqana yaşa görə ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş, lakin cavabdeh orqan isə onun xx.xx.2000-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində “xxxxxxxxxxxxxxxxxx” QSC-də əmək fəaliyyəti ilə məşğul olduğu tunel fəhləsi və süni qurğular təmirçisi peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərləyaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixinə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə» xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan siyahıya əsasən 12 il 6 aydan çox zərərli əmək şəraitində əmək stajı və 25 ildən çox ümumi əmək stajı topladığını nəzərə alaraq, cavabdehin imtinasını əsassız hesab etmiş və iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsalandırmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması iş materiallarına əlavə edilmiş əmək kitabçası ilə müəyyən edilmiş və cavabdeh tərəfindən ümumi stajın tam olması mübahisələndirilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmiş, lakin cavabdeh iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmadığını, güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışda göstərilən peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığını göstərmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının gecə işlədiyi tunel fəhləsi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5-ci bəndində göstərilmiş Metropolitenlər bölməsinin yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr peşəsinə uyğundur, həmin peşə üzrə iddiaçının iş stajı 12 il 6 aydan çoxdur. Cavabdehin iddiaçının əmək kitabçasında düzəlişlər edilməsi ilə bağlı dəlillərinə qiymət verərkən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasında olan düzəlişlərin həqiqiliyi onun işlədiyi “xxxxxxxxxxxxxxxxxx” QSC-nin möhürü ilə təsdiq olunmaqla əmək kitabçasının düzəliş edilmiş hissəsi iş materiallarına əlavə olunmuşdur və məhkəmə kollegiyası həmin sənədi mötəbər sübut kimi qəbul edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2019-cu il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq olunan siyahının 25.1-ci bəndi üzrə nəzərdə tutulan sahədə güzəştli iş stajı verən peşədə işlədiyinə, eləcə də, 60 yaşı tamam olduğuna görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı birinci instansiya düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və təmin olunmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4232/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarıdəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar